Edubba
Открыть в Telegram
1 640
Подписчики
-424 часа
-187 дней
-6930 дней
Архив постов
1 640
Alışqan (çaxmaq, yandıran) 10 000 volt istehsal edir, amma niyə öldürmür?
Qaz alışqanının içindəki pyezoelektrik mexanizm düyməyə basanda 3 000-dən 10 000 volta qədər gərginlik yaradır. Bu, rozetkadakı 220 voltdan dəfələrlə yüksəkdir. Bəs niyə təhlükəli deyil?
Səbəb gərginlikdə (volt) yox, bədəndən keçən cərəyanın gücündə (amper) və keçmə müddətindədir.
Alışqandakı qığılcımın cərəyanı son dərəcə zəifdir və cəmi saniyənin milyonda bir hissəsi davam edir. Ona görə də sadəcə "çimdik" kimi hiss olunur.
Məişət şəbəkəsi isə davamlı və güclü cərəyan verir. Təxminən 30-100 milliamper cərəyan ürəyin ritmini pozub ölümə səbəb ola bilər.
Bir də geniş yayılmış yanlış fikir var: "Vuran vatdır, volt deyil." Bu da düz deyil. Bədəndən keçən cərəyan (amper) zərər verir. Gərginlik (volt) isə həmin cərəyanı bədənin müqaviməti ilə birlikdə müəyyən edir.
🟣 http://t.me/edubbamedia
1 640
Bilirdinizmi ki, Qurani-Kərimdə Allah-təala Muhəmməd peyğəmbərə adı ilə deyil, ehtiramla, titulları ilə müraciət edir: "Ey peyğəmbər", "Ey elçim", "Ey örtüyə bürünən". Halbuki digər peyğəmbərlərə birbaşa adları ilə xitab olunur: "Ey Adəm", "Ey Nuh", "Ey İbrahim", "Ey Musa", "Ey İsa".
Bu o demək deyil ki, onun adı Quranda çəkilmir. Ad dörd ayədə keçir (Ali-İmran 144, Əhzab 40, Muhəmməd 2, Fəth 29), lakin üçüncü şəxs kimi keçir, xitab kimi yox.
Bu peyğəmbərimizin şanının ucaldılması ilə bağlı Allahın vədinin yerinə yetmısidir. İnşirah surəsinin 4-cü ayəsində buyurulur: "Sənin şanını ucaltdıq." Təfsirçilər bunu belə izah edirlər ki, hər gün dünyanın hər yerində azan verilərkən, namazda və şəhadət kəlməsində onun adı Allahın adı ilə birlikdə çəkilir. Göründüyü kimi, Allahın ona verdiyi ehtiram həm xitabda, həm də şanın ucaldılmasında özünü göstərir.
🟣 http://t.me/edubbamedia
1 640
Bəzi zəhərsiz ilanların müdafiə mexanizmi maraqlıdır:
Gizlənmək - rəngi ətraf mühitə qarışır. Yırtıcı onu görmürsə, döyüşməyə ehtiyac qalmır.
Böyük görünməyə çalışmaq - məsələn, donuzburun ilan başını və boynunu yastılaşdırır, bədənini şişirdir və fısıldayır. Təhlükə yaxınlaşsa, ağzını açmadan hücum edirmiş kimi irəli atıla bilər.
İmitasiya - gopher ilanı quyruğunu sürətlə hərəkət etdirərək zınqırovlu ilana bənzəməyə çalışır. Bu xəbərdarlıq yırtıcını uzaqlaşdıra bilər.
Pis qoxu buraxmaq - ilanlarda bəzi növlər təhlükə zamanı kəskin qoxulu ifrazat çıxarır. Hətta donuzburun ilan bunların heç biri kömək etməyəndə arxası üstə çevrilir, ağzını açır, dilini çıxarır və ölü kimi hərəkətsiz qalır.
🟣 http://t.me/edubbamedia
1 640
Rusiyanın İrkutsk vilayətində Taun Əleyhinə Elmi-Tədqiqat İnstitutunda çalışan 28 yaşlı laboratoriya əməkdaşı Darya Şipilova özünüzə çay süzərkən stəkan əlindən sürüşüb taun bakteriyaları olan sınaq şüşəsinin üstünə düşüb və şüşəni sındırıb.
Bir neçə gün sonra Şipilovada ağır pnevmoniya əlamətləri yaranıb. Vəziyyəti ağırlaşdıqdan sonra süni tənəffüs aparatına qoşulub və oktyabrın 1-dən 2-nə keçən gecə həyatını itirib.
