ecogovaz
Kanalga Telegram’da o‘tish
748
Obunachilar
+124 soatlar
+47 kun
-130 kun
Postlar arxiv
748
Dayanıqlı şəhər hər kəs üçün təhlükəsiz, əlçatan və inklüziv imkanlar yaradan mühitdir. Gender bərabərliyinin şəhərsalma və inkişaf siyasətinə inteqrasiyası təhlükəsiz ictimai məkanların, keyfiyyətli infrastrukturun və əlçatan xidmətlərin formalaşdırılmasına, eləcə də sakinlərin gündəlik ehtiyaclarına cavab verən yaşayış mühitinin yaradılmasına imkan verir.
Qadınların şəhərsalma və qərar qəbuletmə proseslərində fəal iştirakının təşviqi, onların təhsil, məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, eləcə də torpaq və mənzil hüquqlarından bərabər istifadəsinin dəstəklənməsi daha inklüziv və ədalətli şəhər mühitinin formalaşmasına mühüm töhfə verir.
Gender bərabərliyinin təşviqi sosial ədalətin gücləndirilməsi ilə yanaşı, şəhərlərin iqtisadi və sosial dayanıqlığının artırılmasına, əhalinin rifahının yüksəldilməsinə və yaşayış keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Bərabər imkanların təmin olunduğu şəhərlər daha inklüziv, təhlükəsiz və dayanıqlı gələcəyin əsasını formalaşdırır.
748
+3
Şahdağ Milli Parkı, İsmayıllı bölməsi
#MilliParklar
#NationalParksofAzerbaijan
#Azerbaijannature
#НациональныепаркиАзербайджана
#ETSN
748
Torpaq yalnız ərzaq istehsalının mənbəyi deyil, həm də ekosistemlərin davamlılığını, təbii tarazlığı və insanların rifahını təmin edən həyati resursdur. Bitkilərin böyüməsi, su dövranının tənzimlənməsi, karbonun saxlanılması və biomüxtəlifliyin qorunması torpağın sağlamlığından birbaşa asılıdır.
Dünyada istehsal olunan ərzağın 95 faizindən çoxu birbaşa və ya dolayı yolla torpaqla əlaqəlidir. Bu gün antropogen fəaliyyət və iqlim dəyişikliyi torpaq ehtiyatlarına təzyiq göstərir. Eroziya, çirklənmə, düzgün olmayan istifadə torpağın strukturunu və münbitliyini zəiflədir. Nəticədə torpağın su saxlama və infiltrasiya qabiliyyətini azaldır, bitkilərin qida elementlərini mənimsəməsini zəiflədir.
Səmərəli torpaq idarəetməsi eroziyaya və çirklənməyə qarşı mübarizə aparır, torpağın bioloji müxtəlifliyini qoruyur, münbitliyi artırır, iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır.
Torpağın qorunması yalnız mütəxəssislərin və fermerlərin deyil, hər birimizin məsuliyyətidir. Torpağa münasibətdə bu gün atdığımız addımlar sabahın ekoloji və sosial rifahını müəyyən edir.
748
İlisu Milli Parkı
#MilliParklar
#NationalParksofAzerbaijan
#Azerbaijannature
#НациональныепаркиАзербайджана
#ETSN
748
+5
Tibbi tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirici görüşlər keçirilib
Tibbi tullantıların ətraf mühitə və insan sağlamlığına mümkün təsirlərinin qarşısının alınması, eləcə də bu sahədə mövcud tələblərə əməl olunmasının təşviqi məqsədilə növbəti görüşlər Respublika Pediatriya Mərkəzinin Yasamal Uşaq Klinik Xəstəxanasında, Abşeron rayonu Ceyranbatan Ailə Sağlamlıq Mərkəzində və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən keçirilən görüşlərdə tibbi tullantıların yaranma mərhələsindən etibarən düzgün idarə olunmasının vacibliyi vurğulanıb. Tibb işçilərinə tullantıların kateqoriyalar üzrə ayrılması, təhlükəsiz şəkildə toplanması və müvəqqəti saxlanılması, daşınması, həmçinin zərərsizləşdirilməsi zamanı nəzərə alınmalı tələblər izah edilib. Maarifləndirici tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
748
Şahdağ Milli Parkı, İsmayıllı bölməsi
📸 İlkin Abdullayev
#MilliParklar
#NationalParksofAzerbaijan
#Azerbaijannature
#НациональныепаркиАзербайджана
#ETSN
748
+5
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti ekoloji maarifləndirici görüş Astarada baş tutub
Gənclərin ətraf mühitə münasibətinin formalaşdırılması, ekoloji biliklərinin artırılması və onların təbiətin qorunmasında daha fəal rol almasının təşviqi məqsədilə keçirilən görüş Astara şəhərində yerləşən Z.Bünyadov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub.
