Əxlaq Məktəbi
Ir al canal en Telegram
Əxlaq, əqaid və təfsir dərsləri Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi Əxlaqi tərəqqi və seyri-sülukun yolları @Rza_iravan
Mostrar más2 223
Suscriptores
Sin datos24 horas
-57 días
-3030 días
Archivo de publicaciones
2 221
🕋 Həyatımız namaza çevrilsə...
✅ Namaz yalnız hərəkət və zikrlərdən ibarət deyil; Allaha yönəlmiş bir həyatın yığcam nümunəsidir.
💠 İnsan namazda öyrənir ki, doğru yolda irəliləmək üçün əvvəlcə pak olmalı, niyyətini saflaşdırmalı və istiqamətini düzgün seçməlidir.
🌍 Mömin həyatı da eyni məntiqə əsaslanır: paklıq olmasa, insanın əməlləri çirklənər; niyyət ilahi olmasa, hətta yaxşı işlər də insanı məqsədindən uzaqlaşdıra bilər; həyatın istiqaməti Allaha yönəlməsə, insan nə qədər çalışsa da, bu səylər onu mütləq mənəvi yüksəlişə çatdırmaz.
💎 Təharət, niyyət və qiblə namazı bəndəlik yoluna yönəltdiyi kimi, paklıq, ilahi niyyət və tövhidə əsaslanan istiqamət də həyatı inkişaf və səadət yoluna yönəldir.
🌐 Buna görə də namaz həyatımızın yalnız bir hissəsi deyil; necə yaşamağı öyrədən bir məşqdir.
@axlaq
2 221
🕋 Fatimə (ə) — İmam Mehdinin (ə) örnəyi.
✅ İmam Mehdi əleyhissalam, əsrin və zamanın sahibi — Allah onun zühurunu tezləşdirsin — buyurur:
إِنَّ لِي فِي ابْنَةِ رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ
"Allah Rəsulunun qızı (Fatimə) mənim üçün gözəl bir örnəkdir".
📚 Ğeybəti-Nömani, 287-ci səhifə
💠 İmam Mehdi (ə) bu kəlamında anası Həzrət Fatiməni (ə) özünə örnək və nümunə kimi təqdim edir.
🔰 Quranın ifadəsinə əsasən, Peyğəmbər (s) müsəlmanlar üçün örnəkdir.
لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ
“Sizin üçün Allahın Rəsulunda gözəl bir örnək vardır”.
Əhzab surəsi 21-ci ayə
Məsum imamların (ə) hər biri və onların əziz anaları Həzrət Fatimə əleyhasalam da hamı, xüsusilə qadınlar üçün nümunədir.
💎 Peyğəmbərin (s) uca məqamlı qızı müxtəlif cəhətlərdən örnəkdir. Mərifət, elm, tövhid və ibadət onun başlıca xüsusiyyətlərindəndir.
🌐 Haqqı müdafiə etməsi, Allahın hökmlərini qoruması, Peyğəmbərin (s) vəfatından sonra meydana çıxan bidətlərə və azğınlıqlara qarşı mübarizəsi də o xanımın örnəkliyinin digər təzahürləridir.
🔵 Həzrət Fatimənin (ə) zöhdü, təqvası və sadə yaşayışı məşhurdur. İmam Mehdi (ə) haqqında da onun sadə yaşayışını, zöhdünü, yeməyinin və geyiminin sadəliyini vurğulayan çoxsaylı hədislər nəql olunmuşdur.
🌍 Həzrət Fatimənin (ə) dəfn olunduğu yer gizlidir və insanlar onun harada olduğunu bilmirlər. İmam Mehdinin (ə) olduğu yer də insanlara məlum deyil; o Həzrət gözlərdən gizlidir. Bu da həmin ana ilə övlad arasındakı bənzərliklərdən biri sayıla bilər. İmamın (ə) tanınmadan və gizli yaşaması Həzrət Fatimənin (ə) qədrinin və qəbrinin insanlara tam məlum olmamasına uyğun bir təzahür kimi dəyərləndirilə bilər.