Media onun taun xəstəliyinin ən təhlükəli formalarından biri hesab edilən ağciyər taununa yoluxmuş ola biləcəyini yazıb. Ölüm səbəbi isə hələ rəsmi olaraq təsdiqlənməyib.
Hadisədən sonra onunla təmasda olan şəxslər müəyyənləşdirilib. İlk məlumatlarda 26 nəfərin onunla təmasda olduğu bildirilsə də, sonradan bu rəqəmin 200-ə yaxın olduğu məlum olub.
🟣 http://t.me/edubbamedia
1 640
Mikroskopik su yosunu işığa tərəf hərəkət edə bilir. Onun "sirri" kanalrodopsindədir, yəni işıq düşəndə açılan zülal qapısında. Mavi işıq bu qapını açır, ionlar (elektrik yükü daşıyan çox kiçik hissəciklər) hüceyrəyə keçir və elektrik siqnalı yaranır.
Alimlər həmin zülalı neyronlarda (sinir hüceyrələrində) da işlətməyi öyrəndilər. İndi laboratoriyada müəyyən neyronlara işıq salaraq onların yaddaşa, hisslərə və davranışa necə təsir etdiyini yoxlaya bilirlər. Bu üsula optogenetika (hüceyrələri işığa həssaslaşdırıb fəaliyyətini işıqla idarə etmə üsulu) deyilir.
Bu kəşflərə görə Peter Hegemann, Georg Nagel və Karl Deisseroth 2026-cı il Tibb üzrə Nobel mükafatını qazandılar.
Bəs insanlara faydası nə ola bilər? 2021-ci ildə dərc olunan bir klinik sınaqda görmə qabiliyyətini itirmiş şəxs optogenetik müdaxilə və xüsusi eynək sayəsində bəzi əşyaların yerini müəyyənləşdirib onları saya bildi. Görməsi tam bərpa olunmadı, amma bu nəticə alimlərə yeni bir yol göstərdi. İnsanlarda bu üsul hələ klinik sınaq mərhələsindədir.
🟣 http://t.me/edubbamedia
1 640
Pareto prinsipi və ya 80/20 qaydası
Təsəvvür edin ki, dolabınızda on köynək var, lakin siz çox vaxt onlardan yalnız ikisini geyinirsiniz. Telefonunuzda iyirmi proqram quraşdırılıb, amma gündəlik işlərinizin böyük hissəsini üç-dörd proqramla görürsünüz. Məktəbdə şagirdlərin tapşırıqları gecikdirməsinin on müxtəlif səbəbi ola bilər, lakin gecikmələrin əksəriyyəti cəmi iki əsas səbəbdən yaranır. Bu qəribə görünən oxşarlıq Pareto prinsipi ilə izah olunur.
XIX əsrin sonlarında yaşamış italyan iqtisadçısı və sosioloqu Vilfredo Pareto sərvətin insanlar arasında bərabər bölüşdürülmədiyini araşdırırdı. O müəyyən etmişdi ki, sərvətin böyük hissəsi əhalinin nisbətən kiçik bir hissəsinin əlində cəmlənir. Sonralar keyfiyyətin idarə edilməsi üzrə mütəxəssis Cozef Curan bu müşahidəni müxtəlif sahələrə tətbiq etdi və onu “əhəmiyyətli azlıq” prinsipi kimi məşhurlaşdırdı.
Bu prinsip sadə şəkildə belə ifadə edilir:
Nəticələrin təxminən 80 faizi səbəblərin 20 faizindən yaranır.
Məsələn, kitabxanadakı kitabların kiçik bir hissəsi oxucular tərəfindən daha çox götürülə bilər. Mağazanın gəlirinin böyük hissəsini az sayda məhsul yarada bilər. Məktəbdə intizam problemlərinin əksəriyyəti bir neçə təkrarlanan səbəblə bağlı ola bilər. Bir şagirdin yaxşı nəticələrinin böyük hissəsi də onun gündəlik fəaliyyətlərinin az, lakin vacib bir qrupundan - dərsi diqqətlə dinləməkdən, müntəzəm təkrardan və vaxtında yatmaqdan asılı ola bilər.
