en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

NCERT Azərbaycan

NCERT Azərbaycan

Open in Telegram

The National CERT of Azerbaijan is one of the operational directions of the National Cybersecurity Agency. Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (Milli CERT) Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyət istiqamətlərindən biridir.

Show more
5 132
Subscribers
No data24 hours
-227 days
-14830 days
Posts Archive
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "1Password" platformasında baş vermiş təhlükəsizlik insidenti ilə bağlı istifadəçilə
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "1Password" platformasında baş vermiş təhlükəsizlik insidenti ilə bağlı istifadəçiləri diqqətli olmağa çağırır. Ətraflı:https://ncert.az/xeberdarliqlar/1password-platformasina-hucum-fonunda-saxta-berpa-ve-devet-e-poctlarina-qarsi-xeberdarliq #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq
26 Nov, 07:17

Rəqəmsal mühitdə kibertəhlükəsizlik insidenti ilə qarşılaşdıqda özəl sektorun nümayəndələri Milli CERT-ə necə müraciət edə bilər? Milli CERT-in www.ncert.az veb-resursu vasitəsilə özəl sektor üçün nəzərdə tutulmuş insident bildiriş formasının doldurulması qaydası ilə bağlı video təlimatımızı izləyin. Kibertəhlükəsizlik insidentləri barədə vaxtında məlumat verilməsi onların operativ araşdırılmasına, müvafiq tədbirlərin görülməsinə və təşkilatların informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik
26 Nov, 06:04

E-poçt ünvanınızın məlumat sızmalarında yer alıb-almadığını yoxlamısınız? "Have I Been Pwned" platforması vasitəsilə e-poçt ünvanınızın məlum məlumat sızmalarında yer alıb-almadığını yoxlamaq mümkündür. Əgər e-poçt ünvanınız sızma qeydlərində aşkarlanarsa, həmin sızmanın məlumatlarını yoxlayın, risk altında olan parolları yeniləyin və digər hesablarınızda eyni paroldan istifadə etmisinizsə, onları da dəyişin. Həmçinin hesablarınızda ikimərhələli təsdiqləməni aktivləşdirin, aktiv sessiyaları və hesaba daxil olmuş cihazları yoxlayın, tanımadığınız cihazlardan girişləri sonlandırın. Məlumatlarınızı qorumaq üçün hesablarınızda təhlükəsizlik tədbirlərini vaxtında tətbiq etməyi tövsiyə edirik! #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #MəlumatSızması
20 Nov, 08:28

“OpenJDK” məhsulunda kritik təhlükəsizlik zəifliyi (CVE-2026-114938) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xə
+6
“OpenJDK” məhsulunda kritik təhlükəsizlik zəifliyi (CVE-2026-114938) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq
18 Nov, 07:15

MKA vətəndaşları “Azərpoçt”un adından istifadə edilməklə həyata keçirilən fişinq hücumları barədə xəbərdar edir Milli Kibertə
MKA vətəndaşları “Azərpoçt”un adından istifadə edilməklə həyata keçirilən fişinq hücumları barədə xəbərdar edir   Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşları “Azərpoçt” MMC-nin adından istifadə edilməklə həyata keçirilən yeni fişinq kampaniyası barədə xəbərdar edir.   Əldə olunan məlumatlara əsasən, kiberdələduzlar xarici nömrələr vasitəsilə istifadəçilərə “Təcili Çatdırılma Problemi Bildirişi” başlıqlı saxta SMS mesajları göndərirlər. Mesajlarda poçt indeksinin qeyd edilməməsi səbəbindən “dəyərli əşya” kimi təqdim olunan bağlamanın çatdırılmasının mümkün olmadığı bildirilir və ünvan məlumatlarının müəyyən edilmiş tarix və saata qədər yenilənməsi tələb olunur.   Ətraflı:https://ncert.az/xeberdarliqlar/mka-vetendaslari-azerpoctun-adindan-istifade-edilmekle-heyata-kecirilen-fisinq-hucumlari-barede-xeberdar-edir   #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Dələduzluq
17 Nov, 08:19

Rəqəmsal mühitdə kibertəhlükəsizlik insidenti ilə qarşılaşdıqda dövlət qurumları Milli CERT-ə necə müraciət edə bilər? Milli CERT-in www.ncert.az veb-resursu vasitəsilə dövlət sektoru üçün nəzərdə tutulmuş insident bildiriş formasının doldurulması qaydası ilə bağlı video təlimatımızı izləyin. Kibertəhlükəsizlik insidentləri barədə vaxtında məlumat verilməsi onların operativ araşdırılmasına, müvafiq tədbirlərin görülməsinə və informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir. #MKA #NCA #MilliCERT
16 Nov, 08:01

