en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

ecogovaz

ecogovaz

Open in Telegram

Təbiəti dəyişmə, özünü dəyiş!

Show more
727
Subscribers
No data24 hours
No data7 days
-1730 days
Posts Archive
“Liderliyin əsasları və idarəetmə”mövzusunda təlim təşkil olunub Dövlət İmtahan Mərkəzi tərəfindən 21 oktyabr 2026-cı il tari
+4
“Liderliyin əsasları və idarəetmə”mövzusunda təlim təşkil olunub Dövlət İmtahan Mərkəzi tərəfindən 21 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Liderliyin əsasları və idarəetmə” mövzusunda təlim keçirilib. Dövlət qulluqçularının peşəkar potensialının artırılması, idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və insan kapitalının inkişafı məqsədilə rəhbər və icraçı vəzifələrdə çalışan əməkdaşlar üçün Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Miranə Rüstəmli tərəfindən “Liderliyin əsasları və idarəetmə” mövzusunda təlim təşkil olunub. Təlimin əsas məqsədi dövlət idarəçiliyində xidməti məsuliyyət, etik davranıs, nəticəyönümlü idarəetmə, effektiv kommunikasiya və komanda işinin təşkili üzrə müasir yanaşmaların mənimsənilməsindən ibarətdir. 📌 https://eco.gov.az/az/nazirlik/xeber?newsID=31469

📝 🍃 “Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib Təbiətin mühafizəsi, ekoloji dəyərlərin təbliği və ətraf mü
📝 🍃 “Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib Təbiətin mühafizəsi, ekoloji dəyərlərin təbliği və ətraf mühitə məsuliyyətli münasibətin təşviqi məqsədilə təşkil olunan “Təbiətin səsi” hekayə müsabiqəsi başa çatıb. Müsabiqə çərçivəsində iştirakçılar öz yaradıcı yanaşmaları ilə ekoloji problemlərə diqqət çəkib, təbiətin qorunmasının əhəmiyyətini vurğulayıb və gələcək nəsillər qarşısında məsuliyyətimizi hekayələr vasitəsilə ifadə ediblər. 🏅Müsabiqənin şərtlərində qeyd olunan meyarlar üzrə münsiflər heyətinin qiymətləndirməsi əsasında qaliblər müəyyənləşdirilib: ❇️ Leyla Nəsibli ❇️ Nərmin İsmayılzadə ❇️ Xatirə Nurgül Qaliblərlə yanaşı, Emil İmamverdizadə təqdim etdiyi hekayənin maraqlı və fərqli məzmunu nəzərə alınaraq həvəsləndirici yerə layiq görülüb. Qalibləri təbrik edir, müsabiqədə iştirak edən hər kəsə təbiətin səsinin daha geniş auditoriyaya çatdırılmasına və ətraf mühitin qorunması istiqamətində ictimai məsuliyyətin artırılmasına verdikləri töhfəyə görə təşəkkür edirik.

📝 🍃 “Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib Təbiətin mühafizəsi, ekoloji dəyərlərin təbliği və ətraf mü
📝 🍃 “Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib Təbiətin mühafizəsi, ekoloji dəyərlərin təbliği və ətraf mühitə məsuliyyətli münasibətin təşviqi məqsədilə təşkil olunan “Təbiətin səsi” hekayə müsabiqəsi başa çatıb. Müsabiqə çərçivəsində iştirakçılar öz yaradıcı yanaşmaları ilə ekoloji problemlərə diqqət çəkib, təbiətin qorunmasının əhəmiyyətini vurğulayıb və gələcək nəsillər qarşısında məsuliyyətimizi hekayələr vasitəsilə ifadə ediblər. 🏅Müsabiqənin şərtlərində qeyd olunan meyarlar üzrə münsiflər heyətinin qiymətləndirməsi əsasında qaliblər müəyyənləşdirilib: ❇️ Leyla Nəsibli ❇️ Nərmin İsmayılzadə ❇️ Xatirə Nurgül Qaliblərlə yanaşı, təqdim etdiyi hekayənin maraqlı və fərqli məzmunu nəzərə alınaraq Emil İmamverdizadə isə həvəsləndirici yerə layiq görülüb. Qalibləri təbrik edir, müsabiqədə iştirak edən hər kəsə təbiətin səsinin daha geniş auditoriyaya çatdırılmasına və ətraf mühitin qorunması istiqamətində ictimai məsuliyyətin artırılmasına verdikləri töhfəyə görə təşəkkür edirik.

