Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
前往频道在 Telegram
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin rəsmi kanalı 🌐 https://dtsea.gov.az
显示更多1 689
订阅者
-224 小时
+87 天
-2430 天
帖子存档
1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür! 🇦🇿
#1avqust #AzərbaycanDili #Əlifba #ƏƏSMN #DTSEA
+5
Nazir müavini Rəşad Mustafayev 📍 Zərdab rayonunda sakinləri qəbul edib.
✅ Vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri araşdırılıb və müvafiq məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
➡️ https://sosial.gov.az/az/media/xeberler/nazir-muavini-resad-mustafayev-zerdab-rayonunda-vetendaslari-qebul-edib-9582
#ƏƏSMN #DTSEA #VətəndaşQəbulu
🎥 DOST TV-də yayımlanan “Reabilitasiya zonası”nın növbəti buraxılışında Respublika Reabilitasiya Mərkəzinin fəaliyyəti, eləcə də burada əlilliyi olan şəxslərə göstərilən xidmətlərdən bəhs edilib.
📍Bu barədə Mərkəzin direktoru Nabat Abdulova məlumat verib.
+3
🤝 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Baş Fond Portfolio Meneceri Valeriya Qrişeçkinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
👥 Görüşdə Səhiyyə Nazirliyinin İİV/QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə proqramının Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov da iştirak edib.
💬 Tərəflər səhiyyə sahəsində Azərbaycanla Qlobal Fond arasında davam edən əməkdaşlığın nəticələrini və gələcək birgə təşəbbüsləri müzakirə ediblər.
Ətraflı: https://www.facebook.com/share/p/1DeYgZUpxk/?mibextid=wwXIfr
#ƏƏSMN #DTSEA
+9
Nazir Anar Əliyev 📍 Zəngilan rayonunda Zəngilan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Anar Əliyev Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb.
✅ Qəbul zamanı hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
ℹ️ Zəngilanın Ağalı kəndindəki "Smart DOST" məntəqəsində göstərilən xidmətlərin təşkili ilə tanışlıq olub və həmin kənddə özünüməşğulluq proqramı üzrə qurulmuş məişət xidməti obyektinə baxış keçirilib.
➡️ https://sosial.gov.az/az/media/xeberler/nazir-anar-eliyev-zengilanda-vetendaslari-qebul-edib-9561
#ƏƏSMN #VətəndaşQəbulu
+2
22 İyul – Milli Mətbuat Günüdür. 🎉
Bu gün Azərbaycan milli mətbuatı 151-ci ildönümünü qeyd edir. 🗞
📰 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız cəmiyyətin düzgün və operativ məlumatlandırılmasında, ictimai rəyin formalaşmasında mühüm rol oynayır.
Bu əlamətdar gün münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq. ✨
#ƏƏSMN #DTSEA #MilliMətbuatGünü
+1
Hörmətli vətəndaşlar,
✅ İcbari tibbi sığorta mexanizmi ilə bağlı rəsmi məlumatlar və yeniliklər bundan sonra Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin yeni rəsmi sosial şəbəkə səhifələrində paylaşılacaq.
Sizi yeni səhifələri izləməyə dəvət edirik.
📍 Yeni "Facebook" səhifəsi: https://www.facebook.com/dtsera.sosial.gov.az
📍 Yeni "Instagram" səhifəsi: https://www.instagram.com/dtsea.gov.az/
Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi əsasında yaradılmış Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsinin təsdiq edilməsinə dair Fərman imzalayıb.
Həmçinin Prezident “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edib.
🔗 https://president.az/az/articles/view/72829
🔗 https://president.az/az/articles/view/72836
📢 "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"ndə dəyişiklik edilib. Təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20-dən 50-ə qaldırılıb.
🔗 Ətraflı: https://nk.gov.az/uploads/doc/docs/6a27f4443dbb4.pdf
Aşağı ətraf venalarının varikoz genəlməsinin müayinə və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır.
8 aprel tarixində REAL TV-nin efirində "İnsan" verilişini izləməyi unutmayın.
📌 Mövzu: İcbari tibbi sığorta ilə həyata keçirilən pediatrik xidmətlər
Sağlamlıq xoşbəxliyin təməlidir. Həyatınızı daha yaxşı və xoşbəxt yaşamaq üçün sağlamlığınızı ön planda tutun.
İdmanı gündəlik həyatınıza əlavə etmək daha sağlam və xoşbəxt yaşamağınıza kömək edəcək. Postu dostlarınızla bölüşərək onları sağlam və aktiv olmağa təşviq edin. 🏋️♀️🏃♂️🚴♀️
1 aprel tarixində REAL TV-nin efirində "İnsan" verilişini izləməyi unutmayın.
📌 Mövzu: İcbari tibbi sığorta ilə həyata keçirilən reabilitasiya və fizioterapiya xidmətləri
108 years have passed since the Genocide of Azerbaijanis.
Azərbaycanlıların Soyqırımından 108 il keçir.
#31Mart #31March #Genocide
❓ İcbari tibbi sığorta çərçivəsində evdə tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulub?
❗️ Evdə tibbi xidmət sığortaolunana təhkim olunduğu ailə həkimi tərəfindən, təcili və təxirəsalınmaz hallarda isə təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən həyata keçirilir.
Bəzən hədiyyələr bahalı qutularda olmur.
Sənin üçün sadə görünən bir addım, kiminsə həyatı üçün dönüş nöqtəsinə çevrilə bilər. Bu gün verəcəyin qan, sabah bir ürəyin döyünməsinə səbəb olacaq.
Korrupsiya ədaləti zəiflədir və cəmiyyətin inkişafına mane olur. Sağlam və güclü gələcək üçün şəffaflıq və dürüstlük hər birimizin məsuliyyətidir.
Unutmayaq ki, cəmiyyətə vurulan hər zərbə sonda hamımıza toxunur.
❓ İcbari tibbi sığorta çərçivəsində göndəriş hansı halda verilir?
❗️ Vətəndaşın müraciət etdiyi tibb müəssisəsində ona tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadıqda həmin tibb müəssisəsi bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə (dövlət və ya özəl tibb müəssisəsinə) göndəriş verir.
