ru
Feedback
Ormilitarism

Ormilitarism

Открыть в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Больше
7 303
Подписчики
Нет данных24 часа
-307 дней
-7430 день
Архив постов
CAVAB olaraq Avropa əsəbləşib və Rusiya üzərinə 21-ci sanksiya paketini hazırlamağa başlayıb.

Rumıniya prezidenti bildirib ki, ölkə ərazisində aşkar edilən pilotsuz uçuş aparatı Rusiya mənşəlidir. Avropa komissiyasının
Rumıniya prezidenti bildirib ki, ölkə ərazisində aşkar edilən pilotsuz uçuş aparatı Rusiya mənşəlidir. Avropa komissiyasının sədri Ursula fon der Lyayen qeyd edib ki, Rusiyanın apardığı müharibə növbəti sərhədi keçib. Onun sözlərinə görə, Rusiya dronu Rumıniyada sıx məskunlaşmış əraziyə zərbə endirib və nəticədə mülki şəxslər zərər görüb.

+2
Rumıniyanın şərqində yerləşən Qalați şəhərində pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb.

Mi-26 helikopteri Moskvada bir binanın damına “Pantsir-SMD” zenit-raket sistemini yerləşdirərkən. Bu sistem əsasən dron hücumlarına qarşı istifadə üçün hazırlanıb. Ona görə də əvvəlki versiyalardakı 30 mm-lik toplar çıxarılıb. Çünki dronlara qarşı onların effektivliyi aşağı sayılır. Əvəzində sistemdə daha çox raket yerləşdirilib: ya 48 ədəd kiçik “Gvozd” tipli zenit raketi, ya da həmin raketlərlə birlikdə daha iri 57E6 raketləri. Ukrayna dron hücumlarının artması səbəbilə Moskvanın hava müdafiəsi gücləndirilir. Digər bölgələrdə isə eyni səviyyəli gücləndirmə olduğu barədə məlumat yoxdur.

Vidyayevo hərbi-dəniz bazasında yerləşən Proyekt 945A “Kondor” tipli atom sualtı qayığının üzərində antidron toru quraşdırıld
Vidyayevo hərbi-dəniz bazasında yerləşən Proyekt 945A “Kondor” tipli atom sualtı qayığının üzərində antidron toru quraşdırıldığı görülüb. Şimal donanması da digər donanmalar kimi dron təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görməyə başlayıb.

Rusların Baltik donanmasına məxsus Proyekt 21631 “Buyan-M” tipli “Orexovo-Zuyevo” kiçik raket gəmisində antidron torları müşa
Rusların Baltik donanmasına məxsus Proyekt 21631 “Buyan-M” tipli “Orexovo-Zuyevo” kiçik raket gəmisində antidron torları müşahidə olunub. Artıq Ukrayna zərbələrindən demək olar ki, bütün donanmalarda ehtiyat edilir. Daha əvvəl oxşar torlar Sakit okean donanmasının sualtı qayıqlarının üzərinə də çəkilmişdi.

Ukraynaya məxsus FP-2 tipli raketdaşıyan dronun yeni görüntüsü yayılıb. Dron S-5 tipli idarə olunmayan raket podları ilə təch
+3
Ukraynaya məxsus FP-2 tipli raketdaşıyan dronun yeni görüntüsü yayılıb. Dron S-5 tipli idarə olunmayan raket podları ilə təchiz edilib. Ümumilikdə aparat 8 ədəd belə raket daşıyır. İdarə olunan rejimdə təxminən 500 km məsafədə hədəfi vurmaq qabiliyyətinə malikdir. Avtomatlaşdırılmış uçuş və koordinatlar üzrə buraxılış rejimində isə bu məsafə 1000 km-dən çox ola bilər. S-5 raketlərinin ən geniş yayılmış versiyasında döyüş başlığının ümumi çəkisi təxminən 815 qramdır, bunun da cəmi 285 qramı partlayıcı maddədən ibarətdir. Raketlərin dəqiqliyi aşağı olduğuna görə belə sistemlə əsasən zirehsiz və qorunmayan hədəfləri – məsələn, avtomobilləri və ya yanacaq anbarlarını vurmaq mümkündür. Bu istiqamət hələ yeni inkişaf mərhələsindədir. Əvvəllər kamikadze dronlar da zəif döyüş başlıqları və qısa məsafələrlə başlamışdı. Gələcəkdə daha ağır raketlərin, məsələn S-8 və ya S-13 tipli mərmilərin tətbiqi, daha sonra isə onların idarə olunan versiyalarının istifadəsi mümkündür.

