Orxan Məmmədov (Səfəvi-1)
Bu kanalda: 🟢 Orxan Məmmədovun fərqli təhlilləri ilə tanış olacaqsınız 🟢Dünyada baş verən maraqlı hadisələrdən xəbərdar olacaqsınız 🟢📙 Fərdi inkişafa kömək edəcək kitablarla (audio və PDF) tanış olacaqsınız Rus dilində https://t.me/orxan_mamedov_rus
Show more📈 Analytical overview of Telegram channel Orxan Məmmədov (Səfəvi-1)
Channel Orxan Məmmədov (Səfəvi-1) (@qaf_simurq) in the Azerbaijani language segment is an active participant. Currently, the community unites 18 388 subscribers, ranking 10 686 in the Education category and 227 in the Azerbaijan region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 18 388 subscribers.
According to the latest data from 07 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -537 over the last 30 days and by -19 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 9.13%. Within the first 24 hours after publication, content typically collects 5.19% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 1 680 views. Within the first day, a publication typically gains 954 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 86.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“Bu kanalda:
🟢 Orxan Məmmədovun fərqli təhlilləri ilə tanış olacaqsınız
🟢Dünyada baş verən maraqlı hadisələrdən xəbərdar olacaqsınız
🟢📙 Fərdi inkişafa kömək edəcək kitablarla (audio və PDF) tanış olacaqsınız
Rus dilində
https://t.me/orxan_mamedo...”
Thanks to the high frequency of updates (latest data received on 08 October, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Data loading in progress...
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 08 October | 0 | |||
| 07 October | 0 | |||
| 06 October | 0 | |||
| 05 October | 0 | |||
| 04 October | +1 | |||
| 03 October | +2 | |||
| 02 October | 0 | |||
| 01 October | +1 |
| 2 | Bu günlərdə baş verən hadisələr fonunda bu kitabı təzədən oxuyun | 733 |
| 3 | https://t.me/pdf_dini_kitablar | 732 |
| 4 | Quldarlığın tarixi qamçının yox olması ilə başa çatmır. Sadəcə qamçı dəyişir: bir dövrdə dəmirdən, başqa dövrdə ehtiyacdan, daha sonra borcdan, arzudan, məlumatdan və alqoritmdən hazırlanır. | 834 |
| 5 | Qədim quldar insanın bədənini satın alırdı. Feodal onun torpaqdan asılılığından istifadə edirdi. Sənaye kapitalizmi onun əmək qüvvəsini bazara çıxardı. İstehlak sistemi arzularını iqtisadi dövriyyəyə daxil etdi. Borc sistemi gələcək gəlirlərini öhdəliyə bağladı. Rəqəmsal iqtisadiyyat isə onun diqqətini və məlumatlarını iqtisadi resursa çevirdi...
Tezliklə sizə "GÖRÜNMƏYƏN QANDALLAR: Əsarətin dəyişən formaları" kitabını təqdim edərik.
Orxan Məmmədov | 840 |
| 6 | ...Məhz burada müasir quldarlıq əvvəl danışdığımız “qulun tərbiyəsi” mərhələsinə çatır. Sistem artıq sadəcə itaət edən insan istəmir. Ona işləyən, istehlak edən, verilmiş meyarlarla özünü qiymətləndirən və bütün bunları öz azad seçimi hesab edən insan lazımdır. Belə insanın ayağında qandal yoxdur. Onu işə aparan nəzarətçi də yoxdur. O, səhər özü oyanır, özü işləyir, özü istehlak edir, özü yarışır və özü yorulur. Hətta bütün bunları etməyi öz azadlığının sübutu hesab edir...
Tezliklə sizə "GÖRÜNMƏYƏN QANDALLAR: Əsarətin dəyişən formaları" kitabını təqdim edərik.
