uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Alioglu_News🇦🇿

Alioglu_News🇦🇿

Відкрити в Telegram

🌍 Dünya hadisələri — Azərbaycan gözü ilə 📊 Günlük analitika: nə baş verir və NİYƏ 🔗 İran, İsrail, Türkiyə, Rusiya — regionumuza təsiri ⚡️ Başqa yerdə tapa bilməyəcəyiniz perspektiv 📝 Reklam: @Pretorian2021

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу Alioglu_News🇦🇿

Канал Alioglu_News🇦🇿 (@el_alioglu) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 18 356 підписників, посідаючи 12 032 місце в категорії Новини і ЗМІ та 218 місце у регіоні Азербайджан.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 18 356 підписників.

За останніми даними від 22 листопада, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -2 825, а за останні 24 години на -225, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 1.34%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 1.19% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 249 переглядів. Протягом першої доби публікація в середньому набирає 222 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 1.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“🌍 Dünya hadisələri — Azərbaycan gözü ilə 📊 Günlük analitika: nə baş verir və NİYƏ 🔗 İran, İsrail, Türkiyə, Rusiya — regionumuza təsiri ⚡️ Başqa yerdə tapa bilməyəcəyiniz perspektiv 📝 Reklam: @Pretorian2021”

Завдяки високій частоті оновлень (останні дані отримано 23 листопада, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Новини і ЗМІ.

18 356
Підписники
-22524 години
-1 6137 днів
-2 82530 днів
Архів дописів
🇺🇦🇷🇺Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Gerasimovun Putinə məruzə etdiyi mühasirə cəhdinin qarşısını alıb. ▪️ Ok
+2
🇺🇦🇷🇺Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Gerasimovun Putinə məruzə etdiyi mühasirə cəhdinin qarşısını alıb. ▪️ Oktyabrın 16-da Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimov Putinə məruzə etmişdi ki, Rusiya qoşunları Xarkov vilayətinin şimal-şərqində Ukrayna Silahlı Qüvvələrinin iki min nəfərlik qruplaşmasını mühasirəyə alaraq tamamilə məhv edib. Kiyev mühasirə faktını təkzib edirdi. “BBC”nin Ukrayna xidmətinin məlumatına görə, vəziyyət kritik həddə çata bilərdi, buna görə də Ukrayna Silahlı Qüvvələri əlavə qüvvələr cəlb edərək Olxovatka rayonu istiqamətində əks-hücuma keçib. ▪️ Ukrayna Silahlı Qüvvələrinin 475-ci hücum alayı bəyan edib ki, bu əməliyyat zamanı Ukrayna hərbçiləri 14 yaşayış məntəqəsi və 204 kvadratkilometr ərazi üzərində nəzarəti bərpa ediblər. “Conflict Intelligence Team” analitikləri açıqlanan miqyası şişirdilmiş adlandırsalar da, Rusiya qüvvələrinin irəliləyişinin dayandırıldığını təsdiqləyiblər. Hərbi analitik Kirill Mixaylov da Rusiya qoşunlarının Ukrayna qruplaşmasını mühasirəyə ala və məhv edə bilmədiyi qənaətinə gəlib. #Ukrayna #Rusiya #Xarkov #Müharibə #Cəbhə
23 лист, 13:01

🇹🇷🇪🇺 COP31 sammitində Türkiyənin elektrikləşdirmə hədəfinə qarşı çıxan Avropa İttifaqı nümayəndə heyəti digər ölkələrin, ilk növbədə Səudiyyə Ərəbistanı, Rusiya, Çin, Azərbaycan, Pakistan və Omanın Türkiyəni kütləvi şəkildə dəstəkləməyə başlamasından sonra iclası tələsik tərk edib. #Türkiyə #Avropaİttifaqı #COP31 #Azərbaycan #Xəbər
23 лист, 12:45

🇹🇿🔥Zənzibarda altı hotel tamamilə yanıb. ▪️ “Zənzibarda, Şimali Unqucadakı Nunqvi sahili boyunca baş verən şiddətli yanğın nəticəsində altıdan çox turist hoteli tamamilə yanıb kül olub. Yanğın həmçinin suvenir dükanlarını da məhv edib. İlkin məlumatlara görə, xəsarət alan və həlak olan yoxdur”. #Zənzibar #Tanzaniya #Yanğın #Turizm #Hadisə
23 лист, 12:31