Naməlum İran zenit-raket sisteminin görüntüləri paylaşılıb. Görünüşü Rusiyanın “Pantsir-S1” kompleksinə bənzəyir, amma üzərin
+1
Naməlum İran zenit-raket sisteminin görüntüləri paylaşılıb. Görünüşü Rusiyanın “Pantsir-S1” kompleksinə bənzəyir, amma üzərində top silahı yoxdur. Bu səbəbdən ya sadələşdirilmiş versiya, ya da ümumiyyətlə maket ola biləcəyi ehtimal olunur. Kadrların yeraltı bir hərbi bazada çəkildiyi güman edilir və sistemin üzərində yüngül zədələr görünür.

+3
Ukrayna FP-2 tipli dronlarının, Xəzər dənizində yerləşən Proyekt 21630 “Buyan” kiçik artilleriya gəmisinə zərbələri. Bu gəmi öz davamçısı olan Proyekt 21631 “Buyan-M” raket gəmisinə bənzəyir, lakin ölçücə daha kiçikdir, bəzi detallarda fərqlənir və “Kalibr” qanadlı raketlərinin daşıyıcısı deyil. Formal olaraq “Buyan” sinifli gəmilər iki 30 mm-lik AK-630 artilleriya qurğusu və qısa mənzilli 3M-47 “Gibka” zenit-raket kompleksi ilə təchiz olunur ki, bu da nəzəri olaraq belə hədəflərə qarşı müdafiə imkanı verir. Lakin artıq bir neçə dəfə müşahidə olunduğu kimi, praktikada bu tip özünümüdafiə vasitələri kifayət etmir.

KXDR mediası yeni raket sistemlərinin növbəti sınaqları barədə məlumat verir. KXDR-in Raketqayırma Baş İdarəsi və Milli Müdaf
+5
KXDR mediası yeni raket sistemlərinin növbəti sınaqları barədə məlumat verir. KXDR-in Raketqayırma Baş İdarəsi və Milli Müdafiə Akademiyası 26 may tarixində milli müdafiənin beşillik inkişaf planı çərçivəsində artilleriya və raket qüvvələrinin modernləşdirilməsi proqramına uyğun olaraq yeni çoxməqsədli raket buraxılış sistemi və taktiki qanadlı raketlərin yaylım atəşi sisteminin sınaqlarını həyata keçirib. Bu sınaqlarda xüsusi təyinatlı taktiki ballistik raketin döyüş başlığının gücü, 240 mm-lik uzaq mənzilli idarə olunan reaktiv sistem mərmisinin yüksək dəqiqlikli özünüidarə edən naviqasiya sisteminin etibarlılığı, həmçinin süni intellekt texnologiyası ilə idarə olunan taktiki qanadlı raketin dəqiqliyi təhlil edilib və qiymətləndirilib. Birinci nümunə Şimali Koreyanın ilk dəfə paradda nümayiş etdirildikdən sonra qeyri-rəsmi olaraq “Çuçxe” adlandırılan çoxkalibrli raket kompleksidir. Bu sistemdən daha əvvəl “Hwasong-11Ra” operativ-taktiki raketi və 240 mm-lik idarə olunan reaktiv mərmilər buraxılıb.

Paradda göstərilən Vaan-200 yada Shchit-200 amma əsil adı ilə Fransız Ground Master 200 — orta mənzilli yerüstü radiolokasiya
+1
Paradda göstərilən Vaan-200 yada Shchit-200 amma əsil adı ilə Fransız Ground Master 200 — orta mənzilli yerüstü radiolokasiya stansiyası. Qırıcılar, helikopterlər, idarə olunan və qanadlı raketlər, pilotsuz uçuş aparatları daxil olmaqla hava hədəflərini 250 km-ə qədər məsafədə və 24 km-ə qədər hündürlükdə aşkar edir, həmçinin 100 km-ə qədər məsafədə hədəf təyinatı həyata keçirir. RLS hava məkanına nəzarət üçün, qısa və orta mənzilli zenit-raket komplekslərinin tərkibində, eləcə də raket və artilleriya hücumlarına qarşı mübarizə sistemlərində istifadə oluna bilər. Stansiyada qallium nitridi (GaN) əsaslı qəbuledici-ötürücü modullardan istifadə olunur.

Nizak üçün Çin istehsalı GAM-102LR-in erməni variantı deyilsə də, sistemlərin quruluşlarında bariz fərqlər var. Buna görə də, Nizakın parametrləri barədə nəsə demək çətindir. Verilən parametrlər Gam-102 üçün nəzərdə tutulub.

Burdakı bir çox sistem alınaraq özünküləşdirilmiş sistemlərdir.

