ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Edubba

Edubba

الذهاب إلى القناة على Telegram

🟣 Edubba - alternativ düşünməyi öyrədən məktəbdir.

إظهار المزيد
1 613
المشتركون
-124 ساعات
-107 أيام
-1130 أيام
أرشيف المشاركات
Edubba
1 613
2013-cü ildə Böyük Britaniyada olduqca qəribə hadisə baş verdi. Tanınmış transplantasiya cərrahı Simon Bramhall iki xəstəyə qaraciyər köçürərkən onların orqanlarına öz ad və soyadının baş hərflərini - "SB" yazdı! Bunun üçün o, əməliyyat zamanı qanaxmanı dayandırmaq məqsədilə istifadə edilən arqon şüalı koaqulyator adlı tibbi cihazdan yararlandı. Cihazın yaratdığı istilik vasitəsilə hərfləri qaraciyərin səthinə həkk etdi. Bəs hadisənin üstü necə açıldı? Xəstələrdən birinin sonrakı əməliyyatı zamanı başqa bir cərrah qaraciyərin üzərindəki "SB" hərflərini gördü. Normalda belə izlər sağalma prosesində itə bilərdi, lakin həmin qaraciyərdə izlər hələ qalırdı. 2017-ci ildə Bramhall günahını etiraf etdi. 2018-ci ildə məhkəmə onu 10 min funt sterlinq cərimələdi və ictimai işlər cəzası verdi. 2022-ci ildə isə adı Böyük Britaniyanın tibbi reyestrindən silindi və həkimlik hüququnu itirdi. 🟣 http://t.me/edubbamedia
24 نوفمبر, 05:11

Edubba
1 613
Red Bull-un tərkibində maraqlı bir maddə var - taurin (C₂H₇NO₃S). Bu maddə insan orqanizmində də mövcuddur. Ürəyin, beynin, gözlərin və əzələlərin normal işləməsində iştirak edir. 250 ml Red Bull-un tərkibində: - 1 000 mq taurin - 80 mq kofein (C₈H₁₀N₄O₂) - 27 qram şəkər - B3, B5, B6 və B12 vitaminləri var. 2023-cü ildə alimlər taurinin siçanların ömrünü uzatdığını müəyyən etdilər. Ancaq bu təsirin insanlarda da baş verdiyi sübut olunmayıb. Taurin ilk dəfə 1827-ci ildə öküz ödündən əldə edilib. Adı da latınca "öküz" mənasını verən taurus sözündəndir. Bugünkü enerji içkilərində isə sintetik taurin istifadə olunur. Bəs Red Bull niyə insanı ayıldır? Bunun əsas səbəbi kofeindir. O, beyində yorğunluq siqnallarının təsirini müvəqqəti zəiflədir. Yəni yorğunluğu aradan qaldırmır, sadəcə onu daha az hiss etdirir. Red Bull-un ömrü uzatdığı sübut edilməyib. Həddindən artıq içildikdə kofein və şəkər sağlamlığa zərər verə bilər. 🟣 http://t.me/edubbamedia
24 نوفمبر, 05:05

Edubba
1 613
1904-cü ildə fransız riyaziyyatçısı Anri Puankare bir fərziyyə irəli sürdü. (Fərziyyənin problemi bundan ibarət idi ki, "deşiyi" olmayan qapalı üçölçülü məkan nə qədər əyri, burulmuş və mürəkkəb olsa da, onu kəsmədən və yapışdırmadan sfera quruluşuna gətirmək mümkündürmü - çətinlik bunun bütün mümkün formalar üçün doğru olduğunu sübut etməkdə idi). Məkanın quruluşu ilə bağlı bu məsələnin sübutunu tapmaq üçün riyaziyyatçılar təxminən bir əsr çalışdılar. Nəhayət, Grigori Perelman 2002-2003-cü illərdə sübutu təqdim etdi. Üstəlik, işini hər kəsin oxuya bildiyi arxiv platformasında paylaşdı. 2006-cı ildə ona riyaziyyatın ən nüfuzlu mükafatlarından olan Filds medalı verildi. Perelman medalı qəbul etmədi. 2010-cu ildə isə Kley Riyaziyyat İnstitutu Puankare fərziyyəsinin sübutuna görə onu 1 milyon dollarlıq mükafata layiq gördü. Perelman bundan da imtina etdi. Onun açıqladığı səbəblərdən biri elmi töhfələrin ədalətli qiymətləndirilməsi idi: həll yolunun əsasını qoymuş amerikalı riyaziyyatçı Riçard Hamiltonun əməyini öz töhfəsindən az hesab etmirdi. 🟣 http://t.me/edubbamedia
24 نوفمبر, 01:37

