İSLAM-İRFANI
Open in Telegram
Mənəviyyat dəryasında qərq olmadan, günah dəryasından nicat tapmaq mümkün deyil. İnsan yalnız ilahi eşqin ləzzətini daddıqdan sonra, dünya və günah zövqlərindən azad ola bilər. Kanal sahibi ilə əlaqə 👇 https://t.me/Seyyid_az https://t.me/erfaneislami
Show more990
Subscribers
+224 hours
+167 days
+6830 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+25
in 0 channels
August '26
+82
in 2 channels
Get PRO
July '26
+40
in 0 channels
Get PRO
June '26
+38
in 0 channels
Get PRO
May '26
+61
in 0 channels
Get PRO
April '26
+19
in 0 channels
Get PRO
March '26
+24
in 2 channels
Get PRO
February '26
+44
in 1 channels
Get PRO
January '26
+19
in 2 channels
Get PRO
December '25
+26
in 0 channels
Get PRO
November '25
+26
in 2 channels
Get PRO
October '25
+23
in 0 channels
Get PRO
September '25
+23
in 1 channels
Get PRO
August '25
+14
in 0 channels
Get PRO
July '25
+29
in 1 channels
Get PRO
June '25
+28
in 1 channels
Get PRO
May '25
+15
in 1 channels
Get PRO
April '25
+45
in 1 channels
Get PRO
March '25
+23
in 1 channels
Get PRO
February '25
+13
in 0 channels
Get PRO
January '25
+16
in 1 channels
Get PRO
December '24
+52
in 0 channels
Get PRO
November '24
+15
in 0 channels
Get PRO
October '24
+15
in 0 channels
Get PRO
September '24
+37
in 0 channels
Get PRO
August '24
+33
in 0 channels
Get PRO
July '24
+17
in 2 channels
Get PRO
June '24
+29
in 0 channels
Get PRO
May '24
+42
in 0 channels
Get PRO
April '24
+56
in 2 channels
Get PRO
March '24
+51
in 1 channels
Get PRO
February '24
+18
in 0 channels
Get PRO
January '24
+59
in 1 channels
Get PRO
December '23
+65
in 2 channels
Get PRO
November '23
+28
in 0 channels
Get PRO
October '23
+45
in 0 channels
Get PRO
September '23
+34
in 0 channels
Get PRO
August '23
+111
in 0 channels
Get PRO
July '23
+82
in 0 channels
Get PRO
June '23
+56
in 0 channels
Get PRO
May '23
+106
in 0 channels
Get PRO
April '23
+34
in 0 channels
Get PRO
March '23
+29
in 0 channels
Get PRO
February '23
+22
in 0 channels
Get PRO
January '23
+229
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 10 September | +2 | |||
| 09 September | +2 | |||
| 08 September | +2 | |||
| 07 September | +3 | |||
| 06 September | +2 | |||
| 05 September | +2 | |||
| 04 September | +1 | |||
| 03 September | +5 | |||
| 02 September | +1 | |||
| 01 September | +5 |
Channel Posts
Hikmətli sözlərlə ruhun təravəti
İnsanın öyrəndiyi hər bir elm və mənimsədiyi hər bir məlumat onun ruhuna daxil olan bir qida kimidir. Necə ki, bədənin sağlamlığı qəbul etdiyi qidadan asılıdır, ruhun sağlamlığı və yetkinliyi də insanın zehnini və qəlbini hansı məlumatlarla qidalandırmasından asılıdır.
Hikmətli söz ruhu oyadır, qəlbə güc verir, insana mənəvi təravət və daxili sevinc bəxş edir. Bunun əksinə olaraq, faydasız sözlər, boş məlumatlar və mənasız məşğuliyyətlər insanın ruhunu yorur, zehnini ağırlaşdırır və qəlbində mənəvi süstlük yaradır.
İnsan gün ərzində nə dinləyir, nə oxuyur və nə ilə maraqlanırsa, zaman keçdikcə onun düşüncəsinə, dünyagörüşünə, hisslərinə və davranışlarına çevrilir. Çünki insan yalnız bədənini deyil, ruhundakı dünyanı da gündəlik olaraq formalaşdırır.
Müasir dövrdə sosial şəbəkələr və müxtəlif media vasitələri faydasız məlumatların həyatımıza sürətlə daxil olmasına səbəb olub. İnsan bəzən fərqinə varmadan saatlarla öz zehnini mənasız xəbərlər, boş müzakirələr və heç bir fayda verməyən məlumatlarla doldurur.
