en
Feedback
Ormilitarism

Ormilitarism

Open in Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Show more
7 140
Subscribers
+524 hours
-47 days
-6930 days
Posts Archive
+4
Ötən gecə Rusiya tərəfindən Kiyev və ətraf ərazilərə ballistik raketlərin kütləvi buraxılışını əks etdirən kadrlar yayılıb.

+4
İran istehsalı vurulmuş Kheibar Shekan orta mənzilli ballistik raket buraxılış qurğusu. Buraxılış qurğusu Şərqi Azərbaycan vilayətində, Asl-Kandi kəndi yaxınlığında (38.702095, 45.418895 koordinatları) məhv edilib.

+7
Ukraynanın Brovarı şəhərində yerləşən Rozetka logistika anbarına və Kiyevin Obolon rayonundakı Nova Poçta şöbəsinə ötən gün endirilən zərbələrin nəticələri. Rozetka Ukraynanın ən böyük onlayn mağazası və elektronika üzrə marketpleyslərindən biridir. .

+4
5 avqust tarixində Ukrayna pilotsuz uçuş aparatları ilə Rusiyanın Tula vilayətinin Aleksin şəhərində yerləşən Wildberries anbarına zərbə endirib. Təxminən 150 min kvadratmetr sahəsi olan bu obyekt şirkətin ən iri anbarlarından biri hesab olunur və top-10 siyahısına daxildir.

ABŞ Dəniz Piyadalarının 2-ci diviziyasında keçirilən sınaqlar zamanı Perennial Autonomy şirkətinin istehsalı olan Hornet kami
+4
ABŞ Dəniz Piyadalarının 2-ci diviziyasında keçirilən sınaqlar zamanı Perennial Autonomy şirkətinin istehsalı olan Hornet kamikadze dronları, Bumblebee V1 multikopterləri və AS-3 Merops tutucu dronları istifadə edilib. Təlimlərin məqsədi bu üç fərqli tip pilotsuz aparatı ayrı-ayrılıqda deyil, vahid idarəetmə altında bir şəbəkədə birləşdirmək olub. Bu yanaşma dəniz piyadalarının ekspedisiya bölmələrinin atəş imkanlarını artırmağa yönəlib. Hazırda bu üç tip dronun hamısı Ukrayna Silahlı Qüvvələrinə də tədarük olunur və döyüş meydanında aktiv şəkildə istifadə edilir.

Şimali Koreya yeni KN-23 (Hwasong-11Ga) ballistik raket istehsal sexi tikib və daha sonra onu yerin altına gizlədib. Bu raket
+5
Şimali Koreya yeni KN-23 (Hwasong-11Ga) ballistik raket istehsal sexi tikib və daha sonra onu yerin altına gizlədib. Bu raketlər Rusiyaya da tədarük olunur. Peyk görüntülərinə əsasən, 2024-cü ilin sonundan 2026-cı ilin fevralına qədər KN-23 raketlərinin istehsal olunduğu zavod ərazisində ölçüləri təxminən 65x35 metr, hündürlüyü isə 2–3 mərtəbə olan bina inşa edilib. Sonradan bu tikili torpaqla örtülərək yaxınlıqdakı dağın yamacına inteqrasiya edilib. Bu faktı və zavoddan əldə olunan digər görüntüləri nəzərə alaraq ehtimal edilir ki, raket istehsalının əsas xətləri hava zərbələrindən qorunmaq üçün yeraltında yerləşdirilib. Bundan əlavə, zavod ərazisindəki bəzi yerüstü binalar da mümkün yanğınların digər obyektlərə yayılmasının qarşısını almaq məqsədilə torpaq bəndləri ilə mühafizə olunub.

