en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

İslam Məktəbi

İslam Məktəbi

Open in Telegram

Əxlaq, əqaid və təfsir dərsləri Tövhid maarifi və Şəriət hökmləri Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi Əxlaqi tərəqqi və seyri-sülukun yolları @Rza_iravan

Show more
2 167
Subscribers
-424 hours
-97 days
-5830 days
Posts Archive
#Nəhcül_bəlağə_dərsləri 📝 İmam Əli əleyhissalam buyurur: مَا أَقْبَحَ الْخُضُوعَ عِنْدَ الْحَاجَةِ، وَالْجَفَاءَ عِنْدَ الْغِنَی "Ehtiyac zamanı (başqalarının qarşısında) əyilmək, ehtiyacsız və varlı olduqda isə kobud və sərt davranmaq necə də çirkindir!" 📚 Nəhcül-bəlağə 31-ci məktub ✅ Bu kəlam ona işarə edir ki, nəfsi (iradəsi) zəif olan insanlar ehtiyac duyduqları zaman başqalarından elə alçaldıcı şəkildə kömək istəyirlər ki, bununla öz şəxsiyyət və ləyaqətlərini sual altına qoyurlar. ⭕️ Lakin ehtiyacsız və varlı olduqları zaman onlara ehtiyac əlini uzadan insanları kobudluq və sərtliklə geri qaytarırlar. 🟡 Bu iki xüsusiyyət ən pis əxlaqi rəzilətlərdəndir. 🔘 İnsan ehtiyac içində olduğu zaman öz izzətini və şəxsiyyətinin ucalığını qorumalı, ehtiyacsız və varlı olduğu zaman isə başqalarına qarşı mehribanlıq, məhəbbət və təvazökarlığını əsirgəməməlidir. @axlaq @islam_quran_axlaq

#Fatimiyyə 💠 Uğurların fonunda Allahı unutmaq. ✅ Bu gün gündəlik həyatımızda Allahı unutmağın bəzi nümunələrinə diqqət yetirək. Biz də bu qəflətdən uzaq olduğumuzu iddia etmirik. Əksinə, həmişə bunu etiraf edirik: "İnsanın dərdi varsa, bu, yaxşıdır. Dərdsizliyin dərmanı isə oddur". 🔶 Özümüzü yoxlayaq və görək ki, gündəlik həyatımızın hansı məqamlarında Allahı unuda bilərik. 🟢 Birinci məqam uğur qazandığımız anlardır! 🌍 Hər şey yaxşı gedəndə, bir iş görüb istədiyim nəticəyə çatanda, uğur qazananda, hətta təsəvvür etdiyimdən də böyük bir məqsədim gerçəkləşəndə... ❓ Bəs bütün bunlarda Allahın yeri haradadır? 👉 Bəzən deyirəm: "Əlbəttə, Allahın da lütfü çox oldu". 👉 Bəzən isə deyirəm: "Bu uğurun hər addımı Allahın lütfü, hər zərrəsi Onun fəzli, hər anı isə Onun diqqət və inayəti idi". ⭕️ Amma baxmalıyam ki, mən bu iki dəstədən hansına aidəm! ❓ Mən uğur qazanmağımda hər şeyi təsirli hesab edənlərdənəm, yoxsa yalnız Allahın lütfünü görənlərdən? هَٰذَا مِن فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ "Bu, Rəbbimin lütfündəndir. O, məni sınayır ki, görsün şükür edirəm, yoxsa nankorluq edirəm". Nəml surəsi, 40-cı ayə 🌐 Həyatda qazandığım uğurları bəzən öz zəhmətimin və çalışqanlığımın nəticəsi hesab edirəm. Bəzən onları özümə nəzarətimin və çəkdiyim zəhmətlərin, bəzən də etdiyim zikr və duaların nəticəsi bilirəm. 🔵 Halbuki bu zikri, duanı, səy və çalışqanlığı yerinə yetirmək üçün tövfiqi mənə kim bəxş edib?! ⚠️ Mən zahiri səbəblərə o qədər bağlanmışam ki, onların arxasındakı həqiqəti unutmuşam. @axlaq @islam_quran_axlaq

