Əxlaq Məktəbi
رفتن به کانال در Telegram
Əxlaq, əqaid və təfsir dərsləri Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi Əxlaqi tərəqqi və seyri-sülukun yolları @Rza_iravan
نمایش بیشتر2 246
مشترکین
-124 ساعت
-77 روز
-2730 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '26
سپتامبر '26
+10
در 1 کانالها
اوت '26
+22
در 0 کانالها
Get PRO
ژوئیه '26
+25
در 1 کانالها
Get PRO
ژوئن '26
+18
در 2 کانالها
Get PRO
مه '26
+28
در 2 کانالها
Get PRO
آوریل '26
+25
در 2 کانالها
Get PRO
مارس '26
+23
در 2 کانالها
Get PRO
فوریه '26
+27
در 2 کانالها
Get PRO
ژانویه '26
+34
در 0 کانالها
Get PRO
دسامبر '25
+28
در 3 کانالها
Get PRO
نوامبر '25
+22
در 1 کانالها
Get PRO
اکتبر '25
+30
در 1 کانالها
Get PRO
سپتامبر '25
+14
در 1 کانالها
Get PRO
اوت '25
+27
در 1 کانالها
Get PRO
ژوئیه '25
+29
در 3 کانالها
Get PRO
ژوئن '25
+36
در 2 کانالها
Get PRO
مه '25
+30
در 1 کانالها
Get PRO
آوریل '25
+32
در 1 کانالها
Get PRO
مارس '25
+40
در 1 کانالها
Get PRO
فوریه '25
+44
در 1 کانالها
Get PRO
ژانویه '25
+58
در 1 کانالها
Get PRO
دسامبر '24
+64
در 2 کانالها
Get PRO
نوامبر '24
+46
در 1 کانالها
Get PRO
اکتبر '24
+101
در 1 کانالها
Get PRO
سپتامبر '24
+44
در 0 کانالها
Get PRO
اوت '24
+241
در 1 کانالها
Get PRO
ژوئیه '24
+51
در 4 کانالها
Get PRO
ژوئن '24
+79
در 1 کانالها
Get PRO
مه '24
+137
در 2 کانالها
Get PRO
آوریل '24
+83
در 1 کانالها
Get PRO
مارس '24
+95
در 1 کانالها
Get PRO
فوریه '24
+44
در 0 کانالها
Get PRO
ژانویه '24
+57
در 0 کانالها
Get PRO
دسامبر '23
+39
در 1 کانالها
Get PRO
نوامبر '23
+66
در 1 کانالها
Get PRO
اکتبر '23
+205
در 50 کانالها
Get PRO
سپتامبر '23
+151
در 0 کانالها
Get PRO
اوت '23
+71
در 0 کانالها
Get PRO
ژوئیه '23
+84
در 0 کانالها
Get PRO
ژوئن '23
+134
در 0 کانالها
Get PRO
مه '23
+64
در 0 کانالها
Get PRO
آوریل '23
+51
در 0 کانالها
Get PRO
مارس '23
+118
در 0 کانالها
Get PRO
فوریه '23
+102
در 0 کانالها
Get PRO
ژانویه '23
+121
در 0 کانالها
Get PRO
دسامبر '22
+123
در 0 کانالها
Get PRO
نوامبر '22
+131
در 0 کانالها
Get PRO
اکتبر '22
+153
در 0 کانالها
Get PRO
سپتامبر '22
+208
در 0 کانالها
Get PRO
اوت '22
+183
در 0 کانالها
Get PRO
ژوئیه '22
+131
در 0 کانالها
Get PRO
ژوئن '22
+159
در 0 کانالها
Get PRO
مه '22
+136
در 0 کانالها
Get PRO
آوریل '22
+139
در 0 کانالها
Get PRO
مارس '22
+118
در 0 کانالها
Get PRO
فوریه '22
+108
در 0 کانالها
Get PRO
ژانویه '22
+168
در 0 کانالها
Get PRO
دسامبر '21
+194
در 0 کانالها
Get PRO
نوامبر '21
+115
در 0 کانالها
Get PRO
اکتبر '21
+100
در 0 کانالها
Get PRO
سپتامبر '21
+185
در 0 کانالها
Get PRO
اوت '21
+336
در 0 کانالها
Get PRO
ژوئیه '21
+123
در 0 کانالها
Get PRO
ژوئن '21
+5 484
در 0 کانالها
Get PRO
مه '21
+120
در 0 کانالها
Get PRO
آوریل '21
+84
در 0 کانالها
Get PRO
مارس '21
+117
در 0 کانالها
Get PRO
فوریه '21
+220
در 0 کانالها
Get PRO
ژانویه '21
+335
در 0 کانالها
Get PRO
دسامبر '20
+1 470
در 0 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 18 سپتامبر | +3 | |||
| 17 سپتامبر | 0 | |||
| 16 سپتامبر | +1 | |||
| 15 سپتامبر | 0 | |||
| 14 سپتامبر | 0 | |||
| 13 سپتامبر | 0 | |||
| 12 سپتامبر | 0 | |||
| 11 سپتامبر | +1 | |||
| 10 سپتامبر | 0 | |||
| 09 سپتامبر | 0 | |||
| 08 سپتامبر | 0 | |||
| 07 سپتامبر | +1 | |||
| 06 سپتامبر | +2 | |||
| 05 سپتامبر | 0 | |||
| 04 سپتامبر | +1 | |||
| 03 سپتامبر | 0 | |||
| 02 سپتامبر | +1 | |||
| 01 سپتامبر | 0 |
پستهای کانال
#Nəhcül_bəlağə
▫️أَلَا وَإِنَّ الْخَطَايَا خَيْلٌ شُمُسٌ حُمِلَ عَلَيْهَا أَهْلُهَا، وَخُلِعَتْ لُجُمُهَا، فَتَقَحَّمَتْ بِهِمْ فِي النَّارِ.
