fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

NCERT Azərbaycan

NCERT Azərbaycan

رفتن به کانال در Telegram

The National CERT of Azerbaijan is one of the operational directions of the National Cybersecurity Agency. Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (Milli CERT) Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyət istiqamətlərindən biridir.

نمایش بیشتر
5 247
مشترکین
-324 ساعت
-307 روز
-18830 روز
آرشیو پست ها
MKA saxta bilet satış səhifələri ilə bağlı vətəndaşlara xəbərdarlıq edir Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “iTicket.az
MKA saxta bilet satış səhifələri ilə bağlı vətəndaşlara xəbərdarlıq edir   Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “iTicket.az” platformasının adından istifadə edilməklə yaradılan saxta sosial şəbəkə səhifələri və veb-resurslar vasitəsilə həyata keçirilə biləcək dələduzluq halları ilə bağlı vətəndaşları diqqətli olmağa çağırır.   Belə səhifələr vasitəsilə istifadəçilərə saxta bilet satışları və müxtəlif kampaniyalar təklif edilə, onların bank kartı məlumatları və digər həssas məlumatları ələ keçirilməyə cəhd göstərilə bilər.   Ətraflı: https://www.instagram.com/p/DfCe6R_OiQL/?exln=MXVoMmNncjRrODd5bA== #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq

Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) fəaliyyətinin daha əlçatan və operativ şəkildə təqdim olunması, eləcə də vətəndaş
Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) fəaliyyətinin daha əlçatan və operativ şəkildə təqdim olunması, eləcə də vətəndaşların və təşkilatların kibertəhlükəsizliklə bağlı məlumatlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə Agentliyin “nca.az” və “ncert.az” veb-saytları istifadəyə verilib. www.nca.az – Milli Kibertəhlükəsizlik Agentliyinin əsas rəsmi internet resursu olmaqla qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, tədbirlər, xəbərlər, beynəlxalq əməkdaşlıq və digər institusional məlumatların təqdim edildiyi platformadır. www.ncert.az – kibertəhlükəsizlik sahəsində texniki və ekspertyönümlü məlumatların təqdim olunmasına xidmət edir. Platformada kibertəhlükəsizlik üzrə texniki araşdırmalar, maarifləndirici materiallar, statistik məlumatlar, hesabatlar, proqram təminatlarında aşkar edilmiş təhlükəsizlik boşluqları və digər aktual məlumatlar yayımlanacaq. Qeyd edək ki, hər iki veb-resurs üzərindən Agentliyə rəsmi müraciət göndərmək mümkündür. #MKA #NCA #MilliCERT

MKA “WhatsApp Business” və “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyind
MKA “WhatsApp Business” və “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “WhatsApp Business” və “WhatsApp” istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən aktiv şəkildə ələ keçirilməsi halları ilə bağlı məlumat verir. Mövcud risklərin azaldılması üçün vətəndaşları təxirəsalınmaz tədbirlər görməyə çağırırıq. İstifadəçilərə aşağıdakı vacib təhlükəsizlik tədbirlərini görmək tövsiyə edilir: Bağlı cihazları dərhal yoxlayın. Tətbiqdəki “Bağlı cihazlar” bölməsinə daxil olaraq tanımadığınız bütün cihazlardan çıxış edin, çünki hesabınız öz telefonunuzda işləsə belə, başqa cihazdan istifadə oluna bilər. İki mərhələli təsdiqləməni aktivləşdirin. Ayarlar bölməsindən hesabınıza əlavə qorunma qurun və bərpa üçün təhlükəsiz elektron poçt ünvanı əlavə edin. Ətraflı:https://www.instagram.com/p/DfARpyBuQH9/?srtk=OGg3ZmRoNGxuNTZm #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq

"Splunk Enterprise" məhsulunda kritik təhlükəsizlik boşluğu (CVE-2026-76281) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsi
+3
"Splunk Enterprise" məhsulunda kritik təhlükəsizlik boşluğu (CVE-2026-76281) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq

