es
Feedback
Əbu Hənifə Azərbaycanlı

Əbu Hənifə Azərbaycanlı

Ir al canal en Telegram
488
Suscriptores
-124 horas
+277 días
+3630 días
Archivo de publicaciones
Ondan (Allahdan) başqa hər nə varsa, məcazi mənada "vahid" adlandırılır, çünki onlar hissələrdən və parçalardan ibarətdir. İmamulhüda əl-Maturidi

Möminlərin Əmirinin fərmanı ilə: ​Herat valisi Mövlana İslamcar Herat vilayətində qadınların şəriət hicabına riayət etməsi qa
Möminlərin Əmirinin fərmanı ilə: ​Herat valisi Mövlana İslamcar Herat vilayətində qadınların şəriət hicabına riayət etməsi qanununu tətbiq etməyə başladı. Yeni qanuna əsasən, şəriət hicabına riayət etmə qaydalarını kobud şəkildə pozanlar həbs və ya digər təzir cəzası ilə cəzalandırılacaqlar.

Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər. Əhzab surəsi, 23.

Иншааллах, сегодня вместе с моим дорогим устазом, Шейхом Аллямой Нидалем, мы начнём чтение "Рисалят ат-Таухид" предводителя н
Иншааллах, сегодня вместе с моим дорогим устазом, Шейхом Аллямой Нидалем, мы начнём чтение "Рисалят ат-Таухид" предводителя нашей школы вероубеждения, Имама аль-Худа Абу Мансура аль-Матуриди. Это будет уже шестое произведение по матуридитской акиде, которое я изучаю вместе со своим шейхом. Хотя вокруг принадлежности этого трактата Имаму Матуриди существуют определённые разногласия, исследователи приводят различные научные доводы в пользу того, что данное произведение действительно принадлежит самому Имаму. Особое примечание: Прошу не путать этот трактат с фундаментальным трудом Имама Матуриди — Китаб ат-Таухид.

İnşallah, bu gün qiymətli ustadım Şeyx Əllamə Nidal ilə birlikdə əqidə məktəbimizin öndəri, İmamulhüda Əbu Mənsur əl-Maturidi
İnşallah, bu gün qiymətli ustadım Şeyx Əllamə Nidal ilə birlikdə əqidə məktəbimizin öndəri, İmamulhüda Əbu Mənsur əl-Maturidinin "Tövhid Risaləsi"ni oxumağa başlayacağıq. Bu, Maturidi əqidəsi üzrə şeyximlə bərabər oxuyacağım altıncı əsər olacaq. ​Hərçənd ki, bu risalənin İmam Maturidiyə mənsubiyyəti ətrafında müəyyən ixtilaflar mövcuddur, lakin mühəqqiqlər fərqli elmi dəlillərə əsaslanaraq əsərin məhz İmama aid olduğunu sübut edirlər. ​Xüsusi qeyd: Bu risaləni İmam Maturidinin fundamental "Kitabüt-Tövhid" əsəri ilə qarışdırmamağınız xahiş olunur.

​"Suya böyük və kiçik bayıra çıxmaq məsələsi" İmam Şürünbülali "Məraqil-Fəlah" adlı əsərində belə deyir: "Suya - axar su olsa
​"Suya böyük və kiçik bayıra çıxmaq məsələsi" İmam Şürünbülali "Məraqil-Fəlah" adlı əsərində belə deyir: "Suya - axar su olsa belə - həmçinin quyunun, çayın və hovuzun yaxınlığında böyük və kiçik bayıra çıxmaq məkruhdur". İmam Təhtavi "Haşiyə"sində belə deyir: "(Axar su olsa belə) (qövlünə gəlincə), durğun suda (bu əməlin) təhrimən məkruh olması gərəkdir. Çünki "Heç biriniz durğun suya kiçik bayıra çıxmasın" hədisindən anlaşılan son nəticə budur. Axar suda isə, ikisi arasındakı fərqi göstərmək üçün (bu əməl) tənzihən məkruhdur . Bunu "əl-Bəhr" əsərinin sular bəhsində müəllif qeyd etmişdir. ​Bəzi hüzzaq (mahir) alimlər belə demişlər: "Açıq-aşkar görünən odur ki, durğun su barəsində təfsilata gedilməlidir: Az miqdardakı durğun suda bu əməl haramdır, çünki suyu nəcis edir. Təmiz olan bir şeyi nəcis etmək isə haramdır. Çox miqdardakı (durğun) suda isə təhrimən məkruhdur. Suya böyük bayıra çıxmaq kiçik bayıra çıxmaq kimidir, hətta ondan daha çirkin bir əməldir." ​İbn Həcər əş-Şafeidən nəql olunduğuna görə, gecə vaxtı suya böyük və kiçik bayıra çıxmaq mütləq şəkildə məkruhdur. Bu, cinlərin insana zərər verməsindən qorxulduğu üçündür, çünki gecə vaxtı suyun onların sığınacağı (məskəni) olduğu deyilmişdir." (Mühəqqiq belə deyir: "(Bu nəss) Şafei kitablarında "deyildi" (qilə) ifadəsi ilə qeyd olunmuşdur. Eyni şəkildə mən buna Sünnə (hədis) kitablarında rast gəlmədim".)

