Alt404.com
رفتن به کانال در Telegram
🌍 Elm və texnologiya xəbərləri 🚀 Gələcəyin trendləri ©️ alt404.com
نمایش بیشتر1 604
مشترکین
-524 ساعت
-117 روز
-2930 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '26
سپتامبر '26
+7
در 1 کانالها
اوت '26
+36
در 1 کانالها
Get PRO
ژوئیه '26
+52
در 3 کانالها
Get PRO
ژوئن '26
+21
در 1 کانالها
Get PRO
مه '26
+6
در 1 کانالها
Get PRO
آوریل '26
+27
در 2 کانالها
Get PRO
مارس '26
+17
در 0 کانالها
Get PRO
فوریه '26
+8
در 0 کانالها
Get PRO
ژانویه '26
+5
در 0 کانالها
Get PRO
دسامبر '25
+7
در 0 کانالها
Get PRO
نوامبر '25
+10
در 1 کانالها
Get PRO
اکتبر '25
+4
در 0 کانالها
Get PRO
سپتامبر '25
+26
در 2 کانالها
Get PRO
اوت '25
+56
در 3 کانالها
Get PRO
ژوئیه '25
+44
در 2 کانالها
Get PRO
ژوئن '25
+2
در 0 کانالها
Get PRO
مه '25
+7
در 1 کانالها
Get PRO
آوریل '25
+4
در 0 کانالها
Get PRO
مارس '25
+16
در 0 کانالها
Get PRO
فوریه '25
+37
در 1 کانالها
Get PRO
ژانویه '25
+22
در 2 کانالها
Get PRO
دسامبر '24
+16
در 3 کانالها
Get PRO
نوامبر '24
+17
در 3 کانالها
Get PRO
اکتبر '24
+5
در 2 کانالها
Get PRO
سپتامبر '24
+36
در 1 کانالها
Get PRO
اوت '24
+34
در 0 کانالها
Get PRO
ژوئیه '24
+17
در 2 کانالها
Get PRO
ژوئن '24
+33
در 4 کانالها
Get PRO
مه '24
+92
در 5 کانالها
Get PRO
آوریل '24
+41
در 5 کانالها
Get PRO
مارس '24
+178
در 8 کانالها
Get PRO
فوریه '24
+74
در 4 کانالها
Get PRO
ژانویه '24
+35
در 3 کانالها
Get PRO
دسامبر '23
+29
در 4 کانالها
Get PRO
نوامبر '23
+25
در 7 کانالها
Get PRO
اکتبر '23
+47
در 5 کانالها
Get PRO
سپتامبر '23
+310
در 0 کانالها
Get PRO
اوت '23
+73
در 0 کانالها
Get PRO
ژوئیه '23
+65
در 0 کانالها
Get PRO
ژوئن '23
+64
در 0 کانالها
Get PRO
مه '23
+66
در 0 کانالها
Get PRO
آوریل '23
+201
در 0 کانالها
Get PRO
مارس '23
+137
در 0 کانالها
Get PRO
فوریه '23
+60
در 0 کانالها
Get PRO
ژانویه '23
+59
در 0 کانالها
Get PRO
دسامبر '22
+94
در 0 کانالها
Get PRO
نوامبر '22
+91
در 0 کانالها
Get PRO
اکتبر '22
+170
در 0 کانالها
Get PRO
سپتامبر '22
+572
در 0 کانالها
Get PRO
اوت '22
+377
در 0 کانالها
Get PRO
ژوئیه '22
+74
در 0 کانالها
Get PRO
ژوئن '22
+31
در 0 کانالها
Get PRO
مه '22
+82
در 0 کانالها
Get PRO
آوریل '22
+72
در 0 کانالها
Get PRO
مارس '22
+82
در 0 کانالها
Get PRO
فوریه '22
+44
در 0 کانالها
Get PRO
ژانویه '22
+76
در 0 کانالها
Get PRO
دسامبر '21
+53
در 0 کانالها
Get PRO
نوامبر '21
+240
در 0 کانالها
Get PRO
اکتبر '21
+223
در 0 کانالها
Get PRO
سپتامبر '21
+240
در 0 کانالها
Get PRO
اوت '21
+395
در 0 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 16 سپتامبر | 0 | |||
| 15 سپتامبر | 0 | |||
| 14 سپتامبر | 0 | |||
| 13 سپتامبر | 0 | |||
| 12 سپتامبر | 0 | |||
| 11 سپتامبر | 0 | |||
| 10 سپتامبر | +1 | |||
| 09 سپتامبر | +1 | |||
| 08 سپتامبر | +1 | |||
| 07 سپتامبر | 0 | |||
| 06 سپتامبر | 0 | |||
| 05 سپتامبر | 0 | |||
| 04 سپتامبر | 0 | |||
| 03 سپتامبر | +2 | |||
| 02 سپتامبر | +1 | |||
| 01 سپتامبر | +1 |
پستهای کانال
📱 iPhone-lar üçün iOS 27 yenilənməsi istifadəyə verilib. Yeni versiya ilə telefonlara bir sıra maraqlı funksiyalar əlavə olunub.