🟠 «Agah olun! Günahlar və xətalar, günahkarların üzərinə mindirildiyi azğın və ramolunmaz atlar kimidir. Onların yüyənləri açılmışdır və sonda öz minikçilərini cəhənnəmə sürükləyib atarlar!»
✍ Necə də gözəl bir bənzətmədir! Ramolunmaz ata minmək öz-özlüyündə təhlükəlidir. Atın yüyəni yoxdursa, təhlükə daha da artır. Əgər bu hadisə qorxunc uçurumların olduğu bir ərazidə baş verərsə, təhlükə qat-qat böyük olar.
Günah da əslində belədir. Bir günaha yol vermək insanı ixtiyarsız şəkildə başqa bir günaha, o da növbəti günaha sürükləyir. Məsələn, bir şəxs xəyanət edir və onu gizlətməyə çalışır. Sorğu-suala tutulduqda xəyanətini ört-basdır etmək üçün ard-arda yalanlar danışır, ağır və yalan andlar içir, yaxud başqalarını ittiham edir. Rüsvay olacağını gördükdə isə sirrinin açılmaması üçün hadisədən xəbərdar olan şəxslərin qanını tökməyə belə əl ata bilər.
Beləcə, günahlar bir-birinin ardınca gəlir. Çünki günah yüyəni qırılmış, ramolunmaz bir minik kimidir.
📘 Nəhcül-bəlağə, 16-cı xütbə
@axlaq
| 2 | بدون متن... | 66 |
| 3 | #nəhcül_bəlağə_dərsləri
📝 İmam Əli əleyhissalam buyurur:
وَأَنَّهُ لَنْ يُغْنِيَكَ عَنِ الْحَقِّ شَيْءٌ أَبَدًا
“Bil ki, heç bir şey səni əsla haqqdan ehtiyacsız edə bilməz.”
📚 Nəhcül-bəlağə 59-cu məktub
✍ Bu ifadə insanın bütün işlərinin haqq meyarı ətrafında qurulmalı olduğuna işarə edir.
🌍 Çünki dünyadakı həqiqi uğur və axirətdəki nicat haqqa bağlılıq sayəsində əldə olunur.
✅ Haqq zahirən insanın zərərinə olsa belə, son nəticədə onun xeyri həmin haqqı qəbul edib ona tabe olmaqdadır.
⭕️ Batil isə yalnız bir ilğımdır;
yaxud suyun üzərində yaranan köpük kimidir: bir müddət coşub-daşar, sonra isə yox olub gedər.
@axlaq | 94 |
| 4 | 🔰 Elm imana yardımçıdır
🕋 İmanı gücləndirməyin mühüm yollarından biri elm və mərifəti artırmaqdır. İmanın müxtəlif mərtəbələri vardır və insan öz imanını gücləndirə bilər. İmanın yaranmasına və möhkəmlənməsinə səbəb olan amillər gücləndikcə, iman da güclənir.
🟢 Heç bir nəticə səbəbsiz yaranmadığı kimi, iman da müəyyən amillər əsasında formalaşır. İnsan dəyərli bir məqsədə zəhmətsiz çata bilməz. Məqsəd nə qədər böyük və dəyərlidirsə, ona çatmaq üçün göstərilən səy də bir o qədər ciddi olmalıdır. İman isə insanın əldə edə biləcəyi ən böyük mənəvi nemətlərdən biridir.
🔵 İmanı gücləndirmək üçün əvvəlcə onun formalaşmasına təsir göstərən amilləri tanımaq, sonra isə onları mərhələli şəkildə inkişaf etdirmək lazımdır. İmanın formalaşmasında ən azı iki əsas amil mühüm rol oynayır: elm və istək. Buna görə də imanın gücləndirilməsində hər iki istiqamətə diqqət yetirilməlidir.
💠 İmanın mühüm əsaslarından biri olan elm və mərifəti inkişaf etdirmək üçün iki istiqamətdə çalışmaq olar:
1. İmanın elmi əsaslarını möhkəmləndirmək.
💎 İman gətirdiyimiz həqiqətlər haqqında kifayət qədər dəlil və əsaslara malik olmalı, onları öyrənib dərindən düşünməliyik. Allahı tanımaq, axirətə inam və digər etiqadi məsələlər haqqında düzgün bilik əldə etmək imanın möhkəmlənməsinə kömək edir. İslamda elm və alimə yüksək dəyər verilməsinin səbəblərindən biri də budur.
🟤 Lakin burada mühüm bir məqamı nəzərə almaq lazımdır: elm öz-özlüyündə iman demək deyil. İnsan həqiqəti bilə bilər, lakin ona iman gətirməyə və onun tələblərinə əməl etməyə bilər. Buna görə də həqiqi fayda verən elm insanın mənəvi yüksəlişinə, doğru yolu tanımasına və həmin yolda hərəkət etməsinə kömək edən elmdir.
🔘 Düzgün və əsaslandırılmış bilik insanı şübhələr qarşısında daha dayanıqlı edir və onun etiqadının möhkəmlənməsinə yardım göstərir.
2. Əldə edilmiş mərifəti daim diri saxlamaq.
♻️ İkinci mühüm məsələ insanın əldə etdiyi elm və mərifəti davamlı şəkildə xatırlaması və onun üzərində düşünməsidir. İnsan qazandığı bilikdən faydalanmaq istəyirsə, onu zehnində və qəlbində canlı saxlamalıdır. Yalnız yaddaşın bir küncündə saxlanılan bilik çətin və həlledici anlarda insanın davranışına lazımi təsiri göstərməyə bilər.
✅ Məsələn, insan “Allahu Əkbər” ifadəsinin mənasını yalnız ilk dəfə eşitdiyi zaman düşünüb, sonralar onu diqqətsiz şəkildə təkrar edərsə, bu zikrin tərbiyəvi təsirindən kifayət qədər faydalana bilməz. Lakin hər dəfə “Allahu Əkbər” deyərkən Allahın əzəməti və hər şeydən üstün olması barədə düşünərsə, həmin zikr onun imanını və Allahla bağlılığını gücləndirər.
