es
Feedback
Mashalli

Mashalli

Ir al canal en Telegram

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Mostrar más
1 886
Suscriptores
Sin datos24 horas
-67 días
-430 días
Archivo de publicaciones
Emin Əmrullayev: "Mənim inandığım budur ki, təxminən 3 ildən sonra dərsliklər tamamilə əhəmiyyətini itirəcək. Süni intellekt sistemləri artıq bir çox hallarda ənənəvi dərsliklərdən və test bazalarından daha yaxşı suallar və izahlar təqdim edə bilir". Tamamilə razıyam. Ümumiyyətlə 3 ili niyə gözləyək. Dərslikləri indi də ləğv etmək olar. Mən hətta daha da radikal addım atardım - məktəbləri ləğv etmək lazımdır. Məktəbləri nə edirik, süni intellekt var da və hər şeyi həll edəcək. Ümumiyyətlə Azərbaycana təhsil nəyə lazımdır? Bu günə kimi effekti olmayıb, sabah da olmayacaq...

Yeri gəlmişkən, 2025-ci ildə viza üçün müraciətlərin sayında ən yüksək göstərici qeydə alınıb.
Yeri gəlmişkən, 2025-ci ildə viza üçün müraciətlərin sayında ən yüksək göstərici qeydə alınıb.

2025-ci il ərzində Azərbaycan ərazisində yerləşən Şenqen ölkələrin konsulluqlarına viza üçün 104 143 müraciət daxil olub (müq
2025-ci il ərzində Azərbaycan ərazisində yerləşən Şenqen ölkələrin konsulluqlarına viza üçün 104 143 müraciət daxil olub (müqayisə üçün Ermənistanda bu göstərici 111 mindir, Rusiyada isə 679 mindir. Ümumi olaraq Azərbaycan bu göstəriciyə görə 26-cl yerdədir. Qonşular arasında bizi hətta İran belə qabaqlayır). 2026-ci ilə keçənləri nəzərə almasaq, bu müraciətlərin yalnız 9.8%-nə imtina verilib. Bu cəhətdən liderlər arasında Bolqarıstanı, Slovakiyanı və Xorvatiyanı qeyd etmək olar. Eyni zamanda verilən vizaların yarısı çoxdəfəlik olub. Bu cəhətdən ən yüksək göstəriciyə Avstriya (94.8%!), İsveçrə və Almaniya konsulluqları malikdir.

Qəribə bir ölkədə yaşayırıq. Dövlət Statistika Komitəsinin məlumatına görə 2026-ci ilin yanvar-may aylarında rəsmi olaraq sta
Qəribə bir ölkədə yaşayırıq. Dövlət Statistika Komitəsinin məlumatına görə 2026-ci ilin yanvar-may aylarında rəsmi olaraq staqnasiya qeydə alınıb. Yəni ölkə iqtisadiyyatında ciddi problemlər müşahidə olunur və bu və ya digər addımlar atılmalıdır. Bu da faktiki olaraq günün əsas mövzusu olmalı idi. Amma deyəsən sadəcə xəbər kimi verilib və üstündən hamı keçib...

Rusiyada internet ilə bağlı yaradılan məhdudiyyətlərin daha bir fəsadlarından biri nağdsız ödənişlərin azalmasıdır. Deməli rəsmi məlumata görə 2026-ci ilin aprelində nağdsız ödənişlərin (rəsmi olaraq kassadan vurulan) payın 30%-ə çatıb. Bir il əvvəl eyni göstərici 25% idi. Eyni zamanda bu ilin yanvarında hələ göstərici 25% civarında idi. İnternet yoxdursa deməli POS-terminal vasitəsilə ödəniş də etmək mümkün deyil. Maraqlıdır ki, hökumət bir tərəfdən hərtərəfli nəzarəti əldə etmək istəyir, amma bunun yolunda atdığı addımlar nəticəsində insanlar tədricən köhnə qaydalara qayıdırlar. Düzdür bu hələ ki, xüsusi bir böyük risk daşımır, amma son zamanlar ölkə üzrə problemlərə görə (vergi xidməti sahibkarları sıxır, nəzarət birə beş artır və s.) insanlar da tədricən nağd ödənişlərə keçir. Görünən odur ki, bu trend də dayanmır.   Maraqlıdır, Azərbaycan vəziyyət necədir? Buna dair bizim heç bir məlumatımız yoxdur. Rusiyada kassa operatorları belə öz məlumat bazalarını paylaşırlar (misal üçün, https://checkindex.ru/). Parallel olaraq Sberbank, T-bank və digərləri öz daxili məlumatlar əsasında indekslər və s. təqdim edib, təklif edirlər. Azərbaycanda bu sahələrdə faktiki inhisarın olmasına baxmayaraq, hətta kommersiya əsaslı belə tipli platformaların sayı demək olar ki, sıfıra bərabərdir.

