uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling 👈

Alioglu_News🇦🇿

Alioglu_News🇦🇿

Kanalga Telegram’da o‘tish

🌍 Dünya hadisələri — Azərbaycan gözü ilə 📊 Günlük analitika: nə baş verir və NİYƏ 🔗 İran, İsrail, Türkiyə, Rusiya — regionumuza təsiri ⚡️ Başqa yerdə tapa bilməyəcəyiniz perspektiv 📝 Reklam: @Pretorian2021

Ko'proq ko'rsatish

📈 Telegram kanali Alioglu_News🇦🇿 analitikasi

Alioglu_News🇦🇿 (@el_alioglu) Ozarbayjon til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 21 808 obunachidan iborat bo'lib, Yangiliklar & Media toifasida 10 727-o'rinni va Ozarbayjon mintaqasida 172-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 21 808 obunachiga ega bo‘ldi.

12 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -1 458 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 1.03% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 0.93% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 225 marta ko‘riladi; birinchi sutkada odatda 204 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 1 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“🌍 Dünya hadisələri — Azərbaycan gözü ilə 📊 Günlük analitika: nə baş verir və NİYƏ 🔗 İran, İsrail, Türkiyə, Rusiya — regionumuza təsiri ⚡️ Başqa yerdə tapa bilməyəcəyiniz perspektiv 📝 Reklam: @Pretorian2021”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 13 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Yangiliklar & Media toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

21 808
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-1407 kun
-1 45830 kun
Postlar arxiv
🇸🇾⚖️ Suriyada Respublika Qvardiyasının sabiq komandiri saxlanılıb. ‎ ▪️Suriyanın daxili təhlükəsizlik qüvvələri “Paytaxtın
🇸🇾⚖️ Suriyada Respublika Qvardiyasının sabiq komandiri saxlanılıb. ‎ ▪️Suriyanın daxili təhlükəsizlik qüvvələri “Paytaxtın keşikçisi” kimi tanınan sabiq briqada generalı Mərd Məhəmmədin saxlanıldığını açıqlayıb. ‎ ▪️Hakimiyyət orqanları onu Qabun, Əl-Hamə, Vadi-Bərəda, Qüdsəyya, Eyn-Tərma və Cobarda əməliyyatların sabiq səhra komandiri adlandırır, habelə əvvəlki rejimin cinayətlərində iştirak etməkdə ittiham edir. ‎ ▪️Hələlik məhkəmə qərarı və irəli sürülən ittihamların müstəqil təsdiqi mövcud deyil. ‎ #Suriya #Dəməşq #Həbs #Təhlükəsizlik #YaxınŞərq

🇺🇸🇷🇺 Oblonskilərin evində hər şey bir-birinə qarışıb. ‎ ▪️Sentyabrın 13-də ABŞ prezidenti Donald Tramp Zelenskini Rusiyan
🇺🇸🇷🇺 Oblonskilərin evində hər şey bir-birinə qarışıb. ‎ ▪️Sentyabrın 13-də ABŞ prezidenti Donald Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa açıq şəkildə çağırıb. ‎ ▪️O, bu tələbini qlobal dizel qıtlığı və Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya enerji sisteminə endirdiyi zərbələr nəticəsində qiymətlərin kəskin artması ilə əsaslandırıb. ‎ ▪️Yəni məlum olur ki, günahkar Trampı İranı bombalamağa inandıran Netanyahu və ya Hörmüz boğazının bağlanması deyil, məhz planetin o biri başında yerləşən Zelenskidir. Nə isə, bu öz yerində… ‎ ▪️Tramp həmçinin əlavə edib ki, bu barədə artıq Zelenski ilə danışıb və onun sözlərindən belə təəssürat yaranırdı ki, məsələ demək olar ki, həllini tapıb. ‎ ▪️Lakin oktyabrın 9-da bəlli olub ki, bu sxemdə nəsə qaydasında getməyib. ‎ ▪️Tramp artıq Zelenski ilə deyil, Putinlə sövdələşmə əldə etdiyini elan edir. Razılaşmanın mahiyyəti ondan ibarətdir ki, Rusiya dizeli ABŞ-a və qlobal bazara çıxarılmalıdır. ‎ ▪️Daha sonra Vaşinqtonun guya altı dəfə Zelenskidən Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı xahiş etdiyi barədə məlumat yayılır. ‎ ▪️Kiyev bu xahişləri yerinə yetirməyib. Məhz bundan sonra Tramp Putinlə razılığa gəlmək qərarına gəlib. ‎ ▪️Belə görünürdü ki, Trampın növbəti “dahi”. planı baş tutub. Amma sən saydığını say. ‎ ▪️Artıq oktyabrın 10-da Ukrayna qüvvələri Rusiyanın neft infrastrukturunun ən azı iki obyektinə zərbə endiriblər: Rostov-na-Donudakı neft terminalına və Samara vilayətindəki “Samara”. neft-nəqliyyat qovşağına. Terminalda güclü yanğın baş verib. ‎ ▪️Hələ bu azmış kimi, dizel daşıyan gəmilər heç limanlardan belə çıxmayıb. ‎ ▪️Xatırladaq ki, iki ay yarım ərzində Qara və Azov dənizlərində Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin Rusiyanın “kölgə donanması”na aid etdiyi müxtəlif təyinatlı 300 gəmi və üzən vasitə vurulub. ‎ ▪️Dövrümüzün marionetləri də bir qəribə olub - artıq ipə-sapa yatmırlar. ‎ #Tramp #Putin #Zelenski #Neft #ABŞ