🗣💬Sən belə bacarırsan, qadın? #Sual #Müraciət #Ünsiyyət #Dialoq #Tərcümə
23 лист, 12:15

🇬🇧📱“Britaniyalılar həyatlarının təxminən 5 ilini telefonda xəbər lentini mənasız yerə vərəqləməyə sərf edirlər”: “Reels”lə
🇬🇧📱“Britaniyalılar həyatlarının təxminən 5 ilini telefonda xəbər lentini mənasız yerə vərəqləməyə sərf edirlər”: “Reels”ləri çevirmək ömrün 5 ilini alır. ▪️ “Virgin Media O2” şirkətinin araşdırmasına görə, britaniyalılar həyatlarının orta hesabla təxminən dörd il səkkiz ayını smartfonlardan məqsədsiz istifadə etməyə sərf edirlər. 6 mindən çox insan arasında keçirilən sorğu göstərib ki, telefonda keçirilən vaxtın 36%-i konkret məqsədi olmayan hərəkətlərin payına düşür - bu da gündəlik təxminən 1 saat 26 dəqiqə deməkdir. Lenti daha çox məqsədsiz vərəqləyən insanlar yuxunun pisləşməsindən, diqqət cəmlənməsinin və ümumi psixoloji rifahın azalmasından şikayətlənirlər. Təxminən 14 milyon britaniyalı smartfon arxasında keçirdiyi vaxtın yarısından çoxunu müəyyən bir məqsəd olmadan sərf edir. ▪️ Sorğuda iştirak edənlərin 40%-dən çoxu telefondan və internetdən istifadəyə demək olar ki, nəzarət etmədiklərini etiraf edib, 37%-i isə özünü qadcetlərdən asılı hesab edir. Bununla yanaşı, 51% bildirişlərin onları smartfonu daha tez-tez yoxlamağa vadar etdiyini qeyd edib, 40% isə sonsuz sürüşdürmə və videoların avtomatik oynadılmasının şəbəkədə qalma müddətinə təsirini təsdiqləyib. Tədqiqatçılar vurğulayırlar ki, problem təkcə istifadəçilərin şəxsi vərdişləri ilə deyil, həm də insanları orada daha çox vaxt keçirməyə sövq edən rəqəmsal platformaların quruluşu ilə bağlıdır”. #BöyükBritaniya #Smartfon #SosialŞəbəkələr #Araşdırma #Texnologiya
23 лист, 12:04

💍✝️ Süni intellekt səmalarla birləşdirildi - nə vaxt dua etmək lazım olduğunu deyən ağıllı üzük yaradılıb. ▪️ “Elah Ring” nə
+1
💍✝️ Süni intellekt səmalarla birləşdirildi - nə vaxt dua etmək lazım olduğunu deyən ağıllı üzük yaradılıb. ▪️ “Elah Ring” nəbzi ölçür və stress səviyyəsini izləyir, lakin “dərindən nəfəs alın” və ya “gəzintiyə çıxın” kimi adi məsləhətlər əvəzinə, dua ilə Tanrıya üz tutmağın əsl vaxtı olduğunu bildirir. Bunun üçün üzük titrəməyə başlayır və üzərində xaç işığı yanır. ▪️ Tətbiqdə həmçinin neyron keşiş - İncili, münasibətləri və digər şəxsi problemləri müzakirə edə biləcəyiniz süni intellekt köməkçisi də mövcuddur. #Süniİntellekt #Texnologiya #AğıllıÜzük #Din #İnnovasiya
23 лист, 11:45