📝 🍃 “Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib Təbiətin mühafizəsi, ekoloji dəyərlərin təbliği və ətraf mü
📝 🍃 “Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib Təbiətin mühafizəsi, ekoloji dəyərlərin təbliği və ətraf mühitə məsuliyyətli münasibətin təşviqi məqsədilə təşkil olunan “Təbiətin səsi” hekayə müsabiqəsi başa çatıb. Müsabiqə çərçivəsində iştirakçılar öz yaradıcı yanaşmaları ilə ekoloji problemlərə diqqət çəkib, təbiətin qorunmasının əhəmiyyətini vurğulayıb və gələcək nəsillər qarşısında məsuliyyətimizi hekayələr vasitəsilə ifadə ediblər. 🏅Müsabiqənin şərtlərində qeyd olunan meyarlar üzrə münsiflər heyətinin qiymətləndirməsi əsasında qaliblər müəyyənləşdirilib: ❇️ Leyla Nəsibli ❇️ Nərmin İsmayılova ❇️ Xatirə Nurgül Qaliblərlə yanaşı, təqdim etdiyi hekayənin maraqlı və fərqli məzmunu nəzərə alınaraq Emil İmamverdizadə isə həvəsləndirici yerə layiq görülüb. Qalibləri təbrik edir, müsabiqədə iştirak edən hər kəsə təbiətin səsinin daha geniş auditoriyaya çatdırılmasına və ətraf mühitin qorunması istiqamətində ictimai məsuliyyətin artırılmasına verdikləri töhfəyə görə təşəkkür edirik.

photo content
+4

📚 Gənclər üçün “III Yaşıl düşüncə” maarifləndirmə proqramına start verilib Gənclərin ekoloji biliklərinin, ətraf mühitin müh
+9
📚 Gənclər üçün “III Yaşıl düşüncə” maarifləndirmə proqramına start verilib Gənclərin ekoloji biliklərinin, ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığının artırılması və ekoloji məsuliyyət hissinin gücləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “III Yaşıl düşüncə” maarifləndirmə proqramına start verilib. Proqrama qoşulmaq üçün 450-yə yaxın gənc müraciət edib. İlkin müsahibə mərhələsini uğurla keçən 85 nəfər proqramın iştirakçısı seçilib. Oktyabr və noyabr aylarını əhatə edəcək proqramın ilk görüşündə ETSN-nin Rəqəmsallaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova iştirakçılara layihənin məqsədi, iştirak şərtləri, həyata keçiriləcək nəzəri və praktiki təlimlər barədə məlumat verib, gəncləri maraqlandıran sualları cavablandırıb. Proqramın davamında ETSN yanında Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Gülnarə Məmmədova “Meşələrin bərpası və dayanıqlı idarəetmə” mövzusunda təqdimatla çıxış edib. 📌 https://eco.gov.az/az/nazirlik/xeber?newsID=31451

Şahdağ Milli Parkı, Quba bölməsi #MilliParklar #NationalParksofAzerbaijan #Azerbaijannature #НациональныепаркиАзербайджана #E
+4
Şahdağ Milli Parkı, Quba bölməsi #MilliParklar #NationalParksofAzerbaijan #Azerbaijannature #НациональныепаркиАзербайджана #ETSN

🌳 Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib “Şəhərsalma və Memarlıq İli”
+8
🌳 Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə aksiyasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qoşulub. Əməkdaşların və ekokönüllülərin iştirakı ilə təşkil olunan aksiya çərçivəsində ərazidə Abşeron rayonunun torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın qorunmasına dəstək vermək, eləcə də gələcək nəsillər üçün daha sağlam və yaşıl mühit formalaşdırmaqdır.

Prezident İlham Əliyev oktyabrın 20-də “Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında” Sərəncam imzalayıb. https://president.az/az/articles/view/74217

❓Sizdən gələn sualları cavablandırırıq. “Sualdan cavaba” rubrikamızda ən çox maraq doğuran suallarınıza aydınlıq gətiririk.

