es
Feedback
Edubba

Edubba

Ir al canal en Telegram

🟣 Edubba - alternativ düşünməyi öyrədən məktəbdir.

Mostrar más
1 915
Suscriptores
-224 horas
-137 días
-7830 días
Archivo de publicaciones
Edubba
1 915
Alimlər hesablayıblar ki, insan beyninin gördüyümüz görüntünü emal etməsi təxminən 80-100 millisaniyə vaxt aparır. Bu isə o deməkdir ki, əgər beyin sadəcə gözləsəydi, biz dünyanı həmişə bir qədər "gecikmə" ilə görərdik. Bəs niyə bunu hiss etmirik? Çünki beyin gözləmək əvəzinə gələcəyi təxmin edir. Məsələn, havada uçan topa baxdıqda beyniniz onun növbəti anda harada olacağını hesablayır və sizə həmin görüntünü göstərir. Yəni əslində siz topun olduğu yeri yox, beyninizin onun olacağını düşündüyü yeri görürsünüz. Bu sistem olmasaydı, futbolçular topa zərbə vura, sürücülər maşın idarə edə, insanlar isə hərəkət edən əşyalara vaxtında reaksiya verə bilməzdilər. Başqa sözlə, beyniniz təkcə keçmişi və indini emal etmir. O, hər saniyə gələcəyi də proqnozlaşdırır. 🟣 http://t.me/edubbamedia

Edubba
1 915
Sağ gözünüz və sol gözünüz eyni şeyi görsə də, beyniniz onları fərqli şəkildə emal edir. Bir çox insan düşünür ki, sağ gözün gördüyü məlumat beynin sağ tərəfinə, sol gözün gördüyü isə sol tərəfinə gedir. Əslində isə sistem daha mürəkkəb qurulub. Məsələn, indi telefonun ekranına baxırsınızsa, ekranın sol tərəfində olan hər şey beyninizin sağ yarımkürəsinə, sağ tərəfində olan hər şey isə sol yarımkürəsinə ötürülür. Bu fakt uzun müddət sadəcə anatomik xüsusiyyət hesab olunurdu. Lakin sonradan alimlər bunun nə qədər qəribə nəticələrə səbəb ola biləcəyini aşkar etdilər. Epilepsiya səbəbindən beynin sağ və sol yarımkürələri arasında əlaqəsi kəsilmiş xəstələr üzərində aparılan təcrübələr zamanı alimlər ekranda xüsusi sözlər göstərirdilər. Söz elə qısa müddətə göstərilirdi ki, onu yalnız bir yarımkürə qəbul edə bilirdi. Bir təcrübədə ekranda "Gülümsə" əmri göstərildi. Bir neçə saniyə sonra xəstə gülümsədi. Alimlər soruşdular: — Niyə gülümsədin? Xəstə cavab verdi: — Yadıma gülməli bir şey düşdü, ona görə. Halbuki ona gülməli heç nə danışılmamış və göstərilməmişdi. Başqa təcrübədə xəstəyə yalnız bir yarımkürənin görə biləcəyi şəkildə qorxulu şəkil göstərildi. Bir neçə saniyə sonra insan narahat olmağa başladı. — Nə olub? — Bilmirəm. Sadəcə özümü çox narahat hiss edirəm. Bu təcrübələr göstərdi ki, beynimiz bəzən səbəbi bilmədiyi hissləri də izah etməyə çalışır. Ən maraqlısı isə budur ki, alimlər bu mexanizmin yalnız həmin xəstələrdə deyil, hamımızda işlədiyini düşünürlər. Bəlkə də hansısa insanı ilk gördüyümüz anda xoşlamamağımızın, bəzən səbəbini bilmədən narahat olmağımızın və ya ani qərarlar verməyimizin səbəbi budur. Beyin əvvəlcə qərar verir. Şüur isə bir neçə saniyə sonra həmin qərarın səbəbini tapır. Corpus Callosum xəstələrinin bu vəziyyəti fəlsəfəsdə dualizm mövqeyini ciddi şəkildə sarsıtdı. 🟣 http://t.me/edubbamedia

