İxtisas seçimi
前往频道在 Telegram
Abituriyentlər və tələbələr üçün imtahanlarla bağlı xəbərlər. Tələbə qəbulu üzrə formalaşmış keçid balları statistikası üzrə bütün məlumatlar bizim kanallarımızda paylaşılır.
显示更多📈 Telegram 频道 İxtisas seçimi 的分析概览
频道 İxtisas seçimi (@ixtisassecimi2025aa) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 10 677 名订阅者,在 教育 类别中位列第 18 779,并在 阿塞拜疆 地区排名第 411 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 10 677 名订阅者。
根据 15 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -277,过去 24 小时变化为 -11,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 7.03%。内容发布后 24 小时内通常能获得 3.05% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 752 次浏览,首日通常累积 326 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 1。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Abituriyentlər və tələbələr üçün imtahanlarla bağlı xəbərlər. Tələbə qəbulu üzrə formalaşmış keçid balları statistikası üzrə bütün məlumatlar bizim kanallarımızda paylaşılır.”
凭借高频更新(最新数据采集于 16 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
10 677
订阅者
-1124 小时
-487 天
-27730 天
帖子存档
10 677
Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır. Ancaq görünür ki, iş qrafiklərinin dəyişdirilməsi də paytaxtda nəqliyyat sıxlığının qarşısını almaq üçün kifayət etmir.
🔻Bəs ali təhsil müəssisələrində dərs saatlarının dəyişdirilməsi tıxacların azalmasına təsir edə bilərmi?
🔹Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Mehriban Vəliyeva mövzu ilə bağlı danışıb:
“Növbəti illərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə ali təhsil müəssisələri ilə yanaşı, məktəblərdə də dərs saatları dəyişdirilə bilər. Ali təhsil müəssisələrində və ümumi təhsil məktəblərində iş qrafikinin və dərs saatlarının dəyişdirilməsi nəqliyyat sıxlığının azaldılması baxımından nəzərdən keçirilə biləcək məsələlərdəndir.
🔹Təhsillə bağlı yeniliklər zəruri hesab olunarsa, onlar yalnız yeni tədris ili ərəfəsində planlaşdırılmalı, əvvəlcədən elan edilməli və bütün tərəflərin hazırlığı təmin olunmaqla həyata keçirilməlidir.
🔸Bununla yanaşı, belə bir addımın nəqliyyat sıxlığının azaldılmasına nə dərəcədə təsir göstərə biləcəyini, əlbəttə ki, nəqliyyat sahəsinin mütəxəssisləri qiymətləndirməlidirlər.
📌Məsələn, ibtidai siniflərdə dərslərin səhər saat 08:00-09:00 əvəzinə 10:00-11:00 aralığında başlaması və ya tam orta təhsil səviyyəsində dərs qrafikinin fərqli şəkildə təşkili mümkün variantlar kimi müzakirə oluna bilər. Bu zaman məktəblərin xüsusiyyətləri, şagirdlərin yaş qrupları, valideynlərin iş qrafiki və tədris prosesinin tələbləri nəzərə alınmalıdır. Müvafiq qaydalar çərçivəsində məktəblər pedaqoji şuraların qərarları əsasında öz imkanlarına uyğun iş rejimlərini müəyyənləşdirə bilərlər.
Ali təhsil müəssisələrində də dərs cədvəllərinin mərhələli şəkildə fərqli saatlara bölünməsi, tədrisin başlanma və bitmə vaxtlarının müəyyən qədər dəyişdirilməsi variantlarından istifadə etmək olar. Bu yanaşma nəqliyyat vasitələrinin hərəkətində yaranan pik saatlardakı sıxlığın müəyyən qədər azalmasına kömək edə bilər. Lakin təklif olunan mexanizmlərin səmərəliliyi nəqliyyat mütəxəssisləri ilə birgə araşdırılmalı, qərarlar real vəziyyətin təhlili əsasında qəbul edilməlidir”.
10 677
⚠️Bakıda Qaradağ rayonundakı məktəblərin birində kosmetikadan istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib.
🚨Şagirdin atası Çingiz Balabəyov direktorla münaqişə yaradaraq məktəbin iş rejimini pozub, müəllimlərə qarşı nalayiq ifadələr işlədib.
❗️O, polis tərəfindən saxlanılaraq həbs edilib.
10 677
Azərbaycanda aprelin 1-dən kartdan karta pul köçürmələri üzrə müəyyən edilən yeni xidmət haqqı tariflərinin vətəndaşlara aid olub-olmaması məsələsi müzakirə yaradıb.
Bu dəyişiklik birbaşa Mərkəzi Bankla banklar və maliyyə qurumları arasındakı münasibətləri və hesablaşmaları tənzimləyir: “Yəni bu, bankların Mərkəzi Bankın sistemlərindən istifadə edərkən ödədikləri xidmət haqlarıdır. Mərkəzi Bankının təsdiq etdiyi tariflər Banklararası Kart Mərkəzi infrastrukturunda emal olunan əməliyyatlara görə tətbiq olunan komissiyalardır və bu komissiyalar BKM-in iştirakçılarından tutulacaq”.
10 677
⚡️Aprelin 1-dən kartdan karta köçürmələrdə komissiya tutulacaq.
· 100 manatadək köçürmələr – 3 qəpik
· 100,01–1000 manat – 10 qəpik
· 1000,01–10 000 manat – 50 qəpik
· 10 000,01–40 000 manat – 2 manat
· 40 000 manatdan yuxarı – 4 manat
● Dollarla edilən ödənişlərə də tarif dərəcəsi müəyyən edilib:
10 677
⚡️📱“Instagram” və “TikTok”a girişlə bağlı problem aradan qalxıb
Oktyabrın 12-dən etibarən “Instagram” və “TikTok” sosial şəbəkələrinin Azərbaycan seqmentində müşahidə edilən giriş problemləri aradan qaldırılıb.