Nəticədə informasiya çoxalır, lakin düşüncə dərinləşmir. Məlumat artır, lakin hikmət artmır. İnsan çox şey bilir, amma bildiklərinin hansının həqiqətən onun ruhuna və həyatına fayda verdiyini ayırd etməkdə çətinlik çəkir.
Buna görə də müasir insan üçün əsas məsələ yalnız nə qədər məlumat əldə etmək deyil, hansı məlumatı qəbul etməkdir.
Hər gördüyümüzü oxumaq, hər eşitdiyimizi dinləmək və hər yayılan məlumata diqqət ayırmaq məcburiyyətində deyilik. Ruh da bədən kimi seçici qidalanmağa ehtiyac duyur.
Bu baxımdan psixoloqların və təhsil elmləri üzrə tədqiqatçıların insan psixikasına daxil olan məlumatların keyfiyyətini, onların faydalı və ya faydasız olmasını daha ciddi şəkildə araşdırmaları olduqca əhəmiyyətlidir.
Çünki insanın zehninə daxil olan hər bir məlumat orada iz buraxır. Bəzi məlumatlar insanı yüksəldir, düşüncəsini dərinləşdirir və ruhunu zənginləşdirir. Bəziləri isə onu yorur, diqqətini dağıdır və mənəvi enerjisini tükəndirir.
Ruhunuzu nə ilə qidalandırdığınıza diqqət edin. Çünki bu gün oxuduğunuz, dinlədiyiniz və düşündüyünüz şeylər sabah kimliyinizin bir parçasına çevriləcək.
https://t.me/erfaneislami
| 2 | İnsan hara gedir?
Günəş yenicə yaşıl dənizin sularından başını qaldırıb qızılı şüalarını yuxulu üzlərə, gəminin sərnişinlərinin çöhrələrinə saçır. Dünən gecə yuxudan yenicə oyanmış sərnişinlər heç nədən xəbərsiz və rahat şəkildə yeyib içməklə, müxtəlif əyləncələrlə məşğuldurlar. Gəmi isə ucu bucağı görünməyən okeanda yoluna davam edir.
Bu zaman sərnişinlərdən biri daha ayıq görünür. Bir qədər düşüncəyə dalır və sonra yoldaşlarına üz tutaraq soruşur:
“Biz hara gedirik?”
Sanki yuxudan ayılmış başqa biri də təəccüblə eyni sualı digərlərindən soruşur və bu sual getdikcə bütün gəmidə yayılmağa başlayır.
Bəziləri o qədər sevincə və əyləncəyə qərq olublar ki, bu suala əhəmiyyət vermir, cavabı barədə düşünmədən öz məşğuliyyətlərinə davam edirlər. Lakin sual getdikcə genişlənir və nəhayət, matroslara və kapitana da çatır. Onlar da bu sualın cavabını bilmədikləri üçün onu təkrarlayırlar. Beləcə, gəminin üzərində böyük bir sual işarəsi yaranır, qəribə bir narahatlıq və ümumi çaşqınlıq baş qaldırır.
Bəli, həyat dənizə, biz isə hərəkətdə olan bu gəminin sərnişinlərinə bənzəyirik. Həqiqətən də, hər birimiz üçün bu suallar qarşıya çıxır:
⁉️ Başlanğıc haradandır?
⁉️ Son haradadır?
⁉️ Məqsədə aparan doğru yol hansıdır?
⁉️ Bu yolda necə addımlamalıyıq?
Məhəmməd Təqi Misbah Yəzdi, “Fəlsəfə təlimi”, səhifə 130, ixtisarla
https://t.me/erfaneislami | 13 |
| 3 | Ayətullah Mirzə Cavad Ağa Məliki Təbrizi. | 73 |
| 4 | Hər gün beş-altı dəqiqə — az və ya çox — özünüzü hesaba çəkin və düşünün:
“Bu gün mənim 24 saatım var idi. Mən bu 24 saat ərzində həqiqətən nə qazandım?”
Əgər kimsə məni tərifləyib və mən bundan məmnun olmuşamsa, deməli, gördüyüm işi öz nəfsim üçün etmişəm.
Əgər bir iş görüb qarşılığında nəsə əldə etmişəmsə, deməli, niyyətim maddi qazanc olub.
Bəs Allahın razılığı üçün nə etdim?
Kimin yükünü yüngülləşdirdim?
Kimin çətinliyini aradan qaldırdım?
Başqaları üçün, yalnız Allahın razılığını qazanmaq naminə hansı yaxşılığı etdim?
Biz hər gün bu sualları özümüzə verməli və özümüzü hesaba çəkməliyik.
