Alt404.com
رفتن به کانال در Telegram
🌍 Elm və texnologiya xəbərləri 🚀 Gələcəyin trendləri ©️ alt404.com
نمایش بیشتر1 579
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
-3730 روز
آرشیو پست ها
1 579
🤖 Bu robot tozsoran digərlərindən fərqlənir!
🧹 Anker-in Eufy Omni E28 modeli təkcə döşəmələri təmizləmir. Onun stansiyasından ayrılan əl tozsoranı ilə divanları, pilləkənləri və robotun çata bilmədiyi yerləri də təmizləmək mümkündür.
💧 20 000 Pa sovurma gücünə malik cihaz yaş təmizləmə zamanı rulonu davamlı yuyaraq çirkin döşəməyə yenidən yayılmasının qarşısını alır.
⚙️ Ağıllı naviqasiya sistemi maneələrdən yayınmağa kömək edir. Təmizlik bitdikdə isə robot stansiyasına qayıdır, toz avtomatik boşaldılır, sistem təmizlənir və qurudulur.
#ALT404
1 579
🪖 Bir ata qızı tək yaşamağa başladıqdan sonra onu “qorumaq” üçün evin müxtəlif yerlərində kiçik plastik əsgərlər gizlədirdi. Bu, onların arasında illərlə davam edən şirin bir zarafata çevrilmişdi.
🏠 Qız zamanla atasının gizlətdiyi bütün əsgərləri tapdığını düşünürdü. Amma atasının vəfatından üç il sonra evdə onu gözlənilməz bir sürpriz qarşılayıb.
💡 Mətbəxdə lampanı dəyişərkən işıqlandırma qurğusunun içində daha bir plastik əsgər görüb. Əsgər elə yerləşdirilmişdi ki, tüfəngi birbaşa evin giriş qapısına tuşlanmışdı.
❤️ İllər əvvəl atasının zarafatla gizlətdiyi bu balaca oyuncaq artıq onun üçün tamam başqa məna daşıyırdı. Sanki atası üç il sonra belə ona “Mən hələ də səni qoruyuram” deyirdi.
#ALT404
1 579
🚗 Təsəvvür edin, avtomobillə gedirsiniz, tıxaca düşürsünüz və arxadakı uçan aparatı çıxarıb havaya qalxırsınız. ARIDGE şirkətinin “Land Aircraft Carrier” layihəsi məhz belə bir gələcək təsəvvürünü reallaşdırmağa çalışır.
🚁 Əslində bu, bir uçan avtomobil deyil, iki ayrı nəqliyyat vasitəsidir. Altıtəkərli yerüstü modul iki nəfərlik elektrik uçuş aparatını daşıyır. Lazım gəldikdə aparat avtomobildən ayrılaraq rotorları vasitəsilə şaquli havaya qalxır.
⚡️ İstehsalçının məlumatına görə, yerüstü modul tam yanacaq və enerji ehtiyatı ilə 1000 kilometrdən çox məsafə qət edə bilir. Uçan aparatın batareyasını isə 30%-dən 80%-ə təxminən 18 dəqiqəyə doldurmaq mümkündür.
🚀 Hələlik bu texnologiya adi avtomobillər kimi sərbəst istifadə olunan nəqliyyat həlli deyil. Amma gələcəkdə şəxsi nəqliyyatın necə dəyişə biləcəyinə maraqlı nümunədir.
#ALT404
1 579
🎮 Ötən həftə sonu Crescent Mall-da keçirilən Logitech G PLAY yüzlərlə qeyminq həvəskarını bir araya gətirdi.
🕹 İştirakçılar müxtəlif yarışlarda güclərini sınadılar, hədiyyələr qazandılar və Logitech G cihazlarını real şəraitdə test etdilər.
🏆 Günün əsas hadisəsi isə 127 nəfərin qeydiyyatdan keçdiyi Counter-Strike turniri oldu. Seçilən 24 qeymer arasında başlayan mübarizənin finalına biz də qoşulduq.
😄 Finalda məğlub olsaq da, gün bizim üçün də maraqlı və yaddaqalan keçdi. Bu gözəl tədbir üçün Logitech G-yə təşəkkürlər!
#ALT404
1 579
+2
🚗 Malayziyadan yayılan yeni görüntülərdə Chery Omoda 5-in arxa oxunun təkərlərlə birlikdə avtomobildən tamamilə ayrıldığı görünür. Hadisənin hansı şəraitdə baş verdiyi barədə ətraflı məlumat yoxdur.
