en
Feedback
Edubba

Edubba

Open in Telegram

🟣 Edubba - alternativ düşünməyi öyrədən məktəbdir.

Show more
1 704
Subscribers
-124 hours
-107 days
-6030 days
Posts Archive
Edubba
1 704
Azərbaycan dilində sincab və dələ adları eyni heyvan üçün işlədilir. Bu heyvanlar Sciurus cinsidir. Onlar dələkimilər (Sciuri
Azərbaycan dilində sincab və dələ adları eyni heyvan üçün işlədilir. Bu heyvanlar Sciurus cinsidir. Onlar dələkimilər (Sciuridae) fəsiləsinə və gəmiricilər (Rodentia) dəstəsinə aiddir. Sincablar meşələrdə yaşayır və ömürlərinin böyük hissəsini ağaclarda keçirirlər. Uzun, sıx tüklü quyruqları ağacdan-ağaca tullanarkən tarazlığı qorumağa kömək edir, soyuq havalarda isə yorğan kimi bədənlərini örtür. Onlar əsasən qoz, fındıq, palıd qozası, şabalıd, müxtəlif toxumlar, meyvələr və göbələklərlə qidalanırlar. Topladıqları qidaları çox vaxt ağızlarının iç tərəfində yerləşən elastik yanaq kisələrində (ovurdlarında) daşıyırlar. Bəzən Azərbaycanda sansarkimilər (Mustelidae) fəsiləsinə aid Martes cinsinin nümayəndələri də xalq arasında "dələ" adlandırılır. Halbuki onlar tamamilə başqa heyvanlardır. Alimlər qarışıqlığın qarşısını almaq üçün heyvanları latınca elmi adları ilə fərqləndirirlər, yəni Sciurus - sincab (dələ), Martes isə sansarkimilər fəsiləsinə aid yırtıcı heyvan cinsidir. 🟣 http://t.me/edubbamedia

Edubba
1 704
Niyə türkiyəlilər “patates”, biz isə “kartof” deyirik? Azərbaycan dilindəki “kartof” sözü rus dilindəki “картофель” sözündən keçib. Ruslar isə bu sözü alman dilindən götürüblər: almancada Kartoffel. Bu sözün daha qədim forması italyanca tartufo - “trüf göbələyi” sözü ilə əlaqələndirilir. Kartofun yumrusu trüf göbələyinə bənzədiyi üçün belə adlandırılıb. Türkiyə türkcəsində isə “patates” sözü tamam başqa yolla gəlib. İspanların "patata" sözü vasitəsilə yayılan bu adın daha qədim kökü Karib hövzəsinin yerli Taino xalqının "batata" sözünə gedib çıxır. 🟣 http://t.me/edubbamedia

Edubba
1 704
Angela Merkel Şərqi Almaniyada böyüyüb, fizika təhsili alıb və 1986-cı ildə “Molekulların parçalanma reaksiyalarının mexanizminin və sürətinin hesablanması” mövzusunda elmi iş müdafiə edərək doktorluq dərəcəsi qazanıb. Berlin divarı dağılanda bir neçə il sonra isə siyasətə daxil oldu, 2005-ci ildə Almaniyanın ilk qadın kansleri seçildi və ölkəni düz 16 il idarə etdi. Amma Merkel haqqında ən maraqlı məqamlardan biri hakimiyyətdə olarkən də sadə həyat tərzini qoruması idi. Kansler olduğu illərdə ayrıca dəbdəbəli iqamətgaha köçmədi, əri ilə Berlindəki mənzillərində yaşamağa davam etdi. Ərzaq bazarlığını özü edir, supermarketdə digər alman qadınları kimi səbətlə gəzib kassada növbəsini gözləyirdi. Geyim məsələsində də dəbdəbəyə xüsusi maraq göstərmirdi: illərlə eyni biçimli şalvar və pencəklərə üstünlük verir, eyni geyimləri müxtəlif rəsmi tədbirlərdə yenidən geyinirdi. Hətta onun rəngbərəng, amma demək olar ki, eyni modeldə olan pencəkləri zamanla Merkelin özünəməxsus üslubuna çevrilmişdi. Maraqlıdır ki, dünyanın ən nüfuzlu qadınlarından biri sayılsa da, Merkelin şəxsi avtomobili belə uzun müddət sadə Volkswagen Golf olmuşdu. Siyasətə gəlməzdən əvvəl Şərqi Almaniyada yaşayan adi bir alim necə yaşayırdısa, hakimiyyətə yüksəldikdən sonra da şəxsi həyatında bu sadəliyin böyük hissəsini qorumağa çalışdı. Merkellə bağlı illərdir yayılan qəribə iddialardan biri də onun Adolf Hitlerin nəslindən olmasıdır. Lakin burada çox maraqlı paradoks var: Merkelin babası Birinci Dünya müharibəsində əsir düşdükdən sonra Polşanın müstəqilliyi uğrunda döyüşən “Mavi Ordu”ya qoşulmuşdu. 🟣 http://t.me/edubbamedia