Edubba
1 613
Anthropic-də çalışan riyaziyyatçı Levent Alpöge şəxsi saytında (http://alpo.ge) Claude süni intellekti ilə birlikdə Riman hipotezinin isbatını tapdığını açıqlayıb. Onun sözlərinə görə, nəticə hipotezin ümumiləşdirilmiş variantını da əhatə edir. 1859-cu ildə irəli sürülən Riman hipotezi sadə ədədlərin, yəni 2, 3, 5, 7 və digərlərinin necə paylanmasını anlamaqla bağlıdır. Riyaziyyat dünyası artıq 167 ildir bu problemin qəbul olunmuş isbatını gözləyir. Təqdim edilən isbat kompüterin məntiqi addımları yoxlaya bildiyi Lean dilində hazırlanıb. MIT riyaziyyatçısı Andrew Sutherland-in yayımladığı nəticələrə görə, artıq bir neçə müstəqil texniki yoxlama uğurla tamamlanıb. (Bax: http://math.mit.edu/) Əgər Levent Alpöge Claude süni İntellektinin vasitəsi ilə Riman Hipotezini isbat edibsə o zaman bundan sonra elit riyaziyyatçıların yetişəcəyinə dair ümidlər azalır. Deyəsən elə sonuncusu Terence Tao idi. Əgər xəbər doğrudursa, əminliklə demək olar ki, sivilizasiya növbəti mərhələyə keçir. 🟣 http://t.me/edubbamedia
21 نوفمبر, 11:05

Edubba
1 613
Mənəvi travmalar nəsildən-nəslə ötürülə bilərmi? Psixologiya və epigenetika sahəsində maraqlı tədqiqatlar göstərir ki, insanın yaşadığı ağır travmaların təsiri bəzən yalnız onun öz həyatı ilə məhdudlaşmır, sonrakı nəsillərin psixoloji və bioloji xüsusiyyətlərində də iz buraxa bilər. Bu hadisə elmdə nəsillərarası travma ötürülməsi (intergenerational trauma) adlanır. Məsələn, müharibə, aclıq, zorakılıq və uzunmüddətli stress yaşamış valideynlərin övladlarında stressə həssaslıq, narahatlıq və emosional tənzimləmə çətinlikləri müşahidə oluna bilər. Bunun bir neçə mümkün mexanizmi var: 1) Ailə mühiti üzrə - travma yaşamış valideynin davranışları, qorxuları və emosional reaksiyaları uşağın psixoloji inkişafına təsir edə bilər. 2) Gördüyünü götürmək davranışları üzrə - uşaq təhlükə hissini, güvənsizliyi və münasibət qurma modellərini valideynlərindən mənimsəyə bilər. 2) Epigenetik mexanizmlər üzrə - ağır stress genlərin fəaliyyətinin tənzimlənməsində dəyişikliklərlə əlaqələndirilir. 2018-ci ildə ekranlaşdırılan Hereditary filmində bu ideya qorxu janrında simvolik şəkildə təqdim edilir və auditoriyayaya çatdırılır ki, insan öz ailəsindən yalnız fiziki və fizioloji genləri deyil, həll edilməmiş travmaları, qorxuları və dağıdıcı davranış modellərini də miras alır. Bu isə o deməkdir ki, insan özünün yaşamadığı bir travmanın psixoloji nəticələrini daşıya bilər. 🟣 http://t.me/edubbamedia
15 نوفمبر, 06:41