🟡 Hər halda, məsum imamlar (ə) əziz analarına xüsusi ehtiram göstərir, ibadətdə, mənəviyyata yönəlməkdə, vilayəti müdafiə etməkdə, zülmlə barışmamaqda və azğınlıqlara qarşı mübarizədə onu özlərinə örnək bilirdilər.
🔘 Bu xüsusiyyətlər bizim üçün də nümunədir.
🟣 İmam Mehdi (ə) anasını özünə örnək və nümunə kimi təqdim edirsə, biz də bu kamillik örnəyinə nəzər salmalı və onun həyat yolundan dərs almalıyıq.
@axlaq
2 221
⚠️ Dərhal cavab vermək həmişə hazırcavablıq əlaməti deyil!
✅ Bəzən tələsik verilən cavab anlaşılmazlığa, peşmanlığa, hətta daha böyük bir problemin yaranmasına səbəb ola bilər.
💎 Cavab verməzdən əvvəl özünə cəmi 3 saniyə vaxt ver:
1. Fasilə ver.
🟢 İlk reaksiyanı dərhal dilə gətirmə.
2. Düşün.
🔵 Qarşı tərəfin dediklərini, verəcəyin cavabın nəticələrini və onu ən yaxşı necə ifadə edə biləcəyini düşün.
3. Cavab ver.
💬 İndi sakit və düşünülmüş şəkildə cavab ver; yalnız duyğularının təsiri ilə danışma.
🟨 Bu sadə üç saniyə sözlərinin məzmununda və ifadə tərzində böyük fərq yarada bilər.
@axlaq
2 221
♻️ Şəxsiyyət ilə kəlamın (danışığın) əlaqəsi.
✅ Biz bilirik ki, hər bir insanın sözü onun şəxsiyyətindən qaynaqlanır və şəxsiyyətini əks etdirir. İnsan danışanda özünü sözlərində və danışıq tərzində büruzə verir.
🌐 Cəsur insan bir cür danışır, qorxaq insan başqa cür. Filosofun və arifin özünəməxsus danışıq tərzi var. Təhsilsiz insanın danışığı bir cür, şəhərli insanın danışığı bir cür, kəndli insanın danışığı isə başqa cür olur.
📝 İmam Əli əleyhissalam buyurur:
الْمَرْءُ مَخْبُوءٌ تَحْتَ لِسَانِهِ
“İnsan dilinin altında gizlənmişdir.”
📚 Nəhcül-bəlağə, hikmət 140-cı hikmətli kəlam
🟢 İnsan danışmayınca şəxsiyyəti gizli qalır. Danışmağa başlayan kimi daxilində olanları üzə çıxarır.
🕋 Allahın kəlamı barədə də bu baxımdan danışmaq olar. Allahın kəlamı olan Qurani-həkim — əgər Allah haqqında “şəxsiyyət” ifadəsini işlətmək düzgün olarsa — Onun şəxsiyyətinin təcəllisidir. Yəni Allah-taala Özünün bütün ad və sifətlərini Quranda aşkar etmiş, onlarla təcəlli etmişdir.
📝 İmam Cəfər Sadiq əleyhissalam buyurur:
لَقَدْ تَجَلَّى اللَّهُ لِخَلْقِهِ فِي كَلَامِهِ
“Allah Öz kəlamında yaratdıqlarına təcəlli etmişdir.”
📚Biharul-ənvar 89-cu cild 107-ci səhifə
✅ Yəni Allah-taala Öz kəlamında təcəlli etmişdir. Hər kəsin sözü onun şəxsiyyətinin təzahürüdür və onun daxilindən qaynaqlanır.
🕌 Məsumların duaları da onların mübarək dillərindən səslənmişdir. Deməli, Kumeyl duası Əmirəlmöminin Əlinin (ə) şəxsiyyətinin təcəllisidir. Ərəfə duası İmam Hüseynin (ə) şəxsiyyətindən qaynaqlanır. Camiəyi-kəbirə ziyarətnaməsi isə İmam Hadinin (ə) şəxsiyyətini əks etdirir.