Edubba
1 704
Səs və işıq tamamilə fərqli şeylərdir. Səs maddənin titrəyişindən yaranan mexaniki dalğadır, işıq isə elektromaqnit dalğasıdı
Səs və işıq tamamilə fərqli şeylərdir. Səs maddənin titrəyişindən yaranan mexaniki dalğadır, işıq isə elektromaqnit dalğasıdır. Amma alimlər səs enerjisinin işığa çevrilə bildiyini müşahidə ediblər. Bu hadisə “sonolüminessensiya” adlanır. Güclü ultrasəs mayenin içində mikroskopik qabarcıq yaradır. Qabarcıq bir anda çökəndə onun daxilində temperatur və təzyiq inanılmaz dərəcədə yüksəlir və həmin anda çox qısa müddətli işıq parıltısı yaranır. 🟣 http://t.me/edubbamedia

Edubba
1 704
Bu foto 1963-cü ildə Nazım Hikmətin dəfnində çəkilib. Fotodakı qadın onun son həyat yoldaşı Vera Tulyakovadır. Nazımla Vera arasında düz 30 yaş fərqi vardı: onlar 1955-ci ildə tanış olanda Vera 23, Nazım isə 53 yaşında idi. Üstəlik, Vera həmin vaxt evli və bir qız anası idi. Buna baxmayaraq, aralarında böyük bir məhəbbət başladı və 1960-cı ildə evləndilər. Nazım Hikmət Veranı cəmi bir neçə il həyat yoldaşı kimi yanında görə bildi. 3 iyun 1963-cü ildə Moskvada vəfat etdi. Vera isə ondan sonra 38 il yaşadı və ömrünün sonuna qədər Nazımla bağlı xatirələrin qorunması üçün çalışdı. Hətta şairin ölümündən sonra Rusiya Ədəbiyyat və İncəsənət Dövlət Arxivində Nazım Hikmət bölməsinin yaradılmasına kömək etdi. Bir maraqlı detal da onun adındadır. Çoxumuz şairi Nazım Hikmət Ran kimi tanıyırıq. Amma “Ran” onun ləqəbi deyil, soyadı idi. 1934-cü il Soyadı Qanunundan sonra bu soyadı Pirayə ilə birlikdə götürmüşdü. Hətta “Ran” sözünün “nar”ın tərsi olması və qırmızı rəngə işarə etməsi barədə məşhur əhvalat da doğru sayılmır; Nazım özü bu yozuma gülmüşdü. 🟣 http://t.me/edubbamedia

Edubba
1 704
Bu foto 1963-cü ildə Nazım Hikmətin dəfnində çəkilib. Fotodakı qadın onun son həyat yoldaşı Vera Tulyakovadır.
Bu foto 1963-cü ildə Nazım Hikmətin dəfnində çəkilib. Fotodakı qadın onun son həyat yoldaşı Vera Tulyakovadır.

