ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Əxlaq Məktəbi

Əxlaq Məktəbi

前往频道在 Telegram

Əxlaq, əqaid və təfsir dərsləri Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi Əxlaqi tərəqqi və seyri-sülukun yolları @Rza_iravan

显示更多
2 177
订阅者
无数据24 小时
-67 天
-5430 天
帖子存档
photo content

#nəhcül_bəlağə_dərsləri 📝 İmam Əli əleyhissalam buyurur: أَلاَ وَ إِنَّ الدُّنْيَا قَدْ تَصَرَّمَتْ وَآذَنَتْ بِانْقِضَاءٍ وَ تَنَكَّرَ مَعْرُوفُهَا وَ أَدْبَرَتْ حَذَّاءَ "Bilin ki, dünya sona çatmış və öz sonunun yetişdiyini xəbər vermişdir. Gözəllikləri çirkinliyə çevrilmiş, üz döndərərək sürətlə uzaqlaşmaqdadır". 📚 Nəhcül-bəlağə 52-ci xütbə ✅ Əslində, bu sözün mənası budur ki, hər bir insanın dünyadakı ömrü o qədər qısadır ki, sanki doğulduğu andan ona: "Köçməyə hazır ol!" deyilir. 🔰 İlk cümlədə dünyanın daxili mahiyyətinə, ikinci cümlədə isə onun zahiri əlamətlərinə işarə edilir. Başqa sözlə, dünya həm öz mahiyyəti etibarilə fanidir, həm də insan həyatının müxtəlif məqamlarında görünən əlamətlər onun faniliyini xəbər verir. 💎 Məqsəd insanların qəflətə düşməməsi, dünyanın ötəriliyindən xəbərsiz qalmaması və uzun-uzadı arzuların doğurduğu zərərlərə məruz qalmamasıdır. ⭕️ Bəli, gəncliyin gözəllikləri sürətlə öz yerini qocalığın yorucu həyatına verir, nemətlər isə tədricən əldən gedir. Gözlər zəifləyir, qulaqlar eşitməz olur, sinirlər gücdən düşür, sümüklər köhnəlir, hamar və təravətli üzlər qocalığın qırışları ilə örtülür! @axlaq

Çox mühüm məlumat.

语音消息14:08

#Fatimiyyə 💠 Mömin özü ilə üz-üzə. 📝 Əmirəlmöminin İmam Əli əleyhissalamdan gözəl bir hədis nəql olunur: إِنَّ الْمُؤْمِنَ لَا يُمْسِي وَ لَا يُصْبِحُ إِلَّا وَ نَفْسُهُ ظَنُونٌ عِنْدَهُ، فَلَا يَزَالُ زَارِيًا عَلَيْهَا وَ مُسْتَزِيدًا لَهَا "Mömin səhərə də, axşama da öz nəfsinə şübhə ilə yanaşaraq çıxar. Daim onun nöqsanlarını üzə çıxarar və onu daha da kamilləşdirməyə çalışar". 📘 İrşadul-qulub 1-ci cild 98-ci səhifə 🕋 Mömin şəxs özünü tanımağa başladıqda öz nöqsanlarını üzə çıxarır. O, ayıq düşüncə və açıq gözlə özü ilə üzləşir, cəsarətlə nöqsanlarını görür, onlardan qaçmır. ✅ Səmimiyyətlə etiraf edir: "Bəli, məndə bu nöqsanlar var. Hələ həqiqi tövhidə çatmamışam. Bəzən xudbinlik edirəm, bəzən lovğalanıram, bəzən özümü bəzi şeylərin müstəqil sahibi hesab edirəm, bəzən də Allahın mənə bəxş etdiklərini başqaları ilə bölüşməkdə xəsislik göstərirəm". ⭕️ O, nöqsanlarını görür və özünə səthi nəzər salaraq yaxşı qiymət vermir. Bəs bu, özünü qınamaqdırmı? Xeyr! Özünü qınamaq o zaman dağıdıcı olur ki, insan özündə islah olunmaq gücü görmür. Halbuki nöqsanımı görməliyəm ki, onu düzəldə bilim. ❓ Öz nöqsanlarıma bəraət qazandırsam, onları necə düzəldə bilərəm? ✅ Mən özümə bəraət qazandırmadan və özümü qınayıb əzmədən həqiqətlə üzləşməliyəm. @axlaq

