Operativ Media
📈 تحلیل کانال تلگرام Operativ Media
کانال Operativ Media (@operativmedia) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 82 632 مشترک است و جایگاه 3 149 را در دسته اخبار و رسانهها و رتبه 13 را در منطقه أذربيجان دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 82 632 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 04 سپتامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -1 346 و در ۲۴ ساعت گذشته برابر -485 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید شده (به صورت رسمی توسط تلگرام)
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 10.86% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 10.43% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 9 015 بازدید دریافت میکند. در اولین روز معمولاً 8 663 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 4 است.
📝 توضیح و سیاست محتوایی
نویسنده این فضا را محل بیان دیدگاههای شخصی توصیف میکند:
“Bizdən xəbər al!
Əlaqə: @operativadmin”
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 05 سپتامبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته اخبار و رسانهها تبدیل کردهاند.
در حال بارگیری داده...
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 05 سپتامبر | 0 | |||
| 04 سپتامبر | 0 | |||
| 03 سپتامبر | 0 | |||
| 02 سپتامبر | 0 | |||
| 01 سپتامبر | +875 |
| 2 | 🥋 Azərbaycan cüdoçusu Süleyman Şükürov gənclər arasında keçirilən Avropa çempionatının finalında almaniyalı Konstantin Distelə ipponla qalib gələrək karyerasında ikinci dəfə Avropa çempionu oldu. | 620 |
| 3 | Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib.
Qərar ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədardır. | 1 378 |
| 4 | BDYPİ: Skuterlərin ümumi istifadədə olan avtomobil yollarında yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət edilməklə yalnız yolun sağ kənar zolağı ilə hərəkətinə icazə verilir.
● Skuterlərin avtomagistrallarda hərəkəti qadağandır.
● Həmçinin skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması və sükanı tutmadan hərəkət etməsi yolverilməzdir.
● Bir skuterdə iki nəfərin hərəkət etməsi tarazlığın saxlanılmasını və nəqliyyat vasitəsinin idarə edilməsini çətinləşdirir, yıxılma və toqquşma ehtimalını artırır.
● Səkilərdə piyadaların arasından sürətlə keçmək isə xüsusilə uşaqlar, yaşlılar və hərəkət imkanları məhdud şəxslər üçün ciddi təhlükə törədir. | 5 365 |
| 5 | ⚽️ "Sabah" klubu Çempionlar Liqasında ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirəcək.
● 13 oktyabr | 20:45 | II tur: "Sabah" – "Slaviya" (Çexiya)
● 20 oktyabr | 20:45 | III tur: "Sabah" – "Borussiya Dortmund" (Almaniya)
● 25 noyabr | 21:45 | V tur: "Sabah" – "Barselona" (İspaniya)
● 20 yanvar | 21:45 | VII tur: "Sabah" – "Napoli" (İtaliya) | 6 557 |
| 6 | Nikol Paşinyan Türkmənistanda oktyabrda keçiriləcək MDB iclasında iştirak edəcək. | 6 002 |
| 7 | ⚡İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə xoş sözlərinə və iki ölkə arasında mövcud olan səmimi dostluğa görə təşəkkür edib. | 6 359 |
| 8 | Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası "20 Sentyabr" adlandırılacaq. | 9 214 |
| 9 | OBA yeni layihəsi — “Qonşuda Ulduz Var” ilə Azərbaycan bölgələrinə yola çıxır
● Sevilən ulduzlar təkcədə səhnədə və ya televiziyada deyil, elə qonşuluqdakı OBA-da qarşınıza çıxa bilər.
● “Qonşuda Ulduz Var” çərçivəsində OBA və ulduzlar Azərbaycanın müxtəlif bölgələrinə səfər edərək yerli müştərilərlə görüşür, onlara gözlənilməz anlar yaşadır. | 9 265 |
| 10 | Dönər hazırlanmasında yeni sanitariya və gigiyena normativləri müəyyənləşib
● Hazır dönərin istehlakçıya satışı zamanı onun temperaturu 65 dərəcədən aşağı olmamalıdır.
● Həmçinin bişmiş dönər hazırlandığı andan etibarən ən çoxu 1 saat ərzində istehlak edilməlidir.
● Bişmiş dönər istehlakçıya qida təhlükəsizliyi tələblərinə cavab verən paket və ya qablarda təqdim edilməlidir.
