ru
Feedback
Əbu Hənifə Azərbaycanlı

Əbu Hənifə Azərbaycanlı

Открыть в Telegram
570
Подписчики
-124 часа
-27 дней
-1530 дней
Архив постов
Qadının həqiqi ucalığı kişiləşməkdə, fitrətinə yad rollara bürünməkdə və ailəsindən qopmaqda deyil. Əsl izzət, qadınlıq şərəfini qoruyaraq sevdiyi insanın yanında hüzur tapmaqda, ona arxa olmaqda və sevgi ilə bəslədiyi yuvada yeni bir cəmiyyət inşa etməkdədir. Ümmü Ömər

Sual (502): Bir vacibi bircə dəfə də olsa tərk edən şəxsin buna görə tövbə edənə qədər fasiq olması doğrudurmu? ​Cavab (502): İstilahi vacib - tərk edilməsi ilə əməlin caizliyi aradan qalxmayan, lakin tərkində kiçik günah olan bir əməldir. Şəxs onu tərk etməyi üç və ya daha çox dəfə təkrarladıqda fasiq olur, bircə dəfə tərk etdikdə isə sadəcə günah qazanır. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Allahın Rəsulu (Allahın salatı və salamı onun üzərinə olsun!) cümə günü (minbərə) çıxıb əyləşdikdə: "Oturun!" - dedi. Bunu eşidən İbn Məsud elə məscidin qapısındaca oturdu. Allahın Rəsulu (Allahın salatı və salamı onun üzərinə olsun!) onu görüb belə dedi: "(İçəri) gəl, ey Abdullah ibn Məsud!" Əbu Davud, 1091. İbn Məsudun (Allah ondan razı olsun) davranışı şərtsiz və tərəddüdsüz itaətin ən parlaq nümunəsidir: o, "mən hələ qapıdayam", "içəri keçim, rahat bir yer tapım" və ya "bu söz yəqin ki, artıq içəridə olanlara aiddir" deyə düşünmədi. Əmri eşitdiyi saniyə, olduğu yerdə oturdu. İbn Məsud (Allah ondan razı olsun) məscidin qapısında oturarkən "kənardan necə görünərəm?", "camaat mənə gülər" qayğısını ağlına belə gətirmədi. Müasir dövrdə isə insanların əksəriyyəti doğru olanı bildiyi halda, sosial statusunu və ya başqalarının rəyini həqiqətdən üstün tutaraq addım atmaqdan çəkinir. ​Əsl sədaqət və mənəvi böyüklük hər şey rahat olanda deyil, haqqın çağırışını eşitdiyin an öz nəfsini, rahatlığını və planlarını kənara qoyub olduğun yerdəcə dayana bilməkdir.

Sual (501): Evdə qulaq asılmadan Qurani-Kərimin fonda səsləndirilməsinin şəri hökmü nədir? Cavab (501): Ev əhli öz məşğuliyyətlərinə dalıb Qurani-Kərimi dinləmirsə, Qurani-Kərimin bu şəkildə açıq buraxılması icazəli deyildir. Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (500): Mən, zövcəm və qardaşım eyni süfrə arxasında əyləşib yemək yeyə bilərikmi? Cavab (500): Xeyr, bu qətiyyən icazəli deyildir. Çünki qardaşın sənin zövcənə məhrəm sayılmır, sən vəfat etsən, onun həmin xanımla ailə həyatı qurması mümkündür. Qardaşına nə qədər güvənsən də, onun qəlbində olanları bilə bilməzsən. Belə bir məclisdə ən azından qardaşının gözü sənin zövcənə sataşa (nəzər sala) bilər ki, bu baxışın özü belə şəriət baxımından icazəli deyildir. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (499): Darul-İslamda cəhalət üzr sayılırmı? Cavab (499): Darul-İslamda cəhalət üzr sayılmaz. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