"Microsoft Outlook" məhsulunda təhlükəsizlik boşluğu (CVE-2026-124194) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #
+3
"Microsoft Outlook" məhsulunda təhlükəsizlik boşluğu (CVE-2026-124194) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq
13 Nov, 06:37

Microsoft 365 xidmətlərində qlobal nasazlıq müşahidə olunur – MKA istifadəçiləri diqqətli olmağa çağırır 12 noyabr 2026-cı il
Microsoft 365 xidmətlərində qlobal nasazlıq müşahidə olunur – MKA istifadəçiləri diqqətli olmağa çağırır   12 noyabr 2026-cı il tarixinin axşam saatlarından etibarən "Microsoft 365" xidmətlərində qlobal miqyasda nasazlıq qeydə alınıb. Mövcud məlumatlara əsasən, istifadəçilər "Outlook", "Teams", "OneDrive" və "Copilot" xidmətlərinə giriş, elektron məktubların çatdırılması və onlayn görüşlərin təşkili ilə bağlı çətinliklərlə üzləşirlər.   Microsoft şirkəti yaranmış problemin aradan qaldırılması istiqamətində tədbirlər gördüyünü bildirib. Bununla yanaşı, xidmətlərin tam bərpa olunma müddəti ilə bağlı hələlik dəqiq məlumat açıqlanmayıb.   Ətraflı:https://ncert.az/xeberdarliqlar/microsoft-365-xidmetlerinde-qlobal-nasazliq-musahide-olunur-mka-istifadecileri-diqqetli-olmaga-cagirir #MKA #MilliCERT #Kibertəhlükəsizlik #Məlumat
13 Nov, 03:57

"Azparking" adından istifadə edilərək fişinq hücumları həyata keçirilir. Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşlar
+1
"Azparking" adından istifadə edilərək fişinq hücumları həyata keçirilir.   Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşlara "Azparking" xidmətinin adından istifadə edilərək yeni fişinq hücumlarının həyata keçirildiyini bildirir.   Kiberdələduzlar xarici nömrələrdən istifadəçilərə "AZParking – Ödənilməmiş parkinq haqqı barədə bildiriş" başlığı altında saxta mesajlar göndərirlər. Mesajda balansın kifayət etməməsi və ya avtomatik ödənişin uğursuz olması bəhanəsilə saxta parkinq tarixi və borc məbləği (məsələn, 0.70 AZN) qeyd olunur.   İstifadəçiləri aldatmaq üçün mesajın daxilində "rəsmi veb-sayt" adı altında saxta keçidlər təqdim edilir. Həmin linkə daxil olduqda "Azparking" platformasının eynilə təqlid olunmuş səhifəsi açılır. Ətraflı:https://ncert.az/xeberdarliqlar/azparking-adindan-istifade-edilerek-fisinq-hucumlari-heyata-kecirilir1 #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Dələduzluq
11 Nov, 07:13

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçir
+3
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.   Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılması ilə bağlı saxta SMS mesajları göndərirlər. Mesajlarda yerləşdirilən keçidlər istifadəçiləri “ASAN Pay” elektron ödəniş portalının vizual olaraq eynilə təqlid edilmiş saxta veb-səhifələrinə yönləndirir.   Saxta səhifədə ilkin olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının daxil edilməsi tələb olunur. Daha sonra guya törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı həqiqi olmayan məlumatlar təqdim edilir. Cərimənin ödənilməsi adı altında isə bank kartının nömrəsi, bitmə tarixi və CVV/CVC kodu tələb olunur.   Ətraflı:https://ncert.az/xeberdarliqlar/dovlet-yol-polisi-adindan-gonderilen-saxta-mesajlara-qarsi-diqqetli-olun #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Dələduzluq
11 Nov, 06:36

Rəqəmsal mühitdə qarşılaşdığınız kibertəhlükəsizlik insidenti barədə Milli CERT-ə necə məlumat verə bilərsiniz? Milli CERT-in www.ncert.az veb-resursu vasitəsilə insidentlərin bildirilməsi qaydası ilə bağlı video təlimatımızı izləyin. Kibertəhlükəsizlik insidentləri barədə məlumatlılığın artırılması və vaxtında müraciət edilməsi rəqəmsal təhlükəsizliyin gücləndirilməsinə töhfə verir. #MKA #NCA #MilliCERT
06 Nov, 07:15

