fa
Feedback
Əxlaq Məktəbi

Əxlaq Məktəbi

رفتن به کانال در Telegram

Əxlaq, əqaid və təfsir dərsləri Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi Əxlaqi tərəqqi və seyri-sülukun yolları @Rza_iravan

نمایش بیشتر
2 281
مشترکین
-224 ساعت
-127 روز
-3430 روز
آرشیو پست ها
photo content

#İnsan_surəsinin_təfsiri 🕋 Allah-taala İnsan surəsinin 15-ci ayəsində buyurur: وَ يُطَافُ عَلَيْهِمْ بِآنِيَةٍ مِنْ فِضَّةٍ وَ أَكْوَابٍ كَانَتْ قَوَارِيرَا "Onların ətrafında gümüşdən qablar və büllur piyalələr gəzdirilər." ✅ Əbrarın ətrafında onlara xidmət edən bir dəstə xidmətçi dolaşacaq. Onlar heç bir zəhmət çəkməyəcəklər; hətta qabları daşımaq belə xidmətçilərin öhdəsində olacaq. «آنِيَةٍ» – gümüşdən hazırlanmış qablardır. Ayədə bu söz qeyri-müəyyən formada işlədilmişdir ki, bu da onların dəyərinin və gözəlliyinin yalnız Uca Allah tərəfindən tam bilindiyini göstərir. «أَكْوَابٍ» – qulpu və kənarı olmayan iri büllur piyalələrdir. Onların içində olan nemətlər çöldən görünür. 💎 Saqi daim onlara mərifət və məhəbbət şərabı içirəcək. Cənnətdə son dərəcə ləzzətli və ruhu məst edən mənəvi bir məclis vardır. «يُطَافُ» feli indiki zaman formasındadır və davamlılığı ifadə edir. Yəni bu nemət daimi olacaq. Əbrar (xeyir əməl sahibləri) elm, hikmət və mərifəti yalnız müəyyən vaxtlarda deyil, istədikləri hər an və istədikləri qədər əldə edəcəklər. ✅ Mərifət, məhəbbət və vilayət şərabı insanı məst edən ilahi bir içkidir. Əbrar həm bu dünyada, həm də axirətdə onun məstliyi içində olacaqlar. Bu mənəvi məstliyin qaynağı həzrət Fatimə əleyhasalamın mübarək evidir. ❓ Əgər soruşulsa ki, Cənnət dünya həyatının davamıdırsa, necə olur ki, təqva sahiblərinin Cənnətdə xidmətçiləri var, halbuki dünyada onlara çalışmaq və zəhmət çəkmək əmr olunub? ✅ Cavab budur ki, insan əbrar üçün bəyan olunan bu xüsusiyyətləri dərk etdikdə anlayır ki, onun bütün həyatı Allahın qüdrət və yardımı ilə idarə olunur. Elə həmin ilahi qüvvə də dünyada onun xidmətçisi kimidir. Necə ki, Həzrət Fatimə (ə) xidmətçi istədikdə, Allahın Rəsulu (s) ona buyurdu: "Xidmət və yardım üçün təsbihatdan (34 dəfə Allahu əkbər 33 dəfə Əlhəmdulillah 33 dəfə Subhanəllah) kömək al." 🟢 Elə bu zahiri təsbih belə insanın həyat işlərində elə bir sürət və asanlıq yaradır ki, sanki ətrafında ona xidmət edən bir neçə xidmətçi var. @axlaq

photo content

#nəhcül_bəlağə_dərsləri ✍ İmam Əli əleyhissalam buyurur: وَ إِنَّ أَغَشَّهُمْ لِنَفْسِهِ أَعْصَاهُمْ لِرَبِّهِ "Özünü ən çox aldadan insan, Rəbbinə ən çox asi olan insandır." 📚Nəhcül-bəlağə 86-cı xütbə ⭕️ Aydındır ki, insan özünü aldatdıqda, eyiblərini görməzlikdən gəlir və ya onlara bəraət qazandırır. 🔴 Belə olduqda günah onun nəzərində adi, hətta bəzən vacib və doğru bir iş kimi görünməyə başlayır. ⚠️ Nəticədə isə özünü hər cür günaha sürükləyən zəmini özü hazırlamış olur. @axlaq