Ancaq 80 və 20 rəqəmlərini dəyişməz riyazi qanun kimi qəbul etmək olmaz. Bəzən nisbət 70/30, 75/25 və ya 90/10 ola bilər. Əsas fikir rəqəmlərin mütləq bərabərliyi deyil. Əsas fikir budur ki, çoxsaylı səbəblərin hamısı eyni dərəcədə mühüm olmur. Nəticəyə daha güclü təsir göstərən bir neçə əsas səbəb tapıldıqda problemi həll etmək də asanlaşır.
🟣 http://t.me/edubbamedia
1 640
Elektrik yalnız naqillərdə hərəkət etmir, bəzən iti uclarda da özünü göstərir. “Sivri uclar effekti” adlanan hadisəyə görə elektrik yükü iti və çıxıntılı hissələrdə daha çox toplanır. Buna görə ildırım çaxarkən hündür və iti uclu obyektlərin ətrafında elektrik sahəsi daha güclü olur.
Məhz bu xüsusiyyətdən ildırımötürənlərdə istifadə edilir. İldırımötürənin yuxarı hissəsindəki metal ucluq ətrafındakı elektrik sahəsini gücləndirərək havanın ionlaşmasına şərait yaradır və elektrik boşalmasının təhlükəsiz şəkildə yerə ötürülməsinə kömək edir.
Bu effekt XIX əsrdə Maykl Faradeyin elektrik sahələri ilə bağlı araşdırmalarında mühüm yer tutan prinsiplərdən biri olmuşdur.
🟣 http://t.me/edubbamedia
1 640
Bəzən insanın başına gələn yaxşı şeylər onun üçün yaxşı sonluq demək olmaya bilər. Həyatın elə məqamı olur ki, insan haram yollarla pul qazanır, amma bunu zəhməti və fərasəti ilə əldə etdiyini zənn edir və belə düşünür: “İşlərim yaxşı gedir, pulum artır, istədiyim hər şeyə nail oluram. Deməli, Allah məndən razıdır.”
Qurandakı yanaşma isə daha fərqlidir.
Əraf surəsinin 182-ci ayəsində belə buyurulur:
“Ayələrimizi yalan sayanları bilmədikləri yerdən tədricən yaxalayacağıq.”
Buradakı “tədricən yaxalayacağıq” ifadəsi ərəb dilində “sənəstədricuhum” sözüdür və “istidrac” anlayışı da buradan gəlir.
İstidrac - insanın yanlış yolda olduğu halda ona möhlət və nemətlərin verilməsinin davam etməsi, onun isə bunu özünə verilən xüsusi üstünlük kimi qəbul etməsi anlayışıdır.
Quranda başqa bir mühüm məqam da vurğulanır: insanın var-dövlət içində olması avtomatik olaraq Allahın ondan razı olması, çətinlik yaşaması isə Allahın onu alçaltması demək deyil. (Fəcr, 89:15-17)
Yəni İslamda əsas sual “Mənə nə qədər verilib?” yox, “Mənə verilənlərlə nə edirəm?” sualıdır.
Onu da unutmayaq ki, hər bolluğu istidrac, hər çətinliyi isə cəza kimi qiymətləndirmək düzgün deyil. Nemət də, çətinlik də insan üçün imtahan ola bilər.
🟣 http://t.me/edubbamedia
1 640
Bilirsinizmi ki, bir vaxtlar Azərbaycanda qızıl diş var-dövlət və sosial status göstəricisi sayılırdı?
Xüsusilə 1980-ci illərdən başlayaraq qızıl dişlər Azərbaycanda geniş dəbə çevrilmişdi. Qızıl stomatologiyada davamlılığı və korroziyaya davamlılığına görə onsuz da istifadə edilirdi. Lakin tədricən onun tibbi funksiyasına başqa bir məna da əlavə olundu: sosial status göstəricisi. Yəni ağızda görünən qızıl ailənin maddi imkanının nümayişinə çevrildi. Hətta sağlam dişlərini çəkdirərək yerinə qızıl diş qoyduran insanlar da olurdu.
Bu münasibət o dövrün elçilik söhbətlərində də özünü göstərirdi. Oğlan evi qız evinə elçi gəldikdən sonra ailədə gələcək bəy haqqında müzakirə başlanardı. Ana qızına oğlanın yaxşı işi olduğunu, ailəsinin imkanlı yaşadığını, ev-eşiyinin, maşınının və ya başqa əmlakının olduğunu sadalayardı. Sonda isə bəzən xüsusi bir detal əlavə edilərdi: “Dişləri də qızıldandır”. Bu cümlə oğlanın dişlərinin təsviri olmaqdan daha çox, “görünür, imkanlı ailədir” mənasını daşıyırdı. Başqa sözlə, gələcək bəyin bircə dəfə gülümsəməsi belə onun maddi vəziyyəti haqqında təsəvvür yaratmağa kifayət edə bilirdi.
