Ormilitarism
Ir al canal en Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Mostrar más7 302
Suscriptores
-424 horas
-237 días
-6730 días
Archivo de publicaciones
7 302
Abbas Araqçı helikopterin İran tərəfindən vurulmadığını qeyd edib.
Bu açıqlamadan sonra elə düşünmək olar ki, patrul zamanı Şahed ilə rastlaşan Apache helikopteri onu zərərsizləşdirmək üçün atəş açıb.
Ukrayna müharibəsinin ilk mərhələsində də oxşar vəziyyətlər yaşanırdı. Pilotlar dron və ya digər hədəfləri birbaşa öz uçuş istiqamətlərində vururdu.
7 302
Biz çoxdan yazmışdıq…
Ken Klippenstein tərəfindən əldə edilən yerləşdirmə sənədlərinə görə, 2-ci batalyon, 501-ci piyada alayının əsgərləri 2026-cı ilin aprelində müvəqqəti xidmət üçün İsrailə göndərilib.
Hərbi mənbənin bildirdiyinə görə, bu yerləşdirmə ABŞ–İsrail arasında İranla bağlı əməliyyat ssenarilərini nəzərdə tutan yeni planlarla əlaqəlidir və bu planlara Xark adasının ələ keçirilməsi də daxildir.
7 302
İran raketinin İsrailin şimalındakı Ramat David hava bazasına düşməsi qeydə alınıb.
Zərbə nəticəsində ehtimal ki, anbar və ya saxlama binası məhv edilib.
7 302
Almaniya və Fransa FCAS/SCAF proqramının mərkəzində olan birgə qırıcı təyyarə (NGF) layihəsini faktiki olaraq dayandırıb. Səbəb olaraq Dassault və Airbus arasında iş bölgüsü və intellektual mülkiyyət hüquqları üzrə razılığın əldə olunmaması göstərilir.
100 milyard avrodan çox dəyəri olan və Avropanın “strateji müstəqillik” ambisiyalarının əsas layihəsi sayılan bu pilotlu qırıcı proqramı indiki formada faktiki olaraq iflic vəziyyətə düşüb.
7 302
Jurnalist: “Apache helikopterinin vurulmasına ABŞ-ın cavab verməli olduğunu demişdiniz, hələ də eyni fikirdəsiniz?”
Prezident Trump: “Mən heç nə etməyə məcbur deyiləm. Bütün üstünlüklər bizim əlimizdədir. Etməyə bilərəm — amma baxın, yəqin ki edəcəyik, yaxşı? Onlar belə şeylər edə bilməz.”
7 302
Vaxtilə bu kişilər sizdən boş yerə ayrılmaq istəmirdi. Böyük Britaniya tarixinin ən rəzalət dövrünü yaşayır.
7 302
Böyük Britaniyada Henry Nowakın qətlindən sonra ölkədə baş verən növbəti ağır hadisə. Bir afrikalı qaçqın yerli sakinə hücum edib və zərərçəkəni yerə yıxaraq, ona bıçaqla ağır xəsarətlər yetirib. Yerli sakin nəticədə həyatını itirib.
7 302
ABŞ-ın Apache helikopterini vuran İran PUA-sı dedikləri böyük ehtimalla 358 olub.
Bu sistem həm PUA, həm də hava hücumundan müdafiə raketinin qarışığıdır.
Bundan başqa, ən real ssenari odur ki, Apache helikopteri Shahed-136 dronlarını vurmağa çalışarkən qəza edib.
7 302
ABŞ helikopterinin İranın kamikadze dronu tərəfindən vurulduğu bildirilir.
Bunun qəsdən edilib-edilmədiyi isə hələlik məlum deyil
7 302
Prezident Tramp deyib ki, İran Hörmüz boğazında ABŞ-a məxsus AH-64 Apache helikopterini vurub. O bildirib ki, ABŞ buna mütləq cavab verməlidir.
7 302
+1
Moskva yaxınlığında yerləşən Balaşixa şəhərində avtomobil partlayışı baş verib və ilkin məlumatlara görə partlayıcı qurğu əvvəlcədən BMW X3 markalı avtomobilə yerləşdirilib, nəqliyyat vasitəsi dayanacaqdan çıxandan bir neçə saniyə sonra işə düşüb, avtomobil təxminən 50 metr hərəkət etdikdən sonra güclü partlayışla məhv olub.
Hadisə nəticəsində sürücü aldığı qəlpə yaralarından həyatını itirib və onun 62 yaşlı general-leytenant olduğu bildirilir, eyni zamanda hadisə yerində ardıcıl iki partlayışın baş verdiyi qeyd olunur.
Partlayış Balaşixanın Koldunov küçəsi 10 ünvanında qeydə alınıb və bu bina bir il əvvəl Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-mayor Yaroslav Moskalikin avtomobilinin partladıldığı yerdən cəmi bir neçə yüz metr məsafədə yerləşir.
7 302
Zaparojedə dayanacağa zərbə emdirdiyi deyilən dronun görüntülərinə baxarkən görmək olar ki, dron havada vurulub.
7 302
+1
Ukrayna bildirir ki, Odessa vilayətinin iki hissəsini birləşdirən və mühüm əhəmiyyət daşıyan Zatoka körpüsünə “Geran” kamikadze dronları və UMPK ilə təchiz olunmuş FAB bombaları ilə zərbələr endirilib.
Sonuncu dəfə oxşar dronlar və bombalarla Rusiya Hərbi-Kosmik Qüvvələri bu körpünü 2025-ci ilin dekabrında vurmağa çalışmışdı. Lakin yenə də nümayiş xarakterli zərbələrlə məhdudlaşmış, keçidin tam məhv edilməsi təmin edilməmişdi. İndi isə Ukrayna Silahlı Qüvvələrinin Krımın logistikasını zəiflətməsindən sonra qərargahlarda bu körpü yenidən xatırlanıb.
Bir az orada, bir az burada zərbə endirilir, amma heç bir istiqamətdə iş sona çatdırılmır.
7 302
Eyni zamanda, fasiləsiz və ucuz idarəetmə kanalı təmin edən “Starlink” kimi sistemin analoqunun olmaması da hərəkətdə olan hədəflərə qarşı uzaq məsafədən effektiv zərbələri çətinləşdirir.
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
