en
Feedback
Ormilitarism

Ormilitarism

Open in Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Show more
7 140
Subscribers
+524 hours
-47 days
-6930 days
Posts Archive
FP-5 “Flamingo” qanadlı raketlərinin gecə uçuşunun və A-50U E&AW təyyarəsinin iştirakı ilə onların vurulduğu məntəqələrin viz
+1
FP-5 “Flamingo” qanadlı raketlərinin gecə uçuşunun və A-50U E&AW təyyarəsinin iştirakı ilə onların vurulduğu məntəqələrin vizuallaşdırılması: ▪️Belqorod vilayətində – 2 raket vurulub; ▪️Voronej vilayətində – 1 raket vurulub; ▪️Lipetsk vilayətində – 2 raket vurulub; ▪️Penza vilayətində – 1 raket vurulub. Beləliklə, buraxılan bütün 6 “Flamingo” raketi uğurla məhv edilib. Maraqlıdır ki, uçuş marşrutunu qarşı tərəfin müəyyən etdiyi Rusiya hava hücumundan müdafiə sistemlərinin yerləşmə xəritəsi ilə üst-üstə qoyduqda, marşrut məhz bu sistemlərin cəmləşdiyi bəzi nöqtələrdən keçib və raketlər də elə həmin ərazilərdə vurulub. Hazırda bir hücumda buraxılan qanadlı raketlərin sayı çox deyil və onlar tez-tez istifadə olunmur, buna görə də yaratdıqları təhlükə nisbətən məhduddur. Hava hücumundan müdafiə sistemi ilə A-50 təyyarəsinin birgə fəaliyyəti isə bu cür təhdidlərə effektiv şəkildə qarşı dura bilir.

+6
Yanacaqdaşıyan maşınlara zərbələr mövzusunun informasiya məkanından kənarda qalmasına və onun “Wildberries” anbarlarına endirilən zərbələrlə əvəz olunmasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri bu cür hücumları dayandırmır, əksinə, buna yeni dronları da cəlb edir. Yayımlanan kadrlarda Zaporojye vilayətinin Primorsk rayonu yaxınlığında bir kolon daxilində bir neçə yanacaqdaşıyan maşının eyni vaxtda vurulduğu görünür. Hücumun açıq şəkildə koordinasiyalı və hazırlanmış olduğu nəzərə çarpır, buna görə də kalonda bir neçə müşayiət avtomobilinin olması nəticə verməyib.

Ümumi bilik və dünyagörüşünü artırmaq üçün. Layihə 21300S aid baş xilasedici gəmi – “İqor Belousov” 2015-ci ilin sonunda Rusi
+5
Ümumi bilik və dünyagörüşünü artırmaq üçün. Layihə 21300S aid baş xilasedici gəmi – “İqor Belousov” 2015-ci ilin sonunda Rusiya Hərbi Dəniz Donanmasının tərkibinə qəbul edilib və Sakit Okean Donanmasında xidmət edir. Layihə 21300S “İqor Belousov” gəmisinin əsas avadanlıqları Böyük Britaniyadan (Şotlandiya) “Divex” şirkəti tərəfindən istehsal olunub və təchiz edilib. Buraya xüsusilə GVK-450 dərinlik dalğıc kompleksi və digər sistemlər daxildir. Şotlandiyanın “Divex” şirkəti müxtəlif təyinatlı kompleks dalğıc sistemlərinin, peşəkar dalğıc təşkilatları üçün avadanlıqların, dərinlik dalğıc ləvazimatlarının və hərbi sualtı təchizatın hazırlanması üzrə dünyanın aparıcı şirkətlərindən biridir. 30 ildən artıq fəaliyyəti ərzində şirkət NATO ölkələrinin Hərbi Dəniz Qüvvələri və digər xarici sifarişçilər üçün 100-dən çox dərinlik dalğıc sistemini istismara verib.

+2
Rusiya Hərbi Dəniz Donanması və Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələrinin dənizçiləri Cənubi Çin dənizində keçirilən təlimlər zamanı dəniz dibində qalan sualtı qayıqların ekipajlarının xilas edilməsi üzrə məşqlər aparıblar. Rusiya tərəfindən təlimlərdə “İqor Belousov” xilasedici gəmisinin və “Ufa” dizel-elektrik sualtı qayığının ekipajları iştirak edib. Gəmi və sualtı qayığın keçidini Yaponiya hərbçiləri müşahidə ediblər.

