ar
Feedback
İxtisas seçimi

İxtisas seçimi

الذهاب إلى القناة على Telegram

Abituriyentlər və tələbələr üçün imtahanlarla bağlı xəbərlər. Tələbə qəbulu üzrə formalaşmış keçid balları statistikası üzrə bütün məlumatlar bizim kanallarımızda paylaşılır.

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام İxtisas seçimi

تُعد قناة İxtisas seçimi (@ixtisassecimi2025aa) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 11 249 مشتركاً، محتلاً المرتبة 17 679 في فئة التعليم والمرتبة 411 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 11 249 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 14 يوليو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -165، وفي آخر 24 ساعة بمقدار -7، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 10.63‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 4.17‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 1 196 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 469 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 5.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
Abituriyentlər və tələbələr üçün imtahanlarla bağlı xəbərlər. Tələbə qəbulu üzrə formalaşmış keçid balları statistikası üzrə bütün məlumatlar bizim kanallarımızda paylaşılır.

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 15 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

11 249
المشتركون
-724 ساعات
-487 أيام
-16530 أيام
أرشيف المشاركات
Qarabağ Universiteti 2026/2027-ci tədris ilindən etibarən Türkiyə Respublikasının İstanbul Texniki Universiteti (İTÜ) ilə beynəlxalq ikili diplom proqramına başlayır. Dünyanın mühəndislik profili üzrə aparıcı universitetləri sırasında yer alan İTÜ ilə birgə aparılacaq kadr hazırlığı: İnşaat mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Mexanika mühəndisliyi, Kimya mühəndisliyi ixtisaslarını əhatə edir. İTÜ-nün tədris proqramları əsasında təşkil edilən təhsil tamamilə ingilis dilində aparılacaq. Tələbələrin ilk üç tədris ilində Xankəndi şəhərində, dördüncü tədris ilində isə İstanbul şəhərində təhsil almaları nəzərdə tutulur. Dörd il ərzində bütün dərslər İTÜ professorları tərəfindən keçiriləcəkdir. Proqramla bağlı bütün xərclər dövlət hesabına maliyyələşdiriləcəkdir. Proqramın məzunları Qarabağ Universitetinin və İTÜ-nün bakalavr diplomlarını əldə edəcəklər. Proqram tələbələrə ən müasir akademik məzmun, zəruri nəzəri biliklər və praktiki bacarıqlar təklif edir. Qarabağ Universitetində İTÜ təcrübəsi əsasında yaradılan laboratoriyalarda reallaşdırılacaq tədris, tədqiqat və innovasiya fəaliyyətləri mühəndislik təhsilində tamamilə yeni tədris modelinin formalaşmasına, sənaye müəssisələrinin kampusa cəlb edilməsinə və cəmiyyət üçün faydalı mühəndislik həllərinin yaradılmasına şərait yaradacaqdır. Hazırlanan yüksəkixtisaslı mütəxəssislər yerli və beynəlxalq əmək bazarında uğurla fəaliyyət göstərmək imkanı qazanacaqlar. Qeyd edək ki, "QS World University Rankings 2027" nəticələrinə əsasən İTÜ Türkiyə universitetləri arasında birinci, dünya universitetləri arasında isə 279-cu yerdə qərarlaşıb.

29 - 31 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi təşkil olunacaq. Sərgi zamanı Dövlət İmtahan Mərkəzinə məxsus nəşrləri də əldə edə bilərsiniz. Sərgidə iştirak etmək istəyənlər bu link vasitəsilə qeydiyyatdan keçməlidirlər: https://portal.dim.gov.az/sergi/

🚨 TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ! PAYLAŞIN 🔄 Transfer (köçürülmə) üçün müraciətlər başlayır! 📅 Müraciət tarixləri: 📍 13 iyul 2026 – saat 10:00-dan başlayır ✅️ 📍 19 iyul 2026 – saat 18:00-da başa çatır ✅️ 🌐 Müraciətlər portal.edu.az üzərindən elektron qaydada həyata keçirilir. 📍Kimlər müraciət edə bilər?* ✅️ Ali təhsil müəssisələrinin I, II və III kursunu bitirən tələbələr ✅️ 11 illik baza üzrə kollec tələbələri (I kursun sonunda) ✅️ 9 illik baza üzrə kollec tələbələri (yalnız II kursu bitirdikdən sonra) 📍Transfer üçün əsas şərtlər ✅️ Yalnız uyğun ixtisas (qrup) üzrə köçürülmə mümkündür. ✅️ Köçürülmək istədiyiniz ixtisasın keçid balı qəbul olunduğunuz ildə topladığınız baldan yüksək olmamalıdır. ✅️ Tədris proqramı üzrə tələb olunan kreditlərin ən azı 50%-i toplanmalıdır. ❌️ 9 illik baza üzrə kollec tələbələri I kursun sonunda transfer edə bilməz. ❌️ Sonuncu kursda transferə icazə verilmir. 📍Tələb olunan əsas sənədlər 📄 Akademik transkript (akademik arayış) 📄 Ödənişli təhsil alanlar üçün təhsil haqqı borcunun olmaması barədə arayış (tələb olunan hallarda) 📄 Oğlan tələbələr üçün hərbi möhlət hüququna dair sənəd ℹ️ Digər sənədlər elektron sistem tərəfindən avtomatik formalaşdırılır.