🕋 Kumeyl duasını oxuyan insan Əmirəlmömininin (ə) tərbiyəsi və inayəti ilə Allaha yaxınlaşır. Yəni onun əlindən tutması və inayəti sayəsində Allaha yaxınlığın pillələri ilə yüksəlir. Ərəfə duasını oxuyan insanın əlindən isə İmam Hüseyn (ə) tutub onu ucaldır.
🔵 Hər bir insanın səviyyəsi, mərtəbəsi və dərəcəsi onun arzu və istəkləri ilə ölçülür. İnsanın arzu və istəkləri onun mənəvi səviyyəsinin nə qədər olduğunu göstərir. Mənən böyük insanın istəkləri də böyük və ucadır. Mənən kiçik insanın istək və arzuları isə kiçik, səthi və aşağı səviyyədədir.
@axlaq
2 221
💎 Qəzəbi cilovlamaq təqvalı insanların xüsusiyyətlərindəndir.
✅ Qəzəbi cilovlamaq müəyyən zaman, məkan və ya şəxslə məhdudlaşmayan əxlaqi fəzilətlərdən biridir. Bu, bütün şəraitlərdə fəzilət sayılır. Qurani-kərim təqvalı insanların xüsusiyyətlərindən birini belə ifadə edir:
وَالْكَاظِمِينَ الْغَيْظَ
“Qəzəblərini cilovlayanlar...”
Ali-İmran surəsi 134-cü ayə
🔰 Bu ayədə bu xüsusiyyət heç bir şərtlə məhdudlaşdırılmayıb.
💠 İmam Əli əleyhissalam təhqirə məruz qalan və cavab verməyə hazırlaşan bir kişiyə buyurdu:
“Sakit ol! Səni təhqir edənə əhəmiyyət vermə. Bununla Allahı razı salar, şeytanı qəzəbləndirər və düşmənini cəzalandırarsan.”
📚 Səfinətul-bihar 1-ci cild 300-cü səhifə
🕋 Qəzəb yalnız Allah üçün olduqda bəyənilən sayılır. İmam Əli (ə) fasiqlər və günahkarlar qarşısında qəzəblənən, pislikdən çəkindirmək vəzifəsini unutmayan insanları tərifləyir, onların əməlini uca tutur və buyurur:
“Kim fasiqlərə nifrət edərsə və Allah üçün qəzəblənərsə, Allah da onu müdafiə etmək üçün qəzəblənər və Qiyamət günü onu razı salar.”
📚 Nəhcül-bəlağə, 38-ci məktub.
@axlaq
2 221
⚠️ Heç vaxt unutma!
🌍 Keçmiş günahları xatırlamağın müəyyən təsirləri var.
1⃣ Öz günahını unutmayan və buna görə daim xəcalət çəkən insan ilk növbədə onu -əvəzini çıxmaq və tövbə etmək yolu ilə düzəltməyə çalışır. Tövbənin tərbiyəvi təsiri və insana yaşatdığı mənəvi şirinlik keçmiş səhvlərini düzəltmək barədə düşünənlər üçün güclü bir təşviq ola bilər.
2⃣ Etdiyi günahın xəcalətini daim daşıyan insan təklikdə həmin günaha səbəb olan amilləri araşdırır. Məqsədi bu amilləri aradan qaldıraraq günahın kökünü qurutmaqdır. Bu da günahı unutmamağın ikinci bərəkətidir.
@axlaq
2 221
⚠️ Uzaq durmalı olduğumuz dörd xislət.
🔰İmam Əli əleyhissalam bir hədisdə buyurur:
مَنِ اسْتَطَاعَ أَنْ يَمْنَعَ نَفْسَهُ مِنْ أَرْبَعَةِ أَشْيَاءَ فَهُوَ خَلِيقٌ بِأَنْ لَا يَنْزِلَ بِهِ مَكْرُوهٌ أَبَدًا، قِيلَ: وَمَا هُنَّ يَا أَمِيرَ الْمُؤْمِنِينَ؟ قَالَ: الْعَجَلَةُ، وَاللَّجَاجَةُ، وَالْعُجْبُ، وَالتَّوَانِي
“Özünü dörd şeydən qoruya bilən kəs heç vaxt xoşagəlməz bir hadisə ilə üzləşməməyə layiqdir”.