​Sual (498): Şeyx əl-Minşavini dinləmək olarmı? Cavab (498): Bəli, onu dinləmək olar. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (497): Fatihə surəsindən sonra bir ayə oxumaq icazəlidirmi? Cavab (497): Əgər oxunan ayə Qurani-Kərimdəki ən qısa surə olan "əl-Kövsər" miqdarındadırsa, icazəlidir. Əgər "əl-Kövsər" surəsindən daha qısadırsa, məkruhdur. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (496): Təkbir gətirən şəxs baş barmaqlarını qulaq məmələrinə toxundurmalıdırmı? Cavab (496): Sünnəyə uyğun olan əlləri qulaq hizasına qaldırmaqdır. Barmaqları qulaq məmələrinə toxundurmaq isə sünnə deyildir. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (495): Məlumdur ki, alimlər xəstə insanın orucunu aça bilməsinə rüxsət veriblər. Bəs bu xəstəlik üçün xüsusi bir şərt müəyyən edilibmi, yoxsa bu, istənilən xəstəliyə şamil olunan mütləq bir hökmdür? Cavab (495): Əgər xəstəlik insanı oruc tutmaqdan aciz qoyarsa və ya onun səhhətinə zərər verərsə, yalnız bu təqdirdə orucunu aça bilər. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (494): "Zülfüqardan başqa qılınc, Əlidən başqa igid yoxdur" hədisi səhihdirmi? Cavab (494): Bu sözün heç bir əsli yoxdur. Sadəcə olaraq, Muhəmməd əl-Baqirdən "vah" bir əsər kimi rəvayət edilmişdir. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (493): Ağ paltar geyinmək və ağ sarıq bağlamaq müstəhəbdirmi? Cavab (493): Bəli, bunların hər ikisi müstəhəbdir. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Yeni YouTube kanalımız artıq fəaliyyətdədir! 1000 abunə həddini keçdikdən dərhal sonra illərin zəhməti olan silsilə elmi mühazirələri təqdim edəcəyik. Kanalımıza abunə olaraq və paylaşaraq bu dəyərli layihənin böyüməsinə dəstək olun. https://youtube.com/channel/UCq6GtoRFIGKh7kBNJhkmAgQ?si=YJXHrApc51guTNXW

السلام عليكم ورحمة الله وبركاته. ​Xanımlara məxsus "Sual-Cavab" qrupuna qoşulmaq arzusunda olanlar aşağıdakı əlaqə nömrəsinə şəxsi mesaj vasitəsilə müraciət ünvanlaya bilərlər: ​📲 050 788 65 15

Sual (492): Məkruh vaxtlarda Quran oxumaq, yoxsa zikr etmək daha fəzilətlidir? Cavab (492): Alimlər açıq şəkildə bildirmişlər ki, məkruh vaxtlarda zikr etmək daha fəzilətlidir. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (491): Bir şəxs ehtiyatsızlıqdan avtomobillə öz oğlunun ölümünə səbəb olarsa, diyət ödəməlidirmi? Ödəyəcəyi təqdirdə, bunu kimə ödəməlidir? Cavab (491): Həmin şəxsin üzərinə kəffarə və diyət düşür. Diyəti isə özündən savayı digər varislərə ödəməlidir. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (490): Zöhr və məğrib namazının daxil olmasına az qalmış təhiyyətül-məscid namazını əda etmək icazəlidirmi? Cavab (490): Məkruhdur. Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (489): Vəfat etmiş şəxsin ölüm səbəbini müəyyən etmək məqsədilə meyitin yarılması (autopsiya) icazəlidirmi? Cavab (489): Zərurətlər zərurət miqdarı qədər təqdir olunar. ​Əllamə Şeyx Nidal əl-Hənəfi

Sual (488): Məzar başında "Fatihə" surəsini oxuyub savabını mərhuma bağışlamaq caizdirmi? Cavab (488): Bəli, icazəlidir. Allah Təalanın lütfü ilə vəfat etmiş müsəlman bundan faydalanar. ​Əllamə Şeyx Nidal əl-Hənəfi