🕌 Namazın gün ərzində təkrar olunmasının hikmətlərindən biri də məhz budur: Allahı insanın diqqətində və qəlbində daim diri saxlamaq.
💬 İnsan zehni daim dəyişən və müxtəlif məlumatların təsiri altında olan bir sistemdir. Zehnə daxil olan yeni məlumatlar əvvəlki məlumatları diqqət mərkəzindən uzaqlaşdıra bilər. Buna görə də insan mühüm həqiqətləri təkrar xatırlamazsa, həmin həqiqətlərin onun düşüncə və davranışına təsiri tədricən zəifləyə bilər.
📖 Qurani-kərimdə buyurulur:
الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ
“O kəslər ki, ayaq üstə olanda, oturanda və böyrü üstə uzananda Allahı zikr edərlər...”
Ali-İmran surəsi 191-ci ayə
🔰 Ayədə insanın əsas fiziki vəziyyətləri — ayaq üstə olmaq, oturmaq və uzanmaq — qeyd edilərək diqqətə çatdırılır ki, Allahı xatırlamaq yalnız müəyyən zaman və məkanla məhdudlaşmamalıdır. Zikr insanın bütün həyatını əhatə edən davamlı bir agahlıq halına çevrilməlidir.
🟠 Beləliklə, imanın elm və mərifətlə bağlı tərəfini gücləndirmək üçün iki mühüm iş görülməlidir: birincisi, etiqadi həqiqətlər haqqında möhkəm və əsaslandırılmış biliyə sahib olmaq; ikincisi isə əldə edilmiş mərifəti zikr, təfəkkür və xatırlama vasitəsilə daim diri saxlamaq.
🟣 Bu məsələ xüsusilə müxtəlif dünyagörüşlərinin, ideoloji yanaşmaların və dini şübhələrin geniş yayıldığı bir dövrdə daha böyük əhəmiyyət daşıyır. Etiqadının əsaslarını öyrənməyən insan qarşılaşdığı şübhələrdən daha asan təsirlənə bilər. Əqidəsini elm, dəlil və təfəkkürlə möhkəmləndirən insan isə şübhələri araşdırmaq və onlara əsaslandırılmış cavab tapmaq baxımından daha hazırlıqlı olur.
🌐 Deməli, elm imanın özü deyil, lakin imanı bəsləyən və möhkəmləndirən mühüm vasitələrdən biridir. Elm həqiqəti tanıdır, davamlı zikr və təfəkkür isə həmin həqiqəti insanın şüurunda canlı saxlayır.
@axlaq | 105 |
| 5 | بدون متن... | 132 |
| 6 | 📝 Həzrət Muhəmməd sallAllahu əleyhi və alih buyurur:
"Agah olun! Həqiqətən, insanların ən ağıllısı o bəndədir ki,
öz Rəbbini tanıyıb Ona itaət etsin,
düşmənini tanıyıb ona qarşı çıxsın (düşməninə itaətsizlik etsin),
əbədi yaşayacağı yeri (axirətini) tanısın və onu abad etsin,
köçünün (bu dünyadan gedişinin) sürətli olduğunu anlasın və ona hazırlıq görsün.”
ألا وإن أعقل الناس عبدٌ عَرَفَ رَبَّهُ فَأَطاعَهُ ، وَعَرَفَ عَدُوَّهُ فَعَصَاهُ , وعَرَفَ دار إقامته فأصلحها ، وعَرَفَ سُرعة رحيله فتَزَوَّدَ لها
📚 Əlamud-din 15-ci cild 337-ci səhifə
@axlaq | 131 |
| 7 | #nəhcül_bəlağə_dərsləri
✅ İbrət verən zərərlər əslində qazancdır.
📝 İmam Əli əleyhissalam buyurur:
لَمْ يَذْهَبْ مِنْ مَالِكَ مَا وَعَظَكَ
“Malından itirdiyin, lakin sənə öyüd və ibrət verən şey, əslində itirilməmişdir.”
📚 Nəhcül-bəlağə 196-cı hikmətli kəlam
🌍 Bəzən mal insanın adi maddi ehtiyaclarına sərf olunur.
Bəzən isə elm öyrənmək, Allahın evini ziyarət etmək və sair bu kimi mənəvi məqsədlər üçün xərclənir.
🟡 Bəzən də mal elə bir yolda əldən çıxır ki, zahirən tamamilə itirilmiş görünür, lakin insana mühüm bir dərs verir. Bu dərs onu gələcəkdə daha böyük zərərlərdən qoruya və çox dəyərli faydalar qazandıra bilər. Belə bir mal zahirən əldən çıxsa da, nəinki itirilməmiş, hətta böyük qazanca çevrilmişdir.
👉 Məsələn, bir şəxs sərmayəsini ticarətə qoyub zahirən zərər etsə, lakin bunun sayəsində ticarətin qaydalarını öyrənsə, həqiqətənmi zərər etmişdir?
👉 Yaxud dostunu sınamaq üçün ona müəyyən miqdarda mal verib həmin malı itirsə, lakin bunun nəticəsində gələcəkdə bir çox təhlükələrdən qorunsa, bunu zərər saymaq olarmı?
👉 Həmçinin bir şəxs sənəd almadan kiməsə borc versə və borclu şəxs sonradan borcunu danarsa, lakin o, bu hadisədən dərs alıb gələcəkdə malını yalnız möhkəm sənədlə başqalarına etibar edərsə, həqiqətənmi ziyana uğramışdır?
🟢 İmamın (ə) kəlamının mahiyyəti budur: əgər malını xərclədin və o, zahirən əldən çıxdı, lakin sənə öyüd və ibrət qazandırdısa, həmin mal itirilməmişdir. Onun bəhrəsi bir həyat dərsi kimi həmişə sənin üçün qalacaqdır.