Gabriel Tsukmanın hesablamasına görə ABŞ-da varlandıqca sənin ödədiyin vergi səviyyəsi azalmağa başlayır. Belə ki, ən aşağı v
Gabriel Tsukmanın hesablamasına görə ABŞ-da varlandıqca sənin ödədiyin vergi səviyyəsi azalmağa başlayır. Belə ki, ən aşağı vergi səviyyəsi məhz ən varlılara aiddir. Vaxtilə Bezos ilə mübahisə çərçivəsində Tsukman vergi bəyannamələrini təhlil edib və məlum olub ki, ölkə üzrə ortalama gəlir vergisi səviyyəsi 30% olduğu halda, Bezosda bu göstərici 15.2% idi (özü də bir sıra vergiləri şirkət ödəyir. Onları çıxmaq şərti ilə isə bu göstərici daha da aşağıdır. Bu hesablama 2018-ci ilə aiddir).

Birinci məsələyə gəldikdə isə göründüyü odur ki, çox “uğurla” keçid edirlər. Rəsmi statistikanın məlumatına görə 2026-ci ilin əvvəlinə ölkə üzrə 1 676 080 minik avtomobil qeydiyyatdan keçib. Bu da əvvəlki il ilə müqayisədə 90,8 min ədəd artım deməkdir. Müqayisə üçün 2024-cü ildə bu göstərici 84 min idi. Ondan əvvəlki illərdə isə bu göstərici daha da aşağıdır. Çox qəribə mübarizədir, ildən-ilə ölkədə minik avtomobillərin artım sayı artmağa davam edir, amma nazirlik insanları “ictimai nəqliyyata” keçirdir. Doğrudur, taksi ilə mübarizə nisbətən uğurlu alındı, amma görünən odur ki, bu mübarizə çərçivəsində insanlar daha çox avtomobil almağa başladılar. Misal üçün, 2019-cu ildə artım cəmi 50 min ədəd təşkil edirdi. Hətta ilkin qeydiyyata düşən avtomobillərin sayı da 80 mindən az deyil. Düzdür 2025-ci ilə dair dəqiq göstərici yoxdur, amma 2023 və 2024-cü illərdə bu göstərici 84-85 min ədəd təşkil edib. Başqa sözlə nəqliyyat nazirlinin “uğurlu” siyasəti nəticəsində ölkədə minik avtomobillərin sayının artım templəri artmaqda davam edir. İndi onların məqsədi bu idimi ya yox, demək çətindir.