Edubba
1 915
1960-cı illərdə ağır epilepsiya xəstələrinin müalicəsi üçün həkimlər beynin sağ və sol yarımkürələrini birləşdirən corpus callosum adlı sinir körpüsünü kəsirdilər. Əməliyyat uğurlu sayılırdı və xəstələr normal həyatlarına qayıdırdılar. Lakin sonradan Nobel mükafatı laureatı Roger Sperrinin apardığı təcrübələr elm dünyasını heyrətləndirdi. Məlum oldu ki, beynin iki yarımkürəsi müəyyən mənada müstəqil fəaliyyət göstərə bilir. Təcrübələr zamanı alimlər xəstənin bir yarımkürəsinə məlumat ötürür, sonra isə həmin hərəkətin səbəbini soruşurdular. Maraqlısı isə bu idi ki, danışmağa cavabdeh olan hissə əsl səbəbi bilməsə də, dərhal inandırıcı izah uydururdu. Məsələn, xəstə heç bir səbəb olmadan ayağa qalxıb gəzməyə başlayırdı. Səbəbi soruşulanda isə "su içmək istədim" və ya "otaqda gəzmək lazım gəldi" kimi cavablar verirdi. Halbuki əsl səbəb onun xəbərsiz olduğu başqa yarımkürədə gizlənirdi. Bu təcrübələrdən sonra alimlər maraqlı bir sual üzərində düşünməyə başladılar: görəsən, gündəlik həyatda verdiyimiz bütün qərarların həqiqi səbəbini bilirikmi? Müasir psixologiya göstərir ki, insanın bir çox davranışları əvvəlcə emosional və ya şüuraltı səviyyədə formalaşır, məntiq isə sonradan işə qoşulur. Məsələn, sevgi hissi zamanı insanlar çox vaxt sonradan məntiqli izahlar versələr də, araşdırmalar göstərir ki, ilkin seçimlər əsasən emosional və bioloji mexanizmlərin təsiri altında baş verir. İnsan əvvəlcə vurulur, sonra isə niyə vurulduğunu izah etməyə çalışır. Eyni vəziyyət ludomaniya zamanı da müşahidə olunur. Məğlub ola-ola oynamağa davam edən şəxs bunun səbəbini "uduşumu geri qaytaracağam", "bu dəfə alınacaq" kimi arqumentlərlə əsaslandırır. Halbuki qərarın kökündə çox zaman beynin mükafat sisteminin yaratdığı asılılıq dayanır. Affekt vəziyyətində isə bu proses daha aydın görünür. İnsan qəzəb, qorxu və ya güclü emosional gərginlik altında elə hərəkətlər edə bilir ki, sonradan özü də təəccüblənir. Daha sonra isə beyin həmin davranışa məntiqi izah tapmağa çalışır. Bütün bunlar alimləri maraqlı bir nəticəyə gətirib çıxarıb: bəzən biz qərar verib sonra səbəb axtarmırıq. Əksinə, qərar beynin dərin qatlarında formalaşır, şüurumuz isə sonradan onun üçün hekayə yazır. Bəlkə də həyatımız boyu verdiyimiz qərarların bir hissəsinin əsl səbəbini heç vaxt tam olaraq bilmirik. 🟣 http://t.me/edubbamedia