@axlaq | 133 |
| 8 | بدون متن... | 135 |
| 9 | #İnsan_surəsinin_təfsiri
🕋 Allah-taala İnsan surəsinin 30-cu ayəsində buyurur:
وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
“Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah daim biləndir və hikmət sahibidir.”
🔰 Əvvəlki (29-cu) ayədə buyuruldu ki, kim istəsə, Rəbbinə doğru yol tuta bilər.
🔵 İnsanın öz istəklərində müstəqil olması düşüncəsini aradan qaldırmaq üçün bu ayədə xatırladılır ki, sizin istəmək qabiliyyətiniz Allahın izni və iradəsindən qaynaqlanır. Əgər O, istəməyə izin verməsəydi, siz heç nə istəyə bilməzdiniz.
🟢 Allah sizə seçim azadlığı verdiyi və sizi Özünə doğru yönəltdiyi üçün Rəbbinizə doğru mənəvi yolçuluğu arzulayırsınız.
✅ Sizin xeyirli istəyinizin arxasında Allahın iradəsi dayanır. Lakin nəyi istəməyiniz öz seçiminizdən asılıdır. Allah yolu göstərmişdir; hər bir insan Rəbbinə doğru irəliləməyi və ya nəfsinin ardınca getməyi özü seçə bilər.
💎 İstəmək və iradə göstərmək məsələsində bir an belə Allahdan ehtiyacsız deyilik. Uca Allah buyurur: “Mən sənin üçün yaxşılığı istədim, sən də onu qəbul etdin. Mən səni doğru yola yönəltdim, sən də bu hidayəti qəbul etdin.”
🌐 Bəndəliyin hər bir sahəsində kamala çatmaq istəyimizə, bəndəlik öhdəliklərinə bağlılığımıza və hər bir ilahi vəzifəni yerinə yetirməyimizə görə Uca Allaha minnətdar olmalıyıq. Çünki həmin kamalı bizim üçün istəyən Odur.
💠 Bizim rolumuz Allahın istəyinə dəyər verərək onu qəbul etməkdir. Onun iradəsi bəndəni doğru yola yönəltməkdir:
وَالَّذِي قَدَّرَ فَهَدَى
“O Allah ki, hər şeyi müəyyən ölçüdə yaratdı və doğru yola yönəltdi.”
Əla surəsi 3-cü ayə
@axlaq | 139 |
| 10 | 🕋 İlahi nemətlər barədə təfəkkür
📖 Qurani-kərimin bir sıra ayələri insanı Allahın nemətləri və yaradılışdakı nişanələri haqqında düşünməyə çağırır. İnsan ona bəxş edilmiş nemətlər üzərində düşündükcə onların arxasında ilahi lütf və hikməti görür, nəticədə şükür və ibadət hissi onda daha da güclənir.
🕋 Allah-taala Rum surəsinin 21-ci ayəsində buyurur:
"Onun nişanələrindən biri də sizin üçün öz cinsinizdən zövcələr yaratmasıdır ki, onların yanında aramlıq tapasınız. O, sizin aranızda məhəbbət və mərhəmət yaratdı. Həqiqətən, bunda düşünən kəslər üçün nişanələr vardır."
🏠 Ailə insan üçün böyük ilahi nemətlərdən biridir. İnsan ailədə məhəbbət, ünsiyyət, mənəvi yaxınlıq və aramlıq əldə edir. Quran insanı bu həqiqət üzərində düşünməyə çağırır. Çünki nemət haqqında təfəkkür onun dəyərini insana daha dərindən dərk etdirir.
🔰 Başqa bir ayədə buyurulur:
"Sizə qorxu və ümid vermək üçün ildırımı göstərməsi, göydən su endirməsi və onun vasitəsilə torpağı ölümündən sonra diriltməsi də Onun nişanələrindəndir. Həqiqətən, bunda düşünən insanlar üçün nişanələr vardır."
Rum surəsi 24-cü ayə
💎 İnsan bir anlıq düşünməlidir: əgər yağış yağmasaydı, torpaq dirilməsəydi və təbiət öz həyatını davam etdirə bilməsəydi, bizim həyatımız necə olardı?
Qurani-Kərim insanın diqqətini içdiyi suya da yönəldir:
" İçdiyiniz suyu gördünüzmü? Onu buludlardan siz endirirsiniz, yoxsa Biz? Əgər istəsəydik, onu acı edərdik. Elə isə nə üçün şükür etmirsiniz?"
Vaqiə surəsi 68–70-ci ayələr
🔵 İnsan hər gün su içir, lakin çox zaman bu böyük nemətin fərqinə varmır. Əgər yer üzündə istifadəyə yararlı şirin su olmasaydı, insan həyatı necə davam edə bilərdi? Təfəkkür adi görünən nemətlərin əslində nə qədər böyük olduğunu insana göstərir.
🕋 Allah-taala bal arısı haqqında da buyurur:
"Rəbbin bal arısına vəhy etdi: “Dağlarda, ağaclarda və insanların qurduqları yerlərdə özünə yuvalar düzəlt. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənin üçün asanlaşdırdığı yollarla get.” Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bir içki çıxır. Həqiqətən, bunda düşünən insanlar üçün bir nişanə vardır."
Nəhl surəsi 68–69-cu ayələr
🐝 Kiçik bir bal arısının yaradılışında belə insanı heyrətə gətirən nə qədər hikmət vardır! Arının çiçəklərdən topladığı maddəni bala çevirməsi, onun mürəkkəb həyat sistemi və insan üçün faydalı məhsul meydana gətirməsi təfəkkür edən insan üçün ilahi qüdrət və hikmətin nişanələrindəndir.