#İnsan_surəsinin_təfsiri 🕋 Allah-taala İnsan surəsinin 14-cü ayəsində buyurur: وَدَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا "Cənnətin ağaclarının kölgələri onların üzərinə yaxınlaşmış, meyvələri isə tam asanlıqla onların ixtiyarına verilmişdir (belə ki onların meyvələrini dərmək çox asan olacaq)." 🔰 "Daniyətən" ifadəsi əvvəlki nemətlərdən əlavə başqa bir cənnət nemətinə işarə edir. Bu cənnətin ağaclarının kölgəsi əbrarların (Allahın seçilmiş saleh və xeyirxah bəndələrinin) üzərinə yayılmışdır. Quranda kölgə sözü rahatlıq, aramlıq və asayiş rəmzi kimi təqdim olunur. 💠 Bəzən insanın sahib olduğu nemətlər ona rahatlıq və hüzur bəxş edir, bəzən isə həmin nemətlər yalnız ağır bir yükə çevrilir və rahatlıq gətirmir. Lakin əbrarlar mənəvi genişliyə malik olduqları üçün daim rahatlıq içində yaşayırlar. Onlar bütün işlərini Allahın qüdrət və köməyi ilə yerinə yetirirlər və heç vaxt xeyir əməl görməkdən yorulmur və narahat olmurlar. 🟡 Kölgənin müstəqil varlığı yoxdur; o, başqa bir varlığın nəticəsində meydana gəlir. Əbrarlar (Allahın seçilmiş saleh və xeyirxah bəndələri) bilirlər ki, həyatlarında olan bütün rahatlıq və aramlıq yalnız Allahın rəhmətinin və lütfünün sayəsindədir. Onlar heç bir neməti Allahdan müstəqil hesab etmirlər. 🔰 "Qutuf" sözü "dərilən meyvələr" deməkdir. Bu cənnət bağlarının meyvələri tamamilə əbrarların ixtiyarındadır və onların istəklərinə tabedir. Dünyada insanın çox məhsuldar bağı ola bilər, lakin meyvələr əlçatmaz olar. Bəzən isə meyvələr asanlıqla əldə edilir. Əbrarlara isə Allah-taala elə bir mənəvi qüdrət bəxş etmişdir ki, hər şey onların istifadəsinə ram edilmiş və istədikləri nemətlər asanlıqla əlçatan olmuşdur. 📓 Təfsir alimlərindən biri belə buyurur: «دَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا» ifadəsi onu göstərir ki, əbrarlar təslimiyyət və ilahi razılıq kölgəsində yaşayırlar. Bu kölgə həyatı rahat və hüzurlu edir. İnsanların bir çox narahatlıqları arzularına çata bilmədikləri üçün yaranır. Əgər insan Allahın razılığına təslim olsa və Onun razılığının sərin kölgəsində yaşasa, nə özü ilə mübarizə aparar, nə Allahdan gileylənər, nə də Allahın bəndələri ilə qarşıdurma yaşayar. ✅ Bu cənnət bağında yalnız maddi nemətlər deyil, hikmət və mərifət meyvələri də əbrarların (Allahın seçilmiş saleh və xeyirxah bəndələrinin) ixtiyarına verilir. Onlar sadəcə elm və mərifət sahibi deyillər, həm də həmin elm və hikmətdən lazım olan hər anda ən düzgün şəkildə istifadə etməyi bacarırlar. Allahın onlara bəxş etdiyi elm və hikmət həmişə əlçatan olur və ondan ən gözəl şəkildə faydalanırlar. @axlaq

#nəhcül_bəlağə_dərsləri ✍ İmam Əli əleyhissalam buyurur: وَلاَ تُسْرِعَنَّ إِلَى بَادِرَةٍ وَجَدْتَ مِنْهَا مَنْدُوحَةً "Qəzəbləndiyin zaman, əgər sərt davranmamaq üçün bir çıxış yolu tapırsansa, tələsib kobud hərəkət etmə və ani qərar vermə." 📚 Nəhcül-bəlağə 53-cü səhifə ⭕️ Şübhəsiz ki, insan qəzəbləndiyi zaman düşüncə tarazlığını itirir. 🔥 Dəfələrlə müşahidə etmişik ki, qəzəb anında verdiyimiz qərarlar sonradan yanlış olduğu ortaya çıxıb. Hətta ən ağıllı insanlar belə qəzəb zamanı ən düşüncəsiz insanlar kimi davrana bilərlər. 🌍 Xalq arasında işlənən: "Elə əsəbiləşdim ki, gözümə qan çökdü, heç nəyi görmədim və o işi etdim" ifadəsi də məhz bu halı təsvir edir. ✅ Buna görə də Əmirəlmöminin Əli əleyhissalam buyurur: الْغَضَبُ يُرْدِي صَاحِبَهُ وَيُبْدِي مَعَايِبَهُ "Qəzəb insanı həlaka sürükləyir və onun eyiblərini üzə çıxarır." @axlaq

