en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Open in Telegram

Gündəmi 1 mesajla izləyin!

Show more
7 583
Subscribers
-324 hours
-397 days
-15030 days
Posts Archive
Repost from Miriyev TV
ÖLKƏ ❗4 uşaq anası ərinin qanını tökdü Şəmkirdə qadın 16 illik həyat yoldaşını bıçaqlayıb. Hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb. Tez-tez dalaşdığı deyilən ərlə arvadın növbəti münaqişəsi zamanı qadın həyat yoldaşına bıçaqla xəsarət yetirib. Zərərçəkən Namaz Cəfərovun sözlərinə, həyat yoldaşı bir oğlanla çörəkxana açmaq üçün evi tərk edib: "Mən dedim ki, getmə, qulaq asmadı. Onun üstündə dalaşdıq, bıçaqladı məni". Zərərçəkənin anası Dilarə Cəfərova isə deyir ki, nə qədər yalvarıb, lakin onu yolundan döndərə bilməyib: "Anasına, atasına da "uşağınız belə hərəkət edib. Onu bu yoldan döndərin" dedim, heç biri gəlmədi. Bu səhər polisdən zəng gələndə bilmişəm ki, oğlumu bıçaqlayıb. Hamıdan xəbərsiz evin pulunu götürüb oğlanla qaçıb". Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib: "Hadisə ilə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək". t.me/miriyevtv
17 Feb 2025, 13:14

❗️İranın ali dini lideri Əli Xamenei Cənubi Azərbaycandan olan milliyyətçi gəncləri hədəf alıb: ”Azərbaycan düşmənin etiraz və təxribatlarına qarşı İranın güclü sipəridir. Bu gün Azərbaycanın, Təbrizin gəncləri təcrübəli siyasətçiləri belə sarsan bu təxribatlara qarşı dağ kimi dayanır. Təbrizli gənclər şüar səsləndirən və ulayanlardan qorxmur. Təbrizli gənclər zamanında bu şəhəri ələ keçirməyə çalışan düşmən Osmanlı ordusunu da məğlub etmişdir.” t.me/xeberlerlive
17 Feb 2025, 12:16

Repost from Miriyev TV
⚡⚡Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-i Türkiyəyə rəsmi sə
⚡⚡Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-i Türkiyəyə rəsmi səfər edəcək.
17 Feb 2025, 11:08

🇦🇲 Ermənistan MN Fevralın 17-də saat 09:20 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Sevak Vardanoviç Ovannisyanın üzərində güllə yarası olan meyiti aşkar edilib. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır. t.me/xeberlerlive
17 Feb 2025, 10:08

🌧️🌬️ Sabah Bakıda yağış yağacaq, külək güclənəcək Səhər bəzi yerlərdə havanın çiskinli olacağı, axşama doğru isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. t.me/xeberlerlive
17 Feb 2025, 05:13

❗️Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 33 il ötür. Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub. Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib. t.me/MutluTurkum
16 Feb 2025, 22:38

🇦🇿 Azərbaycan XİN: “Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımırıq.” t.me/xeberlerlive
15 Feb 2025, 15:09

Repost from Miriyev TV
❗️İnstaqram sosial şəbəkəsi istifadəçilərə şərhləri bəyənməmək imkanı verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. t.me
❗️İnstaqram sosial şəbəkəsi istifadəçilərə şərhləri bəyənməmək imkanı verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. t.me/miriyevtv
15 Feb 2025, 13:29

⚡️İsrailin Xarici İşlər naziri: “Fələstin İsrail torpağıdır”.
15 Feb 2025, 10:32

⚡️⚡Ceyhun Bayramov: Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsi sülh prosesinə maneədir
15 Feb 2025, 10:22

Novruzda 11 gün tətil olacaq. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günl
Novruzda 11 gün tətil olacaq. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Bununla da Novruz tətili 11 gün davam edəcək.
15 Feb 2025, 03:36

🇦🇿🇹🇷 Türkiyə Böyük Millət Məclisində (parlamentində) Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək. t.me/xeberlerlive
15 Feb 2025, 02:47

❗️Erməni tərəfinin 1992-2023-cü illərdə qanunsuz iqtisadi fəaliyyəti Azərbaycana 20.9 milyard manatdan artıq maddi ziyan vurub. Bu haqda Qarabağ separatçı rejiminin liderlərinin məhkəməsində ittiham aktında qeyd olunub. t.me/xeberlerlive
14 Feb 2025, 19:26

🇷🇺❗️Zaxarova təyyarə qəzasına görə münasibətlərin pisləşməsindən danışdı Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin faciəsindən Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. t.me/xeberlerlive
14 Feb 2025, 09:15

Prezidentin Sərəncamı ilə Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək. t.me/xeberlerlive
14 Feb 2025, 07:25

🌧️ HAVA❗️: Bu gün ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə ediləcək. Bakıda və Abşeronda yağış gözlənilir, gecə 2-4°
🌧️ HAVA❗️: Bu gün ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə ediləcək. Bakıda və Abşeronda yağış gözlənilir, gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Rayonlarda dağlıq və dağətəyi ərazilərdə qar ehtimal olunur. Bəzi yerlərdə arabir duman proqnozlaşdırılır. Bölgələrdə gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq. Bəzi dağlıq rayonlarda yollar buz bağlaya bilər. t.me/xeberlerlive
14 Feb 2025, 02:39

❗️ “Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır. Bildirilib ki, Azərbaycanda "Sputnik-Azərbaycan" və "BBC News Azərbaycanca"nın redaksiyaları bağlanacaq. t.me/xeberlerlive
13 Feb 2025, 17:23