Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
Открыть в Telegram
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin rəsmi kanalı 🌐 https://dtsea.gov.az
Больше1 657
Подписчики
Нет данных24 часа
-17 дней
-530 дней
Архив постов
🔬 "Müraciət laboratoriyası" adlı rubrikamızda vətəndaşlar tərəfindən ən çox ünvanlanan müraciətləri analiz edir, onların suallarını cavablandırırıq.
❓ Bu dəfə icbari tibbi sığortadan istifadə qaydası haqqında danışırıq.
🔎 Sualınız varsa, rəy bölməsində qeyd edin, növbəti “Müraciət laboratoriyası”nda təhlil edək.
#ƏƏSMN #DTSEA #MüraciətLaboratoriyası
🗒️ 12 Oktyabr – Dünya Artritlə Mübarizə Günüdür.
Bu günün qeyd edilməsinin məqsədi oynaqların iltihabı, ağrı, şişkinlik və hərəkət məhdudluğu ilə xarakterizə olunan xəstəliklərə diqqət çəkmək, onların erkən aşkarlanmasının və vaxtında müalicəsinin əhəmiyyətini vurğulamaqdır.
📌 Oynaq xəstəliklərinin vaxtında diaqnostikası və effektiv müalicəsi istiqamətində icbari tibbi sığorta çərçivəsində geniş spektrli ambulator və stasionar tibbi xidmətlər təmin edilir.
➡️ https://sosial.gov.az/az/media/xeberler/artritin-diaqnostika-ve-mualicesi-icbari-tibbi-sigorta-hesabina-heyata-kecirilir-9921
#ƏƏSMN #DTSEA #İcbariTibbiSığorta #Artrit
+1
#SualımızVar rubrikasının növbəti sualını təqdim edirik.
❓ Bu həftənin sualı: İcbari tibbi sığorta ilə göstərilən tibbi xidmətlərə limit tətbiq olunur?
✅ Cavab variantınızı rəy bölməsində yaza bilərsiniz. Doğru cavab növbəti həftəki paylaşımımızda qeyd olunacaq.
#ƏƏSMN #DTSEA #SualımızVar
📺 DOST TV-də yayımlanan “Dayaq nöqtəsi”nin budəfəki buraxılışının qonağı Agentliyin 2 saylı Tibbi Qiymətləndirmə Komissiyasının sədri Ramilə Babuşova olub.
ℹ️ Verilişdə çağırışçıların yekun tibbi müayinəsi barədə danışılıb.
🔗Verilişi izləmək üçün keçid edin: https://youtu.be/EI3nfLthY7o
#ƏƏSMN #DTSEA #DOSTTV
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutmasından 6 il ötür.
#ƏƏSMN #DTSEA #Ganja #GəncəTerroru
11 Oktyabr – Beynəlxalq Qız Uşaqları Günüdür. 💐
#ƏƏSMN #DTSEA #BeynəlxalqQızUşaqlarıGünü
+1
📆 Hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd olunur. Bu gün psixi sağlamlığın qorunması, psixi pozuntuların erkən aşkarlanması və vaxtında müalicəsinin əhəmiyyətinə diqqət yönəltmək məqsədi daşıyır.
ℹ️ Hazırda ölkə üzrə psixi və davranış pozuntuları səbəbindən 68,2 min əlilliyi olan şəxs var.
❗️Psixi sağlamlığa mənfi təsir göstərən amillərdən biri də alkoqol istifadəsidir. Uzunmüddətli və ya həddindən artıq alkoqol qəbulu yaddaş və düşüncə qabiliyyətinin zəifləməsi, emosional qeyri-sabitlik, yuxu pozuntuları, depressiv hallar, aqressiv davranış və hallüsinasiyalar kimi psixi və davranış pozuntularına səbəb ola bilər.
✅ Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Xidmətlər Zərfi çərçivəsində həkim-psixiatrın ambulator müayinə və konsultasiyası, ilkin diaqnostika, psixoloji qiymətləndirmə, tibbi göstəriş olduqda isə stasionar müalicə təmin edilir.