🇫🇷🇸🇬📚 Fransanın ifrat sağçı lideri Jordan Bardella ölkədəki təhsil, milli kimlik və iqtisadiyyatın vəziyyəti ilə bağlı sərt tənqidlərlə çıxış edib. ‎ ▪️ “Riyaziyyatın tədrisində son dərəcə yüksək tələbkarlığı ilə seçilən Sinqapur metodundan ilham almalıyıq”. ‎ ▪️ “Bir neçə il əvvəl Emmanuel Makronun riyaziyyatı ümumi tədris proqramından çıxarması fəlakətli nəticələrə gətirib çıxardı”. ‎ ▪️ “Ümumiyyətlə, riyaziyyatın baza tədris planından çıxarılmasını kimsə ağlına necə gətirə bilərdi?”. ‎ ▪️ “Əgər biz gənc fransızlara, o cümlədən bəzən mühacir ailəsindən çıxan gənclərə Fransa tarixinin gözəlliyini və əzəmətini aşılamasaq, onlar Fransanı necə sevə bilərlər?”. ‎ ▪️ “Əgər onlar Napoleon Bonapartın, XIV Lüdovikin, Janna d’Arkın və ya general de Qollun kim olduğunu bilmirlərsə, bu necə mümkün ola bilər?”. ‎ ▪️ “Fransanın dövlət maliyyəsi fəlakətli vəziyyətdədir”. ‎ ▪️ “Əgər belə davam etsək, birbaşa divara çırpılacağıq”. ‎ ▪️ “2017-ci ildən bəri cənab Makronun rəhbərliyi altında tutduğumuz bu yolla getməyə davam etsək, Fransa iqtisadiyyatı çökəcək, məhv olacaq”. ‎ #Fransa #Bardella #Makron #Təhsil #İqtisadiyyat

🇸🇾🇮🇱 SANA İsrail hərbçilərinin Dəraa əyalətinin qərb hissəsinə yeni müdaxiləsi barədə məlumat yayıb. ‎ ▪️SANA müxbirinin
🇸🇾🇮🇱 SANA İsrail hərbçilərinin Dəraa əyalətinin qərb hissəsinə yeni müdaxiləsi barədə məlumat yayıb. ‎ ▪️SANA müxbirinin verdiyi məlumata görə, İsrail Ordusunun (SAXAL) üç hərbi maşını Yərmuk hövzəsində yerləşən Abidin kəndi yaxınlığındakı dərəyə daxil olub. ‎ ▪️Hərbçilər kənd təsərrüfatı işlərinin aparılmasına maneə törədib, bir motosikleti zədələyib və daha sonra Tel-Əbu-əl-Qaytar istiqamətindən geri çəkiliblər. ‎ ▪️İsrail tərəfi bu məlumatı şərh etməyib və baş verən hadisə ilə bağlı müstəqil təsdiq hələ ki, yoxdur. ‎ #Suriya #İsrail #Dəraa #SAXAL #YaxınŞərq

🇺🇸🇷🇺 ABŞ prezidenti Donald Trampın elan etdiyi “enerji atəşkəsi” Moskva və Kiyev tərəfindən təsdiqlənməyib. ‎ ▪️ Donald Tramp oktyabrın 11-də Rusiya və Ukraynanın energetika obyektlərinə zərbələri dərhal dayandırmağa guya razılaşdıqlarını bəyan edib, lakin razılaşmanın şərtlərini və ya nəzarət mexanizmini açıqlamayıb. ‎ ▪️ Kreml bu bəyanatı təsdiqləməyib. Volodimir Zelenski isə Kiyevin detalları gözlədiyini və yalnız Rusiyanın hücumlarının qarşılıqlı dayandırılması şərti ilə Rusiyanın enerji obyektlərinə zərbələri dayandırmağa hazır olduğunu bildirib. ‎ ▪️ Ukrayna hakimiyyət orqanlarının məlumatına görə, Trampın açıqlamasından dərhal sonra Rusiya qüvvələri Xarkovdakı istilik-elektrik mərkəzinə zərbə endirib. ‎ ▪️ “Reuters” agentliyi isə məlumatlı mənbəyə istinadən xəbər verib ki, Vaşinqton Rusiyanın neft emalı zavodlarına zərbələrin dayandırılmasına nail olmaq məqsədilə kəşfiyyat məlumatlarının ötürülməsini və silah alışını məhdudlaşdıracağı ilə bağlı Kiyevi hədələyib. ‎ ▪️ Ağ Ev bu xəbəri şərh etməyib. ‎ #Tramp #Ukrayna #Rusiya #Energetika #Atəşkəs

🇺🇦🇺🇸🇷🇺⚡️ Zelenski bildirib ki, ABŞ prezidenti Tramp və Maska Putini dayandırmaqdansa, Ukraynaya təzyiq göstərmək daha asandır. ‎ ▪️ “Onlar Putini dayandırmağın yolunu tapa bilmirlər, çünki bu, başqalarına təzyiq göstərməkdən qat-qat çətindir”. ‎ ▪️ “Qiymətlərdən danışmaq və onları Ukrayna ilə əlaqələndirmək daha asandır, halbuki hər kəs qiymətlərin Yaxın Şərqdəki müharibə səbəbindən artdığını çox gözəl başa düşür”. ‎ ▪️ “ABŞ prezidenti Trampın atəşkəslə bağlı bəyanatı isə mənim üçün əsl yenilik oldu”. ‎ #Zelenski #Tramp #Ukrayna #Rusiya #Mask

