fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید 👈

İSLAM-İRFANI

İSLAM-İRFANI

رفتن به کانال در Telegram

Mənəviyyat dəryasında qərq olmadan, günah dəryasından nicat tapmaq mümkün deyil. İnsan yalnız ilahi eşqin ləzzətini daddıqdan sonra, dünya və günah zövqlərindən azad ola bilər. https://t.me/erfaneislami

نمایش بیشتر
1 002
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+37 روز
+1630 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اکتبر '26
اکتبر '26
+9
در 1 کانال‌ها
سپتامبر '26
+55
در 2 کانال‌ها
Get PRO
اوت '26
+82
در 3 کانال‌ها
Get PRO
ژوئیه '26
+40
در 1 کانال‌ها
Get PRO
ژوئن '26
+38
در 0 کانال‌ها
Get PRO
مه '26
+61
در 0 کانال‌ها
Get PRO
آوریل '26
+19
در 0 کانال‌ها
Get PRO
مارس '26
+24
در 2 کانال‌ها
Get PRO
فوریه '26
+44
در 1 کانال‌ها
Get PRO
ژانویه '26
+19
در 2 کانال‌ها
Get PRO
دسامبر '25
+26
در 0 کانال‌ها
Get PRO
نوامبر '25
+26
در 2 کانال‌ها
Get PRO
اکتبر '25
+23
در 0 کانال‌ها
Get PRO
سپتامبر '25
+23
در 1 کانال‌ها
Get PRO
اوت '25
+14
در 0 کانال‌ها
Get PRO
ژوئیه '25
+29
در 1 کانال‌ها
Get PRO
ژوئن '25
+28
در 1 کانال‌ها
Get PRO
مه '25
+15
در 1 کانال‌ها
Get PRO
آوریل '25
+45
در 1 کانال‌ها
Get PRO
مارس '25
+23
در 1 کانال‌ها
Get PRO
فوریه '25
+13
در 0 کانال‌ها
Get PRO
ژانویه '25
+16
در 1 کانال‌ها
Get PRO
دسامبر '24
+52
در 0 کانال‌ها
Get PRO
نوامبر '24
+15
در 0 کانال‌ها
Get PRO
اکتبر '24
+15
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+37
در 0 کانال‌ها
Get PRO
اوت '24
+33
در 0 کانال‌ها
Get PRO
ژوئیه '24
+17
در 2 کانال‌ها
Get PRO
ژوئن '24
+29
در 0 کانال‌ها
Get PRO
مه '24
+42
در 0 کانال‌ها
Get PRO
آوریل '24
+56
در 2 کانال‌ها
Get PRO
مارس '24
+51
در 1 کانال‌ها
Get PRO
فوریه '24
+18
در 0 کانال‌ها
Get PRO
ژانویه '24
+59
در 1 کانال‌ها
Get PRO
دسامبر '23
+65
در 2 کانال‌ها
Get PRO
نوامبر '23
+28
در 0 کانال‌ها
Get PRO
اکتبر '23
+45
در 0 کانال‌ها
Get PRO
سپتامبر '23
+34
در 0 کانال‌ها
Get PRO
اوت '23
+111
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+82
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+56
در 0 کانال‌ها
Get PRO
مه '23
+106
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+34
در 0 کانال‌ها
Get PRO
مارس '23
+29
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+22
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+229
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
08 اکتبر0
07 اکتبر0
06 اکتبر+3
05 اکتبر+1
04 اکتبر+2
03 اکتبر+1
02 اکتبر+1
01 اکتبر+1
پست‌های کانال
