ALT404.com
前往频道在 Telegram
1 562
订阅者
无数据24 小时
-77 天
-2530 天
正在加载数据
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
进出提及
---
---
---
---
---
---
吸引订阅者
十月 '2610月 '26
十月 '26
+16
在2个频道中
九月 '26
+12
在2个频道中
Get PRO
八月 '26
+36
在1个频道中
Get PRO
七月 '26
+52
在3个频道中
Get PRO
六月 '26
+21
在1个频道中
Get PRO
五月 '26
+6
在1个频道中
Get PRO
四月 '26
+27
在2个频道中
Get PRO
三月 '26
+17
在0个频道中
Get PRO
二月 '26
+8
在0个频道中
Get PRO
一月 '26
+5
在0个频道中
Get PRO
十二月 '25
+7
在0个频道中
Get PRO
十一月 '25
+10
在1个频道中
Get PRO
十月 '25
+4
在0个频道中
Get PRO
九月 '25
+26
在2个频道中
Get PRO
八月 '25
+56
在3个频道中
Get PRO
七月 '25
+44
在2个频道中
Get PRO
六月 '25
+2
在0个频道中
Get PRO
五月 '25
+7
在1个频道中
Get PRO
四月 '25
+4
在0个频道中
Get PRO
三月 '25
+16
在0个频道中
Get PRO
二月 '25
+37
在1个频道中
Get PRO
一月 '25
+22
在2个频道中
Get PRO
十二月 '24
+16
在3个频道中
Get PRO
十一月 '24
+17
在3个频道中
Get PRO
十月 '24
+5
在2个频道中
Get PRO
九月 '24
+36
在1个频道中
Get PRO
八月 '24
+34
在0个频道中
Get PRO
七月 '24
+17
在2个频道中
Get PRO
六月 '24
+33
在4个频道中
Get PRO
五月 '24
+92
在5个频道中
Get PRO
四月 '24
+41
在5个频道中
Get PRO
三月 '24
+178
在8个频道中
Get PRO
二月 '24
+74
在4个频道中
Get PRO
一月 '24
+35
在3个频道中
Get PRO
十二月 '23
+29
在4个频道中
Get PRO
十一月 '23
+25
在7个频道中
Get PRO
十月 '23
+47
在5个频道中
Get PRO
九月 '23
+310
在0个频道中
Get PRO
八月 '23
+73
在0个频道中
Get PRO
七月 '23
+65
在0个频道中
Get PRO
六月 '23
+64
在0个频道中
Get PRO
五月 '23
+66
在0个频道中
Get PRO
四月 '23
+201
在0个频道中
Get PRO
三月 '23
+137
在0个频道中
Get PRO
二月 '23
+60
在0个频道中
Get PRO
一月 '23
+59
在0个频道中
Get PRO
十二月 '22
+94
在0个频道中
Get PRO
十一月 '22
+91
在0个频道中
Get PRO
十月 '22
+170
在0个频道中
Get PRO
九月 '22
+572
在0个频道中
Get PRO
八月 '22
+377
在0个频道中
Get PRO
七月 '22
+74
在0个频道中
Get PRO
六月 '22
+31
在0个频道中
Get PRO
五月 '22
+82
在0个频道中
Get PRO
四月 '22
+72
在0个频道中
Get PRO
三月 '22
+82
在0个频道中
Get PRO
二月 '22
+44
在0个频道中
Get PRO
一月 '22
+76
在0个频道中
Get PRO
十二月 '21
+53
在0个频道中
Get PRO
十一月 '21
+240
在0个频道中
Get PRO
十月 '21
+223
在0个频道中
Get PRO
九月 '21
+240
在0个频道中
Get PRO
八月 '21
+395
在0个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 28 十月 | +1 | |||
| 27 十月 | 0 | |||
| 26 十月 | 0 | |||
| 25 十月 | +2 | |||
| 24 十月 | 0 | |||
| 23 十月 | 0 | |||
| 22 十月 | +1 | |||
| 21 十月 | +1 | |||
| 20 十月 | +2 | |||
| 19 十月 | +2 | |||
| 18 十月 | 0 | |||
| 17 十月 | +1 | |||
| 16 十月 | 0 | |||
| 15 十月 | 0 | |||
| 14 十月 | 0 | |||
| 13 十月 | +1 | |||
| 12 十月 | +1 | |||
| 11 十月 | 0 | |||
| 10 十月 | 0 | |||
| 09 十月 | 0 | |||
| 08 十月 | 0 | |||
| 07 十月 | +1 | |||
| 06 十月 | +1 | |||
| 05 十月 | 0 | |||
| 04 十月 | +1 | |||
| 03 十月 | +1 | |||
| 02 十月 | 0 | |||
| 01 十月 | 0 |
频道帖子
🚘 Avtomobillərdə yeni işıq rəngi görməyə hazır olun! Artıq qırmızı, sarı və ağ işıqlara firuzəyi rəng də əlavə olunur.