● Bişmiş dönərə əlavə edilən mayonez, ketçup və digər souslar isə 4 dərəcə temperaturda soyuq rejimdə saxlanılmalıdır. | 10 866 |
| 11 | ⚡Prezidentin Sərəncamları ilə:
● Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib
● Anar Keykavus oğlu Əcəmov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. | 9 076 |
| 12 | AYNA: Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində yol hərəkətinin təşkilində dəyişiklik olunacaq | 9 145 |
| 13 | 2 təqsirləndirilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
● Nahid Əlicanlı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınmasına görə axtarışa verilib
● Renad Orucov xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində axtarış elan edilib
● Hər iki şəxs Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətiriliblər. | 9 150 |
| 14 | ⚡Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb
● Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayətini törətməsinə, habelə aksiz markası ilə markalanmalı olan həmin yükü markalanma olmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.
● Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Tağıyev Ənvər Həsən oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. | 8 930 |
| 15 | Operativ Media 6 yaşını qeyd edir | 8 792 |
| 16 | Bu il Bakıda keçiriləcək Süni İntellekt Zirvəsində ABŞ və Avropadan beynəlxalq mütəxəssislərin də iştirakı planlaşdırılır
● Xüsusilə Microsoft ekosistemində süni intellekt istiqamətində çalışan ekspertlər Azərbaycana dəvət olunub və onlar həm əsas səhnədə çıxışlar, həm də daha praktik formatda masterklasslar keçirəcəklər.
● Tədbirdə iştirak və ətraflı məlumat üçün www.aisummit.az saytına daxil ola bilərsiniz.
● "Operativ Media" 11 noyabrda keçiriləcək Süni İntellekt Zirvəsinin media tərəfdaşıdır. | 5 672 |
| 17 | 🔴Baku Electronics-də Qırmızıya Gəl, sərfəli şərtlərdən yararlan!
🔴70%-dək endirim fürsəti sizi gözləyir!
🔴4, 5 və 6 sentyabr tarixlərində Baku Electronics-də “Qırmızı Şənbə” kampaniyası çərçivəsində nağd alışlarda 70%-dək endirim, üstəlik endirimli qiyməti komissiyasız və faizsiz 18 ayadək bölmək imkanı ilə seçdiyiniz məhsulları daha rahat şəkildə əldə edə bilərsiniz.
💠 Kampaniya müddətində seçilmiş məhsulları xüsusi qiymətlərlə əldə etmək mümkündür:
🔹Elektrik çaydan — 59.99 AZN deyil, 19.99 AZN
🔹Planşet — 429.99 AZN deyil, 329.99 AZN
🔹Robot tozsoran — 1999.99 AZN deyil, 799.99 AZN
🔹Notbuk — 1799.99 AZN deyil, 1249.99 AZN
🔹İstər eviniz üçün yeni məişət texnikası, istər şəxsi istifadəniz üçün elektronika, istərsə də gündəlik həyatınızı daha rahat edən texnologiyalar axtarırsınızsa, yalnız 3 gün keçərli olan bu fürsəti qaçırmayın.
🔻Təkliflərdən bakuelectronics.az saytında, mobil tətbiqdə və Baku Electronics mağazalarında, həmçinin Seven Space və Motoverse-də yararlanmaq mümkündür. | 6 046 |
| 18 | ⚡️İlham Əliyev: Baş nazir Giorgia Melonini İtaliya Respublikası tarixində ən uzun müddət xidmət edən Baş nazir olması münasibətilə səmimi qəlbdən təbrik edirəm.
● Bu tarixi mərhələ onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının etimadını əks etdirir.
● Baş nazir Meloninin Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsindəki şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirirəm.
● Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da dərinləşəcək və genişlənəcək. | 8 240 |
| 19 | MEDİA: “Nexta” kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycan Respublikasının Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılıb.
● Təhlillər göstərir ki, baş verənlər vahid mərkəzdən idarə oluna hibrid informasiya kampaniyasının tərkib hissəsidir.
● Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrid müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır. | 6 425 |
| 20 | 🥋Azərbaycan cüdoçusu Məhəmməd Musayev gənclər arasında ikiqat Avropa çempionu oldu.
O, qitə birinciliyinin
finalında serbiyalı rəqibi Marko Yorqiçə ipponla qalib gəldi. | 6 357 |
