Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe
Eray | Seduction
Open in Telegram
🔥DİQQƏT +18 • Sənin tanışlıq, görüş və münasibətlərini filmlərdəki kimi həyəcanlı və baş döndərən edirəm. • 7 illik təcrübəmdən faydalanmaq üçün səhifəyə abunə ol. • Alfa Metod kitabının müəllifi və Game Revolution təliminin yaradıcısı.
Show more1 541
Subscribers
-424 hours
+97 days
+11330 days
662
Post views
~ 28924 hours
~ 35848 hours
42.96%
Engagement rate
~ 1
Posts per day
Posts Archive
1 545
✅ Qıza yaxınlaşıb salam verdin.
Bəs bundan sonra nə haqqında danışmalısan?
Yeni mövzunu necə açmalısan?
Məhz bu suala cavab verən dərs kitabçası hazırlayıram.
🚀 İçində “KEÇİD” texnikasının təməllərini öyrədəcəm.
💥Tezliklə yayımlanacaq.
1 545
Qapalı qrup haqqında məlumatı yalnız burada ala bilərsiniz. Fərdi qaydada heç kimə məlumat vermirəm.⬇️
https://t.me/qapali_qrup_siyahi/4
https://t.me/qapali_qrup_siyahi/4
https://t.me/qapali_qrup_siyahi/4
1 545
OYUNDA SÜRƏTLİ İNKİŞAFIN 3 TƏMƏLİ
1. OYUNU MƏQSƏDYÖNLÜ PRAKTİKA ET
Yeni başlayanlarda ən çox gördüyüm səhvlərdən biri...
3-4 təcrübəsiz oğlan bir yerə yığılır:
«Brat, çıxaq bir az set açaq».
Görüşürlər, gəzirlər, söhbət edirlər, oyun haqqında müzakirələr aparırlar, arada da bir-iki set açırlar.
Amma…
HEÇ BİRİ NƏYİ SƏHV ETDİYİNİ BİLMİR.
Çünki hamısı eyni dərəcədə təcrübəsizdir.
Nəticədə bir-birlərinin səhvlərini təkrarlayır, yanlış davranışlarını normallaşdırır və zəif vərdişlərini daha da gücləndirirlər.
Bu uşaqlar birlikdə əylənirlər, dostluqlar qururlar, yaxşı vaxt keçirirlər.
Amma real oyun bacarıqları sıfır.
BƏS MƏN NECƏ EDİRDİM?
Məni yeni başladığım illərdə sahada görsəydiniz, tamamilə fərqli mənzərə ilə qarşılaşardınız.
Saha mənim üçün idman zalı idi.
Ora vaxt keçirməyə yox, konkret bacarığımı inkişaf etdirməyə gedirdim.
Hər dəfə üzərində işləyəcəyim texnika əvvəlcədən müəyyən olurdu.
Mentorum tapşırıq vermişdisə, həmin tapşırığı yerinə yetirirdim.
Konkret metod öyrənirdimsə, bütün diqqətimi onun praktikasına yönəldirdim.
Əksər hallarda məşqim cəmi 1 saat davam edirdi.
Amma həmin 1 saat ərzində nə dost söhbəti, nə telefon, nə də başqa bir şey diqqətimi yayındıra bilirdi.
Məşqimi bitirirdim, sonra digər işlərimlə məşğul olurdum.
Əlbəttə, bəzən sahadan sonra uşaqlarla oturub söhbət etdiyim, əyləndiyim vaxtlar da olurdu.
Amma məşq vaxtı məşq idi.
SAHAYA VAXT ÖLDÜRMƏYƏ YOX, BACARIQ QAZANMAĞA ÇIXIRDIM.
2. ZƏİF NÖQTƏNİ İZOLYASİYA ET
Bu prinsip birincinin davamıdır.
Oyunda sürətli inkişaf etmək istəyirsənsə, hər şeyi eyni anda düzəltməyə çalışma.
Əvvəlcə ən zəif nöqtəni müəyyən et.
Sonra bütün məşqini həmin zəifliyin ətrafında qur.
Məsələn:
Qızlarla rahat tanış olursan, söhbət də edə bilirsən.
Amma söhbətlər həddindən artıq məntiqi keçir.
Emosiya, flört və seksual gərginlik yarada bilmirsən.
Nəticədə qızlar səninlə dost kimi danışır, amma seksual maraq formalaşmır.
DEMƏLİ, HAZIRDA SƏNİN PROBLEMİN TANIŞLIQ DEYİL, CƏLBETMƏDİR.
Onda nə edirsən?
Özünə bir həftə ayırırsan.
Hər gün bir saat sahaya çıxırsan və bütün diqqətini flörtə və cəlbetmə texnikalarına yönəldirsən.
Hər setdə həmin bacarığı məşq edirsən.
Qızın reaksiyasını müşahidə edirsən.
Nəyin işlədiyini, harada səhv etdiyini analiz edirsən.
Növbəti setdə düzəliş edirsən.
Və bunu təkrar-təkrar edirsən.