⚠️ Görüntülərin diqqət çəkməsinin başqa səbəbi də var. Omoda 5 modeli 2024-cü ildə Malayziyada məhz arxa ox bağlantısı ilə bağlı problemə görə gündəmə gəlmiş və Chery 600 avtomobili yoxlama üçün geri çağırmışdı.
🛠 Həmin vaxt araşdırma problemin təchizatçının qaynaq avadanlığındakı kalibrasiya xətası ilə əlaqəli olduğunu göstərmişdi. İndiki hadisənin əvvəlki problemlə əlaqəsinin olub-olmadığı isə hələ məlum deyil.
#ALT404
1 579
🚗 Türkiyənin Kayseri şəhərində Togg elektromobilinin yanması təhlükəsizlik kamerasına düşüb. Sürətləndirilmiş görüntülərdə alovun avtomobili qısa müddətdə əhatə etdiyi görünür.
🔋 Elektrikli avtomobillərdə litium-ion batareyaların zədələnməsi və ya nasazlığı zamanı “termal qaçış” baş verə və yanğın sürətlə yayıla bilər. Hadisənin konkret səbəbi isə texniki araşdırmadan sonra müəyyən ediləcək.
⚡️ K-Charge şirkətinin açıqlamasına görə yanğın baş verən zaman stansiyadan avtomobilə enerji ötürülməyib.
⚠️ Hadisə elektrikli avtomobillərdə fövqəladə vəziyyət zamanı mexaniki qapı açma üsullarını əvvəlcədən öyrənməyin vacibliyini də xatırladır. Elektron sistem işləmədikdə avtomobildən necə çıxacağınızı bilmək kritik əhəmiyyət daşıya bilər.
#ALT404 #Togg
1 579
💡 Azərbaycanda startap qurmaq istəyənləri ideyadan hazır məhsula aparmağı hədəfləyən yeni “Parvaz” startap studiyası fəaliyyətə başlayıb.
💻 “Parvaz” məhsulun ilkin versiyasını dizayn və kod səviyyəsində özü hazırlayır, daha sonra onu idarə edəcək təsisçini taparaq şirkəti mərhələli şəkildə ona təhvil verir. Artıq məhsulu olan startaplara isə yeni bazarlara çıxmaqda dəstək göstərir.
🌍 Studiya Azərbaycan startaplarının Mərkəzi Asiya bazarlarına çıxışı üçün Özbəkistan və Qazaxıstandakı startap ekosistemi iştirakçıları ilə əməkdaşlıq qurur. Yaxın Şərq istiqamətində də tərəfdaşlıqlar üzərində iş aparılır.
🚀 “Parvaz”ın artıq üç layihəsi var: Komissio, Rawuser və PropCraft. Studiyaya hazır məhsulu idarə etmək, öz ideyanı birlikdə qurmaq, mövcud startapla proqrama qoşulmaq və ya həmtəsisçi tapmaq üçün müraciət etmək mümkündür.
1 579
💻 Masaüstü fayllarla dolub və təmizləməyə həvəsiniz yoxdur? Bir proqramçı bunun üçün real həyatdan tanış üsulu kompüterə gətirib.
🧹 O, masaüstünə virtual xalça əlavə edib. Lazımsız və qarışıq görünən faylları həmin xalçanın altına sürükləyərək gizlətmək mümkündür.
😂 Yəni faylları çeşidləmək, qovluqlara yığmaq və ya silmək əvəzinə problemi sözün əsl mənasında “xalçanın altına süpürürsünüz”.
📁 Masaüstü təmiz görünür, problem isə əvvəlki kimi oradadır. Bəzən ən yaxşı rəqəmsal həll real həyatda istifadə etdiyimiz ən pis üsul ola bilər.
#ALT404
1 579
📅 444 il əvvəl bu gün tarix təqvimlərdə bir anda 11 gün irəli çəkildi. 4 oktyabrdan sonra növbəti gün birbaşa 15 oktyabr oldu və 5–14 oktyabr tarixləri təqvimdən çıxarıldı.
⏳ Bu dəyişiklik Yulian təqvimində illər ərzində yaranan kiçik uyğunsuzluğu aradan qaldırmaq üçün edildi. Təqvimdəki sıçrayış nəticəsində tarixlər fəsillərin real vaxtı ilə daha düzgün uyğunlaşdırılmalı idi.
👑 Papa XIII Qriqorinin adı ilə bağlı olan yeni təqvim “Qriqorian təqvimi” adlandırıldı və sonradan dünyanın böyük hissəsində istifadə olunmağa başladı.
🕐 Yəni həmin dövrdə insanlar 4 oktyabr gecəsi yatıb, təqvimə görə 15 oktyabr səhəri oyana bilərdilər.