Yerli veb-saytlar hücum vasitəsi kimi istifadə olunur: “ClickFix” kampaniyasına dair araşdırma Milli Kibertəhlükəsizlik Agent
+1
Yerli veb-saytlar hücum vasitəsi kimi istifadə olunur: “ClickFix” kampaniyasına dair araşdırma Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən aparılan monitorinqlər nəticəsində Azərbaycanda fəaliyyət göstərən veb-saytların ələ keçirilməsi və “ClickFix” sosial mühəndislik texnikası vasitəsilə zərərli proqram təminatının yayılması halları aşkarlanıb. Aparılmış təhlillərə əsasən, kiberdələduzlar rəsmi və tanınmış veb-saytlara zərərli kodlar yerləşdirərək istifadəçiləri saxta CAPTCHA pəncərələri və xəta bildirişləri vasitəsilə aldadırlar. Aşkarlanmış 44 unikal resursdan 41-nin .az domen zonasına aid olduğu müəyyən edilib. Yoluxma hallarının əksəriyyəti “ClearFake” kampaniyası ilə əlaqələndirilir. Araşdırma barədə ətraflı məlumat: https://ncert.az/texniki-arasdirmalar/yerli-saytlar-hucum-vasitesine-cevrilir-clickfix-kampaniyasina-dair-arasdirma #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Araşdırma

“PHP” proqramlaşdırma dilində kritik təhlükəsizlik boşluqları aşkarlanıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyin
“PHP” proqramlaşdırma dilində kritik təhlükəsizlik boşluqları aşkarlanıb     Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “PHP” proqramlaşdırma dilində aşkar olunmuş və “PHP2Shell” adlandırılan iki kritik təhlükəsizlik boşluğu barədə xəbərdarlıq edir.    “PHP” – veb-saytların və veb-tətbiqlərin işləməsini təmin edən ən geniş yayılmış proqramlaşdırma dillərindən biridir. İnternetdəki veb-saytların böyük hissəsi bu dil əsasında fəaliyyət göstərir. Bura “WordPress”, “Joomla”, “Drupal” kimi məşhur məzmun idarəetmə sistemləri (CMS), onlayn mağazalar, elektron təhsil platformaları və hostinq idarəetmə panelləri daxildir. Bu səbəbdən aşkar edilmiş boşluqlar tək bir resursla bitmir və həmin dildən istifadə edən bütün informasiya sistemləri üçün eyni vaxtda risk yaradır.     Ətraflı:https://ncert.az/xeberdarliqlar/php-proqramlasdirma-dilinde-kritik-tehlukesizlik-bosluqlari-askarlanib #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq

Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşlara kütləvi kiberdələduzluq halları barədə xəbərdarlıq edir. Son zamanlar ölkə ər
Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşlara kütləvi kiberdələduzluq halları barədə xəbərdarlıq edir.  Son zamanlar ölkə ərazisində vətəndaşların, o cümlədən müxtəlif dövlət rəsmilərinin yaxınlarının hədəf alındığı kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur.   Kiberdələduzlar müasir informasiya texnologiyalarından və sosial mühəndislik üsullarından (həmçinin, nömrələrin saxtalaşdırılması, psixoloji təsir, WhatsApp tətbiqi üzərindən zənglər və mesajlar, eləcə də süni intellekt vasitəsilə səs təqlidi) istifadə edərək vətəndaşları təşvişə salmağa, aldatmağa və maliyyə vəsaitlərini ələ keçirməyə çalışırlar.  Ətraflı:https://www.instagram.com/p/Det7H_hu1X5/?psln=OHVyd2ozN21nbnRo #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq

"Cisco" məhsullarında boşluq (CVE-2026-76460) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq
+3
"Cisco" məhsullarında boşluq (CVE-2026-76460) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq

