cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Əməldə Süluk və İrfan

Mənəviyyat dəryasında qərq olmayınca, günah dəryasından nicat tapmaq mümkün deyil. İnsan yalnız ilahi eşqdən ləzzət aldıqdan sonra, dünya və günah ləzzətlərindən xilas ola bilər. https://t.me/erfaneislami

Ko'proq ko'rsatish
Reklama postlari
716
Obunachilar
-124 soatlar
Ma'lumot yo'q7 kunlar
+1530 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
Əli Əkbərin (ə) şəfaəti Qiyamət günü Əli Əkbər (ə) o qədər şəfaət edər ki, imam Hüseynə (ə) növbə çatmaz. Ayətullah Kuhistani https://t.me/erfaneislami
Hammasini ko'rsatish...
4
Photo unavailableShow in Telegram
Məhərrəm ayı bizim üçün ibadət ayı olan ramazan ayı kimidir. Məhərrəm ayında insan qəmgin olarsa, kədərlənərsə ibadətdir. İmam Hüseynin (ə) adının dirçəlməsinə diqqət yetirmək ibadətdir. Ayətullah Cavadi Amuli https://t.me/erfaneislami
Hammasini ko'rsatish...
8👍 2
İnsanlar, zamanın pəncəsindəki zülm və əsarəti qəbul etdikdə, Allaha inam, təvəkkül, dini canlılıq, fikir pərişanlığına və puçluğa çevrilir. İmam Hüseyn (ə) belə bir şəraitdə, zamanın hökmünü məhkum və Allahın hökmünü hakim etdi və müsəlmanları zamanın belə bir hökmünü qəbul etməməyə dəvət etdi. İmam Hüseyn (ə) Məkkədə mina çölündə olan bəzi səhabələrə (din böyüklərinə) buyurur: Allah sizə ehtiram bəxş etmişdir ki, qoymayasız zamanın hökmü, Muhəmməd (s) əhdinin hökmünə hakim olsun. Məgər görmürsüzmü Muhəmməd (s) əhdini pozurlar! Nədən oturmusunuz? Mallarınızı götürmüsünüz və cəmiyyətin sizə göstərdikləri hörmətdən razısınız, Peyğəmbərin (s) dini gözdən salındığı halda siz susmusunuz? Məgər din böyükləri yaxşılığa dəvət və pislikdən çəkindirməklə dini saxlamalı deyillərmi? Niyə dövrü qeyri dini hökümlə idarə etmək istəyən hakimə etiraz etmirsiniz? Allahın əhdləri pozuldu və siz qorxmursunuz? Zalımlarla güzəştə getməklə özünüzü rahat etdiniz. Bütün bunlar Allahın sizə uzaq durmağı əmr etdiyi iyrənc şeylərdir və siz onlardan xəbərsizsiniz. Siz zalımları öz yerinizə qoydunuz və Allahın işlərini onların öhdəsinə buraxdınız. Onlara bu məqamda yer verdiniz. Ölümdən qaçmağın və sizdən ayrılacaq həyata bağlılığınıza görə, zəifləri onların qüdrəti altına saldınız. İmam Hüseyn (ə) o dövrün böyüklərini öz vəzifələrindən xəbərdar etdi və cəmiyyətin problemlərinin səbəbini onlara izah etdi ki, müaviyənin ritorik təhlilinə qapılmasınlar və cəmiyyətin həll etməli olduğu məsələ və problemləri tərk etməsinlər. https://t.me/erfaneislami
Hammasini ko'rsatish...
3
Photo unavailableShow in Telegram
İmam Hüseyni (ə) aşura günü hər şeydən keçməyə, giriftarçılıqların əsiri olmağa və hər-bir müsibət və qəm-qüssəyə dözməyə vadar edən şey, yalnız uca Allaha olan məhəbbəti idi. Bu məhəbbət birdən-birə və Kərbəla hadisəsində tapılan bir şey deyildi. Daha doğrusu, bu məhəbbət həzrətin bütün həyatı boyu mövcud olmuşdur və aşura hadisəsi bu sevgi və bağlılığın bəhrəsi və məhsulu idi. Ayətullah Cavadi Amuli
Hammasini ko'rsatish...