#ƏƏSMN #DTSEA #PsixiSağlamlıq
+3
📌 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Astara rayonunda vətəndaşları qəbul edib.
ℹ️ Qəbul zamanı vətəndaşların icbari tibbi sığorta, əlilliyin qiymətləndirilməsi, eləcə də çağırışçıların yekun tibbi müayinəsi ilə bağlı müraciətləri dinlənilib.
Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.
✅ Vətəndaşların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib.
#ƏƏSMN #DTSEA #vətəndaşqəbulu
Hansı hallarda əlillik müddətsiz təyin edilir❓
🎙️ "Vətəndaş soruşur" rubrikasında izah edirik.
#ƏƏSMN #DTSEA #YekunTibbiMüayinə #VətəndaşSoruşur
+6
ℹ️ “Addım-addım” rubrikasında vətəndaşlara Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi proseslərini sadə və anlaşıqlı formada, mərhələlərlə izah edirik.
Bu dəfə əlilliyi olan şəxslərin “Ağlabatan uyğunlaşdırma” müraciəti yaratmaq üçün hansı mərhələlərdən keçməli olduğu barədə danışırıq.
✅ Əlilliyi olan şəxsin fərdi ehtiyaclarına uyğun olaraq iş yerinin, infrastrukturun, ictimai nəqliyyatın və ya veb-saytların uyğunlaşdırılması üçün müraciət prosesi hansı ardıcıllıqla aparılır?
Bütün mərhələləri addım-addım təqdim edirik.
#ƏƏSMN #DTSEA #AddımAddım
+5
🏢 Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi "PeşəFest-2026" layihəsi bu dəfə Masallı rayonunda baş tutub.
ℹ️ Tədbirdə nazir müavini Rəşad Mustafayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkili Məşhur Məmmədov, Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov, həmçinin dövlət və özəl təşkilatların rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
👉 https://sosial.gov.az/az/media/xeberler/pesefest-2026-bu-defe-masallida-kecirildi-9916
Müzəffər Azərbaycan Ordusunun Hadrutu işğaldan azad etməsindən 6 il ötür. 🇦🇿
#ƏƏSMN #DTSEA #QarabağAzərbaycandır #Hadrut
Müzəffər Azərbaycan Ordusunun Hadrutu işğaldan azad etməsindən 6 il ötür. 🇦🇿
#ƏƏSMN #DTSEA #QarabağAzərbaycandır #Hadrut
+2
🌐 Birləşmiş Millətlər Təşkilatının (United Nations) ölkəmizdəki Rezident Əlaqələndiricisi Dmitro Şlapaçenko ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilib.
🔹 Nazir Anar Əliyev Azərbaycanın BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, D.Şlapaçenkonun ölkəmizdəki fəaliyyəti dövründə bu əməkdaşlığın daha da inkişafına dəyərli töhfələr veriləcəyinə əminliyini ifadə edib.
➡️ https://sosial.gov.az/az/media/xeberler/bmt-nin-olkemizdeki-rezident-elaqelendiricisi-ile-gorus-kecirilib-9909
#ƏƏSMN #BMT #UnitedNations
🔎 Yeni “Mif | Fakt” rubrikasına start veririk!
İcbari tibbi sığorta və digər fəaliyyət istiqamətləri ilə bağlı doğru bilinən yanlışlar, yanlış bilinən doğrular – bundan sonra “Mif | Fakt” rubrikasında.
Rubrikamızın ilk buraxılışında isə bu yanlış fikir barədə danışırıq:
❌İşsiz vətəndaşlar icbari tibbi sığortadan yararlana bilməzlər.
✅Doğrusunu isə videodan öyrənin!
#ƏƏSMN #DTSEA #MifFakt
🏢 Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 40 minədək şəxsə əlillik təyin edilib.
➡️ Onlardan 16,3 min şəxsə ilkin, 23,6 min şəxsə təkrar əlillik təyinatı aparılıb.
