fa
Feedback
İxtisas seçimi

İxtisas seçimi

رفتن به کانال در Telegram

Abituriyentlər və tələbələr üçün imtahanlarla bağlı xəbərlər. Tələbə qəbulu üzrə formalaşmış keçid balları statistikası üzrə bütün məlumatlar bizim kanallarımızda paylaşılır.

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام İxtisas seçimi

کانال İxtisas seçimi (@ixtisassecimi2025aa) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 11 370 مشترک است و جایگاه 17 625 را در دسته آموزش و رتبه 413 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 11 370 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 22 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -184 و در ۲۴ ساعت گذشته برابر 1 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 8.51% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 4.96% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 968 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 564 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 4 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Abituriyentlər və tələbələr üçün imtahanlarla bağlı xəbərlər. Tələbə qəbulu üzrə formalaşmış keçid balları statistikası üzrə bütün məlumatlar bizim kanallarımızda paylaşılır.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 23 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

11 370
مشترکین
+124 ساعت
-367 روز
-18430 روز
آرشیو پست ها
Bu il plan yerləri təxminən keçən ilin səviyyəsində olacaq. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə

VOICE OF ENGLISH Bizim əsas məqsədimiz ingilis dilini sadəcə öyrətmək deyil, onu istifadə etməyi öyrətməkdir. Dərslərimizdə aylarla yalnız qrammatika əzbərlənmir. Qrammatika real cümlələr və danışıq fəaliyyəti vasitəsilə öyrədilir ki, tələbə dili daha sürətli və rahat mənimsəsin. Tələbə danışdıqca: • söz ehtiyatı artır • cümlə qurmaq daha asan olur • qrammatika qaydaları təbii şəkildə formalaşır • özünəinam inkişaf edir Məhz buna görə dərslərimizdə danışıq praktikası əsas yer tutur. Metodikamızla tanış olmaq və dərs sistemimizi yaxından görmək üçün sizi ödənişsiz sınaq dərsinə dəvət edirik. 📞 Əlaqə: +994 50 299 22 93 📩 Yerinizi ayırmaq üçün bizə yazın.

I və IV ixtisas qrupları üzrə qəbul imtahanının, həmçinin coğrafiya fənni üzrə əlavə imtahanın nəticələrinin bu həftə ərzində (iş günləri) elan olunması nəzərdə tutulur.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə iyunun 21-də keçirilən imtahanlarda istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları ilə https://shorturl.at/AekyS, Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahanda istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları ilə https://shorturl.at/Wc3TM linkində tanış ola bilərsiniz.

Canlı yayındayıq!

Saat 22:00-da burada canlı yayında olacayıq sizlərlər. Suallarınızı səsli və ya bu postun altına yaza bilərsiniz.

Liseylərin göstəriciləri: ✅️ Məzunları arasında ölkə üzrə ali təhsil müəssisəsinə qəbul olunan olmayıb 🏢 Bakı Türk Anadolu liseyi 🏢 Azerbaijan British College təhsil kompleksi 🏢 Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya 🏢 Qərbi Kaspi Universitetinin nəzdində tam orta məktəb ✅️ Heç bir məzunu ölkə üzrə ali təhsil müəssisələrinə qəbul üçün sənəd təqdim etməyib 🏢 Avropa Azərbaycan məktəbi 🏢 BSB tam orta innovasiyalar məktəbi 🏢 SABIS SUN Beynəlxalq məktəbi ✅️ Respublika üzrə ən yaxşı nəticə göstərən liseylər 🏢 Kimya-biologiya təmayüllü lisey 🏢 Bakı Türk liseyi 🏢 Gəncə şəhər Fizika-riyaziyyat və informatika təmayüllü liseyi 🏢 Akademik Zərifə Əliyeva adına lisey 🏢 BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 🏢 Bakı Avropa liseyi 🏢 Sumqayıt şəhər “İdrak” liseyi 🏢 “Kaspi” liseyinin Xətai filialı

Qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları və s. məlumatlarla şərhdə tanış ola bilərsiniz. M.V.Lomono
+1
Qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları və s. məlumatlarla şərhdə tanış ola bilərsiniz. M.V.Lomonosov adına MDU-nun Bakı filialının bakalavr səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu elektron qaydada 16 iyuladək aparılacaq. Ərizə göstərilən tarixədək filialın msu.az saytında və yaxud dim.gov.az saytında verilən keçid vasitəsilə doldurula bilər. Ətraflı məlumat üçün əlaqə vasitələri: E-mail: pk@msu.edu.az Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob)

file.pdf6.01 KB

file.pdf0.01 KB

İyunun 21-də Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında növbəti imtahanlar keçirib Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirib. İmtahanlar Bakı, Sumqayıt və Abşeronda təşkil olunub. Ümumilikdə imtahanların idarə olunmasına 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 41 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 3 bina nümayəndəsi ayrılıb. İyunun 22-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 10 gündən sonra elan olunması nəzərdə tutulur. Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib. İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nət
Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialları «Abituriyent» jurnalının 12-ci nömrəsində dərc edib. 

🔴 İLK DƏFƏ: Azərbaycanın 3 universiteti TOP 800-ə daxil oldu — bu “Quacquarelli Symonds” (QS) hesabatında qeyd edilib. ➡️ Bakı Dövlət Universiteti 123 pillə irəliləyərək dünyada 565-ci yerdə qərarlaşıb. ➡️ Azərbaycan Dövlət İqtisad Universiteti 634-cü yerə, ➡️ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 711–720 aralığınadək yüksəlib.

Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2026) Azərbaycan komandası uğurla çıxış edərək ölkəmizə 3 gümüş və 3 bürünc medal qazandırıb. 🥈 Gümüş medal qazanan şagirdlər: Eldar İsmayılov – Bakı Avropa Liseyinin IX sinif şagirdi Alikamal Həsən – Bakı şəhər “Gənc istedadlar” liseyinin IX sinif şagirdi Gülay Əlizadə – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi 🥉 Bürünc medal qazanan şagirdlər: Toğrul Həmidli – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Yusif Qurbanlı – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Şamil Abbasov – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi ℹ️ Qeyd edək ki, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası (JBMO) regionun ən nüfuzlu riyaziyyat yarışlarından biri hesab olunur və hər il müxtəlif ölkələrdən yüzlərlə istedadlı məktəblini bir araya gətirir.

Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti uzadılıb Çoxsaylı müraciətlər nəzərə alınaraq qeydiyyatın son tarixi 21 iyun saat 15:00-dək artırılıb.

Ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0-200 bal aralığı nəticə qazanıb. Onlardan 32 nəfəri isə ümumiyyətlə 0-100 bal aralığı nəticə qazanıb. (C) Azərbaycan Universitetləri

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 3-cü mərhələsinə start verilib. Dünyanın 375-dən çox nüfuzlu universiteti və
“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 3-cü mərhələsinə start verilib. Dünyanın 375-dən çox nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətinin 21 mindən çox təliminə qeydiyyat başlayıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram”ın müddəti daha bir il artırıldı. Vətəndaşlar proqram çərçivəsində “Coursera” onlayn təlim platformasında dünyanın aparıcı universitetləri və texnologiya şirkətlərinin təlimlərindən ödənişsiz yararlana biləcəklər. Vətəndaşlar artıq “Coursera” platformasında dünyanın 375-dən çox nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətinin təqdim etdiyi 21 mindən çox onlayn təlimdən ödənişsiz yararlana biləcəklər. 📌 Qeydiyyat üçün: https://form.4sim.gov.az/

9 illik bazadan kolleclərə sənəd qəbulu yenidən aktiv olundu❗️ 9 illik bazadan kollecə qəbul olmaq istəyən lakin fevral-mart qeydiyyatında ərizəsiniz təsdiq etməyən şagirdlər ərizələrini təsdiq edə bilərlər. Sənəd qəbulunun son tarixi: 10 iyul saat 12:00 Həmçinin 9 illik bazadan qabiliyyət tələb edən ixtisaslar üçün qabiliyyət imtahanlarına qeydiyyat davam edir. Qabiliyyət imtahanalarına qeydiyyat 29 iyunda başa çatacaq. Qeydiyyat və ixtisas seçimi üçün əlaqə: https://wa.me/+994504307781

Təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti və musiqi sənəti istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat pro
Təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti və musiqi sənəti istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat prosesi iyunun 18-dən 29-dək davam edəcək. Ətraflı: https://shorturl.at/kbVbw

Neçə bal topladınız ❓