Soruşuldu: “Ey Əmirəlmöminin, onlar hansılardır?”
Buyurdu: “Tələskənlik, inadkarlıq, özünübəyənmə və süstlük”.
✅ Birinci: tələskənlik — الْعَجَلَةُ
🔴 Tələskənlik insanın düşünmədən və diqqətlə ölçüb-biçmədən bir iş barədə qərar verməsi və ya onu yerinə yetirməsidir.
Buna görə də tələskənlik işi sürətlə görməkdən fərqlidir.
✅ İkinci: inadkarlıq — اللَّجَاجَةُ
⭕️ Təhlükəli və insanı bəlaya düçar edən xüsusiyyətlərdən biri haqsız yerə israr etməkdir. İnadkar insan bir söz dediyi və ya müəyyən mövqe tutduğu üçün, hətta onun yanlış olduğu sübuta yetirilsə belə, geri çəkilməyə razı olmur.
✅ Üçüncü: özünübəyənmə — الْعُجْبُ
🌀 Bu, insanın özündən razı qalması, nöqsan və zəifliklərini görməməsi, üstəlik, yaxşı xüsusiyyətlərini olduğundan böyük hesab etməsidir.
✅ Dördüncü: tənbəllik — التَّوَانِي
🟨 Tənbəllik və səhlənkarlıq etmək bu günün işini sabaha saxlamaq və işləri təxirə salmaqdır.
🌎 Çoxsaylı təcrübələr göstərir ki, cəmiyyətin məruz qaldığı zərər və ziyanlar bu xüsusiyyətlərdən uzaq durmamağın nəticəsi olmuşdur.
@axlaq
2 221
🌍 Qənaət — istehlaka aludə olmuş dünyada yaxşı yaşamaq sənəti.
✅ Qənaətin düzgün tərifi:
Qənaət məhrumiyyət və ya yoxsulluq demək deyil. O, insanın sahib olduqları ilə ağılla kifayətlənməsi və imkanlarından ölçülü istifadə etməsidir. Qənaət hərisliyin və başqaları ilə bəhsə girməyin qarşısında dayanır, insana həqiqi ehtiyacla əsassız istəyi bir-birindən ayırmağa kömək edir.
✅ İstehlakçılığa qarşı durmaq:
Müasir dünyada istehlak insanın özünü təqdim etməsi və ictimai mövqeyini nümayiş etdirməsi üçün bir vasitəyə çevrilib. Media və sosial şəbəkələr dəbdəbəli həyat görüntüləri ilə insanda daim daha çox şeyə sahib olmaq təzyiqi yaradır. Qənaət bu təzyiqlərə şüurlu şəkildə qarşı durmaqdır.
✅ Şüurlu sadə yaşayış:
Sadə yaşamaq çətin şəraitdə yaşamaq demək deyil. Bu, həyata həqiqi dəyər qatmayan mürəkkəblikləri və lazımsız xərcləri aradan qaldırmaqdır. İnsan əşyaları həyatının əsas məqsədlərinə — sağlamlığına, rahatlığına və işinə xidmət etdirməlidir; ömrünü və enerjisini onları qoruyub saxlamağa və nümayiş etdirməyə sərf etməməlidir.
✅ İsraf və əxlaqi məsuliyyət:
İsraf yalnız artıq xərc çəkmək deyil, həm də cəmiyyətin və təbiətin sərvətlərinə qarşı məsuliyyətsizlikdir. Ehtiyac olmadan alınan və ya səbəbsiz yerə atılan hər bir məhsul onun istehsalına sərf edilmiş qiymətli resursların hədər getməsi deməkdir.