Zəif nöqtəni izolasiya etmədikcə, hər şeyi bir az məşq edəcəksən, amma heç birində ciddi irəliləyiş əldə etməyəcəksən.
3. ÖZÜNDƏN QAT-QAT DAHA TƏCRÜBƏLİLƏRİ TAP
Bu, mənim inkişafımı sürətləndirən ən vacib faktorlardan biri idi. (Mentorlarla əlaqə qururdum)
Özündən qat-qat təcrübəli oyunçu ilə kontaktda olanda…
Onun situasiyaları necə oxuduğunu görürsən.
Hansı anda hansı qərarı verdiyini müşahidə edirsən.
Qadınların reaksiyalarını necə interpretasiya etdiyini, və ümumiyyətlə oyuna hansı düşüncə sistemi ilə baxdığını öyrənirsən.
SƏN TƏKCƏ ONUN NƏ ETDİYİNİ DEYİL, NİYƏ ETDİYİNİ ANLAMAĞA BAŞLAYIRSAN.
Doğru sualı verirsən və doğru cavabı alırsan.
Amma burada da ciddi bir problem var.
Yeni başlayan kişilərin əksəriyyəti düzgün sual verməyi bacarmır.
«Eray, qız mənə belə yazdı. Nə cavab verim?»
«Qız görüşdə belə dedi. İndi nə edim?»
Bu suallara düzgün cavab vermək üçün kifayət qədər məlumat yoxdur.
Çünki sən mənə situasiyanın yalnız kiçik bir parçasını göstərirsən.
Mən isə bütün konteksti bilməliyəm.
Söhbət necə başladı?
O ana qədər aranızda hansı dinamika var idi?
Qızın sənə qarşı marağı hansı səviyyədə idi?
Sən necə davranmışdın?
Həmin reaksiyadan əvvəl nə baş vermişdi?
EYNİ CÜMLƏ İKİ FƏRQLİ SİTUASİYADA TAMAMİLƏ FƏRQLİ MƏNA DAŞIYA BİLƏR.
Ona görə də təcrübəli adamdan maksimum fayda götürmək istəyirsənsə, əvvəlcə situasiyanı düzgün analiz etməyi və dəqiq sual verməyi öyrən.
Çünki yaxşı mentor sənə sadəcə nə deyəcəyini öyrətmir.
SƏNİN ÖZÜNÜN GÖRMƏDİYİN SƏHVLƏRİ GÖSTƏRİR.
Və bəzən sənin aylarla fərqinə varmadığın bir səhvi, bir neçə dəqiqə ərzində üzə çıxarır.
1 545
Qapalı Qrupun hər modulunun özünəməxsus atmosferi, fərqli dərinliyi və sənə qazandıracağı tamam başqa baxış bucağı var.
Hələ də kənardan izləyirsənsə, nələri qaçırdığını təsəvvür belə etmirsən. 💥
1 545
🤩 “QIZLARDAN BAŞQA İŞİN YOXDUR?”
Bunu mənə deyən bir çox kişidən daha çox xarici dil bilirəm.
“Qızlardan başqa işin yoxdur?” 🎯Bunu deyən kişilərin böyük əksəriyyətindən daha atletik bədənə sahibəm, daha çox idman edirəm. “Qızlardan başqa işin yoxdur?” 🎯Bunu deyən bir çox kişidən daha çox pul qazanıram, daha çox sahədən anlayışım var. “Qızlardan başqa işin yoxdur?” 🎯Bunu mənə deyən kişilərin əksəriyyətindən daha gənc görünürəm, özümü daha enerjili hiss edirəm. Halbuki çoxu məndən yaşca kiçikdir. “Qızlardan başqa işin yoxdur?” 🎯Bunu deyən kişilərdən qat-qat güclü ünsiyyət bacarıqlarım, daha yüksək sosial fərqindəliyim var. İnsanları və situasiyaları daha yaxşı oxuyuram. Daha çox real sosial təcrübəyə sahibəm. “Qızlardan başqa işin yoxdur?” 🎯Bunu deyən kişilərin əksəriyyətindən daha yüksək statuslu sosial çevrəm var. Ətrafımda real uğurlar qazanmış, öz üzərində müntəzəm işləyən, həyatını inkişaf etdirən kişilər var. “Qızlardan başqa işin yoxdur?” 🎯Bunu deyən bir çox kişidən daha rəngarəng həyatım, daha çox maraq dairəm və hobbim var.ƏKSƏR TƏCRÜBƏSİZ KİŞİ ELƏ ZƏNN EDİR Kİ, QADINLARLA UĞURLU OLMAQ ONLARIN ARXASINCA QAÇMAQDIR. ⚠️ Çünki beyinlərinə yeridilən kişi-qadın münasibətləri modeli və kodlaşması məhz budur. Onların təsəvvüründə qadını əldə etmək = onun arxasınca sürünmək, özünü sübut etmək, bütün vaxtını və enerjini ona sərf etməkdir. Buna görə də qadınlarla uğurlu olan kişiləri özləri kimi təsəvvür edirlər. HALBUKİ REALLIQ TAM ƏKSİNƏDİR. Qadınlarla uğurlu olmaq onların arxasınca sürünmək, bütün vaxtını onlara sərf etmək kimi primitiv bir məsələ deyil. Qadınlarda güclü maraq yaradan kişi öz həyatında yüksək dəyər, güclü status və cəlbedici şəxsiyyət formalaşdıran kişidir. 👁 HİERARXİYADA GÜCLÜ MÖVQE QAZANMAQ ÜÇÜN İSƏ HƏYATININ BÜTÜN ƏSAS SAHƏLƏRİNİ ÖZ NƏZARƏTİNƏ GÖTÜRMƏLİSƏN.