Edubba
1 704
Siciliyanın Kataniya şəhərində hər il keçirilən Müqəddəs Aqata mərasimində 600 ildən çox yaşı olan gümüş reliqviya büstündən
Siciliyanın Kataniya şəhərində hər il keçirilən Müqəddəs Aqata mərasimində 600 ildən çox yaşı olan gümüş reliqviya büstündən istifadə olunur. Büstün içərisində müqəddəs Aqatanın kəllə və digər müqəddəs qalıqları saxlanılır. 2026-cı ildə, qalıqların Kataniyaya qaytarılmasının 900 illiyi münasibətilə keçirilən mərasimdə kəllə yenidən bu büstün içərisinə yerləşdirilib. Daha maraqlısı isə budur ki, bu büst 1373-1376-cı illərdə hazırlanıb və sonradan yüzlərlə zinət əşyası ilə bəzədilib. Müqəddəs Aqata III əsrdə Siciliyanın Kataniya şəhərində yaşamış xristian müqəddəs və şəhid hesab olunur. Rəvayətə görə, xristianlığından imtina etmədiyi üçün Roma hakimiyyəti tərəfindən işgəncələrə məruz qalıb və təxminən 251-ci ildə öldürülüb. Onun qalıqları Kataniyada qorunur. Şəhərdə hər il keçirilən Müqəddəs Aqata festivalı dünyanın ən böyük dini yürüşlərindən biri sayılır. 🟣 http://t.me/edubbamedia

Edubba
1 704
Bilirsinizmi ki, marketlərdə satılan plastik paketlərin pulunu əslində alıcılar öz ciblərindən ödəyirlər? Yəni sifarişçi olan
Bilirsinizmi ki, marketlərdə satılan plastik paketlərin pulunu əslində alıcılar öz ciblərindən ödəyirlər? Yəni sifarişçi olan marketlərə bu paketlər pulsuz başa gəlir. Üstəlik, marketlər paketlərin üzərinə öz loqolarını, adlarını və reklam mətnlərini də yerləşdirirlər. Alıcı isə pulunu ödədiyi həmin paketi əlinə alıb küçədə, metroda, avtobusda, bir sözlə, şəhərin müxtəlif yerlərində gəzdirir. Beləcə, özü də fərqinə varmadan market üçün pulsuz reklam daşıyıcısına çevrilir. İşin ən qəribə tərəfi isə budur ki, bu hal istehlakçı hüquqlarının pozulması hesab edilmir. 🟣 http://t.me/edubbamedia

Edubba
1 704
Şeytanı qorxudan qadın... İlk baxışda bu XVIII əsr qravürü qəribə, hətta anlaşılmaz görünür: qadın ətəyini qaldırıb, qarşısındakı şeytan isə sanki dəhşət içində geri çəkilir. Amma səhnənin arxasında kifayət qədər qəribə və yumorlu bir hekayə dayanır. Fransız yazıçısı Jan de Lafontenin “Papefiguière şeytanı” adlı hekayəsində bir kəndli şeytanla mübahisəyə girir və iş o yerə çatır ki, şeytan onu döyüşə çağırır. Kəndlinin arvadı Perrette isə ərini xilas etmək üçün tamam başqa üsula əl atır. Şeytan gələndə qadın özünü qorxmuş kimi aparır və ona deyir ki, əri çox təhlükəlidir. Guya ərinin caynaqları onu elə yaralayıb ki, bədənində dəhşətli bir çapıq qalıb. Sonra Perrette həmin “yaranı” göstərmək üçün ətəyini qaldırır. Şeytan qadının intim nahiyəsini ilk dəfə gördüyü üçün bunu doğrudan da kişinin caynaqları ilə açılmış qorxunc yara hesab edir. Lafontenin mətnində şeytanın bundan elə vahiməyə düşdüyü yazılır ki, az qala yıxılır və dərhal qaçıb gedir. Qravürdə məhz həmin saniyə təsvir olunub: Perrette sakit və özündən əmin dayanıb, şeytan isə hər iki əlini qaldıraraq qorxu içində geri çəkilir. Əsəri daha maraqlı edən detal budur ki, 1762-ci il nəşrində bu illüstrasiyanın açıq-saçıq variantı sonradan dəyişdirilmişdi; bəzi nəşrlərdə intim hissələr örtülmüş formada çap olunurdu. Bu da həmin qravürün XVIII əsrdə belə kifayət qədər cəsarətli hesab edildiyini göstərir. Yəni burada şeytanı nə xaç, nə silah, nə də müqəddəs ayin məğlub edir. 🟣 http://t.me/edubbamedia