Əllamə Cəvadi Amuli
https://t.me/erfaneislami | 123 |
| 5 | Əllamə Cəvadi Amuli | 154 |
| 6 | Ayətullah Şeyx Cəfər Müctəhidi | 185 |
| 7 | Ayətullah Behcətin otağının işığının söndüyü saatlar
Höccətül-islam Əli Behcət atasının mənəvi həyatından və təvəssüllərindən danışaraq deyir:
Axşam (məğrib və işa) namazlarından sonra o, otağının işığını söndürər, münacat və raz-niyazla məşğul olardı. Biz onun xəlvətində nələr yaşadığını bilməzdik. Yalnız bəzi ifadələr yaddaşımızda qalıb.
Səhərin ilk vaxtlarında İmam Zamanın (ə.c.) ziyarətini oxuyar və Həzrətlə beyət edərdi.
Ağa buyurardı:
Qeybət dövründə ibadət, hüzur dövründəki ibadətdən daha üstündür. Əgər insan bu gün iki rükət namaz qılarsa, onun savabı hüzur dövründə qılınan iki rükət namazdan qat-qat çoxdur. | 178 |
| 8 | Mərhum Əllamə Hüseyni Tehrani buyurur:
Quranın nuru ruhani və nəfsani xəstəliklərin müalicəsində heyrətamiz təsirlərə malikdir. Bu məsələ Quranda təfəkkür etmək və onun məarifini, yəni dərin mənalarını dərk etmək məsələsindən tamamilə fərqlidir.
İnsanın sadəcə Quran oxuması və ya onu əzbərləməsi belə onun nəfsini nurlandırır. İnsan məhz bu nurun sayəsində bir çox günah və asiliklərdən qorunur, şeytanın müdaxiləsindən, onun və digər şeytanların təlqin etdiyi vəsvəsə və şübhələrdən amanda qalır.
Quranın nuru insanın qəlbini işıqlandırır və onun Allaha doğru gedən yolunu asanlaşdırır.
https://t.me/erfaneislami | 180 |
| 9 | Ayətullah Fatiminiya
https://t.me/erfaneislami | 195 |
| 10 | Ayətullah Fatiminiya | 5 |
| 11 | Süluk nəfsin mərtəbələrində mənəvi hərəkətdir.
İnsan süluka başlayıb Allaha doğru hərəkət etdikcə, nəfsinin bir mərtəbəsini geridə qoyaraq daha yüksək bir mərtəbəyə yüksəlir. İnsanın olduğu mərtəbə ondan sonrakı mərtəbəyə nisbətən aşağı, həmin mərtəbə də özündən sonrakı mərtəbəyə nisbətən aşağı hesab olunur.
Süluk davam etdikcə insan nəfsinin bütün mərtəbələrini geridə qoyur və ən ali mərtəbəsinə, yəni Allaha yaxınlığa çatmağa doğru irəliləyir.
İnsan nəfsin aşağı mərtəbələrində şirk, pərdələr və böyük günahlarla əhatə olunmuş halda nəfsin əmmarə mərtəbəsində olur. Nəfs insanı olduğu mərtəbəyə uyğun günahlara sövq edir. Buna görə də insan hər mərtəbəyə uyğun tövbə etməli və həmin mərtəbənin maneələrindən keçməlidir.
Süluk nəfsin əmmarə mərtəbəsindən başlayır və insanı nəfsin mütməinnə mərtəbəsinə doğru aparır.
Arifin nəzərində bütün aləm Allahın təcəlliləridir və arif Allahdan qeyrisini görmür. Bayəzid Bəstamidən belə nəql olunur:
"Otuz il Allahdan qeyrisi ilə danışmadım. Halbuki insanlar mənim onlarla danışdığımı düşünürdülər."
Adi insan və ya mənəvi yolun başlanğıcında olan şəxs aləmi Allahdan ayrı görür. Bu iki baxış arasındakı fərqi insanın özü ilə Allah arasındakı mənəvi səfərində axtarmaq lazımdır.
İnsan nəfsinin mərtəbəsində olduğu müddətdə özünü görür və Allahı görə bilmir. Özündən keçib nəfsinin əsarətindən azad olduqda isə Allahı görür və artıq özünü müstəqil bir varlıq kimi görmür.
https://t.me/erfaneislami | 186 |
| 12 | Günah tövfiqin qarşısını alan amildir
Qurani Kərimdə buyurulur:
"Həqiqətən, namaz insanı çirkin və pis əməllərdən çəkindirir."
Deməli, necə ki namaz insanı günahdan uzaqlaşdırır, günah da insanı namazdan uzaqlaşdırır.