Dünən Rusiyanın mobil qrupları tərəfindən atıcı silahlarla vurulan Ukrayna dronu çimərliyə düşüb. Partlayış nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər ölüb, 40 nəfər yaralanıb. Hadisə Rusiyanın Gelencik şəhərində baş verib.

Flamingo qanadı raketinin standartlardan daha aşağı səviyyədə uçuşu görüntülənib.

Buna baxmayaraq, bu temp qorunarsa, dördüncü peyk qrupu 2027-ci ilin martına qədər orbitə çıxarıla bilər və həmin ikin yay or
Buna baxmayaraq, bu temp qorunarsa, dördüncü peyk qrupu 2027-ci ilin martına qədər orbitə çıxarıla bilər və həmin ikin yay ortalarına doğru peyklər Ukrayna üzərində sutkalıq fasiləsiz örtük təmin edə biləcəklər. Terminalların xüsusiyyətlərini və layihənin ümumi inkişaf kontekstini nəzərə alaraq, onların seriyalı istehsalından sonra qısa müddətdə Rusiya Silahlı Qüvvələrinin bölmələrinə daxil ediləcəyi, burada idarəetmə məntəqələri ilə yanaşı kamikadze dronlara inteqrasiya oluna və digər silah sistemlərinin yönləndirilməsi üçün istifadə edilə biləcəyi gözlənilir.

İyulun sonunda orbitə 16 peykdən ibarət ikinci qrup çıxarılıb. Mövcud yerləşdirmə tempi saxlanılarsa, ikinci qrupun peykləri
İyulun sonunda orbitə 16 peykdən ibarət ikinci qrup çıxarılıb. Mövcud yerləşdirmə tempi saxlanılarsa, ikinci qrupun peykləri oktyabr-noyabr aylarında uyğun hündürlüklərə çatacaq və əlavə iki “rabitə pəncərəsi” təmin edəcək. Rəsmi olaraq elan edilmiş qrafikə görə, kommersiya istismarının 2027-ci ildə başlanması planlaşdırılır. Daha əvvəl 2027-ci ilə qədər peyklərin sayını 250-yə, 2030-cu ilə qədər 730-a, 2035-ci ildə isə 900-dən çoxa çatdırmaq planları səsləndirilmişdi. Lakin belə qrafikin təmin edilməsi üçün ayda təxminən 16 peykin buraxılışı tələb edilir. Halbuki hazırda buraxılışlar təxminən dörd ayda bir dəfə həyata keçirilir.

“Büro 1440” tərəfindən hazırlanmış “Rassvet” sisteminə aid peyklər Ukrayna üzərində bir neçə saatlıq sabit rabitə təmin edəcə
“Büro 1440” tərəfindən hazırlanmış “Rassvet” sisteminə aid peyklər Ukrayna üzərində bir neçə saatlıq sabit rabitə təmin edəcək sahəyə çatıb. N2YO xidmətinin məlumatına görə, peyklər elə orbitlərdə yerləşir ki, onlar sutkada dörd dəfə Ukrayna üzərində görünmə zonasından keçir. Lakin bu keçidlərin yalnız iki-üç dəfəsində peyklər üfüqdən kifayət qədər yüksəklikdə olur və yerüstü terminallarla sabit rabitə yaratmaq mümkün olur. Tam formasiya üçün təxminən bir saatdan bir saat yarıma qədər davam edən hər keçid zamanı “rabitə pəncərəsi” yaranır. Bu müddət ərzində Rusiya Silahlı Qüvvələri nəzəri olaraq peyk terminallarından istifadə edərək kamikadze dronları və pilotsuz suüstü aparatları idarə edə bilər.

+2
Odessa vilayətinin Zatoka qəsəbəsindəki körpüyə endirilən zərbələr nəticəsində körpünün şimal hissəsindəki aşırım çöküb. Körpü 2022-ci ildən bəri dəfələrlə Rusiya Silahlı Qüvvələrinin hədəfinə çevrilib və “İskander”, X-59MK2, UMPK ilə təchiz edilmiş FAB bombaları, “Geran” dronları və hətta pilotsuz suüstü aparatlarla vurulub. Lakin körpünün qaldırıcı mexanizmlərini və dayaqlarını sıradan çıxarmaq cəhdləri geniş silah çeşidinə baxmayaraq uğurla nəticələnməyib.

Krivoy Roqda yerləşən logistika mərkəzinin “Geran-4 seeker” kamikadze tipli pilotsuz uçuş aparatları ilə vurulması.