Ağıllı cihazlardan istifadə edərkən onların təhlükəsizliyini necə təmin etmək olar? İnternetə qoşulan IoT cihazlarının yaratdığı təhlükəsizlik riskləri və bu risklərdən qorunmaq üçün diqqət edilməli məqamlarla maarifləndirici videomuzda tanış olun. #MKA #NCA #MilliCERT #Təlimat
06 Nov, 03:39

MKA: “Android TV box” cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) Azərbaycanda satılan bəzi “Android TV box” cihazlarında “BADBOX 2.0” botnet kampaniyasına aid zərərli komponentlərin aşkarlanması barədə xəbərdarlıq edir. Cari ilin oktyabr ayında bir sıra dövlət qurumlarının internet resurslarına qarşı DDoS hücumları qeydə alınıb. Hücum traffikinin bir hissəsi Azərbaycan seqmentinə aid IP ünvanlarından daxil olub, bu ünvanların bir qismi isə “Android TV box” cihazlarının istifadə edildiyi bağlantılarla əlaqəli çıxıb. Agentliyin araşdırması göstərib ki, hücumlarla əlaqələndirilən modeldəki cihazın proqram təminatında uzaqdan idarəetməyə imkan verən bir neçə zərərli komponent var. Cihazlar bu komponentlərlə hələ istehsal və ya paylama mərhələsində yoluxdurulur. Ətraflı: https://ncert.az/texniki-arasdirmalar/badbox-20-azerbaycanda-yoluxmus-android-tv-boxlara-dair-arasdirma #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq
05 Nov, 03:03

Son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar
Son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeydə alınıb. 11 oktyabr 2026-cı il tarixində Fransada yüzlərlə supermarketin bu hücumlardan zərər çəkdiyi, 2 noyabr tarixində isə Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada oxşar insidentlərin baş verdiyi bildirilir. Təhlükənin təsir dairəsi ticarət sektoru ilə məhdudlaşmır. Fransanın qan banklarından birində istifadə olunan soyutma avadanlığına müdaxilə edilməsi barədə məlumatlar bu cür hücumların səhiyyə sahəsi üçün də risk yaratdığını göstərir. Hücumlar zamanı kiberdələduzlar soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə icazəsiz giriş əldə edərək onları əridilmə (defrost) rejiminə keçirir və ya temperatur göstəricilərini 50°C-dək yüksəldirlər. Ətraflı: https://ncert.az/xeberdarliqlar/mka-soyutma-avadanliqlarina-kiberhucum-riskleri-barede-xeberdarliq-edir #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik
04 Nov, 08:30

“WhatsApp”da saxta kampaniyalar barədə məlumat yayılır Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə
“WhatsApp”da saxta kampaniyalar barədə məlumat yayılır    Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar “WhatsApp” platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edir.    Belə ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikası Prezidenti adından 100 AZN məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.    MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir. Onlardan bu cür hallarla qarşılaşdıqda Agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur.  #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq
03 Nov, 05:16

Apple cihazlarında kritik təhlükəsizlik boşluğu aşkarlanıb Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsul
Apple cihazlarında kritik təhlükəsizlik boşluğu aşkarlanıb Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçiləri diqqətli olmağa çağırır. "CVE-2026-86950-86950" identifikatoru ilə qeydə alınmış boşluq "iOS", "iPadOS" və "macOS" əməliyyat sistemlərinin müəyyən versiyalarına təsir edir. Problem təsvir və digər faylların emalına cavabdeh olan "CoreGraphics" komponentindəki təhlükəsizlik çatışmazlığı ilə əlaqədardır. Xüsusi hazırlanmış zərərli faylın açılması hücumçuya cihazda ixtiyari kod icra etmək imkanı verə bilər. Bu isə cihazın təhlükəsizliyinin pozulmasına və istifadəçi məlumatlarının icazəsiz əldə edilməsinə səbəb ola bilər. Ətraflı:https://ncert.az/xeberdarliqlar/apple-cihazlarinda-kritik-tehlukesizlik-boslugu-askarlanib #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq
30 Oct, 07:46