🌎 Beləliklə, ətrafımızda gördüyümüz və hər gün istifadə etdiyimiz saysız-hesabsız nemətlər üzərində düşünmək insanı qəflətdən çıxarır. İnsan neməti gördükcə Nemət verəni xatırlayır; Nemət verəni tanıdıqca şükür hissi güclənir; şükür və mərifət artdıqca isə ibadət quru bir vəzifə olmaqdan çıxaraq şüurlu və mənalı bir münasibətə çevrilir.
💠 Təfəkkürün əsas bəhrəsi budur: insan gördüyü hadisələrin zahirində ilişib qalmır, onların arxasındakı məna, hikmət və ilahi nişanələri görməyə başlayır.
@axlaq | 152 |
| 11 | بدون متن... | 139 |
| 12 | 🏡 İlahi əfvin genişliyi — xoşbəxtlik amili.
🕋 İmam Səccadın (ə) duasında oxuyuruq:
يَا مَنْ عَفْوُهُ أَكْثَرُ مِنْ نَقِمَتِهِ
"Ey əfvi cəzasından daha çox olan!"
Səhifeyi-Səccadiyyə, 12-ci dua
💠 İnsanın xoşbəxtliyinin səbəblərindən biri budur ki, Uca Allahın əfv və bağışlaması Onun cəza və əzabından qat-qat çoxdur. Allah bəzən bizi tərbiyə edir, bəzən cəzalandırır, bəzən də bəla ilə üzləşdirir.
🏘 Lakin ümumilikdə həyatımızda yol verdiyimiz və Allahın silib aradan qaldırdığı pisliklər, bizə yönələn tənbeh və cəzalardan qat-qat çoxdur. Allahın sünnəsi əfv etməkdir, intiqam almaq deyil.
🕋 Allah-taalanın əfvi yalnız günahların üstünü örtmək deyil, onları tamamilə silib aradan qaldırmaqdır. Allah həyatımda o qədər pisliyi silib aradan qaldırıb ki, artıq onlardan heç bir əsər-əlamət görünmür.
🏠 Bizi xoşbəxt edən ən mühüm amillərdən biri həyatımızda ilahi əfvin geniş şəkildə təcəlli etməsidir. Bu geniş əfv yalnız günahların yükünü çiyinlərimizdən götürmür, həm də ruhumuza ümid və sevinc bəxş edir, bizi yüngülləşmiş bir qəlb və aydın baxışla yolumuza davam etməyə təşviq edir.
@axlaq | 156 |
| 13 | 🕋 Zahid və ibadət əhli
رُوِيَ أَنَّ رَسُولَ اللهِ (صلى الله عليه وآله) كانَ يُحِبُّ فَاطِمَةَ، لِأَنَّها كانَتْ زاهِدَةً عابِدَةً، وَلِأَنَّها كانَتْ تَذْكِرَةً لَهُ مِنْ خَدِيجَةَ.
"Nəql olunur ki, Allah Rəsulu (s) Həzrət Fatiməni (ə) çox sevirdi. Çünki Fatimə (ə) zahid və ibadət əhli idi. Həmçinin o, Peyğəmbərə (s) Həzrət Xədicəni (ə) xatırladır və ondan yadigar idi."
📕 Müstədrəki-Əvalimil-ülum 1-ci cild 450-ci səhifə
🔰 Bu hədisdə Həzrət Fatimənin (ə) Allah Rəsulu (s) yanında sevilməsinin səbəblərini göstərən iki xüsusiyyət qeyd olunur: zöhd və ibadət, digəri isə Həzrət Xədicəni (ə) xatırlatması.
✅ Bu xüsusiyyətlərin hər biri Peyğəmbərin (s) aləmlərin qadınlarının xanımına olan xüsusi məhəbbət və diqqətini göstərir. İlahi övliyaların məhəbbətini qazanmaq mənəvi ləyaqət, ibadət, paklıq və təqva ilə mümkündür.
Həzrət Fatimənin (ə) həyatında maddi bağlılıqlardan uzaqlıq, mənəviyyata və Allaha bağlılıq aydın görünürdü. Onun ibadətləri də Allaha olan dərin məhəbbətinin təzahürü idi.
🟢 Digər səbəb isə Həzrət Fatimənin (ə) davranış, əxlaq və xüsusiyyətlərinin anası Həzrət Xədicəni (ə) xatırlatması idi. Nübüvvət bağında Fatimə (ə) kimi gözəl və nurani bir gül Həzrət Xədicənin (ə) pak qucağında yetişmişdi.
💠 Həzrət Xədicə (ə) də Peyğəmbərin (s) çox sevdiyi bir insan idi. Allah Rəsulu (s) daim bu vəfalı və imanlı xanımı xatırlayar, onun yaxşılıqlarını və fəzilətlərini yad edərdi. Buna görə də anasını öz əxlaq və davranışları ilə Peyğəmbərə (s) xatırladan Fatimənin (ə) atasının qəlbində xüsusi yer tutması təbii idi. Sanki Peyğəmbər (s) bu qızında həmin gülün ətrini yenidən duyurdu.
🔵 Deməli, Peyğəmbərin (s) Həzrət Fatiməyə (ə) məhəbbətinin meyarı onun imanı, paklığı, zöhdü, ibadəti və yüksək mənəvi fəzilətləri idi.
🔆 Pak, imanlı və təqvalı olan hər bir insan Allah Rəsulunun (s) məhəbbətinə layiqdir.
@axlaq | 156 |
| 14 | #nəhcül_bəlağə_dərsləri
📝 İmam Əli əleyhissalam buyurur:
إِذَا كَانَ فِي رَجُلٍ خَلَّةٌ رَائِقَةٌ، فَانْتَظِرُوا أَخَوَاتِهَا
"Bir insanda gözəl və diqqətəlayiq bir xüsusiyyət gördükdə, onun digər oxşar gözəl xüsusiyyətlərinin də olacağını gözləyin."