Belə deyil ki, insan günah etsin və eyni zamanda namaz qılmağa da tövfiq tapsın. Əgər insan namaz əhlidirsə, günah etməməyə müvəffəq olar. Əgər Allah uzaq etsin, günah əhlidirsə, namaz qılmağa müvəffəq olmaz.
Bir nəfər Həzrət Əmirəl möminin Əlidən (ə) soruşdu:
"Nə üçün biz gecə namazı qılmağa müvəffəq olmuruq?"
Həzrət buyurdu:
"Sizin probleminiz gündüzünüzdədir. Gündüz etdiyiniz əməllər sizin əl qolunuzu bağlayır."
İnsanda duaya, münacata, gecə namazına və səhər tezdən oyanmağa qarşı həvəssizlik yarandıqda, ilk növbədə bunun səbəbini axtarmaq lazımdır.
Saat qurmaq, dostdan insanı oyatmasını xahiş etmək və digər vasitələr müəyyən qədər kömək edə bilər. Lakin bunlar insanı həqiqi mənada gecə namazına müvəffəq edən əsas səbəb deyil.
Əgər insan öz iradəsi və yanlış seçimləri ilə əl qolunu bağlayıbsa, saat nə qədər zəng çalsa da, dostu onu nə qədər oyatsa da, yataqdan qalxmağa müvəffəq olmayacaq.
Buna görə də dua, münacat, gecə namazı və səhər tezdən oyanmağa qarşı içimizdə həvəssizlik hiss etdikdə, səbəbi yalnız yuxuda deyil, gündüz etdiyimiz əməllərdə və həyat tərzimizdə axtarmalıyıq.
Əllamə Cəvadi Amuli
https://t.me/erfaneislami | 179 |
| 13 | Namazınızı gözəl qılın ki, övladınız da namaz qılan olsun!
Ayətullah Hairi Şirazi buyurur:
Namazınızı gözəl qılın. Təmiz və səliqəli bir səccadə sərın. Namaz üçün evdə xüsusi bir otaq və ya müəyyən bir yer ayırın. Həmin yer xoş ətirli və səliqəli olsun.
Siz öz namazınızı şövq və könül xoşluğu ilə, gözəl şəkildə qıldığınız zaman övladınız da namazınızı sevəcək. Allahın xoşuna gəldiyi kimi, onun da xoşuna gələcək.
Amma namazınızı tələsik və ötəri qılsanız, övladınız da namazdan xoşlanmayacaq. Allah da belə namazdan razı qalmaz.
Elə bir namaz qılın ki, Allahın xoşuna gəlsin; övladınız da onu sevərək namaza meyil etsin. Çünki uşaq ilahi fitrətə sahibdir.
https://t.me/erfaneislami | 194 |
| 14 | Şəhid ustad Mürtəza Mütəhhərinin həyat yoldaşı deyir:
Yenicə ailə qurmuşduq. Bir gün namaz qılırdım. Namazımı bitirdikdən sonra cənab Mütəhhəri evə gəldi və mənə dedi:
“İndi ki, üzü qibləyə, namaz səccadəsinin üzərində oturmusan, Allahdan istəyək ki, deyəcəyim duanı bizim haqqımızda qəbul etsin. Dua et ki, məndən yaxşı əsərlər və səmərələr yadigar qalsın.”
Ondan soruşdum: “Nəyi nəzərdə tutursunuz?”
Cavab verdi:
“Gələcəkdə kitab yazmaq niyyətindəyəm. Allahdan istə ki, məndən qalan əsərlər elə olmasın ki, vəfat etdikdən sonra geri qayıtmağı və onları düzəltməyi arzulayım. Səmərələr barədə də dua et ki, Allah-Təala bizə layiqli, saleh övladlar və yaxşı nəsil bəxş etsin.”
Ənis Mütəhhər” kitabından — xanım Aliyə Ruhaninin xatirə və şeirlər toplusu.
https://t.me/erfaneislami | 189 |
| 15 | Ustad Fəyyazbəxş buyurur:
Allah hələ özünü dəyişdirməmiş saliki (yolçunu) dəyişdirməz.
Mərhum ustad, Ayətullah Səadətpərvər Pəhləvani Tehrani buyurardı:
Salik seyri-süluk yolunda çəkdiyi zəhmətin məsuliyyətini başqasının üzərinə atmamalıdır.
Əgər salik bu yolda bir nəticə əldə etməzsə, bunu ustadının boynuna atmamalıdır. Çünki ustadın fövqündə məsum İmam dayanır. Şübhəsiz, daxilən dəyişən və bu yolda əzmlə çalışan kəs İmam Zamanın (ə.f) inayətlərini hiss edəcəkdir.
