uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

İxtisas seçimi

İxtisas seçimi

Відкрити в Telegram

Abituriyentlər və tələbələr üçün imtahanlarla bağlı xəbərlər. Tələbə qəbulu üzrə formalaşmış keçid balları statistikası üzrə bütün məlumatlar bizim kanallarımızda paylaşılır.

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу İxtisas seçimi

Канал İxtisas seçimi (@ixtisassecimi2025aa) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 10 677 підписників, посідаючи 18 779 місце в категорії Освіта та 411 місце у регіоні Азербайджан.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 10 677 підписників.

За останніми даними від 15 жовтня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -277, а за останні 24 години на -11, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 7.03%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 3.05% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 752 переглядів. Протягом першої доби публікація в середньому набирає 326 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 1.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“Abituriyentlər və tələbələr üçün imtahanlarla bağlı xəbərlər. Tələbə qəbulu üzrə formalaşmış keçid balları statistikası üzrə bütün məlumatlar bizim kanallarımızda paylaşılır.”

Завдяки високій частоті оновлень (останні дані отримано 16 жовтня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

10 677
Підписники
-1124 години
-487 днів
-27730 днів
Архів дописів
Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır. Ancaq görünür ki, iş qrafiklərinin dəyişdirilməsi də paytaxtda nəqliyyat sıxlığının qarşısını almaq üçün kifayət etmir. 🔻Bəs ali təhsil müəssisələrində dərs saatlarının dəyişdirilməsi tıxacların azalmasına təsir edə bilərmi? 🔹Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Mehriban Vəliyeva mövzu ilə bağlı danışıb: “Növbəti illərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə ali təhsil müəssisələri ilə yanaşı, məktəblərdə də dərs saatları dəyişdirilə bilər. Ali təhsil müəssisələrində və ümumi təhsil məktəblərində iş qrafikinin və dərs saatlarının dəyişdirilməsi nəqliyyat sıxlığının azaldılması baxımından nəzərdən keçirilə biləcək məsələlərdəndir. 🔹Təhsillə bağlı yeniliklər zəruri hesab olunarsa, onlar yalnız yeni tədris ili ərəfəsində planlaşdırılmalı, əvvəlcədən elan edilməli və bütün tərəflərin hazırlığı təmin olunmaqla həyata keçirilməlidir. 🔸Bununla yanaşı, belə bir addımın nəqliyyat sıxlığının azaldılmasına nə dərəcədə təsir göstərə biləcəyini, əlbəttə ki, nəqliyyat sahəsinin mütəxəssisləri qiymətləndirməlidirlər. 📌Məsələn, ibtidai siniflərdə dərslərin səhər saat 08:00-09:00 əvəzinə 10:00-11:00 aralığında başlaması və ya tam orta təhsil səviyyəsində dərs qrafikinin fərqli şəkildə təşkili mümkün variantlar kimi müzakirə oluna bilər. Bu zaman məktəblərin xüsusiyyətləri, şagirdlərin yaş qrupları, valideynlərin iş qrafiki və tədris prosesinin tələbləri nəzərə alınmalıdır. Müvafiq qaydalar çərçivəsində məktəblər pedaqoji şuraların qərarları əsasında öz imkanlarına uyğun iş rejimlərini müəyyənləşdirə bilərlər. Ali təhsil müəssisələrində də dərs cədvəllərinin mərhələli şəkildə fərqli saatlara bölünməsi, tədrisin başlanma və bitmə vaxtlarının müəyyən qədər dəyişdirilməsi variantlarından istifadə etmək olar. Bu yanaşma nəqliyyat vasitələrinin hərəkətində yaranan pik saatlardakı sıxlığın müəyyən qədər azalmasına kömək edə bilər. Lakin təklif olunan mexanizmlərin səmərəliliyi nəqliyyat mütəxəssisləri ilə birgə araşdırılmalı, qərarlar real vəziyyətin təhlili əsasında qəbul edilməlidir”.

⚠️Bakıda Qaradağ rayonundakı məktəblərin birində kosmetikadan istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. 🚨Şagirdin atası Çingiz Balabəyov direktorla münaqişə yaradaraq məktəbin iş rejimini pozub, müəllimlərə qarşı nalayiq ifadələr işlədib. ❗️O, polis tərəfindən saxlanılaraq həbs edilib.

Azərbaycanda aprelin 1-dən kartdan karta pul köçürmələri üzrə müəyyən edilən yeni xidmət haqqı tariflərinin vətəndaşlara aid olub-olmaması məsələsi müzakirə yaradıb. Bu dəyişiklik birbaşa Mərkəzi Bankla banklar və maliyyə qurumları arasındakı münasibətləri və hesablaşmaları tənzimləyir: “Yəni bu, bankların Mərkəzi Bankın sistemlərindən istifadə edərkən ödədikləri xidmət haqlarıdır. Mərkəzi Bankının təsdiq etdiyi tariflər Banklararası Kart Mərkəzi infrastrukturunda emal olunan əməliyyatlara görə tətbiq olunan komissiyalardır və bu komissiyalar BKM-in iştirakçılarından tutulacaq”.

BANM Prezident təqaüdçülərinin sayına görə ölkə üzrə liderdir!
BANM Prezident təqaüdçülərinin sayına görə ölkə üzrə liderdir!