🇮🇱💥 İsrailin şimalında baş verən partlayış nəticəsində 20 nəfər xəsarət alıb. ‎ ▪️ Livanla sərhəd yaxınlığında, Yuxarı Qal
🇮🇱💥 İsrailin şimalında baş verən partlayış nəticəsində 20 nəfər xəsarət alıb. ‎ ▪️ Livanla sərhəd yaxınlığında, Yuxarı Qalileyadakı Ramim təpəlikləri ərazisində partlayış qeydə alınıb və hadisə nəticəsində 20 nəfər zərər çəkib. ‎ ▪️ İsrail mediasının yaydığı məlumatlara görə, xəsarət alanlardan birinin vəziyyəti son dərəcə ağır, üç nəfərin vəziyyəti ağır, daha dörd nəfərin durumu isə orta-ağır olaraq qiymətləndirilir. ‎ ▪️ Bundan əlavə, səkkiz məktəbli güclü stress və təşviş keçirib. ‎ ▪️ İlkin ehtimala əsasən, partlayış Ras-Ramim bölgəsində məktəblilərin ekskursiyası zamanı baş verib. ‎ ▪️ Bildirilir ki, israilli məskunlaşanlardan ibarət qrup döyüş əməliyyatlarından sonra qalan və partlamamış hərbi sursatla qarşılaşa bilər və həmin sursat onların olduğu yerdə partlayıb. ‎ #İsrail #Livan #Qalileya #Partlayış #Təhlükəsizlik

🇺🇦🇺🇸 Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampın Rusiya ilə enerji atəşkəsi barədə bəyanatından sonra Ukrayna Silahlı Qüvvələrinə müvafiq əmrlər verib. ‎ ▪️Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ prezidenti Donald Trampın enerji infrastrukturuna zərbələrin dayandırılması ilə bağlı Rusiya ilə əldə olunmuş razılaşma barədə bəyanatından sonra Ukrayna ordusu “bütün müvafiq əmrləri” alıb. ‎ ▪️Bununla belə, rəsmi Kiyev ehtimal edilən atəşkəsin konkret şərtlərini və Vladimir Putinin əldə olunmuş razılaşmalara əməl etmək niyyətində olduğuna dair təsdiqi gözləməkdə davam edir. ‎ ▪️Daha əvvəl Ukrayna rəhbərliyinin nümayəndələri ABŞ prezidentinin elan etdiyi razılaşma barədə heç bir məlumata malik olmadıqlarını bildirmişdilər. ‎ ▪️“Ukrayna gərginliyin azaldılması istiqamətində çoxlu addımlar təklif edib. Putin isə hər şeyə bircə sözlə cavab verirdi. Bu, onun “yox” kəlməsi idi”. Biz böyük ümid bəsləyirik ki, nəhayət o, Amerikaya, Ukraynaya və bütün dünyaya başqa bir söz deyəcək”, - deyə Zelenski vurğulayıb. ‎ ▪️“Qətllərdən və yalanlardan fərqli nəsə, real və ləyaqətli sülhə gətirib çıxaracaq bir addım. Ukrayna sülh istəyir. Əsas məsələ Rusiyanın bunu istəyib-istəməməsidir. Ukrayna Silahlı Qüvvələri bütün müvafiq əmrləri alıb”, - deyə Ukrayna lideri bəyan edib. ‎ #Ukrayna #Tramp #Rusiya #Zelenski #Atəşkəs

🇺🇸🇺🇦 ABŞ prezidenti Donald Tramp Kiyevin xəbərdar olmadığı atəşkəs barədə elan edib. ‎ ▪️Donald Tramp Rusiya və Ukraynanı
🇺🇸🇺🇦 ABŞ prezidenti Donald Tramp Kiyevin xəbərdar olmadığı atəşkəs barədə elan edib. ‎ ▪️Donald Tramp Rusiya və Ukraynanın enerji infrastrukturuna qarşılıqlı zərbələri dayandırmaq barədə razılığa gəldiyini bəyan edib. “Bu andan etibarən enerji atəşkəsi qüvvəyə minir. Hər iki tərəf razılaşdı. Onu pozmayın!” - deyə o, “Truth Social” şəbəkəsində yazıb. Kiyevdə isə belə bir razılaşmadan qətiyyən xəbərsiz olduqlarını bildiriblər. “Təmir briqadalarımız elə indicə Rusiyanın son zərbələrindən sonra Kiyevdə elektrik və su təchizatını bərpa edir. Atəşkəs barədə heç kim eşitməyib”, - deyə Zelenskiyə yaxın yüksəkrütbəli Ukrayna rəsmisi “Financial Times” qəzetinə bildirib. ‎ ▪️Tramp həmçinin Ukraynanın “yeni prezident seçmək vaxtının çatdığını” bəyan edərək, müharibənin başa çatması barədə saziş bağlaya biləcək liderlə Zelenskini əvəzləməyi təklif edib. “Mən onlara sövdələşmə bağlaya biləcək yeni lider tapmağı təklif edirəm”, - deyə o vurğulayıb. ‎ ▪️Zelenski isə cavabında Ukraynanın 60 günlük tam atəşkəs şərti ilə seçkilər keçirməyə hazır olduğunu bildirib. “Putinə deyin: bizə iki ay, 60 günlük fasilə verin. Tam atəşkəs, 60 gün - və biz seçkiləri təşkil edəcəyik”, - deyə o, “ABC News” telekanalına müsahibəsində qeyd edib. ‎ #Tramp #Zelenski #Ukrayna #Rusiya #Atəşkəs