Edubba
1 915
Nəzəriyyələrdən birinə görə, insanların uzaq əcdadları Sirius ulduz sistemi ilə əlaqəli başqa bir dünyadan Yerə gəliblər. Lakin Yerin atmosferi və təbiəti onlara uyğun olmadığı üçün yerli primatlarla genetik dəyişikliklər aparılıb və nəticədə müasir insan formalaşıb. Bu nəzəriyyəni müdafiə edənlər bir neçə maraqlı məqama diqqət çəkirlər: 1) İnsan doğulduqda təbiətdəki ən köməksiz canlılardan biridir. Məsələn, at balası doğulduqdan bir neçə saat sonra yeriyə və qaça bilir. Bir çox heyvan instinktiv olaraq özünü qorumağı bacarır. İnsan körpəsi isə uzun müddət başqalarının köməyi olmadan yaşaya bilmir. 2) İnsan təbii müdafiə vasitələrindən məhrumdur. Nə iti caynaqlarımız, nə güclü dişlərimiz, nə qalın dərimiz, nə də buynuzlarımız var. Tarix boyu yaşamaq üçün geyim, silah və müxtəlif alətlər hazırlamağa məcbur olmuşuq. 3) İnsan bədəni Yer şəraitinə tam uyğun görünmür. Bel ağrıları, onurğa problemləri, güclü günəş şüalarına qarşı həssaslıq və digər xüsusiyyətlər nəzəriyyə tərəfdarları tərəfindən "başqa mühitdə formalaşmanın izi" kimi təqdim olunur. 4) İnsanların kosmosa marağı qeyri-adidir. Min illərdir insanlar göylərə baxır, ulduzlar haqqında əfsanələr yaradır və başqa dünyalarda həyat axtarırlar. Bəzi nəzəriyyəçilər hesab edirlər ki, bunun səbəbi uzaq keçmişdən qalan kollektiv yaddaşdır. 5) Dinozavrların aradan götürülməsi. Bu fərziyyəyə görə, Yerə gələn sivilizasiya planetdə hökmranlıq edən dinozavrlar səbəbindən burada məskunlaşa bilmirdi. Buna görə də dinozavrların məhvinə səbəb olan hadisənin asteroid yox, yüksək texnologiyalı kosmik müdaxilədir. Bəs siz necə düşünürsünüz? 🟣 http://t.me/edubbamedia

Edubba
1 915
Sirius ulduzu
Sirius ulduzu

Edubba
1 915
Bu tabloya diqqətlı baxın. Əsər “La Miseria” adlanır və 1886-cı ildə Venesuela rəssamı Kristobal Rojas tərəfindən çəkilmişdir
Bu tabloya diqqətlı baxın. Əsər “La Miseria” adlanır və 1886-cı ildə Venesuela rəssamı Kristobal Rojas tərəfindən çəkilmişdir. Kişi indicə vəfat etmiş həyat yoldaşının yanında oturub yerə baxır. Qadın 19-cu əsrdə geniş yayılan və kasıb ailələr üçün müalicəsi çox çətin olan vərəmdən vəfat edib. Əli isə yoldaşının cənazəsinin yanındadır, hələ də öldüyünü qəbul etmir. Üzündə sonsuz kədər və qəm var, ancaq o qədər yorulub ki, ağlamağa taqəti belə qalmayıb. Maraqlıdır ki, rəssam Rojas-ın özü də çəkdiyi rəsmdən 4 il sonra vərəmdən vəfat edir. 🟣 http://t.me/edubbamedia

Edubba
1 915
Tarix boyu qadın ya müqəddəsləşdirildi, ya şeytanlaşdırıldı. Bəzən zəif və susmalı biri kimi göstərildi, bəzən isə hər şeyi daşımalı olan səssiz gücə çevrildi. Amma bütün bu obrazların arasında qadının həqiqi səsi, hissləri və mahiyyəti yavaş-yavaş itib getdi. Və bəlkə də bəşəriyyət bununla sadəcə qadını deyil, qadın və kişinin birlikdə yarada biləcəyi harmoniyanı itirdi. Tarix həmişə qaliblər tərəfindən yazılıbsa, bəs susdurulanların hekayəsi haradadır? Nikki Marmerynin “Lilit” əsəri məhz bu sualla başlayır. Roman Bibliya miflərini, qədim yəhudi rəvayətlərini, gnostik mətnləri və Mesopotamiya mifologiyasını yenidən oxuyaraq qadın obrazının tarix boyu necə dəyişdirildiyini göstərməyə çalışır. Əsərdə Lilit “iblis qadın” kimi deyil, bərabərlik tələb edən ilk qadın kimi təqdim olunur. Mariya Maqdalena isə günahkar qadın yox, düşünən, öyrədən və İeşua (İsa (ə) peyğəmbər) ilə yanaşı duran bir şəxsiyyət kimi göstərilir. Müəllif bununla bir ideyanı ön plana çıxarır: problem qadın və kişinin fərqli olması deyil; problem tərəflərdən birinin digərindən üstün elan edilməsidir. Ən maraqlı məqam isə budur ki, roman bunu təkcə mifologiya vasitəsilə yox, dil və narrativ üzərindən edir. Çünki tarix boyu qadını zəiflətməyin ən güclü yolu fiziki güc yox, onun haqqında qurulan dil olub. “Günahkar”, “təhlükəli”, “cadugər”, “itaətsiz” kimi anlayışlar əsrlərlə qadın obrazını müəyyənləşdirib və zaman keçdikcə bu təsvirlər cəmiyyətin düşüncə modelinə çevrilib. 🟣 http://t.me/edubbamedia