✨ Bəs gündəlik istifadəni daha rahat edən yeniliklər hansılardır? iOS 27-də diqqətimi çəkən 4 funksiyanı seçmişəm.
#ALT404
| 2 | 📸 Cəmi 1 dollara kamera hazırlamaq olar? Özü də adi saqqız qutusundan!
📦 Bunun üçün kiçik metal qutuda balaca dəlik açılır, qutu işıq keçirməyəcək şəkildə alüminium folqa ilə örtülür və içərisinə fotolent yerləşdirilir.
💡 Sistem kamera-obskura prinsipi ilə işləyir. İşıq kiçik dəlikdən içəri daxil olaraq qarşı tərəfdəki görüntünü fotolentin üzərinə salır. Lent sonradan emal edildikdə foto ortaya çıxır.
😮 Nə obyektiv var, nə ekran, nə də batareya. Sadəcə, metal qutu, kiçik dəlik və fotoqrafiyanın əsas prinsipi!
#ALT404 | 71 |
| 3 | 🛰 Ukraynanın siqnal qarışdıran sistemləri cəbhəyə yaxın ərazilərdə Rusiya dronlarının GPS-lə istiqamət tapmasını çətinləşdirir.
🧭 Rusiya dron operatorlarının isə buna sadə bir çıxış yolu tapdığı bildirilir: dronun üzərinə cəmi 2 dollarlıq adi kompas quraşdırırlar.
📹 Dronu idarə edən şəxs kamera vasitəsilə kompasın əqrəbinə baxır və hansı istiqamətdə uçduğunu müəyyən etməyə çalışır.
#ALT404 | 78 |
| 4 | 📱 Bu avtomobildə niyə yüzlərlə telefon var? Səbəb olduqca qəribə bir lokal SEO üsuludur.
📍 İddia olunur ki, bu xidməti göstərən şəxslər yüzlərlə telefonu avtomobildə daşıyaraq müəyyən biznesin yerləşdiyi əraziyə aparırlar. Məqsəd həmin məkana çoxsaylı istifadəçinin maraq göstərdiyi görüntüsünü yaratmaqdır.
🗺️ Telefonlardan yaradılan süni lokasiya və naviqasiya aktivliyinin Google-a həmin biznesin populyar olduğu barədə siqnal verərək onun lokal axtarış nəticələrində mövqeyinə təsir göstərə biləcəyi düşünülür.
⚠️ Ancaq bunun Google sıralamasını həqiqətən yüksəltdiyinə dair etibarlı sübut yoxdur. Üstəlik, süni aktivlik yaradaraq axtarış nəticələrini manipulyasiya etməyə yönəlmiş belə üsullar Google-un spam qaydaları ilə ziddiyyət təşkil edə bilər.
#ALT404 | 90 |
| 5 | 🚗 Reno 1970-ci illərin məşhur Reno 17 kupesini yenidən hazırlayaraq retro-futuristik elektrik avtomobilinə çevirib.
⚡ Fransız dizayner Ora Ito ilə birlikdə hazırlanan konsept orijinal R17-dən 17 sm daha enlidir. Karbon lifli kuzova sahib avtomobil arxada yerləşdirilən 270 at gücündə elektrik mühərriki ilə təchiz edilib.