#ALT404
1 579
🎁 “TikToker” canlı yayım zamanı izləyicilərdən gələn hər hədiyyəyə görə bir dəfə fırlanan kresloda oturaraq fərqli kontent hazırlayıb. Əvvəlcə əyləncəli görünən bu fikir hədiyyələrin sayı artdıqca tamamilə başqa hal alıb.
🌀 Hər hədiyyədən sonra kreslonun bir dəfə fırlanması ilə başlayan yayımda fırlanmaların sayı getdikcə artıb. Nəticədə kresloda oturan “TikToker” üçün yayım izləyicilərdən daha başgicəlləndirici olub.
#ALT404
1 579
💻 Masako Vakamiya 43 illik bank karyerasından sonra, 60 yaşında kompüterdən istifadə etməyi öyrənməyə başlayıb. Sonradan isə marağı onu proqramlaşdırmaya qədər aparıb.
📱 81 yaşında proqramçı Katsuşiro Koizuminin köməyi ilə “Hinadan” adlı iPhone oyunu hazırlayıb. Yaponiyanın ənənəvi Hina kukla festivalından ilhamlanan oyun xüsusilə yaşlı insanların rahat istifadə edə bilməsi üçün sadə hazırlanıb.
🍎 2017-ci ildə yayımlanan tətbiq Vakamiyanı bütün dünyada tanıdıb. O, Apple-ın WWDC tədbirinə dəvət olunaraq Tim Kukla da görüşüb.
🧠 60 yaşında kompüter öyrənməyə başlayıb, 81 yaşında isə öz tətbiqini yaradıb. Bəzən “artıq gecdir” demək üçün həqiqətən də tezdir.
🔍 Instagram | Technology
#ALT404
1 579
🤖 Sem Altman: Süni intellektin faydaları üçün bəzi mənfi halları qəbul etmək lazım gələcək
OpenAI-ın baş direktoru Sem Altman süni intellektin geniş istifadəsinin faydaları müqabilində texnologiyadan müəyyən sui-istifadə hallarının qaçılmaz ola biləcəyini bildirib.
🔗 Ətraflı: https://alt404.com/suni-intellekt/sem-altman-suni-intellektin-faydalari-ucun-bezi-menfi-hallari-qebul-etmek-lazim-gelecek
1 579
🦖 Görün, bu şəxs Chrome-un dinozavr oyununda uduzmamağı necə prinsip məsələsinə çevirib. Sensor qoşub, proqram yazıb və bütöv bir avtomatik sistem hazırlayıb.
💻 Sistem qarşıdakı maneəni özü müəyyən edir və lazım olan anda dinozavrı avtomatik tullandırır. Yəni oyunçu artıq sadəcə baxır, qalan işi texnologiya görür.
😂 Görünür, bu şəxsin məqsədi oyunda qalib gəlməkdən daha çox, nəyin bahasına olursa-olsun, dinozavrın uduzmasına imkan verməmək imiş.
#ALT404
1 579
🔥 Türkiyənin Ukraynaya “Korkut” sistemləri göndərdiyi iddia olunur
Türkiyənin 2026-cı ilin əvvəlində Ukraynaya az sayda “Korkut” hava hücumundan müdafiə sistemi tədarük etdiyi bildirilir. Tərəflər məlumatı rəsmən təsdiqləməsələr də, ukraynalı rəsmiyə görə, sistem Rusiya hücumlarına qarşı sınaqdan keçirilib.
🔗 Ətraflı: https://alt404.com/herbi-texnologiya/turkiyenin-ukraynaya-korkut-sistemleri-gonderdiyi-iddia-olunur
1 579
+8
💻 WannaCry, Stuxnet, Mirai... Bu adları dünyanın gündəmini dəyişən böyük kiberhücumlardan xatırlayırıq. Onlar virusların kompüterlərdən kənara çıxaraq zavodlara və kritik infrastruktura belə təsir edə biləcəyini göstərmişdi.
🤖 İndi isə süni intellekt kiberhücumları fərqli mərhələyə daşıyır. Zəif nöqtələrin tapılması, məlumatların toplanması və hücumların hazırlanması daha sürətli və avtomatlaşdırılmış şəkildə həyata keçirilə bilər.
⚠️ Bu isə gələcəyin kiberhücumlarının daha sürətli, miqyaslı və fərdiləşdirilmiş ola biləcəyi deməkdir.
🔍 Instagram | Technologybrief
#ALT404
1 579
🛒 Mağazada hansı rəfin daha çox diqqət çəkdiyini artıq təxmin etməyə ehtiyac qalmaya bilər. Cactus platforması mövcud təhlükəsizlik kameralarından istifadə edərək müştərilərin daha çox hansı sahələrə diqqət etdiyini ölçən texnologiya hazırlayır.