Edubba
1 613
2030-cu ildə ABŞ-da 25-44 yaşlı hər 100 qadından 45-i nikahda olmaya bilər Morgan Stanley-nin 2019-cu ildə hazırladığı proqnoza görə, bu yaş qrupunda nikahda olmayan qadınların payı 2018-ci ildəki 41%-dən 2030-cu ildə 45%-ə yüksələ bilər. Rəqəm qadınların ailə vəziyyətinə aiddir. Onların övlad sahibi olub-olmaması bu hesablamaya daxil deyil. Yoldaşlar, bəs bu rəqəm iqtisadçıları niyə maraqlandırır? Çünki evlilik və valideynliklə bağlı qərarların vaxtı dəyişdikcə insanların iş həyatı və xərcləmə vərdişləri də dəyişir. Morgan Stanley qadınların əmək bazarında və istehlakda artan rolunu yeni “SHEconomy” termini ilə izah edir. Mənbə: Morgan Stanley, “Rise of the SHEconomy” 🟣 http://t.me/edubbamedia
13 نوفمبر, 10:13

Edubba
1 613
1996-ci il Yeni il gecəsində Polşada 15 yaşlı qız təcavüz edilərək vəhşicəsinə öldürülür. Bu hadisəyə görə polis 4 il sonra 2
1996-ci il Yeni il gecəsində Polşada 15 yaşlı qız təcavüz edilərək vəhşicəsinə öldürülür. Bu hadisəyə görə polis 4 il sonra 23 yaşlı Tomaş Komendanı həbs edir. Ona 25 il həbs cəzası verilir. Tomas həbsxanada 18 il boyunca məhkumlar və nəzarətçilər tərəfindən ağlasığmaz işgəncələrə məruz qalır. O bir neçə dəfə intihara cəld edir. 2018-ci ildə yeni təyin edilmiş prokurorlar məsələni yenidən araşdırır. Polşa Ali Məhkəməsi ona tam bəraət verir. 2021-ci ildə Polşa dövləti öz səhvini etiraf edərək Tomaşa ölkə tarixinin ən yüksək təzminatını, təxminən 3.4 milyon dollar pul ödəyir. Amma Tomaş Komendo həbsxanada ciddi travma almışdı. Psixiyası tamam pozulmuşdu. O, 46 yaşında xərçəngdən vəfat edir. 🟣 http://t.me/edubbamedia
04 نوفمبر, 03:37

Edubba
1 613
Noeliya Kastilyo (2020 və 2026-cı illərdə paylaşdığı videofayllar)
31 أكتوبر, 12:25

Edubba
1 613
Fotoda gördüyünüz bu qız ispaniyalı Noeliya Kastilyodur (Noelia Castillo). Sosial şəbəkə hesablarında paylaşdığı foto videolardan da görünür ki, əslən kataloniyalı olan 21 yaşlı Noeliya Kastilyo çox şən və mehriban bir qız idi. Bu gənc qız 1 oktyabr 2022-ci ildə o, tanış olduğu bir oğlanla görüşə gedərkən həmin oğlanla birlikdə daha iki nəfər oğlanın cinsi təcavüzünə məruz qalır. Təcavüz nəticəsində Noeliya sidik və nəcis saxlaya bilməmə, əzələ nahiyələrindəki sinir iflici, həmçinin bel nahiyəsində həddən artıq ağır çəkiyə məruz qaldığı üçün onurğa beyni zədəsi alır və danışmaq qabiliyyətini itirir. Baş verənlərlə barışa bilməyəcəyini bəyan edən Noeliya Kastilyo istintaq prosesi davam etsə də, ailəsinin, xüsusilə atasının etirazlarına baxmayaraq 26 mart 2026-cı il tarixində Barselonanın Sant Pere de Ribes rayonundakı Sant Camil adlı tibb müəssisəsində öz müraciəti əsasında evtanaziya ilə həyatına son verib. Təcavüzçülərin təqsiri isə hüquqi olaraq sübuta yetirilməyib. 14 iyul 2026-cı il tarixində Noeliyanın anası bu iş üzrə iki ayrı şikayət versə də, sosial şəbəkələrdə təcüvüzçülərin yüksək vəzifə sahiblərinin oğlanları olduqları üçün ciddi cəza almayacaqları ilə bağlı iddialar yer alıb. Oxucuların marağını nəzərə alaraq Noeliya Kastilyonun təcavüzə məruz qaldıqdan əvvəlki və sonrakı videolarını təqdim edirik. 🟣 http://t.me/edubbamedia
31 أكتوبر, 12:16