İRFANİ CAZİBƏ Hər bir insan dəyişməz bir həqiqətin varlığına inanır. Bəzən insan saf düşüncə və pak fitrətlə dünyanın dərinliklərinə nəzər saldıqda, onun ayrı-ayrı ünsürlərinin keçici və qeyri-sabit olduğunu dərk edir. Dünya hadisələri ona dəyişməz gözəllik həqiqətini əks etdirən güzgülər kimi görünür. Bu həqiqəti dərk etməkdən duyulan mənəvi ləzzət digər bütün ləzzətləri insanın nəzərində dəyərsiz və əhəmiyyətsiz edir. Nəticədə, insan maddi həyatın keçici nemətlərinə bağlılıqdan uzaqlaşır. Məhz bu, «irfani cazibə»dir. Bu mənəvi cazibə Allahı tanıyan insanı uca aləmə yönəldir, pak və müqəddəs Allahın məhəbbətini onun qəlbində yerləşdirir. İnsan bu məhəbbətin təsiri ilə hər şeyi unudur, uzun-uzadı arzularından əl çəkir və bütün istəklərini bu ali həqiqətin qarşısında ikinci plana keçirir. Əslində, bəşər tarixində Allaha etiqada əsaslanan dinlərin meydana gəlməsində mühüm rol oynayan da məhz bu daxili mənəvi cazibədir. Əllamə Təbatəbai: "İslamda şiə", səh. 145. https://t.me/erfaneislami

2
Vəhdət əhlindən bəziləri belə deyirlər: Saliklər iki qismə bölünürlər: bir qismi ərzi (yerüstü), digər qismi isə səmavi (göylərə aid) saliklərdir. Yəni bir qismi yer üzündə seyr və süluk (mənəvi yolçuluq) edir, bəziləri isə səmada qanad açaraq uçur və dolaşırlar. Yer üzündə mənəvi yol gedən saliklərin miniyi zikr, səmavi aləmlərdə seyr edən saliklərin miniyi isə fikirdir. İnsanın əməllərinin xəzinəsi isə elə insanın özüdür! Müəllif: Əllamə Həsənzadə Amuli Kitab: Min bir nöqtə https://t.me/erfaneislami
140
3
İrfanın son məqsədi və insanın çatmalı olduğu məqam elə bir məqamdır ki, insan özünü Allahın nurunun bir şüası və təcəllisi kimi görsün və özünə heç bir müstəqillik nisbət verməsin. Allaha doğru seyri-sülukun həqiqəti insanın həm özünün, həm də digər bütün mövcudatın müstəqilliyini inkar etməsidir. Biz hazırda ətrafımızdakı varlıqlara və əşyalara müstəqillik veririk. Bir mənada, hər bir şeyi özümüz üçün bir büt halına gətiririk və hər kəs öz meylinə uyğun olaraq bu bütlərdən birinin qarşısında pərəstiş edir. Bu bütləri sındırmaq, yalnız Allah qarşısında baş əymək və Ona təslim olmaq lazımdır. Allahdan başqa heç bir məbud yoxdur və Ondan qeyrisi ibadətə layiq deyil. Həqiqi irfan budur ki, «Lə iləhə illəllah» həqiqətini öz həyatımızda və varlığımızda gerçəkləşdirək. Halbuki biz öz əməllərimizə və həyatımıza diqqətlə nəzər saldıqda görürük ki, çoxsaylı məbudlara inanır və müxtəlif şəkillərdə şirkə bulaşırıq. Bir çoxumuz yalnız dillə «Lə iləhə illəllah» deyirik, əməldə isə nəfsimizin istəklərini özümüzə məbud etmişik: «أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ» “Nəfsinin istəyini özünə məbud edən şəxsi gördünmü?” Nəfsinin istəyini özünə məbud edən insan necə «Lə iləhə illəllah» deyə bilər?! İnsanın arzu və həvəslərinin nədən ibarət olmasının fərqi yoxdur: qarınqululuq, məqampərəstlik, pulpərəstlik, cinsi istəklər, insanlar arasında sevilmək və məşhur olmaq — bunların hər biri bir növ nəfspərəstlikdir. Bunun ən pis forması isə insanın özünü Allahın yerinə qoyması, insanları aldadaraq onları özünə pərəstiş etdirməsi və «Ən uca Rəbbiniz mənəm!» deyə hayqırmasıdır. https://t.me/erfaneislami
164
4
Əllamə Cəvadi Amuli