✅ Mənəvi və psixoloji rahatlıq:
Qənaətin ən mühüm bəhrələrindən biri özünü başqaları ilə müqayisə etməyin yaratdığı narahatlıqdan qurtulmaqdır. Qənaətcil insan xoşbəxtliyini daha çox şeyə sahib olmağa bağlamır. Buna görə də daha çox daxili rahatlıq yaşayır.
@axlaq
2 221
#nəhcül_bəlağə_dərsləri
⚠️ Şeytanın fəaliyyət üsullarına diqqət.
📝 İmam Əli əleyhissalam buyurur:
أَلَا وَ إِنَّ الشَّيْطَانَ قَدْ ذَمَرَ حِزْبَهُ وَ اسْتَجْلَبَ جَلَبَهُ لِيَعُودَ الْجَوْرُ إِلَى أَوْطَانِهِ وَ يَرْجِعَ الْبَاطِلُ إِلَى نِصَابِهِ
"Agah olun! Şeytan öz dəstəsini və tərəfdarlarını səfərbər etmiş, havadarlarını hər tərəfdən toplamışdır ki, zülm yenidən öz yerinə qayıtsın və batil öz mövqeyini bərpa etsin".
📚 Nəhcül-bəlağə, 22-ci xütbə
✅ İmamın (ə) xatırlatdığı ilk məqam budur ki, şeytan çox fəaldır və müxtəlif yollarla fəaliyyət göstərir. Günah məclisində bir cür, itaət məclisində isə başqa cür fəaliyyət göstərir.
⭕️ Hətta müxtəlif zamanlarda onun fəaliyyət üsulları da dəyişir: Məhərrəm ayında insanları bir cür, Ramazan ayında isə başqa cür aldadıb azdırır.
🔴 Şeytan məqsədyönlü fəaliyyət göstərir. Onun məqsədi insanları haqdan uzaqlaşdırmaq, zülmü bərqərar etmək və batilin səltənətini təmin etməkdir. Bir çox insan bu məsələdən xəbərsizdir və İmam Əli əleyhissalam bununla bağlı xəbərdarlıq edir.
📌 Şeytanın dinə qarşı mübarizədə istifadə etdiyi ən mühüm üsullardan biri insanlarda din övliyalarına qarşı bədgümanlıq yaratmaqdır. O, bütün səylərini buna yönəldir ki, insanlar hər bir yanlış işi həmin böyük şəxsiyyətlərə aid etsinlər.
🔘 Dini şəxsiyyətlərin dəyərsiz göstərildiyi cəmiyyətdə insanlar tədricən dinə qarşı laqeyd olacaqlar.
@axlaq
2 221
#Fəcr_surəsinin_təfsiri
🔆 Fəcr — ixlaslı bəndəliyin başlanğıcı və münacat vaxtı.
🕋 Allah-taala Fəcr surəsinin birinci ayəsində belə buyurur:
وَالْفَجْرِ
"And olsun dan yerinə!"
✅ Dostlar, əvvəlki hissədə “fəcr” sözünün iki mənasını qeyd etdik. İndi isə digər mənalarına nəzər salırıq:
3. «İxlaslı bəndəliyin başlanğıcı»
🟢 Pak və müqəddəs Allah insanın yerinə yetirdiyi hər bir xeyirli və ixlaslı əməlin başlanğıcına and içir. Çünki insanın "fəcri" onun ixlaslı bəndəliyinin başlandığı, yaxşılıq və xeyirxah əməllərin ondan meydana gəldiyi andır.
💠 Fəcr insanın özünə müstəqil bir varlıq və təsir aid etmədiyi, aləmdə yalnız Allahın fəaliyyətini müşahidə etdiyi zamandır. Bu zaman insan bütün müsbət və xeyirli əməlləri Allahın verdiyi güc və qüdrətə bağlayır və Allahın varlığında fani olur.
🌐 Başqa sözlə, "fəcr" Allahın aləmdə tam təcəlli etdiyi və insanın aləmdə yalnız Allahı müşahidə etdiyi zamandır.