#İnsan_surəsinin_təfsiri 🕋 Allah-taala İnsan surəsinin 14-cü ayəsində buyurur: وَ دَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَ ذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا "Onun kölgələri onların üzərinə yaxınlaşmış, meyvələri isə tamamilə onların ixtiyarına verilmişdir." 🔰 "Daniyətən" sözü əvvəlki ayələrdə bəhs olunan Cənnətin başqa bir mərhələsinə işarədir. Bu Cənnətdə ağacların kölgəsi əbrar (yaxşı əməl sahibləri) üzərinə yayılmışdır. Quran kölgəni rahatlıq və aramlığın rəmzi kimi təqdim edir. 🌐 Bəzən insanın malik olduğu nemətlər ona rahatlıq və huzur bəxş edir, bəzən isə həmin nemətlər sadəcə yükə çevrilir və heç bir rahatlıq gətirmir. Lakin əbrar geniş mənəvi tutuma malik olduqları üçün daim rahatlıq içində yaşayırlar. Onlar bütün işlərini Allahın qüdrət və yardımı ilə gördüklərini bilirlər və xeyir əməl görməkdən heç vaxt yorulub narahat olmurlar. 🟡 Kölgənin müstəqil varlığı yoxdur; o, başqa bir varlığın sayəsində meydana gəlir. Əbrar (xeyir əməl sahibləri olan insanlar) da bilirlər ki, həyatlarında olan hər bir rahatlıq və aram yalnız Allahın rəhmət və lütfünün kölgəsindədir. Onlar heç bir neməti Allahın mərhəmətindən müstəqil hesab etmirlər. «قُطُوفُ» "dərilən meyvələr" deməkdir. Bu Cənnət ağaclarının meyvələri əbrarın ixtiyarında olacaq; istədikləri zaman asanlıqla onlara çata biləcəklər. Bəzən insanın meyvəli bağı olur, lakin meyvələr əlçatmaz olur. Bəzən isə meyvələr çox rahat əldə edilir. Əbrara Allah-taala tərəfindən elə bir təsərrüf və hakimiyyət veriləcək ki, hər şey onların ixtiyarında və asanlıqla əldə edilən olacaq. 📓 Təfsir alimlərindən biri belə deyir: Allahın «دَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا» buyurmasının mənası budur ki, əbrar təslimiyyət və razılıq kölgəsi altında yaşayırlar. Bu kölgə həyatı rahat və aram edir. İnsanların narahatlıqlarının böyük hissəsi arzularına çata bilməmələrindən qaynaqlanır. Əgər insan Allahın razılığına təslim olub onun sərin mehində yaşasa, nə özü ilə mübarizə aparar, nə Allaha etiraz edər, nə də Allahın bəndələri ilə qarşıdurmaya düşər. 🟢 Bu Cənnət bağında hikmətlər və mərifətlər də əbrarın ixtiyarına veriləcək. Onlar yalnız elm və mərifət sahibi olmayacaqlar, həm də həmin mərifətdən ən doğru şəkildə istifadə edəcəklər. Allahın onlara bəxş etdiyi elm və hikmətdən hər ehtiyac duyduqları anda ən gözəl şəkildə faydalanacaqlar. @axlaq