Əllamə Cəvadi Amuli
196
5
Əllamə Həsənzadə Amuli (r.ə.) buyurur: Dünya və axirət tərəzinin iki gözü kimidir. Onlardan hansı ağırlaşarsa, digəri yüngülləşər. Hikmət əhlindən biri belə demişdir: Dünya və axirət iki əks qütb kimidir; onlardan biri ilə ünsiyyət və yaxınlıq artdıqca, digərindən uzaqlaşmaq yaranır. https://t.me/erfaneislami
240
6
Cahiliyyət düşüncələrinin bəzi müsəlmanların mədəniyyətində kök salması İkinci hissə Təəssüf ki, biz bəzən İslamdan danışırıq, lakin cahiliyyət düşüncəsi ilə düşünürük. Daha acınacaqlısı isə budur ki, öz cahiliyyət düşüncələrimizi xalis İslamın tələbi kimi qəbul edirik. Kişilərə münasibətdə qeyrətsizliyi Qərb mədəniyyətindən, qadınlara münasibətdə qeyrəti isə cahiliyyət mədəniyyətindən götürürük. Sonra isə bu iki zidd yanaşmanı bir araya gətirib İslamın həqiqi mövqeyi kimi təqdim edirik. Ardınca da belə düşünürük ki, guya İslam qadınla kişi arasında ayrıseçkilik edir. Halbuki Qurani Kərimə müraciət etdikdə görürük ki, Allah Təala qadın və kişiyə münasibətdə eyni hökmü müəyyən edir. 1️⃣ Allah Təala buyurur: «الزَّانِيَةُ وَالزَّانِي فَاجْلِدُوا كُلَّ وَاحِدٍ مِنْهُمَا مِائَةَ جَلْدَةٍ وَلَا تَأْخُذْكُمْ بِهِمَا رَأْفَةٌ فِي دِينِ اللَّهِ» «Zinakar qadına və zinakar kişiyə ayrı ayrı yüz şallaq vurun. Allahın hökmünü icra edərkən onlara qarşı mərhəmət hissinə qapılmayın.» (Nur, 2) Qurani Kərim burada nə kişiyə güzəşt edir, nə də qadına. Hər ikisinə eyni meyarla yanaşır. 2️⃣ Oğurluq məsələsində də Allah Təala buyurur: «وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِنَ اللَّهِ» «Oğru kişiyə və oğru qadına etdikləri əməlin cəzası olaraq, Allah tərəfindən ibrət və çəkindirici bir cəza olmaq üçün əllərini kəsin.» (Maidə, 38) Deməli, oğurluq edən qadına güzəşt edib kişiyə cəza vermək, əxlaqi pozğunluq məsələsində isə bunun əksinə davranmaq hər iki halda ayrıseçkilikdir. Hər ikisi də cahiliyyət düşüncəsinin nəticəsidir. İslamın mövqeyi nə qeyrətsizlikdir, nə də qadın və kişiyə münasibətdə ikili standart tətbiq etməkdir. İslamın tələb etdiyi ədalət və düzgün meyardır. Əllamə Cəvadi Amuli https://t.me/erfaneislami
264
7
Cahiliyyət düşüncələrinin bəzi müsəlmanların düşüncəsində kök salması Birinci hissə Mərhum Əllamə Təbatəbai (r.ə.) «əl-Mizan» təfsirində çox mühüm bir məqama toxunaraq buyurur: Cahiliyyət dövründən qalan düşüncələrin izləri hələ də cəmiyyətdə özünü göstərir. Yəni cəmiyyət İslam cəmiyyəti olsa da, düşüncə tərzi cahiliyyət düşüncəsidir. Təəssüf ki, bu düşüncə tərzinin nümunələrinə bu gün də rast gəlinir. Məsələn, bir kişi əxlaqi pozğunluğa yol verdikdə onun ailə üzvləri və yaxınları bunu özləri üçün ciddi bir rüsvayçılıq hesab etmirlər. Lakin eyni hadisə bir qadının başına gəldikdə ailə üzvləri bunu böyük bir namus məsələsinə çevirir və hətta bəzi hallarda onu öldürməyə belə cəhd