💠 Bəsirətlə gözlə görmə arasındakı fərq. 📝 İmam Əli əleyhissalam buyurur: فَقْدُ الْبَصَرِ أَهْوَنُ مِنْ فِقْدانِ الْبَصيرَةِ "Görmə qabiliyyətini itirmək bəsirəti itirməkdən daha asandır." 📗 Qurərul-hikəm 4-cü cild 413-cü səhifə ✅ Görmək ilə bəsirət arasında çox böyük fərq var. ⭕️ Gözlə görmək yeriyərkən, bir yerdən başqa yerə gedərkən yolu quyudan, divarı dərədən ayırd etmək üçündür. Lakin yol həmişə küçə və prospektdən ibarət deyil ki, təkcə göz kifayət etsin! 🕋 Həyat yolu, xüsusən də düz və doğru yol, gözdən daha çox bəsirətə ehtiyac duyur. ⚠️ Həm görmə qabiliyyəti lazımdır, həm də bəsirət. Lakin hansı daha zəruridir?! 🔴 Həm gözün korluğu pisdir, həm də qəlb korluğu. Amma hansı daha ağır fəsadlara və zərərə səbəb olur? 🌎 Elə insanlar var ki, baş gözləri ilə ətraflarındakı əşyaları görürlər, lakin qəlb gözləri kordur. Bu daxili korluq üzündən haqq, xeyir və hidayət yolunu görmür, tanımır, bir ömür azğınlıq və zəlalət içində yaşayırlar. 💎 Elə insanlar da olub və var ki, gözləri görməsə də, qəlbləri işıqlı, bəsirətləri açıqdır. Onlar gözü görən bir çox insandan daha yaxşı görürlər! 🟢 İmam Əli əleyhissalamın buyurduğuna görə, görmə qabiliyyətindən məhrum olmaq bəsirətdən məhrum olmaqdan daha asandır. 🌐 Gözü görməyən insan yalnız ömrü boyunca gözlə görülən maddi şeyləri seyr etməkdən məhrum qalır. Lakin bu aləmin həqiqətini, Allahın təcəllilərini və mənəvi yüksəliş yolunu görməyən qəlbi kor və azğın insanlar əbədi səadətdən məhrum olurlar. Bu isə qat-qat böyük və ağır itkidir! 🔰 Qurani-həkim azğınları qəlbi kor insanlar kimi tanıdır və bildirir ki, burada kor olan kəs orada da kor, hətta daha da azğın olacaq. ❓ Qəlb gözü kor olarsa, baş gözünün nə faydası var? 🔵 Bəsirətlə görmə qabiliyyətinə birlikdə sahib olsaq, bu, elə "nur üstünə nur" olar. @axlaq

photo content

#Fatimiyyə 💠 Nəfsin hesaba çəkilməsi — həqiqi özü ilə üzləşmək. 🟦 İnsan nəfsini hesaba çəkərkən həqiqi özü ilə üzləşməyə cəsarət edir; başqalarına nümayiş etdirdiyi özü ilə, psixoloji və ya sosial mənliyi ilə deyil, həqiqi özü ilə. Həqiqi özü ilə üzləşdikdə varlığında iki məqamı görür: 1. Yaxşı əməllər. ✅ Maraqlıdır ki, elə ilk üzləşmədəcə həyatında davam edən ilahi lütfləri, bərəkət və rəhmətləri görür. Özümüzlə üzləşib bu xeyirli işləri və itaətləri gördükdə, düzgün bir nəfs mühasibəsində belə deyirik: "Bunlar Allahın lütfüdür; burada nə müsbət qiymət varsa, məndən deyil". 🕋 Pak və müqəddəs Allahın bizə nə qədər çox lütf etdiyini, hər birimizə necə tövfiqlər bəxş etdiyini görürük. Lakin nəfsimizi hesaba çəkərkən bunları özümüzə deyil, Ona aid edirik. 2. Pis əməllər. ⭕️ Baxır və əməl dəftərimizdə çoxlu nöqsanlar və cahilliklər görürük. Lakin bu nöqsanlara ilişib qalmaq əvəzinə, bağışlanma diləyirik; Ondan əfv istəyir və həmin əməlləri təkrarlamayacağımıza söz veririk. Özümüzdə nöqsanları aşmaq qabiliyyətinin olduğunu görürük. 🌐 Bu gün bir nöqsanım var, amma o, həmişə məndə qalmalı deyil. Ona hər üz tutduğumda bol-bol feyz, rəhmət və lütf əldə edə bilərəm. Zəifliklər və uğursuzluqlar məni hərəkətsiz qoymur. "Bizimki artıq keçib!" demirəm. "Mənim islah olunmağım mümkün deyil!" demirəm. Əksinə, islahın mümkün olduğuna inanıram və həmin islahı pak və müqəddəs Allahdan diləyirəm. @axlaq