🚦 Bəs bu işıq nə üçündür?
🤖 Mercedes-Benz bu texnologiyanı artıq ABŞ-də sınaqdan keçirib. Məsələ ilə bağlı ətraflı məlumat videoda.
#ALT404
| 2 | 📱 Sosial şəbəkələrdə yayılan görüntülərdə bir qadının eyni anda bir neçə smartfonu xüsusi qurğu vasitəsilə idarə etdiyi görünür. Telefonların hər birində fərqli məzmun nümayiş olunur.
🤖 Bu cür telefon fermalarından çoxsaylı sosial media hesablarını idarə etmək, onlayn fəaliyyətləri avtomatlaşdırmaq və süni baxışlarla qarşılıqlı əlaqə yaratmaq üçün istifadə edilir.
👀 Belə sistemlərin sayı artdıqca sosial media platformalarında baxışların və bəyənmələrin nə qədərinin real istifadəçilərdən gəldiyi sual doğurur.
#ALT404 | 169 |
| 3 | 🚙 Almaniyada olduqca nadir Lada Niva Marsh modeli satışa çıxarılıb. 2002-ci ildə istehsal edilmiş və sonradan bərpa olunmuş avtomobil üçün 19 999 avro tələb olunur.
🚜 Bu Niva-nı digərlərindən fərqləndirən əsas xüsusiyyət nəhəng təkərləridir. Aşağı təzyiqlə işləyən bu təkərlər avtomobilin ağırlığını daha geniş səthə paylayaraq qar, palçıq və bataqlıq ərazilərdə batma riskini azaldır.
🔧 Amma dəyişikliklər təkərlərlə məhdudlaşmır. Avtomobil xüsusi asqı sistemi, uyğunlaşdırılmış şassi, artırılmış klirens və əlavə qoruyucu konstruksiyalarla təchiz edilib.
🌲 Lada Niva Marsh adi avtomobillərin hərəkət etməkdə çətinlik çəkdiyi yumşaq torpaq, bataqlıq və qarlı ərazilər üçün hazırlanıb. Onun əsas üstünlüyü məhz belə şəraitdə yüksək keçicilik qabiliyyətidir.
💰 Maraqlısı odur ki, bu model məhdud sayda istehsal edilib. Məlumatlara görə, ümumilikdə 1000 ədəddən az Lada Niva Marsh buraxılıb. Buna görə də yaxşı vəziyyətdə olan nümunələrə satışda nadir hallarda rast gəlinir.
#ALT404 #Niva | 37 |
| 4 | 🚍 Azərbaycanda, xüsusilə Bakıda köhnə avtobusların yeniləri ilə əvəzlənməsi prosesi davam edir. Plana əsasən, paytaxtda köhnə avtobusların yenilənməsi 2027-ci ildə başa çatdırılmalıdır.
📊 Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun açıqlamasına görə, son üç ildə Bakıda fəaliyyət göstərən avtobusların sayı 1700-dən təxminən 2600-ə yüksəlib. Bu isə 900 avtobus artımı deməkdir.
🌱 Yeni avtobusların əsas üstünlüklərindən biri onların daha ekoloji təmiz olmasıdır. Nəqliyyat vasitələri arasında sıxılmış təbii qazla (CNG) və elektrik enerjisi ilə işləyən modellər var.