Podkastımızın bu buraxılışında süni intellektin kibertəhlükəsizlikdə rolu, AI agentlərinin təhlükəsiz inteqrasiyası, məlumatların mühafizəsi və süni intellekt əsaslı hücumların yaratdığı risklər müzakirə olunub. Buraxılışın tam versiyasını Milli Kibertəhlükəsizlik Agentliyinin YouTube kanalından izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=e58H0E6blLM #MKA #NCA #MilliCERT #DanışırNCERT #Kibertəhlükəsizlik

Fariz: Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib. 13–15 oktyabr 2026
Fariz: Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib.    13–15 oktyabr 2026-cı il tarixlərində Azərbaycan informasiya resurslarına qarşı paylanmış xidmətdən imtina (DDoS) hücumları həyata keçirilib.   “Telegram” platformasında fəaliyyət göstərən “313 Team” adlı haktivist qruplaşması hücumlara görə məsuliyyəti öz üzərinə götürüb. Hücumlar zamanı dövlət qurumlarının, media təşkilatlarının, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və digər təşkilatların informasiya resursları hədəfə alınıb.   Milli CERT tərəfindən aparılan texniki araşdırmalar nəticəsində hücumların həyata keçirilməsində “Litterbox” (“Catbox” adı ilə də tanınan) adlı kommersiya DDoS xidmətindən istifadə edildiyi müəyyən olunub. Sözügedən xidmət “Telegram” kanalları vasitəsilə təqdim edilir və ödənişlər kriptovalyuta ilə qəbul olunur.   Ətraflı: https://www.cert.az/news/2026/mka-ddos-hucumu-melumat #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq

"Citrix NetScaler ADC" və "Citrix NetScaler Gateway" məhsullarında kritik təhlükəsizlik boşluğu (CVE-2026-88772) aşkarlanıb.
+3
"Citrix NetScaler ADC" və "Citrix NetScaler Gateway" məhsullarında kritik təhlükəsizlik boşluğu (CVE-2026-88772) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq

"Cisco Identity Services Engine" məhsulunda kritik təhlükəsizlik zəifliyi (CVE-2026-76460) aşkarlanıb. #MKA #NCA #MilliCERT #
+3
"Cisco Identity Services Engine" məhsulunda kritik təhlükəsizlik zəifliyi (CVE-2026-76460) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb Milli Kibertəhlükəsizlik Agentliyi (MKA
Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) süni intellekt xidmətlərinin adından istifadə etməklə istifadəçilərin hesab məlumatlarını ələ keçirməyə yönəlmiş yeni fişinq kampaniyası barədə xəbərdarlıq edir. Kampaniya çərçivəsində ChatGPT, Gemini, Claude, Perplexity, Meta Muse və Manus kimi tanınmış süni intellekt xidmətlərinin adından saxta reklam portalları yaradılıb. Həmin portallar istifadəçilərə reklam kampaniyalarının idarə edilməsi, reklam xərclərinin təhlili və biznes hesablarının xidmətlərə qoşulması kimi imkanlar təklif edir. Əslində isə bu saytların əsas məqsədi istifadəçilərin giriş məlumatlarını və birdəfəlik təsdiq kodlarını ələ keçirməkdir. Hücum zamanı istifadəçilərə həqiqi giriş pəncərələrinə bənzəyən saxta interfeyslər təqdim olunur. Ətraflı: https://www.cert.az/news/2026/mka-suni-intellekt-xeberdarliq #MKA #NCA #MilliCERT #Xəbərdarlıq

16 oktyabr tarixində “Danışır NCERT” podkastının yeni buraxılışı yayımlanacaq. Buraxılışın qonağı Azərbaycan Respublikası Döv
16 oktyabr tarixində “Danışır NCERT” podkastının yeni buraxılışı yayımlanacaq. Buraxılışın qonağı Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri Elman Kərimli olacaq. Buraxılışda süni intellektin kibertəhlükəsizlikdə tətbiqi, müdafiə və hücum proseslərində rolu, eləcə də süni intellekt sistemlərinin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunacaq. Həmçinin süni intellekt əsaslı hücumlar, AI agentlərinin təhlükəsiz inteqrasiyası, məlumatların mühafizəsi, icazəsiz AI istifadəsinin yaratdığı risklər və bu sahədə insan nəzarətinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılacaq. #MKA #NCA #MilliCERT #DanışırNCERT #Kibertəhlükəsizlik