Edubba
1 613
Noeliya Kastilyo (təcavüzə məruz qalmazdan əvvəl, 2020-ci il)
Noeliya Kastilyo (təcavüzə məruz qalmazdan əvvəl, 2020-ci il)
31 أكتوبر, 12:15

Edubba
1 613
Ovulyasiya gününün seçilməsi oğlan uşağına hamilə qalmaq ehtimalını artırırmı? Bəzi insanlar hesab edirlər ki, ovulyasiya günü cinsi əlaqədə olmaq oğlan uşağı dünyaya gətirmək ehtimalını 80-85%-ə çatdırır. Bəs bu iddia elmi cəhətdən doğrudurmu? 1995-ci ildə nüfuzlu New England Journal of Medicine jurnalında dərc olunan araşdırmada 221 qadının hamiləlikləri izlənilib. Tədqiqatçılar cinsi əlaqənin ovulyasiyaya nisbətən vaxtı ilə uşağın cinsi arasında əhəmiyyətli əlaqə aşkar etməyiblər. Bəs follikul çatlatma iynəsi vurulduqda necə? Bu iynə ovulyasiyanı başlatmaq və vaxtını idarə etmək üçün istifadə olunur. Lakin onun oğlan uşağı ehtimalını artırdığına dair etibarlı elmi sübut yoxdur. Maraqlı məqam sadəcə bundadır ki, ovulyasiyanın vaxtını düzgün müəyyənləşdirmək hamilə qalmaq şansına kömək edə bilər, amma uşağın cinsini seçmək üçün etibarlı üsul deyil. Bioloji cins əsasən yumurtanı mayalandıran spermatozoidin X, yoxsa Y xromosomu daşımasından asılıdır. Mənbə: Wilcox AJ və b., Timing of Sexual Intercourse in Relation to Ovulation, New England Journal of Medicine, 1995. 🟣 http://t.me/edubbamedia
26 أكتوبر, 03:16

Edubba
1 613
2018-ci ildə Çin Elmlər Akademiyasının alimləri elmdə diqqətçəkən bir nəticəyə nail oldular: iki dişi siçanın genetik materialından istifadə etməklə sağlam və gələcəkdə özləri də çoxala bilən siçanlar əldə etdilər. Təcrübədə 210 embriondan 29 canlı siçan doğuldu. Onların hamısı dişi idi. Bəs bilirsiniz bunun sirri nədədir? Məməlilərdə bəzi genlərin fəaliyyəti həmin genlərin anadan, yoxsa atadan gəlməsindən asılıdır. Bu mexanizm genomik imprintinq adlanır. Buna görə də iki anadan alınan genetik material, heç bir dəyişiklik edilmədən, normal embrion inkişafı üçün kifayət etmir. Alimlər haploid embrional kök hüceyrələrdə üç xüsusi imprintinq bölgəsini dəyişdirərək bu maneəni aradan qaldırdılar. Sonra həmin hüceyrələrdən alınan genetik materialı başqa dişi siçanın yumurta hüceyrəsinə daxil etdilər. Nəticədə doğulan siçanlar yetkinliyə çatdı və özləri də bala verdi. Maraqlı məqam budur ki, eyni tədqiqatda alimlər iki erkək siçanın genetik materialından da bala əldə etdilər. Lakin bunun üçün yeddi imprintinq bölgəsinin dəyişdirilməsi lazım gəldi və doğulan balalar uzun müddət yaşamadılar. Bu təcrübə göstərdi ki, məməlilərdə eyni cinsdən olan iki valideynin genetik materialından nəsil əldə etməyin qarşısındakı maneələrdən bəzilərini genetik müdaxilə ilə aşmaq mümkündür. Ancaq bu, təbii çoxalma deyil və insanlarda tətbiq üçün hazır texnologiya da sayılmır. Mənbə: Cell Stem Cell, 2018. “Generation of Bimaternal and Bipaternal Mice from Hypomethylated Haploid ESCs with Imprinting Region Deletions”. 🟣 http://t.me/edubbamedia
24 أكتوبر, 17:45