💠 İmanda sabitlik — ilahi məhəbbətin nişanəsi. 📖 Qurani-kərim İbrahim surəsinin 27-ci ayəsində buyurur: يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ وَيُضِلُّ اللَّهُ الظَّالِمِينَ وَيَفْعَلُ اللَّهُ مَا يَشَاءُ "Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabitqədəm saxlayar. Allah zalımları azğınlıqda buraxar. Allah istədiyini edər." 🔰 "Möhkəm söz" imanda sabitqədəmlik deməkdir. İmanın möhkəmləndirilməsi Allahın məhəbbətinin ən uca təzahürlərindən biridir. Şübhəsiz, hər bir mömin bir gün dindən dönmək uçurumuna yuvarlana bilər. 🕋 İnsan dinini asanlıqla itirə bilər. Bu gün tək Allaha inanan insan sabah bir büt qarşısında səcdəyə qapana bilər. Lakin Allah istəsə, qəlbləri sabitqədəm saxlayar. 💎 Əgər hələ də "La ilahə illəllah" kəlməsinə sadiqiksə, əgər tövhidə dair şübhə vəsvəsəsi hələ zehnimizdən keçməyibsə, bu, yalnız bizim dəlillərimizin və ya seçimimizin nəticəsi deyil; həm də gizli və davamlı bir ilahi məhəbbətin bəhrəsidir. 📲 Media tufanının və dünyaya hökm etməyə çalışan hegemon qüvvələrinin hər an möminin etiqadını sarsıtmağa çalışdığı bir dövrdə insan haqq etiqadlarında möhkəm qalıbsa, zehni etiqadi sarsıntılardan qorunubsa, bu sabitlik həmin ilahi məhəbbətin təzahürüdür. @axlaq

#nəhcül_bəlağə_dərsləri 📝 İmam Əli əleyhissalam buyurur: “Allahı nəzərə alın, Allahı nəzərə alın! Azğınlıq və həddi aşmağın tez yetişən cəzasından, zülmün ağır nəticələrindən və təkəbbürün pis aqibətindən çəkinin! Çünki bunlar İblisin ən böyük tələsi və ən böyük hiyləsidir. Öldürücü zəhərlər kimi insanların qəlbinə nüfuz edir. Heç vaxt təsirsiz qalmır və heç kəs onun gətirdiyi həlakətdən öz-özünə qurtula bilmir: nə alim elminə görə, nə də yoxsul köhnə paltarına görə”. 📚 Nəhcül-bəlağə 192-ci xütbə ✅ İmamın (ə) sözünün əvvəlində çəkindirdiyi üç xüsusiyyət — həddi aşmaq, zülm etmək və təkəbbür göstərərək özünü başqalarından üstün tutmaq — bir-biri ilə sıx bağlıdır. 🔥 Təkəbbürlü insanlar yalnız özlərini görürlər. Buna görə də başqalarının hüquqlarına dəyər vermir, zülm və haqsızlığa əl atırlar. Həmçinin həddi aşmaq da zülmə gətirib çıxarır. Bütün bunlar öldürücü zəhərlər və şeytanın təhlükəli tələləridir. Allahın övliyaları və imanlı, saleh insanlardan başqa heç kəs bu tələlərdən qurtula bilməz. 🔰 “Heç vaxt təsirsiz qalmır...” cümləsi bu xəbərdarlığın hamıya aid olduğunu göstərir. Heç bir alim düşünməsin ki, yalnız elmi sayəsində şeytanın bu tələsindən qurtula bilər. ⚠️ Yaxud heç bir yoxsul elə zənn etməsin ki, yoxsulluğu onu bu təhlükədən qoruyar. İstisnasız olaraq, həddi aşmağa, zülmə və təkəbbürə bulaşan hər kəsi acı və qaranlıq bir aqibət gözləyir. @axlaq

photo content

#Fatimiyyə 💠 Öz dəyərimizi bilməyəndə... 🔶 "Özünü unutmaq" xəstəliyi o deməkdir ki, insan bütün diqqətini bədəninə yönəldir, Allahın ona bəxş etdiyi mənəvi məqamı, ləyaqəti və izzəti isə unudur. 🌎 Atasının — Həzrət Adəmin — Allahın xəlifəsi olduğunu və özünün də «xəlifə övladı» olduğunu unudur. Allahın ona xüsusi bir ləyaqət bəxş etdiyindən qəflətdə qalır. İzzətin əsl sahibinin Allah olduğunu, sonra bu izzətin Peyğəmbərə (s), onun vasitəsilə də ona iman gətirənlərin hamısına verildiyini unudur. 🕋 Mən yalnız Allahla əlaqəmi qoruduğum zaman kim olduğumu və nə qədər dəyərli olduğumu anlaya bilərəm. Onunla əlaqəm kəsiləndə artıq öz dəyərimi görə bilmirəm. Mən çox dəyərli idim, amma indi bu dəyəri tanımıram. ⭕️ Öz dəyərimi tanımayanda isə: مَنْ جَهِلَ نَفْسَهُ كَانَ بِغَيْرِ نَفْسِهِ أَجْهَل "Özünü tanımayan insan başqalarını daha az tanıyar". 🟢 Beləcə, boşluq, dəyərsizlik və alçaqlıq hissinə qapılıram. Özümü heç kim hesab edirəm. Özümü heç kim hesab edəndə isə halım yaxşı olmur. @axlaq