Hücum qeyri-adi taktika ilə müşahidə olunub: qısa fasilələrlə böyük həcmli salvolar və müxtəlif tip raketlərdən istifadə edilib. Ümumilikdə 14-dən çox raketin buraxıldığı, onların arasında hipersəsli “Sirkon” raketlərinin də yer aldığı bildirilir. Məlumata görə, Rusiya bu hücumda ən azı 4 “Sirkon” raketindən istifadə edib. 20 dəqiqə ərzində təkcə Kiyev və ətraf ərazilərə 25–30 raketin atıldığı qeyd olunur. Ukrayna hava hücumundan müdafiə sistemləri hücumun intensivliyi səbəbindən raketlərin qarşısını almaqda ciddi çətinlik çəkib və paytaxtda HHM çatışmazlığı açıq şəkildə hiss olunub. Zərbələr nəticəsində şəhərin müxtəlif hissələrində ciddi dağıntılar və yanğınlar qeydə alınıb. Obolon rayonunda qeyri-yaşayış obyektləri, ofis binaları və anbarlar yanıb. Eyni zamanda 20 mərtəbəli yaşayış binasında və digər yaşayış obyektlərində yanğın baş verdiyi bildirilir. Desnyanski rayonunda və Kiyev-Svyatoşinski ətraf bölgəsində də iri yanğınlar müşahidə olunub. Hücumlar zamanı ərzaq anbarları və dərman istehsalı müəssisələri də hədəf alınıb. Bundan əlavə, enerji infrastrukturu – yarımstansiyalar, elektrik paylayıcı məntəqələr və logistik mərkəzlər zərbələrə məruz qalıb, nəticədə şəhərin bəzi hissələrində elektrik enerjisinin verilişi dayandırılıb. Ukrayna tərəfi vəziyyəti son dərəcə kritik qiymətləndirir. Ukraynalı zabit Anatoli Kravçukun sözlərinə görə, Rusiya infrastruktura qarşı misilsiz və amansız zərbələr endirir və hava hücumundan müdafiə problemi həll olunmazsa, qarşıdakı qış daha ağır nəticələr doğura bilər.

Rusiya ordusu ötən gecə Ukraynanın paytaxtı Kiyevə qarşı son dövrlərin ən intensiv və ağır raket hücumlarından birini həyata
+7
Rusiya ordusu ötən gecə Ukraynanın paytaxtı Kiyevə qarşı son dövrlərin ən intensiv və ağır raket hücumlarından birini həyata keçirib.

Ukrayna dronlarının Bryansk vilayətinin Navlya qəsəbəsi yaxınlığında yerləşən dron bazasına endirdiyi zərbənin nəticələrinin
Ukrayna dronlarının Bryansk vilayətinin Navlya qəsəbəsi yaxınlığında yerləşən dron bazasına endirdiyi zərbənin nəticələrinin peyk görüntüsü. Görünür ki, “Geran” və “Gerbera” dronları üçün zədələnmiş ən azı iki saxlanc qurğusunda qoruyucu örtüklər dronlarının döyüş başlıqlarının gücündən daha möhkəm olub və zərbəyə davam gətirib.

Ukraynanın Hərbi Hava Qüvvələrinə məxsus fransız Mirage-2000-5F qırıcısı tərəfindən reaktiv “Geran-4” dronunun, qısa mənzilli “hava-hava” tipli Matra R550 Magic 2 raketinin köməyi vurulması.

“Fire Point” şirkəti FP-1 dronunun 30 mm-lik topla təchiz edilmiş variantlarını, həmçinin kamikadze dronların qarşısını almaq
“Fire Point” şirkəti FP-1 dronunun 30 mm-lik topla təchiz edilmiş variantlarını, həmçinin kamikadze dronların qarşısını almaq üçün zenit dronlarının daşıyıcısı kimi istifadə ediləcək versiyasını hazırlayıb. Bunu şirkətin baş direktoru İrina Tereh bildirib. Bundan əlavə, Terehin sözlərinə görə, FP-5 “Flamingo” raketlərində 5 növ reaktiv mühərrikdən istifadə olunur. Hazırda “Fire Point” şirkəti tərəfindən bu raket üçün xüsusi mühərrik hazırlanır. Şirkətin rəhbəri həmçinin qeyd edib ki, hazırda “Fire Point” müxtəlif təyinatlı 90 müəssisəyə malikdir. Bu müəssisələrə istehsal sexləri, hazır məhsul və komponent anbarları daxildir. Kritik əhəmiyyətli hissələr isə hər zaman ehtiyat variantlarla təmin edilir. FP-9 ballistik raketlərinin və FP-7 zenit raketlərinin istifadəyə başlanma müddətləri barədə konkret məlumat verilməyib. Sadəcə qeyd olunub ki, raket “Patriot PAC-3” sisteminə deyil, daha sadə və ucuz olan, lakin ballistik raketlərin qarşısını alma effektivliyi aşağı olan PAC-2 sisteminə analoq olacaq.

Vurulan Türkiyə şirkətinə məxsus “NADEZHDA” (“Nadejda”) ro-ro tipli gəmisinin görüntüləri. Gəmi Qara dənizdə Ukrayna dronlarının zərbələrinə məruz qalıb. Gəmi Rusiyaya meyvə və tərəvəz daşıyırdı. Ekipajı Azərbaycanlı və Türkiyəlilər olub. Gəmi Novorossiyskdən 30 dəniz mili məsafədə 6–7 dronun hücumuna məruz qalıb. Nəticədə ekipaj üzvlərinin bir hissəsi yaralanıb və uğurla sahilə təxliyə olunub. Hücuma məruz qalan Türkiyənin “Nadejda” gəmisi kimi Rusiya bayraqlı, eyni ada malik, lakin başqa sinfə aid olan və yenə Novorossiysk istiqamətində hərəkət edən quru yük gəmisi də mövcud olub.