🇷🇺🇺🇦Jurnalist ilə ABŞ prezidenti Tramp arasında atəşkəs rejiminin pozulması ilə bağlı maraqlı dialoq baş tutub. ‎ 🎤 Jurnalist: “Rusiya artıq atəşkəs rejimini pozub və ötən gecə Ukraynaya hücum edib”. ‎ 🇺🇸 ABŞ prezidenti Tramp: “Mən buna əmin deyiləm. Biz bunu yoxlayacağıq”. ‎ 🎤 Jurnalist: “Rusiya bu axşam atəşkəs rejimini pozub”. ‎ 🇺🇸 ABŞ prezidenti Tramp: “Pozuntular hər iki tərəfdən qeydə alınıb”. ‎ #Tramp #Ukrayna #Rusiya #Atəşkəs #ABŞ

🇺🇸🇷🇺⛽️📉 Ekspertlər ABŞ-da keçiriləcək aralıq seçkilər öncəsi Rusiya dizelinin yanacaq qiymətlərini ucuzlaşdıra biləcəyin
🇺🇸🇷🇺⛽️📉 Ekspertlər ABŞ-da keçiriləcək aralıq seçkilər öncəsi Rusiya dizelinin yanacaq qiymətlərini ucuzlaşdıra biləcəyinə ciddi şübhə ilə yanaşırlar. ▪️ Analitiklər Rusiyanın ABŞ prezidenti Donald Trampa vəd etdiyi həcmdə dizel yanacağını haradan tapacağı sualını irəli sürürlər. ▪️ Mütəxəssislər bildirirlər ki, ilkin göndərişlər noyabrda ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər ərəfəsində qlobal təchizat böhranını əhəmiyyətli dərəcədə yüngülləşdirmək üçün olduqca kiçik həcmdədir. ▪️ Hətta tədarük uğurla həyata keçirilsə belə, Ukrayna və Yaxın Şərqdəki müharibələr fonunda gündəlik nəhəng istehlakla müqayisədə bu həcmlər yanacaq qiymətlərinin enməsinə cüzi təsir göstərə bilər. ▪️ Trampın planına əsasən, ilk mərhələdə 300 min metrik ton, noyabrda 500 min ton, daha sonra isə əlavə 1 milyon ton yanacaq tədarük edilməlidir. ▪️ Əlavə 3 milyon tonluq təchizat isə birbaşa Rusiyanın neft emalı zavodlarının texniki vəziyyətindən asılı olacaq. ▪️ Beynəlxalq Enerji Agentliyinin Neft bölməsinin sabiq rəhbəri Nil Atkinson Moskvanın daxili tələbatı ödəmədən bu öhdəliyi necə yerinə yetirəcəyini sual altına qoyub. ▪️ “Tramp sazişini təmin etmək üçün tələb olunan həcmlərin haradan gələcəyi bir sirrdir - əgər daxili ehtiyatlardan götürülməyəcəksə, bu addım Rusiya iqtisadiyyatını tam iflic edəcək”, - deyə o qeyd edib. ▪️ ABŞ Maliyyə Nazirliyi cümə günü elan edilmiş razılaşmanın həyata keçirilməsi məqsədilə Rusiya dizelinə qarşı tətbiq edilən məhdudiyyətləri müvəqqəti olaraq yumşaldıb. ▪️ “Lombard Odier” analitikləri xəbərdarlıq edirlər ki, “elan edilən göndərişlər heç də çatdırılmış real təchizat demək deyil”. ▪️ Onların sözlərinə görə, bu tədbirlər nə zədələnmiş infrastrukturu dərhal bərpa edir, nə də dəniz daşımalarını əvvəlki normal vəziyyətinə qaytarır. ▪️ Atkinson hesablayır ki, ilk 300 min tonun bir aya bölünməsi gündə cəmi 70 min barel yanacaq deməkdir. ▪️ Halbuki təkcə ABŞ gündə 3,7 milyon barel, bütün dünya isə 29 milyon barel dizel istehlak edir. ▪️ “Jefferies” şirkətinin Avropa üzrə baş iqtisadçısı Mohit Kumar razılaşmanın təsirini dəyərləndirərək bildirib: “Razılaşdırılmış həcmlərin bazarda ciddi dönüş yaradacağı qətiyyən inandırıcı görünmür”. ▪️ AAA-nın məlumatına görə, sentyabrın sonunda ABŞ-da dizelin bir qallonunun orta qiyməti rekord həddə - 6,5276 dollara yüksəlib. ▪️ “Pew Research Center” sorğuları göstərir ki, qeydiyyatdan keçmiş seçicilərin 84%-i iqtisadiyyat amilini səsvermədə həlledici hesab edir. ▪️ Məhz buna görə Respublikaçılar noyabrda Konqresin hər iki palatasında nəzarəti tamamilə itirmək riski ilə üz-üzə qalıblar. ▪️ Sinqapurun “Quantum Strategy” analitikləri bu sazişin iqtisadi baxımdan uğursuzluğa düçar olacağını proqnozlaşdırırlar. #ABŞ #Rusiya #Tramp #Dizel #İqtisadiyyat