Bu yaxınlarda nəsə nazirlərimiz və bir sıra digər dövlət qurumların rəhbərləri nəsə tez-tez çıxış edirlər. Deyə bilərsiniz ki, şəffaflıq artır, amma reallıqda onların çıxışlarının arxasında hər hansı hesabatlılıq və şəffaflıq dayanmır. İctimaiyyət üçün ən maraqlı nazirlərdən biri nəqliyyat naziridir. Vaxtilə bu vəzifə ən tənqid olunan vəzifələrdən biri idi. Indi niyəsə heç kim nazirliyin və xüsusi olaraq nazirin adını çəkmir (ya da mənim qarşıma çıxmır). Müxtəlif qurumlar (AYNA, AAYDA, metropoliten və s.) tənqid atəşinə tutulur, amma konkret olaraq nazirlik elə bil ki, bu sahədən nəsə üstün bir qurumdur (reallıqda bu nazirlik gündəlik olaraq tənqid altında olmalıdır, çünki rabitədən nəqliyyata kimi insanların gündəlik həyatını əhatə edən sahələri idarə edir. Müvafiq sahələrdə isə vəziyyət heç də qənaətbəxş deyil). WUF13 zaman Rəşad Nəbiyev nəqliyyat sahəsinə dair bir neçə fikri ifadə etdi. Onun sözlərinə görə, “Bir vaxtlar taksi sürücülərinin az qala 24 saat işləməsi sərnişinlərin həyatını təhlükəyə atırdı. Biz vətəndaşlarımızın şəxsi avtomobillərdən və taksilərdən ictimai nəqliyyata keçidini hədəfləyirdik, bunun üçün ciddi tənqidlərə məruz qaldıq”. Əslinə qalsa heç kim ictimai nəqliyyata keçidi tənqid etmirdi. Tənqid müvafiq mexanizmlər ilə bağlı idi. Düzdür, taksi sürücülərin istismarı problemli məsələdir və bu məsələ öz həllini tapmalı idi. Amma nəqliyyat sahəsinin problemi taksi sürücüləri ilə bağlı deyildi. Bu şəhərin mərkəzində kofeşoplarda oturan şəxslərin müzakirəsinə daha çox oxşayır. Adətən orada oturanlar düşünür ki, ölkənin əsas problemləri taksi, Antalyaya biletin bahalığı, bahalı restoranlarda keyfiyyətin aşağı düşməsi və s. Yəni reallıqda əhalinin əhəmiyyətli hissəsinin bu problemlərdən heç bir xəbəri yoxdur. İnsanlar əsasən bu günü necə bitirməyi düşünürlər və bu cəhətdən taksi sahəsi müəyyən qədər tənzimləyici rol oynayırdı. İndi isə artıq oynamır. R.N.: “O vaxt küçələrdə təxminən 67 000 taksi var idi və hamı keyfiyyətdən şikayət edirdi. Eyni zamanda, hamı vəziyyətin sosial aspektlərini nəzərə alırdı. Lakin biz başlayanda əlimizdə aydın sübutlar var idi ki, bu dəyişikliyi etsək, yollar daha azad olacaq. Bu gün taksi sürücülərinin iş saatları normallaşıb və onlar təxminən 8 saat işləyirlər. Əslində, 67 000 və 20 000 rəqəmlərini müqayisə etsəniz, biz iş yerlərini ləğv etmədik, onlar qaldı, lakin xidmətin keyfiyyəti dəyişdi”. Deyirəm ki, nazirliyin də sürəti artır. Deməli yanvarın 29-da R. Nəbiyev deyirdi ki, “islahatlar nəticəsində taksilərin sayı 67 mindən 30 minə” düşdü, mayın ortasında bu rəqəm artıq 20 mindir. Taksi tariflərin bahalaşmasından şikayət edənlər varsa bunu nəzərə almalıdırlar. Nazirin dediklərində əsas iki fikir var: “insanları ictimai nəqliyyata keçirtmək” və “sosial problemlər yaranmadı”. İkinci fikrə dair bizim əlimizdə heç bir sübut yoxdur. Problem ondadır ki, biz ümumiyyətlə Azərbaycanda insanların məşğuliyyətinə dair dəqiq və ətraflı anlayışa malik deyilik. Misal üçün, bir çox satış şirkətlərindən soruşsaz, öyrənə bilərsiniz ki, aprel və may aylarında satış (qiymət artımı fonunda) ciddi sürətdə azalıb. Səbəblərinə dair nəisə başa düşmək hələ ki, çətindir. Bununla belə rəsmi statistika da təsdiqləyir ki, iqtisadiyyatda artım yoxdur. Düzdür bunun əsas səbəbi nəqliyyat yox, tikintidir. Amma nəqliyyat tikintidən ciddi sürətdə asılıdır. Ona görə ayrıca olaraq “taksi islahatın” əhalinin sosial vəziyyətinə təsirini öyrənmək çətin olar.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı olmaq üçün nə etmək lazımdır? Düzünü desəm mükafat naminə elm ilə məşğul olanları tanımıram, amma görünən odur ki, bir sıra insanlar üçün bu və ya digər mükafatı əldə etmək həyatın ən vacib məqsədlərindən biridir. Yeri gəlmişkən, R. Taleri oxuyarkən elə bu hiss olunurdu. Müəllif az qala iki cümlədən bir həmkarının Nobel mükafatı laureatı olduğunu qeyd edirdi. Kitabdan da hiss olunurdu ki, kitabı konkret olaraq Nobel komitəsi üçün yazıb. Görünür özü də başa düşürdü ki, bundan əvvəlki fəaliyyətinə görə xüsusi nə isə düşmür. Bu kitabda da ən azı bütün yazdıqlarını kompilyasiya edib, yeni nəzəriyyə kimi təqdim etdiyi üçün də mükafat alıb. Nə isə, mövzudan uzaqlaşmayaq. Deməli Sasseks universitetinin professorları P. Dolton və R. Tol "Niyə biz Nobel mükafatı almırıq" "İqtisadiyyat üzrə Nobel mükafatının prosesi və dinamikası" adlı tədqiqat ilə çıxış ediblər. Tədqiqat çərçivəsində onlar Nobel mükafatı komissiyasının məntiqini imitasiya edən ekonometrik model qurublar. Hesablamaya görə məlum oldu ki, Nobel komitəsi ilk əvvəl alimi yox, konkret sahəni seçir. 1994-cü ilə kimi (komitənin başında isveç iqtisadçısı A. Lindbekin çalışdığı dövrdə) mükafatı konkret olaraq bir əsərə/məqaləyə/sıçrayışa görə verirdilər. Sonradan artıq yanaşma dəyişdi və mükafatı ümumi olaraq fəaliyyətə görə də verməyə başladılar. Konkret şəxsin isə mükafatı əldə etməyə təsir edən əsas amillər bunlardır: 1. Yaş (ən azı 70-71); 2. Digər Nobel mükafatı laureatları tərəfindən sənin işlərinə qoyulan istinadlar; 3. Əgər sənin müəllimin (misal üçün, Leontyev özü mükafatı əldə edib və eyni zamanda 3 Nobel mükafatçısının müəllimi olub) ya da akademik olaraq sənə yaxın olan insan Nobel mükafatının laureatı olubsa. Modelin verdiyi nəticəyə görə şəxsi xüsusiyyətlər (cins, irq, millət və s.) mükafatın əldə olunmasına heç cür təsir etmir. Prinsipcə şəxsi xüsusiyyətlərin mükafata təsir etmədiyinə dair məqamla razılaşa bilərəm, sadəcə bir məsələni qeyd etmək lazımdır. Bu mükafat konkret olaraq liberal, neo-liberal və s. aiddir. Düzdür periodik olaraq bəzi sol iqtisadçılar da mükafata layiq görülür (misal üçün, Xayekdən sonra növbəti ildə mükafatı sovet iqtisadçısı L. Kantoroviç də aldı. Amma burada qeyd etmək lazımdır ki, o daha çox riyaziyyatçıdır və mükafat da konkret olaraq hesablama və modelləşdirmə üsuluna görə verilib). Yəni şəxsi keyfiyyətlər böyük rol oynamasa da konkret ideologiyaya məxsus olmağın vacibdir (yeri gəlmişkən bunu nominantlar siyahısına baxanda da görmək olur. İndiki nominantlar haqqında biz yalnız 50 il sonra öyrənə bilərik, amma 1969-1973 illərdə olan nominantların siyahısına baxanda liberaldan başqa kimisə tapmaq çətindir).