Qızıl dişin imkanlılıqla əlaqələndirilməsi xalq danışığına da keçmişdi. “Gəl, ay müştərim, qızıldandır dişlərin” kimi ifadə yaxşı pul xərcləyəcən müştəri arzusunu ifadə edirdi.
🟣 http://t.me/edubbamedia
1 640
Xoşbəxtlik axtarışında (ing. The Pursuit of Happyness) filminin son səhnəsində Will Smithin canlandırdığı Chris Gardner oğlu ilə küçədə gedərkən onların yanından kostyumlu bir kişi keçir. Will Smith bir anlıq çevrilib ona baxır. Əksər tamaşaçılar həmin şəxsi yoldan keçən təsadüfi bir insan hesab edir. Halbuki o insan elə əsil Chris Gardnerdir, yəni filmdə həyatı danışılan insanın özüdür. Həmin səhnədə həqiqi Chris Gardner onun gəncliyini canlandıran Will Smithin yanından keçir.
Bu detalı daha da maraqlı edən Gardnerin real həyatıdır. O, bir vaxtlar azyaşlı oğlu ilə evsiz qalmış, gecələməyə yer axtarmışdı. Sonradan birja brokeri oldu və 1987-ci ildə özünün Gardner Rich & Co. şirkətini qurdu.
Filmin yaradıcıları sanki bir neçə saniyəlik səhnədə keçmişlə gələcəyi qarşılaşdırıblar: yoxsulluqdan çıxmağa çalışan “Chris” küçədə gələcəkdə çevriləcəyi həqiqi Chris Gardnerlə qarşılaşır.
Filmdə Chrisin oğlunu oynayan Jaden Smith isə Will Smithin real həyatda öz oğludur.
🟣 http://t.me/edubbamedia
1 640
Azərbaycan dilində sincab və dələ adları eyni heyvan üçün işlədilir. Bu heyvanlar Sciurus cinsidir. Onlar dələkimilər (Sciuridae) fəsiləsinə və gəmiricilər (Rodentia) dəstəsinə aiddir.
Sincablar meşələrdə yaşayır və ömürlərinin böyük hissəsini ağaclarda keçirirlər. Uzun, sıx tüklü quyruqları ağacdan-ağaca tullanarkən tarazlığı qorumağa kömək edir, soyuq havalarda isə yorğan kimi bədənlərini örtür.
Onlar əsasən qoz, fındıq, palıd qozası, şabalıd, müxtəlif toxumlar, meyvələr və göbələklərlə qidalanırlar. Topladıqları qidaları çox vaxt ağızlarının iç tərəfində yerləşən elastik yanaq kisələrində (ovurdlarında) daşıyırlar.
Bəzən Azərbaycanda sansarkimilər (Mustelidae) fəsiləsinə aid Martes cinsinin nümayəndələri də xalq arasında "dələ" adlandırılır. Halbuki onlar tamamilə başqa heyvanlardır.
Alimlər qarışıqlığın qarşısını almaq üçün heyvanları latınca elmi adları ilə fərqləndirirlər, yəni Sciurus - sincab (dələ), Martes isə sansarkimilər fəsiləsinə aid yırtıcı heyvan cinsidir.
🟣 http://t.me/edubbamedia
1 640
Niyə türkiyəlilər “patates”, biz isə “kartof” deyirik?
Azərbaycan dilindəki “kartof” sözü rus dilindəki “картофель” sözündən keçib. Ruslar isə bu sözü alman dilindən götürüblər: almancada Kartoffel. Bu sözün daha qədim forması italyanca tartufo - “trüf göbələyi” sözü ilə əlaqələndirilir. Kartofun yumrusu trüf göbələyinə bənzədiyi üçün belə adlandırılıb.
Türkiyə türkcəsində isə “patates” sözü tamam başqa yolla gəlib. İspanların "patata" sözü vasitəsilə yayılan bu adın daha qədim kökü Karib hövzəsinin yerli Taino xalqının "batata" sözünə gedib çıxır.
🟣 http://t.me/edubbamedia
1 640
Angela Merkel Şərqi Almaniyada böyüyüb, fizika təhsili alıb və 1986-cı ildə “Molekulların parçalanma reaksiyalarının mexanizminin və sürətinin hesablanması” mövzusunda elmi iş müdafiə edərək doktorluq dərəcəsi qazanıb.