🇺🇸⚡️“Rusiya ilə dizel yanacağı üzrə razılaşmam əslində şəxsən mənim üçün deyil, bütün dünya üçün nəzərdə tutulmuş bir anlaşmadır”, - deyə ABŞ prezidenti Tramp bildirib. ‎ ABŞ liderinin digər diqqətçəkən bəyanatları: ‎ ▪️“Kim Çen In ilə görüşüm istisna deyil. Bu, olduqca maraqlı olardı, çünki onunla münasibətlərimiz yaxşıdır”. ‎ ▪️“Hesab edirəm ki, təşkil etdiyim mitinqlər böyük təsir göstərdi. Hər mitinqdən sonra reytinq göstəricilərinin necə yüksəldiyini aydın görürsünüz”. ‎ ▪️“Husilər həddindən artıq pis davranırlar. Belə hərəkət etmək qətiyyən yolverilməzdir”. ‎ ▪️Tramp Somalini “mövcud olmayan ölkə” adlandırıb. ‎ ▪️“Mənə məlumdur ki, İlhan Omar çox ciddi nəzarət altındadır. Bunun mənimlə heç bir əlaqəsi yoxdur. Onu son dərəcə bərbad bir insan hesab edirəm”. ‎ #ABŞ #Tramp #Rusiya #Siyasət #DünyaXəbərləri

🇮🇷🛢 SEPAH üçüncü neft tankerinin dəniz minasına düşərək partlaması barədə məlumat yayıb. ‎ ▪️SEPAH-ın Hərbi Dəniz Qüvvələri neft tankerinin dəniz minasına düşərək partladığını və alovlandığını bəyan edib. ‎ ▪️İran tərəfinin iddiasına görə, bu, artıq qeydə alınan üçüncü analoji insidentdir. ‎ #İran #SEPAH #Tanker #Neft #Hörmüz

🇺🇸⚡️İlon Mask Respublikaçılar Partiyasını aralıq seçkilərində xilas etmək cəhdi ilə 276 milyon dollar vəsait ayırıb - “NYT”
🇺🇸⚡️İlon Mask Respublikaçılar Partiyasını aralıq seçkilərində xilas etmək cəhdi ilə 276 milyon dollar vəsait ayırıb - “NYT”. ‎ Milyarder iyul ayının əvvəlindən etibarən respublikaçı qrupların və özünün yaratdığı super-PAC (siyasi fəaliyyət komitəsi) təşkilatının hesabına gizli şəkildə 276 milyon dollardan çox vəsait köçürüb. ‎ Partiyanın qarşıdan gələn aralıq seçkilərdə üzləşdiyi çətinlikləri dəf etməsinə dəstək olmaq məqsədilə o, seçicilərin səfərbər edilməsi üçün genişmiqyaslı kampaniyaya start verib. ‎ Ayrılan bu nəhəng maliyyə dəstəyi Maskın sağ cinaha sadiqliyini bir daha təsdiqləyir və onu 2028-ci il prezident seçkilərində potensial əsas fiqurlardan birinə çevirir. ‎ #İlonMask #ABŞ #Respublikaçılar #Seçkilər #DünyaXəbərləri

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb.

Yəmən: son saatların xəbərləri 🇾🇪 🔴 Yəməndə müharibə genişlənir: Səna və Təiz hava zərbələrinə məruz qalır, hökumət qoşunları hücumlarını gücləndirir, husilərin Səudiyyə Ərəbistanına raket hücumları isə yeni hərbi qarşıdurma təhlükəsini artırır. 🚀 Təizdə husilərin mövqelərinə hava zərbələri endirilib. Əl-Vaziiyyə və Əl-Mudaribə rayonlarında silahlı dəstələrin toplaşdığı ərazilər və hərbi texnika hədəfə alınıb. ⚔️ Əd-Dabab cəbhəsində şiddətli döyüşlər gedir. Hökumət qüvvələri husilərin iki hücumunu dəf etdiklərini, düşmənin canlı qüvvə və texnika itirdiyini açıqlayıblar. 🛡 Hava hücumlarında tank və artilleriya qurğuları məhv edilib. Təiz hərbi komandanlığının məlumatına görə, dörd aviazərbə nəticəsində husilərin bir tankı və iki artilleriya qurğusu sıradan çıxarılıb. 🔴 Ləhc vilayətinə əlavə hərbi qüvvələr göndərilib. Cənub Nəhəngləri Qüvvələri Əl-Mudaribə istiqamətində mövqelərini möhkəmləndirdiklərini açıqlayıblar. 🚨 Sənaya endirilən zərbələr nəticəsində mülki itkilər qeydə alınıb. Husilərin nəzarətindəki səhiyyə qurumunun məlumatına görə, bir nəfər ölüb, 12 nəfər yaralanıb. ⚠️ Təizdə yaşayış məhəlləsi atəşə tutulub. Yerli mənbələr Əd-Dəhi rayonunda evə mərmi düşməsi nəticəsində azyaşlının yaralandığını bildirirlər. ⚔️ Əl-Əqrud cəbhəsində hökumət qüvvələri mövqelərini qoruyur. Hərbi komandanlıq husilərin hücumunun dəf edildiyini və qarşı tərəfin geri çəkildiyini açıqlayıb. 🔴 Husilərin terror təşkilatı kimi tanınması gündəmdədir. Yəmən hökuməti hərəkatın fəaliyyətinin və maliyyələşdirilməsinin cinayət sayılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. 🚢 Bab əl-Məndəb uğrunda mübarizə davam edir. Strateji boğaza nəzarət Qırmızı dəniz sahillərindəki hərbi əməliyyatların əsas məqsədlərindən birinə çevrilib. 🛡 Hökumət qüvvələri genişmiqyaslı hərbi əməliyyatların nəticələrini açıqlayıblar. Hərbi məlumatlarda aviasiya, pilotsuz uçuş aparatları və artilleriya vasitəsilə husilərin mövqelərinə çoxsaylı zərbələrin endirildiyi bildirilir. ⚖️ Ədəndə husilərə bağlı gizli hücrələrin aşkarlandığı açıqlanıb. Daxili İşlər Nazirliyi təhlükəsizlik və kəşfiyyat qurumlarının bir neçə vilayətdə silahlı şəbəkələri ifşa etdiyini bildirib. 🔴 Humanitar təşkilatların əməkdaşlarının azad edilməsi mübahisələndirilir. Saxlanılan şəxslərin yaxınları husilərin azadlığa buraxılma müqabilində BMT qarşısında tələblər irəli sürdüklərini bildirirlər. ⚠️ Təizin mühasirəsi humanitar böhranı ağırlaşdırır. Vilayət rəhbərliyi yolların bağlı qalmasının ərzaq, dərman və tibbi yardım təminatına ciddi təhlükə yaratdığını xəbərdar edib. 📉 Hərbi əməliyyatlar yeni köçkün axını yaradır. Cəbhə xəttində döyüşlərin intensivləşməsi minlərlə ailənin təhlükəsiz ərazilərə köçməsi problemini yenidən kəskinləşdirib. 🚀 Husilərin Səudiyyə Ərəbistanının aeroportlarına və neft obyektlərinə hücumları davam edir. Ər-Riyaddakı hava limanına ölümcül zərbələrdən sonra hərəkat yeni hücumlarla hədələyib. Yəmən ərazisinə cavab zərbələri də intensivləşib.