Edubba
1 613
İki anadan doğulan siçanlar: alimlər məməlilərdə çoxalmanın sərhədlərini necə aşdılar? 2018-ci ildə Çin Elmlər Akademiyasının alimləri elmdə diqqətçəkən bir nəticəyə nail oldular: iki dişi siçanın genetik materialından istifadə etməklə sağlam və gələcəkdə özləri də çoxala bilən siçanlar əldə etdilər. Təcrübədə 210 embriondan 29 canlı siçan doğuldu. Onların hamısı dişi idi. Bəs bilirsiniz bunun sirri nədədir? Məməlilərdə bəzi genlərin fəaliyyəti həmin genlərin anadan, yoxsa atadan gəlməsindən asılıdır. Bu mexanizm genomik imprintinq adlanır. Buna görə də iki anadan alınan genetik material, heç bir dəyişiklik edilmədən, normal embrion inkişafı üçün kifayət etmir. Alimlər haploid embrional kök hüceyrələrdə üç xüsusi imprintinq bölgəsini dəyişdirərək bu maneəni aradan qaldırdılar. Sonra həmin hüceyrələrdən alınan genetik materialı başqa dişi siçanın yumurta hüceyrəsinə daxil etdilər. Nəticədə doğulan siçanlar yetkinliyə çatdı və özləri də bala verdi. Maraqlı məqam budur ki, eyni tədqiqatda alimlər iki erkək siçanın genetik materialından da bala əldə etdilər. Lakin bunun üçün yeddi imprintinq bölgəsinin dəyişdirilməsi lazım gəldi və doğulan balalar uzun müddət yaşamadılar. Bu təcrübə göstərdi ki, məməlilərdə eyni cinsdən olan iki valideynin genetik materialından nəsil əldə etməyin qarşısındakı maneələrdən bəzilərini genetik müdaxilə ilə aşmaq mümkündür. Ancaq bu, təbii çoxalma deyil və insanlarda tətbiq üçün hazır texnologiya da sayılmır. Mənbə: Cell Stem Cell, 2018. “Generation of Bimaternal and Bipaternal Mice from Hypomethylated Haploid ESCs with Imprinting Region Deletions”. 🟣 http://t.me/edubbamedia
24 أكتوبر, 17:45
24 أكتوبر, ~17:46

Edubba
1 613
Əksər məməlilər səs çıxararkən havanı ağciyərlərindən xaricə verir. Eşşək isə bu baxımdan qeyri-adi istisnalardandır: o, məşhur anqırmasını həm nəfəsi içəri çəkərkən, həm də xaricə verərkən səsləndirə bilir! Anqırmanın ilk hissəsi adətən nəfəsalma zamanı yaranan yüksək səsdən, ikinci hissəsi isə nəfəsvermə zamanı çıxan daha gur və uzanan səsdən ibarət olur. Məhz bu iki mərhələnin birləşməsi eşşəyin səsini başqalarından fərqləndirir. Eşşəyin səsinin özünəməxsusluğu onun tənəffüs yollarının anatomik quruluşu ilə də əlaqələndirilir. Alimlər eşşəyin qırtlaq və udlaq nahiyəsindəki bəzi xüsusiyyətlərin bu fərqli səsin yaranmasında rol oynaya biləcəyini müəyyən ediblər. Mənbə: Journal of Anatomy jurnalında dərc olunmuş anatomik tədqiqat və eşşəklərin səs xüsusiyyətlərinə dair akustik araşdırmalar. 🟣 http://t.me/edubbamedia
23 أكتوبر, 15:11

Edubba
1 613
Alışqan (çaxmaq, yandıran) 10 000 volt istehsal edir, amma niyə öldürmür? Qaz alışqanının içindəki pyezoelektrik mexanizm düyməyə basanda 3 000-dən 10 000 volta qədər gərginlik yaradır. Bu, rozetkadakı 220 voltdan dəfələrlə yüksəkdir. Bəs niyə təhlükəli deyil? Səbəb gərginlikdə (volt) yox, bədəndən keçən cərəyanın gücündə (amper) və keçmə müddətindədir. Alışqandakı qığılcımın cərəyanı son dərəcə zəifdir və cəmi saniyənin milyonda bir hissəsi davam edir. Ona görə də sadəcə "çimdik" kimi hiss olunur. Məişət şəbəkəsi isə davamlı və güclü cərəyan verir. Təxminən 30-100 milliamper cərəyan ürəyin ritmini pozub ölümə səbəb ola bilər. Bir də geniş yayılmış yanlış fikir var: "Vuran vatdır, volt deyil." Bu da düz deyil. Bədəndən keçən cərəyan (amper) zərər verir. Gərginlik (volt) isə həmin cərəyanı bədənin müqaviməti ilə birlikdə müəyyən edir. 🟣 http://t.me/edubbamedia
18 أكتوبر, 14:02

