fa
Feedback
میرآقا داداش - Mirağa Dadaş

میرآقا داداش - Mirağa Dadaş

رفتن به کانال در Telegram
2 505
مشترکین
+124 ساعت
-47 روز
-3630 روز
آرشیو پست ها
İslam üçün döyüşək yoxsa vətən üçün sualının cavabı https://t.me/miraga_dadas

Atam Mirağa Mirsadiq oğlu 66 yaşında dünyasını dəyişib. Biz Seyyid Mirabbas ağanın nəvələriyik. Cəddimizin qəbri Hacıqabulun Udulu kəndində yerləşir və ziyarətgahdır. Atam Sovet dövründə hakimiyyət ilə müxalif olduğu üçün illərlə axtarışda olub və ölkədən didərgin düşüb. Belarusiyada idman müəllimi kimi çalışıb. 20 Yanvar qırğınında xalqla bir səfdə mübarizəyə qoşulub. Sovet dağılandan sonra Bakıdakı onlarla məscidin yenidən bərpasında çalışıb. Atamı dəfələrlə İranla əlaqəsinə görə və silah gəzdirdiyi üçün həbs ediblər. Birinci Qarabağ müharibəsinin ilk günündən döyüşlərə könüllü qatılıb və müharibənin son gününə qədər döyüşlərdə iştirak edib (təxminən 4 il). Müharibədən sonra öz doğru hesab etdiyi qanunları əsasında kəntdə ümumi vəziyyətə nəzarət edib. Elə bu qanunları əsasında kəntdə oğlan uşağına təcavüz edən birini öldürüb. Atam Azərbaycanda helikopterlə axtarılan ilk insandır. Müharibə təcrübəsi əsasında uzun müddət dağda yaşayıb. Daha sonra atamın təslim olması kəndin ağası hesab edilən böyük əmimi evindən gəlib aparıblar. Mənim həmin əmimin kəramətləri olub və bütün kənd bunlara şahiddir. Atam o cür möhtərəm şəxsin evdən polislər tərəfindən çıxarılmasını bizim seyyid nəslinə təhqir hesab edib və sırf bu səbəbdən özü təslim olub. İlk uzun müddətli həbsi bu hadisədən sonra olub. Həbsdən azad olduqdan sonra daha bir neçə dəfə yaralama, silah gəzdirmə maddələri ilə qısa həbs edilib. Ömrünün təqribən 20 ilini zindan həyatı yaşayıb. Qeyd elədiyim kimi onun öz həyat qaydaları var idi, ömrü boyu siqaret, kolbasa kimi şeylərə əlini belə vurmayıb. Bunların istifadəsi halal olsa da onun nəzəri belə idi ki, seyyidlərə yaraşmır. Zindan yatanlar bilir ki, zindanda siqaretsiz 20 il yatmaq necə çətin bir şeydir. Atam çox iradəli insan idi. Birinci həbsində 6 ay su və quru çörək yediyi üçün çəkisi 50 kilodan aşağı düşüb. Bunu zindanın məsulları ilə mübahisəsi səbəbindən edib. Bayılda və 12-də olan nazorlardan Seyyid Mirağanı xəbər alsanız, sizə nə qədər hekayələr danışarlar atamdan. Mənim bir dəfə nazorlardan biri ilə mübahisəm yaranmışdı. Ona dedim ki, səni gözləyəcəm, axşam çıxanda paqonlarını doğrayıb sənə yedirdəcəm. O da məni şikayətə getmişdi. Mən də onu 12-nin arxasındakı donuz fermasının yanında gözləyirdim. Birdən bilib ki, mən Mirağanın oğluyam, düşüb məni axtarıb tapmışdı və dönə-dönə üzr istəmişdi. Bu, atamın zindandakı hörməti idi. Atam Hacı Tale ilə birgə zindanda olub. Hacını çox istəyirdi. Hacı haqqında bir dəfə belə demişdi; o, danışığı ilə yaşayışı üst-üstə düşən az adamlardandı. Atamla axırıncı dəfə danışanda mənə dedi ki, Hacının ailəsin, uşaqların həbs ediblər. Atam xəbəri yanlış anlamışdı, elə bilmişdi ki, Hacının xanımını da həbs ediblər və onun telefonda necə qəzəbləndiyini gördüm. Biz uşaqlıqdan atamızı çox görə bilməmişik və bəlkə ilk dəfə idi ki, atamın əsəbi halını görürdüm. Hacı mənim atama çox yaxşılıqlar edib. Atam yaşlandığı üçün içəridə ona qulluq edilməsini cavanlara tapşırıb. Mən bir ömür Hacıya borcluyam. Atam zindanın istisində oruc tuturdu Ramazan ayında və namaz qılırdı. Atamın heç bir xəstəliyi yox idi. Son 3 ayda hər gün durmadan arıqlayırdı. Niyəsini kimsə bilmirdi. Nəhayət ayaq üstə yeridiyi yerdə ürəyi dayanıb. Sizdən xahişim budur ki, atamı möminləri adı ilə dua etdiyiniz gecə namazınızda həmişə dua edəsiniz.