📅 Proqnozlara əsasən, 2026-cı ilin sonunda Bakıda təxminən 500 köhnə avtobus qalacaq. Onların da 2027-ci il ərzində yeniləri ilə əvəzlənməsi planlaşdırılır.
#ALT404 | 53 |
| 5 | 🌬️ Bakıda külək niyə demək olar ki, heç vaxt dayanmır? Sən demə, bunun arxasında çox maraqlı coğrafi səbəblər var imiş!
🌊 Xəzər dənizi, Böyük Qafqaz dağları və atmosfer təzyiqindəki fərqlər Bakıda güclü hava axınlarının yaranmasına şərait yaradır.
💨 Şimaldan əsən soyuq Xəzri və cənubdan gələn isti Gilavar isə paytaxtın ən məşhur küləkləridir. Hətta Abşeronda güclü küləkli günlərin sayı ildə 100–145 günə çata bilir.
🗺️ Bəs bu küləklər necə yaranır və niyə məhz Bakı bu qədər küləklidir? Coğrafi səbəbləri videoda izah etmişik.
#ALT404 #Terminal404 | 69 |
| 6 | 🛒 ABŞ-də Apple mağazasında oğurluqla bağlı yayılan görüntü sosial şəbəkələrdə müzakirələrə səbəb olur. Şəxslərin mağazalara daxil olaraq məhsulları açıq şəkildə götürüb uzaqlaşması halı son dövrlərdə tez-tez təkrarlanmağa başlayıb.
😮 Belə hadisələr insanların ağlına bir sual gətirir: mağaza sahibləri oğruları dayandırmaq üçün niyə silahdan istifadə etmirlər?
⚖️ Məsələ burasındadır ki, ABŞ-də özünümüdafiə qanunları ştatdan ştata fərqlənir. Sadəcə, məhsul oğurlanması əksər hallarda oğruya qarşı ölümcül güc tətbiq edilməsinə hüquqi əsas vermir.
🔫 Silahdan istifadə əsasən insan həyatı üçün ciddi və qaçılmaz təhlükənin mövcud olduğu hallarda hüquqi baxımdan qiymətləndirilir. Bəzi ştatlarda əmlakın müdafiəsi ilə bağlı daha geniş istisnalar olsa da, bu, hər oğurluq zamanı atəş açmağa icazə verildiyi anlamına gəlmir.
🏪 Buna görə də mağazalar oğurluqların qarşısını almaq üçün əsasən təhlükəsizlik kameralarından, mühafizə sistemlərindən və hüquq-mühafizə orqanlarının müdaxiləsindən istifadə edirlər.
#ALT404 | 80 |
| 7 | 🚁 İngiltərədə Fleetwood Town və Arsenal komandaları arasında keçirilən Carabao Cup matçı zamanı qeyri-adi hadisə yaşanıb. Stadionun üzərində görünən dron səbəbindən oyun müvəqqəti dayandırılıb.
⚽ Hadisə Fleetwood şəhərindəki Highbury stadionunda baş verib. Dronun futbol meydançasının yaxınlığında uçması təhlükəsizliklə bağlı narahatlıq yaradıb.
🛡️ Futbol matçları zamanı stadionların üzərində icazəsiz dron uçuşları həm oyunçular, həm də azarkeşlər üçün risk yarada bilər. Bu səbəbdən belə hallarda oyunun müvəqqəti dayandırılması təhlükəsizlik tədbiri kimi tətbiq olunur.
🤔 Dronun kim tərəfindən idarə edildiyi və hansı məqsədlə stadionun üzərinə göndərildiyi barədə dəqiq məlumat yoxdur.
#ALT404 | 79 |
| 8 | 💻 Apple yeni 14 düymlük MacBook Pro və iMac modellərini təqdim edib. Hər iki kompüter şirkətin yeni nəsil M6 prosessoru ilə təchiz olunub.
⚡ M6 çipi gündəlik tapşırıqların daha sürətli yerinə yetirilməsi, proqramların rahat işləməsi və yüksək məhsuldarlıq üçün nəzərdə tutulub.
🎮 Yeni modellərdə qrafik performansına da xüsusi diqqət ayrılıb. Bu isə video montajı, qrafik dizayn və digər resurs tələb edən işlərdə daha yüksək sürət vəd edir.