Edubba
1 704
1762-ci il nəşrindəki “Le Diable de Papefiguière” illüstrasiyası. Rəsm Şarl Eyzenin (Charles Eisen) dizaynı əsasında hazırlan
1762-ci il nəşrindəki “Le Diable de Papefiguière” illüstrasiyası. Rəsm Şarl Eyzenin (Charles Eisen) dizaynı əsasında hazırlanıb.

Edubba
1 704
Pişiklərin cütləşmə prosesi təbiətin ən qəribə və maraqlı mexanizmlərindən biridir. Erkək pişik cütləşmə zamanı dişi fərdin boynundan diş-dodağı ilə bərk-bərk tutur, bu isə sadəcə təsadüfi hərəkət deyil - balaca pişik balaları da analarının onları boyundan daşıması zamanı eynilə hərəkətsizləşir və sakitləşir, təbiət bu instinkti həm analıq, həm də çoxalma prosesinə köçürüb. Bu prosesin ən maraqlı hissəsi isə erkək pişiyin cinsiyyət üzvü üzərində yerləşən, gözlə çətin görünən, geriyə əyilmiş tikanlardır - onlara papilla deyilir. Bu quruluş təsadüfi yaranmayıb və bir neçə mühüm funksiyanı yerinə yetirir. Birincisi, yumurtlamanı oyadır: pişiklərdə insanlardan fərqli olaraq yumurtlama öz-özünə, ayda bir dəfə baş vermir, bu proses yalnız cütləşmə zamanı yaranan qıcıqlanma nəticəsində işə düşür və alimlər bunu induksiya olunmuş ovulyasiya adlandırırlar - papillaların yaratdığı mexaniki təsir dişi pişiyin beyninə siqnal göndərir və yumurtalıqdan yumurta hüceyrəsinin ayrılmasına səbəb olur.İkincisi, rəqabətdə üstünlük yaradır: geri çəkilmə zamanı bu kiçik tikanlar əvvəlki cütləşmədən qalmış başqa erkəyin toxumunu təmizləməyə kömək edə bilər, bununla da hər bir erkək öz genlərinin nəslə ötürülmə şansını artırır.Üçüncüsü isə, prosesi qısaldır: yaratdığı qısamüddətli ağrı hissi dişi fərdi cütləşmədən tez ayrılmağa vadar edir, bu da hər iki fərd üçün prosesin təhlükəsiz və qısa müddətdə başa çatmasına xidmət edir.Məhz bu səbəbdən dişi pişik yüksək səslə bağırır və bəzən erkəyə hücum da edir - geri çəkilmə anında yaranan qıcıqlanma dişi pişikdə kəskin, lakin qısamüddətli ağrıya səbəb olur, ona görə də eşitdiyimiz o "fəryad" heç də sevgi nəğməsi deyil, sadəcə bioloji zərurətdən doğan təbii reaksiyadır. Görünüşcə sərt olan bu proses əslində milyonlarla il ərzində təkamül yolu ilə formalaşmış, növün sağ qalması və nəslin davamlılığı üçün mükəmməl sazlanmış bir mexanizmdir. Təbiət heç nəyi təsadüfə buraxmır. 🟣 http://t.me/edubbamedia