Çexov qeyd edir ki, bura islah yerinə daha çox cəhənnəmə çevrilib. Burada nə təhsil, nə islah var. Burada hətta normal qidalanmaq imkanı yoxdur. Hökumət düşünürdü ki, qatilləri, oğruları və s. işə cəlb etməklə nəsə qazanacaq, reallıqda sadəcə itirirdi və bu itkinin qarşısında əhalinin şəraiti də bərbad idi. Nəsə Çexov hər şeyi topladı və 5 ildən sonra Saxalinə aid böyük bir tədqiqat ilə (indi buna monitorinq hesabatı deyərdilər) çıxış etdi. Saxalinə müzakirə etməyə sövq etdi. Cəmiyyətdə hətta Saxalinə könüllü gedənlər qrupu da yarandı, xeyriyyə təşkilatları aktivləşdi, hökumət məcburi addımlar atmalı oldu (maraqlı bir fakt qeyd etmək lazımdır. Deməli indi Saxalinin ümumi əhalisi 430 min civarındadır. 1905-ci ildə Yaponiya Cənubi Saxalini əldə edəndən sonra burada əməlli infrastruktur (yeri gəlmişkən, Çexov qeyd edirdi ki, Saxalində yol tikilirsə, o zaman yaxşı tikilir, amma yoldan başqa heç nə normal qurulmur) qurmağa başladı və 1945-ci ilə artıq adanın əhalisi 400 minə çatmışdı). Васильев Б. А зори здесь тихие… Москва. 1972. 192с – yenə də eyni üsulla kitabı seçdim. Yenə də müəllif haqqında heç nə bilmirdim. Sadəcə düşündüm ki, Sovet ədəbiyyatına çoxdandır ki, müraciət etmirəm. Eyni zamanda bilirdim ki, bu əsərə əsasən film də çəkilib. Süjeti də elə yadımdan çıxmışdı. Sonradan bildim ki, vaxtilə mən eyni müəllifim “В списках не значился” povestini də oxumuşdum. O zaman da, indi də yeganə hiss etdiyim o idi ki, müəllif müharibə mövzusunda hisslər ilə sözün yaxşı mənasında çox peşəkarcasına idarə edir. Vasilyev özü demişdi ki, bu povestin əsasında real hadisə durur. Sadəcə real hadisədə kişilər iştirak edirdi. O düşündü ki, kişilər haqqında yazsa heç nə alınmayacaq. Bu sadə bir hekayə olacaq. Amma emosionallıq, əlavə hisslər (yəni əsərin əsas məqamı onların ölümü olsa da, bu konkret olaraq əvvəlki hissə ilə müqayisədə verilir və məhz bu əsəri daha emosional edir) üçün nəsə dəyişdirmək lazımdır. Nəticədə kişiləri qadınlara, hansısa ərazini meşəyə və s. dəyişdirdi. Nəsə, maraqlı povestdir. Ульянский А.И. Няня Пушкина. Москва-Ленинград. 1940. 124с. – Rusiya ədəbiyyatının bir maraqlı tərəfi də var. Faktiki olaraq klassik Rusiya ədəbiyyatının yaradıcıları olan Puşkin, Lermontov, Qoqol və s. çox qəribə ailələrdə doğulmuşdular. Puşkinin atası çox pul sevən idi. Hətta sonradan oğlunu qabaqlayıb onun varidatından pulu götürdü, nəticədə Puşkin toyu üçün pul da tapa bilmirdi. Puşkinin ümumiyyətlə ətrafı qəribə idi. Anası elita dalınca qaçırdı, atası anasaından qaçırdı və s. Bəs necə oldu ki, belə ailədə belə bir möhtəşəm insan, bütün rus mədəniyyətini alt-üst edən insan böyüdü. Onun bəxtinə onu ətrafı düşdü. Uşaqlıqda rus dili ilə tanış edən ilk adam dayəsi oldu. Dayəsi ona nağıllardan başlamış söyüşlərə (deyilənə görə çox içən idi) kimi çox şeyi danışırdı. Düzdür sonradan təhsil və təhsil cameəsi ciddi təsir göstərdi, amma əsasını dayəsi qoydu. Yəni dayəsindən başqa onların evində yaşayan digər işçilərdən görünən odur ki, heç bir xeyir yox idi. Bəxtinə yaxşı dayə düşdü. O da təsadüfən ailələlərinə düşdü.