4. «Bəndənin Allahla münacat vaxtı»
🕌 Fəcr bəndənin Allahla münacat etdiyi vaxtdır. Maddi aləmin darlığından və sıxıntısından ayrılmaq, əməl dəftərinin açılıb ortaya qoyulması zamanıdır. Bu münacatla bəndənin varlığı genişlənir və pak, müqəddəs Allah onun bu müqəddəs varlığına and içir.
@axlaq
2 221
#nəhcül_bəlağə_dərsləri
🌍 Keçmiş nəsillərin aqibətinə baxın!
📝 İmam Əli əleyhissalam buyurur:
وَاعْتَبِرُوا بِمَا قَدْ رَأَيْتُمْ مِنْ مَصَارِعِ الْقُرُونِ قَبْلَكُمْ: قَدْ تَزَايَلَتْ أَوْصَالُهُمْ، وَزَالَتْ أَبْصَارُهُمْ وَأَسْمَاعُهُمْ، وَذَهَبَ شَرَفُهُمْ وَعِزُّهُمْ، وَانْقَطَعَ سُرُورُهُمْ وَنَعِيمُهُمْ
"Sizdən əvvəlki nəsillərin öldüyü yerlərdə gördüklərinizdən ibrət alın: bədənlərinin oynaqları bir-birindən ayrılıb, gözləri və qulaqları yox olub, şərəf və qüdrətləri əldən gedib, sevincləri və nemətləri sona çatıb".
📚 Nəhcül-bəlağə 161-ci xütbə
🔰 «Bədənlərinin oynaqları bir-birindən ayrılıb» ifadəsi torpaq altında bədənin dağılmasına işarə edir. Bu söz insanın ölümündən sonra dünyəvi əlaqələrinin qırılmasını da yada sala bilər.
🔵 Göz və qulaqlar ilk mənada görmə və eşitmə duyğularıdır. Bununla yanaşı, ifadə insana müxtəlif yerlərdən xəbər çatdıran şəxsləri də düşündürə bilər.
✅ Deməli, ölüm yalnız bədəni və duyğuları aradan aparmır; insanın dünyadakı şərəfi, qüdrəti, sevinci və nemətlərindən bəhrələnməsi də sona çatır.
@axlaq
2 221
💠 İnsanın ən mühüm əxlaqi və ictimai sərvətlərindən biri abır və heysiyyətidir.
🕋 İlahi peyğəmbərlərin müdafiə etdiyi dəyərlərdən biri də budur. İslamda insanın abırı onun canı qədər qiymətli sayılır. Buna görə də insandan başqaları qarşısında öz abırını qoruması istənilir. Abır çox dəyərli bir sərvətdir və onu qorumağa ilk növbədə insan özü məsuldur.
⭕️ İnsan özü öz həya pərdəsini yırtıb abırını ayaq altına atarsa, günaha daha asanlıqla yönələr. Çünki Sevimli peyğəmbərimiz Həzrət Muhəmmədin (s) buyurduğuna əsasən həya ilə iman arasında sıx bağlılıq var:
لاَ إِيمَانَ لِمَنْ لاَ حَيَاءَ لَهُ
"Həyası olmayanın imanı yoxdur."
📚 Ləalil-əxbar 2-ci cild 273-cü səhifə
🔴 Əgər insan həyanı kənara qoyub Allahın haram buyurduğu əməlləri açıq-aşkar edər, onları nümayiş etdirməyə başlayarsa, tənəzzül üç mərhələdə özünü göstərə bilər:
-əvvəlcə öz pis əməllərini artırar;
-sonra bu yolda başqalarına örnək olar;
-nəhayət, həmin çirkin əməllərin cəmiyyətdə yayılmasına səbəb olar.
✅ İslamda bu sonuncu hal «pislik və çirkinliyin yayılması» adlanır.
@axlaq
2 221
⚠️ Məna tapmaq həmişə konkret bir cavab tapmaqla baş vermir.
🌍 İnsan illərlə həyatı anlamaq, suallarına cavab vermək və aydın bir yol tapmaq üçün axtarış apara bilər. Amma dəyişiklik o zaman başlayır ki, insan artıq yalnız cavab axtarmır, həm də əvvəllər görə bilmədiyi əlaqələri görməyə başlayır.