🕋 Əhli-beytin (ə) ardınca getməyin şərti ✍ İmam Həsən Əskəri əleyhissalam buyurur: اِتَّقُوا اللَّهَ، وَكُونُوا زَيْنًا وَلَا تَكُونُوا شَيْنًا، جُرُّوا إِلَيْنَا كُلَّ مَوَدَّةٍ، وَادْفَعُوا عَنَّا كُلَّ قَبِيحٍ "Allahdan qorxun. Bizim üçün zinət olun, rüsvayçılıq səbəbi olmayın. Bütün məhəbbətləri bizə doğru yönəldin və hər cür çirkinliyi bizdən uzaqlaşdırın. 📕 Tuhəful-uqul 488-ci səhifə 💠 Bizim həzrət Muhəmməd (s) Əhli-beyti (ə) ilə münasibətimiz rəhbərlik və itaət münasibətidir. Onlar imam və rəhbərdirlər, biz isə onlara iqtida edən və yollarını davam etdirən ardıcıllarıq. 🔆 Onlar bizim üçün kamil örnək və nümunədirlər. Biz də onların həyat tərzini özümüzə örnək götürməliyik. 💎 Onlar paklıq, təqva, ədalət və doğruluq nümunəsidirlər. Biz də paklıq, təqva, ədalət və sədaqət yolunda olmalıyıq ki, şiəlik və Əhli-beytə (ə) bağlılıq iddiamız doğru olsun. Gözəl davranışımız və yüksək əxlaqımızla onların adına zinət gətirək, yoxsa pis əməllərimizlə onların adının ləkələnməsinə və narahat olmasına səbəb olmayaq. 🌎 Bəzən bir ata saleh və ləyaqətli insan olur, lakin övladı pis və şər əməlli olur. İnsanlar övladın pis davranışlarını atası ilə əlaqələndirir və bu, atanın xəcalət çəkməsinə səbəb olur. 🟢 İmamlar (ə) bizim mənəvi atalarımızdır. Buna görə də elə yaşamalıyıq ki, davranışlarımız onlara hörmət və başucalığı gətirsin, rüsvayçılıq yox. 🔰 Zəkəriyya adlı bir şəxs əvvəllər xristian idi. O, İmam Cəfər Sadiqin (ə) dövründə İslamı qəbul etdi. Mədinədə İmamın hüzuruna gəldikdə, Həzrətin ona etdiyi tövsiyələrdən biri anasına xüsusi qayğı göstərməsi və ona yaxşılıq etməsi idi. Anası xristian olmasına baxmayaraq, oğlunun İslamdan sonra nümayiş etdirdiyi gözəl əxlaq və İmamın (ə) göstərişinə əməl etməsi ona dərin təsir göstərdi və nəticədə o da İslama meyl edib müsəlman oldu. - Anası oğluna belə dedi: إِنَّ هَذَا مِمَّا تُوصِي بِهِ الْأَنْبِيَاءُ أَتْبَاعَهُمْ. "Belə tövsiyələri yalnız peyğəmbərlər öz ardıcıllarına edərlər." Nəhayət, o xristian ana da müsəlman oldu. 📕 Üsuli-kafi 2-ci cild 160-cı səhifə ✅ Belə gözəl əxlaq və davranış insanların qəlbində Əhli-beytə (ə) məhəbbət yaradır və onları Əhli-beytə doğru cəlb edir. 🕋 Şiə elə yaşamalıdır ki, insanlar onun davranışını görərək İmamların (ə) uca və ilahi məqamını tanısın, onlara (ə) sevgi bəsləsin və onların (ə) yoluna yönəlsin. @axlaq

❓ Sual: İmam Hüseynin (ə) Ərbəin ziyarətində piyada yürüşün Həzrət Mehdinin (ə) zühuru ilə nə əlaqəsi var? 🔰 Hədislərə əsasən, zühurdan əvvəl dünya zülmün hökmranlığı altına düşəcək. Lakin bu qaranlıq dövrdə, İmamZaman əleyhissalamın köməyinə çatmaq üçün ayıq və hazırlıqlı möminlər o həzrəti gözləyəcəklər. 🌎 İmamzaman əleyhissalamın qlobal hərəkatı əvvəlcə 313 seçilmiş səhabə ilə başlayacaq, sonra isə dünyanın müxtəlif yerlərindən minlərlə azadə insanın qoşulması ilə genişlənəcək. 🌐 Bu baxımdan, Ərbəin yürüşü, İmamZaman əleyhissalamın köməkçilərini yetişdirmək və haqq İmamına yardım etmək ruhunu gücləndirmək üçün bir məktəb və məşq meydanıdır. 🕋 Hətta zühur bizim dövrümüzdə baş verməsə belə, bu möhtəşəm yürüş insanın imanını diri saxlayır, möminlərin vəhdətini möhkəmləndirir və bizi İmam Hüseyn əleyhissalamın canı bahasına qoruduğu, İmam Mehdi əleyhissalamın isə bərqərar etmək üçün qiyam edəcəyi ilahi dəyərlərə sadiq qalmağa hazırlayır. ✅ Buna görə də, Ərbəin yürüşü təkcə Kərbəlaya edilən bir səfər deyil; o, qəlblərin tərbiyə olunduğu, iradələrin möhkəmləndiyi, ilahi dəyərlərin dirçəldiyi və insanın İmamzaman əleyhissalamın zühuru və qiyamına hazırlanması üçün keçdiyi bir yoldur. @axlaq