#İmamşünaslıq 🕋 Vilayət bağından hər an yeni bir meyvə yetişir. ✅ Biz inanırıq ki, İmamZaman əleyhissalamın varlığı həm mənəvi yüksəlişimizdə vasitəçi, həm də Allahın lütf və inayətlərinin bizə çatmasında vasitədir. 🟢 İmamın (ə) müqəddəs varlığı həyatımızın yeknəsəq olmasının qarşısını alır. Həzrət bizi mənəvi baxımdan yüksəldir. Bu yüksəliş yolunda təkrara yer yoxdur. Hər gün əvvəlki gündən fərqli bir mənəvi məqamda oluruq. 💠 İmamın (ə) vasitəçiliyi ilə hər an bizə müxtəlif ilahi lütflər yetişir. Bunlar yeni, təzə və bənzərsiz lütflərdir. 🔆 Məhz buna görə də İmamın (ə) varlığı ilə həyatımız daha zövqlü və mənalı olur. Çünki nə mənəvi yüksəlişimiz, nə əməllərimiz, nə də əldə etdiyimiz mənəvi bəhrələr təkrarlanır. 🕋 Biz daim Allahın rəhmətinin yeni və təkrarsız təzahürləri ilə qarşılaşırıq. Bu da həyatımıza hər zaman yeni bir rəng və gözəllik bəxş edir. 🌍 Biz istəyirik ki, həyatımız boyunca İmamımızla əlaqəmiz ara-sıra deyil, daimi və davamlı olsun. 💎 Əsrimizin İmamının (ə) bizə onunla necə danışmağı öyrətdiyi Ali-Yasin ziyarətnaməsində bu həqiqət öz əksini tapır. 🔰 Bu ziyarətnamədə İmama bütün zamanlarda və bütün hallarında salam veririk. 🔵 Bu cür salam verməyimiz onu göstərir ki, biz İmamımızla sıx və daimi əlaqədə olmaq, həyatımızın heç bir mərhələsini ilahi feyzin vasitəçisi olan İmamın nuru olmadan keçirməmək istəyirik. @axlaq @islam_quran_axlaq

photo content

🌍 Geri qayıtmayan fürsətlər. 📝 İmam Əli əleyhissalam buyurmuşdur: مَنْ وَجَدَ مَوْرِداً عَذْباً يَرْتَوى مِنهُ فَلَمْ يَغْتَنِمْهُ يُوشِكُ اَنْ يَظْمَأَ وَيَطْلُبَهُ وَلَمْ يَجِدْهُ "Kim susuzluğunu yatıra biləcəyi şirin və saf bir su mənbəyi tapıb ondan bəhrələnməsə, ola bilsin ki, sonradan susasın, həmin suyu axtarsın, lakin artıq onu tapa bilməsin!" 📗 Qurərul-hikəm, 5-ci cild 227-ci səhifə ✅ Nemət ürkək bir quşa bənzəyir. Əgər onun qədrini bilməsən, qanad açıb uçar və əlindən çıxar. Elə bir quşdur ki, bir damdan uçub getdisə, yenidən oraya qonması çətindir. 🔹 Susuzluq həmişə ola bilər, lakin su və bulaq hər zaman əlçatan olmur. 🔹 Xeyir iş görmək, elm öyrənmək, nəfsi tərbiyə etmək, özünü mənəvi cəhətdən yetişdirmək, haqqı söyləmək və əxlaqi fəzilətləri yaymaq üçün münasib fürsət yarandıqda;👇 👉 Sənin də gücün, imkanların, gənclik fürsətin və bunlardan bəhrələnmək imkanın olduğu halda fürsətləri boşa verməyin, nemətləri hədər etməyin, yaranmış şəraitdən haqqın, yaxşılığın və paklığın xeyrinə istifadə etməməyin nemətə qarşı nankorluqdur. Bu, nemətin əməli şükrünü yerinə yetirməmək deməkdir. 🌐 Ömrün sonunda gənclik dövründəki qəflətlərə görə çəkilən həsrət və faydasız peşmançılıqlar çox acıdır. ⭕️ Gələcəyin peşmançılıqlarının qarşısını indidən almaq lazımdır. Bunun yolu isə bizə verilmiş nemətlərin və mövcud şəraitin qədrini bilməkdir. 🟢 Nə qədər ki fürsət var, nəfəs almaq, susuzluğu yatırmaq, azuqə toplamaq və axirətin uzun yolu üçün hazırlıq görmək lazımdır. 🔵 Bir ömür güc və imkan əldə etməyi gözləyənlər! İndi fürsət qarşınızdadır. Budur meydan, budur fürsət!... 🚫 Məbada səhlənkarlıq üzündən fürsətlər əldən çıxsın və gələcəkdə susadığınız zaman susuzluğunuzu yatıracaq nə bir bulaq, nə də bir su mənbəyi tapa biləsiniz! @axlaq