Orxan Məmmədov | 842 |
| 7 | Ayətullah Müctəba Tehraninin əxlaq kitabından oxuyuruq. Səh. 71-72
Xəbərçilik, söz gəzdirməklik qəbir əzabına səbəb olur | 884 |
| 8 | Ayətullah Müctəba Tehraninin əxlaq kitabından oxuyuruq. Səh-69-70
Söz gəzdirmək böyük günahlardandır | 940 |
| 9 | Yeni video
Seyyid Həsən Nəsrullah bir almaz idi
Şeyx Orxan Məmmədov | 999 |
| 10 | Ayətullah Müctəba Tehraninin kitabından oxuyuruq. Səh-68-69
Söz gəzdirmək və xəbərçilik qan tökəbbilər | 1 026 |
| 11 | Yeni video
Allahın əmanətlərini qorumaq
Şeyx Orxan Məmmədov | 1 138 |
| 12 | Nə fikirləşirsiniz? Əliyevlər ailəsinin oynadığı "rus ruleti" sona çatır, ya yox? | 3 224 |
| 13 | İsrail Türkiyə geopolitik qarşıdurması həqiqətən var. Bu qarşıdurmada uzunburunlar fəsiləsi primatlara (qovulmuş meymunlara) yaxınlıq edir. | 1 435 |
| 14 | İlham Əliyev yenə danışıb. Pulumuzla silah almışıq, heç kim bizə kömək etmədi və s...
Birinci, yalan deyir. Dədəsinin cib xərcini də İran verirdi.
İkinci, İsraildən Azərbaycana silah istehsalının xəttinin gəlmədi haqqında məlumat var. Deməli, yəhudilər Azərbaycanı israildən daha çox təhlükəsiz hesab edirlər.
Nə isə...
Bu adam nə desə, hiylə üzündən danışır. Həyatı belə qurulub. | 1 464 |
| 15 | Günah kimdədir?
YouTube Tik-Tok İnstaqram
Facebook Telegram Whatsapp | 1 168 |
| 16 | Ayətullah Müctəba Tehraninin əxlaq kitabından oxuyuruq. Səh- 66-67
Sözgəzdirənlər möminlər arasında qardaşlıq rabitəsini aradan aparırlar | 1 156 |
| 17 | Bu fəsli mütləq mütaliə edin.
Müharibə nəsilləri haqqında məlumat veririk.
Səh. 128-153 | 1 178 |
| 18 | Rusiya–Ukrayna müharibəsi yeni müharibə nəzəriyyələri kontekstində
Müharibələrin nəsillər üzrə təsnifatı.
Ukraynada gedən müharibənin hansı nəsil müharibəyə aid olduğunu müəyyənləşdirməzdən əvvəl müxtəlif müharibə nəsilləri haqqında qısa məlumat verməyi məqsədəuyğun hesab edirik. İlk baxışdan bu mövzu əsas istiqamətimizdən müəyyən qədər kənar görünə bilər. Lakin ümumi oxucu kütləsi üçün müharibə nəsillərinin mahiyyətini anlamaq həm Ukraynada baş verənləri, həm də qarşıdakı bölmələrdə toxunacağımız müasir müharibə formalarını daha dəqiq dərk etməyə kömək edə bilər. Hər halda, son illərin hadisələri dünyada hərbi qarşıdurmaların yenidən beynəlxalq münasibətlərin mühüm elementlərindən birinə çevrildiyini göstərir. Müharibə və hərbi gərginlik anlayışları tədricən gündəlik siyasi, iqtisadi və ictimai həyatımıza daha çox daxil olur. Bu baxımdan oxucunun müəyyən qədər vaxtını alaraq müharibələrin tarixi inkişaf mərhələlərinə və onların nəsillər üzrə təsnifatına qısaca nəzər salmağı faydalı hesab edirik. Əlbəttə, burada məqsəd müharibə nəsilləri nəzəriyyəsini bütün elmi incəlikləri ilə araşdırmaq deyil. Mövzu haqqında daha geniş və dəqiq təsəvvür əldə etmək üçün müvafiq akademik və hərbi-nəzəri mənbələrə müraciət etmək lazımdır. Burada isə əsas məqsəd sonrakı bölmələrin daha aydın başa düşülməsi üçün oxucuya zəruri nəzəri çərçivəni təqdim etməkdir.