🌐 Hadisələr, seçimlər, duyğular və inanclar ona əvvəl ayrı-ayrı görünürdü. İndi isə onların bir-biri ilə necə bağlı olduğunu anlayır.
🟡 Dərin daxili axtarışda məqsəd təkcə daha çox suala cavab tapmaq deyil. İnsanın özünə və həyata baxışının keyfiyyəti dəyişir. Beləcə, əvvəllər izah etməyə və mənalandırmağa çalışdığı şeyləri yeni bir baxışla anlayır.
🟢 Bu mərhələdə məna həyata sonradan əlavə etdiyimiz bir şey deyil; onu dərk etmək özümüzün daha dərindən yetişməyimizin nəticəsidir.
💎 Bu dəyişiklik o zaman dəyər qazanır ki, yalnız düşüncədə qalmayıb yaşayış tərzimizdə də özünü göstərsin.
@axlaq
2 221
#nəhcül_bəlağə_dərsləri
🌐 İlahi sınaqlara diqqət.
📝 İmam Əli əleyhissalam buyurur:
أَلَا وَ إِنَّ بَلِیَّتَكُمْ قَدْ عَادَتْ كَهَیْئَتِهَا یَوْمَ بَعَثَ اللَّهُ نَبِیَّكُمْ وَ الَّذِی بَعَثَهُ بِالْحَقِّ لَتُبَلْبَلُنَّ بَلْبَلَةً وَ لَتُغَرْبَلُنَّ غَرْبَلَةً
“Agah olun! Həqiqətən, sizin sınağınız Allahın Peyğəmbərinizi göndərdiyi gündəki sınağın şəklinə qayıtmışdır. Peyğəmbəri haqq ilə göndərən Allaha and olsun ki, bir-birinizə qarışacaq, sonra isə ələkdən keçiriləcəksiniz.”
📚 Nəhcül-bəlağə 16-cı xütbə.
🌍 İmam Əli əleyhissalam bu xütbəni iyirmi beş illik sükut dövründən sonra, insanlar ona beyət etdikləri zaman söyləmişdir.
🔆 Həmin vaxt insanların diqqətini qəflətdə qaldıqları bir məsələyə yönəltmək zəruri idi. Peyğəmbərin (s) göndərilməsindən təxminən qırx səkkiz il keçməsinə baxmayaraq, Əmirəlmöminin (ə) onlara xəbərdarlıq edir ki, qarşılarında duran sınaq Peyğəmbərin (s) göndərildiyi dövrdə yaşayan insanların sınağına bənzəyir.
⭕️ Müəyyən bir dövrdə insanlar bir-birinə qarışır, həmrəy və eyni mövqedə görünürlər. Bir müddət sonra isə sanki ələkdən keçirilir, yaxşılar pislərdən, möminlər imansızlardan ayrılırlar. Bu ayrılma mütləq baş verəcəkdir.
✅ İmamın (ə) bu kəlamının ünvanı bütün bəşəriyyətdir. Buna görə də İmamın (s) rəhbərliyini qəbul etmək və haqq əqidələrə sadiq qalmaq baxımından bütün insanlar hər zaman sınağa çəkilirlər.
🟢 Hətta insan “düzgün müəyyənləşdirmək və doğru qərar vermək” sınağından uğurla keçərək ən yaxşı seçimi etdikdən sonra da verdiyi sözə sadiq qalmağa, möhkəmlik və səbat göstərməyə diqqət yetirməlidir. Bu da başqa bir sınaqdır. Yalnız düzgün seçim etmək kifayət deyil; həmin seçimdə qətiyyətli və sabitqədəm olmaq da lazımdır. Bu isə mütləq sınağa çəkiləcəkdir.
⚠️ Bəzən insan özünü illərlə dindar hesab edə bilər. Lakin Məsumun hüzurunda məlum olar ki, cahiliyyət dövrünün insanları kimi, onun üçün də iman keçmişi qeydə alınmayıb.
@axlaq