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance genişmiqyaslı kiberhücumla üzləşib. İlkin hesablamalara əsasə
Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance genişmiqyaslı kiberhücumla üzləşib. İlkin hesablamalara əsasən, hadisə nəticəsində təxminən 6,3 milyard ABŞ dolları dəyərində kriptovalyuta aktivinin oğurlandığı bildirilir. Bu göstərici 2025-ci ilin fevralında Bybit platformasına qarşı həyata keçirilmiş və təxminən 1,5 milyard dollar zərərlə nəticələnmiş hücumdan xeyli yüksəkdir. Binance tərəfindən aparılan ilkin araşdırmaya əsasən, insidentin DevOps mühəndisinə məxsus noutbukun ələ keçirilməsi ilə əlaqəli olduğu ehtimal edilir. Bildirilir ki, hücum edən şəxslər həmin cihaz vasitəsilə birjanın xidmət konteynerinə icazəsiz giriş əldə edərək aktivlərin köçürülməsi əməliyyatlarını həyata keçiriblər. Bununla yanaşı, kriptovalyuta cüzdanlarının məxfi açarlarının sızmasına dair hər hansı sübut aşkarlanmayıb. Ətraflı:https://ncert.az/xeberdarliqlar/bir-noutbuk-20-deqiqe-63-milyard-dollar-binance-tarixin-en-boyuk-kripto-ogurlugunu-yasadi #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Məlumat
30 Oct, 04:34

MKA saxta bilet satış səhifələri ilə bağlı vətəndaşlara xəbərdarlıq edir Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “iTicket.az
MKA saxta bilet satış səhifələri ilə bağlı vətəndaşlara xəbərdarlıq edir   Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “iTicket.az” platformasının adından istifadə edilməklə yaradılan saxta sosial şəbəkə səhifələri və veb-resurslar vasitəsilə həyata keçirilə biləcək dələduzluq halları ilə bağlı vətəndaşları diqqətli olmağa çağırır.   Belə səhifələr vasitəsilə istifadəçilərə saxta bilet satışları və müxtəlif kampaniyalar təklif edilə, onların bank kartı məlumatları və digər həssas məlumatları ələ keçirilməyə cəhd göstərilə bilər.   Ətraflı: https://www.instagram.com/p/DfCe6R_OiQL/?exln=MXVoMmNncjRrODd5bA== #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq
28 Oct, 08:59

Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) fəaliyyətinin daha əlçatan və operativ şəkildə təqdim olunması, eləcə də vətəndaş
Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) fəaliyyətinin daha əlçatan və operativ şəkildə təqdim olunması, eləcə də vətəndaşların və təşkilatların kibertəhlükəsizliklə bağlı məlumatlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə Agentliyin “nca.az” və “ncert.az” veb-saytları istifadəyə verilib. www.nca.az – Milli Kibertəhlükəsizlik Agentliyinin əsas rəsmi internet resursu olmaqla qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, tədbirlər, xəbərlər, beynəlxalq əməkdaşlıq və digər institusional məlumatların təqdim edildiyi platformadır. www.ncert.az – kibertəhlükəsizlik sahəsində texniki və ekspertyönümlü məlumatların təqdim olunmasına xidmət edir. Platformada kibertəhlükəsizlik üzrə texniki araşdırmalar, maarifləndirici materiallar, statistik məlumatlar, hesabatlar, proqram təminatlarında aşkar edilmiş təhlükəsizlik boşluqları və digər aktual məlumatlar yayımlanacaq. Qeyd edək ki, hər iki veb-resurs üzərindən Agentliyə rəsmi müraciət göndərmək mümkündür. #MKA #NCA #MilliCERT
28 Oct, 03:06

MKA “WhatsApp Business” və “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyind
MKA “WhatsApp Business” və “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “WhatsApp Business” və “WhatsApp” istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən aktiv şəkildə ələ keçirilməsi halları ilə bağlı məlumat verir. Mövcud risklərin azaldılması üçün vətəndaşları təxirəsalınmaz tədbirlər görməyə çağırırıq. İstifadəçilərə aşağıdakı vacib təhlükəsizlik tədbirlərini görmək tövsiyə edilir: Bağlı cihazları dərhal yoxlayın. Tətbiqdəki “Bağlı cihazlar” bölməsinə daxil olaraq tanımadığınız bütün cihazlardan çıxış edin, çünki hesabınız öz telefonunuzda işləsə belə, başqa cihazdan istifadə oluna bilər. İki mərhələli təsdiqləməni aktivləşdirin. Ayarlar bölməsindən hesabınıza əlavə qorunma qurun və bərpa üçün təhlükəsiz elektron poçt ünvanı əlavə edin. Ətraflı:https://www.instagram.com/p/DfARpyBuQH9/?srtk=OGg3ZmRoNGxuNTZm #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq
27 Oct, 12:25