📱 Bunun üçün mağazanın 3D modeli yaradılır. Maraqlısı odur ki, modeli hazırlamaq üçün xüsusi avadanlıq tələb olunmur — adi iOS və ya Android cihazı ilə məkanı skan etmək mümkündür.
📷 Daha sonra təhlükəsizlik kameralarından gələn görüntülər bu rəqəmsal mağaza modeli ilə əlaqələndirilir. Beləcə sistem görüntüdəki hərəkətin mağazanın hansı hissəsində, hansı rəfin və məhsulların qarşısında baş verdiyini müəyyən edə bilir.
📊 Nəticədə mağazalar hansı rəflərin daha çox diqqət çəkdiyini, məhsulların harada yerləşdirilməsinin daha effektiv olduğunu və müştəri davranışının satışlara necə təsir etdiyini daha dəqiq analiz edə bilərlər.
#ALT404
1 579
+7
🎮 Bir GTA fanatı 2002-ci ilin “Vice City”-si ilə 2026-cı ilin “GTA VI”-sını müqayisə edib. Eyni Mayami ab-havasına əsaslanan məkanların 24 il ərzində necə dəyişdiyi görüntülərdə aydın şəkildə görünür.
🌴 Müqayisə zamanı müasir oyunda daha uzaq render məsafəsi, detallı interyerlər və realistik işıqlandırma diqqət çəkir. Tanış küçə və məkanlar yeni texnologiyalar sayəsində tamamilə fərqli görünüş qazanıb.
🔍 GTA fanatları isə yeni görüntülərdə klassik “Vice City” məkanlarının necə yeniləndiyini araşdırmağa davam edirlər.
📷 Instagram | Dexerto
#ALT404
1 579
🔋 “Power Struggle” adlı qeyri-adi oyun iki smartfonu USB-C kabeli ilə bir-birinə qoşaraq onların batareya uğrunda mübarizə aparmasına imkan verir.
⚡ Oyun zamanı ekrana daha çox toxunan tərəf elektrik enerjisinin daha böyük hissəsini öz telefonuna yönləndirir. Uduzan tərəfin isə batareya səviyyəsi həqiqətən azalır.
📱 Oyun xüsusilə hər iki telefonun batareyasının 5% olduğu və sonuncu qatara çatmaq üçün heç birinin kifayət qədər enerjisinin qalmadığı kimi vəziyyətlər üçün nəzərdə tutulub.
#ALT404
1 579
+5
🎮 Oyun tərtibatçısı Mayk Mika sevgilisi Maykiyə evlilik təklifi etmək üçün Atari-nin “Klax” oyununun Game Boy Color versiyasının koduna gizli mesaj yerləşdirib. Plan sadə idi: sevgilisi oyunu oynayacaq və təklifi özü tapacaqdı.
💍 Lakin planın bir problemi var idi — sevgilisi oyunu ümumiyyətlə oynamadı. Mika Game Boy-u 4 il gözlədikdən sonra nəhayət gizli mesajı “Tips & Tricks” jurnalında yayımlatdı. Mayki öz adını jurnalda görəndə kodu yoxladı və təklifi tapdı.
😂 Nəhayət, 4 il gecikmə ilə olsa da, cavab “hə” oldu. Görünür, bu dəfə “oyunu aç” demək evlilik təklifindən daha çətin imiş.
©️ Instagram | Dexerto
#ALT404
1 579
👆 Dörd yaşında ikən onun ağlına qəribə fikir gəldi: ki barmağın arasındakı məsafəni hər dəfə yarıya endirsən, onlar heç vaxt bir-birinə toxunmamalıdır.
📱 İllər sonra eyni fikri kiçik qızına izah etmək istəyərkən bunun üçün xüsusi tətbiq hazırlaydı. Tətbiqdə barmaqlar yaxınlaşdıqca aradakı məsafə yarıya bölünür və proses davam edir.
🧠 Sonradan öyrəndiyi isə daha maraqlı olub: uşaqlıqda düşündüyü bu fikir əslində minilliklər əvvəl ortaya atılmış məşhur "Zenon paradoksu"na çox bənzəyir.
😮 Paradoksun məntiqi sadədir: bir yerə çatmaq üçün əvvəlcə yolun yarısını, sonra qalan yolun yarısını, sonra yenə yarısını keçməlisən. Bu bölünmə nəzəri olaraq sonsuza qədər davam edə bilər.
#ALT404