1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə gənclərə ekoloji problemlərin gündəlik həyatımıza təsiri, fərdi davranışların təbiətin qorunmasındakı rolu və ictimai fəallığın ətraf mühitin mühafizəsinə töhfəsi barədə fikir məlumat verilib.
Görüşün sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib.
748
Şəhərsalma sahəsində təbiət min illər ərzində formalaşdırdığı effektiv və dayanıqlı həllərlə bizə yol göstərir. Bunun ən sadə, lakin ən təsirli nümunələrindən biri isə ağaclardır.
Ağaclar şəhərlərdə yalnız estetik görünüş yaradan elementlər deyil. Onlar eyni zamanda təbii iqlim tənzimləyicisi kimi fəaliyyət göstərirlər. Evapotranspirasiya və kölgə effekti vasitəsilə ətraf mühitin temperaturunu aşağı salır, asfalt və beton səthlərin həddindən artıq qızmasının qarşısını alırlar. Bu xüsusiyyətləri onları xüsusilə şəhər istilik adası effektinin azaldılmasında vacib infrastruktura çevirir.
Ağacların rolu bununla məhdudlaşmır. Onlar havanın keyfiyyətinin yaxşılaşdırılmasına, səs-küyün azaldılmasına, biomüxtəlifliyin qorunmasına və yağış sularının daha effektiv idarə olunmasına kömək edir. Yaşıl sahələr eyni zamanda insanların fiziki və psixoloji rifahına müsbət təsir göstərərək şəhər mühitini daha sağlam və yaşanıla bilən edir.
Buna görə də ağaclara artıq sadəcə dekorativ element kimi deyil, şəhər infrastrukturunun ayrılmaz hissəsi kimi yanaşmaq lazımdır.
Gələcəyin dayanıqlı şəhərləri yalnız texnologiyadan istifadə edən deyil, həm də təbiətin yaratdığı imkanları şəhər planlaşdırmasına inteqrasiya edən şəhərlər olacaq. Yaşıl infrastruktura investisiya etmək iqlimə davamlı, sağlam və komfortlu şəhər mühiti yaratmaq deməkdir.
748
+8
Altıağac Milli Parkı
📍Böyük Qafqazın ətəkləri (Xızı və Siyəzən rayonları)
#MilliParklar
#NationalParksofAzerbaijan
#Azerbaijannature
#НациональныепаркиАзербайджана
#ETSN
748
31 avqust - Altıağac Milli Parkının yaranması günüdür
🗓️ Yaranması: 31 avqust 2004-cü il
📍Yerləşməsi: Böyük Qafqazın ətəkləri (Xızı və Siyəzən rayonu)
📌 Sahəsi: 11 035 ha
🏞️ Landşaft: dağ meşəsi, dağ çəmənlikləri, yarımsəhra, meşə çölü
🌱 Rast gəlinən bitki növləri: palıd, vələs, göyrüş, yemişan, zirinc, Qafqaz bənövşəsi, ağıriyli ardıc, itikənarlı süsən, meymun səhləbi və s.
📕“Qırmızı Kitab”a daxil olan növlər: qonur ayı, vaşaq, Avropa cüyürü, saqqallı quzugötürən, qara çalağan, kəskiniyli ardıc, Qafqaz bənövşəsi, itikənarlı süsən və s.
748
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, 31-i axşam isə yağışın intensiv və qısamüddətli güclü olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
748
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və İmişli rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Araşdırma zamanı Bakı şəhəri Zabrat qəsəbəsi Fərman Salmanov küçəsində, Nizami rayonu Elşən Süleymanov küçəsi 135 ünvanında, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Samir Cəfərov küçəsində, İmişli rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 49 400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
748
“Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər keçirilib
Meşə və yaşıllıq ərazilərində yanğın təhlükəsinin minimuma endirilməsi və yanğın hadisələrinə operativ müdaxilənin təmin edilməsi məqsədilə “Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər Beyləqan, Ağcabədi, Ağsu və Kəlbəcər rayonlarında təşkil edilib.
Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin regional idarələrinin əməkdaşlarının, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən təlimlər zamanı yanğınların qarşısının vaxtında alınması sahəsində profilaktik tədbirlərin gücləndirilməsinin və aidiyyəti qurumlar arasında birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb, yanğınların söndürülməsi metodları əyani şəkildə nümayiş etdirilib.