+9
Bu gün, Ukrayna (Baltikyanı ölkələr üzərindən keçən marşrutla) Leninqrad vilayətinin Krasnıy Bor qəsəbəsində yerləşən Wildberries marketpleys anbarını hədəfə alıb.

ABŞ Hərbi Dəniz Qüvvələri bildirib ki, iyulun 29-da ABŞ Müdafiə Nazirliyi “General Dynamics Electric Boat” və “HII-Newport Ne
ABŞ Hərbi Dəniz Qüvvələri bildirib ki, iyulun 29-da ABŞ Müdafiə Nazirliyi “General Dynamics Electric Boat” və “HII-Newport News Shipbuilding” gəmiqayırma şirkətlərinə böyük həcmli müqavilə verib. Müqavilə 2025–2029 büdcə vəsaitləri hesabına 5 ədəd “Columbia” tipli nüvə raket sualtı qayığının (SSBN 828-dən SSBN 832-yə qədər, Build II seriyası) və 9 ədəd “Virginia” tipli çoxməqsədli nüvə sualtı qayığının (SSN 814-dən SSN 822-yə qədər, Block VI seriyası) inşasını nəzərdə tutur. Müqavilənin müddəti 2038-ci ilin 7-ci ayına qədərdir. Müqavilənin ümumi dəyəri 76,6 milyard təşkil edir. Sifariş verilmiş “Columbia” tipli strateji nüvə raket sualtı qayıqlarının sayı 7-yə, “Virginia” tipli nüvə çoxməqsədli sualtı qayıqlarının sayı isə 49-a çatıb. 2025-ci ilin Yanvarından ilk 3 “Virginia” tipli Block VI seriyalı nüvə sualtı qayığına (SSN814, SSN815 və SSN 816) “Potomac”, “Norfolk” və “Brooklyn” adları verilib. İlk “Columbia” tipli Build II seriyalı nüvə raket sualtı qayığına (SSBN 828) isə “Groton” adı verilib.

+3
STASH

+3
“Tornado-S” RYAS-dan (reaktiv yaylım atəş sistemi) Slavyansk şəhərində Kazennı Torets çayı üzərində yerləşən Çerevkovski körpüsünə endirilən zərbənin nəticələri. Körpünün aşırımlarından biri tamamilə dağılıb, digəri isə zərər görməyib. İdarə olunan raketlərdən biri partlamayıb və yol örtüyünün üzərində qalıb. Bu körpü Slavyanskın cənub-şərq kənarında yerləşən fərdi yaşayış sektorunun təminatı üçün əsas nəqliyyat yollarından biridir.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə Rustem Umerovu təyin edib. Um
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə Rustem Umerovu təyin edib. Umerov bundan əvvəl Ukraynanın müdafiə naziri və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifələrində çalışıb. Ukraynanın yeni Milli Təhlükəsizlik və Müdafiə Şurası katibi isə sabiq daxili işlər naziri İqor Klimenko olacaq.

Dünən Rusiya ərazisinə edilən hücum zamanı naməlum Ukrayna reaktiv kamikadze-dronunun uçuş anı. Ehtimala görə, bu, Triada Rob
+3
Dünən Rusiya ərazisinə edilən hücum zamanı naməlum Ukrayna reaktiv kamikadze-dronunun uçuş anı. Ehtimala görə, bu, Triada Robotics şirkətinin Bravo adlı dronu və ya onun modifikasiyası ola bilər. Açıqlanan xüsusiyyətlərə əsasən, onun uçuş məsafəsi 2000 km-ə qədər, döyüş başlığının kütləsi 100–200 kq, sürəti isə 650–700 km/saat təşkil edir.

+3
Ukraynanın Magura tipli pilotsuz katerlərindən FPV-dronların və üzən zenit-raket komplekslərinin daşıyıcısı kimi Krıma zərbələr zamanı istifadə olunması. Əvvəlcə pilotsuz katerlərdən biri sahildən idarə olunan tank əleyhinə raket kompleksi ilə vurulmağa cəhd edilsə də, uğursuz olur. Daha sonra isə görüntülərdə zenit təyinatlı katerin helikopter istiqamətində raket buraxdığı müşahidə olunur, lakin bu atış da hədəfə çatmayıb.

+5
3 avqust tarixində Ukrayna SQ PUA-ları vasitəsilə Vladimir vilayətinin Xryastovo yaşayış məntəqəsində yerləşən Wildberries logistika mərkəzinə zərbə endirib.