13👍 2
İmam Hüseyn (ə) insanları Allaha doğru aparan böyük bir yoldur Allah Özünə çatmaq üçün İmam Hüseyndən (ə) daha geniş, daha sürətli və daha həcmli heç bir yol yaratmamışdır. İmam Hüseyn (ə) insanı Allaha doğru aparan yolların şahıdır və biz bu nemətin qədrini bilməliyik. Ustad Əllamə Misbah Yəzdi (r h) https://t.me/erfaneislami
Hammasini ko'rsatish...
14👍 1
05:03
Video unavailableShow in Telegram
Mərhum Baqir Mənsuridən qəlbi oxşar bir növhə
Hammasini ko'rsatish...
VID_20230714_185135.mp427.89 MB
1
Dünyanın bünövrəsi, təməli, ağıl və eşq üzərində qurulmuşdur ki, onun da, kamil təzahürü kərbəla hadisəsidir. Məhərrəm bu aləmin zirvəsi kərbəla vaqiəsi isə, onun xülasəsidir. https://t.me/erfaneislami
Hammasini ko'rsatish...
6👍 2
İmam Hüseyn (ə) və özünüdərk İmam Hüseyn (ə) əbədi olaraq hər-bir əsrdə, insanlara özünüdərkin mənasını öyrədən bir amil oldu ki, onlar din yolu və imam Hüseyn (ə) metodu ilə hər an özünü dərk edərək yaşaya biləcəyini anlamalı və həmişə öz əhd-peymanının haqq və peyğəmbərliklə bağlılığını qoruyub saxlamalı və diqqətli olmalıdır ki, Əməvi təbliğatının qara kölgəsi peyğəmbərlik əhdini unutdurmamalı və həyatda onu puçluğa tərəf aparmamalıdır. Əməvilər insanları Peyğəmbərin (s) onlar üçün batini aləmdən gətirdiyi mesajlardan qafil edirdilər və imam Hüseyn (ə) o əhdin və o batini mesajların təzələnməsi idi ki, həmin cəbhə bu gün də, açıqdır. Bizim bu günkü gündə düşmənlərimizin metodu, qorxu, dəhşət yaratmaq və həyatı məhv etmək və birdə güzəşt və yaltaqlıq bazarını qızışdırmaqdır. Bununla mübarizə aparmağın yeganə yolu, imam Hüseynin (ə) yoludur ki, yalnız bu üsuldan istifadə edərək, əməvi düşmənlərinin hiylələrini düzgün təhlil edib, onların planlarının qurbanı olmaya bilərik. Çünki belə bir düşmənə qarşı, imam Hüseyn (ə) zəkası və onun hərəkatının imkanlarından istifadə etmədən bu hiyələlrdən yan keçmək mümkün deyil. İmam Hüseyn (ə) öz metodu ilə bizi elə bir özünü dərkə çatdırır ki, ona uyğun olan səy və hərəkat heçvaxt uğursuzluğa və məğlubiyyətə düçar olmur. Bəşəriyyətin bu günkü düşməni elə imam Hüseynin (ə) kərbəladakı düşmənidir. Bu hərəkat bizə, düşmən mədəniyyətini bütün ölçüləri ilə, göstərir və bununla hərtərəfli mübarizə aparmağın yolunu göstərir. Qalan imamlar da, Kərbəla missiyasının keşikçiləri olublar. Düşmənin yaratdığı qorxuya qalib gələ bilən kərbəla hərəkatı, insana həyatda və düşmənlər müqabilində düzgün seçim etmək gücü verir. https://t.me/erfaneislami
Hammasini ko'rsatish...
6
Photo unavailableShow in Telegram
Aşura hərəkatının ən bariz çağırışlarından biri də, bəşəriyyətin haq ilə batili, doğru ilə yanlışı, yaxşı ilə pisi, izzətlə zilləti, bəsirətlə korluğu, mənəvi duyarlılıqla karlığı, aqilliklə cahilliyi və nəhayət, gerçək həyatla ölümü bir-birindən ayırd etməyə şövq edilməsidir. İmam Hüseyn (ə) silahdaşlarına izah edirdi ki, başqaları ölümü həyat yolunun sonu hesab edir, mən isə bir körpünün və yeni bir yolun başlanğıcı kimi görürəm. Ölümə gəlincə o yalnız bir körpüdür. Ayətullah Cavadi Amuli https://t.me/erfaneislami
Hammasini ko'rsatish...
9👍 4
Bugünün Şimrini tanı! Şimr 1300 il əvvəl ölüb. Sən bugünün Şimrini tanı! Şəhid Mürtəza Mütəhhəri https://t.me/erfaneislami
Hammasini ko'rsatish...
10
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.