​Şəxsi mesajlarda tez-tez belə bir sualla müraciət edirlər: "Paylaşdığınız nəqlləri mənbə göstərmədən (isnad etmədən) paylaşa bilərikmi?" ​Cavab: Kanalımda yerləşdirdiyim bütün qeydləri və nəqlləri heç bir isnad gətirmədən sərbəst şəkildə paylaşa bilərsiniz, hər birinizə halallıq verirəm. Hətta diləsəniz, bu yazıları öz adınızdan da təqdim edə bilərsiniz, mənim üçün heç bir problem yoxdur. ​

"Diqqətli olun!" "Müctəhidlərin fətvaları sıravi insanlar (avam) üçün, şəriət dəlillərinin müctəhidlər üçün olduğu kimidir!" فتاوى المجتهدينَ بالنسبة إلى العوام كالأدلة الشرعية بالنسبة إلى المجتهدين! Dünən İmam Şatibidən yuxarıdakı sitatı paylaşmışdım. Bu gün isə həmin nəqlin davamını sizə təqdim edirəm. Görün, İmam Şatibi nə buyurur: والدليل عليه أنّ وجود الأدلة بالنسبة إلى المقلدين وعدمها سواء إذ كانوا لا يستفيدون منها شيئا فليس النظر في الأدلة والاستنباط من شأنهم و لا يجوز ذلك لهم البتة. "Bunun dəlili odur ki, müqəllidlər üçün dəlillərin varlığı ilə yoxluğu birdir (eynidir). Çünki onlar o dəlillərdən heç bir fayda əldə etmirlər. Dəlilləri araşdırmaq və (hökmləri) istinbat etmək onların işi (səlahiyyəti) deyildir və bu, onlara qətiyyən icazəli deyildir".

Tələbə yoldaşlıq etmək üçün öz görüşündə özünə bənzəyən, məqsəd və istəklərində isə onunla həmfikir olan birini seçməlidir. الجامع لأخلاق الراوي وآداب السامع Bu, həqiqətən də çox mühüm bir məsələdir. Zamanında belə bir yoldaşlığın bəhrəsini dadmış biri kimi deyə bilərəm ki, həmfikir bir dost insana elm yolunda böyük bir dayaq olur. İnsan tək qaldıqda isə ən sadə addımlar belə onun üçün ağır bir yükə çevrilir. Təəssüf ki, bu gün bərabər şəkildə elm cığırına böyük ümidlərlə qədəm qoyan tələbələrin bir çoxu, zamanla fikir ayrılıqlarının girdabına yuvarlanır və eyni mənzilə varmadan yollarını ayırmalı olurlar.

Dəstəmazın ədəbləri isə çoxdur. ​Sünnə ilə ədəb arasındakı fərq belədir: ​Sünnə, Allah Rəsulunun (Allahın salatı və salamı on
Dəstəmazın ədəbləri isə çoxdur. ​Sünnə ilə ədəb arasındakı fərq belədir: ​Sünnə, Allah Rəsulunun (Allahın salatı və salamı onun üzərinə olsun!) hər hansı bir səbəbə görə yalnız bir və ya iki dəfə tərk etdiyi, digər vaxtlarda isə davamlı olaraq icra etdiyi əməllərdir. ​Ədəb, Allah Rəsulunun (Allahın salatı və salamı onun üzərinə olsun!) üzərində davamlılıq göstərməyib, bir və ya iki dəfə etdiyi əməllərdir. İmam Əlaüddin əs-Səmərqəndi, Töhfətül-Füqəha, səh. 1/64.