photo content

💠 Səadətin dörd təməli. ✍ İmam Cəfər Sadiq əleyhissalamdan nəql edilmiş bir hikmətli kəlamda belə buyurulur: قِيلَ لَهُ: عَلَى مَاذَا بَنَيْتَ أَمْرَكَ؟ فَقَالَ: عَلَى أَرْبَعَةِ أَشْيَاءَ: عَلِمْتُ أَنَّ عَمَلِي لَا يَعْمَلُهُ غَيْرِي، فَاجْتَهَدْتُ، وَعَلِمْتُ أَنَّ اللَّهَ عَزَّوَجَلَّ مُطَّلِعٌ عَلَيَّ، فَاسْتَحْيَيْتُ، وَعَلِمْتُ أَنَّ رِزْقِي لَا يَأْكُلُهُ غَيْرِي، فَاطْمَأْنَنْتُ، وَعَلِمْتُ أَنَّ آخِرَ عُمُرِيَ الْمَوْتُ، فَاسْتَعْدَدْتُ. "İmam Sadiqdən (ə) soruşdular: “Həyatını hansı təməl üzərində qurmusan?” Buyurdu: “Dörd şey üzərində: Bildim ki, mənim yerimə mənim işimi heç kəs yerinə yetirməyəcək. Buna görə də özüm çalışdım. Bildim ki, Uca Allah məni daim görür və məndən xəbərdardır. Buna görə də Ondan həya etdim. Bildim ki, mənim ruzimi məndən başqası yeyə bilməz. Buna görə də arxayın (və qəlbi narahatlıqdan uzaq) oldum. Bildim ki, ömrümün sonu ölümdür. Buna görə də ona hazırlaşdım.” 📗 Biharul-Ənvar 75-ci cild 228-ci səhifə 🌍 İmam Sadiqin (ə) həyatını üzərində qurduğu bu dörd prinsip bəndəliyin əsasları, səadət və uğurun ən mühüm meyarlarıdır. 1⃣ Hər bir insan öz əməllərinin girovundadır. 🟢 Qiyamət günü insandan: “Kimin övladı idin?”, “Nə qədər var-dövlətin vardı?” və ya “İnsanlar səni nə qədər sevirdi?” – deyə soruşulmayacaq. Ondan soruşulacaq: “Hansı əməlləri gətirmisən?” Buna görə də hər kəs öz axirət səfəri üçün hazırlıq görməli, öz əməl yükünü toplamalı və əbədi səadətini düşünməlidir. 2⃣ Günah, insanın Allahdan qafil olduğu anların məhsuludur. 🔵 Əgər bəndə Allahı həmişə özünə yaxın, hər şeyi görən və hər şeydən xəbərdar bilsə, Ondan həya edər və günaha tərəf getməz. ✅ Buna görə də həya insanın malik ola biləcəyi ən qiymətli mənəvi sərvətlərdən biridir. 3⃣ Allah Rəzzaqdır və bəndələrinin ruzisini Öz öhdəsinə götürmüşdür. 🟡 Həddindən artıq hərislik və tamah, Allahın ruzi verən olmasına olan imanın zəifliyindən irəli gəlir. İnsan əmin olsa ki, onun üçün təqdir edilmiş ruzi mütləq ona çatacaq, onun səy və çalışmasında narahatlıq və nigarançılığa səbəb qalmaz. 🕋 Allaha təvəkkül edən mömin həmişə qəlb rahatlığı içində yaşayır. 4⃣ Dünyadakı həyatın sonu ölümdür. ⚠️ Lakin ölüm yox olmaq deyil; insanın əbədi həyatının yeni mərhələsinin başlanğıcıdır. Ömür fürsəti məhdud, ölüm və bu dünyadan köç isə qaçılmaz olduğuna görə insan həmişə hazırlıqlı olmalı, axirət səfəri üçün lazımi azuqəsini toplamalıdır. 🪐 Ölümü və axirəti daim xatırlayan insan qəflətə düşməz. 💎 Ölümü axirət aləminə giriş qapısı kimi görən insan isə həmin səfərə heç vaxt əliboş getməz. @axlaq