Edubba
1 704

Edubba
1 704
Bilirsiniz ki, İngiltərənin kralları uzun illər öz doğma dillərində - ingiliscə deyil, fransızca danışıblar? Məsələn, məşhur "Şir Ürəkli" ləqəbli kral Riçard ingiliscə demək olar bilmirdi. Onun ana dili fransız idi. Bu, təsadüfi deyildi - 1066-cı ildə Normandiyadan gələn fransızdilli hökmdarlar İngiltərəni fəth edəndən sonra, kral sarayında əsrlərlə fransız dili hakim oldu. Elə bu üzdən bu gün də İngiltərənin dövlət gerbində fransızca yazı var: "Dieu et mon droit" - yəni "Tanrı və mənim haqqım". Ən maraqlısı isə budur: İngiltərəyə fransız dilini gətirən normanlar əslində skandinaviyalı vikinqlər idi! Onlar bir neçə nəsil əvvəl heç fransızca bilmirdilər, sadəcə Fransada məskunlaşıb yerli dili mənimsəmişdilər. Nəticədə müasir ingilis dilinin lüğətinin təxminən yarısından çoxu latın və fransız köklüdür, əsl german (qədim ingilis) sözlərin payı isə cəmi dörddə bir qədərdir. 🟣 http://t.me/edubbamedia

Edubba
1 704
Azərbaycanın gələcək siyasi tarixində mühüm yer tutacaq iki şəxs - Nəsib bəy Yusifbəyli və Nəriman Nərimanov - gənclik illəri
Azərbaycanın gələcək siyasi tarixində mühüm yer tutacaq iki şəxs - Nəsib bəy Yusifbəyli və Nəriman Nərimanov - gənclik illərində Odessada eyni universitetdə, hətta eyni kursda oxuyub və yaxın dost olublar. Rəsmi qeydlərə keçməsə də, deyilənə görə, onların münasibətini dəyişdirən və fərqli siyasi görüşləri seçməsinə səbəb sevgi olub. Hər iki gəncin İsmayıl bəy Qaspıralının qızı Şəfiqə xanıma aşiq olduğu və onun sevgisini qazanmaq üçün aralarında rəqabət yarandığı söylənilir. Məsələ o qədər ciddiləşib ki, Nəsib bəy ilə Nəriman Nərimanov arasında duelə qədər gedib çıxıb. Şəfiqə xanımın isə son nəticədə Nəsib bəyi seçdiyi bildirilir. Əvvəlcə Nəsib bəy Yusifbəyli Azərbaycan istiqlal hərəkatının aparıcı simalarından birinə çevrilərək Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri oldu. Daha sonra Nəriman Nərimanov bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra eyni posta təyin olunur. 🟣 http://t.me/edubbamedia

