es
Feedback
Ormilitarism

Ormilitarism

Ir al canal en Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Mostrar más
7 303
Suscriptores
-424 horas
-237 días
-6730 días
Archivo de publicaciones
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib ki, Ukrayna dronları Belarusun sərhəd infrastruktur
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib ki, Ukrayna dronları Belarusun sərhəd infrastrukturlarına hücum etməyə cəhd edir. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri demək olar hər gün Ukrayna ilə Belarus sərhədini keçən döyüş dronlarını qeydə alır. Bəzi hallarda bu dronlar Belarus ərazisinə düşür. Volfoviç qeyd edib ki, bu hadisələrin bəziləri təsadüfi deyil, konkret olaraq sərhəd obyektlərini vurmaq cəhdidir. O əlavə edib ki, təkcə son bir həftədə belə 116 belə hal qeydə alınıb və onların 59-da hava hücumundan müdafiə vasitələri istifadə olunub.

Ukrayna mənbələrinə görə, “Drujba” adlı yelkənli təlim gəmisi Odessa limanında rus dəniz dronu tərəfindən vurulub. Bu gəmi rə
+2
Ukrayna mənbələrinə görə, “Drujba” adlı yelkənli təlim gəmisi Odessa limanında rus dəniz dronu tərəfindən vurulub. Bu gəmi rəsmi olaraq Ukrayna donanmasına daxildir, amma döyüş gəmisi deyil, sadəcə təlim üçündür. Yəni hərbi gücü yoxdur. Buna görə belə bir hədəfin seçilməsi qəribə görünür. Ehtimal edilir ki, dron operatoru uyğun hərbi hədəf tapmayıb və yaxınlıqda nə varsa ona zərbə endirib. Çünki əvvəllər bu gəminin yanında hərbi katerlər dayanırdı.

Gələk Ad-08 məsələsinə bu sistem bizim bütün aviasiyamız üçün bir başa təhdid rolunu oynayır. Çünki mövcud aviasiyasıyamızdakı bütün vasitələr (Jf17 lər xaric) bu sistemin əməliyyat tavanının altındadır.

ABŞ İrana qarşı “Livan modelini” tətbiq etməyə çalışır. Yəni birbaşa genişmiqyaslı müharibəyə getmədən, daha kiçik və məhdud hücumlar həyata keçirilir. Bu hücumlar elə səviyyədə olur ki, qarşı tərəf tammiqyaslı cavab vermək üçün yetərli əsas tapmır.

Bəndər Abbas istiqamətindəki zərbələr qısa xarakterlidir.

Rostex Birləşmiş Aviasiya Korporasiyası Rusiya Hərbi-Kosmik Qüvvələrinə yeni Su-35S qırıcılarının növbəti partiyasını təhvil
+4
Rostex Birləşmiş Aviasiya Korporasiyası Rusiya Hərbi-Kosmik Qüvvələrinə yeni Su-35S qırıcılarının növbəti partiyasını təhvil verib. Su-35S qırıcılarının əvvəlki partiyası bu ilin aprel ayında təhvil verilmişdi.

Ukraynaya məxsus FP-2 kamikadze dronlarının döyüş başlığının çəkisi 200 kq-a qədər artırılıb, uçuş məsafəsi isə 370 kilometrə
+6
Ukraynaya məxsus FP-2 kamikadze dronlarının döyüş başlığının çəkisi 200 kq-a qədər artırılıb, uçuş məsafəsi isə 370 kilometrə qədər genişləndirilib. “Fire Point” şirkətinin rəhbəri Denis Ştilermanın sözlərinə görə, şirkət FP seriyalı dronlar üçün öz istehsalı olan mühərriklərdən istifadə etməyə keçib. Bu, istehsalın genişləndirilməsi və digər komponentlərin də daxili istehsalla əvəz olunması ilə birlikdə dronların maya dəyərini azaltmağa imkan verib.