⚫️ Şeytani vəsvəsələrdən və xəyal qüvvəsinin şərindən necə xilas olaq? 1⃣ İşsizlik və bikarçılıqdan qəti şəkildə çəkinin. 2⃣ Mümkün qədər tək qalmaqdan çəkinin. Tənhalıqdan bacardıqca uzaq olun, ictimai olmağa çalışın. 3⃣ O fikirlər və vəsvəsələr gələndə dərhal fikrinizi başqa yerə yönəldin, yəni fantaziya və xəyal etmək əvəzinə dərhal yerinizi dəyişin, özünüzü bir şeylə məşğul edin, Nas surəsini oxuyun və salavat deyin ki, o fikirlər müvəqqəti olaraq zehninizdən çıxsın. 4⃣ Gecələr nə vaxt yuxunuz gəlirsə, onda yatın. Günortadan sonra yatmayın, təki axşam yerinizə girən kimi yuxuya gedə biləsiniz. 5⃣ Günaha aparan şeylərdən uzaq durun. Yəni günahların müqəddiməsinə yaxın durmayın. 💎 Bəzi fikirlərin insanın zehninə gəlməsi insanı öz əlində deyil, amma o fikirləri davam etdirmək insan əlindədir. 🌍 Təbii ki, o fikirlər zahiri gerçəkliyə çevrilənə qədər insana günah yazılmır, lakin məhz bu fikirlər insanın ruhunun və qəlbinin qaralmasına səbəb olur. Ona görə də onlardan qətiyyətlə çəkinin. t.me/axlaq

#şəriət_hökmləri 👕 Şöhrət libası ( şöhrətpərəstlik paltarı) nədir? 👕 ❓ Şöhrət libası dedikdə nə nəzərdə tutulur? 🔰 Cavab: Şöhrət libası dedikdə elə bir geyim nəzərdə tutulur ki, onun parçası, rəngi, biçimi və ya geyinilmə tərzi həmin şəxs üçün adi və uyğun sayılmır, onun ictimai mövqeyi ilə uyğunluq təşkil etmir və ya müəyyən bir xüsusiyyətinə görə insanların diqqətini cəlb edir, onu hamının nəzərində fərqləndirərək barmaqla göstərilən edir. ✅ Qeyd 1 👇 "Geyim" sayılan hər bir əşya bu hökmə daxildir. Buna görə də ayaqqabı, papaq, palto, baş örtüyü, corab və s. haqqında da "şöhrət libası" deyilərsə, bu hökm onlara da şamil olur. ✅ Qeyd 2 👇 Bəzən geyim modelinə və ya üslubuna görə şöhrət libası hesab olunur. Məsələn, reperlərin geyim tərzi buna nümunə ola bilər. @axlaq

💠 İtaət və günah. ✍ İmam Musa Kazım əleyhissalam buyurur: إِيَّاكَ أَنْ يَرَاكَ اللَّهُ فِي مَعْصِيَةٍ نَهَاكَ عَنْهَا، وَإِيَّاكَ أَنْ يَفْقِدَكَ اللَّهُ عِنْدَ طَاعَةٍ أَمَرَكَ بِهَا "Allahın səni qadağan etdiyi bir günahın içində görməsindən çəkin. Həmçinin Allahın səni əmr etdiyi bir itaət məqamında görməməsindən də özünü qoru." 📕 Müsnədül-İmam əl-Kazim (ə) 3-cü cild 248-ci səhifə 🕋 İtaət və günah səhnələrinin hamısı Allahın hüzurundadır. İlahi mələklər insanın bütün əməllərini dəqiqliklə qeydə alırlar. ⚠️ Allah eləməsin ki, Rəbbimizin qadağan etdiyi yerlərdə bizi görsün və ya əmr etdiyi ibadət və vəzifələrdə bizi görməsin. ✅ Məsələn, Allah-taala istəyir ki, hər namazın ilk vaxtında mömini səccadənin üzərində görsün, gecə namazını qılan halda görsün... Amma bəziləri həmin vaxtda və ya həmin halda yerində olmurlar. 🔴 Digər tərəfdən, haram məclislərdə iştirak etmək günahdır. Lakin bəzi insanlar belə məclislərdə görünürlər; halbuki mömin belə yerlərə ayaq basmamalıdır. 🌍 Bu aləmin hər yeri Allahın hüzurudur. 🌐 İnsanların bütün yaxşı və pis əməlləri dəqiqliklə qeydə alınır və bir gün hər kəs ilahi məhkəmədə cavab verəcək. 🔆 Bəli, bu dünya Allahın hüzurudur. Elə isə Allahın hüzurunda Ona asi olmayaq! @axlaq