Azərbaycanın tarixi bayraqları-1 Gəncə xanlığının bayrağı Bayrağın uzunluğu 127, eni isə 174 sm-dir. Dördkünc qumaş məxsusi t
Azərbaycanın tarixi bayraqları-1 Gəncə xanlığının bayrağı Bayrağın uzunluğu 127, eni isə 174 sm-dir. Dördkünc qumaş məxsusi toxunan və əl ilə bir-birinə tikilən moruğu və yaşıl rəngli xara parçalarından hazırlanıb. Yuxarı hissənin sol tərəfində üç qızılı rəngli gül dəstəsi, al qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində isə qızılı rəngli iki uzunsov dairə yerləşdirilib. Bayrağın yuxarı hissəsində qırmızı dairənin içində ərəb əlifbası ilə zərlə "Allah" sözü yazılıb. Təbii elementlərdən olan gümbəzlər qırmızı rəngli ay-ulduzla bitir. Ortadan iki hissəyə bölünən çərçivədə Nisa surəsinin 95-ci ayəsinin sözləri həkk olunmuşdur: "Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır". Mərkəz hissə ara xətləri ilə on qata bölünüb. Bu qatlarda qızılı saplarla ərəbcə aşağıdakı yazı beş dəfə təkrarlanıb: "Allahdan başqa ilahi qüvvə yoxdur, Muhəmməd Allahın elçisidir". Bayrağın üzərində, onun yuxarı hissəsində müasir Gəncənin gerbinə çevrilmiş orijinal aypara simvolu yerləşir. https://t.me/miraga_dadas

Şah İsmayıl haqqında bilinməyən 100 fakt-6 🇦🇿 https://t.me/azerbaycan_tarixi_telegram/3471

İSLAM BÜTÜN İDEOLOGİYALARIN FÖVQÜNDƏDİR kitabının mp3 versiyası. Səsli Kitablar - Audio Kitabxana

Dünya bizi bəyənməsə də olar...

41-Rəsulzadə İngiltərə agenturasına Azərbaycanda hakimiyyətə gətiriləcəyi təqdirdə sərvətləri peşkəş çəkəcəyi sözünü verir. "Rəsulzadə Moskvada yaşayarkən mədəsində yara əmələ gəlir və o, xəstəxanaya yatırılır. Stalin bu xəstəlikdən çox narahat olur. Rəsulzadə öldüyü təqdirdə bunun təbii bir ölüm olduğuna kimsəni inandıra bilməyəcəyindən və Azərbaycanda baş verə biləcək bir üsyandan qorxduğu üçün Rəsulzadə Finlandiyada bir xəstəxanaya köçürülür. Burda Rəsulzadə ingilis agentləri ilə münasibət qurur. Ona xaricdə sürdürə biləcəyi müstəqillik mücadiləsini dəstəkləməyi və qaçmağı təklif edirlər və bunun qarşılığında müstəqillikdən sonra Bakı neftinin istismarında imtiyaz istəyirlər. Rəsulzadə bu bazarlıqdan çox rahatsız olmasına rəğmən şərtləri qəbul edir, bir gecə qayıqla xəstəxanadan qaçırılır". Mənbə: Elmin Nurinin məqaləsi, Vanda xanımın xatirələri

