Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) fəaliyyətinin daha əlçatan və operativ şəkildə təqdim olunması, eləcə də vətəndaşların və təşkilatların kibertəhlükəsizliklə bağlı məlumatlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə Agentliyin “
nca.az” və “
ncert.az” veb-saytları istifadəyə verilib.
www.nca.az – Milli Kibertəhlükəsizlik Agentliyinin əsas rəsmi internet resursu olmaqla qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, tədbirlər, xəbərlər, beynəlxalq əməkdaşlıq və digər institusional məlumatların təqdim edildiyi platformadır.
www.ncert.az – kibertəhlükəsizlik sahəsində texniki və ekspertyönümlü məlumatların təqdim olunmasına xidmət edir. Platformada kibertəhlükəsizlik üzrə texniki araşdırmalar, maarifləndirici materiallar, statistik məlumatlar, hesabatlar, proqram təminatlarında aşkar edilmiş təhlükəsizlik boşluqları və digər aktual məlumatlar yayımlanacaq.
Qeyd edək ki, hər iki veb-resurs üzərindən Agentliyə rəsmi müraciət göndərmək mümkündür.
#MKA #NCA #MilliCERT