photo content

Edubba
1 915
İnsan aldığı hər nəfəsin, dediyi hər kəlmənin qədrini anlayınca əksər insanlara qarşı susmağa başlayır. Müdriklik, yoxsa varlığın əsl həqiqətini anlamaq?! Kəlmələrsiz, cizgilərsiz baxışlardan anlaya bilmək bacarığına sahib olmaq, qulaqbatırıcı sükutun səssizliyini dinləyərək saxta gülüşlərdə gizlənən hıçqırıqları eşidə bilməkdir bəlkə də. O zaman qəlbinin dərinliklərindən süzülüb gələn diləkləri duaya çevirə bilir. © Elnur Afandiyev 🟣 http://t.me/edubbamedia

Edubba
1 915
💐 Sizə hədiyyə edilən buketi qəbul edirsiniz, şəkillər çəkdirirsiniz, emosiyanı yaşayırsınız… Daha sonra isə tətbiqə daxil o
💐 Sizə hədiyyə edilən buketi qəbul edirsiniz, şəkillər çəkdirirsiniz, emosiyanı yaşayırsınız… Daha sonra isə tətbiqə daxil olub həmin buketi satışa çıxarırsınız və mini-auksion başlayır. Beləliklə: • bir tərəf artıq lazım olmayan buketdən müəyyən məbləğ qazanır; • digər tərəf isə buketi mağaza qiymətindən daha ucuz əldə edir. Yəni klassik “win-win” modeli 😄 Startap ideyası investorların da diqqətini çəkib və layihə vençur fonddan $50.000 investisiya cəlb etməyə nail olub. Deməli, artıq bəzi güllərin 🌹 “ikinci həyatı” da var. 🟣 http://t.me/edubbamedia

Edubba
1 915
Qəribə məxluqdur insan... Əslində, onu ömrünün sonuna hər dəfə daha bir addım yaxınlaşdıran doğum gününü təmtəraqlı qeyd edir. Bəzən “ömrümün tam yarısını yaşamışam”, deyən 35 yaşında olan insanın 36 yaşında dünyasını dəyişməsi qədər acımasız, bəzən isə 💯 illik ömür bəxş edəcək qədər səxavətli olur həyat. Uşaq olarkən həmişə maraqlı gələrdi mənə: insanlar yaşlandığı günü niyə bayram edirlər?! Ömrün 31-ci baharında bu sualın düzgün cavabını verdi mənə həyat. Əslində, insanların bayram etdiyi doğum tarixi deyilmiş, doğum günün son doğum günü olmamağı imiş. Düzdü deyirlər ki, sonda her şey yaxşı olur. Amma əlavə etmək istəyirəm ki, əgər hər şey yaxşı deyilsə demək ki son deyil.Bu isə özlüyündə yaxşı bir xəbərdir. Çünki hələ də nəyisə dəyişmək üçün zamanimiz var. Sən demə insanların bayram etdiyi bu zamanın varlığı imiş... © Elnur Afandiyev 🟣 http://t.me/edubbamedia