İsrail: son saatların xəbərləri 🇮🇱 🔴 İsraildə parlament seçkiləri ərəfəsində siyasi mübarizə sərtləşir, Netanyahu hökumətinin ətrafında yeni qalmaqal yaranır, Qəzza müharibəsinin nəticələri və ordunun təhlükəsizlik siyasəti isə gündəmin əsas məsələləri olaraq qalır. ⚖️ Netanyahunun köməkçisi ilə bağlı Qətər qalmaqalında yeni məlumatlar yayılıb. Baş nazirin müşaviri Yonatan Urihin süni intellekt vasitəsilə Qətərin maraqlarına uyğun informasiya kampaniyası hazırladığı iddia olunur. Məsələ polis araşdırmasının predmetidir. 🔴 İsraildə seçkiqabağı informasiya təhlükəsizliyi ciddi narahatlıq doğurur. Mərkəzi Seçki Komissiyası süni intellektdən istifadə etməklə seçkilərin saxtalaşdırıldığı barədə təsəvvür yaratmağa yönəlmiş təsir kampaniyası barədə xəbərdarlıq edib. 🚨 Negevdə silahlı insident qeydə alınıb. Segev-Şalom yaşayış məntəqəsində bir nəfər güllələnərək öldürülüb. İlkin ehtimala görə, hadisə ailələr arasında qarşıdurma ilə əlaqədardır. 🔴 İsraildə 27 oktyabr parlament seçkilərinə hazırlıq davam edir. Knessetdə 120 yer uğrunda mübarizə aparan siyasi qüvvələr arasında hakimiyyətin formalaşdırılması və mümkün koalisiyalar barədə fikir ayrılıqları dərinləşir. ⚠️ Netanyahu administrasiyasının fəaliyyəti ilə bağlı istintaq diqqət mərkəzindədir. Baş nazirin aparatında məxfi sənədlərin istifadəsi və 7 oktyabr 2023-cü il hadisələrinə dair qeydlərin dəyişdirilməsi iddiaları araşdırılır.