💠 İmamZaman əleyhissalamın örnəyi və nümunəsi. 🪐 Varlıq aləminin qütbü, bütün yaxşılıq və gözəllikləri özündə cəmləşdirən Məhdi Sahibəz-Zaman (ə) Həzrət Fatiməni (ə) özü üçün örnək və nümunə bilir. O, Həzrət Fatimə əleyhasalamın haqqında buyurur: وَ فِی ابْنَةِ رَسُولِ اللَّهِ لِی أُسْوَةٌ حَسَنَةٌ وَ سَیَتَرَدَّى الْجَاهِلُ رِدَاءَ عَمَلِهِ وَ سَیَعْلَمُ الْکَافِرُ لِمَنْ عُقْبَى الدَّارِ “Allah Rəsulunun (s) qızında mənim üçün gözəl bir örnək vardır. Cahil tezliklə öz əməlinin libasını geyinəcək və kafir də gözəl aqibətin kimə nəsib olacağını biləcək”. 📚 əl-Qeybə 286-cı səhifə ✅ Fatimə (ə) tanınmamış Qədr gecəsidir. İmam Cəfər Sadiq əleyhissalam “Həqiqətən, Biz onu Qədr gecəsində nazil etdik” ayəsinin təfsirində buyurur: إِنَّا أَنْزَلْناهُ فِی لَیْلَةِ الْقَدْرِ اللَّیْلَةُ: فَاطِمَةُ وَ الْقَدْرُ: اللَّهُ، فَمَنْ عَرَفَ فَاطِمَةَ حَقَّ مَعْرِفَتِهَا فَقَدْ أَدْرَکَ لَیْلَةَ الْقَدْرِ وَ إِنَّمَا سُمِّیَتْ فَاطِمَةَ لِأَنَّ الْخَلْقَ فُطِمُوا عَنْ مَعْرِفَتِهَا “«Həqiqətən, Biz onu Qədr gecəsində nazil etdik» — ayəsində «gecə» Fatimə, «Qədr» isə Allahdır. Kim Fatiməni layiqincə tanıyarsa, həqiqətən, Qədr gecəsini dərk etmişdir. Ona Fatimə adının verilməsinin səbəbi isə məxluqatın onu [həqiqətinin dərinliyinə qədər] tanımaqdan aciz olmasıdır”. 📚 Biharul-ənvar 43-cü cild 65-ci səhifə @axlaq

photo content

🌍 Həyatda beş ilahi dayaq. 🕌 Allahın bəndəsi olduğun zaman həyatını yalnız dünyanın maddi vasitələrindən asılı etmirsən. Çünki bilirsən ki, güvəndiyin Allah həyatının bütün sahələrində sənin üçün tədbir görür və sənə dayaq olur. 1. İqtisadi təminat. 🪐 Göylərin və yerin bütün xəzinələri Allahın ixtiyarındadır. Əgər təqvalı olsan, Allah sənə gözləmədiyin yollardan ruzi yetirər. 🟣 Buna görə də nə nemət əldə etdikdə qürrələn, nə də maddi çətinliklərlə üzləşdikdə ümidsiz ol. Halal-harama riayət et və başqalarının hüquqlarını qoru. 2. Təhlükəsizliyin təmin olunması. 🌐 Göylərin və yerin bütün orduları Allaha məxsusdur. Allahın dini yolunda addımladıqda və haqqı müdafiə etməkdə möhkəm dayandıqda Onun yardım və himayəsindən bəhrələnərsən. ⭕️ Dünyanın qüdrətli gücləri nə qədər böyük olsalar da, Allahın qüdrəti qarşısında məhduddurlar. 3. İzzət və nüfuzun qorunması. 🟤 Həqiqi izzəti qüdrət və sərvət sahiblərindən deyil, Allahdan istə. ✅ Allaha bəndəlik yolunu seçən insan öz mövqeyini qorumaq üçün zillətə və başqalarından asılı vəziyyətə düşməyə razı olmaz. Çünki bilir ki, həqiqi izzət və dəyəri insana Allah bəxş edir. 4. Elm və agahlığın təmin olunması. 🔰 Həqiqi elm və bilik Allahın ixtiyarındadır. 🕋 Allah-taala həyatın həlledici anlarında bəndəsinə doğru yolu göstərə və haqq yolu müəyyənləşdirmək üçün ehtiyac duyduğu bilik və agahlığı ona bəxş edə bilər. 🟡 Buna görə də həqiqəti tanımaq üçün səy göstərməklə yanaşı, ilahi hidayətə də güvən. 5. Çətinliklərin aradan qaldırılması. 💎 Allah üçün heç bir çıxılmaz vəziyyət yoxdur. 💠 O Allah ki, alovu İbrahim (ə) üçün sərin və zərərsiz etdi, dənizi Musa (ə) üçün yardı və Yusifi (ə) zindandan çıxarıb izzətə çatdırdı, həyatın ən çətin anlarında da Öz bəndəsinin qarşısında bir çıxış yolu aça bilər. ❓ Bəndəlik nə deməkdir? 🌍 Bəndəlik həyatın bütün sahələrində Allahı qərar və seçimlərinin əsas meyarına çevirməkdir. 👉 Yəni istər iqtisadi məsələlərdə, istər təhlükəsizlikdə, istər izzət və nüfuz qazanmaqda, istər elm və agahlıq əldə etməkdə, istərsə də çətinliklərlə üzləşdikdə Allahın vədlərinə güvənməkdir. 🟢 Allahın bəndəsi olmaq həyatın heç bir sahəsində özünü tək və köməksiz bilməmək deməkdir. @axlaq