Соллогуб В.А. Избранная проза. Москва. 1983. 528с. – bəzən XIX əsr rus ədəbiyyatını oxumaq həvəsi gəlir. Nəyisə təkrar oxumaq istəmirəm deyə yeni müəlliflər axtarıram. O dəfə iki fərqli memuarda Solloqubun soyadına rast gəlmişdim. Düşündüm cəhd etmək olar. Əslinə qalsa onun ən məşhur əsəri “Тарантас” (Tarantas – fayton növüdür) heç də tipik bir roman/povest deyil. Daha çox satirikdir. Digər povestləri əsasən o dövrün tipik yarı sevgi roman janrına aiddir. Prinsipcə pis deyil. Hər povestini maraqla oxudum. Təsəvvür edin ki, bir “Tarantas”ı oxumaq üçün mən onun məcmuəsini yüklədim. “Tarantas”-ın əsas qəhrəmanı xaricdən evə qayıtmış bir gənc zadəgandır. O evə qayıdıb və.. nəsə etmək istəyir. İlk əvvəl deyir ki, mənim “Vətənim o qədər böyükdür, burada hamı üçün nəsə tapılar!”. Sonra düşünür ki, o əsl Rusiyanı təsvir etməlidir. Yol boyu getdikcə o böyük ölkə kiçilir, əsl Rusiya sadə gündəlik kəndli həyatına çevrilir. Digər povestlərində mövzular fərqlidir, amma bir çoxunu birləşdirən bir cəhət var – az qala hər povestdə əsas qəhrəmanlardan biri gənc qrafdır. Solloqub özü Polşadan çıxan və XIX əsrin əvvəlində qraf titulunu əldə edən nəslin nümayəndəsidir və deyəsən düşünürdü ki, hər yerdə bunu qeyd etməlidir (amma yeri gəlmişkən, daha çox o dönəminin liberalları ilə bir cəbhədə idi). Гришэм Д. Фирма. Минск. 1993. 448с. – tanışım tövsiyə etmişdi. Düşünürdüm ki, maliyyə söhbətlərinə aid bir detektivdir. Sən demə bir qədər başqa istiqamətdədir. Mövzusu çox primitiv idi, sadəcə axşam gəzintisi zamanı qulaq asmaq üçün yaxşı bir variantdır. Чехов А.П. Полное собрание сочинений и писем в 30 томах. Сочинения в 18 томах. Том 14-15. Москва. 1978. 927с. – bu cild “Остров Сахалин” əsərindən ibarət idi. Bu artıq bədii ədəbiyyata aid deyil, daha çox təhqiqatdır. Yeri gəlmişkən, Çexovu oxuduqca hiss edirsən ki, o ömür boyu nəsə etmək istəyirdi. O inqilabçı deyildi. Yəni meydana çıxıb, mübarizə aparmayacaqdı. Düzdür inqilabi yazan yazıçıları dəstəkləyirdi, imkan çərçivəsində senzura ilə mübarizə aparırdı. Amma özü ə başa düşürdü ki, bununla cəmiyyətə təsir etmək çətindir. Nəticədə qərar verdi ki, o gedib Saxalini görməlidir. Rusiya hökuməti Saxalində qəribə bir eksperiment aparırdı. Düşünürdü ki, Saxalinə köçürtməktlə, insanları islah etmək mümkün olacaq. Çexov real vəziyyət haqqında aşağı-yuxarı məlumatlı idi, amma nəsə yazmaq üçün özü bunu görməli idi. Deyilənə görə sonradan bu səfər onu öldürən xəstəliyinə səbəb oldu, amma ən azı cəmiyyət qarşısında təkcə hekayə və pyes müəllifi kimi yox, həm də vətəndaş kimi çıxış etdi. Faktiki onun əsəri iki hissədən ibarətdir. Əvvəldə gələn bütün bölmələr kəndbəkənd təsvirlərdir: bu kənddə bu qədər ev var, bu qədər yaşayır, əhalisi bununla məşğul olur və s. Amma bu məlumatlar belə sadəcə ensiklopedik xarakter daşımırdı. Çexov təxmini 15 minlik əhalidən (yerli xalqlar və hökumət nümayəndələri ilə əsgərlərə dair məlumatı toplamırdı. Əsas məqsədi yalnız buraya sürgün olunanlar idi) demək olar ki, 8 mininə dair siyahıyaalma keçirmişdi. Adada olan demək olar ki, bütün yaşayış məntəqələrini gəzib təsvir edirdi. Çox qəribə bir təəssürat yaranır. Çexov qeyd edir ki, burada bir çox həbs olunanlar necə istəyir, elə də yaşayırlar. Yəni onlar həbsxana ərazisində də qala bilirlər, ondan kənardada qalırlar. Yəni küçədə eyni zamanda uşaqlar oynayır, silahsız əsgərlər gəzir və buraya sürgün olunmuş qatillər (Saxalini adətən ən sərt cəza növü kimi istifadə edirdi) balta ilə gəzirlər. Hamı üçün də bu normaldır. Səbəb çox sadədir – hamının yaşayış şəraiti eynidir: hamı pis yaşayır. Düzdür qaçan da az deyil, amma heç kim küçənin ortasında baltanı götürüb qaçmır, hər şeyi aşağı-yuxarı rəsmi edir (səhər sıralamaya gəlmir və s.). Çexov qeyd edir ki, çox qəribə bir “islah” yeridir, buraya gələn islan olunmaq üçün yox, qaçmaq üçün gəlir. Həbsxanada olanların az qala yarısı ən azı bir dəfə həbsdən qaçıb. Əsgərlər ilə yerli qilyaklar (nivx xalqı) də bununla da biznes qurublar. Hər qaytarılan qaçağa görə hökumət 3 rubl ödəyirdi (orta aylıq əməkhaqqı o zaman 10 rubl idi).