“Hizbullah”ın FPV-dronlarla İsrail texnikasına endirdiyi zərbələrin sayı həddən artıq çoxalıb. Zərbələr getdikcə daha çox məq
+9
“Hizbullah”ın FPV-dronlarla İsrail texnikasına endirdiyi zərbələrin sayı həddən artıq çoxalıb. Zərbələr getdikcə daha çox məqsədli şəkildə İsrail Müdafiə Qüvvələrinin daha zəif zirehli texnikasına – zirehli maşınlara, yük avtomobillərinə, rabitə vasitələrinə və ekskavatorlara yönəldilir. Çünki bu tip hədəflər yaxşı qorunan tank və ağır zirehli transportyorlardan fərqli olaraq FPV-dronlarla daha etibarlı şəkildə məhv edilə bilir.

Kamikadze tipli Hornet dronları cəbhə xəttindən uzağa 150 km-dən çox məsafə qət edərək “DXR” ilə Rostov vilayəti arasındakı i
+2
Kamikadze tipli Hornet dronları cəbhə xəttindən uzağa 150 km-dən çox məsafə qət edərək “DXR” ilə Rostov vilayəti arasındakı inzibati sərhəddə yerləşən Veselo-Voznesenka buraxılış məntəqəsinə qədər çatır. DXR-ə giriş zamanı iri yük maşınları ciddi yoxlanılmasa da, Rostov vilayətinə çıxışda adətən minik və yük avtomobillərinin uzun növbələri yaranır. Əgər Ukrayna Veselo-Voznesenka məntəqəsinə tez-tez uçuş həyata keçirə bilsə, orada toplanan avtomobillər Ukrayna dron operatorları üçün asan hədəfə çevrilə bilər. Növbədə və ya yoxlama zamanı dayanan mülki yük maşınları və yanacaq daşıyan avtomobillər asanlıqla vurula bilər. Faktiki olaraq bu məntəqə Ukrayna Silahlı Qüvvələri üçün əlverişli “dar boğaz” rolunu oynayır. Yollarda hədəf axtarmağa ehtiyac qalmır.

Kamikadze tipli Hornet dronları cəbhə xəttindən uzağa 150 km-dən çox məsafə qət edərək “DXR” ilə Rostov vilayəti arasındakı i
+2
Kamikadze tipli Hornet dronları cəbhə xəttindən uzağa 150 km-dən çox məsafə qət edərək “DXR” ilə Rostov vilayəti arasındakı inzibati sərhəddə yerləşən Veselo-Voznesenka buraxılış məntəqəsinə qədər çatır. DXR-ə giriş zamanı iri yük maşınları ciddi yoxlanılmasa da, Rostov vilayətinə çıxışda adətən minik və yük avtomobillərinin uzun növbələri yaranır. Əgər Ukrayna Veselo-Voznesenka məntəqəsinə tez-tez uçuş həyata keçirə bilsə, orada toplanan avtomobillər Ukrayna dron operatorları üçün asan hədəfə çevrilə bilər. Növbədə və ya yoxlama zamanı dayanan mülki yük maşınları və yanacaq daşıyan avtomobillər asanlıqla vurula bilər. Faktiki olaraq bu məntəqə Ukrayna Silahlı Qüvvələri üçün əlverişli “dar boğaz” rolunu oynayır. Yollarda hədəf axtarmağa ehtiyac qalmır.

Belarusun mobil əməliyyat qrupları Lidada yerləşən aerodroma dron hücumunun dəf edilməsi üzrə keçirilən nümayiş xarakterli tə
+3
Belarusun mobil əməliyyat qrupları Lidada yerləşən aerodroma dron hücumunun dəf edilməsi üzrə keçirilən nümayiş xarakterli təlimlər zamanı. ZPU-4 ilə təchiz olunmuş yük maşını, PKM pulemyotu olan UAZ “Fermer” və AK-74 üçün çoxlüləli qurğu.

Gürcüstan Quru Qoşunlarının aviasiya və hava hücumundan müdafiə briqadasına məxsus Mi-24V nəqliyyat-döyüş helikopteri. Əsaslı
+3
Gürcüstan Quru Qoşunlarının aviasiya və hava hücumundan müdafiə briqadasına məxsus Mi-24V nəqliyyat-döyüş helikopteri. Əsaslı təmir və modernizasiyadan sonra. Gürcüstanın Su-25 və Mi-24 təyyarə və helikopterlərinin əsaslı təmiri və modernizasiyası Gürcüstanın keçmiş müdafiə naziri İrakli Qaribaşvili tərəfindən təsdiq edilmiş Müdafiə Qüvvələrinin İnkişaf Planı çərçivəsində həyata keçirilir. Layihə təyyarə və helikopterlərin bərpası və modernizasiyası ilə paralel olaraq şəxsi heyətin hazırlanmasını və yenidən hazırlanmasını, həmçinin müvafiq infrastrukturun yaradılmasını da nəzərdə tutur.

