Ormilitarism
Ir al canal en Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Mostrar más7 303
Suscriptores
-424 horas
-237 días
-6730 días
Archivo de publicaciones
7 302
+3
Ukrayna logistikasına zərbələr Pavloqrad–Pokrovsk və Apostolovo–Nikopol magistralları istiqamətində də başlayıb.
Daha əvvəl Ukrayna bildirirdi ki, Rusiya dronları Sumi ilə Xarkov arasındakı yolda yük maşınlarını hədəfə almağa başlayıb.
Hazırda bu zərbələr məhdud xarakter daşıyır və əsasən cəbhəyanı yolları əhatə edir. Bu, Krım və yeni ərazilərin logistikasına qarşı həyata keçirilən hücumlara cavab kimi qiymətləndirilir. Lakin əsas sual budur ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın hər hansı regionunda oxşar miqyasda logistikanı zəiflədə biləcəkmi. Çünki orta mənzilli, nisbətən ucuz idarə olunan dronlarla kütləvi zərbə imkanları məhduddur və bu ərazilərdə Krıma gedən yol kimi “dar boğaz” nöqtələri yoxdur.
Çox güman ki, Ukrayna logistikası daha çox FPV dronların effektiv məsafəsində (təxminən 20 km) və maksimum “Molniya” tipli vasitələrin çatdığı zonalarda (təxminən 50 km) zərər görəcək. 100–150 km dərinliyə isə hələlik kütləvi və ucuz vasitələrlə təsir etmək imkanı yoxdur.
7 302
İran isə cavaba cavab olaraq İsrailə növbəti ballistik raketlər partiyasını buraxıb. Onların yalnız bir hissəsi Yerusəlim və Beer-Şeva ərazilərinə çatıb, digərləri isə havada məhv edilib.
7 302
+5
Gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri ballistik raket zərbələrinə cavab olaraq İran ərazisinə zərbələr endirib.
Məlumata görə, İsfahandakı raket bazasında, Tehrandakı Mehrabad hava limanında, Mahşəhrdə neft-kimya zavodunda, həmçinin Kirmanşah və Təbrizdə partlayışlar baş verib.
7 302
Hindistanın “Pinaka” reaktiv yaylım atəşi sistemi (Ermənistanda “Şant” adı ilə) Ermənistan ordusunun silahlanmasında.
7 302
+6
ABŞ-ın Ukrayna üçün ERAM proqramı çərçivəsində hazırladığı yüksək dəqiqlikli sursatın ilk istifadəsi qeydə alınıb.
ABŞ-ın Zone 5 Technologies şirkətinə məxsus CAGE kodlu 8 elementli CRPA antenasının fotoları yayılıb.
Məhz Zone 5 Technologies ERAM proqramı üzrə Amerika podratçılarından biridir və bu proqram çərçivəsində təxminən 930 km uçuş məsafəsinə və 225 kq döyüş başlığına malik AGM-188A Rusty Dagger raketlərini istehsal edir.
Bu raketlərin istehsalçısına aid mübarizə sistemlərinin antena qalıqlarının ortaya çıxması Ukraynaya ERAM sursatlarının tammiqyaslı tədarükündən əvvəl yəni 2026-cı ilin oktyabrına planlaşdırılan mərhələyə qədər, qoşun sınaqları üçün eksperimental partiyanın göndərilmiş ola biləcəyini göstərə bilər.
7 302
Rusiyaya məxsus “Shahed” tipli pilotsuz uçuş aparatı Zaporojyedə avtobus dayanacağına zərbə endirib.
2 nəfər həlak olub, 15 nəfər yaralanıb.
7 302
Fransa və Kipr bu gün Nikosiyada Qüvvələrin Statusu haqqında saziş imzalayıb. Sazişə əsasən, Fransa hərbçilərinə adada təlim keçmək və fəaliyyət göstərmək icazəsi verilir. Nikosiya bunun yalnız “humanitar məqsədlər” daşıdığını bildirir.
Türkiyə isə bunun adadakı balansı pozduğunu xəbərdar edir. Şimali Kipr Türk Respublikası isə razılaşmanı “etibarsız və qüvvəsiz” adlandırır.
7 302
Bu səhər Latviya üzərində Fransaya məxsus “Rafale” qırıcısı Ukraynaya aid kamikadze dronunu vurub.
7 302
Repost from 44th Ranger Regiment
İsrailin İrana zərbələri:
HHM sistemləri hədəfə alınıb…
🌐@GSSR44
7 302
Atəşkəsin başlanmasından bəri İran Küveytə, Bəhreynə, Birləşmiş Ərəb Əmirliklərinə, ABŞ bazalarına və hərbi obyektlərinə, indi isə İsrailə zərbələr endirib.
Və dünyanın yeganə hərbi supergücünün lideri müttəfiqləri hücuma məruz qalıb bombalanarkən nə edir?
O, başlatdığı bu fəlakətli münaqişəni bitirməyə imkan verəcək razılaşma üçün israrla çalışır və hətta bu gün İsrail bombalandıqdan sonra Bibiyə İrana cavab verməməyi emosional şəkildə tapşırır.
Müharibənin başlanmasından bəri Yaxın Şərqdə güc balansının nə qədər kəskin dəyişdiyini ifadə etmək çətindir,
İran artıq regional hegemon kimi çıxış edir, Hörmüz boğazına nəzarət edir, İstədiyi tərəfi bombalayır, ABŞ-a şərtlər diktə edir, Hətta ABŞ-ı İsraili öz iradəsinə tabe etdirməyə məcbur edir.
7 302
Tramp:
“İranla yekun razılaşmaya çox yaxınıq. Bu yaxşı bir razılaşma olacaq. Hazırda baş verənlərə görə bunun pozulmasını istəmirəm.”
“İndi Bibiyə zəng edəcəyəm və cavab verməməsini deyəcəyəm. Hər iki tərəf artıq edəcəyini etdi. İsrail öz hücumunu həyata keçirdi, İran da öz hücumunu etdi. Daha artığına ehtiyac yoxdur.”
“Əgər Netanyahu İrana cavab versə, vəziyyət son 47 ildə və ya son 3000 ildə olduğu kimi davam edəcək.”
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
