ch
Feedback
ecogovaz

ecogovaz

前往频道在 Telegram

Təbiəti dəyişmə, özünü dəyiş!

显示更多
745
订阅者
无数据24 小时
-57
-930
帖子存档
🌿 “Təbiətin səsi” hekayə müsabiqəsi elan olunur! 🌬️Təbiət danışır. Bəzən küləyin səsi ilə, bəzən quşların qanadlarında, bəz
🌿 “Təbiətin səsi” hekayə müsabiqəsi elan olunur! 🌬️Təbiət danışır. Bəzən küləyin səsi ilə, bəzən quşların qanadlarında, bəzən də sahilə can atan dalğalarla… Təbiətin səsini eşidirsiniz? Sizcə, o bizə nə demək istəyir? 👩‍💻 İndi söz sizdədir. Təbiətin səsini sözə çevirin. 🗓️ Müsabiqənin keçirilmə müddəti: 27 avqust – 27 sentyabr 2026-cı il 🏆 Ən yaxşı 3 hekayənin müəllifi mükafatlandırılacaq. 📌 Ətraflı məlumat və iştirak şərtləri: https://eco.gov.az/az/nazirlik/xeber?newsID=30863

🌳 Relikt meşələr: Minilliklərin qoruduğu təbii irs Relikt meşələr geoloji dövrlərdə baş vermiş iqlim dəyişiklikləri nəticəsində formalaşmış və qədim bitki örtüyünün günümüzədək qorunub saxlanıldığı unikal təbii ekosistemlərdir. Bu ekosistemlər keçmiş iqlim şəraitinin canlı izləri və bitki örtüyünün təkamülü haqqında qiymətli məlumat daşıyıcılarıdır. Geoloji dövrlərdə baş verən soyuma mərhələləri zamanı daha soyuq iqlimə uyğunlaşmış bitki növləri geniş ərazilərə yayılmışdır. Sonrakı istiləşmə dövrlərində isə həmin növlərin böyük hissəsi geri çəkilmiş, onların yerini mülayim və subtropik iqlimə uyğunlaşmış bitkilər tutmuşdur. Buna baxmayaraq, rütubətli və kölgəli vadilərdə, dağ yamaclarında və əlçatmaz sahələrdə bəzi qədim bitki növləri relikt forma kimi qorunub qalmışdır. Azərbaycanda relikt ekosistemlər əsasən Talış dağları, Hirkan meşələri və Zaqatala-Balakən bölgəsi ərazilərində yayılmışdır. Xüsusilə Hirkan tipli relikt meşələr Üçüncü dövrün bitki örtüyünün qalıqları hesab olunur. Bu ərazilərdə dəmirağacı, şabalıdyarpaq palıd, Hirkan şümşadı və digər nadir endemik növlərə rast gəlinir. Rütubətli iqlim və əlverişli mikroiqlim şəraiti sayəsində bu bitkilər minilliklər boyu öz mövcudluğunu qoruyub saxlamışdır. Bu baxımdan relikt ekosistemlər həm bioloji müxtəlifliyin qorunması, həm də iqlim dəyişmələrinin öyrənilməsi üçün mühüm elmi əhəmiyyət daşıyır. Bu səbəbdən Azərbaycandakı relikt ekosistemlərin xüsusi mühafizə olunan təbiət əraziləri kimi qorunması böyük əhəmiyyət daşıyır və onların gələcək nəsillər üçün saxlanılması ekoloji prioritet hesab olunur.

photo content

Axar-Baxar Milli Parkı 📍Qax, Samux və Yevlax rayonları #MilliParklar #NationalParksofAzerbaijan #Azerbaijannature #НациональныепаркиАзербайджана #ETSN

Milli Hidrometeorologiya Xidməti avqustun 27-30-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən k
Milli Hidrometeorologiya Xidməti avqustun 27-30-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. 📍Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəbrayılda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. 📍Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Culfa, Ordubadda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

“Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirici görüşlər keçirilib 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonunda fəaliyyət göstərən bir sıra müəssisələrdə “Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirici görüşlər keçirilib. Abşeron rayonunun Xırdalan şəhərində “A+CO” MMC-də, Məmmədli qəsəbəsində “Green Plast” MMC-də və Masazır qəsəbəsində “Bolluq LTD” MMC-də keçirilən görüşlər zamanı iştirakçılara ətraf mühitin mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin əsas müddəaları barədə ətraflı məlumat verilib. Görüşlərdə vətəndaşların və təsərrüfat subyektlərinin ekoloji hüquq və vəzifələri, təbii sərvətlərdən səmərəli və məsuliyyətli istifadə prinsipləri izah olunub, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə riayət edilməsinin əhəmiyyəti vurğulanıb. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən maarifləndirici tədbirlərin əsas məqsədi əhalinin ekoloji biliklərinin artırılması, ətraf mühitə həssas münasibətin formalaşdırılması və cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsidir.

photo content

Zaqatala Dövlət Təbiət Qoruğu #ProtectedareasofAzerbaijan #Azerbaijannature #ETSN
+6
Zaqatala Dövlət Təbiət Qoruğu #ProtectedareasofAzerbaijan #Azerbaijannature #ETSN

photo content

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 26-dan 29-dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonların
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 26-dan 29-dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4–8 dərəcə enəcəyi gözlənilir.