İran: son saatların xəbərləri 🇮🇷 🔴 İran yeni hərbi qarşıdurmaya hazırlaşır: nüvə obyektləri möhkəmləndirilir, SEPAH Hörmüz boğazında nəzarəti gücləndirir, Vaşinqtonla danışıqlar isə dalana dirənib. 🛡 Nüvə obyektlərində müdafiə tədbirləri gücləndirilir. Peyk məlumatlarına əsaslanan xəbərlərdə Natanz və Pickaxe Mountain obyektlərinin yeni hücumlara qarşı möhkəmləndirildiyi bildirilir. 🚀 İran ordusu yeni müharibəyə hazırlaşır. Hərbi obyektlərin müdafiəsi gücləndirilir, raket arsenalının bərpası və strateji infrastrukturun qorunması prioritet olaraq qalır. ⚠️ SEPAH Hörmüz boğazında sərt mövqeyini saxlayır. Korpusun nümayəndələri strateji su yolunda xarici hərbi qüvvələrin fəaliyyətinə qarşı xəbərdarlıqlarını davam etdirirlər. 🔴 Tehran Vaşinqtonun təklifini araşdırır. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ-ın cavabı qiymətləndirildikdən sonra vasitəçilərə rəsmi mövqe çatdırılacaq. ⚖️ İranın yeddi şərti ətrafında fikir ayrılıqları qalır. Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Vaşinqtonun tələbləri tam qəbul etmədiyini açıqlayıb. 💰 Sanksiyaların ləğvi danışıqların əsas məsələlərindəndir. Tehran dondurulmuş aktivlərin azad edilməsini və iqtisadi məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. 🚢 Hörmüzün açılması nüvə mübahisəsinə ilişib. İran əvvəlcə boğazda təhlükəsizliyin bərpasını, ABŞ isə nüvə proqramının müzakirəsini önə çəkir. 🔴 SEPAH dəniz nəqliyyatına nəzarəti saxlamaqda israrlıdır. Korpus rəsmiləri Hörmüzdə icazəsiz marşrutların bağlanacağını əvvəlcədən bəyan ediblər. ⚔️ İran yeni zərbələrə cavab verməyə hazırlaşır. Hərbi rəhbərliyin açıqlamalarında ölkəyə hücum ediləcəyi təqdirdə cavab tədbirlərinin sərt olacağı vurğulanır. 🛡 Mülki əhalinin hərbi hazırlığı genişləndirilir. Yeni məlumatlarda vətəndaşlar üçün hərbi təlimlərin və müdafiə hazırlığı tədbirlərinin təşkilindən bəhs olunur. 🔴 Etirazçılara qarşı təzyiqlər davam edir. Hüquq müdafiəçilərinin məlumatına görə, yanvar etirazlarından sonra saxlanılan şəxslərin məhkəmə təqibi ölkədə ciddi narahatlıq doğurur. ⚖️ Etiraz edən fəhlələrə şallaq cəzası tətbiq edilib. Hüquq müdafiə mənbələri əmək şəraitinə etiraz etmiş bir qrup işçi barədə çıxarılan hökmün icra olunduğunu bildirirlər. 📉 Bahalaşmaya qarşı sosial etirazlar səngimir. Təqaüdçülər və əmək kollektivləri yaşayış xərclərinin artmasına, inflyasiyaya və gəlirlərin azalmasına etiraz edirlər. ⚠️ İqtisadi narazılıq təhlükəsizlik probleminə çevrilir. Oktyabrın əvvəlində dərc edilmiş hesablamaya əsasən, bir ay ərzində müxtəlif sosial qrupların 201 etiraz aksiyası qeydə alınıb. 🔴 Tehranda hərbi hazırlıqla iqtisadi böhran paralel dərinləşir. Hakimiyyət müdafiə potensialını artırmağa çalışdığı halda, sanksiyalar, qiymət artımı və sosial narazılıq daxili sabitlik üçün ciddi çağırış olaraq qalır.

Ermənistan: son saatların xəbərləri 🇦🇲 🔴 Ermənistanın daxili siyasi gündəmində Paşinyan hökumətinin qərarları, müxalifətin etirazları, dövlət əmlakının idarə olunması, sosial mənzil proqramları və İrəvan (İrəvan) meriyasının fəaliyyəti əsas yer tutur. ⚖️ İrəvanda köşklərin sökülməsi siyasi qarşıdurmaya çevrilib. Şinararneri küçəsində ticarət obyektlərinin ləğvinə qarşı çıxan sahibkarlar və müxalifət nümayəndələri meriyanın hərəkətlərini qanunsuz hesab edirlər. 🔴 Müxalifət meriyanın hərəkətləri ilə bağlı cinayət barədə məlumat təqdim edib. Deputatlar köşklərin sökülməsi zamanı vətəndaşların mülkiyyət hüquqlarının pozulduğunu iddia edirlər. ▪️ İrəvan meriyası ilə sahibkarlar arasında gərginlik artır. Yerli administrasiyanın rəhbərliyi və ticarət obyektlərinin sahibləri arasında qarşıdurma yaşanıb. ⚖️ Baş nazir Nikol Paşinyan Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb. Görüş məhkəmə sədrinin altıillik səlahiyyət müddətinin başa çatması ərəfəsində keçirilib. 💰 Parlament 284,4 milyon dollarlıq mənzil proqramını təsdiqləyib. Vəsait Qarabağdan köçmüş erməni ailələrinin mənzillə təmin olunmasına yönəldiləcək. 🏛 Hökumət müsadirə edilmiş əmlakın idarə olunmasını müzakirə edib. Paşinyanın sədrliyi ilə keçirilən müşavirədə dövlət mülkiyyətinə keçmiş aktivlərdən daha səmərəli istifadə məsələləri nəzərdən keçirilib. 🌿 İrəvanda Hrazdan (Zəngi) dərəsinin qorunması gündəmdədir. Şəhər Şurası əraziyə xüsusi mühafizə statusunun verilməsi məsələsini müzakirəyə çıxarmağa hazırlaşır. ⛏️ Amulsar qızıl yatağının istismarı yenidən ekoloji narazılıq doğurub. Uzunmüddətli fasilədən sonra hasilatın başlanması ətraf mühitin qorunması ilə bağlı mübahisələri gücləndirib. ⚖️ Vanadzorda (Böyük Qarakilsə) dövlət torpaqlarının geri qaytarılması davam edir. Hrant Matevosyan adına parkın ərazisindəki daha bir torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb. 🔴 Parlament müxalifətinin təşəbbüsü komissiyada dəstək qazanmayıb. «Hayastan» fraksiyasının Şəki kəndindəki hadisənin araşdırılması ilə bağlı təklifi səsverməyə çıxarılmayıb. ▪️ Müxalifət təhlükəsizlik rəsmilərinin parlamentə çağırılmasını tələb edir. Deputatlar Şəki hadisəsinin şəraitinin və dövlət qurumlarının fəaliyyətinin araşdırılmasını istəyirlər. ⚠️ Şəki hadisəsi ilə bağlı istintaqda yeni prosessual qərar qəbul edilib. Hadisə zamanı yaralanmış qadın və onun iki uşağı rəsmi olaraq zərərçəkmiş qismində tanınıb. 🛡 Ermənistan ordusunun yüksək rütbəli zabiti vəzifəsindən azad edilib. Xüsusi ordu korpusu komandirinin müavininin işdən çıxarılması barədə qərar açıqlanıb. 🚨 Hüquq-mühafizə orqanları iri narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb. Əməliyyat nəticəsində iki nəfərin saxlanıldığı bildirilib. 🏛 İrəvan meriyasının əməkhaqqı siyasəti tənqid olunur. Müxalifət mediası mer Tiqran Avinyanın maaşının artırılması planını ictimai nəqliyyat işçilərinin əməkhaqqı ilə müqayisə edərək hakimiyyəti sosial ədalətsizlikdə ittiham edir.