Edubba
1 613
Bilirdinizmi ki, Qurani-Kərimdə Allah-təala Muhəmməd peyğəmbərə adı ilə deyil, ehtiramla, titulları ilə müraciət edir: "Ey peyğəmbər", "Ey elçim", "Ey örtüyə bürünən". Halbuki digər peyğəmbərlərə birbaşa adları ilə xitab olunur: "Ey Adəm", "Ey Nuh", "Ey İbrahim", "Ey Musa", "Ey İsa". Bu o demək deyil ki, onun adı Quranda çəkilmir. Ad dörd ayədə keçir (Ali-İmran 144, Əhzab 40, Muhəmməd 2, Fəth 29), lakin üçüncü şəxs kimi keçir, xitab kimi yox. Bu peyğəmbərimizin şanının ucaldılması ilə bağlı Allahın vədinin yerinə yetmısidir. İnşirah surəsinin 4-cü ayəsində buyurulur: "Sənin şanını ucaltdıq." Təfsirçilər bunu belə izah edirlər ki, hər gün dünyanın hər yerində azan verilərkən, namazda və şəhadət kəlməsində onun adı Allahın adı ilə birlikdə çəkilir. Göründüyü kimi, Allahın ona verdiyi ehtiram həm xitabda, həm də şanın ucaldılmasında özünü göstərir. 🟣 http://t.me/edubbamedia
18 أكتوبر, 02:10

Edubba
1 613
Bəzi zəhərsiz ilanların müdafiə mexanizmi maraqlıdır: Gizlənmək - rəngi ətraf mühitə qarışır. Yırtıcı onu görmürsə, döyüşməyə ehtiyac qalmır. Böyük görünməyə çalışmaq - məsələn, donuzburun ilan başını və boynunu yastılaşdırır, bədənini şişirdir və fısıldayır. Təhlükə yaxınlaşsa, ağzını açmadan hücum edirmiş kimi irəli atıla bilər. İmitasiya - gopher ilanı quyruğunu sürətlə hərəkət etdirərək zınqırovlu ilana bənzəməyə çalışır. Bu xəbərdarlıq yırtıcını uzaqlaşdıra bilər. Pis qoxu buraxmaq - ilanlarda bəzi növlər təhlükə zamanı kəskin qoxulu ifrazat çıxarır. Hətta donuzburun ilan bunların heç biri kömək etməyəndə arxası üstə çevrilir, ağzını açır, dilini çıxarır və ölü kimi hərəkətsiz qalır. 🟣 http://t.me/edubbamedia
17 أكتوبر, 03:55

Edubba
1 613
Rusiyanın İrkutsk vilayətində Taun Əleyhinə Elmi-Tədqiqat İnstitutunda çalışan 28 yaşlı laboratoriya əməkdaşı Darya Şipilova özünüzə çay süzərkən stəkan əlindən sürüşüb taun bakteriyaları olan sınaq şüşəsinin üstünə düşüb və şüşəni sındırıb. Bir neçə gün sonra Şipilovada ağır pnevmoniya əlamətləri yaranıb. Vəziyyəti ağırlaşdıqdan sonra süni tənəffüs aparatına qoşulub və oktyabrın 1-dən 2-nə keçən gecə həyatını itirib. Media onun taun xəstəliyinin ən təhlükəli formalarından biri hesab edilən ağciyər taununa yoluxmuş ola biləcəyini yazıb. Ölüm səbəbi isə hələ rəsmi olaraq təsdiqlənməyib. Hadisədən sonra onunla təmasda olan şəxslər müəyyənləşdirilib. İlk məlumatlarda 26 nəfərin onunla təmasda olduğu bildirilsə də, sonradan bu rəqəmin 200-ə yaxın olduğu məlum olub. 🟣 http://t.me/edubbamedia
07 أكتوبر, 06:11