🇮🇱🇮🇷 İsrail Ordusunun (SAXAL) kəşfiyyatı İrana zərbə endiriləcəyi təqdirdə bir neçə cəbhədə müharibə riski barədə Netanya
🇮🇱🇮🇷 İsrail Ordusunun (SAXAL) kəşfiyyatı İrana zərbə endiriləcəyi təqdirdə bir neçə cəbhədə müharibə riski barədə Netanyahuya xəbərdarlıq edib - “N12”. ▪️ Kəşfiyyatın qiymətləndirməsinə görə, İrana zərbə endirilərsə, İsrail Livan, Suriya və Qəzza zolağında eyni vaxtda eskalasiya ilə üzləşə bilər. ▪️ Bu, məlumatlara əsasən üç gündən beş günə qədər davam edəcək hərbi əməliyyata ümid edən Netanyahu və “Mossad” rəhbəri Roman Qofmanın gözləntiləri ilə üst-üstə düşmür. ▪️ Xəbərdarlıq Baş nazirin və müdafiə qurumu nümayəndələrinin iştirakı ilə keçirilən qapalı müşavirədə səsləndirilib. İsrail Ordusu (SAXAL) müşavirənin məzmunu ilə bağlı yayılan məlumatları şərh etməkdən imtina edib. #İsrail #İran #Netanyahu #SAXAL #Mossad
23 лист, 11:32

🤦‍♂️🎂Yaşının artıq iyirmini çoxdan ötdüyünü unudub. ▪️ Bundan o tərəfi yoxdur. #Yaş #Yumor #Həyat #Gənclik #Hadisə
23 лист, 11:15

🇺🇸🦎Reptiloidlər artıq aramızdadır: ▪️ Nyu-York meri Mamdaninin çıxışı zamanı jurnalistlər göz bəbəkləri qəfil şaquli forma alan bir kişini seziblər. #ABŞ #NyuYork #Mamdani #Reptiloidlər #Hadisə
23 лист, 11:02

🇾🇪🌿Müsəlman Yəmənində kişilərin 90%-i, qadınların 50%-i və uşaqların 25%-i gündəlik olaraq qat bitkisindən istifadə edir. ▪️ Qat yarpaqları öz təsirinə görə amfetaminlərə bənzəyir. Onlar eyforiya və enerji artımı yaradır, eyni zamanda iştahanı və yuxunu küsdürür. ▪️ Ailə büdcəsinin 25%-i məhz bu stimulyatora xərclənir. #Yəmən #Qat #Cəmiyyət #İqtisadiyyat #Xəbər
23 лист, 10:45

🇬🇧🇮🇷 Partlayışlar və tankerlər arasında - britaniyalı üzgüçü ekoloji problemlərə diqqət çəkmək üçün Hörmüz boğazında 15 km məsafə qət edib. ▪️ “Britaniyalı üzgüçü Lyuis Pyu İranla müharibənin ekoloji fəsadlarına diqqəti cəlb etmək məqsədilə Hörmüz boğazında üçgünlük üzmə aksiyası keçirib. O, Omanın Müsəndəm yarımadası sahillərində ayrı-ayrı hissələrlə təxminən 15 km məsafə üzüb və marşrutu Hörmüz burnunun ətrafından dolanmaqla başa çatdırıb. İdmançı ümumilikdə suda təqribən altı saat yarım vaxt keçirib. ▪️ Pyunun sözlərinə görə, ekspedisiya zamanı o, partlayış səsləri eşidib, həmçinin zərbəyə məruz qalmış tanker və qazdaşıyan gəmi görüb. Üzgüçü xəbərdarlıq edib ki, neft və kimyəvi maddələrlə çirklənmə delfinlər, tısbağalar, mərcan rifləri və manqrov meşələri üçün ciddi təhlükə yaradır və təbiətin bərpası onilliklər çəkə bilər”. #HörmüzBoğazı #Ekologiya #İran #Oman #BöyükBritaniya
23 лист, 10:35