Edubba
1 915
Üç rəfiqədən ibarət qızlar qrupu yanıma gəldi ki, bizi IELTS-ə hazırlaya bilərsinizmi? Baxdım üzlərinə, hiss etdim ki, bu işdə nəsə tərslik var. Sonra onları bir-bir yoxladım və gördüm ki, onların hər biri ingilis dilinin fərqli səviyyəsindədir. Dedilər: “Eybi yox, ən aşağı səviyyəmizdən başlayın, izah edin, biz də səbirlə oxuyub irəliləyək. Amma bizi fərqli qruplara atıb bir-birimizdən ayırmayın.” “Oldu,” - dedim. Ancaq ilk dərsləri keçəndə anladım ki, “oldu” deməklə səhvə yol vermişəm. Qızlardan biri qəfildən dərsin ortasında nə vaxtsa aralarında baş tutmuş hansısa zarafatı yada salıb gülməyə başlayır, özünü saxlamağa cəhd etsə də, bacarmırdı. Nəticədə bu gülüş, gülməyən qızlara da yoluxub dərsi pozurdu. O qədər nəşəylə və ləzzətlə gülürdülər ki, az sonra özüm də gülməyə başlayırdım. Nəhayət, qrupa yazdım ki, dərsi dayandırmaq daha yaxşı olar. Davam etmək istədiklərini dedilər və söz verdilər ki, dərsə daha ciddi yanaşacaqlar. Növbəti dərs özlərini yaxşı apardılar. Amma dərsin sonlarına yaxın tələbələrdən birinin səhv oxuduğu sözlə bağlı maraqlı bir zarafat etdim. Heç təsəvvür edə bilməzdim ki, bu adi zarafat ard-arda aşan domino daşları kimi onların heç cür dayanmayan şaqqanağına səbəb olacaq. Qollarımı qoynuma qoyub təbəssümlə onlara baxdım. Qəhqəhələrinin sakitləşməsini gözlədim, gülməkdən yaşarmış gözlərinə diqqətlə nəzər yetirdim və dəqiq əmin oldum ki, indiyəcən həyatımda heç vaxt bu cür qəribə, şən və əyləncəli insanlar görməmişəm. Sonra dərsi özləri dayandırdılar. “Vaxtınızı almışıq,” - deyib qalıq pulu istəmədilər. Dekabrın ortalarına yaxın onları Nizami küçəsində, “Soyuq əllər, isti ürəklər” yarmarkasının tam ortasında gördüm. Üzlərində yenə də gülüş var idi. Göz-gözə gəldiyimiz vaxt mən də gülümsədim. Yaxınlaşıb ədəb-ərkanla, hörmətlə salamlaşdılar və şəkil çəkdirmək istədilər. Onlar üç nəfər idi deyə, tarazlığı heç cür bərpa edə bilmirdik; biri sağımda dayananda, digər ikisi solumda dayanmalı olurdu. Bu qəribə insanların şən simalarını xatirələr arasına əlavə etmək məqsədilə günlər sonra qrupa yazdım ki, şəkli keyfiyyətli formada bura da atın. Ancaq qəfildən gördüm ki, o qrupda indi məndən başqa heç kəs qalmayıb. Tələbələrin hər biri fərqli vaxtda qrupu səssiz-səmirsiz tərk edib getmişdi və arxada sadəcə keçmiş mesajlarının uzunlu-qısalı cümlələri qalmışdı. Nömrələrinə yazmağa həvəs yox idi. Saata baxdım, gecə idi. Tarixə baxdım, dekabrın sonlarıydı. Həyatıma baxdım - gəncliyimin sonlarıydı. ("Sonuncu aşiqlik" kitabından bir parça) 🟣 http://t.me/edubbamedia

Edubba
1 915
“Earth Species Project” (ESP) adlı startap heyvanların dilini süni intellekt vasitəsilə anlamaq üzərində iş aparır. Hazırda yüzlərlə quş növü üzərində data yığılaraq səs frekanslarının xəritəsi çəkilir. Yaxın bir neçə il ərzində quşların dilini bilmək mümkün olacaq. İndiyədək alimlər quşların oxumasını cütləşmə üçün tərəf müqabili cəlb etmə ilə əlaqələndirirdilər. Bəs siz nə düşünürüsün? Quşların insanlar barədə nə düşündüyünü öyrənmək sizə maraqlı olacaq? 🟣 http://t.me/edubbamedia

Edubba
1 915
"Ləlöyün" sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Onlardan biri budur, ilk dəfə ermənilər I Pyotrun əmri ilə Azərbaycana köçürüləndə yerli əhali onların nimdaş görünüşülərinə və yazıq görkəmlərinə baxaraq "ac" sözü ilə birlikdə, yəni, "ac-ləlöyün" şəklində işlədiblər. "Ac-ləlöyün" sözü ac, xeyrsiz, pulu və perispektivi olmayan, tamahkar yad insan mənasında işlədilir. Bu söz Şərqi Anadoluda, İrəvan mahalında, Naxcıvanda, Qarabağda və xüsusilə Ağcabədidə indi də aktiv işlədilir. Bəs siz istifadə edirsiniz? 🟣 http://t.me/edubbamedia