+3
“Geran-2 seeker”, “Gerbera seeker” kamikadze tipli pilotsuz uçuş aparatlarının və “Lancet” tipli döyüş sursatının Odessa və Çernomorsk rayonunda üç yük gəmiyə endirdiyi zərbələr.

Ötən gün 16 ədəd Çinə məxsus hərbi nəqliyyat təyyarəsi Tehran Mahabad hava limanına eniş edib.
Ötən gün 16 ədəd Çinə məxsus hərbi nəqliyyat təyyarəsi Tehran Mahabad hava limanına eniş edib.

“Ukrainskaya Pravda” yazır ki, əvvəllər vəzifədən azad olunmuş Sırskinin tabeliyində olan Ukrayna Silahlı Qüvvələrinin hücum
“Ukrainskaya Pravda” yazır ki, əvvəllər vəzifədən azad olunmuş Sırskinin tabeliyində olan Ukrayna Silahlı Qüvvələrinin hücum alayları şəxsi heyətlə təminatın dayandırıldığını bildiriblər. Nəşrin məlumatına görə, 425-ci “Skala” əlahiddə hücum alayı və 225-ci əlahiddə hücum alayı artıq ehtiyat batalyonlarından, SHÇDX-dan və digər bölmələrdən köçürmələr yolu ilə yeni şəxsi heyət qəbul etmir. Məlumatda qeyd olunur ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin bütün hücum alaylarında narahatlıq hökm sürür. Bunun səbəbi isə yeni baş komandan Drapatının bu alayları ümumiyyətlə ləğv edə biləcəyi ilə bağlı qorxulardır.

4,5 aylıq təmirdən sonra İsraildəki Ben Qurion hava limanında, İraq üzərində havada toqquşmadan sağ çıxan ABŞ-a məxsus KC-135
4,5 aylıq təmirdən sonra İsraildəki Ben Qurion hava limanında, İraq üzərində havada toqquşmadan sağ çıxan ABŞ-a məxsus KC-135 yanacaqdaşıyan təyyarə bu səhər İsraildən ABŞ-a yola düşüb. Hadisə 13 mart 2026-cı ildə baş verib. Qəza iki KC-135 təyyarəsinin İrana zərbə endirmək üçün uçan qırıcıları havada yanacaqla təmin etdiyi zaman baş verib. Yanacaqdaşıyan təyyarələrdən biri qəzaya uğrayaraq altı ABŞ ekipaj üzvünün ölümünə səbəb olub. Digər təyyarə isə quyruğunun bir hissəsini itirməsinə baxmayaraq İsraildə təcili eniş edə bilib.

+1
Ukraynanın pilotsuz uçuş aparatları gecə ərzində Rusiyanın müxtəlif mühüm obyektlərinə zərbələr endirib. Hədəflərdən biri Novoselkidə yerləşən Wildberries logistika mərkəzi olub və bu, şirkətin Volqa bölgəsinə xidmət göstərən əsas paylama mərkəzlərindən birinin fəaliyyətini pozub. PUA-lar həmçinin Rusiyanın əsas yanacaq emalı müəssisələrindən biri olan Saratov neft emalı zavoduna da zərbə endirib. Bundan əlavə, Rusiyanın Saratov vilayətində yerləşən Engels hərbi aviabazasına da zərbə endirildiyi barədə məlumatlar yayılıb.

50 il sonra yaşasam öz nəvələrimə sənin ən axırıncı adam olduğunu danışacam Trump.

ABŞ Prezidenti Donald Tramp tərəflər arasında razılaşmanın ən qısa zamanda bağlanması şərtilə İrana planlaşdırılan zərbəni ləğv etdiyini bildirib.

Müharibə siqnalları yenə verilir, əgər indiyədək gedən müharibə deyildisə indi nə olacaq? Bütün bu yarım il boyunca gedən voleybolda ilk dəfədir İranın cənub istiqamətində quru qoşunlarının yerdəyişmə xəbərləri dərc olundu.

Ağlı başında olan istənilən insan (burda general olmağa, ali hərbi lisey və ya məktəb bitirməyə ehtiyac yoxdur) bu istiqamətdə bu səviyyədə ordu cəmləşdirməz. Çünki İranın kor nöqtəsidir və istənilən hava zərbəsinə açıqdır. Orda əgər qüvvələr cəmləşibsə heçnə etmədən tarixdən silinəcəklər.