⭕️ Əvvəl düşün, sonra danış! 📝 İmam Əli əleyhissalam buyurur: قَدِّرْ ثُمَّ اقْطَعْ وَ فَكِّرْ ثُمَّ انْطِقْ "Əvvəl ölç, sonra kəs. Əvvəl düşün, sonra danış"." 📗 Qurərul-hikəm 4-cü cild 506-cı səhifə ✅ Qərarlarımızda, seçimlərimizdə, danışığımızda və mühakimələrimizdə ağıl və düşüncədən istifadə etmək ağıllı və müdrik insanın əlamətidir. 🔹 Necə ki dərzi paltar tikmək üçün əvvəlcə ölçü götürür, sonra qayçını parçaya vurub onu kəsir, biz də həyatda qərar verərkən belə davranmalıyıq. Axı həyatımızla bağlı qərarlar bir parçanı kəsib paltar tikməkdən daha az əhəmiyyətli deyil. 🛑 Düşünülməmiş sözlər peşmançılıq gətirir. 🌐 Ölçülüb-biçilməmiş işlər, tələsik qərarlar və plansız addımlar bəzən ciddi zərərlərə səbəb olur. 🔆 İmam Əli əleyhissalam başqa bir kəlamında da bildirir ki, ağıllı insan əvvəlcə düşünür, sonra danışır. Cahil insan isə əvvəlcə danışır, sonra dediklərinin məzmunu, nəticələri və təsirləri haqqında düşünür. 🟢 Ağılla cəhalət arasındakı fərq məhz bundadır. 🟤 Dilə nəzarət etmək, danışarkən özünü saxlamaq, gələcəyi və işlərin aqibətini düşünmək insanı sonrakı peşmançılıqlardan qoruyur. 🟡 Əgər bir sözü deməsək, sonradan onu söyləməklə bu susqunluğu aradan qaldıra bilərik. Çünki dilimiz və sözümüz hələ də öz ixtiyarımızdadır. 🔘 Amma... deyilməməli olan bir söz düşünülmədən dilə gətirilərsə və başqalarının qulağına çatarsa, artıq o, kamanından çıxmış ox və yerə tökülmüş su kimidir. ⚠️ Onu əvvəlki vəziyyətinə qaytarmaq mümkün deyil. 💡 Elə isə əvvəl düşün, sonra danış və hərəkətə keç! @axlaq

#Fəcr_surəsinin_təfsiri 🔆 Fəcr – ruhun üfürüldüyü və haqq nurunun parladığı zaman. 🕋 Allah-taala Fəcr surəsinin birinci ayəsində buyurur: وَالْفَجْرِ "And olsun dan yerinin sökülməsinə!" 🟡 Fəcr üçün müxtəlif mənalar qeyd edilmişdir. Onlardan bəzilərini izah edirik: 10. Ruhun üfürüldüyü zaman. 👉 Fəcr insanın ana bətnində dörd aylıq olduğu zaman ilahi ruhun ona üfürüldüyü və fərdi həyatının başladığı andır. ✅ Bu zaman o qədər dəyərlidir ki, Uca Allah ona and içir. Çünki bu, insanın mənəvi həyatının başlanğıcıdır. 11. Haqq nurunun insanın vücudunda parlamağa başladığı zaman. 🟢 Fəcr haqq nurunun insanın vücudunda parlamağa başladığı və onun həyatında yeni bir sübhün açıldığı zamandır. 💡 Bu nurun parlama zamanı iki şəkildə izah edilir: a) Ələst əhdi: 🟠 İnsanların Allahla əhd-peyman bağladıqları zamandır. Bu zaman Allah insanlara seçim imkanı verdi ki, onlar ilahi əhdə müsbət cavab verə bilsinlər. b) İnsanın ilahi əhddən uzaqlaşdığı zaman: 🔵 İnsan həmin ilahi əhddən uzaqlaşaraq maddi dünyada məskunlaşır, uca mənəvi həyatdan ayrılır. Bu isə insanın qaranlıq və zülmət içində keçən həyatıdır. 🌍 Lakin insanın həyatında yeni bir fəcr doğduqda, o, vilayətə bağlandıqda və bu bağlılıq onun düşüncə və dünyagörüşündə əsaslı dəyişiklik yaratdıqda, həyatının mənəvi sübhü açılır. 💎 Bu, insanın həyatında müqəddəs sayılmağa layiq olan bir fəcrdir və Allah ona and içir. 🟣 Buna misal olaraq Hürr ibn Yəzid Riyahini göstərmək olar. O, maddi dünyanın məhdudiyyətlərini aşaraq vilayətə bağlandı. Bununla da onun baxışları, düşüncəsi və həyatı tamamilə dəyişdi. 💠 Beləcə, Hürrün həyatında yeni bir mənəvi sübh açıldı. @axlaq