748
Altıağac Milli Parkında “Açıq qapı” günü keçiriləcək
“Milli parkları yaxından tanıyaq” devizi ilə növbəti “Açıq qapı” günü 31 avqust tarixində Altıağac Milli Parkında keçiriləcək.
Milli parkın yaradılması günü münasibətilə ziyarətçilər üçün giriş ödənişsiz olacaq.
Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşən Altıağac Milli Parkı zəngin meşəlikləri, geniş çəmənlikləri, füsunkar təbiət mənzərələri və zəngin biomüxtəlifliyi ilə seçilir. Parkın ərazisini vələs, palıd, göyrüş və digər ağac növlərindən ibarət sıx və qarışıq meşələr əhatə edir.
Milli parkda müxtəlif yaş qrupları üçün uyğunlaşdırılmış piyada və ekoturizm marşrutları fəaliyyət göstərir. Ziyarətçilər bu marşrutlar boyunca təbiətin gözəlliklərini kəşf edə, mənzərəli ərazilərdə vaxt keçirərək istirahət edə bilərlər.
Təbiətin qoynunda dincəlmək, Altıağac Milli Parkının gözəlliklərini kəşf etmək istəyən hər kəsi 31 avqustda keçiriləcək “Açıq qapı” gününə dəvət edirik.
748
Şahdağ Milli Parkı, İsmayıllı bölməsi
#MilliParklar
#NationalParksofAzerbaijan
#Azerbaijannature
#НациональныепаркиАзербайджана
#ETSN
748
🌿 “Təbiətin səsi” hekayə müsabiqəsi elan olunur!
🌬️Təbiət danışır.
Bəzən küləyin səsi ilə, bəzən quşların qanadlarında, bəzən də sahilə can atan dalğalarla…
Təbiətin səsini eşidirsiniz?
Sizcə, o bizə nə demək istəyir?
👩💻 İndi söz sizdədir. Təbiətin səsini sözə çevirin.
🗓️ Müsabiqənin keçirilmə müddəti:
27 avqust – 27 sentyabr 2026-cı il
🏆 Ən yaxşı 3 hekayənin müəllifi mükafatlandırılacaq.
📌 Ətraflı məlumat və iştirak şərtləri:
https://eco.gov.az/az/nazirlik/xeber?newsID=30863
748
🌳 Relikt meşələr: Minilliklərin qoruduğu təbii irs
Relikt meşələr geoloji dövrlərdə baş vermiş iqlim dəyişiklikləri nəticəsində formalaşmış və qədim bitki örtüyünün günümüzədək qorunub saxlanıldığı unikal təbii ekosistemlərdir. Bu ekosistemlər keçmiş iqlim şəraitinin canlı izləri və bitki örtüyünün təkamülü haqqında qiymətli məlumat daşıyıcılarıdır.
Geoloji dövrlərdə baş verən soyuma mərhələləri zamanı daha soyuq iqlimə uyğunlaşmış bitki növləri geniş ərazilərə yayılmışdır. Sonrakı istiləşmə dövrlərində isə həmin növlərin böyük hissəsi geri çəkilmiş, onların yerini mülayim və subtropik iqlimə uyğunlaşmış bitkilər tutmuşdur. Buna baxmayaraq, rütubətli və kölgəli vadilərdə, dağ yamaclarında və əlçatmaz sahələrdə bəzi qədim bitki növləri relikt forma kimi qorunub qalmışdır.
Azərbaycanda relikt ekosistemlər əsasən Talış dağları, Hirkan meşələri və Zaqatala-Balakən bölgəsi ərazilərində yayılmışdır. Xüsusilə Hirkan tipli relikt meşələr Üçüncü dövrün bitki örtüyünün qalıqları hesab olunur. Bu ərazilərdə dəmirağacı, şabalıdyarpaq palıd, Hirkan şümşadı və digər nadir endemik növlərə rast gəlinir.
Rütubətli iqlim və əlverişli mikroiqlim şəraiti sayəsində bu bitkilər minilliklər boyu öz mövcudluğunu qoruyub saxlamışdır. Bu baxımdan relikt ekosistemlər həm bioloji müxtəlifliyin qorunması, həm də iqlim dəyişmələrinin öyrənilməsi üçün mühüm elmi əhəmiyyət daşıyır.
Bu səbəbdən Azərbaycandakı relikt ekosistemlərin xüsusi mühafizə olunan təbiət əraziləri kimi qorunması böyük əhəmiyyət daşıyır və onların gələcək nəsillər üçün saxlanılması ekoloji prioritet hesab olunur.