Berlin divarı dağılanda bir neçə il sonra isə siyasətə daxil oldu, 2005-ci ildə Almaniyanın ilk qadın kansleri seçildi və ölkəni düz 16 il idarə etdi. Amma Merkel haqqında ən maraqlı məqamlardan biri hakimiyyətdə olarkən də sadə həyat tərzini qoruması idi.
Kansler olduğu illərdə ayrıca dəbdəbəli iqamətgaha köçmədi, əri ilə Berlindəki mənzillərində yaşamağa davam etdi. Ərzaq bazarlığını özü edir, supermarketdə digər alman qadınları kimi səbətlə gəzib kassada növbəsini gözləyirdi. Geyim məsələsində də dəbdəbəyə xüsusi maraq göstərmirdi: illərlə eyni biçimli şalvar və pencəklərə üstünlük verir, eyni geyimləri müxtəlif rəsmi tədbirlərdə yenidən geyinirdi. Hətta onun rəngbərəng, amma demək olar ki, eyni modeldə olan pencəkləri zamanla Merkelin özünəməxsus üslubuna çevrilmişdi.
Maraqlıdır ki, dünyanın ən nüfuzlu qadınlarından biri sayılsa da, Merkelin şəxsi avtomobili belə uzun müddət sadə Volkswagen Golf olmuşdu. Siyasətə gəlməzdən əvvəl Şərqi Almaniyada yaşayan adi bir alim necə yaşayırdısa, hakimiyyətə yüksəldikdən sonra da şəxsi həyatında bu sadəliyin böyük hissəsini qorumağa çalışdı.
Merkellə bağlı illərdir yayılan qəribə iddialardan biri də onun Adolf Hitlerin nəslindən olmasıdır. Lakin burada çox maraqlı paradoks var: Merkelin babası Birinci Dünya müharibəsində əsir düşdükdən sonra Polşanın müstəqilliyi uğrunda döyüşən “Mavi Ordu”ya qoşulmuşdu.
🟣 http://t.me/edubbamedia
1 640
Səs və işıq tamamilə fərqli şeylərdir. Səs maddənin titrəyişindən yaranan mexaniki dalğadır, işıq isə elektromaqnit dalğasıdır. Amma alimlər səs enerjisinin işığa çevrilə bildiyini müşahidə ediblər.
Bu hadisə “sonolüminessensiya” adlanır. Güclü ultrasəs mayenin içində mikroskopik qabarcıq yaradır. Qabarcıq bir anda çökəndə onun daxilində temperatur və təzyiq inanılmaz dərəcədə yüksəlir və həmin anda çox qısa müddətli işıq parıltısı yaranır.
🟣 http://t.me/edubbamedia
1 640
Bu foto 1963-cü ildə Nazım Hikmətin dəfnində çəkilib. Fotodakı qadın onun son həyat yoldaşı Vera Tulyakovadır.
Nazımla Vera arasında düz 30 yaş fərqi vardı: onlar 1955-ci ildə tanış olanda Vera 23, Nazım isə 53 yaşında idi. Üstəlik, Vera həmin vaxt evli və bir qız anası idi. Buna baxmayaraq, aralarında böyük bir məhəbbət başladı və 1960-cı ildə evləndilər.
Nazım Hikmət Veranı cəmi bir neçə il həyat yoldaşı kimi yanında görə bildi. 3 iyun 1963-cü ildə Moskvada vəfat etdi. Vera isə ondan sonra 38 il yaşadı və ömrünün sonuna qədər Nazımla bağlı xatirələrin qorunması üçün çalışdı. Hətta şairin ölümündən sonra Rusiya Ədəbiyyat və İncəsənət Dövlət Arxivində Nazım Hikmət bölməsinin yaradılmasına kömək etdi.
Bir maraqlı detal da onun adındadır. Çoxumuz şairi Nazım Hikmət Ran kimi tanıyırıq. Amma “Ran” onun ləqəbi deyil, soyadı idi. 1934-cü il Soyadı Qanunundan sonra bu soyadı Pirayə ilə birlikdə götürmüşdü. Hətta “Ran” sözünün “nar”ın tərsi olması və qırmızı rəngə işarə etməsi barədə məşhur əhvalat da doğru sayılmır; Nazım özü bu yozuma gülmüşdü.