Edubba
1 704
Bəzən ətrafımızda baş verən hadisələrin arxasında çox sadə, amma olduqca maraqlı fizika qanunları dayanır. Belə qanunlardan biri Boyle-Mariotte qanunudur. Bu qanunu ən sadə şəkildə belə izah etmək olar: müəyyən miqdarda qazın temperaturu sabit qalarsa, qazın həcmi azaldıqca təzyiqi artır, həcmi artdıqca isə təzyiqi azalır. Məsələn, içində hava olan şprisin ucunu bağlayıb porşeni aşağı itələsək, havanın tutduğu yer azalır. Hava sıxıldığı üçün onun təzyiqi artır. Porşeni geri çəkdikdə isə hava genişlənir və təzyiq azalır. Bu qanunun düsturu belədir: P₁V₁ = P₂V₂ Burada P - qazın təzyiqini, V isə qazın həcmini göstərir. Yəni temperatur dəyişmədiyi halda təzyiq ilə həcm bir-birinə tərs mütənasibdir. Bu qanunu təsəvvür etmək üçün sadə bir nümunə götürək. Əgər qazın həcmini 2 dəfə azaltsaq, temperatur sabit qalırsa, onun təzyiqi təxminən 2 dəfə artır. İndi isə bu sadə qanunu okeanın dərinliklərində təsəvvür edək. Suyun dərinliyinə getdikcə xarici təzyiq sürətlə artır. Təxminən 4 kilometr dərinlikdə təzyiq səthdəki atmosfer təzyiqindən 300 dəfədən çox ola bilər. 2023-cü ildə “Titan” adlı batiskafın “Titanik”in qalıqlarına ekspedisiyası zamanı baş verən faciə dərinlikdəki təzyiqin nə qədər nəhəng ola biləcəyini göstərdi. Batiskaf təxminən 4 kilometr dərinlikdə olarkən onun təzyiq gövdəsi xaricdəki nəhəng su təzyiqinə tab gətirmədi və içəriyə doğru çökmə - implodasiya - baş verdi. Burada vacib bir elmi məqam var: Titanın qəzasını birbaşa Boyle-Mariotte qanunu ilə izah etmək düzgün deyil. Boyle-Mariotte qanunu qazların təzyiq-həcm əlaqəsini izah edir. Titanın məhvində isə əsas problem batiskafın konstruksiyasının okeanın nəhəng xarici təzyiqinə tab gətirə bilməməsi idi. Yəni bir şprisdə havanı əlimizlə sıxanda təzyiqin necə artdığını müşahidə edə bilərik. Okeanın 4 kilometr dərinliyində isə bunu kilometrlərlə suyun yaratdığı nəhəng təzyiq edir. 🟣 http://t.me/edubbamedia

Edubba
1 704

Edubba
1 704
2023-cü ilin iyununda bütün dünyanın diqqəti Atlantik okeanının dibinə yönəldi. “Titan” adlı kiçik sualtı aparat - batiskaf - “Titanik” gəmisinin qalıqlarına baxmaq üçün təxminən 4 kilometr dərinliyə enirdi. Batiskafın içində 5 nəfər var idi: OceanGate şirkətinin rəhbəri Stockton Rush, britaniyalı milyarder və macəraçı Hamish Harding, pakistanlı milyarder Shahzada Dawood (Şahzadə Davud) və onun 19 yaşlı oğlu Suleman (Süleyman), həmçinin məşhur fransız “Titanik” tədqiqatçısı Paul-Henri Nargeolet. Titan suya endikdən təxminən 1 saat 45 dəqiqə sonra səthdəki gəmi ilə əlaqəni itirdi. Sonradan məlum oldu ki, batiskaf Titanikə çatmamış okeanın dərinliyində implodasiya edib — yəni xarici su təzyiqi onun gövdəsini saniyənin çox kiçik bir hissəsində içəriyə doğru əzib. Burada rəqəmlər xüsusilə təsir edicidir. Titanın məhv olduğu dərinlikdə suyun təzyiqi təxminən 4 930 psi, yəni 340 atmosferdən çox idi. Müqayisə üçün, avtomobil təkərindəki təzyiq adətən 2–3 atmosfer civarındadır. Okeanın 4 kilometr dərinliyində isə təzyiq insanın təsəvvür edə biləcəyindən dəfələrlə böyükdür. İmplodasiya adi partlayışdan tamamilə fərqlidir. Partlayış zamanı enerji cismi içəridən xaricə doğru dağıdır. İmplodasiyada isə yüksək xarici təzyiq obyekti içəriyə doğru çökdürür. Bu proses o qədər sürətli baş verir ki, içəridəki insanların nə baş verdiyini dərk etməyə belə vaxtı olmur. Titanın konstruksiyası da hadisədən sonra ciddi müzakirələrə səbəb oldu. Ənənəvi dərinlik aparatlarından fərqli olaraq, onun əsas təzyiq gövdəsində karbon lifli kompozit materialdan istifadə edilmişdi. Sonrakı rəsmi araşdırmalar gövdədə əvvəlki dalışlardan yaranmış zədələnmələr və material laylarının ayrılması kimi problemlərin olduğunu göstərdi. Hadisə zamanı başqa bir detal da böyük müzakirələrə səbəb olmuşdu. Batiskafın idarə edilməsində adi oyun konsollarında istifadə olunan Logitech F710 tipli kontrollerdən istifadə edilirdi. Bu səbəbdən mediada və ictimaiyyətdə “milyonlarla dollarlıq və kilometrlərlə dərinliyə enən batiskaf niyə oyun pultuna bənzər kontrollerlə idarə olunur?” sualı yaranmışdı. Hətta şirkətin xərcləri azaltmaq üçün bəzi hazır və sadə avadanlıqlardan istifadə etdiyi barədə iddialar da yayılmışdı. Lakin oyun kontrollerinin özünün istifadəsi avtomatik olaraq təhlükəsizliyin zəif olması demək deyil; əsas məsələ bütün sistemin və xüsusilə təzyiq gövdəsinin mühəndislik baxımından necə layihələndirilməsi və sınaqdan keçirilməsidir. 🟣 http://t.me/edubbamedia