🇧🇷📜 Bu, boyu iki metr iyirmi santimetr olan braziliyalı kölə Parasekadır. ▪️ Onu tarla işlərinə göndərmirdilər, o, damazlı
🇧🇷📜 Bu, boyu iki metr iyirmi santimetr olan braziliyalı kölə Parasekadır. ▪️ Onu tarla işlərinə göndərmirdilər, o, damazlıq buğa kimi istifadə olunurdu. Sahiblərinin tələbi ilə kölə qadınlarla yatır və eyni məqsədlə - sevişmək və uşaq dünyaya gətirmək üçün digər quldarlara borc verilirdi. Deyilənlərə görə, onun 200-dən 300-ə qədər övladı olub. ▪️ 1888-ci ildə Braziliyada köləlik ləğv edildikdə isə Paraseka azadlığa çıxıb, evlənib və həyat yoldaşı ona daha doqquz - artıq özünün olan övlad bəxş edib. Deyirlər ki, nəhəngin nəsli ətraf bölgələrdə o qədər geniş yayılıb ki, bu yerlərin hər üçüncü sakini onun törəməsidir. #Braziliya #Tarix #Köləlik #MaraqlıFaktlar #Keçmiş
23 лист, 10:15

🇨🇦🍔“Kanada məktəbi valideynlərdən uşaqlara dərs zamanı yemək sifariş etməyi qadağan etməyi xahiş edib”: Kanadada məktəblil
🇨🇦🍔“Kanada məktəbi valideynlərdən uşaqlara dərs zamanı yemək sifariş etməyi qadağan etməyi xahiş edib”: Kanadada məktəblilər fastfudu birbaşa sinif otağına sifariş verirlər. ▪️ “Kanadanın Kalqari şəhərində yerləşən “St. Francis” orta məktəbi valideynlərdən uşaqları dərs zamanı “Uber Eats” və “DoorDash” vasitəsilə sifariş verməkdən çəkindirməyi xahiş edib. Administrasiya hesab edir ki, kuryerlər şagirdlərin fikrini dərslərdən yayındırır, məktəb ərazisində tanımadıqları şəxslərlə görüşmək isə təhlükəsizlik baxımından təhdid yaradır. Müəllimlərdən biri hətta kuryerin sifarişi birbaşa sinif otağının pəncərəsindən ötürməyə cəhd etdiyini danışıb. ▪️ Problem digər təhsil müəssisələrinə də təsir göstərib: ibtidai məktəblərdən birində hər gün 30-a qədər valideyn uşaqlarına yemək gətirir və ya çatdırılma sifariş edir. Məktəblilərin özləri isə bunu ciddi problem hesab etmir və bəzən tualetə getmək bəhanəsi ilə sifarişləri götürmək üçün sinifdən çıxdıqlarını etiraf edirlər. Bununla yanaşı, onlar qadağaya effektiv nəzarət etməyin mümkün olacağına şübhə ilə yanaşırlar”. #Kanada #Məktəb #Təhsil #Fastfud #Çatdırılma
23 лист, 10:00

🇪🇺🇷🇺 Avropa İttifaqı rusiyalı milyarderlərin müsadirə edilmiş 11 yaxtasının saxlanmasına 285-325 milyon dollar xərcləyib.
+1
🇪🇺🇷🇺 Avropa İttifaqı rusiyalı milyarderlərin müsadirə edilmiş 11 yaxtasının saxlanmasına 285-325 milyon dollar xərcləyib. ▪️ Dövlətlər dayanacaq, heyət, texniki xidmət və sığorta xərclərini ödəyirlər və illik məsrəflər gəminin dəyərinin təxminən 10%-nə çatır. Ən çox vəsaiti isə İtaliya xərcləyib - azı 52 milyon dollar. ▪️ Bununla yanaşı, sahiblərin bir qismi gələcəkdə yaxtalarını geri qaytarmaq və çəkilən xərcləri məhkəmə yolu ilə tələb etmək ümidi ilə onları öz hesablarına saxlamağa davam edirlər. #Avropaİttifaqı #Rusiya #İtaliya #Sanksiyalar #Xəbər
23 лист, 09:45