Edubba
1 915
Fransada 19 yaşlı bir qız 3 həftəlik komadan oyandıqdan sonra şok yaşayıb. Çünki onun beynində bu 3 həftə ərzində tam 7 illik həyat keçmişdi. O, sevdiyi insanla tanış olduğunu, ailə qurduğunu, 3 uşaq böyütdüyünü xatırlayırdı. Hətta oyandıqdan sonra uşaqlarını adları ilə çağırmağa başlayıb. O deyib ki, bu, yuxu deyildi. Hazırda psixoloqlar onu psevdoreallqıdan qoparmaq üçün senas təşkil edirlər. Bu xəbər sosial şəbəkələrdə yayılandan sonra minlərlə insan oxşar hadisələr yaşadığını yazmağa başladı. Bir nəfər belə yazıb: “Bir dəfə yuxuda tanımadığım bir qadına aşiq olmuşdum. O qədər real idi ki, səhər oyandıqdan sonra iki gün özümə gələ bilmədim. Elə bil həqiqətən kimisə itirmişdim”. Bir kişi isə əlavə edib: “Mən yuxuda həyat yoldaşımla 40 il yaşamışdım. İki uşağımız vardı. Oyandıqdan sonra onları tək qoyduğum üçün saatlarla ağladım, real həyatla günlərlə uyğunlaşa bilmədim”. Digər biri isə qeyd edib: “Yuxuda iki fərqli həyat yaşayırdım. Birində ailəm və uşaqlarım vardı. Oyandıqdan sonra uzun müddət hansı həyatın həqiqi olduğunu anlaya bilmədim, özümün hazırkı - üçüncü həyatımı oyun-oyuncaq kimi hiss etməyı başladım”. Ən qəribəsi isə budur ki, beyin üçün emosiyalar “saxta” olmur. Əgər sən bir şeyi hiss etmisənsə - beyin onu yaşanmış hesab edir. 🟣 http://t.me/edubbamedia

Edubba
1 915
Hazırda Yer planeti qədim partlamış ulduzun qalıqlarının içindən keçir... Alimlər Antarktidadakı buz qatlarında milyonlarla il əvvəl partlayan supernovanın izlərini tapıblar. Yəni bir vaxtlar kosmosda partlayan nəhəng ulduzun hissəcikləri bu gün də Yerə çatır. Ən qəribəsi isə odur ki, biz bunu hiss etmirik. Amma hazırda planetimiz sözün əsl mənasında “ulduz tozunun” içindən keçir. Bu izlər buzun içində qorunub qalıb və alimlər xüsusi analizlərlə onları aşkar edə biliblər. Deməli, başımızın üstündəki kosmos düşündüyümüzdən daha “canlıdır”. Bəlkə də nəfəs aldığımız havada belə, milyonlarla il əvvəl partlayan bir ulduzun izi var. 🟣 http://t.me/edubbamedia

Edubba
1 915
Uşaqlar niyə bəzən valideynlərinə qışqırır, amma yad insanların yanında sakit olur? Psixoloqlar deyir ki, bunun səbəbi “ərköy
Uşaqlar niyə bəzən valideynlərinə qışqırır, amma yad insanların yanında sakit olur? Psixoloqlar deyir ki, bunun səbəbi “ərköyünlük” deyil. Uşaq ən təhlükəsiz hiss etdiyi yerdə öz emosiyalarını gizlətmir. Yəni məktəbdə, küçədə və ya qonaqlıqda özünü saxlayan uşaq evə gələndə bütün yorğunluğunu, stresini və hisslərini valideyninin yanında “boşaldır”. Çünki şüuraltı olaraq bunu belə bilir ki: “Məni burada onsuz da qəbul edəcəklər”. Əslində bu, bir çox hallarda valideyn ilə emosional bağın güclü olmasının əlamətidir. Ona görə bəzi uşaqlar “ən çətin” davranışlarını məhz ən çox güvəndikləri insanlara göstərirlər. 🟣 http://t.me/edubbamedia