İnformasiya sistemlərinə qarşı müşahidə olunan kibertəhlükələr barədə Aparılan müşahidələr və texniki təhlillər nəticəsində b
İnformasiya sistemlərinə qarşı müşahidə olunan kibertəhlükələr barədə Aparılan müşahidələr və texniki təhlillər nəticəsində bəzi informasiya sistemlərinə qarşı aktiv kibertəhlükələrin mövcudluğu müəyyən edilib. İlkin qiymətləndirmələrə əsasən, müşahidə olunan kiberhücumların müəyyən hissəsində, xüsusilə “Microsoft SQL Server (MSSQL)” və “Firebird” verilənlər bazası sistemlərində, köhnəlmiş versiyalardan, eləcə də standart və ya ilkin giriş məlumatlarından istifadə edildiyi müəyyən olunub. Müşahidə edilən hücum ssenarilərindən birinə əsasən, hücumçular zəif qorunan verilənlər bazası sistemlərinə icazəsiz giriş əldə etdikdən sonra ələ keçirilmiş sistemlərdə müxtəlif dəyişikliklər həyata keçirir və həmin resurslar üzərində daha geniş nəzarət imkanları əldə etməyə çalışırlar. Ətraflı: https://www.cert.az/news/2026/mka-mssql-firebird-xeberdarliq #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq

"Check Point Management Server" məhsulunda boşluq (CVE-2026-93616) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbə
+3
"Check Point Management Server" məhsulunda boşluq  (CVE-2026-93616) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq

“Adobe Commerce” məhsulunda kritik təhlükəsizlik boşluğu (CVE-2026-71362) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizli
+3
“Adobe Commerce” məhsulunda kritik təhlükəsizlik boşluğu (CVE-2026-71362) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq

“Adobe Commerce” və “Magento Open Source” məhsullarında kritik təhlükəsizlik boşluğu (CVE-2026-75650) aşkarlanıb. #MKA #NCA #
+3
“Adobe Commerce” və “Magento Open Source” məhsullarında kritik təhlükəsizlik boşluğu (CVE-2026-75650) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq

"VMware Workstation" və "VMware Fusion" məhsullarında kritik təhlükəsizlik boşluğu (CVE-2026-59346) aşkarlanıb. #MKA #NCA #Mi
+3
"VMware Workstation" və "VMware Fusion" məhsullarında kritik təhlükəsizlik boşluğu (CVE-2026-59346) aşkarlanıb. #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Xəbərdarlıq

“Xscyth3” adlı kiberdələduz tərəfindən .az domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb Rəqəmsal İnkişaf və Nəqliyya
“Xscyth3” adlı kiberdələduz tərəfindən .az domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən aparılan monitorinq zamanı “.az” domen zonasında bir-birinə oxşar xüsusiyyətlərə malik çoxsaylı veb-sayt “defacement” (veb-saytın icazəsiz dəyişdirilməsi) hadisələri müəyyən edilib.  Araşdırma zamanı eyni gündə  22 “.az” domeninin “Xscyth3” adlı kiberdələduz tərəfindən “deface” olunduğu müşahidə edilib.  Hədəfə alınan domenlərin böyük hissəsi turizm, tur operatorluğu, transfer, fərdi və qrup turları, eləcə də Bakı və Azərbaycanda səyahət xidmətləri ilə bağlı olub.  Ətraflı:https://www.instagram.com/p/Ddn6_AWuIAt/?stkn=ZThoeWtwcXhqMTV3   #MKA #NCA #MilliCERT #Kibertəhlükəsizlik #Məlumat