Müslüm və Hani Kərbəlada olmayıblar. Amma Kərbəla şəhidləri siyahısındadırlar. Müslüm İmamın nümayəndəsi idi. Hani isə həmin
Müslüm və Hani Kərbəlada olmayıblar. Amma Kərbəla şəhidləri siyahısındadırlar. Müslüm İmamın nümayəndəsi idi. Hani isə həmin nümayəndəyə itaət etdi və şəhid oldu. Demək ki, Kərbəlada olmadan da Kərbəla şəhidi ola bilər insan. Yetər ki, İmamın nümayəndəsini tanısın və itaət etsin. Rəhmətlik Aydın deyirdi ki, Hər günün öz Yezidi, hər günün öz Hüseyni var! Kərbəla yolunu gedir qafilə sakit-sakit... Füzuli də yazır ki, Gər оlmasaydı qərəz intiqami-хuni Hüsеyn, Zühuri-Mеhdiyə çəkməzdi intizar vücud. Yəni İmam Hüseynin intiqamı olmasaydı, fərəc intizarı çəkməzdi kimsə... Baba Pünhan isə yazır ki, keçdi min dörd yüz ilim, dur Şimrə bir meydan oxu... Kərbəla 1400 il əvvəl olub bitmiş bir hadisə deyil! Hər dövrün Yezidi var! Həmçinin hər dövrün Hüseyni (ə) var. Yezidi və Hüseyni (ə) tanımaqla da iş bitmir, insanların çoxu İbn Ziyadı və Müslümü, yəni Yezidin və İmam Hüseynin naiblərini tanımaqda ilişir və ona görə Hani ola bilmirlər. Niyə görə Kufədə digərləri Hani kimi şəhid ola bilmədilər və adları Kərbəla şəhidləri siyahısında yoxdur? Çünki onlar İmamın nümayəndəsinə İmamın özü kimi baxmırdılar... Məhz bundan ibrət almalı və zəmanəmizin İmam naibinə İmamın özü kimi yanaşmalıyıq... https://t.me/miraga_dadas

Repost from ALLAHA DOĞRU
İzləyicimizin xahişi ilə vəhşət namazının qılınma qaydası: Müstəhəbdir ki, Allahın razılığını qazanmaq ümidi ilə ilk qəbir gecəsində meyyit üçün iki rəkət vəhşət namazı qılınsın. Bu namazın birinci rəkətində “Həmd”dən sonra bir dəfə “Ayatəl-kürsi”, oxunur. İkinci rəkətdə “Həmd”dən sonra on dəfə “İnna ənzəlna” surəsi oxunur. Namazın salamından sonra deyilir: “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd vəb’əs səvabəha ila qəbri fulan.” (“filan”) sözünün əvəzinə meyyitin adı deyilir). https://t.me/turalceferi