Паасилинна А. Год зайца. Москва. 2006. 176с. – son zamanlar kitab seçimi üsulum özümə də qəribə gəlir. Bundan əvvəl mən le Karrenin əsərini Youtube-da tapıb yükləyib, qulaq asmışdım. Hardasa yeni kitab və s. tapmaq həvəsim yox idi deyə, yüklədiyim kanalda sadəcə olan audiokitabların siyahısına baxdım. Hər kanal da konkret bir şəxsin səsləndirməsində olan əsərlərdən ibarətdir. Müvafiq audiokitabın qiraətçisinin səsi xoşuma gəldiyi üçün oturub başqasını axtarmağa həvəsim olmadı (gör nə günə düşmüşəm ki, kitabı səsləndirən şəxs üzrə, müəllif üzrə yox, kitabları axtarıram). Siyahıda fərqli-fərqli detektivlər var idi. Detektiv həvəsində olmadığım üçün siyahını incəlləyirdim və bu əsər rastıma çıxdı. Bundan əvvəl deyəsən Finlyandiya ədəbiyyatına aid xüsusi nəsə oxumamışdım (burada bir dəfə Yakutiya haqqında finlyand jurnalistin yazdığı kitab haqqında yazmışdım, amma bu Finlyandiya bədii ədəbiyyatına aid deyil). Təsviri də maraqlı gəldi deyə, kitabı yüklədim. Bir ay sonra növbəti dəfə axşam gəzintisinə çıxarkən, rastıma çıxdı və qulaq asmağa başladım. Təsvirinin mənim üçün maraqlı olmağının səbəbi çox sadədir. Son zamanlar periodik olaraq düşünürəm ki, “əşi, gərək hər şeyi atım və çıxıb gedim”. Çıxıb gedim düşünərkən, məhz əsas qəhrəmanın etdiyi – piyada, ictimai nəqliyyatla harasa getməyi nəzərdə tuturam. Yəni çıxırsan Bakıdan və yavaş-yavaş Qazax istiqamətində gedirsən, yolüstü Şəkiyə dönürsən, oradan da hər şeyi atıb Quba tərəfə dönürsən. Nəsə sadəcə ölkəni gəzirsən (tələbə olanda bir dostum piyada Zaqatalaya çatmışdı, başqası isə Türkiyəyə kimi avtostopla pulsuz getmişdi. O zaman da, indi də bu mənə qəribə gəlir. Mən daha çox sadəcə konkret icmadan qaçmaq istəyirəm). Sadəcə Azərbaycan çox da böyük əraziyə malik deyil deyə qarşına qohum-tanış çıxacaq, konkret olaraq çox da uzaqlaşmaq imkanın olmayacaq. Nəsə əsərin baş qəhrəmanı günlərin günü dovşana rast gəlir və həyatını dəyişdirməyə qərar verir. Fiziki gücə malik olduğu üçün yolüstü pul/ev lazım olanda fiziki işə düzəlir, lazım olanda şəhərə çıxır, amma sonradan yenə də meşəyə qayıdır. Belə də yaşayır vəssalam. Əsərdə başqa bir nəsə (sadəcə yaşayışı təsvir olunur. Meşə yanğınları zamanı insanları, heyvanları və arağı, xarici deleqasiyanı ayıdan xilas edir və s.) baş vermir, sadəcə sonda SSRİ-yə düşür və burada.. davamını artıq oxuyarsınız. Стругацкие А. и Б. Град обреченный. Ленинград. 1989. 384с. – roman haqqında çox da məlumatlı deyildim. Heç ümumi təsəvvürüm belə yox idi. Vaxtilə yalnız romandan sitatlara rast gəlirdim. Sadəcə fantastikaya qulaq asmaq istəyirdim və.. heç nə. Düzünü desəm xüsusi bir fikir görmədim. Birinci hissəsi daha maraqlıdır. O hissə ki, orada insanlar kollektivdə yaşamağa öyrənirlər, amma alınmır. Orada konkret olaraq insanların yanaşmaları, fərqlilikləri və s. göstərilir. Sonradan hansısa fenteziyə oxşamağa başladı. Bəllidir ki, oxuduğum bədii ədəbiyyatdır və o reallığı göstərməməlidir. Sadəcə getdikcə məna da itirdi. Yazıldığı müddəti nəzərə alsaq, elə təəssürat yaranırdı ki, Struqatskilər vaxt keçdikcə əsərin əsas mövzusunu yaddan çıxartdılar. Кольцов А.В. Полное собрание стихотворений. Ленинград. 1958. 311с. – düşündüm ki, bəlkə bir az şeir oxusam, nəsə fərqlilik yaranar. Amma alınmadı. Deməzdim ki, Koltsovun şeirləri pisdir. Əksinə maraqlı bir tərzdir, sadəcə mənə uyğun bir janr deyil. Qəribədir ki, Koltsov özü meşşan (yəni şəhər sakini) olmasına baxmayaraq, şeirləri əsasən kənd həyatına həsr olunub. Ehtimal edirəm ki, bunun əsas səbəbi fəaliyyət sahəsi ilə bağlı idi. Atası heyvan satışı ilə məşğul idi deyə, Koltsov da ona daimi olaraq kömək edirdi.