photo content

#Fatimiyyə 💠 Özünüdərk, yoxsa özünlə məşğul olmaq? ✅ Bu mövzunun davamında iki anlayışla tanış olacağıq: 1. Özünüdərk və özünə diqqət yetirmək. 2. Şüurlu şəkildə özünə diqqət yetirmədən, sadəcə özünlə məşğul olmaq. ⚠️ Özünü unutmaq heç də fəaliyyətsiz olmaq demək deyil. Ola bilər ki, çox fəal insanıq, lakin məşğuliyyətlərimiz düzgün istiqamətdə deyil. Bu vəziyyətə «özünlə məşğul olmaq» deyirik. 🟢 Özünüdərk vəziyyətində insan özünü daha yaxşı tanımaq, Allahdan kömək almaq və özünü islah etmək istəyir. 🔵 Bu isə cəsarət tələb edir. Çünki insan öz həqiqəti ilə üzləşməlidir. 🟠 Belə olduqda insan həm şükür etməli olduğu ilahi nemətləri, həm də düzəldə biləcəyi nöqsanlarını görür. 🟣 O, özündən qaçmır və «İndiyə qədər düzəlməmişəm, bundan sonra da düzəlməyəcəyəm» demir. Əksinə, düşünür: «Allahdan kömək istəsəm, özümü islah edə bilərəm». 💎 Özünüdərk zamanı insan həm müsbət xüsusiyyətlərini, həm də eyiblərini tanıyır. Lakin öz eyiblərinin üzərində dayanıb qalmır. 👉 Əgər paxıllıq xüsusiyyətim varsa, buna laqeyd yanaşmıram. Özümə deyirəm: «Allahın lütfü ilə bu xüsusiyyəti aradan qaldırmaq mümkündür». 🟤 Xəsislik və başqalarında eyib axtarmaq kimi xüsusiyyətlər də belədir. 🪐 Mən islah olunmaq yolunun açıq olduğunu görürəm. Eyiblərimə görə məsuliyyəti öz üzərimə götürür və təlim-tərbiyə vasitəsilə bu nöqsanları aradan qaldırmaq üçün acizanə şəkildə Allahdan kömək istəyirəm. ❓ Bəs yanlış şəkildə özünlə məşğul olmaq nə deməkdir? 🌍 Bu vəziyyətdə insan öz eyibini tanıyır, lakin onu düşüncəsində dönə-dönə təkrarlayır və davamlı olaraq özünü qınayır. ⭕️ Bu, çıxış yolu olmayan bir zehni məşğuliyyətdir. İnsan daim öz nöqsanları ətrafında fırlanır, lakin özünü islah etmək niyyətində olmur. 🛑 Burada ən böyük səhvim budur ki, öz eyiblərimi davamlı olaraq düşünüb təkrarladığım zaman Allahın Rəbb olduğunu və Onun tərbiyəedici qüdrətini unuduram. 🕋 Halbuki O, Rəbdir. «Rəbb» sözünün mənalarından biri də islah və tərbiyə edəndir. 🔰 Allah məni islah edə bilər. Mən özümü Ona təslim etməliyəm ki, Öz rəhməti ilə məni islah etsin və mənəvi cəhətdən yetişdirsin. 🔘 Lakin yanlış şəkildə özümlə məşğul olduğum zaman eyiblərim sanki bir kəmər kimi daim ətrafımda fırlanır, amma heç bir islah və dəyişiklik baş vermir. ✅ Deməli, özünüdərk insanın nöqsanlarını tanıyıb onları aradan qaldırmağa çalışmasıdır. Yanlış şəkildə özünlə məşğul olmaq isə nöqsanlarını davamlı düşünmək, özünü qınamaq, lakin onları düzəltmək üçün heç bir addım atmamaqdır. Özünüdərk insanı islahata aparır, özünü daim qınamaqla məşğul olmaq isə onu olduğu yerdə saxlayır. @axlaq