Edubba
1 613
Mikroskopik su yosunu işığa tərəf hərəkət edə bilir. Onun "sirri" kanalrodopsindədir, yəni işıq düşəndə açılan zülal qapısında. Mavi işıq bu qapını açır, ionlar (elektrik yükü daşıyan çox kiçik hissəciklər) hüceyrəyə keçir və elektrik siqnalı yaranır. Alimlər həmin zülalı neyronlarda (sinir hüceyrələrində) da işlətməyi öyrəndilər. İndi laboratoriyada müəyyən neyronlara işıq salaraq onların yaddaşa, hisslərə və davranışa necə təsir etdiyini yoxlaya bilirlər. Bu üsula optogenetika (hüceyrələri işığa həssaslaşdırıb fəaliyyətini işıqla idarə etmə üsulu) deyilir. Bu kəşflərə görə Peter Hegemann, Georg Nagel və Karl Deisseroth 2026-cı il Tibb üzrə Nobel mükafatını qazandılar. Bəs insanlara faydası nə ola bilər? 2021-ci ildə dərc olunan bir klinik sınaqda görmə qabiliyyətini itirmiş şəxs optogenetik müdaxilə və xüsusi eynək sayəsində bəzi əşyaların yerini müəyyənləşdirib onları saya bildi. Görməsi tam bərpa olunmadı, amma bu nəticə alimlərə yeni bir yol göstərdi. İnsanlarda bu üsul hələ klinik sınaq mərhələsindədir. 🟣 http://t.me/edubbamedia
05 أكتوبر, 06:17

Edubba
1 613
Pareto prinsipi və ya 80/20 qaydası Təsəvvür edin ki, dolabınızda on köynək var, lakin siz çox vaxt onlardan yalnız ikisini geyinirsiniz. Telefonunuzda iyirmi proqram quraşdırılıb, amma gündəlik işlərinizin böyük hissəsini üç-dörd proqramla görürsünüz. Məktəbdə şagirdlərin tapşırıqları gecikdirməsinin on müxtəlif səbəbi ola bilər, lakin gecikmələrin əksəriyyəti cəmi iki əsas səbəbdən yaranır. Bu qəribə görünən oxşarlıq Pareto prinsipi ilə izah olunur. XIX əsrin sonlarında yaşamış italyan iqtisadçısı və sosioloqu Vilfredo Pareto sərvətin insanlar arasında bərabər bölüşdürülmədiyini araşdırırdı. O müəyyən etmişdi ki, sərvətin böyük hissəsi əhalinin nisbətən kiçik bir hissəsinin əlində cəmlənir. Sonralar keyfiyyətin idarə edilməsi üzrə mütəxəssis Cozef Curan bu müşahidəni müxtəlif sahələrə tətbiq etdi və onu “əhəmiyyətli azlıq” prinsipi kimi məşhurlaşdırdı. Bu prinsip sadə şəkildə belə ifadə edilir: Nəticələrin təxminən 80 faizi səbəblərin 20 faizindən yaranır. Məsələn, kitabxanadakı kitabların kiçik bir hissəsi oxucular tərəfindən daha çox götürülə bilər. Mağazanın gəlirinin böyük hissəsini az sayda məhsul yarada bilər. Məktəbdə intizam problemlərinin əksəriyyəti bir neçə təkrarlanan səbəblə bağlı ola bilər. Bir şagirdin yaxşı nəticələrinin böyük hissəsi də onun gündəlik fəaliyyətlərinin az, lakin vacib bir qrupundan - dərsi diqqətlə dinləməkdən, müntəzəm təkrardan və vaxtında yatmaqdan asılı ola bilər. Ancaq 80 və 20 rəqəmlərini dəyişməz riyazi qanun kimi qəbul etmək olmaz. Bəzən nisbət 70/30, 75/25 və ya 90/10 ola bilər. Əsas fikir rəqəmlərin mütləq bərabərliyi deyil. Əsas fikir budur ki, çoxsaylı səbəblərin hamısı eyni dərəcədə mühüm olmur. Nəticəyə daha güclü təsir göstərən bir neçə əsas səbəb tapıldıqda problemi həll etmək də asanlaşır. 🟣 http://t.me/edubbamedia
30 سبتمبر, 07:16