Qurban bayramınız mübarək əziz izləyicilər.
Qurban bayramınız mübarək əziz izləyicilər.

İran Ermənistana Ad-08 Majid satıb
İran Ermənistana Ad-08 Majid satıb

Ukrayna cəbhədə robotların istifadəsini genişləndirməyə davam edir. Videoda yaralının yarı mühasirədən zirehli kapsullu robot vasitəsilə evakuasiya olunması prosesi göstərilir. Hərəkət zamanı dron piyada əleyhinə minaya düşsə də, yoluna davam edə bilib və uğurla təyinat yerinə çatıb. Kadrda yol boyu çoxlu sayda yanmış Ukrayna zirehli texnikası, avtomobillər və digər texnikalar görünür.

Rus FSB-si bildirir ki, dalğıclar tərəfindən Baltik dənizindəki Ust-Luqa limanında “Arrhenius” adlı LPG tankerinin gövdəsinə
+1
Rus FSB-si bildirir ki, dalğıclar tərəfindən Baltik dənizindəki Ust-Luqa limanında “Arrhenius” adlı LPG tankerinin gövdəsinə iki ədəd maqnit mina yerləşdirildiyi aşkar edilib. Hər birində təxminən 7 kq partlayıcı olan bu qurğular mühərrik bölməsinə yaxın yerləşdirilib və Rusiya təhlükəsizlik xidmətləri tərəfindən zərərsizləşdirilib. Moskva bu minaların NATO istehsalı olduğunu iddia edib və onların gəmi Antverpen yaxınlığında lövbərdə olarkən yerləşdirildiyini bildirib. NATO isə bu iddianı təkzib edib.

ABŞ Ordusuna məxsus AH-64E Apache helikopteri 18 may tarixində Cənubi Koreyanın Pyeongtaek bölgəsində düyü sahəsinə qəza eniş
ABŞ Ordusuna məxsus AH-64E Apache helikopteri 18 may tarixində Cənubi Koreyanın Pyeongtaek bölgəsində düyü sahəsinə qəza enişi edib. Uçuş zamanı ekipaj mühərrikdə nasazlıq aşkarladığı üçün helikopter yerə endirilib. Hər iki pilot xəsarət almayıb və helikopter zərər görməyib.

Böyük Britaniyadakı RAF Mildenhall bazasında döyüşdə zədələnmiş ikinci KC-135 yanacaq təyyarəsi aşkar olunub. Alyaska Milli Q
Böyük Britaniyadakı RAF Mildenhall bazasında döyüşdə zədələnmiş ikinci KC-135 yanacaq təyyarəsi aşkar olunub. Alyaska Milli Qvardiyasına məxsus bu təyyarə Təl-Əvivdən gəlib. Onun quyruq hissəsində və qanad elementlərində qəlpə izləri və təmir yerləri var. Bundan əlavə, havada yanacaq doldurma qurğusu (boom) tamamilə yoxdur. 2026-cı ilin martında İranın Səudiyyə Ərəbistanındakı Prince Sultan aviabazasına hücumu zamanı ən azı 5 belə təyyarə zədələnib.

Hizbullah ilk dəfə olaraq gecə vaxtı FPV dronla İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə zərbə endirilməsini göstərən görüntülər yayımlayıb.

Rusiya diplomatlara və xarici vətəndaşlara Ukraynanın komanda mərkəzləri və müdafiə obyektlərinə planlaşdırılan zərbələrdən əvvəl Kiyevi tərk etmələri barədə xəbərdarlıq edib. Moskva hücumların “qərarvermə mərkəzlərini” hədəf alacağını bildirib, lakin onların nə vaxt başlayacağını dəqiqləşdirməyib.