#Fatimiyyə #Özünü unutmaqdan özünüdərkə doğru 💠 «Allahı unutmaq – özünü unutmağın ilk mərhələsi» ⁉️ Əgər özümüzü unutmaq bəlasına düçar olsaq, bunun nəticəsi Allahı unutmaq olar. Bəs Allahı unutmaq nə deməkdir? Zahirdə dindar müsəlman olduğumuz halda, həyatımızın hansı məqamlarında Allahı unutmuş ola bilərik? 🔹 Birinci mərhələ – nemətlərin mənbəyini unutmaqdır. Yəni unutmuşam ki, sahib olduğum hər şey Ondandır. Allah mənim Yaradanım olduğu kimi, mənə çatan bütün xeyir və nemətlərin də mənbəyidir. Məsələ yalnız bundan ibarət deyil ki, Allah məni yaradıb və sonra öz başıma buraxıb. Yaxud müəyyən bir dövrdə məni yetişdirib, inkişaf etdirib, sonra tərk edib. Əksinə, sahib olduğum hər bir xeyir və kamilliyin başlanğıcı və qaynağı Odur. 🔹 İkinci mərhələ – nemətlərdən istifadə edərkən Allahın hüzurunda olduğumuzu unutmaqdır. Birinci mərhələdə qəbul etdik ki, bütün sərvət və imkanlarımız Allahdandır. Lakin ikinci mərhələdə Allahı unutmaq başqa bir şəkildə özünü göstərir. ‼️ Özümü Allahın hüzurunda hiss etmirəm. İnanıram ki, bütün nemətlər Ondandır, amma həmin nemətlərdən istifadə edərkən sanki özümlə Allah arasında bir divar çəkirəm. Elə bil, həyatımda Allahın hüzurunu nəzərə almadan istədiyim kimi davrana biləcəyim xüsusi bir sahə var. 💢 Sahib olduğum imkanları Allahdan almışam, amma özümü Onun hüzurunda görmürəm. Hətta Allahın hüzurunda olduğumu hiss etməyə ehtiyac da duymuram. ‼️ Bilirəm ki, gücü və izzəti mənə Allah verib. Lakin Onun bəxş etdiyi imkanlardan sanki O görmürmüş kimi istifadə edir və bu nemətlərdən düzgün istifadə qaydalarını qəbul etmirəm. Bu isə o deməkdir ki, mənim həyatımda Allah yalnız nemət «verən» Allahdır, daim hüzurunda olduğum Allah deyil. 💠 Əxlaqi nəticə: Allahı unutmaq yalnız Onun varlığını inkar etmək və ya adını xatırlamamaq deyil. İnsan Allaha inandığı, ibadət etdiyi və bütün nemətlərin Ondan olduğunu qəbul etdiyi halda belə, gündəlik davranışlarında, qərarlarında və nemətlərdən istifadə edərkən Onun hüzurunda olduğunu nəzərə almırsa, əməli baxımdan Allahı unutmuş olur. Əsl bəndəlik yalnız nemətlərin Allahdan gəldiyini bilmək deyil, həm də həmin nemətlərdən Allahın razılığına uyğun istifadə etməkdir. @axlaq

🕋 Cövşən-Kəbir duasında oxuyuruq: يَا مُطَهِّرُ "Ey pak edən, çirkinliklərdən təmizləyən!" 💎 Paklıqdan söz düşəndə onun qarşılığında nəcasət dayanır. Zahiri nəcasətləri aradan qaldırmaq üçün müxtəlif vasitələr mövcuddur. Məsələn, su, torpaq, günəş şüası və istihalə (bir maddənin mahiyyətcə başqa maddəyə çevrilməsi). ⭕️ Eyni şəkildə, bizim batini çirkinliklərimiz də, o cümlədən ifrat və təfrit kimi əxlaqi nöqsanlarımız da təmizlənə bilər. 💠 Şücaət, iffət, ədalət və digər əxlaqi xüsusiyyətlərdə ifrata və ya təfritə yol vermək mənəvi çirkinliyin bir növü hesab olunur. ✅ "Mütəhhir" – pak edən Allah bizi əxlaqi çirkinliklərdən təmizləyir. Yəni bizi ifrat və təfritdən qoruyur, əxlaqi məsələlərdə həddi aşmağa və ya lazım olan həddən geri qalmağa qoymur. 🔷 Şücaət orta həddir. Onun ifratı «cürbəzə», yəni düşünülməmiş cəsarət və həyasızlıq, təfriti isə «cübn», yəni qorxaqlıqdır. Bunların hər ikisi mənəvi çirkinlik sayılır. 🌐 Səxavət də orta həddir. Onun ifratı israfçılıq və malı yersiz xərcləmək, təfriti isə hərislik və xəsislikdir. Bunların hər ikisi əxlaqi çirkinlikdir. 🕋 Uca Allah bizi bu nöqsanlardan təmizləyərək doğru və mötədil yola yönəldir. 🟢 Əxlaqi paklıq yalnız pis xüsusiyyətlərdən uzaq olmaq deyil, həm də yaxşı xüsusiyyətlərdə düzgün ölçünü qorumaqdır. 🔵 Şücaət qorxaqlıqla düşünülməmiş cəsarət arasında, səxavət isə xəsisliklə israfçılıq arasında olan fəzilətdir. 🟣 Əxlaqi kamillik ifrat və təfritdən uzaqlaşıb mötədilliyə çatmaqdır. @axlaq

