XƏBƏRLƏR l LİVE
Kanalga Telegram’da o‘tish
7 593
Obunachilar
-1024 soatlar
-347 kun
-16530 kun
Postlar arxiv
7 590
🌧️🌬️ Sabah Bakıda yağış yağacaq, külək güclənəcək
Səhər bəzi yerlərdə havanın çiskinli olacağı, axşama doğru isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
t.me/xeberlerlive
17 Fev 2025, 05:13
7 590
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
❗️Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 33 il ötür.
Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.
Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib.
t.me/MutluTurkum
16 Fev 2025, 22:38
7 590
🇦🇿 Azərbaycan XİN:
“Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.
Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımırıq.”
t.me/xeberlerlive
15 Fev 2025, 15:09
7 590
Repost from Miriyev TV
❗️İnstaqram sosial şəbəkəsi istifadəçilərə şərhləri bəyənməmək imkanı verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.
t.me/miriyevtv
15 Fev 2025, 13:29
7 590
⚡️⚡Ceyhun Bayramov: Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsi sülh prosesinə maneədir
15 Fev 2025, 10:22
7 590
Aşağıda Azərbaycanın ən etibarlı və uğurlu kripto investisiya kanalını tərk edirəm, hər kəs qoşulub tövsiyə etdiyi coinlərə investisiya edə bilər, investisiya etdim və qazandım, siz də qazana bilərsiniz.
100% etibarlıdır, ona etibar edə bilərsiniz
https://t.me/+-uYtLct7bA4yMDVk
https://t.me/+-uYtLct7bA4yMDVk
15 Fev 2025, 10:10
17 Fev 2025, ~03:03
7 590
Aşağıda Azərbaycanın ən etibarlı və uğurlu kripto investisiya kanalını tərk edirəm, hər kəs qoşulub tövsiyə etdiyi coinlərə investisiya edə bilər, investisiya etdim və qazandım, siz də qazana bilərsiniz.
100% etibarlıdır, ona etibar edə bilərsiniz
https://t.me/+-uYtLct7bA4yMDVk
https://t.me/+-uYtLct7bA4yMDVk
15 Fev 2025, 10:10
15 Fev 2025, ~10:10
7 590
Novruzda 11 gün tətil olacaq.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Bununla da Novruz tətili 11 gün davam edəcək.
15 Fev 2025, 03:36
7 590
🇦🇿🇹🇷 Türkiyə Böyük Millət Məclisində (parlamentində) Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək.
t.me/xeberlerlive
15 Fev 2025, 02:47
7 590
❗️Erməni tərəfinin 1992-2023-cü illərdə qanunsuz iqtisadi fəaliyyəti Azərbaycana 20.9 milyard manatdan artıq maddi ziyan vurub.
Bu haqda Qarabağ separatçı rejiminin liderlərinin məhkəməsində ittiham aktında qeyd olunub.
t.me/xeberlerlive
14 Fev 2025, 19:26
7 590
🇷🇺❗️Zaxarova təyyarə qəzasına görə münasibətlərin pisləşməsindən danışdı
Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin faciəsindən Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
t.me/xeberlerlive
14 Fev 2025, 09:15
7 590
Prezidentin Sərəncamı ilə Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək.
t.me/xeberlerlive
14 Fev 2025, 07:25
7 590
🌧️ HAVA❗️: Bu gün ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə ediləcək.
Bakıda və Abşeronda yağış gözlənilir, gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.
Rayonlarda dağlıq və dağətəyi ərazilərdə qar ehtimal olunur. Bəzi yerlərdə arabir duman proqnozlaşdırılır.
Bölgələrdə gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.
Bəzi dağlıq rayonlarda yollar buz bağlaya bilər.
t.me/xeberlerlive
14 Fev 2025, 02:39
7 590
❗️ “Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır.
Bildirilib ki, Azərbaycanda "Sputnik-Azərbaycan" və "BBC News Azərbaycanca"nın redaksiyaları bağlanacaq.
t.me/xeberlerlive
13 Fev 2025, 17:23
7 590
Repost from N/a
❗️Novruzun ilk çərşənbəsi fevral ayının sonunda qeyd olunacaq
Fevralın 25-də - Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
t.me/vefadarmuallim
13 Fev 2025, 14:44
7 590
❗️Novruzun ilk çərşənbəsi fevral ayının sonunda qeyd olunacaq
Fevralın 25-də - Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
t.me/xeberlerlive
13 Fev 2025, 14:43
13 Fev 2025, ~14:43
7 590
❗️“Birbank”, “Umico”, “m10” və “MilliÖn” brendləri PAŞA Holdinq tərəfindən yaradılan "Bir Ekosistem" adı altında birləşdirilib.
Qeyd olunur ki, bu brendlərin təqdim etdiyi xidmətlər müştərilər üçün daha rahat, əlçatan və inteqrasiya olunmuş şəkildə təqdim ediləcək.
t.me/xeberlerlive
13 Fev 2025, 13:25
7 590
🇦🇿🇹🇷Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olan ölkə vətəndaşları giriş-çıxış edə bilər.
Bu barədə, Azərbaycanın Türkiyədəki səfirliyinin yaydığı müraciətdə deyilir.
t.me/xeberlerlive
13 Fev 2025, 10:13
7 590
🇦🇿Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb
Sərəncama əsasən, Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilirlər:
“Vətən uğrunda” medalı ilə
Babayev Azər Ələddin oğlu – polkovnik
Qasımov Elnur Əhməd oğlu – polkovnik
“Hərbi xidmətlərə görə” medalı ilə
Qayqiyev Şamil Mahama oğlu – mayor.
t.me/xeberlerlive
13 Fev 2025, 06:50