Müharibələrin “nəsillər” üzrə təsnifatı müharibə anlayışının zamanla necə dəyişdiyini izah etməyə çalışan hərbi-nəzəri çərçivələrdən biridir. Bu yanaşma müharibəni yalnız silahların gücü və döyüş meydanında baş verən fiziki qarşıdurma ilə məhdudlaşdırmır, onu eyni zamanda strateji düşüncə, hərbi doktrina, texnologiya, ideologiya, ictimai təsir və informasiya mühiti ilə əlaqəli kompleks proses kimi izah etməyə çalışır. Bu model bütün hərbi nəzəriyyəçilər və hərbi məktəblər tərəfindən universal təsnifat kimi qəbul edilmir. Xüsusilə dördüncü və beşinci nəsil müharibələrin sərhədləri, onların əvvəlki müharibə formalarından həqiqətən yeni “nəsil” təşkil edib-etməməsi ətrafında elmi mübahisələr mövcuddur. Buna baxmayaraq, model müharibənin tarixi transformasiyasını izah etmək üçün istifadə edilən analitik vasitələrdən biri olaraq qalır. “Müharibələrin nəsilləri” anlayışının məşhur forması 1989-cu ildə William S. Lind, Keith Nightengale, John F. Schmitt, Joseph W. Sutton və Gary I. Wilson tərəfindən irəli sürülmüşdür. Onların The Changing Face of War: Into the Fourth Generation — “Müharibənin dəyişən siması: Dördüncü nəslə doğru” adlı məqaləsi 1989-cu ildə Marine Corps Gazette jurnalında dərc edilmiş və sonradan hərb nəzəriyyəsində geniş müzakirələrə səbəb olmuşdur. Məqalənin əsas məqsədi müasir müharibənin inkişafını üç əvvəlki nəsil üzrə sistemləşdirmək və meydana çıxmaqda olduğu düşünülən dördüncü nəsil müharibənin mümkün xüsusiyyətlərini müəyyənləşdirmək idi. Bu yanaşmada müharibənin inkişafı taktika və texnologiyanın dəyişməsi ilə yanaşı, dövlətin, ordunun və cəmiyyətin müharibədə oynadığı rolun dəyişməsi ilə əlaqələndirilir. | 1 222 |
| 19 | Onların hicabına əl uzadanın əlin kəsərəm!
#10
🔵 Yeni kampaniya
BALACA QƏHRƏMANLAR
✅Gələcəyin Azərbaycanını bu gündən inşa etməyə başla
✅Bu kampaniyanın məqsədi bizdən sonrakı nəsilin, yaşayacağı Azərbaycanı indidən öz əlləri ilə inşa etməsidir. Onlar, sahibi olduqları bu ölkəni azyaşlı olmalarına baxmayaraq xilas etməli və azadlıqlarını elə bu kiçik yaşlarından qazanmalıdırlar.
✅Bunun üçün sadəcə azyaşlı övladınızın hicaba azadlıq videosunu çəkin və paylaşılması üçün bizə göndərin. Əmin olun ki, övladınız böyüyəndə öz videosuna baxıb onu belə ruhiyyədə böyütdüyünüz üçün sizinlə fəxr edəcək.
Bizimlə teleqramda əlaqə üçün link 🔗
@PDF_Kitabxana_admin
✅Əziz #xalq_mediası fəalları, kampaniyanın çox insana çatması üçün paylaşaraq bizə dəstək olun.
#balaca_qəhrəmanlar | 845 |
| 20 | Kitabın adı: Rusiya–Ukrayna müharibəsi: Tarix, geosiyasət və gələcəyin müharibəsi
Müəllif: Orxan Məmmədov
Bu müharibə təkcə ərazi uğrunda deyil, tarix və gələcək uğrunda aparılan mübarizədir.
Rusiya–Ukrayna müharibəsi XXI əsrin ən mühüm hərbi-siyasi qarşıdurmalarından biridir. Onun əhəmiyyəti yalnız Rusiya və Ukrayna arasında gedən ərazi mübarizəsi ilə məhdudlaşmır. Bu müharibə postsovet məkanında illər ərzində yığılan ziddiyyətləri üzə çıxarmış, eyni zamanda müasir müharibənin necə dəyişdiyini göstərən böyük bir təcrübəyə çevrilmişdir.
Kitabda Rusiya–Ukrayna qarşıdurması tarixi köklərindən başlayaraq coğrafiya, geosiyasət, iqtisadiyyat, din və kimlik məsələləri kontekstində geniş şəkildə təhlil olunur. Müasir döyüş meydanında dronlar, süni intellekt, elektron və informasiya müharibəsi, sənaye gücü və ictimai dözümlülük kimi amillərin rolu ayrıca araşdırılır.
Əsər Ukrayna müharibəsinə yalnız bu günkü qarşıdurma kimi deyil, keçmişin müharibə üsulları ilə gələcəyin hərbi texnologiyalarının qarşılaşdığı böyük bir dönüş nöqtəsi kimi yanaşır.
AZƏRBAYCAN ARAŞDIRMA MƏRKƏZİ | 738 |