photo content

💠 Həzrət Fatimə əleyhasalamın xüsusiyyətləri. 1. Yer üzünün ən üstün insanı 🌎 Həzrət Fatimə (ə) həm nəsil və ailə baxımından, həm də şəxsi rəftarı, əxlaqı və fərdi xüsusiyyətləri ilə əzəmət və ucalığın zirvəsindədir. O, paklıq və məsumluğun elə bir zirvəsindədir ki, onu tanımaq imamlardan (ə) başqası üçün qeyri-mümkündür. 📝 İmam Cəfər Sadiq əleyhissalam onun əzəməti haqqında buyurur: وَ هِیَ الصِّدِّیقَةُ الْکُبْرَى وَ عَلَى مَعْرِفَتِهَا دَارَتِ الْقُرُونُ الْأُولَى “O, Siddiqeyi-kübradır — ən uca doğruluq sahibidir. Əvvəlki əsrlər onu tanımaq mehvəri ətrafında dövr etmişdir”. 📚 Biharul-ənvar 43-cü cild 105-ci səhifə 🌐 Doğrudan da, onu necə tanımaq olar?! Halbuki səhih mənbələrdə Allahın Peyğəmbərə (s) belə buyurduğu nəql edilir: یَا أَحْمَدُ! لَوْلَاکَ لَمَا خَلَقْتُ الْأَفْلَاکَ وَلَوْلَا عَلِیٌّ لَمَا خَلَقْتُکَ وَلَوْلَا فَاطِمَةُ لَمَا خَلَقْتُکُمَا “Ey Əhməd! Sən olmasaydın, fələkləri (varlıq aləmini) yaratmazdım. Əli olmasaydı, səni yaratmazdım. Fatimə olmasaydı, sizin ikinizi yaratmazdım”. 📚 Multəqəl-bəhrəyn 14-cü səhifə 🕋 Sonuncu Peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih xanım Fatimə (ə) haqqında belə buyurur: وَ لَوْ کَانَ الْحُسْنُ شَخْصاً [هَیْئَةً] لَکَانَتْ فَاطِمَةَ بَلْ هِیَ أَعْظَمُ إِنَّ فَاطِمَةَ ابْنَتِی خَیْرُ أَهْلِ الْأَرْضِ عُنْصُراً وَ شَرَفاً وَ کَرَما» “Əgər gözəllik insan surətinə düşsəydi, Fatimə olardı. Hətta o, bundan da üstündür. Həqiqətən, qızım Fatimə zatı, şərəfi və alicənablığı baxımından yer üzünün ən üstün insanıdır”. 📚 Mətndə göstərilən mənbələr: 📚 Fəraidus-simteyn 2-ci cild 68-ci səhifə @axlaq

photo content

#nəhcül_bəlağə_dərsləri ⚠️ Nə etsən, ilk növbədə özünə edirsən! 📝 İmam Əli əleyhissalam buyurur: وَ مَنْ یقْبِضْ یدَهُ عَنْ عَشِیرَتِهِ فَإِنَّمَا تُقْبَضُ مِنْهُ عَنْهُمْ یدٌ وَاحِدَةٌ وَ تُقْبَضُ مِنْهُمْ عَنْهُ أَیدٍ كَثِیرَةٌ "Kim qohumlarından yardım əlini çəksə, onlardan yalnız bir əli əsirgəmiş olar, amma özünü onların çoxsaylı yardım əllərindən məhrum edər". 📘 Nəhcül-bəlağə, 23-cü xütbə 🔷 Başqalarına xeyir vermək onların özündən daha çox yaxşılıq edən insanın xeyrinədir. Eyni şəkildə, ətrafındakılara yaxşılıq etməkdən çəkinmək də onlardan daha çox insanın özünə zərər vurur. ⭕️ Bu baxışa sahib olan insan başqalarına xidmət etdiyinə görə özünü bəyənib qürurlanmaz, etdiyi yaxşılığın qarşılığında bir şey gözləməz və minnət qoymaz. 🔰 Qurani-kərimdə də bildirildiyi kimi, yaxşılıq etməkdə ailə və yaxınlar üstün tutulmalıdır. Yaxınlara xidmət sevgi və məhəbbətlə müşayiət olunur. İnsan onlara kömək edərkən sevgisini də çatdırır. ✅ Hər kəs öz qohumlarının, yaxınlarının ehtiyaclarını aradan qaldırmağa çalışsa, kənar və özgə insanların yardımına ehtiyac qalmaz. @axlaq