‼️ Tələbələrin yerdəyişməsi (transfer) başlanılır ● 2026/2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üzrə elektron müraciətlər 13 iyul saat 10:00-da başlayacaq və 19 iyul saat 18:00-dək davam edəcək. ● Yerdəyişmə prosesində normativ təhsil müddətində oxuyan və təhsil proqramı üzrə müəyyən olunmuş kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər. ✅️ Yerdəyişmə üçün müraciət edə bilərsiniz. https://wa.me/+994504307781

Neçə bal gəldi❓

Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Abituriyentlər onları maraqlandıran sualları “Youtube”da yerləşdiriləcək müvafiq yayımın altına yaza bilərlər.

İyulun 13-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

İlkin məlumata əsasən 12 nəfərdə mobil telefon aşkar edilib. Onlar imtahana buraxılmayıb və bütün nəticələri ləğv edilib!

Düzgün cavablar və izahlar təqdim olunacaq: https://www.tiktok.com/@dim.gov.az?_r=1&_t=ZS-97m6y20VFb7

Sabah imtahan verəcək olan bütün abituriyyentlərə uğurlar arzu edirik.

2025-ci ildə dövlət sifarişi üzrə ən yüksək qəbulolma göstəricisi olan 3 universitet: 1. Dövlət İdarəçilik Akademiyası - 83,66% 2. İqtisad Universiteti - 81,49% 3. Tibb Universiteti - 77,10%

29 - 31 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi təşkil olunacaq. Sərgidə Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, "Abituriyent" jurnalı redaksiyası və ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi təmsil olunacaq. Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir. Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, tədris proqramı, maddi-texniki baza, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər. Sərgidə, həmçinin, ali təhsil müəssisələrinin qəbul şərtləri, elmi-metodiki bazası və digər imkanları təqdimatlarla nümayiş olunacaq. Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər. Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir. https://portal.dim.gov.az/sergi/ Qeyd: Sərgi Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

Neçə bal topladınız❓

VOICE OF ENGLISH Bizim əsas məqsədimiz ingilis dilini sadəcə öyrətmək deyil, onu istifadə etməyi öyrətməkdir. Dərslərimizdə aylarla yalnız qrammatika əzbərlənmir. Qrammatika real cümlələr və danışıq fəaliyyəti vasitəsilə öyrədilir ki, tələbə dili daha sürətli və rahat mənimsəsin. Tələbə danışdıqca: • söz ehtiyatı artır • cümlə qurmaq daha asan olur • qrammatika qaydaları təbii şəkildə formalaşır • özünəinam inkişaf edir Məhz buna görə dərslərimizdə danışıq praktikası əsas yer tutur. Metodikamızla tanış olmaq və dərs sistemimizi yaxından görmək üçün sizi ödənişsiz sınaq dərsinə dəvət edirik. 📞 Əlaqə: +994 50 299 22 93 📩 Yerinizi ayırmaq üçün bizə yazın.

Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İyulun 6-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 172 imtahan binası, 3074 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 172 ümumi imtahan rəhbəri, 491 imtahan rəhbəri, 3808 nəzarətçi, 554 buraxılış rejimi əməkdaşı, 172 bina nümayəndəsi cəlb olunub. İlkin məlumatlara əsasən, 11 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar. İmtahanda 41622 abituriyentin iştirakı nəzərdə tutulurdu.

Düzgün cavablar və izahlar təqdim olunacaq. https://www.tiktok.com/@dim.gov.az?_r=1&_t=ZS-97m6y20VFb7
Düzgün cavablar və izahlar təqdim olunacaq. https://www.tiktok.com/@dim.gov.az?_r=1&_t=ZS-97m6y20VFb7