edirlər. Qəzet və jurnallarda bununla bağlı hadisələrə tez tez rast gəlmək mümkündür. Bu düşüncə cahiliyyət düşüncəsindən başqa bir şeydirmi? Belə bir qeyrət dini qeyrətdir, yoxsa cahiliyyət qeyrəti? Əlbəttə, müsəlman insan əxlaqi pozğunluğa qarşı həssas olmalı və qeyrət göstərməlidir. Lakin bu qeyrət qadın və kişi arasında ayrı seçkili şəkildə deyil, hər ikisinə qarşı eyni meyarla göstərilməlidir. Qeyrətsizlik Qərbin mənəvi baxımdan yanlış mədəniyyətinin təsirlərindən biridir. Qeyrətdə ayrı seçkilik etmək isə cahiliyyət mədəniyyətinin qalıqlarından qaynaqlanır. İslamın ortaya qoyduğu düzgün yanaşma isə nə qeyrətsizlik, nə də ayrı seçkili qeyrətdir. İslamın istədiyi, qeyrətdə ədalət və tarazlıqdır. Əllamə Cəvadi Amuli https://t.me/erfaneislami
204
8
Bir gün İsfahanın böyük alimlərindən olan mərhum Hacı Rəhim Ərbabın (r.ə.) yanına bir nəfər gəlib dedi: Hazırda yaşadığım evdən köçmək istəyirəm. Çünki qardaşlarım və onların həyat yoldaşları da həmin evdə yaşayırlar. Qorxuram ki, bilmədən gözüm naməhrəmə dəysin. Lakin anam köçməyimə razı olmur və bu məsələyə görə məndən inciyir. Bilmirəm, özümü naməhrəmə baxmaqdan qorumağı üstün tutum, yoxsa anamın istəyinə tabe olum? Hacı Rəhim Ərbab buyurdu: Mən də qırx il eyni şəraitdə yaşamışam və heç vaxt naməhrəmə baxmamışam. Özümə nəzarət etmişəm. Sən də ehtiyatlı ol, gözlərini naməhrəmə baxmaqdan qoru və çalış ki, ananı narazı salmayasan. İllər sonra bu abid alimdən soruşdular: Bu qədər illik həyatınızdan sonra özünüz haqqında hər hansı bir iddianız varmı? Buyurdu: Elmi məsələlərdə heç bir iddiam yoxdur. Lakin şəxsi həyatımla bağlı iki məsələni qeyd edə bilərəm. Birincisi, ömrüm boyu heç vaxt qeybət etməmişəm və heç vaxt qeybət də dinləməmişəm. İkincisi, bütün ömrüm boyu heç vaxt naməhrəmə baxmamışam. Halbuki qardaşım və onun həyat yoldaşları qırx il bizim evdə yaşayıblar. Buna baxmayaraq, həmin qırx il ərzində bir dəfə də olsun qardaşımın həyat yoldaşına baxmamışam. Hətta onu küçədə görsəm belə, tanımaram. Bir müddət sonra mərhum Ayətullah Hacı Ağa Rəhim Ərbabın göz əməliyyatı uğursuz oldu və o, görmə qabiliyyətini itirdi. Dostları, tələbələri və müridləri bu hadisədən çox kədərləndilər. Lakin həmin kamil arif və ilahi hikmət sahibi olan alim təbəssüm edərək Allaha şükür etdi və bu Qurani Kərim ayəsini tilavət etdi: إِنَّ الإِنسَانَ عَلَىٰ نَفْسِهِ بَصِيرَةً «Həqiqətən, insan özünə qarşı şahiddir.» (Qiyamət, 75:14) Daha sonra Allaha şükür edərək buyurdu: Əlhəmdulillah! Bu ilahi əmanəti heç bir büdrəmə və günaha yol vermədən sahibinə, Allaha qaytardım. İndi isə bu gözlərlə artıq günah edə bilməyəcəyəm. Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd və əccil fərəcəhum. https://t.me/erfaneislami
198
9
Ayətullah Behcət: həqiqi irfan budur...
Ayətullah Behcət: həqiqi irfan budur...