🤖 Əsas yeniliklərdən biri də süni intellekt imkanlarının genişləndirilməsidir. M6 çipi müəyyən süni intellekt əməliyyatlarını birbaşa cihazda həyata keçirməyə imkan verir. Beləliklə, məlumatların hər dəfə bulud serverlərinə göndərilməsinə ehtiyac qalmır.
🚀 Apple yeni MacBook Pro və iMac modelləri ilə həm gündəlik istifadəçilərə, həm də peşəkar yaradıcı şəxslərə daha güclü kompüter təcrübəsi təqdim etməyi hədəfləyir.
#ALT404 #Apple #M6 #MacBookPro #iMac | 81 |
| 9 | 🚀 Azərbaycanın hava məkanını qoruyan TOR-M2 zenit-raket kompleksi eyni anda dörd fərqli hava hədəfinə qarşı mübarizə apara bilir!
🛡️ 2025-ci ildə Bakıda keçirilən Zəfər paradında nümayiş etdirilən bu sistem təyyarə, helikopter və dronlar kimi hava hədəflərini aşkar etmək və zərərsizləşdirmək üçün nəzərdə tutulub.
🎯 TOR-M2 qısa mənzilli hava hücumundan müdafiə sistemidir. O, təhlükəyə saniyələr ərzində reaksiya verə və mövqeyini dəyişərək müxtəlif ərazilərin müdafiəsini təmin edə bilir.
#ALT404 #Militex | 103 |
| 10 | 🚗 Mercedes-Benz avtomobillərinin bəzi köhnə modellərində olduqca maraqlı bir texnologiya var idi. Ön şüşəni təmizləmək üçün iki deyil, cəmi bir şüşəsiləndən istifadə olunurdu.
🔧 Amma bu, adi şüşəsilən deyildi! “Monowiper” adlanan sistem xüsusi teleskopik mexanizmlə işləyirdi. Şüşəsilən sağa-sola hərəkət etdikcə onun qolu avtomatik olaraq uzanır və qısalırdı.
👀 Nəticədə şüşəsilən adi yarımdairə əvəzinə, M hərfinə bənzər trayektoriya üzrə hərəkət edirdi. Bu texnologiya ön şüşənin 86 faizədək hissəsini təmizləməyə imkan verirdi.
⚙️ Sistem Mercedes-Benz-in W124, W201, W202 və W210 kimi məşhur modellərində istifadə olunub. Məqsəd tək şüşəsilənlə mümkün qədər geniş görmə sahəsini təmiz saxlamaq idi.
🤔 Maraqlısı odur ki, Mercedes sonradan bu mürəkkəb mexanizmdən imtina edərək daha ənənəvi şüşəsilən sistemlərinə qayıtdı.
💡 Bu gün isə həmin texnologiya Mercedes-in avtomobil mühəndisliyinə fərqli yanaşmasını göstərən ən maraqlı həllərdən biri kimi xatırlanır.
#ALT404 #Mercedes | 108 |
| 11 | 🏔️ Naxçıvanda elə bir dağ var ki, insanlar onun dərinliklərinə nəfəs yollarındakı problemləri yüngülləşdirmək üçün üz tuturlar. Bəs Duzdağın sirri nədir?
🌬️ Yeraltı tunellərdə ilboyu sabit temperatur, az tozlu hava və xüsusi mikroiqlim mövcuddur.
🔍 Duzdağın necə fəaliyyət göstərdiyini və bu qeyri-adi müalicə üsulunun arxasındakı elmi videoda izah etmişik.
#ALT404 #Terminal404 | 93 |
| 12 | 🏠 Bir proqramçı DJI Mavic dronunu süni intellektin köməyi ilə evin təhlükəsizliyini təmin edən ağıllı müşahidə sisteminə çevirdiyini bildirib. Bunun üçün Claude Opus 5.5 və REA texnologiyasından istifadə etdiyini açıqlayıb.
🤖 Sistemin iş prinsipi olduqca maraqlıdır. Evdəki təhlükəsizlik siqnalı işə düşdükdə istifadəçinin telefonuna bildiriş göndərilir. O, uçuşu təsdiqlədikdən sonra dron havaya qalxaraq ərazini müşahidə etməyə başlayır.