📚 Nəhcül-bəlağə 445-ci hikmətli kəlam
💠 Təbii olaraq, ağacın bir budağında gözəl və yaxşı bir meyvə gördükdə, onun digər budaqlarında da buna bənzər meyvələrin olmasını gözləmək mümkündür. Həmçinin insan bir yerdə qiymətli daş parçasına rast gəldikdə, bu, həmin ərazidə o növdən olan bir mədənin mövcudluğuna işarə edə bilər.
💎 Bu sözün insanın şəxsiyyəti ilə bağlı da aydın izahı vardır. İnsanın təkrar-təkrar etdiyi davranışların adətən onun daxilində və xarakterində bir kökü olur. Həmin daxili xüsusiyyət də ona bənzər başqa davranışların ortaya çıxmasına səbəb olur.
⭕️ Bunun əksi də belədir. Məsələn, bir insanın söyüş söyən, kobud və pis danışan olduğunu gördükdə, çox vaxt onun başqa davranışlarında da yanlış və bəyənilməz xüsusiyyətlərin mövcudluğunu ehtimal edirik. Belə bir şəxsdən əmanətdarlıq və dürüstlük gözləmək də çətinləşir.
✅ Başqa sözlə desək, yaxşı xüsusiyyətlər çox vaxt bir-biri ilə, pis xüsusiyyətlər də bir-biri ilə əlaqəli olur. Sanki onların hər biri özünə bənzər digər xüsusiyyətləri çağırır və onların meydana çıxmasına zəmin yaradır.
@axlaq | 154 |
| 15 | بدون متن... | 163 |
| 16 | 🔰 Əməllərin təsirinin qalıcı olmasında elm öyrənməyin əhəmiyyəti.
📝 İmam Əli əleyhissalam buyurur:
إِنَّ هَذِهِ الْقُلُوبَ تَمَلُّ كَمَا تَمَلُّ الْأَبْدَانُ، فَابْتَغُوا لَهَا طَرَائِفَ الْحِكَمِ
"Bu qəlblər də bədənlər kimi yorulur. Buna görə də onların yorğunluğunu aradan qaldırmaq üçün yeni və maraqlı hikmətlər axtarın."
📚 Nəhcül-bəlağə 89-cu hikmətli kəlam
✅ İnsan gördüyü işlərin faydasız olduğunu hiss etdikdə, başqaları onu nə qədər tərifləyib təqdir etsələr də, daxilən razılıq duymayacaq.
💎 Onun qəlbi yalnız o zaman razı qalır ki, gördüyü işlərin səmərəli olduğunu və nəticələrinin ötəri və müvəqqəti deyil, qalıcı olacağını bilsin. Bəlkə də elə buna görə İslam daim elm və bilik əldə etməyin əhəmiyyətini vurğulayır.
🔆 Elm öyrənmək, dini vəzifələrdən biri olmaqla yanaşı, qəlbin canlılığını və gümrahlığını qorumağın, qalıcı nəticələr əldə etməyin və əməllərin həqiqi dəyərini yüksəltməyin yollarından biridir.
⭕️ Bəzi insanlar diqqətsizlik və ya elmə marağın zəifliyi səbəbindən bilik əldə etməyə meyl duymurlar. Ümid edirik ki, belə bir vəziyyət heç vaxt bizim ruhi və mənəvi həyatımızda yaranmasın və daim mərifətə təşnə olaq. İslamın göstərişinə əsasən, biz həmişə mərifət axtarışında olmalıyıq. Yaşımız artdıqca hikmət və biliyə ehtiyacımız da daha çox olmalıdır.
💠 İnsanda mərifət axtarışı ruhiyyəsi olmalı və o, heç vaxt özünü bilikdən ehtiyacsız hesab etməməlidir. Buna görə də insan keçmişdə öyrəndikləri ilə kifayətlənməməli, daim yeni bilik və hikmət axtarışında olmalıdır.
🕌 Dini təlimlərimizdə belə buyurulur:
رَبِّ زِدْنِي عِلْمًا
"Ey Rəbbim! Elmimi artır."
Taha surəsi 114-cü ayə
Həmçinin:
رَبِّ زِدْنِي حُبًّا
"Ey Rəbbim! Məhəbbətimi artır."
🕋 Bu dualar göstərir ki, mərifət və biliyə can atmaq, eləcə də məhəbbətin kamilləşməsini istəmək üçün son hədd yoxdur; insan daim daha yüksək mərhələyə doğru irəliləməlidir.
@axlaq | 178 |
| 17 | ❓ Əgər Allah-taala insanların ibadətlərinə ehtiyacsızdırsa, niyə ibadət etməliyik?
🕋 Allah ehtiyacsız və mütləq kamaldır, buna görə də hətta peyğəmbərlərin ibadətinə də ehtiyacı yoxdur.
🌍 İbadət insanların mənəvi inkişafı və ruhi-mənəvi kamilliyi üçündür.
💠 Allah onlara ibadət etməyi əmr etməklə onları təqvaya, mənəvi kamilliyə və Özü ilə daha yaxın münasibətə yönəldir.
✅ Əslində ibadət tam mənada insanın xeyrinədir. Necə ki, müəllimin şagirdə verdiyi tapşırıqlar müəllimin tərəqqisi üçün deyil, şagird və tələbənin elmi yüksəlişi üçündür.
@axlaq | 170 |
| 18 | 💎 Təfəkkürün insanın kamilliyinə təsiri.
🟢 Düşüncə insanlığın açarıdır. Düşünməyən insan öz şəxsiyyətini lazımi şəkildə tanıya bilməz. Öz insani şəxsiyyətindən xəbərsiz olan insan isə kamala çatmaqda aciz qalar.
🕋 İslamda təfəkkürə nə qədər böyük əhəmiyyət verildiyini anlamaq üçün bu sevimli peyğəmbərimiz Həzrət Muhəmmədin (s) bu sözünə diqqət yetirmək kifayətdir:
"Bir saat təfəkkür etmək bir ilin ibadətindən üstündür."