#Nəhcül_bəlağə_dərsləri 🌍 Gələcəkdə baş verəcək xoşagəlməz hadisələr. 📝 İmam Əli əleyhissalam buyurur: ذَاکَ حَيْثُ تَسْکَرُونَ مِنْ غَيْرِ شَرَاب، بَلْ مِنَ النِّعْمَةِ وَ النَّعِيمِ، وَ تَحْلِفُونَ مِنْ غَيْرِ اضْطِرَار، وَ تَکْذِبُونَ مِنْ غَيْرِ إِحْرَاج “Elə bir zaman gələcək ki, şərab içmədən sərxoş olacaqsınız. Sizi sərxoş edən şərab deyil, nemətlərin bolluğu və rifah içində yaşamağınız olacaq. Məcbur olmadığınız halda and içəcək, heç bir zərurət olmadığı halda yalan danışacaqsınız.” 📚 Nəhcül-bəlağə 187-ci xütbə 🌐 Bu üç bəla hansı cəmiyyətdə yayılarsa, həmin cəmiyyəti tənəzzülə və məhvə sürükləyər. 1. Nemət və sərvət sərxoşluğu. 🔘 Varlı insanlar sərvət və rifahın təsiri altında Allahı və Onun bəndələrini unudarlar. 💠 Halbuki nemət sərxoşluğu şərab sərxoşluğundan daha təhlükəlidir. Çünki şərabın sərxoşluğu bir gecədən sonra keçə bilər, lakin sərvət və rifahın yaratdığı qəflət və qürur insanın bütün ömrü boyu davam edə bilər. 2. Səbəbsiz yerə and içmək. ⭕️ Heç bir zərurət olmadan tez-tez and içmək Allahın adının hörmətini və müqəddəsliyini insanların gözündə azaldır. 3. Məcburiyyət olmadan yalan danışmaq. 🟤 Heç bir məcburiyyət olmadığı halda yalan danışmaq insanlar arasındakı etimadın təməllərini sarsıdır. ⚠️ Etimadın zəiflədiyi, yalanın yayıldığı və insanların sərvətə aludə olduğu bir cəmiyyətdə yaşamaq olduqca çətin və dözülməz hala gəlir. 🔰 Əxlaqi nəticə: Cəmiyyətin mənəvi süqutu yalnız yoxsulluq və çətinliklərdən qaynaqlanmır. Bəzən nemət bolluğu içində yaranan qəflət, səbəbsiz andlar və adi hala çevrilmiş yalanlar cəmiyyəti daxildən məhv edir. @axlaq

photo content

💠 Həzrət Fatimeyi-Zəhranın (ə) fəzilət və üstünlüklərindən bir nümunə.👇 ✅ Həzrət Fatimə əleyhasalamın hicabı. 💠 Həzrət Fatimeyi-Zəhra (ə) əxlaqi fəzilətlərdə, xüsusilə hicab və həya məsələsində dünya qadınları üçün örnəkdir. 🌐 Bir gün əziz atası həzrət Muhəmməd (s) gözü görməyən bir kişi ilə birlikdə Həzrət Fatimənin (ə) evinə daxil olmaq üçün icazə istədi. Həzrət Fatimə (ə) buyurdu: — İcazə verin, əvvəlcə örtünüm. Peyğəmbər (s) buyurdu: — Qızım, bu kişi kordur, səni görmür. Həzrət Fatimə (ə) cavab verdi: — Atacan, o məni görməsə də, mən onu görürəm. 🌍 Bu hadisə Həzrət Fatimə əleyhasalamın nə qədər yüksək həya sahibi olduğunu göstərir. O, hətta gözü görməyən bir kişinin yanında da örtünməyə, hicablı olmağa diqqət edirdi. 📚 Biharul-ənvar 43-cü 910-cu səhifə 💎 Həzrət Fatimə (ə) ömrünün son anlarında belə hicabına və vəfatından sonra bədəninin cizgilərinin görünməməsinə diqqət yetirirdi. 🔘 Xidmətçisi ona bədənin formasını göstərməyən bir tabutun necə hazırlandığını izah etdikdə, Həzrət Fatimənin (ə) üzündə razılıq təbəssümü yarandı. 📝 Həzrət Fatimə (ə) başqa bir hədisdə buyurur: خَيْرٌ لِلنِّسَاءِ أَنْ لَا يَرَيْنَ الرِّجَالَ وَلَا يَرَاهُنَّ الرِّجَالُ “Qadınlar üçün ən yaxşısı odur ki, onlar naməhrəm kişiləri görməsinlər və naməhrəm kişilər də onları görməsinlər.” 📚 Vəsailuş-şiə 14-cü cild 43-cü səhifə 🕋 Bu, Həzrət Fatimənin (ə) yüksək həya və iffətinin təzahürüdür. @axlaq