221
10
İnsanlığın aynası Başqasının yıxılmasına sevinən insan, əslində, insani kamilliyini itirmişdir. Başqasının tərəqqisinə və uğu
İnsanlığın aynası Başqasının yıxılmasına sevinən insan, əslində, insani kamilliyini itirmişdir. Başqasının tərəqqisinə və uğuruna sevinən insan isə əsl insanlığını qoruyub saxlamışdır. Əsla belə etməyin! Çünki başqasının süqutuna sevinmək insanın öz mənəvi süqutuna aparan bir yoldur. Əllamə Cəvadi Amuli https://t.me/erfaneislami
301
11
Ayətullah Həqqşünas (r.ə.) buyurur: Beş şey qəlbi nurlandırır: 1. “Tövhid” surəsini çox oxumaq; 2. Az yemək; 3. Din alimləri və bilikli şəxslərlə ünsiyyətdə olmaq; 4. Məscidlərə getmək; 5. Gecə namazı qılmaq. https://t.me/erfaneislami
261
12
Allahın kəramətinə hörmətsizlik etməyək! Onun lütf və inayətlərinə nəzər saldıqda görürük ki, əgər bütün aləmləri Ondan istəməsək, bu, əslində, Onun kəramətinə hörmətsizlik olar. Çünki Özü and içmişdir: "İzzətimə and olsun ki, əgər bütün məxluqlarım Məndən istəsələr və Mən onların hər birinə, ayrı-ayrılıqda, hamısının istədiyi qədər versəm, Mənim mülkümdən heç nə azalmaz. Mənim himayəçisi və idarəedicisi olduğum bir mülk necə azala bilər?!" Ustad Əli Səfai Hairi https://t.me/erfaneislami
259
13
İnsan daim diqqətdə saxlamalıdır ki, varlıq aləmi ayıq və nizamlı bir sistemdir. İnsan tərəfindən törədilən heç bir yanlış əm
İnsan daim diqqətdə saxlamalıdır ki, varlıq aləmi ayıq və nizamlı bir sistemdir. İnsan tərəfindən törədilən heç bir yanlış əməl bu sistemdə reaksiyasız və nəticəsiz qalmayacaqdır. Əllamə Təbatəbai
279
14
Vilayət Allahın möminlərlə tərbiyəvi əlaqəsidir Avara uşaq misalı Günah ruzini azaldır. Buna görə də Allah bizə istiğfar etməyi öyrədib ki, bizə yağış göndərsin: Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. O da göydən üzərinizə bol-bol yağış göndərsin. (Hud, 52) Sizin üçün belə bir sual yarana bilər: Namaz qılmayan və ibadət etməyən insanların yaşadığı yerlərdə bol və müntəzəm yağış yağdığı halda, biz namaz qılan və Allaha iman gətirən insanlar bir və ya bir neçə günaha görə niyə yağışın azalmasına düçar oluruq? Bunun səbəbi odur ki, sizinlə Uca Allah arasında «tərbiyəvi əlaqə» vardır. Siz Allahın tərbiyə dairəsindəsiniz və Allahın tərbiyə dairəsində olanlar cəzalandırılır və mükafatlandırılır. Allahın tərbiyə dairəsindən çıxaraq özbaşına buraxılanlarla Onun rəftarı isə başqa cürdür. Məktəbə gedən uşaqla küçədə başıboş gəzən və himayəsi olmayan uşaq bir-birindən fərqlənir. Heç kim avara uşaqdan ev tapşırığının necə olduğunu soruşmur. Amma atası olan uşaq öz tapşırıqlarını yerinə yetirmədikdə, atası onun cib xərcliyini azaldır və ya tamamilə kəsir. Siz dünyada avara və özbaşına buraxılmış insanlar deyilsiniz! Siz dinin və Quranın tərbiyə neməti içindəsiniz və etdiyiniz hər bir iş Allahın və Əhli-beytin nəzəri altındadır. İmam Zaman (ə) bizim əməllərimizi və davranışlarımızı həftədə iki dəfə nəzərdən keçirir. Bizdən yaxşı əməl gördükdə bizim üçün dua edir, pis əməllər gördükdə isə narahat