#Fatimiyyə 💠 Özünü tanı, amma Allahdan ayrı deyil. 🔶 Bu mövzuda diqqətəlayiq məqam budur ki, yalnız mövcud olmağımızla kifayətlənməməliyik. Əsas məsələ sadəcə var olmaq deyil, «Mən kiməm?» sualına cavab tapmaqdır. 💎 Bir çox insanın özü haqqında müəyyən məlumatları var, amma öz həqiqətini tanımayıb. Özünü tanımaq o qədər zəruridir ki, heç nə onun yerini verə bilməz. ❓ Bəs özümü necə tanıyım? 🕋 Özümlə Allah arasındakı əlaqəni dərk etməliyəm. Bu əlaqəni tapmasam, özümü nə qədər tanısam da, varlığımın dərinliklərinə nə qədər səyahət etsəm də, özüm haqqında biliyim natamam qalacaq. 📖 Qurani-kərim Həşr surəsinin 19-cu ayəsində buyurur: وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ "Allahı unudan, buna görə də Allahın onlara özlərini unutdurduğu kəslər kimi olmayın!" ⭕️ Allahı unudanlar özlərini də unutdular. Özümü Allahdan ayrı görsəm, baxış üfüqüm daralar, düzgün məqsədim olmaz və bir çox yanlış əməllərə asanlıqla yol verərəm. Amma özümlə o sonsuz Varlıq arasındakı əlaqəni görəndə özümə baxışım dəyişər. ✅ Deməli, özünü tanımaq zəruridir. Lakin Allahla əlaqəni nəzərə almadan özünü düzgün tanımaq mümkün deyil. Mənim Ondan asılı olmayan bir varlığım yoxdur; kim olduğum Onunla əlaqəm əsasında məna qazanır. @axlaq

#Fəcr_surəsinin_təfsiri 💠 Fəcr — ilahi maarifin qəlbi bürüdüyü zaman. 🕋 Allah-taala Fəcr surəsinin birinci ayəsində buyurur: وَالْفَجْرِ "And olsun dan yerinə!" 🔰 Fəcr sözü üçün müxtəlif mənalar qeyd olunmuşdur. Onları izah etməyə davam edirik: 9. İlahi maarifin nurlarının insanın qəlbini bürüdüyü zaman. 🔆 Fəcr elə bir zamandır ki, ilahi maarifin nurları insanın qəlbini bürüyür və bu nurların parıltısı onun varlığında özünü göstərir. Bu işıqlanma bir sutka ərzində, ayda bir dəfə və ya ardıcıl şəkildə baş verə bilər. ✅ Allah-taala insanın həyatındakı fəcr anlarına — ilahi maarifin parladığı və üzə çıxdığı zamanlara and içir. 10. Fəcr — sonuncu Peyğəmbər həzrət Muhəmmədin (s) müqəddəs vücududur. 🟢 Çünki hər bir insanın varlığında iman nuru Peyğəmbərin (s) vasitəsilə yaranır və bu nur həmin insanı mülk və mələkut aləmində parlaq edir. 💎 Allah-taala Peyğəmbərin (s) müqəddəs vücuduna and içmişdir. Çünki onun vasitəsilə küfr və zülmün qaranlığı aradan qalxır, iman nuru isə təcəlli edir. @axlaq

🌎 Həyatın hər halı bir imtahandır. ✅ Həyat insanla həmişə eyni cür rəftar etmir: - bir gün çətinliyə düşürsən, - bir gün sənə nemət verilir, - bir gün də istədiyini əldə edə bilmirsən. 💎 Əsl məharət və hünər bu üç halın heç birində yolunu itirməməkdir. 🕋 Çətinliyə düşəndə Allaha arxalan; nemət içində olanda Allaha şükür et; istədiyindən məhrum qalanda isə tez ümidsizliyə qapılma və hər şeyin bitdiyini düşünmə. 💠 Hər vəziyyət bir imtahandır. Əsas məsələ həmin imtahanda sənin necə davranmağındır. @axlaq

photo content