✨ Nazik arxa işıqlar, sarı faralar, örtülü təkərlər və demək olar ki, tam düz kuzov xətləri avtomobilin 1970-ci illərin dizaynını futuristik görünüşlə birləşdirir. “Galactic Brown” adlanan kuzov rəngi də xüsusi olaraq bu avtomobil üçün hazırlanıb.
😮 Təəssüf ki, bu avtomobili yollarda görməyəcəyik. Reno onu yalnız bir ədəd hazırlayıb və seriya istehsalına çıxarmağı planlaşdırmır.
#ALT404 | 89 |
| 6 | 🍉 Çində qarpız satan məktəb yaşlı bir uşağın görüntüləri internetdə viral olub. Amma diqqəti çəkən qarpızlar yox, onun kompüterdə gördüyü işdir.
💻 Oğlan müştəri gözləyərkən kompüterdə çip dizaynı ilə məşğul olur. Çində uşaqların erkən yaşlardan proqramlaşdırma, robototexnika və elektronika ilə tanış olması isə belə maraqlı nümunələrin ortaya çıxmasına şərait yaradır.
🧠 Yəni qarşımızda sadəcə qarpız satan bir uşaq yox, boş vaxtında gələcəyin ən strateji texnologiyalarından birini öyrənən məktəbli var.
#ALT404 | 127 |
| 7 | 😂 Apple rəhbəri Con Ternus Emmy mükafatlandırma mərasimində iPhone Duo-nu göstərib və ətrafdakıların reaksiyası diqqətdən qaçmayıb.
📱 Ternus qatlanan iPhone-u açaraq nümayiş etdirən kimi yanındakı şəxslər maraqla telefona yaxınlaşıb və cihazı diqqətlə izləməyə başlayıblar.
😭 Sosial mediada isə ən çox onların təəccüblü reaksiyası müzakirə olunub. Görünür, iPhone Duo-nu ilk dəfə yaxından görmək təqdimat videosuna baxmaqdan bir qədər fərqlidir.
#ALT404 | 129 |
| 8 | 😂 Səhər yuxudan oyanıb bank hesabınızda mənfi 50 milyard dollar görsəydiniz, nə edərdiniz?
💳 Kaliforniyada yaşayan Meddi Mak Givern Wells Fargo hesabını yoxlayarkən balansının −49 999 999 697,98 dollar olduğunu görüb. Bir gecənin içində sanki 50 milyard dollar borca düşmüşdü.
📱 Mak Givern qeyri-adi balansın görüntüsünü sosial mediada paylaşdıqdan sonra foto sürətlə yayılıb. Wells Fargo daha sonra bunun bir neçə hesaba təsir edən texniki xəta olduğunu və balansın qısa müddətdə düzəldildiyini bildirib.
💸 İşin ən gülməli tərəfi isə odur ki, onun digər hesabında hələ 76 dolları qalmışdı. Yəni 50 milyard dollarlıq “borca” baxmayaraq, tamamilə pulsuz da deyildi. 😂
#ALT404 | 119 |
| 9 | 📸 Futbol matçlarında gördüyümüz möhtəşəm fotoların arxasında olduqca sürətli iş prosesi dayanır.
⚽️ Fotoqraflar meydanda baş verənləri çəkərkən görüntülər xüsusi sistem vasitəsilə operativ şəkildə kompüterə ötürülür. Burada fotolar seçilir, redaktə olunur və qısa müddət ərzində yayıma hazır vəziyyətə gətirilir.
💻 Məqsəd ən vacib anların fotolarını matç hələ davam edərkən media qurumlarına və digər platformalara mümkün qədər tez çatdırmaqdır.
⏱️ Yəni tribunada gördüyünüz bir qolun fotosu siz sosial mediaya baxana qədər artıq çəkilmiş, seçilmiş, işlənmiş və yayımlanmış ola bilər.
#ALT404 | 114 |
| 10 | 📱 iOS 27 yayımlandı: iPhone-lara gələn əsas yeniliklər!
⚡️ Daha ətraflı, saytımızda:
https://tedroid.com/texnologiya/ios-27-yenilikler-desteklenen-iphone.html | 25 |
| 11 | 🍎 Apple İsrail mərkəzli süni intellekt startapı Q.ai-ni satın alıb.
