İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Ir al canal en Telegram
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi kanalı 🌐 https://its.gov.az
Mostrar más1 727
Suscriptores
+424 horas
-17 días
-2430 días
Archivo de publicaciones
📢 "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"ndə dəyişiklik edilib. Təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20-dən 50-ə qaldırılıb.
🔗 Ətraflı: https://nk.gov.az/uploads/doc/docs/6a27f4443dbb4.pdf
Aşağı ətraf venalarının varikoz genəlməsinin müayinə və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır.
8 aprel tarixində REAL TV-nin efirində "İnsan" verilişini izləməyi unutmayın.
📌 Mövzu: İcbari tibbi sığorta ilə həyata keçirilən pediatrik xidmətlər
Sağlamlıq xoşbəxliyin təməlidir. Həyatınızı daha yaxşı və xoşbəxt yaşamaq üçün sağlamlığınızı ön planda tutun.
İdmanı gündəlik həyatınıza əlavə etmək daha sağlam və xoşbəxt yaşamağınıza kömək edəcək. Postu dostlarınızla bölüşərək onları sağlam və aktiv olmağa təşviq edin. 🏋️♀️🏃♂️🚴♀️
1 aprel tarixində REAL TV-nin efirində "İnsan" verilişini izləməyi unutmayın.
📌 Mövzu: İcbari tibbi sığorta ilə həyata keçirilən reabilitasiya və fizioterapiya xidmətləri
108 years have passed since the Genocide of Azerbaijanis.
Azərbaycanlıların Soyqırımından 108 il keçir.
#31Mart #31March #Genocide
❓ İcbari tibbi sığorta çərçivəsində evdə tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulub?
❗️ Evdə tibbi xidmət sığortaolunana təhkim olunduğu ailə həkimi tərəfindən, təcili və təxirəsalınmaz hallarda isə təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən həyata keçirilir.
Bəzən hədiyyələr bahalı qutularda olmur.
Sənin üçün sadə görünən bir addım, kiminsə həyatı üçün dönüş nöqtəsinə çevrilə bilər. Bu gün verəcəyin qan, sabah bir ürəyin döyünməsinə səbəb olacaq.
Korrupsiya ədaləti zəiflədir və cəmiyyətin inkişafına mane olur. Sağlam və güclü gələcək üçün şəffaflıq və dürüstlük hər birimizin məsuliyyətidir.
Unutmayaq ki, cəmiyyətə vurulan hər zərbə sonda hamımıza toxunur.
❓ İcbari tibbi sığorta çərçivəsində göndəriş hansı halda verilir?
❗️ Vətəndaşın müraciət etdiyi tibb müəssisəsində ona tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadıqda həmin tibb müəssisəsi bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə (dövlət və ya özəl tibb müəssisəsinə) göndəriş verir.
Sağlam həyat təsadüf deyil, gündəlik seçimlərin nəticəsidir. Düzgün qidalanma, aktiv həyat tərzi, keyfiyyətli yuxu və digər sağlam vərdişlər bədəninizi gücləndirir, həyat keyfiyyətinizi yüksəldir. Bu gün atdığınız kiçik addımlar sabahınızın sağlamlığını müəyyən edir.
Bu gün bir xromosom fərqinin, əslində nə qədər çox sevgi, səmimiyyət və saf gülümsəmə demək olduğunu xatırladır 💙
Unutmayaq ki, bizi fərqliliklər bir araya gətirir və daha güclü edir.
Vərəmin əlamətlərini hiss etdikdə vaxt itirmədən həkimə müraciət etmək vacibdir. Erkən müraciət həm diaqnozun tez qoyulmasına, həm də müalicənin daha effektiv aparılmasına kömək edir. Unutmayın ki, vərəm müalicə oluna bilən xəstəlikdir.
🌙 Tutduğunuz oruclar, etdiyiniz dualar qəbul olunsun. Bu bayram sizə bərəkət və sevinc gətirsin. Ramazan Bayramınız mübarək!
Novruz qapınıza sağlamlıq, sevinc və yeni başlanğıclar gətirsin. Bayramınız mübarək! 🌿
Mərkəzi Neftçilər Xəstəxanasının həkim mama-ginekoloqu, Aydan Aslanova mütəmadi ginekoloji müayinələrdən keçməyin qadın sağlamlığı üçün əhəmiyyətindən danışıb.
🔗 Müsahibəni oxumaq üçün linkə daxil olun: https://ikisahil.az/post/635219-share
#AiləHəkimi: Birbaşa özəl tibb müəssisəsinə müraciət olunduqda icbari tibbi sığorta ilə tibbi xidmət almaq mümkündür?
+7
İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə təlimləri davam edir. Cari ilin mart ayı ərzində aşağıdaki qurumlarda təlimlər keçirilib:
📍 "Gabala Hospitality Group" MMC
📍 Bakı Musiqi Akademiyası
📍 Kürdəmir rayon, Xırdapay kənd tam orta məktəb
📍 Ucar şəhər 2 saylı tam orta məktəbi
📍 Şamaxı Peşə Liseyi
📍 Şamaxı rayonu Ağadur Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbi
📍 Quba rayonu, Vəlvələ kənd tam orta məktəbi
📍 Şəmkir rayon Mərkəzi Xəstəxanası
📍 Naxçıvan MR, Şahbuz rayon İcra Hakimiyyəti
📍 Naxçıvan MR, Babək Rayon Nehrəm Qəsəbəsi 2 nömrəli tam orta məktəbi
Təlimlərdə Agentliyin əməkdaşları Tale Şükürov, Elşən Rəcəbov, İsa Məmmədov, Samir Əhmədov, Emil Lətifov və Gülxatun Zeynalova təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıblar.
Təmsil etdiyiniz qurumda əməkdaşların icbari tibbi sığorta mövzusunda məlumatlılığını artırmaq istəyirsinizsə, təlimlərin təşkili üçün marketing@its.gov.az ünvanına bilərsiniz.
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