Edubba
1 704
Azərbaycan dilində "diksinmək" felini "Mən heyvanlardan və qarışqalardan diksinirəm" cümləsində işlətmək məntiqi olaraq mümkündür?

Edubba
1 704
tədris üsulu tələbəyə hazır məlumat bazası vermək və ondan kiçik bir tədqiqatı əvvəldən sonadək həyata keçirməsini tələb etməkdir. Tələbə tədqiqat sualı hazırlamalı, dəyişənləri müəyyənləşdirməli, məlumatları təmizləməli, uyğun təhlil metodunu seçməli, nəticələri cədvəl və diaqramlarla göstərməli, sonda isə həmin nəticələrin psixoloji baxımdan nə demək olduğunu sadə və aydın dildə izah etməlidir. 🟣 http://t.me/edubbamedia

Edubba
1 704
Bilirsinizmi ki, ali məktəblərdə tədris olunan “Psixologiyada data analitika” fənnində tələbə peşəkar fəaliyyət üçün əslində nələri öyrənməlidir? Bəzən tələbə xaricdə təhsilini davam etdirərkən və ya elmi tədqiqata başlayarkən üzə çıxır ki, o, statistik terminləri eşitsə də, real psixoloji məlumatlarla işləməyi bacarmır. Məsələ burasındadır ki, bu fənnin məqsədi tələbəyə yalnız orta qiymət, faiz, korrelyasiya və digər anlayışların tərifini əzbərlətmək deyil. Tələbə əvvəlcə psixoloji məlumatın necə toplanmasını, tədqiqat sualının necə qurulmasını və dəyişənlərin necə müəyyənləşdirilməsini öyrənməlidir. Məsələn, “stress” ümumi anlayışdır, lakin tədqiqatda onun hansı testlə və hansı göstəricilər əsasında ölçüləcəyi əvvəlcədən müəyyən edilməlidir. Əks halda toplanmış çoxsaylı rəqəmlər elmi məlumat deyil, sadəcə nizamsız göstəricilər yığını olacaq. Növbəti mərhələdə tələbə əldə edilmiş məlumat bazasını hazırlamağı, səhv və çatışmayan məlumatları aşkar etməyi, göstəriciləri qruplaşdırmağı, orta qiymət, median, standart kənarlaşma və digər təsviri statistik göstəriciləri hesablamağı bacarmalıdır. O, nəticələri cədvəl və diaqramlarla göstərməyi, yüzlərlə cavabın içərisində ilk baxışda görünməyən ümumi mənzərəni üzə çıxarmağı öyrənməlidir. Sonrakı mərhələdə korrelyasiya, hipotezlərin yoxlanılması, t-test, dispersiya təhlili - ANOVA, reqressiya və faktor analizi kimi metodlardan istifadə edilir. Bu adlar mürəkkəb görünsə də, onların cavab verdiyi suallar olduqca sadədir: iki psixoloji göstərici arasında əlaqə varmı, iki qrup bir-birindən həqiqətən fərqlənirmi, bir neçə qrupun nəticələri eynidirmi, hansı amil insanın davranışını daha yaxşı proqnozlaşdırır və testdəki çoxsaylı sualların arxasında hansı ümumi psixoloji