Gənclərlə növbəti ekoloji maarifləndirici görüş Zərdabda keçirilib Gənclərin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığı
+3
Gənclərlə növbəti ekoloji maarifləndirici görüş Zərdabda keçirilib Gənclərin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığının artırılması və onlarda ekoloji mədəniyyətin formalaşdırılması məqsədilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə növbəti ekoloji maarifləndirici görüş Zərdab rayonunun Dəli Quşçu kənd tam orta məktəbində keçirilib. “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təşkil olunan görüş zamanı ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə, ekoloji tarazlığın təmin olunmasında gənclərin rolu barədə ətraflı məlumat verilib.

Hirkan Milli Parkı 📍 Lənkəran və Astara rayonları #MilliParklar #NationalParksofAzerbaijan #Azerbaijannature #Национальныепа
+3
Hirkan Milli Parkı 📍 Lənkəran və Astara rayonları #MilliParklar #NationalParksofAzerbaijan #Azerbaijannature #НациональныепаркиАзербайджана #ETSN

Peşə bayramı münasibətilə energetika sahəsində çalışan bütün əməkdaşları təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.
Peşə bayramı münasibətilə energetika sahəsində çalışan bütün əməkdaşları təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.

photo content

Tibbi tullantıların düzgün idarə olunması mövzusunda maarifləndirmə tədbiri keçirilib ETSN-in 11 saylı Regional Ekologiya və
+3
Tibbi tullantıların düzgün idarə olunması mövzusunda maarifləndirmə tədbiri keçirilib ETSN-in 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “Tibbi tullantıların düzgün idarə edilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə tibbi tullantıların idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri, tullantıların düzgün çeşidlənməsi, toplanması, daşınması və zərərsizləşdirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin tibbi tullantıların insan sağlamlığına və ətraf mühitə potensial təsirləri, bu sahədə qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə olunub. Maarifləndirmə tədbirinin əsas məqsədi tibbi tullantıların utilizasiyası ilə bağlı məlumatlılığın artırılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin mühafizəsi sahəsində düzgün yanaşmaların təşviqidir.

Qaragöl Dövlət Təbiət Qoruğunun yaranma günü ilə bağlı maarifləndirici tədbir keçirilib Qaragöl Dövlət Təbiət Qoruğunun əməkd
+1
Qaragöl Dövlət Təbiət Qoruğunun yaranma günü ilə bağlı maarifləndirici tədbir keçirilib Qaragöl Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Laçın rayonunun 2 nömrəli tam orta məktəbində qoruğun yaranma günü ilə əlaqədar maarifləndirici tədbir təşkil olunub. Tədbir zamanı Qaragöl Dövlət Təbiət Qoruğunun yaranma tarixi, ərazisinin təbii xüsusiyyətləri, mövcud vəziyyəti barədə şagirdlərə ətraflı məlumat verilib. Eyni zamanda, nadir bitki və heyvan növlərinin mühafizəsinin, təbii sərvətlərin qorunmasının və ekoloji tarazlığın təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə ekoloji düşüncənin formalaşdırılması, ətraf mühitə həssas münasibətin təşviqi və təbiətin mühafizəsi ilə bağlı maarifləndirmənin gücləndirilməsi olub.

🌳 Ağacəkmə aksiyası keçirilib Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə 20 oktyabr
+7
🌳 Ağacəkmə aksiyası keçirilib Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə 20 oktyabr-Energetiklər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan aksiya çərçivəsində 1 hektar ərazidə Eldar şamı və zeytun ağacları əkilib. Aksiyada Ekologiya və Təbii Sərvətlər, Energetika nazirlikləri, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin rəhbər və kollektiv heyəti, həmçinin ekokönüllülər iştirak edib. Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması istiqamətində birgə fəaliyyətin təşviq edilməsi, atmosferin çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən səmərəli istifadəyə diqqətin yönəldilməsidir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 20-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fa
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 20-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Şahdağ Milli Parkı, Qəbələ bölməsi #MilliParklar #NationalParksofAzerbaijan #Azerbaijannature #НациональныепаркиАзербайджана #ETSN

photo content