🟣 http://t.me/edubbamedia
1 640
Bu foto 1963-cü ildə Nazım Hikmətin dəfnində çəkilib. Fotodakı qadın onun son həyat yoldaşı Vera Tulyakovadır.
1 640
Siciliyanın Kataniya şəhərində hər il keçirilən Müqəddəs Aqata mərasimində 600 ildən çox yaşı olan gümüş reliqviya büstündən istifadə olunur. Büstün içərisində müqəddəs Aqatanın kəllə və digər müqəddəs qalıqları saxlanılır. 2026-cı ildə, qalıqların Kataniyaya qaytarılmasının 900 illiyi münasibətilə keçirilən mərasimdə kəllə yenidən bu büstün içərisinə yerləşdirilib.
Daha maraqlısı isə budur ki, bu büst 1373-1376-cı illərdə hazırlanıb və sonradan yüzlərlə zinət əşyası ilə bəzədilib.
Müqəddəs Aqata III əsrdə Siciliyanın Kataniya şəhərində yaşamış xristian müqəddəs və şəhid hesab olunur. Rəvayətə görə, xristianlığından imtina etmədiyi üçün Roma hakimiyyəti tərəfindən işgəncələrə məruz qalıb və təxminən 251-ci ildə öldürülüb.
Onun qalıqları Kataniyada qorunur. Şəhərdə hər il keçirilən Müqəddəs Aqata festivalı dünyanın ən böyük dini yürüşlərindən biri sayılır.
🟣 http://t.me/edubbamedia
1 640
Bilirsinizmi ki, marketlərdə satılan plastik paketlərin pulunu əslində alıcılar öz ciblərindən ödəyirlər?
Yəni sifarişçi olan marketlərə bu paketlər pulsuz başa gəlir. Üstəlik, marketlər paketlərin üzərinə öz loqolarını, adlarını və reklam mətnlərini də yerləşdirirlər.
Alıcı isə pulunu ödədiyi həmin paketi əlinə alıb küçədə, metroda, avtobusda, bir sözlə, şəhərin müxtəlif yerlərində gəzdirir. Beləcə, özü də fərqinə varmadan market üçün pulsuz reklam daşıyıcısına çevrilir.
İşin ən qəribə tərəfi isə budur ki, bu hal istehlakçı hüquqlarının pozulması hesab edilmir.
🟣 http://t.me/edubbamedia
1 640
Şeytanı qorxudan qadın...
İlk baxışda bu XVIII əsr qravürü qəribə, hətta anlaşılmaz görünür: qadın ətəyini qaldırıb, qarşısındakı şeytan isə sanki dəhşət içində geri çəkilir. Amma səhnənin arxasında kifayət qədər qəribə və yumorlu bir hekayə dayanır.
Fransız yazıçısı Jan de Lafontenin “Papefiguière şeytanı” adlı hekayəsində bir kəndli şeytanla mübahisəyə girir və iş o yerə çatır ki, şeytan onu döyüşə çağırır. Kəndlinin arvadı Perrette isə ərini xilas etmək üçün tamam başqa üsula əl atır.
Şeytan gələndə qadın özünü qorxmuş kimi aparır və ona deyir ki, əri çox təhlükəlidir. Guya ərinin caynaqları onu elə yaralayıb ki, bədənində dəhşətli bir çapıq qalıb. Sonra Perrette həmin “yaranı” göstərmək üçün ətəyini qaldırır.
Şeytan qadının intim nahiyəsini ilk dəfə gördüyü üçün bunu doğrudan da kişinin caynaqları ilə açılmış qorxunc yara hesab edir. Lafontenin mətnində şeytanın bundan elə vahiməyə düşdüyü yazılır ki, az qala yıxılır və dərhal qaçıb gedir.
Qravürdə məhz həmin saniyə təsvir olunub: Perrette sakit və özündən əmin dayanıb, şeytan isə hər iki əlini qaldıraraq qorxu içində geri çəkilir. Əsəri daha maraqlı edən detal budur ki, 1762-ci il nəşrində bu illüstrasiyanın açıq-saçıq variantı sonradan dəyişdirilmişdi; bəzi nəşrlərdə intim hissələr örtülmüş formada çap olunurdu. Bu da həmin qravürün XVIII əsrdə belə kifayət qədər cəsarətli hesab edildiyini göstərir. Yəni burada şeytanı nə xaç, nə silah, nə də müqəddəs ayin məğlub edir.
🟣 http://t.me/edubbamedia