xüsusiyyətlər dayanır? Psixologiya üzrə müasir universitet kurslarında bütün bu əməliyyatların SPSS, JASP, Jamovi və R kimi proqramlarda praktik icrası xüsusi yer tutur. Lakin proqramda lazımi düymələri basmaq hələ data analitika bilmək demək deyil. Əsas bacarıq hansı təhlil üsulunu seçməyi, alınmış nəticənin nə ifadə etdiyini, onun təsadüfi olub-olmadığını və praktik baxımdan hansı əhəmiyyət daşıdığını izah edə bilməkdir. Məsələn, məktəb psixoloqu 300 şagird arasında dərs motivasiyası, imtahan həyəcanı, yuxu müddəti və akademik nailiyyətlə bağlı məlumat toplayır. Data analitika vasitəsilə o, əvvəlcə məlumat bazasındakı səhvləri və cavabsız sualları müəyyənləşdirir, sonra göstəricilər arasındakı əlaqəni araşdırır. Təhlil nəticəsində məlum ola bilər ki, aşağı nailiyyət yalnız zəif motivasiya ilə deyil, yüksək imtahan həyəcanı və qeyri-kafi yuxu ilə də əlaqəlidir. Məktəb psixoloqu bu nəticələr əsasında şagirdlər üçün dəstək proqramı hazırlayır, proqramdan əvvəl və sonra toplanmış göstəriciləri t-test vasitəsilə müqayisə edir və görülən işin həqiqətən nəticə verib-vermədiyini müəyyənləşdirir. Beləliklə, qərar şəxsi təəssürata deyil, konkret məlumatlara əsaslanır. Yaxud ba.qa bir nümunə gətirək, məsələn, təşkilat (şirkətin) psixoloqu müəssisədə işçilərin iş məmnuniyyəti, emosional tükənməsi, əmək şəraiti və rəhbərliklə münasibətləri haqqında sorğu keçirir. O, əvvəlcə istifadə olunan sorğunun etibarlı olub-olmadığını yoxlayır, daha sonra müxtəlif şöbələrin göstəricilərini ANOVA ilə müqayisə edir və reqressiya təhlili vasitəsilə emosional tükənməyə ən çox təsir göstərən amilləri müəyyənləşdirir. Nəticədə problemin əməkhaqqından daha çox iş yükü və rəhbərliklə ünsiyyətlə əlaqəli olduğu üzə çıxa bilər. Müəssisə bu məlumatlara əsaslanaraq iş bölgüsünü dəyişir, rəhbərlər üçün ünsiyyət təlimləri keçirir və bir neçə ay sonra təkrar ölçmə apararaq görülmüş tədbirlərin təsirini qiymətləndirir. Fənnin mühüm istiqamətlərindən biri də psixoloji testlərin keyfiyyətinin yoxlanılmasıdır. Tələbə istifadə etdiyi test və ya sorğunun etibarlı olub-olmadığını, həqiqətən ölçməli olduğu psixoloji xüsusiyyəti ölçüb-ölçmədiyini və əldə olunan nəticələrə nə dərəcədə güvənməyin mümkün olduğunu müəyyənləşdirməyi bacarmalıdır. Çünki etibarsız testlə toplanmış yüzlərlə cavab elmi nəticə deyil, sadəcə rəqəmlər toplusudur. Bu fənnin ən düzgün