❓ Cəhalətlə günah arasında necə bir əlaqə vardır? 📖 Qurani-kərimdə cəhalətin iki növünə işarə edilmişdir: 1⃣ Birincisi, bilməmək, savadsızlıq və məlumatsızlıqdır ki, bu da elmin əksidir. ⭕️ İnsan bir əməlin günah olduğunu bilmədikdə, onu etməkdə özünü sərbəst hesab edir. İlahi hökmləri tanımamaq səbəbindən cahil insan həmin hökmlərin sərhədlərinə riayət etmir və günaha düşür. 📌 Digər tərəfdən, insan günah etdikcə və həmin günahda israr etdikcə, tədricən ilahi hökmlərə dair elm və agahlığını itirir və cahillər sırasına daxil olur. Buna görə də elm və agahlıq insana öz vəzifələrini yerinə yetirməkdə kömək edir və onu pis əməllərdən çəkindirir. ✅ Məsələn, bir insan qabın içində zəhərli maddə olduğunu bilsə, əsla ona əl vurmaz və özünü ondan qoruyar. Lakin elə insanlar da vardır ki, yedikləri qidanın zəhərli olduğunu bilmədikləri üçün onu yeyir və sonradan ağır xəstəliklərə düçar olurlar. Deməli, cəhalət və məlumatsızlıq yanlış əməllərə zəmin yaradır. 2⃣ Cəhalətin ikinci mənası isə bilməmək və məlumatsızlıq deyil. Bu, insanın bildiyini nəzərə almaması, öz elminə əməl etməməsi və ağlından istifadə etməməsi deməkdir. Bu mənada cəhalət ağlın əksidir. 🔴 Bu baxımdan, cahil insan bilməyən şəxs deyil; bildiyinə əməl etməyən, elminin tələb etdiyi kimi davranmayan və cahillər kimi səhv yola qədəm qoyan şəxsdir. ⚠️ Buna görə də insan istər bir məsələni əvvəldən bilmədiyi üçün, istərsə də bildiyi halda öz elminə uyğun davranmadığı üçün günah bataqlığına sürüklənə bilər. Hər iki hal insanın günaha düşməsinə səbəb olur. @axlaq

photo content

🔆 Həyatda uğur və müvəffəqiyyət qazanmağın 10 yolu. 1⃣ Davamlı mütaliə. Böyük alimlərin faydalı və nəfis kitablarını oxu. Hər satılan kitabı oxuma. 2⃣ Əxlaqlı, təqvalı, müvəffəq və uğur qazanmış insanlar ilə ünsiyyətdə ol. 3⃣ Hədəf və məqsədlərin üçün plan qur, qarşına qoyduğun hədəf və məqsədlərinin ardınca get. 4⃣ Sübh tezdən oyan, yay fəslində sübh namazından yarım saat əvvəl, qışda isə bir saat əvvəl yuxudan dur, günəş çıxana qədər yatma. 5⃣ Bilmədiyin mövzularda təcrübəli şəxslər ilə məsləhətləş. 6⃣ Nikbin və müsbət düşüncəli ol. Hər şeyi yaxşıya yoz. Hər hadisədən dərs və ibrət götür. 7⃣ Öz hədəflərinin icrasında düzgün çalış və camaatı özünə nümunə etmə. Məsələn, tez yatmağa çalış, hərçənd camaat gecə 1-də yatırlar. 8⃣ Hər gün azı 10-15 dəqiqə işlərin və oxuduqların barədə təfəkkür edib dərindən düşün. 9⃣ Faydalı insan ol, ətrafında kimlərəsə kömək lazım olduğunu gördükdə həmin şəxsə əlindən gələn köməyi et. 🔟 Hər gün bir cüz, yaxud heç olmasa 50 ayə Qurani-Kərimdən oxu, hər gün bir ayənin mənaları, incəlikləri barədə düşün. t.me/axlaq