👀 Dronun kamerasından gələn görüntülər telefonda işləyən süni intellekt modeli tərəfindən analiz olunur. Sistem insanı müəyyənləşdirə, onun hərəkətini izləyə və qısa müddətə maneə arxasında itdikdə yenidən tanımağa çalışa bilir.
📱 Maraqlısı odur ki, müəllifin sözlərinə görə, bütün hesablamalar birbaşa telefonda aparılır. Bunun üçün bulud serverinə ehtiyac yoxdur.
🚁 Sistem dronun insana səkkiz metrdən artıq yaxınlaşmamasını və ərazinin sərhədini keçməməsini nəzərdə tutur. Şəxs uzaqlaşdıqdan sonra dron geri qayıdır.
🎥 X | 0xCodez
#ALT404 | 89 |
| 13 | 📱 Apple-ın ilk qatlanan telefonu iPhone Duo satışa çıxan kimi ekran problemləri ilə gündəmə gəlib!
💥 Bəzi istifadəçilər telefonun qatlanan ekranının menteşə hissəsindən çatladığını bildirirlər. Hətta bir istifadəçi cihazı aldıqdan cəmi 6 saat sonra ekranın qırıldığını iddia edir.
⚠️ Sosial şəbəkələrdə yayılan şikayətlərdə ekran çatları və parlaq xətlərdən bəhs olunur. Bəzi istifadəçilər isə telefonların geri çağırılmasını tələb edirlər.
🔍 Hələlik problemin nə qədər geniş yayıldığı və istehsal qüsurundan qaynaqlanıb-qaynaqlanmadığı məlum deyil.
#ALT404 #iPhone #iPhoneDuo #Apple | 82 |
| 14 | 🔥 Təsəvvür edin, yanğını söndürmək üçün nə suya, nə də kimyəvi maddələrə ehtiyac var. Sadəcə, səs dalğalarından istifadə edilir! 16 yaşlı şagird məhz bu prinsiplə işləyən maraqlı cihaz hazırlayıb.
🔊 İxtiranın əsasını aşağı tezlikli səs dalğaları təşkil edir. Bu dalğalar alovun ətrafındakı havanın hərəkətinə təsir göstərərək yanma prosesini poza və müəyyən şəraitdə alovun sönməsinə səbəb ola bilir.
🧪 Maraqlısı odur ki, cihaz yanğını su ilə soyutmır və üzərinə kimyəvi maddə püskürtmür. Əvəzində, səsin yaratdığı fiziki təsirdən yararlanır.
🏅 Gənc ixtiraçının hazırladığı qurğu İndoneziyada keçirilən müsabiqədə qızıl medala layiq görülüb.
🚒 Bununla belə, səs dalğaları ilə yanğın söndürmə texnologiyası hələ genişmiqyaslı yanğınlarla mübarizədə ənənəvi vasitələri əvəz etmir. Onun effektivliyi alovun ölçüsündən, yanacağın növündən və digər şəraitdən asılıdır.
#ALT404 | 88 |
| 15 | 🌊 15 ildir okeanın dibində həyat yoldaşını axtaran bu adamın hekayəsi insanı təsirləndirir.
💔 2011-ci ildə Yaponiyada baş verən güclü zəlzələ və sunami Yasuo Takamatsunun həyat yoldaşı Yukonu əlindən alıb. Yuko itkin düşməzdən əvvəl ərinə son mesajında evə qayıtmaq istədiyini yazıb.
🤿 Həmin gündən sonra dalğıclığı öyrənən Yasuo həyat yoldaşını tapmaq ümidi ilə 800 dəfə suyun dibinə enib. O, bir gün Yukonu tapacağına inanır.
❤️ Yasuo deyir ki, həyat yoldaşını tapa bilməsə belə, okeanın dibində özünü ona daha yaxın hiss edir və rahatlıq tapır.
#ALT404 | 98 |
| 16 | 📱 Telefon qabı və powerbank bir cihazda birləşsəydi, əlavə enerji daşımağa ehtiyac qalmazdı. Bu konsept telefonun arxa hissəsində yerləşən enerji mənbəyi ilə cihazı istənilən vaxt enerji ilə təmin etməyi nəzərdə tutur.
