fa
Feedback
Əbu Hənifə Azərbaycanlı

Əbu Hənifə Azərbaycanlı

رفتن به کانال در Telegram
563
مشترکین
+224 ساعت
+317 روز
+10230 روز
آرشیو پست ها
İmam Təhtavi belə deyir: "Buna görə də, qonağa yemək təqdim olunduqda, onun "Bu sənə haradandır?" (Bunu haradan tapmısan?) de
İmam Təhtavi belə deyir: "Buna görə də, qonağa yemək təqdim olunduqda, onun "Bu sənə haradandır?" (Bunu haradan tapmısan?) deyə soruşmağa haqqı yoxdur". Müsəlmanların evinə qonaq gedərkən çoxları bu xətaya yol verir. Bu məsələdə diqqətli olaq.

Qəbirlərin Bizə Pıçıldadığı Böyük Həqiqət...

Həqiqətən də, Azərbaycandan elmin ardınca gedən Əhli-Sünnə əqidəsinə bağlı tələbələrin vəziyyətini görəndə insanın ürəyi sızlayır. Həm yaşadığım ölkədə buna şahid oluram, həm də digər dövlətlərdə təhsil alan tələbələrlə əlaqə saxlayanda eyni mənzərəni görürəm. İllərini elmə həsr edib, sonda dolanışıq qayğıları ucbatından tamamilə fərqli sahələrdə gecə-gündüz çalışanların halı isə hamıya bəllidir. ​Təəssüf ki, bu tələbələrə dəstək olacaq nə bir qurum var, nə də xeyriyyəçi bir şəxs. Böyük çətinliklərlə oxuyub məzun olanların çoxu, nə yazıq ki, qazandıqları biliklərin zəkatını verə bilmirlər, çünki onlara arxa duran kimsə yoxdur. Onsuz da zəmanəmizdə klassik üsulla, canı-dildən elmə bağlanan tələbə tapmaq samanlıqda iynə axtarmağa bənzəyir. İnsan bu fədakar elm adamlarının dərdini kimə deyəcəyini bilmir.

Şeyxim Əllamə Nidal əl-Hənəfi dərsdə belə buyurdu: "Əgər bütün dünya bir araya gəlib sənə tənzihən məkruh olan bir məsələ barəsində fərqli bir fətva nəql etməyi təkid etsə belə, əsla bu yola əl atmayasan. Heç kimə görə fəqihlərin üsulundan kənara çıxma və onlara müxalif davranma. Məzhəbin nəyi bəyan edirsə, sən də məhz onu nəql et!"

Sual (360): Azan duasında əlləri qaldırıb üzə sürtmək icazəlidirmi? Cavab (360): İcazəlidir. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (359): Bir kişinin, davamlı olaraq musiqi səsləndirilən bir məkanda işləməsi icazəlidirmi? ​Cavab (359): Xeyr, belə bir məkanda çalışmaq icazəli deyildir. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (358): Təlim-tərbiyə məqsədilə uşağı döymək olarmı? ​Cavab (358): Uşaq, onun fiziki və mənəvi durumuna uyğun zərif bir tərzdə ədəbləndirilməlidir. Bu məqamda icazə verilən ən ağır tənbeh forması isə onun çiyninə əllə vurmaqdır. Bu cür zərbə ən çoxu üç dəfə təkrarlana bilər, müəyyən olunmuş bu həddi aşmaq (sayı artırmaq) qətiyyən olmaz. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (357): Ailə qurmazdan əvvəl qızın, evlənəcəyi şəxsdən müstəqil (ayrı) mənzil tələb etmək haqqı varmı? Yəni, gələcək həyat yoldaşının ailəsi ilə eyni evdə yaşamaq istəmirsə, bu tələbi şəriət baxımından doğrudurmu? ​Cavab (357): Bəli, qızın belə bir haqqı vardır. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (356): Nikahda vəkil kimi iştirak edən şəxs səhvən ərə gedən qızın (gəlinin) yerinə onun bacısının adını çəkib. Belə bir nikahın hökmü nədir? ​Cavab (356): Əgər əqdi kəsən şəxs qızın vəlisidirsə, nikah adı çəkilən qızın üzərinə vaqe olur (yəni adı səhvən çəkilən bacı ilə bağlanmış sayılır). ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Şeyxim Nidalla 500-cü dərsimiz bitdi.
Şeyxim Nidalla 500-cü dərsimiz bitdi.

Həyatınıza baxışınızı dəyişəcək o həqiqət...

Ustadım Ənəs əs-Sibai bu gün dərsdə belə dedi: "Dünyəvi istəklərini gözardı et ki, Allah Təala onları sənə bəxş etsin".

Həyatınıza baxışınızı dəyişəcək o həqiqət...

Dünyanın hər bir tərəfindəki tələbələrə və tədqiqatçılara tövsiyə edirəm ki, şeyxlərdən ayrılmasınlar, onlarla yoldaşlıq etsinlər və şeyxlərin hüzurunda əyləşsinlər. Çünki elm yalnız kitablardan götürüldükdə, ona zəiflik və nöqsan (xələl) toxuna bilər. Ustad Abdulfəttah Həbib

Suriyanın keçmiş müftisi Əhməd Həssunun keçmişi ilə indiki vəziyyəti arasındakı fərqə nəzər salanda insan bu fani dünyanın bir çox həqiqətlərini dərk edir. Bizləri zalımların süfrəsindən və onların mənfur ideyalarına alət olmaqdan qoruyan Allaha həmd olsun! Bu cür kəslərin cəzası bəzən elə bu dünyada kəsilir. Şübhəsiz ki, tövbə etmədən köçənlərin əsl cəzası axirətə qalacaq.

Sonuncu paylaşımdakı şəkildə qadın təsvirinin olduğunu fərq etməmişəm. Kiminsə gözünə toxunubsa, haqqını halal etsin. Rəbbim günahlarımızı əfv eləsin.

Biz inandıq, onlar da dərhal "baş üstə" deyəcəklər?!
Biz inandıq, onlar da dərhal "baş üstə" deyəcəklər?!

Dağıtmaq və çıxıb getmək çox asandır. Ən çətini isə yenidən qurmaq və qurulanı ayaqda saxlamaqdır. Bunlardan daha çətini isə gedənləri geri qaytarmaqdır...

Sizin çoxsaylı istəklərinizi nəzərə alaraq, mənəviyyat dünyamızın dəyərli incilərindən olan "Tacül-Ərus" və "ən-Nurül-Mübin"
Sizin çoxsaylı istəklərinizi nəzərə alaraq, mənəviyyat dünyamızın dəyərli incilərindən olan "Tacül-Ərus" və "ən-Nurül-Mübin" kitablarının dərslərini tezliklə Instagram-da canlı yayımlarla sizə təqdim edəcəyik. ​Lakin bu xeyirli elmin bərəkətindən daha çox insanın faydalanması üçün kiçik bir hədəfimiz var: səhifəmizin abunə sayını 1000-ə çatdırmaq. Çünki bu abunə sayına çatmadan canlı yayım açmaq mümkün deyil. ​Gəlin bu elmi yolçuluqda bizə dəstək olun! Səhifəmizi bəyənib paylaşın ki, hədəfimizə qısa zamanda çataraq dərslərimizə start verək. Hər birinizə öncədən təşəkkür edirik! https://www.instagram.com/abuhanife1996?igsh=MXQyOTRmMWU0aTQ5dA==

Ey İnsan, Nəyə Aldanırsan?