🤫 Şirkətin hazırladığı texnologiyanın ən maraqlı tərəfi insanın səs çıxarmadan etdiyi danışıq hərəkətlərini analiz edə bilməsidir. Sistem üz və dodaq hərəkətlərindən istifadə edərək insanın nə deməyə çalışdığını müəyyənləşdirə bilir.
🤖 Bu texnologiya gələcəkdə Apple cihazlarını səssiz şəkildə idarə etmək, Siri ilə danışmadan ünsiyyət qurmaq və ya qulaqlıq kimi cihazlarda yeni idarəetmə üsulları yaratmaq üçün istifadə oluna bilər.
👀 Apple-ın Q.ai texnologiyasını ilk olaraq hansı məhsulunda istifadə edəcəyi isə hələ məlum deyil.
#ALT404 | 102 |
| 12 | 🚌 Bu gündən Bakıda marşrut xətlərinə çıxarılan avtobusların sayı rekord həddə — 2530-a çatdırılır.
📈 AYNA-nın məlumatına görə, 2022-ci ildə paytaxtda 1780 avtobus işləyirdisə, bu rəqəm 2023-cü ildə 2011, 2024-cü ildə 2180, 2025-ci ildə isə 2340 olub. Beləliklə, son illərdə avtobusların sayı 750 ədəd və ya 42% artıb.
🎓 Avtobus sayının artırılması yeni tədris mövsümünün başlaması ilə sərnişin tələbatının yüksəlməsi nəzərə alınaraq həyata keçirilir. Son bir ayda 8 ekspres xətt təşkil olunub, 28 müntəzəm xətt isə gücləndirilib.
🚍 Bu il özəl və dövlət müəssisələri tərəfindən 308 yeni avtobus gətirilib, 29 xətt üzrə isə avtobuslar daha müasir nəqliyyat vasitələri ilə əvəz olunub. Avtobus parkının yenilənməsi ilin sonuna qədər davam etdiriləcək.
#ALT404 | 112 |
| 13 | 💛 Fuckup Nights artıq Bakıda!
9 oktyabr tarixində keçiriləcək ilk tədbirizlə bağlı ən son məlumatları əldə etmək üçün səhifələrimizi izləyin.
Bu payız isti söhbətlər ilə yadda qalacaq 😉
#ShareTheFailure #FuckupNights #FuckupNightsBaku #UğursuzluğunuPaylaş | 135 |
| 14 | ✈️ Boeing 737NG-nin şassi bölməsi kənardan göründüyündən qat-qat mürəkkəbdir.
⚙️ Təyyarənin əsas şassilərinin yerləşdiyi bu hissədə hidravlik xətlər, kabellər, mexaniki sistemlər və müxtəlif komponentlər olduqca sıx şəkildə bir araya gətirilib.
🔧 Texniki xidmət zamanı mütəxəssislər məhz bu dar və mürəkkəb sahəyə daxil olaraq sistemləri yoxlayır, nasazlıqları müəyyən edir və lazımi texniki işləri həyata keçirirlər.
👀 Sərnişinlərin demək olar ki, heç vaxt görmədiyi bu görüntülər Boeing 737NG-nin daxilindəki mühəndisliyin nə qədər mürəkkəb olduğunu göstərir.
#ALT404 | 130 |
| 15 | 📸 Bir fotoqraf Maykl Ceksonun illər əvvəl çəkildiyi məkanlara qayıdaraq həmin görüntüləri bu günün kadrları ilə birləşdirib.
🏙️ Köhnə fotoları həmin yerlərin indiki görünüşü ilə dəqiq üst-üstə salaraq zamanla dəyişən küçələri və binaları nümayiş etdirib.
🎶 Beləliklə, gündəlik məkanlar Maykl Ceksonun həyatından və musiqi tarixindən izlər daşıyan xüsusi görüntülərə çevrilib.
📸 Instagram | andreitudor_ro
#ALT404 | 117 |
| 16 | 🇦🇿 Prezident İlham Əliyev Bakıda 5 hektardan çox ərazini əhatə edən “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışını edib.
🏛️ Dörd korpusdan ibarət olan bu müasir kompleks mühəndislik, IT və tətbiqi elmlər üzrə 1500-dən çox tələbəyə praktiki təhsil imkanı yaradır.