photo content
+3

Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı maarifləndirici görüşlər davam edir Tibb işçilərinin tibbi tullantıların idarə olunması ilə bağlı normativ tələblər barədə bilik və məlumatlılığının artırılması məqsədilə növbəti maarifləndirici görüşlər Bakı şəhəri, Tərtər və Zəngilan rayonlarında fəaliyyət göstərən tibb müəssisələrində keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən Binəqədi rayonunun 25 nömrəli şəhər poliklinikasında, Tərtər Rayon Mərkəzi Xəstəxanasında və Zəngilan rayonunun Ağalı kəndində yerləşən Ailə Sağlamlıq Mərkəzində keçirilən görüşlər zamanı iştirakçılara tibbi tullantıların növləri, onların təhlükəsizlik tələblərinə uyğun çeşidlənməsi, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Maarifləndirici görüşlərdə tibbi tullantıların təhlükəsiz idarə olunmasının ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunması və ictimai sağlamlığın mühafizəsində mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Şahdağ Milli Parkı, İsmayıllı bölməsi #MilliParklar #NationalParksofAzerbaijan #Azerbaijannature #НациональныепаркиАзербайджана #ETSN

🔋“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 262 kq işlənmiş batareya toplanaraq təhvil verilib Ekologiya
+7
🔋“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 262 kq işlənmiş batareya toplanaraq təhvil verilib Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti batareya yığımı uğurla başa çatıb. Layihə çərçivəsində ekokönüllülər tərəfindən ✅ 7 saylı Bakı "ASAN xidmət" mərkəzindən; ✅ “ASG Helicopter Services” şirkətindən; ✅ “Lankaran Springs” otelindən; ✅ “Araz” supermarketlər şəbəkəsinin Əhmədli, Azadlıq və Masazır filiallarından ümumilikdə 262 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib. İşlənmiş batareyaların düzgün toplanması və təhlükəsiz utilizasiyası ətraf mühitin mühafizəsi, torpaq və su ehtiyatlarının çirklənməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsinə dəstək göstərən tərəfdaşlara, ekokönüllülərə və təşəbbüsə qoşulan bütün vətəndaşlara təşəkkür edirik. #BatareyalarıTəhvilVerTəbiətiQoru

🌱 Torpaq Yer üzündə həyatın əsas dayaqlarından biridir. Lakin hazırda 2 milyard hektardan çox torpağın deqradasiyaya uğramas
+6
🌱 Torpaq Yer üzündə həyatın əsas dayaqlarından biridir. Lakin hazırda 2 milyard hektardan çox torpağın deqradasiyaya uğraması və 3 milyarddan artıq insanın bu prosesdən təsirlənməsi ekosistemlərin bərpasını və quraqlığa davamlılığın gücləndirilməsini hər zamankından daha vacib edir. 17–28 avqust 2026-cı il tarixlərində Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD) Tərəflər Konfransının 17-ci sessiyası dünya ölkələrini bir araya gətirərək səhralaşma, torpaqların deqradasiyası və quraqlığın yaratdığı artan çağırışlara qarşı birgə və dayanıqlı həll yollarının müzakirəsinə imkan yaradır.

Göygöl Milli Parkı 📍Göygöl, Daşkəsən və Goranboy rayonları #MilliParklar #NationalParksofAzerbaijan #Azerbaijannature #Нацио
+3
Göygöl Milli Parkı 📍Göygöl, Daşkəsən və Goranboy rayonları #MilliParklar #NationalParksofAzerbaijan #Azerbaijannature #НациональныепаркиАзербайджана #ETSN

Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirik.
Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirik.

“Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər keçirilib Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Daxi
+5
“Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər keçirilib Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin regional idarələrinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qızılağac Milli Parkı ərazisində və Zaqatala rayonunun məşə ərazisində “Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər təşkil olunub. Təlimlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində, o cümlədən meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.

Tullantı: planetin artan yükü Hər il dünyada təxminən 2,1–2,3 milyard ton məişət tullantısı yaranır. Əgər tullantıların yaranmasının və düzgün idarə olunmamasının qarşısını almaq üçün təcili tədbirlər görülməzsə, bu rəqəmin 2050-ci ilə qədər ildə 3,8 milyard tona çatacağı proqnozlaşdırılır. Tullantıların artması və düzgün idarə edilməməsi dünyanın üzləşdiyi üç əsas qlobal ekoloji daha da dərinləşdirir. 🔺İqlim dəyişikliyi böhranı Üzvi tullantıların poliqonlarda parçalanması zamanı atmosferə istixana qazları, xüsusilə də güclü istixana qazı olan metan buraxılır. Bu emissiyalar qlobal temperatur artımını sürətləndirərək iqlim dəyişikliyinin təsirlərini daha da gücləndirir. 🔺Biomüxtəlifliyin itirilməsi böhranı Plastik və digər tullantılar bir çox canlı növü üçün təhlükə yaradır, ekosistemlərin tarazlığını pozur və biomüxtəlifliyin azalmasına səbəb olur. 🔺Çirklənmə və tullantı böhranı Plastiklər, kimyəvi maddələr və digər təhlükəli tullantılar su hövzələrinə, torpağa və atmosferə daxil olaraq həm insanlara, həm də ekosistemlərə uzunmüddətli zərər vura bilər. Xüsusilə plastik tullantıların təbiətdə uzun müddət qalması problemin miqyasını daha da artırır. ✅ Problemin həlli yalnız daha çox tullantı qutusu və poliqon yaratmaqdan ibarət deyil. Əsas məqsəd tullantının yaranmasının qarşısını almaq, məhsulların təkrar istifadəsini artırmaq, mümkün olan materialları təkrar emala yönəltmək, resurslardan daha səmərəli istifadə etmək və dövri iqtisadiyyata keçidi sürətləndirməkdir. Əslində, tullantıya yalnız “atılmalı bir şey” kimi baxmaq düzgün deyil. Onun tərkibində yenidən istifadə oluna, emal edilə və iqtisadi dəyərə çevrilə bilən qiymətli resurslar var. Unutmayaq: tullantı yalnız atdığımız əşya deyil, itirdiyimiz resursdur.

photo content