Bütün zamanlarda həqiqi Ustad məsum İmamdır.
https://t.me/erfaneislami | 180 |
| 16 | Qorxu yalnız qəflət və səhlənkarlıq içində yaşayanlar üçündür
Ölüm maddi dünyanın zəncirlərindən və qaranlıqlarından azadlığa qovuşmaqdır.
Bir əkinçi düşünün: o, toxumlarını vaxtında əkib, onlara lazımi qayğı göstərib və öz vəzifəsini yerinə yetirərkən heç bir səhlənkarlığa yol verməyib. Belə bir insan məhsulun biçilib toplanacağı günü niyə səbirsizliklə gözləməsin? Nə üçün zəhmətinin bəhrəsini öz gözləri qarşısında toplandığını görəcəyi günü xatırlayarkən sevinməsin?!
İnsan da bu dünyada öz axirəti üçün toxum səpir. Əgər ömrünü qəflət və səhlənkarlıqla keçirməyibsə, ölüm onun üçün qorxu deyil; əksinə, illərlə çəkdiyi zəhmətin bəhrəsini görəcəyi günə qovuşmaqdır.
Əllamə Məhəmmədtəqi Cəfəri (r.ə.)
https://t.me/erfaneislami | 192 |
| 17 | Ayətullah Behcət | 192 |
| 18 | Salik özündən başqa insanları özündən aşağı görməməlidir.
Ola bilər ki, heç bir irfani istilah bilməyən bir insan səmimiyyət və məhəbbət baxımından ondan daha üstün olsun.
Ola bilər ki, bütün günü ailəsi ilə məşğul olan bir ana səbir və fədakarlıqda elə bir məqama yetişib ki, salik hələ həmin məqam haqqında oxuyur.
Ola bilər ki, sadə bir fəhlə insanların haqqına bir irfan iddiaçısından daha çox riayət edir.
Həqiqəti insanın zahiri mənəvi görünüşünə əsasən qiymətləndirmək olmaz.
https://t.me/erfaneislami | 210 |
| 19 | Hazır olan İmam
Biz bəzən – Allah eləməsin – elə düşünürük ki, İmam qeybdədir və uzaqdan bizə baxır.
Xeyr! Əslində qeybdə olan bizik, O deyil. Görən, anlayan və bütün işləri idarə edən qeybdə sayılmaz. Qeybdə olan bizik; bunda heç bir mübaliğə yoxdur.
Bizim belə bir İmamımız var. Əlbəttə, Onu ziyarət edə bilməməyimiz başqa məsələdir; bu, bizim nöqsanımızdır. O həm hazırdır, həm nəzarət edir, həm də bizə kömək edir. İndiyədək də bizə kömək edən elə O olmuşdur.
Əllamə Cəvadi Amuli
https://t.me/erfaneislami | 248 |
| 20 | Həqiqətən uğurlu olmaq istəyirsinizsə, bu 8 xüsusiyyəti özünüzdə inkişaf etdirin:
1. Fəaliyyət yönümlü olun.
Qərar verdinizsə, hərəkətə keçin və başladığınız işin arxasında dayanın.
2. Sakit və təmkinli yaşayın.
Hər kiçik uğuru da, uğursuzluğu da nümayiş etdirməyə ehtiyac yoxdur. Bəzi şeylər səssiz yaşananda daha dəyərlidir.
3. Daim öyrənin.
Hər gün yeni bir şey öyrənməyə və özünüzü inkişaf etdirməyə çalışın.
4. Özünüzü başqaları ilə müqayisə etməyin.
Sizdən irəlidə və ya geridə olan insanlarla deyil, dünənki özünüzlə müqayisə olun.
5. Çevik olun.
Plan qurun, amma planınızın əsirinə çevrilməyin. Şərait dəyişdikdə uyğunlaşmağı bacarın.
6. Nikbinliyinizi qoruyun.
Hər vəziyyətdə yaxşı tərəfi görməyə və ümidinizi itirməməyə çalışın.
7. Doğru insanları və imkanları seçin.
Sizi məqsədlərinizə yaxınlaşdıran, inkişafınıza dəstək olan insanlarla və mühitlərlə əhatə olun.
8. Ruhdan salanlara qulaq asmayın.
Sizi ümidsizliyə sürükləyən və daim mənfi danışan insanların sözlərinə çox əhəmiyyət verməyin.
Unutmayın: uğur yalnız məqsədə çatmaq deyil, o yolda özünüzü də inkişaf etdirməkdir.
https://t.me/erfaneislami | 235 |