📚 Biharul-ənvar 71-ci cild 451-ci səhifə
✅ Əlbəttə, burada hər cür düşüncə nəzərdə tutulmur. Söhbət -insanı həqiqətə, özünü tanımağa, Allahı tanımağa və həyatın məqsədini dərk etməyə aparan təfəkkürdən gedir. Belə bir təfəkkür hətta bir saat davam etsə belə, insanın həyata baxışını dəyişə bilər.
Lakin düşüncə və mərifətdən uzaq ibadət uzun müddət davam etsə də, insanın mənəvi təkamülünə lazımi təsiri göstərməyə bilər. Mərifət və agahlıqla yerinə yetirilən ibadət isə insanın mənəvi inkişafında daha dərin iz buraxır.
⚫️ Qəflət haqqında danışarkən də hər növ qəflət nəzərdə tutulmur. İnsanı mənəvi bədbəxtliyə sürükləyən əsas qəflət Allahdan, tövhiddən, nübüvvətdən, məaddan və insanın ilahi vəzifələrindən xəbərsiz qalmasıdır.
Allah, axirət, yaradılışın məqsədi və dini vəzifələri haqqında düşünmək və təfəkkür etmək isə insanı qəflətdən çıxarır, onun həyat istiqamətini müəyyənləşdirir və səadət yolunu aydınlaşdırır.
🔰 Qurani-kərimin təfəkkürə çağıran bir sıra ayələri insanın diqqətini Allahın sifət və feillərinə yönəldir. Allahı tanımağın mühüm yollarından biri Onun sifət və feillərini tanımaqdır. İnsan bu mərifətə çatdıqca Allahı məxluqlardan daha düzgün şəkildə fərqləndirir.
İnsan fitrətən Allaha yönəlməyə meyilli olsa da, bəzən Allah haqqında yanlış təsəvvürlərə düşə bilər.
Məkkə müşrikləri də Allahın varlığını bütövlükdə inkar etmirdilər; onların əsas problemlərindən biri Allahı və Ona ibadətin həqiqətini düzgün tanımamaları idi.
📖 Qurani-kərim Ənkəbut surəsinin 61-ci ayə buyurur:
"Əgər onlardan: “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram etmişdir?” – deyə soruşsan, mütləq: “Allah!” – deyəcəklər. Bəs onda onlar (Allah yolundan) necə döndərirlər?"
⭕️ Onlar bütlərə ibadət etmələrini belə əsaslandırırdılar:👇
"Biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik."
Zumər 3-cü ayə
🔴 Onların yanıldığı məqamlardan biri bu idi ki, Allaha yaxınlaşmağın yolunu öz düşüncələrinə əsasən müəyyənləşdirirdilər. Halbuki Allahı, Onun sifətlərini və iradəsini düzgün tanıyan insan anlayır ki, Allaha yaxınlaşmağın yolunu da Allahın özü müəyyən edir. İlahi sifətləri və ilahi hidayəti düzgün tanımaq insanı bu cür yanlışlıqlardan qoruyur.
@axlaq | 181 |
| 19 | 💎 Təfəkkürün insanın kamilliyinə təsiri.
🟢 Düşüncə insanlığın açarıdır. Düşünməyən insan öz şəxsiyyətini lazımi şəkildə tanıya bilməz. Öz insani şəxsiyyətindən xəbərsiz olan insan isə kamala çatmaqda aciz qalar.
🕋 İslamda təfəkkürə nə qədər böyük əhəmiyyət verildiyini anlamaq üçün bu sevimli peyğəmbərimiz Həzrət Muhəmmədin (s) bu sözünə diqqət yetirmək kifayətdir:
"Bir saat təfəkkür etmək bir ilin ibadətindən üstündür."
Biharul-ənvar, c. 71)
Əlbəttə, burada hər cür düşüncə nəzərdə tutulmur. Söhbət insanı həqiqətə, özünü tanımağa, Allahı tanımağa və həyatın məqsədini dərk etməyə aparan təfəkkürdən gedir. Belə bir təfəkkür hətta bir saat davam etsə belə, insanın həyata baxışını dəyişə bilər. Lakin düşüncə və mərifətdən uzaq ibadət uzun müddət davam etsə də, insanın mənəvi təkamülünə lazımi təsiri göstərməyə bilər. Mərifət və agahlıqla yerinə yetirilən ibadət isə insanın mənəvi inkişafında daha dərin iz buraxır.
Qəflət haqqında danışarkən də hər növ qəflət nəzərdə tutulmur. İnsanı mənəvi bədbəxtliyə sürükləyən əsas qəflət Allahdan, tövhiddən, nübüvvətdən, məaddan və insanın ilahi vəzifələrindən xəbərsiz qalmasıdır.
Təfəkkür də belədir. Allah, axirət, yaradılışın məqsədi və dini vəzifələri haqqında düşünmək insanı qəflətdən çıxarır, onun həyat istiqamətini müəyyənləşdirir və səadət yolunu aydınlaşdırır.
Qurani-Kərimin təfəkkürə çağıran bir sıra ayələri insanın diqqətini Allahın sifət və feillərinə yönəldir. Allahı tanımağın mühüm yollarından biri Onun sifət və feillərini tanımaqdır. İnsan bu mərifətə çatdıqca Allahı məxluqlardan daha düzgün şəkildə fərqləndirir.
İnsan fitrətən Allaha yönəlməyə meyilli olsa da, bəzən Allah haqqında yanlış təsəvvürlərə düşə bilər. Məkkə müşrikləri də Allahın varlığını bütövlükdə inkar etmirdilər; onların əsas problemlərindən biri Allahı və Ona ibadətin həqiqətini düzgün tanımamaları idi.
Qurani-Kərim buyurur:
«Əgər onlardan: “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram etmişdir?” – deyə soruşsan, mütləq: “Allah!” – deyəcəklər. Bəs onda necə döndərilirlər?»