Bu ilin may ayında siyahıma görə 8 kitab oxumuşam. Onlardan 4-ü audio olsa da, üçündə hardasa ortasından elektron kitaba keçi
Bu ilin may ayında siyahıma görə 8 kitab oxumuşam. Onlardan 4-ü audio olsa da, üçündə hardasa ortasından elektron kitaba keçid etdim. Bu qədər çox kitab olmağın səbəbi sadədir. Bəzi günlərdə istirahət üçün bütöv günü yalnız kitablara həsr edirdim (misal üçün, mayın 31-i Çexovu bitirdim, sonra Vasilyevə və Ulyanskiyə keçid edib, bitirdim):

Maraqlı faktlar sırasından: 2025-ci ildə Azərbaycanda 4.6 milyon kvadrat metr yaşayış sahəsi istifadəyə verilib. İstifadəyə v
Maraqlı faktlar sırasından: 2025-ci ildə Azərbaycanda 4.6 milyon kvadrat metr yaşayış sahəsi istifadəyə verilib. İstifadəyə verilmiş yaşayış sahəsinin 81%-i "fərdi yaşayış və bağ evləri"nin payına düşüb. Yəni çoxmənzilli evlərin payına cəmi 870 min kvadrat metr düşür (bir mənzilin ortalama sahəsi 87 kvadrat metr). Qrafikdə isə siz Ermənistan üzrə göstəriciləri görə bilərsiniz. Ölkə üzrə 2025-ci ildə 2,3 milyon kvadrat metr yaşayış sahəsi istifadəyə verilib (onun 1.6 milyonu binaların payına düşür). Yerli ekspertlərin fikrinə görə bunun əsas səbəbi relokantlardır. Onlar 2022-ci ildə ölkəyə gəlməyə başladılar və müvafiq ildə bir çox layihələrə yatırımlar ediblər. Bunun nəticəsi olaraq 3 il sonra ölkə üzrə mənzil tikintisi bumu qeydə alındı. Azərbaycan isə iki qonşu Qafqaz ölkəsindən fərqli olaraq relokantları qəbul etmədi. Düzdür ölkədə yaşayış evlərin sayı artmağa davam edir, amma fərdi yaşayış evlərin hesabına (2022-də 11241, 2025 isə 25350).

ASAN Viza-nın verdiyi məlumata görə WUF13 ilə 9 229 nəfər viza alıb (yeri gəlmişkən, bu o demək deyil ki, hamısı ölkəyə gəlib
ASAN Viza-nın verdiyi məlumata görə WUF13 ilə 9 229 nəfər viza alıb (yeri gəlmişkən, bu o demək deyil ki, hamısı ölkəyə gəlib. Bu vizaların yalnız 238-i sərhəddə verilib. Özü də sərhəddə verilən vizalanın 1/6-i Esvatiniyə aiddir). Cədvəldən göründüyü kimi müvafiq qonaqların 1/3-i Nigeriyaya aiddir. Düzünü desəm bu forumda Afrika ölkələrin nümayəndələrinin (xüsusən də Nigeriya) çox olmasının nə ilə bağlı olduğunu bilmirəm (düzdür ilk forum Afrikada keçirilib və orada urban məsələlər ilə bağlı kifayət qədər problem var). Başqa tərəfdən forumun Azərbaycan hansı fayda verdiyini də deyə bilmirəm. Bildiyim qədər Azərbaycan Afrika ilə heç normal səviyyədə münasibətlərə də malik deyil. Başa düşdüyüm də odur ki, forum daha çox donor təşkilatları (beynəlxalq humanitar təşkilatlar və s.) və resipiyentləri (konkret bölgələri, bələdiyyələri və s.) bir araya gətirmək məqsədi daşıyırdı. Azərbaycan burada nə yerli hökumət səviyyəsində (bələdiyyələr), nə də donor səviyyəsində burada iştirak etmirdi.

2018-ci ilin sonuna olan məlumata görə Mərkəzi Bank işçilərinin orta illik sayı 569 nəfər təşkil edirdi. Bu gün açılışı olan yeni bina haqqında məlumatdan: "Bina 35 mərtəbədən ibarətdir, burada ümumilikdə 1300 nəfərlik iş sahəsi.." Maraqlıdır bu illər ərzində Mərkəzi Bankda işçi sayı artıbmı ya...

O gün Facebook Memories qarşıma 2020-ci ilin mayında yazdığım bir status çıxdı. Orada mən 2020-ci ilin aprelində qeydə alınmı
O gün Facebook Memories qarşıma 2020-ci ilin mayında yazdığım bir status çıxdı. Orada mən 2020-ci ilin aprelində qeydə alınmış neft ixracat göstəricilərini əvvəlki ilin apreli ilə müqayisə edirdim. Nə isə, düşündüm bir ay əsasında bizim neft ixracatımızda mövcud olan tendensiyaları göstərmək olar. Vaxtilə 2019-cu ilin aprelində ölkəmiz illik 4.4 milyon ton xam neft ixrac edirdi, bu ilin aprel ayında müvafiq göstərici 2.8 milyon ton təşkil edir. Neftin qiyməti yüksək ola bilər, amma bundan fayda əldə etmək üçün həcmlər də yüksək olmalıdır. Bizdə isə azalma qeydə alınır.