Gürcüstan: son saatların xəbərləri 🇬🇪 🔴 Gürcüstanda müxalifət partiyalarının qadağan edilməsi ətrafında hüquqi mübarizə, pensiya islahatları, məcburi köçkünlərin mənzil təminatı və hakimiyyət daxilində siyasi təsir məsələləri ölkənin əsas gündəmini müəyyənləşdirir. ⚖️ Konstitusiya Məhkəməsində müxalifət partiyalarının qadağan olunması prosesi davam edir. Hakim Manana Kobaxidzenin işə baxmaqdan kənarlaşdırılması barədə öz müraciəti rədd edilib. Hakim əvvəlki siyasi fəaliyyətinin qərəzsizliklə bağlı şübhələr doğura biləcəyini bildirmişdi. 🔴 Üç müxalifət siyasi qüvvəsinin gələcəyi məhkəmədən asılıdır. Hakim «Gürcü Arzusu» partiyası Vahid Milli Hərəkat, «Lelo» və «Axali»nin fəaliyyətinin qadağan edilməsini tələb edir. 💰 Hökumət pensiyaların artırılmasına dair qərarını dəyişib. Baş nazir İrakli Kobaxidzenin açıqlamasına görə, 70 yaşdan aşağı vətəndaşların pensiyası 20 deyil, 45 lari artırılaraq 415 lari olacaq. 🏘 Məcburi köçkünlər üçün yeni kompensasiya mexanizmi hazırlanır. Dövlət mənzili əvəzinə ailənin hər üzvünə 10 min lari ödənilməsi nəzərdə tutulur. Proqramda iştirak könüllü olacaq. 📉 Pensiya artımı müxalifəti qane etmir. «Lelo»nun nümayəndəsi Nika Çerkezişvili hökumətin əvvəlcə 20 lari artım nəzərdə tutmasını, sonradan isə qərarını dəyişməsini tənqid edib. 🏦 Milli Bankın idarəetmə qaydaları sərtləşdirilir. Bankın Şura üzvlüyünə namizədlər üçün müvafiq sahədə ən azı onillik peşə təcrübəsi tələbi irəli sürülür. ⚖️ Tanınmış siyasi fəalların cinayət işində yeni mərhələ gözlənilir. Murtaz Zodelava, Laşa Beridze, Quri Jvaniya və İrakli Çxvirkviya ilə oktyabrın 13-də prosessual razılaşmaların bağlana biləcəyi bildirilir. 🔴 Kobaxidze Bidzina İvanişvilinin siyasi təsirini təsdiqləyib. Baş nazir bildirib ki, hakim partiyanın qurucusu siyasətdə fəal iştirakını davam etdirir və onunla müntəzəm əlaqə saxlayır. ⚠️ Həbsxanada güc tətbiqi mübahisələrə səbəb olub. Kobaxidze məhbus Giorgi Davitadze ilə bağlı yayılan görüntülərdə penitensiar xidmət əməkdaşlarının hərəkətlərini mütənasib hesab etdiyini bildirib. ⚖️ Penitensiar müəssisədə üç məhkuma yeni ittiham irəli sürülüb. Onlar müəssisə əməkdaşlarına fiziki zorakılıq göstərməkdə təqsirləndirilirlər. 🔴 Mixail Saakaşvili yeni müxalifət partiyalarını sərt tənqid edib. Həbsdəki keçmiş prezident müxalifətdə parçalanma və yeni liderlik iddialarına qarşı çıxıb. 🚨 Narkotik cinayətləri üzrə dörd əcnəbi ittiham olunur. Prokurorluq onları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz saxlanılması və satışına kömək göstərməkdə təqsirləndirir. ⛪️ Gürcüstan Patriarxlığı mühüm dini yubileyi qeyd edir. Katolikos-patriarx III Şio xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi münasibətilə pravoslav kilsələrinin nümayəndələrini qəbul edib. 🏛 Tbilisidə tarixi dini irsin qorunması məsələsi gündəmdədir. Paytaxtdakı Müqəddəs Nino kilsəsinin bərpası planlaşdırılır. 🔴 Hakimiyyət və müxalifət arasında siyasi qarşıdurma səngimir. Partiyaların qadağan edilməsi təşəbbüsü, məhkəmə prosesləri və sosial siyasətə dair qərarlar ölkədaxili mübarizənin əsas istiqamətləri olaraq qalır.