olur və kədərlənir. İmam Sadiq (ə) bir raviyə buyurdu: Bu həftə yaxşı bir iş görmüsən və mən bundan xəbər tutanda sevindim. Ravi soruşdu: Mən nə etmişəm? İmam buyurdu: Qohumlarından biri səninlə küsülü idi. Sən onun yanına gedib onunla barışdın. Ravi dedi: Bu məsələni heç kim bilmirdi. Bu, mənim, Allahım və onun arasında olan bir məsələ idi. Siz bundan necə xəbər tutdunuz? İmam buyurdu: "Məgər bilmirsən ki, sizin əməlləriniz həftədə iki dəfə bizə təqdim olunur? Şiələrimdən birinin yaxşı iş gördüyünü gördükdə sevinirəm." Sizin vəziyyətiniz də belədir. Siz zəkat verdikdə Allah yağışınızı artırır, seli və bəlanı sizdən uzaqlaşdırır. Zəkat haqqında belə nəql olunub ki, zəkat vermək yanğından, suda qərq olmaqdan və malın oğurlanmasından amandır. Bütün aləmin hər şeyi əlində olan Allah insanı belə sığortalayıb. Bəs nə üçün bu ilahi sığortadan istifadə etməyək?! Ey əziz əkinçi! Sən Kənd Təsərrüfatı Sığortası idarəsi ilə müqavilə bağlayırsan. Gəl, Allahın sığortası ilə də müqavilə bağla. Bunu sına və nəticələrini gör. Allah qorumaq istəsə, qoruyar. Elə düşünmə ki, hadisələr təsadüfən baş verir. Hadisələr Allahın əmri və izni ilə gerçəkləşir. Şair necə də gözəl deyib: Çaylar özbaşına coşub daşmırlar Biz nə deyiriksə, onu yerinə yetirirlər. Arxdan axıb gedən bir damla belə Bir işi yerinə yetirmək üçün gedir. https://t.me/erfaneislami
279
15
Ayətullah Mübəşşir Kaşanidən soruşulan bir sualın cavabı...
Ayətullah Mübəşşir Kaşanidən soruşulan bir sualın cavabı...
252
16
Sədrül-Mütəəllihin Molla Sədra (r) Kim qəlbinin gözlərindən pərdəni götürər və qəlb gözü ilə öz batininə nəzər salarsa, görər ki, onun batini ona təcəssüm etmiş zərərverici heyvanlar və yırtıcı canlılarla doludur. Qəzəb, şəhvət, kin və bu kimi hər bir xasiyyətin batində bir surəti vardır. Necə ki, onların zahiri aləmdə də bir surəti mövcuddur. Lakin onların dünyadakı surətləri maddənin içində gizlənmiş və örtülmüşdür. Əsrarül-Ayat, s. 301. https://t.me/erfaneislami
247
17
Əllamə Həsənzadə Amuliyə məxsus "min bir kəlmə" əsərində seyri-sülukun ədəbləri "Min bir kəlmə" əsəri böyük alim Əllamə Həsən Həsənzadə Amuli tərəfindən qələmə alınmışdır. Bu kitabda əxlaq və irfan, kəlam və fəlsəfə, təfsir və hədis, heyət və astronomiya, həmçinin digər elm sahələri ilə bağlı çoxsaylı incə və hikmətli qeydlər yer almışdır. Hikmət sahiblərinin və kamil alimlərin yazdıqları belə qeydlər, eləcə də ustadlarından nəql etdikləri xatirələr həqiqətən də çox ibrətamiz və öyrədicidir. Bir çox insanlar məhz bu cür hikmətli qeydlər vasitəsilə qəflətdən oyanmış, yaxud dərin və incə elmi məqamlar onların zehnində və qəlbində qalıcı olmuşdur. İndi isə bu nadir xəzinədən, təxminən 40 il əvvəl yazılmış 24 tövsiyəni diqqətinizə təqdim edirik: 1. Özünü düşün və özündən qafil olma. 2. Həmişə nəfsinə nəzarət et; nəfsə keşik çəkmək asan deyil. Bu iş üçün Allahdan tovfiq istə. 3. Dövrün insanları ilə yola get və səbirli ol: “Dəyirman kimi ol sərti al, yumşağı ver.” 4.Təfəkkür sahibi ol; çünki düşünmək ibadətin özəyidir. 