Son günlər istifadəçilər sözügedən platformalara daxil olmaqda çətinliklərlə üzləşirdilər.
10 677
Bu gün Binə qəsəbəsi “Südçülük Sovxozu”nda yerləşən 136 saylı məktəbdə şagirdlərə xəsarət yetirilib. Əməli törədən şəxslər saxlanılıb.
10 677
2022-ci ildən bu günədək sırf qızların təhsilinə dəstək məqsədilə 4 təqaüd proqramı həyata keçirilib və bu proqramlar vasitəsilə 469 qız təqaüd əldə edib.
10 677
DİM
· Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 3148 abituriyent 600 və daha yüksək bal toplayıb.
· 600-dən çox bal toplayan abituriyentlərdən 1811 nəfəri regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarıdır.
· Bu il Prezident təqaüdünə namizəd olan 102 gəncdən 54-ü regionlarda fəaliyyət göstərən məktəblərin, o cümlədən 15-i kənd və qəsəbə məktəblərinin məzunudur.
10 677
🏫 💰 Təhsil müəssisələrinin təmirinə 8.6 milyon manat ayrılıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb. Satınalma üzrə qalib “S.H. İnşaat Xidməti” MMC olub.
Müqavilənin ümumi dəyəri 8 636 264.75 manat təşkil edir.
10 677
🎓 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə sayı məlum olub.
📌 Bakı Ali Neft Məktəbi - 35 nəfər
📌 Azərbaycan Tibb Universiteti - 25 nəfər
📌 ADA Universiteti - 18 nəfər
📌 Bakı Dövlət Universiteti - 15 nəfər
📌 UNEC - 5 nəfər
📌 Dövlət İdarəçilik Akademiyası - 2 nəfər
10 677
Prezident İlham Əliyev Azərbaycan Universitetlərinə ən yüksək balla qəbul olan 102 tələbəyə Prezident təqaüdünün verilməsi barədə sərəncam imzalayıb.
10 677
Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb. Proqrama müraciət etmiş 64 ölkədən yüzlərlə namizəd sırasından 55 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.
Qaliblər Azərbaycanın 11 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələri üzrə təhsil alacaqlar.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23378-1
10 677
Məktəbli forması ilə bağlı 37 nəfər həbs edilib
DİN-in məlumatına görə, Bakıda vahid məktəbli formasının tətbizi ilə bağlı ictimai qaydanı pozmaq, təhsil müəssisələrinin fəaliyyətinə və nəqliyyatın hərəkətinə mane olmaq cəhdləri ilə bağlı cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə 37 nəfər həbs edilib.
10 677
Dövlət İmtahan Mərkəzi imtahanlarda təhlükəsizliyin artırılması məqsədilə buraxılış rejimini aparan əməkdaşların fəaliyyətinin təkmilləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və şəffaflığın artırılması istiqamətində davamlı işlər aparır.
Mərkəz görülmüş işlərin tərkib hissəsi olaraq müxtəlif peşə sahələrində çalışan ictimaiyyət nümayəndələrinin imtahan prosesində buraxılış rejimini aparan əməkdaş qismində cəlb edilməsi üçün elektron qeydiyyata başlayır. Qeydiyyat prosesi 12 oktyabr – 10 noyabr (saat 10:00-dək) tarixlərində aparılacaq.
Qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali və ya orta ixtisas təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda rəsmi işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 21-40 arasında olan, həmçinin fiziki və psixoloji cəhətdən sağlam olan qadınlar müraciət edə bilərlər. Zal nəzarətçisi kimi qeydiyyatdan keçən şəxslərin buraxılış rejimi əməkdaşı qismində iştirakına icazə verilmir.
Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/C5OYZ linkinə daxil ola bilərsiniz.
10 677
Təhsil Şurası:
Dini hisslərdən və geyim azadlığından siyasi vasitə kimi istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, gənclərin milli şüuruna təsir göstərmək və xarici maraqlara xidmət edən gündəmləri ölkəyə yönəltmək cəhdləri yolverilməzdir
Azərbaycanın gələcəyi xarici dairələrin planlarından deyil, müstəqil dövlətin tərəqqisindən, gənclərin elmi və intellektual inkişafından asılıdır.
10 677
Azərbaycanda TikTok, Instagram və Facebook platformalarına girişdə problemlər yaranıb.
10 677
⚡️Bakı Şəhəri üzrə Təhsil İdarəsinin RƏSMİ məlumatı:
● Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır.
● Təhsil müəssisələrində vahid geyim formaları ilə bağlı qaydaların icrasına dair nəzarət məktəb rəhbərliyi tərəfindən tənzimlənir.
● Bununla yanaşı, şagirdlərin müəyyən olunmuş məktəbli formasında dərsə davamiyyətini təmin etmək valideynlərin birbaşa məsuliyyətidir.
10 677
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdır. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilmişdir.
Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 1870 tələbə ödənişsiz təhsil almaq hüququ əldə etmişdir. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilmişdir. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilmişdir.
Bakalavriat səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış tələbələrin saylarının ali təhsil müəssisələri üzrə paylanması
https://dim.gov.az/CkImage/bak_1791287314.pdf
10 677
⚡️Korrupsiya barədə məlumat verənlərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək.