🔴 Bədbəxtliyin üç əsas səbəbi. 🔰 İmam Həsən Müctəba əleyhissalam buyurur: هَلَاكُ النَّاسِ فِي ثَلَاثٍ: الْكِبْرُ وَالْحِرْصُ وَالْحَسَدُ "İnsanların həlakı və bədbəxtliyi üç şeydədir: təkəbbür, hərislik və həsəd." 📕 Kəşful-Ğummə 2-ci cild 197-ci səhifə ⭕️ Bu üç çirkin xüsusiyyət əxlaqi rəzilliklərin, ictimai fəsadların, kin və küdurətin əsas səbəblərindəndir. 📌 Təkəbbür insanı başqalarından uzaqlaşdırır, insanların gözündən salır və onun cahilliyinin əlamətidir. 🔥 Hərislik insanı daim mənəvi narahatlıq içində saxlayır. Nə qədər mal-dövlətə sahib olsa da, yenə özünü kasıb hiss edir və heç vaxt doymur. 🔘 Həsəd və paxıllıq isə həsəd aparan insanın həyatını acı və dözülməz edir. 🌍 Təkəbbürlü insanlar özlərini başqalarından üstün hesab etdikləri üçün hamının onlara hörmət və ehtiram göstərməsini gözləyirlər. Əgər kimsə onlara lazımi diqqəti göstərməsə, bundan ağır şəkildə inciyər və qəlblərində kin saxlayarlar. 🟡 Həris insanlar heç vaxt qane olmazlar. Dünyanın bütün sərvəti onların ixtiyarında olsa belə, yenə də başqalarının malına göz dikərlər. ⚫️ Həsəd aparanlar başqalarının malını, məqamını, elmini, şöhrətini, gözəlliyini və sevilməsini görə bilməzlər. Hətta bəzən həmin nemət sahiblərindən intiqam almağın yollarını axtararlar. 📖 Elə buna görə də Allah-taala Qurani-kərimdə belə buyurur: وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَه "...və həsəd apardığı zaman həsəd aparanın şərindən (Allaha sığınaram)." "Fələq" surəsi, 5-ci ayə). ⚠️ Deməli, həqiqi rahatlıq, daxili aramlıq və səadət təvazökar olmaqda, qaneçilik (qənaət) ruhuna sahib olmaqda və Allahın verdiyinə razı qalmaqdadır. Belə olduqda insan təkəbbürün, hərisliyin və həsədin yaratdığı ağır ruhi təzyiqlərdən xilas olar. @axlaq

photo content

🕋 Tövbənin əsas sütunları. 📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur: التَّوْبَةُ عَلَى ارْبَعَةِ دَعائِمٍ : نَدَم بِالْقَلْبِ، وَ اسْتِغْفارُ بِاللّسانِ وَ عَمَلٌ بِالْجَوَارِحِ وَ عَزْمُ انْ لا يَعُودَ "Tövbə dörd sütun üzərində möhkəmlənmişdir: 1. batini peşmançılıq 2. dildə istiğfar 3. əməldə istiğfar 4. günaha bir daha qayıtmamaq üçün ciddi qərar." 🌍 Tövbə adlı böyük bina dörd sütun üzərində qurulmuşdur. Başqa sözlə, tövbə insanın bütün varlığında aşkar olunmalıdır. 1⃣ Tövbədə ilk addım daxili peşmançılıqdır. Tövbə edən şəxsin qəlbi, ruhu və canında dəyişiklik və inqilab baş verir və qurşandığı günaha qarşı nifrət hissi yaranaraq peşman olur. 2⃣ Daxili peşmançılıq tövbədə ilk addım olsa da, onunla bitmir. İnsanın daxildə baş qaldıran inqilab və dəyişiklik digər bədən üzvlərinə də öz təsirini qoymalı, peşmançılıq qəlbin aynası, əqlin nümayəndəsi və insan şəxsiyyətinin açarı sayılan dilin vasitəsilə aşkar olmalı, qəlbi peşmançılıqdan sonra dil də günahdan tövbə etməlidir. 3⃣ Peşmançılıq hissi dildən digər üzvlərə də ötürülməli və onları əksüləmələ vadar etməlidir ki, insan keçmişini təmizləmək üçün bir iş görə bilsin. Bu mərhələdə onun üzvləri tövbənin bünövrəsini möhkəmlətmək üçün üç əsaslı iş yerinə yetirə bilər: a) Camaatın günahlar vasitəsilə tapdanan haqlarını ödəsin. Məsələn, qeybətini qıran şəxsdən halallıq alsın, qəlbini sındırdığı şəxsin razılığını cəlb etsin və s. Bir sözlə, haqqı boynunda olan şəxsin haqqını əda etsin. b) Allahın haqqını da əda etsin; tərk etdiyi ibadətləri yerinə yetirsin, əgər həmin ibadətlərin cəriməsi (kəffarəsi) varsa, cəriməsini ödəsin və onları ölümdən sonra həvalə etməsin! c) Keçmiş pislikləri, xəta və günahları yaxşılıqlar ibadətlərlə aradan qaldırsın. 4⃣ Gələcəkdə günahın tərki üçün ciddi qərarda olmaq lazımdır. Yəni tövbə insana ömrünün sonuna qədər yolu göstərir. İmam Əli əleyhissalamın bu hədisdə buyruğuna əsasən🔽 ➡️ tövbə insanda böyük dəyişiklik yaradır və yalnız dilə aid deyildir! 🌐 Əlbəttə, tövbənin cəmiyyətə təsiri də böyükdür, günaha əl atmış cəmiyyət də tövbədən sonra bu dörd mərhələni keçməlidir. t.me/axlaq