🔋 Telefon qabının özünü əvvəlcədən enerji ilə doldurmaq mümkündür. Beləliklə, telefonun batareyası zəiflədikdə əlavə enerji mənbəyi birbaşa qabın içindən istifadə oluna bilər.
⚡️ Bu cür həllər gündəlik istifadəni asanlaşdıraraq telefonun enerjisinin bitməsi probleminə praktik alternativ təqdim edir.
#ALT404 | 100 |
| 17 | 📌 Sosial şəbəkələrdə sürücülərə “Sərxoş halda maşın sürməyin, GTA 6-nın çıxmasına cəmi bir ay qalıb” mesajının verildiyi görüntü yayılıb.
🚘 GTA 6 məzmunlu mesajlar sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə, yolda diqqətli olmağa çağırır.
📅 Rockstar Games-in açıqladığı buraxılış tarixinə əsasən, GTA 6-nın 19 noyabr 2026-cı ildə təqdim edilməsi planlaşdırılır. Yəni oyun həvəskarlarının uzun illərdir gözlədiyi tarixə artıq bir aydan az vaxt qalıb.
#ALT404 #GTA6 | 103 |
| 18 | 🔥 Azərbaycanda elə bir bulaq var ki, suyuna kibrit yaxınlaşdıranda alovlanır! Özü də su axmağa davam edir, amma alov sönmür.
💧 Söhbət Astaranın məşhur Yanarbulağından gedir. İlk baxışdan inanılmaz görünən bu hadisənin arxasında isə maraqlı elmi izah dayanır.
🔬 Bəs su niyə yanırmış kimi görünür? Niyə su qaynamır və alov necə olur ki, sönmür?
🎥 Bu qeyri-adi təbiət hadisəsinin sirrini #Terminal404 rubrikasında izah etməyə çalışmışıq.
#ALT404 | 94 |
| 19 | 🚴 Fransada bəzi Uber Eats kuryerlərinin daha yüksək qazanc əldə etmək üçün maraqlı üsuldan istifadə etdiyi bildirilir. Onlar aşağı ödənişli sifarişləri qəbul etmək əvəzinə, bir neçə telefondan istifadə edərək ardıcıl şəkildə rədd edirlər.
📱 Məsələ burasındadır ki, sifariş uzun müddət kuryer tapmadıqda platformanın alqoritmi çatdırılma üçün təklif etdiyi ödənişi artıra bilir.
💶 Paylaşılan görüntülərə əsasən, bu üsuldan istifadə edən miqrant kuryerlər aşağı qiymətli sifarişlərin ödənişini 15 avroya, hətta daha yüksək məbləğə çatdırmağa çalışırlar.
🤖 Beləliklə, kuryerlər alqoritmin iş prinsipindən öz xeyirlərinə yararlanırlar. Sistem sifarişin çatdırılması üçün daha yüksək məbləğ təklif etdikdə isə onu qəbul edirlər.
🛵 Bu hadisə rəqəmsal platformalarda qiymətlərin necə formalaşdığını və istifadəçilərin alqoritmlərin qərarlarına necə təsir göstərə bildiyini nümayiş etdirir. Bunun nə dərəcədə geniş yayıldığı isə məlum deyil.
#ALT404 | 88 |
| 20 | 🌐 İranın sualtı internet kabellərini hədəf almaqla bağlı təhdidləri dünyada ciddi narahatlıq yaradıb. Bəs bu təhlükə Azərbaycanda da internetin kəsilməsinə səbəb ola bilərmi?
🌊 Hörmüz boğazından keçən mühüm internet kabellərinin zədələnməsi Fars körfəzi ölkələrində rabitə, bank əməliyyatları və digər rəqəmsal xidmətlərə ciddi təsir göstərə bilər.
🇦🇿 Bəs Azərbaycanın interneti bu kabellərdən nə qədər asılıdır? Ölkəmizin beynəlxalq internet bağlantısı hansı marşrutlarla təmin olunur?
#ALT404 | 93 |