➡️ https://dtsea.gov.az/media/press-reliz/yanvar-sentyabr-aylarinda-40-minedek-sexse-elillik-teyin-olunub
#ƏƏSMN #DTSEA #SosialGöstəricilər
+1
👁️ Hər il oktyabr ayının ikinci cümə axşamı Dünya Görmə Günü kimi qeyd olunur.
Bu gün görmə sağlamlığının qorunması və göz xəstəliklərinin erkən aşkarlanmasının əhəmiyyətinə diqqət çəkir.
ℹ️ Hazırda ölkədə görmə məhdudiyyətli 68,2 min əlilliyi olan şəxs var. Onlardan 41 mindən çoxu kişi, 27 minə yaxını isə qadındır.
✅ İcbari tibbi sığorta hesabına oftalmoloq müayinəsi, gözdaxili təzyiqin ölçülməsi, biomikroskopiya, oftalmoskopiya, refraksiyanın təyini, perimetriya, OKT, gözün ultrasəs müayinəsi, KT və MRT, zərurət olduqda isə digər laborator və instrumental müayinələr həyata keçirilir.
📌 Tibbi göstəriş əsasında katarakta, qlaukoma, pterigium, vitrektomiya, çəpgözlük və digər oftalmoloji əməliyyatlar da icbari tibbi sığorta hesabına qarşılanır
🔗 https://dtsea.gov.az/media/press-reliz/her-il-oktyabr-ayinin-ikinci-cume-axsami-dunya-gorme-gunu-kimi-qeyd-olunur
#ƏƏSMN #DTSEA #DünyaGörməGünü
📻Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi və Araz FM-in birgə əməkdaşlığı ilə 9 oktyabr saat 14:00-da “Qəbul vaxtı” efirdə olacaq.
🎙 Bu həftənin qonağı Agentliyin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri Rəna Abbasova icbari tibbi sığortadan istifadə qaydaları ilə bağlı sualları cavablandıracaq.
✅ Verilişi necə dinləmək/izləmək olar?
- 103.3 FM dalğası
- “Araz FM”in rəsmi feysbuk səhifəsi
- Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin rəsmi feysbuk səhifəsi
#ƏƏSMN #DTSEA #ArazFM #QəbulVaxtı
🤷♂️ İcbari tibbi sığorta ilə hansı mürəkkəb neyrocərrahiyyə əməliyyatları qarşılanır?
🤷♀️ Beyin şişlərinin xaric edilməsi əməliyyatı icbari tibbi sığortaya daxildirmi?
🤷 Neyrocərrahiyyə əməliyyatlarının icbari tibbi sığorta ilə qarşılanması üçün hansı qaydada müraciət edilməlidir?
📺 REAL TV-nin ⚕️ "Tibbi sığorta" verilişində neyrocərrahiyyə əməliyyatları və beyin şişlərinin xaric edilməsi barədə danışırıq.
➡️ Verilişi izləmək üçün keçid edin: https://youtu.be/8yG1itRsk5Y?si=LdyBfWKBq9PN3Xgm
#ƏƏSMN #DTSEA #TibbiSığorta
ℹ️ Hörmətli vətəndaşlar,
Nəzərinizə çatdıraq ki, İcbari tibbi sığorta ilə bağlı 1542 Çağrı Mərkəzinə daxil olan müraciətlər hər gün saat 09:00-dan axşam 21:00-dək canlı rejimdə qəbul edilir.
⏰ Qeyri-iş saatlarında isə “Zəng sifarişi” xidmətindən istifadə edə bilərsiniz. Bu halda növbəti iş günü ərzində Çağrı Mərkəzinin əməkdaşları tərəfindən sizinlə əlaqə saxlanılacaq.
✅ Qeyd edək ki, bütün mobil operatorlardan 1542 Çağrı Mərkəzinə zənglər ödənişsizdir.
#ƏƏSMN #DTSEA #ÇağrıMərkəzi