(Ənkəbut, 61)
Onlar bütlərə ibadətlərini belə əsaslandırırdılar:
«Biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik.»
(Zumər, 3)
Onların yanıldığı məqamlardan biri bu idi ki, Allaha yaxınlaşmağın yolunu öz düşüncələrinə əsasən müəyyənləşdirirdilər. Halbuki Allahı, Onun sifətlərini və iradəsini düzgün tanıyan insan anlayır ki, Allaha yaxınlaşmağın yolunu da Allahın özü müəyyən edir. İlahi sifətləri və ilahi hidayəti düzgün tanımaq insanı bu cür yanlışlıqlardan qoruyur. | 1 |
| 20 | 🕋 Qəlb zikrinin növləri və dərəcələri
✅ Qəlb zikrinin üç əsas mərhələsi vardır:
1⃣ Birinci mərhələ: Vaciblərə əməl etmək və haramlardan çəkinmək.
🟢 Qəlb zikrinin ilkin mərhələsi insanın vacibləri yerinə yetirməsi və haramlardan çəkinməsidir.
📓 “Üsuli-Kafi”nin ikinci cildində nəql olunan bir hədisin məzmununa görə, Allahı daim zikr etmək yalnız ardıcıl olaraq “Sübhanəllah” və “Əlhəmdulillah” deməkdən ibarət deyil. Həqiqi zikr odur ki, insan Allahın əmr və qadağaları ilə qarşılaşdıqda Onu xatırlasın; əmr etdiyini yerinə yetirsin, qadağan etdiyindən isə çəkinsin.
🕌 Deməli, insanın əməl zamanı Allahın hökmünü nəzərə alması qəlb zikrinin başlanğıc mərhələsidir. Çünki Allahdan qəflətdə olan insan dini vəzifələrinə lazımınca riayət edə bilməz.
2⃣ İkinci mərhələ: Daim özünü Allahın hüzurunda görmək.
🔆 Qəlb zikrinin daha yüksək mərhələsində insan yalnız vacib və haramlarla kifayətlənmir; şübhəli və məkruh işlərdən də çəkinməyə çalışır. Onun əsas qayğısı budur ki, davranışlarında Allahın razılığına zidd olan bir işə yol verməsin.
🟣 Bu mərhələ təqvanın daha yüksək səviyyəsi ilə sıx bağlıdır. İnsan hər bir işində “Allah bundan razıdırmı?” sualını nəzərə alırsa, deməli, qəlbən Allahı xatırlayır.
🔰 Bu məqamı Əbuzərin Həzrət Peyğəmbərdən (s) nəql etdiyi məşhur hədis daha aydın ifadə edir. Əbuzər ehsanın nə olduğunu soruşduqda Peyğəmbər (s) buyurur:
“Ehsan budur ki, Allaha elə ibadət edəsən ki, sanki Onu görürsən. Sən Onu görməsən də, O səni görür.”
🟢 Bu hədis qəlb zikrinin iki yüksək dərəcəsinə işarə edir.
🟠 Birinci dərəcə insanın Allahın onu gördüyünü daim dərk etməsidir. İnsan Allahı görmür, lakin özünü daim Onun hüzurunda və nəzarəti altında bilir. Bu şüur onun davranışına təsir göstərir; insan sözlərinə, baxışlarına, niyyətlərinə və əməllərinə daha ciddi nəzarət edir.
✔️ Beləliklə, qəlb zikri artıq yalnız müəyyən vaxtlarda Allahı xatırlamaq deyil, Allahın hüzurunda yaşamaq şüuruna çevrilir.
3⃣ Üçüncü mərhələ: Allahı qəlb gözü ilə müşahidə etmək.
🟡 Qəlb zikrinin ən yüksək mərhələsi insanın sanki Allahı görürmüş kimi yaşamasıdır.
Burada söhbət Allahı zahiri gözlə görməkdən getmir. Məqsəd qəlbin və bəsirətin elə bir mərhələyə çatmasıdır ki, insan ilahi həqiqəti və Allahın hüzurunu dərin iman və yəqinlə dərk etsin.
♻️ Bu hal insanda təkrarlandıqca tədricən sabit mənəvi xüsusiyyətə — mələkəyə çevrilir. Artıq Allahı xatırlamaq ötəri bir hal deyil, insanın daxili həyatının daimi xüsusiyyəti olur.
📝 Əmirəlmöminin Əli (ə) bu həqiqəti belə ifadə edir:
أَفَأَعْبُدُ مَا لَا أَرَى؟
“Görmədiyiməmi ibadət edim?”
Sonra Həzrət (ə) bu görmənin mahiyyətini açıqlayaraq buyurur:
لَا تُدْرِكُهُ الْعُيُونُ بِمُشَاهَدَةِ الْعِيَانِ، وَلَكِنْ تُدْرِكُهُ الْقُلُوبُ بِحَقَائِقِ الْإِيمَانِ
“Gözlər Onu aşkar müşahidə ilə görə bilməz; lakin qəlblər Onu imanın həqiqətləri ilə dərk edər.”
🟠 Deməli, qəlb zikrinin inkişaf xəttini üç mərhələdə ümumiləşdirmək olar:
Birinci mərhələ: Allahın hökmünü xatırlamaq — vacibə əməl etmək və haramdan çəkinmək.
İkinci mərhələ: Allahın hüzurunu xatırlamaq — “O məni görür” şüuru ilə yaşamaq.
Üçüncü mərhələ: Allahı qəlbən müşahidə etmək — “sanki Onu görürəm” mərtəbəsinə yüksəlmək.
💬 Beləcə, zikr əvvəlcə əməlləri tənzimləyir, sonra insanın daimi hüzur şüuruna çevrilir, daha sonra isə qəlbi ilahi müşahidə və yəqin mərtəbəsinə yüksəldir.
@axlaq | 179 |