❤️ Sadiq qəlb – dilin hökmdarı. 🔰 Kumeyl duasında oxuyuruq: يَا حَبِيبَ قُلُوبِ الصَّادِقِينَ "Ey sadiqlərin qəlblərinin məhbubu!" 🔷 Cövşən-Kəbir duasında belə bir əzəmətli nida eşidirik: يَا حَبِيبَ مَنْ لَا حَبِيبَ لَهُ "Ey heç bir sevimlisi olmayanların sevimlisi!" 👉 Yəni Allah-taala heç bir dostu olmayan kəsin də dostudur. 💠 Sədaqətin həqiqəti budur ki, insanın qəlbində ən ali məhəbbət yalnız Allaha məxsus olsun. Bu sədaqət sadəcə dildə səslənən bir iddia deyil, insanın bütün üzv və əzalarında, davranış və əməllərində özünü göstərməli olan bir həqiqətdir. 💡 Sadiq insan qəlbini Allahın qarşısında açan şəxsdir. Buna görə də Səhifeyi-Səccadiyyənin 47-ci duasında dua edən şəxs Allahdan "niyyətin sədaqətini" diləyir. 👉 54-cü duada isə «صِدْقَ التَّوَكُّلِ» – "həqiqi təvəkkül" istəyir. Yəni yalnız dildə qalan bir iddia deyil, insanın real həyatında özünü göstərən, Allaha tam təslim olmaq və işlərini Ona həvalə etmək şəklində təzahür edən təvəkkül. 🕋 Dua edən şəxs Səhifeyi-Səccadiyyənin 20-ci duasında – Məkarimul-əxlaq duasında Allahdan belə istəyir: وَ هَبْ لِي صِدْقَ الْهِدَايَةِ "Mənə həqiqi hidayət bəxş et!" 👉 Yəni İlahi! Mənə elə bir hidayət nəsib et ki, yalnız dilimdə iddia olaraq qalmasın, rəftar və əməllərimdə də özünü göstərsin. 🔰 Həmçinin 29-cu duada "həqiqi yəqin" istəyir. Elə bir yəqin ki, elmül-yəqin mərhələsinin hüdudlarını aşsın və onda heç bir şəkk-şübhəyə yer qalmasın. ✅ Sədaqət insanın ruhunu möhkəmləndirən mənəvi bir qüvvədir. Necə ki, Səhifeyi-Səccadiyyənin 14-cü duasında oxuyuruq: وَ أَيِّدْنِي مِنْكَ بِنِيَّةٍ صَادِقَةٍ «İlahi! Öz tərəfindən mənə sadiq bir niyyətlə yardım et və məni qüvvətləndir!» 🕌 Hətta dua edən şəxs ölüm anında da Allahdan belə istəyir: وَ اقْبِضْ عَلَى الصِّدْقِ نِيَّتِي 👉 Yəni «İlahi! Canımı elə bir halda al ki, niyyətim sədaqət yolunda sabit qalsın, zahirimlə batinim arasında heç bir ziddiyyət olmasın». 🟡 Ola bilsin ki, insan sonda belə bir həqiqəti dərk etsin: Cəhənnəm odundan xilas olmağın yolu yalnız doğru danışan dilə sahib olmaq deyil, həm də sadiq qəlbə malik olmaqdır. 💚 Elə bir qəlbə ki, dilin hökmdarı və idarəedicisi olsun, Allahdan qeyrisinə olan bütün bağlılıqlardan paklansın. @axlaq

#Nəhcül_bəlağə_dərsləri 💠 Dil – insan ləyaqətinin səssiz hökmdarı. وَ هَانَتْ عَلَيْهِ نَفْسُهُ مَنْ أَمَّرَ عَلَيْهَا لِسَانَهُ "Dilini özünə hökmdar edən şəxs özünü alçaltmışdır." 📘 Nəhcül-bəlağə, 2-ci hikmətli kəlam 🔶 Bəzən dilimiz bizə hökmranlıq edir: o, əmr verir, biz isə icra edirik. Halbuki danışmazdan əvvəl ağıl düşünüb-daşınmasa, həmin dil bizim insani hörmət və ləyaqətimizə zərər yetirər. 🗣 Bir çox sözləri deməsək, daha yaxşı olar. Əksinə, deməli olduğumuz bir çox sözləri də demirik. Ancaq əsas məsələ budur: dil ağlın icazəsi olmadan danışanda bunun arxasında çox vaxt pis niyyət deyil, qəflət dayanır. ☑️ Məhz bu qəflətlər tədricən bizim ad-san və ləyaqətimizə xələl gətirir. Ardınca insan özünü qınamağa başlayır. Bu vəziyyət təkrarlandıqda isə insan öz-özünə "Mən elə beləyəm, dəyişən deyiləm!" deyə düşünməyə başlayır. Nəticədə özünü inkişaf etdirməkdən və mənəvi yüksəlişdən əl çəkir. 🕋 Allahın bizə bəxş etdiyi insani ləyaqət zərbələr qarşısında dayanıqlıdır. Lakin təkrarlanan yanlış davranışlar və yersiz reaksiyalar bizim əsl şəxsiyyətimizə də təsir göstərir. ✅ Deməli, əgər öz ləyaqətimizi qorumaq istəyiriksə, elə sözlər danışmalıyıq ki, ağlımız onları təsdiqləsin, nəinki sonradan həmin sözlərə görə bizi qınasın. @axlaq