🇵🇱🇷🇺 Polşanın xarici işlər naziri Sikorski bəyan edib ki, Rusiya və ABŞ-ni yalnız İran və Ukraynaya qalib gəldikləri təqdirdə fövqəldövlət hesab etmək olar. ▪️ “Hesab edirəm ki, zaman keçdikcə Vladimir Putin bu sammiti nostalji hissi ilə xatırlamayacaq. Axı bildirildiyi kimi, görüş məhz onun xahişi ilə - dünyanı “böyük üçlük” masası arxasında bölüşdürmək kimi köhnə xülyasına görə təşkil olunmuşdu. Lakin faktiki olaraq orada iki yarım, yaxud iki və üçdə bir fövqəldövlət iştirak edirdi. ▪️ Çinlilər çox aydın şəkildə - və bu, görüşün əsas mesajı idi - Vladimir Putinə ümumi sıradakı yerini, məhz Si Cinpinin həyat yoldaşının yanındakı yeri göstərdilər. Bu, Çinin Rusiyanı bərabərhüquqlu tərəfdaş hesab etdiyi görüntüsü yaratmaqdan əl çəkdiyi və ona daha aşağı mövqe ayırdığını açıq şəkildə nümayiş etdirdiyi məqamdır. ▪️ Gəlin Yaltanın nə olduğunu xatırlayaq - o, Amerika və Sovet qoşunlarının artıq nəzarət etdiyi təsir dairələrini möhkəmləndirdi və legitimləşdirdi. Bu gün isə iki böyük dövlət - ABŞ və Rusiya ən azı bizim regionumuzda özlərindən xeyli zəif rəqiblərə qarşı apardıqları müharibələrdə qalib gəlmək iqtidarında deyillər. Buna görə də Rusiyanın bu gün idarə etmədiyi və fəth edə bilmədiyi ölkələr üzərində təsir dairəsi barədə söhbətləri Moskva tərəfindən tamamilə qeyri-realdır”. #Polşa #Rusiya #ABŞ #Çin #Geosiyasət
23 лист, 09:35

"Nvidia"-nın İdarə Heyəti Censen Huanqı yenidən baş icraçı direktor vəzifəsinə bərpa edib.
"Nvidia"-nın İdarə Heyəti Censen Huanqı yenidən baş icraçı direktor vəzifəsinə bərpa edib.
23 лист, 09:23

⚡️ Qarabağ Universitetinin tələbələri qız üstündə dalaşdı, oğlanı qovdular – TƏFƏRRÜAT ▪️ Hadisə Biznes və iqtisadiyyat fakültəsinin II kurs tələbələri arasında baş verib. ▪️ Tələbələrdən biri sevdiyi qızla yaxın münasibət quran tələbə yoldaşını Xankəndidə söhbətə çağıraraq onun sifətinə yumruq vurub. ▪️ Daha sonra tərəflər restoranda görüşərək yenidən mübahisə ediblər. ▪️ Döyülən tələbə məhkəmədə universitetdən xaric olunduğunu bildirib və qarşı tərəfin həbsini istəyib. ▪️ Məhkəmə dava edən tələbəni 350 manat cərimələyib.
23 лист, 09:23

🇦🇿🇺🇸 İlham Əliyev Trampa təşəkkür edib Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa TRIPP – Beynəlxalq Sülh və Rif
🇦🇿🇺🇸 İlham Əliyev Trampa təşəkkür edib Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsinin başlanması münasibətilə ünvanladığı xoş sözlərə görə təşəkkür edib. 🗣 Dövlət başçısı Trampa ünvanladığı müraciətdə səmimi minnətdarlığını ifadə edib.
23 лист, 09:22

🇮🇹🇷🇺Politoloq, təhlükəsizlik üzrə ekspert, NATO-nun Romadakı kollecinin müəllimi Florens Qaub: - Unutmaq olmaz: ruslar avropalı kimi görünsələr də, mədəni baxımdan avropalı deyillər. Onların zorakılığa və ölümə münasibəti fərqlidir. #NATO #Rusiya #Avropa #Politologiya #Təhlükəsizlik
23 лист, 09:15

🇰🇷👁Alimlər daxili mini-ekranı olan dünyanın ilk kontakt linzalarını hazırlayırlar. ▪️ “Cənubi Koreyada süni intellektə malik ağıllı kontakt linzaların konsepsiyası təqdim olunub. Onlar rəqəmsal məlumatları - məsələn, naviqasiyanı, bildirişləri və göstərişləri birbaşa insanın görmə sahəsinə çıxara biləcək və bununla da daim smartfona baxmaq ehtiyacını aradan qaldıracaq”. #CənubiKoreya #Texnologiya #Süniİntellekt #İnnovasiya #Elm
23 лист, 09:00