Repost from ALLAHA DOĞRU
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ "Həqiqətən biz Allahınıq və həqiqətən Ona d
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ "Həqiqətən biz Allahınıq və həqiqətən Ona doğru qayıdacağıq" Dəyərli qardaşımız Seyyid Mirağadadaşın əziz və hörmətli atası dünən gecə haqqın rəhmətinə qovuşmuşdur. Allah-Təaladan mərhuma rəhmət və məğfirət, yaxınlarına isə səbr istəyirik. Ps: Böyük arif molla Fəthəli Sultanabadi buyurub: 3 şeyə əməl edin. 1) Ayın əvvəlinin xüsusi namazını qılın. 2) Hər gün "Aşura" ziyarətini oxuyun. 3) Hər axşam iki rəkət vəhşət namazı qılıb mömin bacı qardaşlarınızın ruhuna hədiyyə edin. Siz əziz ustad və tələbə qardaşlardan xahişimiz budur ki imkanı olan hər kəs bu gecə mərhum Seyyid üçün vəhşət namazı qılsın. Mərhumun adı: Mirağa Mirsadiq oğlu.

Pazelləri birləşdirin 1-Ruhi Çenet Türkiyənin ən böyük auditoriyaya sahib blogeridir. 2-O, hasidik yəhudilər haqqında sənədli
+3
Pazelləri birləşdirin 1-Ruhi Çenet Türkiyənin ən böyük auditoriyaya sahib blogeridir. 2-O, hasidik yəhudilər haqqında sənədli film hazırlayıb və bu video nəticəsində Amerika cəmiyyətində hasidik yəhudilərinə nifrət yaranıb. 3-Hasidik yəhudilər İsrailə müxalifdir. 4-Ruhi Çenetin sponsoru İsrail şirkətidir. https://t.me/miraga_dadas

Tezliklə...
Tezliklə...

Yəhudilik millətdir yoxsa ideologiya? https://t.me/miraga_dadas

Əxlaqi baxımdan dəyişmə - insanın hər bir əxlaqi qəbahəti, hər bir çirkin xarakteri, digərlərinin əziyyətinə, yaxud insanın öz geriliyinə səbəb olan hər bir pis və bəyənilməz xisləti kənara qoymaq, əxlaqi fəzilətlərlə və gözəlliklərlə bəzənməkdir. İmam Xameneinin - "Əxlaq və mənəviyyat" adlı əsərinin audio🔊 versiyası. https://t.me/miraga_dadas

Biz şeytanı necə təsvir edirik? Tünd qırmızı rəngli, gözləri alovlu və buynuzlu. Əgər şeytan bu sifətdədirsə görəsən biz niyə indiyə qədər ona cəmiyyət içində rast gəlməmişik? Axır Quran buyurur ki, minəl cinnəti vənnas. Yəni cin və insanlardan olan şeytanlar var. Biz şeytan insanları necə tanıyaq? Onların gizli buynuzlarını axtaraq? Xeyr. Onların atdığı addımlar əsasında şeytan olub olmadıqlarını təyin etməliyik. Bəs hansı addımlar? Hər bir günah edən şəxs şeytandır? Xeyr. Günah hər kəsin edəcəyi bir işdir. Amma bəzi işlər var ki, onları hər kəs nə edir nə də edə bilər. Misal üçün günah edən və etdiyi işin günah olduğunu qəbul edən şəxs ilə halalları haram, haramları halal edən şəxs arasında yer ilə göy qədər fərq var. Bir insanın günah etməsi ilə cəmiyyətdə günahı adiləşdirməyə çalışması fərqli şeylərdir. İnsan qiyafəli şeytanlar Allahın halallarını haram, haramlarını halal edənlərdir. Azərbaycanda zinanı azad buraxıb, əmi qızı ilə evlənəni cinayətkar hesab edib həbs edən hakimiyyət insan qiyafəli şeytandır. Hicabı qadağan edib lütlənməyi əmr edən hakimiyyət insan qiyafəli şeytandır. Körpə qızları hicabına görə məktəbə buraxmayan, amma Epşteyn əhlinə xoş gəlsin deyə soyundurub oynadan hakimiyyət insan qiyafəli şeytandır. Şeytanın buynuzu olmur ki... Ən azından insanlardan olan şeytanlar buynuzsuz olurlar...

Şəhid rəhbərin hövzədəki hücrəsi