5. Allahla münacatı və gizli dua-niyazı kəsmə. 6. Gecə xəlvətini əldən vermə. 7. Səmimi qəlbdən de: “İlahi! Gəldim.” belə etsən, muradına çatarsan. 8. Danışıq, yuxu və yemək yalnız zərurət qədər olmalıdır. 9. Allahın əhdi olan Qurani-Kərimlə hər gün əhdini yenilə. 10. Peyğəmbərə və onun Əhli-beytinə səmimi şəkildə təvəssül et; çünki onlar İlahi feyzin vasitəçiləridir. 11. Həm müdrik ol, həm də ilahi eşqdə divanə. 12. Özünü Allaha tapşır və Onu vəkil seç; Ondan daha qüdrətli, daha bilikli, daha vəfalı, daha mərhəmətli və daha davamlı birini tapa bilməzsən. 13. İxlas surəsini ixlasla dilindən düşürmə. 14. Allahın bəndələrinə qarşı mehriban ol. 15. Nalayiq və uyğunsuz sözlərdən zarafatla olsa belə çəkin. 16. Zarafatla da olsa, yalan danışma. 17. Doğru olsa belə, and içməkdən çəkin. 18. Ayaq üstə dayananda yıxılmışın əlindən tut. 19. Bacardığın qədər namazı ilk vaxtında qıl. 20. Ticarət və məşğuliyyətini qənimət bil; çünki işsiz insan həm dünyadan, həm də axirətdən geri qalır. 21. Alver və qazanc bəndəliyə mane deyil. 22. Bütün işlərdə orta yolu tut. 23. Sirr saxlamağa xüsusi əhəmiyyət ver. 24. Hərçənd yol uzun və mənzil təhlükəlidir, məqsəd də görünməz kimi olsa da: “Hərçənd mənzil çox təhlükəlidir və məqsəd görünmür, heç bir yol yoxdur ki, onun sonu olmasın qəm yemə.” Kitab: "Min bir kəlmə”, cild 1, kəlmə 144, səh. 245 Müəllif: Əllamə Həsənzadə Amuli. https://t.me/erfaneislami
255
18
📚 ƏZİZ VƏ DƏYƏRLİ TƏLƏBƏLƏR! 🌿 Xacə Nəsirəddin Tusi Təhsil Mərkəzi yenidən dərslərə qeydiyyatı elan edir. 📖 İslami elmləri və ərəb dilini öyrənmək istəyən hər bir kəs aşağıdakı dərslərə müraciət edə bilər: 1️⃣ Kəlam 2️⃣ İrfan 3️⃣ Fiqh 4️⃣ Məntiq 5️⃣ Quran elmləri 6️⃣ Ərəb dili ✨ Bu dərslərə yenidən qeydiyyat aparılır. Əgər siz də bu elmləri öyrənmək və öz elmi səviyyənizi artırmaq istəyirsinizsə, qeydiyyatdan keçmək üçün bizimlə əlaqə saxlayın. 📩 Ətraflı məlumat və qeydiyyat üçün adminə müraciət edin: 🔗 http://t.me/ceyhunfikret 🌹 Xacə Nəsirəddin Tusi Təhsil Mərkəzi Elm öyrənmək — mənəvi yüksəlişə aparan yoldur.
198
19
Bəsirətin əsası qeyb aləmini görməkdir Əgər nəfsani və maddi meyllər insana üstün gəlsə, bədbəxt insanı öz işindən yayındırar, hətta bəzən onu nalayiq və yaramaz işlərə sürükləyər. Əgər üstünlük ağla keçsə, insan qeyb aləminə nəzər sala bilər və onun dilindən, qələmindən qeyb aləminə aid elə həqiqətlər zahir olar ki, hamını heyrətə salar. Halbuki bunda təəccüblü bir şey yoxdur. Çünki əsas olan görməkdir. Təəccüblü olan budur ki, insan nə üçün görə bilmir? Ona nə olub ki, görə bilmir? Əslində, gözün əsas xüsusiyyəti görməkdir. Görməyən insanın qarşısında bir maneə yaranmış, yaxud ona bir xəstəlik və ya zərər toxunmuşdur. Bəsirətin əsası da, adi görmə kimi, görməkdir. Əgər bəsirət görmürsə, deməli, onun gözünü toz, xəstəlik və ya başqa bir maneə tutmuşdur. Əllamə Həsənzadə Amuli (r), işarat və tənbihatın şərhi dərsindən. https://t.me/erfaneislami
266
20
Ayətullah Bəhaəddini
Ayətullah Bəhaəddini
271