Vorot-1 elə ASN-301 in özüdür.

Vorot-2 olaraq təqdim edilən kamikaze PUA-sı Çin istehsalı ASN-301 kamikaze radar əleyhinə PUA-sının çoxlu konteynerdən burax
Vorot-2 olaraq təqdim edilən kamikaze PUA-sı Çin istehsalı ASN-301 kamikaze radar əleyhinə PUA-sının çoxlu konteynerdən buraxılışa uyğunlaşdırılmış variantıdır.

Zirehli texnika, artilleriya və raket sistemləri Volk — robot sistemi Bastion — Fransa istehsalı zirehli maşın Tata — Hindistan istehsalı zirehli maşın RBOA — piyadalar üçün raket buraxıcısı TOS-1A — ağır artilleriya sistemi Skorpion — zenit-raket sistemi Tor-M2KM — zenit-raket sistemi Lusan — zenit-raket sistemi (25 km məsafədə eyni vaxtda 16 hava hədəfini vurmaq qabiliyyəti) Kornet — tank əleyhinə raket sistemi Nizak — tank əleyhinə raket sistemi Hrazdan — 82 mm minaatan (yerli istehsal) Sevan — 120 mm minaatan (yerli istehsal) Atlant — 122 mm çoxməqsədli raket sistemi D-30 — 122 mm haubitsa Tork — haubitsa Tir — 155 mm raket sistemi Mher — özüyeriyən artilleriya qurğusu Aramazd — 155 mm özüyeriyən artilleriya qurğusu Shant — çoxməqsədli raket sistemi Radar və radioelektron mübarizə sistemləri Tuman (Duman) — radar sistemi (hava hədəflərinin aşkarlanması və təyyarələrin peyk qəbuledicilərinin yatırılması üçün) Shchit-200 — radar sistemi Paylatsu — radar sistemi Vorot-1 — antiradar sistemi Pilotsuz uçuş aparatları (PUA) Molniya (İldırım) — zərbə dronu AW-5A — kəşfiyyat PUA-sı (yerli istehsal) Pçela-5 (Bee-5) — zərbə PUA-sı (yerli istehsal) SPM-1 — kəşfiyyat PUA-sı Dev-1-1 — kəşfiyyat-zərbə PUA-sı Fırtına — kəşfiyyat PUA-sı BIP-10 — kəşfiyyat PUA-sı UL-450 — kəşfiyyat PUA-sı Dev-4 — hücum PUA-sı Dev-K — hücum PUA-sı Vorot-2 — hücum PUA-sı Luk (Agheg) — təyyarə tipli PUA

Ermənistanın başqa yerli istehsal olan silahları: "Razdan" (82 mm) və "Sevan" (120 mm) minaatanları "Atlant" kiçik çoxməqsədli reaktiv sistemləri. AW5R, SBN1, UN350, "Shtorm-320" və UL-450 kəşfiyyat dronları. "Pçela-1" və "Pçela-5" hücum dronları.

Nizak barədə ermənilərin yaydığı məlumat. “Nizak” — beşinci nəsil uzun mənzilli tank əleyhinə idarə olunan raketdir. >Təsir m
Nizak barədə ermənilərin yaydığı məlumat. “Nizak” — beşinci nəsil uzun mənzilli tank əleyhinə idarə olunan raketdir. >Təsir məsafəsi — 10 km-ə qədər >Zireh deşmə qabiliyyəti — 1000 mm-ə qədər homogen zireh >İdarəetmə sistemi — “at və unut” prinsipi >Raket 30 dərəcə bucaq altında start götürür, yüksəklik qazanır və hədəfi yuxarı yarımkürədən vurur Məlumat ötürülməsi üçün simsiz rabitə — uçuş zamanı yönləndirməni yeniləməyə və hədəfi korreksiya etməyə imkan verir.

Bir dənədə AGM-158 JASSM vurub.

Yüksək dəqiqlikli raket kompleksi “Nizak”. Nizak” (erməni dilində: Նիզակ) Ermənistanın müdafiə sənayesi kompleksi tərəfindən
Yüksək dəqiqlikli raket kompleksi “Nizak”. Nizak” (erməni dilində: Նիզակ) Ermənistanın müdafiə sənayesi kompleksi tərəfindən hazırlanmış müasir bir sistem kimi təqdim olunur. Bu silah yüksək dəqiqlikli reaktiv sistem olaraq təsvir edilir. O, zirehli texnikanı, istehkamları, fortifikasiya qurğularını və canlı qüvvəni yüksək dəqiqliklə məhv etmək üçün nəzərdə tutulub.