İmam ən-Nəsəfi əl-Hənəfi əl-Maturidi məşhur təfsirinin müqəddiməsində belə deyir: "Xahişini və istəyini rədd etməyim mümkün o
İmam ən-Nəsəfi əl-Hənəfi əl-Maturidi məşhur təfsirinin müqəddiməsində belə deyir: "Xahişini və istəyini rədd etməyim mümkün olmayan bir şəxs məndən təfsirə dair orta həcmli bir kitab yazmağımı istədi. Elə bir kitab ki, qrammatik təhlilləri və fərqli qiraətləri özündə cəm etsin, bəlağət və işarət elmlərinin incəliklərini ehtiva etsin, Əhli-Sünnə görüşləri ilə bəzədilmiş, bidət və zəlalət əhlinin batil inanclarından uzaq olsun, nə insanı yoracaq dərəcədə uzun, nə də mənanı nöqsanlı qoyacaq dərəcədə qısa olsun.​İnsan gücünün bu böyük hədəfə və məqsədə çatmaqda aciz olduğunu bildiyim üçün və təhlükəli bir yola girməkdən ehtiyat edərək, bu işdə bir addım irəli, bir addım geri atırdım. Nəhayət, qarşıda maneələr çox olsa da, Allahın tövfiqi ilə bu işə başladım və onu qısa bir müddətdə tamamladım.​ Ona "Mədariküt-Tənzil və Həqaiqüt-Təvil" adını verdim. Hər çətinliyi asanlaşdıran Odur (Allahdır). O, dilədiyi hər şeyə qadirdir və duaları qəbul etməyə layiqdir".

"Qadının kəfən xərci" Qadın vəfat etdikdə və kəfəni olmadıqda, İmam Əbu Yusifə görə, sağlığındakı geyim təminatı nəzərə alına
"Qadının kəfən xərci" Qadın vəfat etdikdə və kəfəni olmadıqda, İmam Əbu Yusifə görə, sağlığındakı geyim təminatı nəzərə alınaraq kəfən xərci ərinin üzərinə düşür. İmam Muhəmməd isə belə demişdir: "(Kəfən xərci ərin üzərinə) Vacib deyil, çünki geyim təminatı (nəfəqə) nikahın gətirdiyi mükəlləfiyyətlərdəndir və nikah da (ölümlə) sona çatmışdır". əl-İxtiyar

Müctəhidlərin fətvaları sıravi insanlar (avam) üçün, şəriət dəlillərinin müctəhidlər üçün olduğu kimidir! فتاوى المجتهدينَ بالنسبة إلى العوام كالأدلة الشرعية بالنسبة إلى المجتهدين! İmam Şatibi

​"Videonu sona qədər izləyin" ​Azərbaycanda "müasir sələfi" (mücəssimə) cərəyanının ən tanınmış simalarından olan Abdurrəhim Muradlı və bu cərəyanın tarixçisi Elnur Nəsirov şiəliyin Azərbaycana Şah İsmayıl Xətai tərəfindən gətirildiyini iddia edirlər. Onlar öz iddialarını əsaslandırmaq üçün vaxtilə Azərbaycan şəhərlərinin Hənəfi və Şafei məzhəblərinə mənsub olduğunu dəlil gətirirlər. Bununla da Azərbaycan xalqına bu torpaqların keçmişdə şiə deyil, Əhli-Sünnə olduğunu sübut etməyə çalışırlar. Allaha həmd olsun ki, normalda Əşəri və Maturidiləri Əhli-Sünnədən saymayan bu firqənin öndə gedənləri, fərqində olmadan öz dilləri ilə bu insanların Əhli-Sünnə olduğunu etiraf edirlər. Çünki vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş Hənəfi və Şafei alimləri məhz bu etiqadi məktəblərə bağlı idilər.

Sual (290): Üzərində bu şəkildə yazı olan üzüyü taxmağa icazə verilirmi? Cavab (290): Bu əməldən çəkinin. ​Əllamə Şeyx Nidal
Sual (290): Üzərində bu şəkildə yazı olan üzüyü taxmağa icazə verilirmi? Cavab (290): Bu əməldən çəkinin. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (289): Bayram namazı cümə gününə təsadüf edərsə, cümə namazının fərz olma hökmü qüvvədən düşərmi? Cavab (289): Xeyr, cümə namazının fərziyyəti aradan qalxmaz. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (288): Anamın xalası və bibisi mənim üçün məhrəm sayılır? ​Cavab (288): Bəli, onlar sizə məhrəmdirlər. ​ Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (287): Qadın ərinə gözəl görünmək məqsədilə burnunu deşdirib, yalnız onun yanında burun sırğası taxa bilərmi? ​Cavab (287): Əgər bu, sırf əri üçün edilirsə, icazəlidir. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (286): Kişinin sırğa taxmasına icazə verilirmi? ​Cavab (286): Xeyr, icazə verilmir. Çünki bu əməl qadınlara xasdır və onlara bənzəməyi özündə ehtiva edir. ​ Əllamə Şeyx Nidal əl-Hənəfi

İmam buyurur: "Hər kim bir nəfərin əlini kəsib, ardınca onu qətlə yetirərsə, qisas hökmü verildikdə öncə həmin qatilin əli kəsilər, sonra isə qətl edilər."