🤖 Şəhərcikdə yerləşən ASAN Süni İntellekt Mərkəzi dövlət, biznes və təhsil sektorlarını vahid rəqəmsal platformada birləşdirir.
🔬 Ərazidə kibertəhlükəsizlik və robototexnika kimi prioritet sahələr üzrə 13 tədqiqat laboratoriyası, həmçinin startaplar üçün kovorkinq zonaları fəaliyyət göstərir.
🌿 Təhsil və tədqiqatla yanaşı, gənclərin istirahəti üçün idman meydançaları, restoranlar və yaşıl gəzinti zolaqları da istifadəyə verilib.
#ALT404 | 101 |
| 17 | 🤖 Claude istifadəçilərinin tokenlərinin icazəsiz xərclənməsi halları aşkarlanıb.
💻 Məlumata görə, hakerlər zərərli proqramlar vasitəsilə istifadəçilərin cihazlarına giriş əldə edərək onların tokenlərindən əsasən Claude Code-da istifadə edirlər.
⚠️ Nəticədə siz Claude-dan istifadə etməsəniz belə, pul ödədiyiniz tokenlər sürətlə azala bilər.
#ALT404 | 114 |
| 18 | 💈 Hindistanda bərbərlər saç kəsməyi süni intellektə öyrədirlər.
📹 Təlim prosesində bərbərlərin başına və əllərinə kameralar, sensorlar və xüsusi cihazlar yerləşdirilir. Beləliklə, saç kəsərkən etdikləri hərəkətlər müxtəlif bucaqlardan qeydə alınır.
🤖 Toplanan məlumatlar bərbərin qayçını necə tutduğunu, əllərini necə hərəkət etdirdiyini və saç üzərində hansı ardıcıllıqla işlədiyini süni intellekt sistemlərinə öyrətmək üçün istifadə olunur.
✂️ Yəni süni intellekt bu dəfə internetdəki mətnlərdən deyil, real ustaların illərlə qazandığı praktiki bacarıqlardan öyrənir.
🚀 Bu cür təlimlərin gələcəkdə robotların yalnız düşüncə tələb edən deyil, insanın əl bacarığına əsaslanan peşələri də öyrənməsində mühüm rol oynaya biləcəyi gözlənilir.
#ALT404 | 122 |
| 19 | 🚙 Bir tərəfdə tanklar və ağır zirehli texnikalar, digər tərəfdə isə Toyota pikapları... 1987-ci ildə Liviya və Çad arasındakı müharibənin son mərhələsində ortaya çıxan mənzərə məhz belə idi.
💥 Çad qüvvələri Toyota Hilux və Land Cruiser-lərin arxasına pulemyotlar və tank əleyhinə silahlar yerləşdirərək onları çevik döyüş maşınlarına çevirmişdilər.
🏜 Səhrada tanklardan daha sürətli hərəkət edən pikaplar qəfil hücumlar və sürətli manevrlərlə Çad qüvvələrinə ciddi üstünlük qazandırdı. Xaricdən alınan hərbi dəstək və tank əleyhinə silahlar da nəticədə mühüm rol oynadı.
🚘 Toyota pikapları bu döyüşlərdə o qədər məşhurlaşdı ki, Liviya-Çad müharibəsinin 1987-ci ildəki son mərhələsi tarixə “Toyota müharibəsi” adı ilə düşdü.
#ALT404 | 137 |
| 20 | 😂 Nokia-nın telefon dizaynlarına baxanda belə görünür ki, şirkət ağla gələ biləcək bütün formaları illər əvvəl sınaqdan keçirib.
📱 Düyməli klassik modellərdən sürüşən və fırlanan telefonlara, oyun cihazını xatırladan dizaynlardan qeyri-adi klaviaturalı modellərə qədər Nokia mobil telefon tarixinin ən fərqli cihazlarından bəzilərini hazırlayıb.
🔄 Bu gün istehsalçıların “yeni” kimi təqdim etdiyi bəzi dizayn ideyalarının oxşarlarını Nokia-nın illər əvvəlki modellərində görmək mümkündür.
#ALT404 #Nokia | 138 |