Metro haqqında danışmışkən: 2022-ci ildə elan olunub ki, yeni stansiyanın tikintisi 50 milyon dollara başa gələcək. 2026-ci ildə təsdiqlənmiş investisiya sənədinə görə yeni stansiyanın tikintisi artıq 288 milyon dollar olaraq göstərilib. Sizcə söhbət hansı şəhərdən gedir? Əlbəttə ki, Bakıdan deyil. Bizim metro ekspertimizin sözlərinə görə, metroda artıq aparılan tikinti işlər layihə işləri bitmədən başlayır deyə, tam məbləğ yalnız “layihə işləri bitəndə smetalar da bilinəcək”. Göründüyü odur ki, layihə işləri də heç vaxt bitmir. Ona görə Bakıda stansiya tikintisinin dəyərini öyrənmək demək olar ki, mümkün deyil. Söhbət Yerevandan gedir. Yerevanda şəhər metropoliteni 10 stansiyadan ibarətdir və artıq uzun müddətdir ki, 11-ci stansiyanın tikintisi müzakirə olunur. Əsas problem ondan ibarətdir ki, şəhərdə metropolitendən istifadə edənlər az deyil, amma 10 stansiya olması müəyyən məhdudiyyət yaradır. Rəsmi məlumata görə, metrodan gündəlik istifadə 50-80 min sərnişin təşkil edir. 11-ci stansiya bu rəqəmi 12.5-20 min nəfər artıra bilər. Bu da metropolitenin effektivliyə müsbət təsir göstərəcək. Amma indi əsas müzakirə olunan məsələ stansiya dəyərinin 5.8 dəfə artmasıdır. Məlumdur ki, tunellər hələ sovet dövründən mövcuddur və sadəcə stansiya kompleksini bitirib, təhvil vermək (necə də Bakıya oxşayır. Yeni tikilən stansiyaların əhəmiyyətli hissəsində tunnellər və infrastruktur artıq Sovetdən qalmışdı. Sadəcə stansiya tikmək kifayət idi, o məsələ də uzandı). İndi də Yerevanda bu mövzu müzakirə olunur. Əgər bir stansiya kompleksinin tikintisi bu qədər bahadırsa, o zaman bir sıra ekspertlər hətta sadəcə tramvay, yerüstü metro və s. qurulmasını daha effektiv hesab edir. Bakıda isə belə bir şey mümkün deyil. Onlarda ən azı qiymət, dəyər və s. haqqında məlumat var. Bizdə isə.. Binəqədidən tramvay xəttini tikmək istəyirlər. Tbilisidə rəsmi məlumata görə tikiləcək yeni tramvay xəttinin bir kilometri 22 milyon dollara başa gələcək (Tbilisidə sonuncu istifadəyə verilmiş metro stansiyanın dəyəri isə 34 milyon dollar idi). Bakıda neçəyə (ilk əvvəl 17 km tikmək niyyətləri var) başa gələcək heç kim bəyan etmir, amma təxmin edirəm ki, Tbilisidən iki-üç dəfə baha olacaq. Mənasız uzun-uzadı lazım olmayan tramvay xətlərini (Binəqədidaxili tramvay olsa idi, burada problem görmürəm) tikmək yerinə bu vəsaiti elə qəsəbələrdaxili, qəsəbələrarası, dəmir yolun və metronun tikintisinə ayırmaq daha effektiv olardı.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2025-ci ildə ölkə üzrə 95 117 abort qeydə alınıb. 2025-
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2025-ci ildə ölkə üzrə 95 117 abort qeydə alınıb. 2025-ci ildə doğuş sayının 95 875 olduğunu nəzərə alsaq, bu o deməkdir ki, 2007-ci ildən bəri bu yana ilk dəfə doğum və abort göstəriciləri bərabərləşdi. P.s. ehtimal edirəm ki, ölkəmizdə bu vəziyyətin səbəblərinə dair heç bir araşdırma aparılmır. Maksimum "cinsi əsaslı abortlara" qarşı "mübarizə" aparılır. Amma fikrimcə bu vəziyyətin ən əsas və yeganə səbəbi, əlbəttə ki, sosial müstəvidədir: əhali gəlirlərinin düşməsi, sosial dəstəyin minimallaşdırılması, çətin iqtisadi vəziyyət və s. Bu arada isə hökumət də "uşaq pulu" mövzusunu isə ictimai rəy fikrinin yayındırmaq üçün istifadə edir. Başa düşmürlər ki, bu daha kompleksli bir məsələdir və uşaq pulu sadəcə kiməsə necəsə pul vermək məsələsi deyil.

Repost from Çəpəki
Həbsinin ikinci il dönümündə Fərid Mehralızadə həbsxanadan iqtisadi düşüncələrini paylaşıb, həm də həbsinin səbəb olduğu şəxsi çətinlikləri bölüşüb. Yazının mətninə keçid: https://storage.googleapis.com/snaplink/P1wE9.html