⚡️Aprelin 1-dən kartdan karta köçürmələrdə komissiya tutulacaq. · 100 manatadək köçürmələr – 3 qəpik · 100,01–1000 manat – 10 qəpik · 1000,01–10 000 manat – 50 qəpik · 10 000,01–40 000 manat – 2 manat · 40 000 manatdan yuxarı – 4 manat ● Dollarla edilən ödənişlərə də tarif dərəcəsi müəyyən edilib:

⚡️📱“Instagram” və “TikTok”a girişlə bağlı problem aradan qalxıb Oktyabrın 12-dən etibarən “Instagram” və “TikTok” sosial şəbəkələrinin Azərbaycan seqmentində müşahidə edilən giriş problemləri aradan qaldırılıb. Son günlər istifadəçilər sözügedən platformalara daxil olmaqda çətinliklərlə üzləşirdilər.

Bu gün Binə qəsəbəsi “Südçülük Sovxozu”nda yerləşən 136 saylı məktəbdə şagirdlərə xəsarət yetirilib. Əməli törədən şəxslər saxlanılıb.

2022-ci ildən bu günədək sırf qızların təhsilinə dəstək məqsədilə 4 təqaüd proqramı həyata keçirilib və bu proqramlar vasitəsilə 469 qız təqaüd əldə edib.

DİM · Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 3148 abituriyent 600 və daha yüksək bal toplayıb. · 600-dən çox bal toplayan abituriyentlərdən 1811 nəfəri regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarıdır. · Bu il Prezident təqaüdünə namizəd olan 102 gəncdən 54-ü regionlarda fəaliyyət göstərən məktəblərin, o cümlədən 15-i kənd və qəsəbə məktəblərinin məzunudur.

🏫 💰 Təhsil müəssisələrinin təmirinə 8.6 milyon manat ayrılıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb. Satınalma üzrə qalib “S.H. İnşaat Xidməti” MMC olub. Müqavilənin ümumi dəyəri 8 636 264.75 manat təşkil edir.

🎓 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb 2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə sayı məlum olub. 📌 Bakı Ali Neft Məktəbi - 35 nəfər 📌 Azərbaycan Tibb Universiteti - 25 nəfər 📌 ADA Universiteti - 18 nəfər 📌 Bakı Dövlət Universiteti - 15 nəfər 📌 UNEC - 5 nəfər 📌 Dövlət İdarəçilik Akademiyası - 2 nəfər

Prezident İlham Əliyev Azərbaycan Universitetlərinə ən yüksək balla qəbul olan 102 tələbəyə Prezident təqaüdünün verilməsi barədə sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb. Proqrama müraciət etmiş 64 ölkədən yüzlərlə namizəd sırasından 55 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb. Qaliblər Azərbaycanın 11 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələri üzrə təhsil alacaqlar. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23378-1

Məktəbli forması ilə bağlı 37 nəfər həbs edilib DİN-in məlumatına görə, Bakıda vahid məktəbli formasının tətbizi ilə bağlı ictimai qaydanı pozmaq, təhsil müəssisələrinin fəaliyyətinə və nəqliyyatın hərəkətinə mane olmaq cəhdləri ilə bağlı cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə 37 nəfər həbs edilib.

Dövlət İmtahan Mərkəzi imtahanlarda təhlükəsizliyin artırılması məqsədilə buraxılış rejimini aparan əməkdaşların fəaliyyətinin təkmilləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və şəffaflığın artırılması istiqamətində davamlı işlər aparır. Mərkəz görülmüş işlərin tərkib hissəsi olaraq müxtəlif peşə sahələrində çalışan ictimaiyyət nümayəndələrinin imtahan prosesində buraxılış rejimini aparan əməkdaş qismində cəlb edilməsi üçün elektron qeydiyyata başlayır. Qeydiyyat prosesi 12 oktyabr – 10 noyabr (saat 10:00-dək) tarixlərində aparılacaq. Qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali və ya orta ixtisas təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda rəsmi işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 21-40 arasında olan, həmçinin fiziki və psixoloji cəhətdən sağlam olan qadınlar müraciət edə bilərlər. Zal nəzarətçisi kimi qeydiyyatdan keçən şəxslərin buraxılış rejimi əməkdaşı qismində iştirakına icazə verilmir. Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/C5OYZ linkinə daxil ola bilərsiniz.

Təhsil Şurası: Dini hisslərdən və geyim azadlığından siyasi vasitə kimi istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, gənclərin milli şüuruna təsir göstərmək və xarici maraqlara xidmət edən gündəmləri ölkəyə yönəltmək cəhdləri yolverilməzdir Azərbaycanın gələcəyi xarici dairələrin planlarından deyil, müstəqil dövlətin tərəqqisindən, gənclərin elmi və intellektual inkişafından asılıdır.

Azərbaycanda TikTok, Instagram və Facebook platformalarına girişdə problemlər yaranıb.

⚡️Bakı Şəhəri üzrə Təhsil İdarəsinin RƏSMİ məlumatı: ● Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. ● Təhsil müəssisələrində vahid geyim formaları ilə bağlı qaydaların icrasına dair nəzarət məktəb rəhbərliyi tərəfindən tənzimlənir. ● Bununla yanaşı, şagirdlərin müəyyən olunmuş məktəbli formasında dərsə davamiyyətini təmin etmək valideynlərin birbaşa məsuliyyətidir.

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdır. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilmişdir. Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 1870 tələbə ödənişsiz təhsil almaq hüququ əldə etmişdir. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilmişdir. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilmişdir. Bakalavriat səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış tələbələrin saylarının ali təhsil müəssisələri üzrə paylanması https://dim.gov.az/CkImage/bak_1791287314.pdf

⚡️Korrupsiya barədə məlumat verənlərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək.