Əbu Hənifə Azərbaycanlı
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
572
Obunachilar
+124 soatlar
-17 kun
-1830 kun
Postlar arxiv
Sual (500): Mən, zövcəm və qardaşım eyni süfrə arxasında əyləşib yemək yeyə bilərikmi?
Cavab (500): Xeyr, bu qətiyyən icazəli deyildir. Çünki qardaşın sənin zövcənə məhrəm sayılmır, sən vəfat etsən, onun həmin xanımla ailə həyatı qurması mümkündür. Qardaşına nə qədər güvənsən də, onun qəlbində olanları bilə bilməzsən. Belə bir məclisdə ən azından qardaşının gözü sənin zövcənə sataşa (nəzər sala) bilər ki, bu baxışın özü belə şəriət baxımından icazəli deyildir.
Əllamə Şeyx Nidal əl-Hənəfi
Sual (499): Darul-İslamda cəhalət üzr sayılırmı?
Cavab (499): Darul-İslamda cəhalət üzr sayılmaz.
Əllamə Şeyx Nidal əl-Hənəfi
Sual (498): Şeyx əl-Minşavini dinləmək olarmı?
Cavab (498): Bəli, onu dinləmək olar.
Əllamə Şeyx Nidal əl-Hənəfi
Sual (497): Fatihə surəsindən sonra bir ayə oxumaq icazəlidirmi?
Cavab (497): Əgər oxunan ayə Qurani-Kərimdəki ən qısa surə olan "əl-Kövsər" miqdarındadırsa, icazəlidir. Əgər "əl-Kövsər" surəsindən daha qısadırsa, məkruhdur.
Əllamə Şeyx Nidal əl-Hənəfi
Sual (496): Təkbir gətirən şəxs baş barmaqlarını qulaq məmələrinə toxundurmalıdırmı?
Cavab (496): Sünnəyə uyğun olan əlləri qulaq hizasına qaldırmaqdır. Barmaqları qulaq məmələrinə toxundurmaq isə sünnə deyildir.
Əllamə Şeyx Nidal əl-Hənəfi
Sual (495): Məlumdur ki, alimlər xəstə insanın orucunu aça bilməsinə rüxsət veriblər. Bəs bu xəstəlik üçün xüsusi bir şərt müəyyən edilibmi, yoxsa bu, istənilən xəstəliyə şamil olunan mütləq bir hökmdür?
Cavab (495): Əgər xəstəlik insanı oruc tutmaqdan aciz qoyarsa və ya onun səhhətinə zərər verərsə, yalnız bu təqdirdə orucunu aça bilər.
Əllamə Şeyx Nidal əl-Hənəfi
Sual (494): "Zülfüqardan başqa qılınc, Əlidən başqa igid yoxdur" hədisi səhihdirmi?
Cavab (494): Bu sözün heç bir əsli yoxdur. Sadəcə olaraq, Muhəmməd əl-Baqirdən "vah" bir əsər kimi rəvayət edilmişdir.
Əllamə Şeyx Nidal əl-Hənəfi
Sual (493): Ağ paltar geyinmək və ağ sarıq bağlamaq müstəhəbdirmi?
Cavab (493): Bəli, bunların hər ikisi müstəhəbdir.
Əllamə Şeyx Nidal əl-Hənəfi
Yeni YouTube kanalımız artıq fəaliyyətdədir! 1000 abunə həddini keçdikdən dərhal sonra illərin zəhməti olan silsilə elmi mühazirələri təqdim edəcəyik. Kanalımıza abunə olaraq və paylaşaraq bu dəyərli layihənin böyüməsinə dəstək olun.
https://youtube.com/channel/UCq6GtoRFIGKh7kBNJhkmAgQ?si=YJXHrApc51guTNXW
السلام عليكم ورحمة الله وبركاته.
Xanımlara məxsus "Sual-Cavab" qrupuna qoşulmaq arzusunda olanlar aşağıdakı əlaqə nömrəsinə şəxsi mesaj vasitəsilə müraciət ünvanlaya bilərlər:
📲 050 788 65 15
Sual (492): Məkruh vaxtlarda Quran oxumaq, yoxsa zikr etmək daha fəzilətlidir?
Cavab (492): Alimlər açıq şəkildə bildirmişlər ki, məkruh vaxtlarda zikr etmək daha fəzilətlidir.
Əllamə Şeyx Nidal əl-Hənəfi
Sual (491): Bir şəxs ehtiyatsızlıqdan avtomobillə öz oğlunun ölümünə səbəb olarsa, diyət ödəməlidirmi? Ödəyəcəyi təqdirdə, bunu kimə ödəməlidir?
Cavab (491): Həmin şəxsin üzərinə kəffarə və diyət düşür. Diyəti isə özündən savayı digər varislərə ödəməlidir.
Əllamə Şeyx Nidal əl-Hənəfi
Sual (490): Zöhr və məğrib namazının daxil olmasına az qalmış təhiyyətül-məscid namazını əda etmək icazəlidirmi?
Cavab (490): Məkruhdur.
Əllamə Şeyx Nidal əl-Hənəfi
Sual (489): Vəfat etmiş şəxsin ölüm səbəbini müəyyən etmək məqsədilə meyitin yarılması (autopsiya) icazəlidirmi?
Cavab (489): Zərurətlər zərurət miqdarı qədər təqdir olunar.
Əllamə Şeyx Nidal əl-Hənəfi
Sual (488): Məzar başında "Fatihə" surəsini oxuyub savabını mərhuma bağışlamaq caizdirmi?
Cavab (488): Bəli, icazəlidir. Allah Təalanın lütfü ilə vəfat etmiş müsəlman bundan faydalanar.
Əllamə Şeyx Nidal əl-Hənəfi
Əgər alimlər kütlədən (avamdan) qorxarsa, bil ki, ümmət böhran içindədir. Çünki alimlərin qorxması sağlam elmi mühitin olmadığının göstəricisidir.
قال
Sual (487): Ərəb irqinin (cinsinin) digərlərindən üstün olduğuna inanmaq vacibdirmi?
Cavab (487): Əllamə İbn Abidin (Allah ona rəhmət etsin) "Rəddül-Mühtar" əsərində "Xizanətül-Əkməl" kitabından nəql edərək belə demişdir: "Ərəblərə ehtiram göstərmək vacibdir, xüsusən Hərəmeynin (Məkkə və Mədinə) əhlinə, mühacir və ənsarların və dörd xəlifənin övladlarına".
Əllamə Şeyx Nidal əl-Hənəfi
(Alimlər) icma etmişlər ki, Onu (Allahı) heç bir məkan əhatə etməz və Onun üzərindən zaman keçməz. Bu, Şəhhamiyyə və Kərramiyyə firqələrinin "O (Allah), Öz Ərşinə təmas edir" iddiasının əksinədir.
واجمعوا على انه لَا يحويه مَكَان وَلَا يجرى عَلَيْهِ زمَان خلاف قَول من زعم من الشهامية والكرامية انه مماس لعرشه.
İmam Abdulqahir əl-Bağdadi
Sual (486): Tələbələrin düzlə səhvi fərqləndirməsini təmin etmək üçün tədris zamanı Quran sözlərini qəsdən yanlış tələffüz etmək icazəlidirmi?
Cavab (486): Bu haramdır. Belə bir addım Quranı təhrif etmək sayıldığından, həmin şəxsin küfrə düşmə təhlükəsi vardır.
Əllamə Şeyx Nidal əl-Hənəfi