🔴
Həm pul qazanmalı, həm də resurslara çıxışını artırmalısan.
🔴
Həm sağlamlığının qayğısına qalmalı, həm idman etməli, həm də xarici görünüşünə diqqət yetirməlisən.
🔴
Sosial qorxularını aşmalı, insanlarla sərbəst və axıcı danışmağı öyrənməlisən.
🔴
Qadın və ümumi insan psixologiyasını anlamalı, insanlarda emosiyalar yaratmağın, maraq oyatmağın və ünsiyyəti idarə etməyin metodlarını öyrənməlisən.
🔴
Və ən əsası, bütün bunları sadəcə oxumaqla kifayətlənməməli, real həyatda dəfələrlə praktika etməlisən.🔘 BU, PUZZLE KİMİDİR. Hər bacarıq bir parçadır. Pul qazanmaq bir parça. Sağlamlıq və fiziki güc bir parça. Sosial bacarıqlar bir parça. Psixoloji idarə bir parça. Qadınlarla ünsiyyət və flört bacarıqları başqa bir parça. Sən addım-addım bütün bu parçaları birləşdirirsən. Və nəticədə təkcə qadınlarla uğurlu olan kişiyə çevrilmirsən. HƏYATININ BÜTÜN SAHƏLƏRİNDƏ KİŞİLƏRİN 90%-DƏN FƏRQLƏNMƏYƏ BAŞLAYIRSAN. Sən hər gün özünün daha güclü, daha bacarıqlı, daha cəlbedici versiyasını yaratmağa çalışarkən, başqa kişilər evdə 31 çəkməklə, özləri kimi aşağı statuslu dostları ilə pivə içib həyatdan şikayətlənməklə məşğuldurlar. Sonra da sənin nəticələrinə baxıb soruşurlar ki: “Qızlardan başqa işin yoxdur?” XEYR, DOSTUM. MƏNİM QIZLARDAN BAŞQA DA ÇOX İŞİM VAR. 😎 Sadəcə qadınlarla uğurlu olmağı həyatımın digər sahələrində uğursuz olmaqla qarışdırmıram. OYUNÇU OLMAQ HƏYATINI QADINLARIN ƏTRAFINDA QURMAQ DEYİL. ÖZ HƏYATINI O QƏDƏR GÜCLÜ QURMAQDIR Kİ, QADINLARLA UĞUR DA BU HƏYATIN TƏBİİ BİR HİSSƏSİNƏ ÇEVRİLSİN. ✌ Oyunçu olmaq hər gün özünü daha da gücləndirmək deməkdir.
1 545
QADINLAR SEVGİ İSTƏYİRLƏR, AMMA SEVGİYƏ NİFRƏT EDİRLƏR
Bilirsiniz, niyə mən bu qədər rahat qızları cəlb edirəm, keks bişirirəm, amma orta statistik qaqaş hələ də qız üzünə həsrət qalıb?
Səbəb təkcə özgüvənli olmağımda və qızlarla rahat tanış ola bilməyimdə deyil.
Bu, sadəcə ilkin mərhələdir…
Əsas məsələ odur ki, mən qadınların təbiətini oxuya bilirəm.
Adi qaqaş tanış olduğu qızı itirməkdən çəkinir. Hətta tez aşiq olur, duyğular bəsləyir, sevgisini etiraf edir, qayğı göstərir.
Amma mən heç bir qıza sevgi siqnalları vermirəm.
QƏTİ! MÜZAKİRƏSİZ!
Niyə?
Çünki qadınlar özləri də sevgiyə nifrət edirlər.
Bir qadın sevilmək istəyir, sevgini arzulayır. Amma o sevgini əldə etdikdən sonra həmin sevgiyə qarşı nifrət və ikrah hiss etməyə başlayır.
Təkrar oxu, Casanova…
SEVİLMƏK İSTƏYİRLƏR, AMMA SEVGİNİ ALANDA DİKSİNİRLƏR!
Nə qədər çox sevsən, bir o qədər də səndən diksinib qaçacaqlar.
Bu, onların şüuraltısına kodlanıb.
Partnyor seçimi mexanizmidir.
Bunu adi, gündəlik məntiqlə anlaya bilməzsən.
Bunun üçün elmi izahını bilməli və praktikada görməlisən.
Şüuraltı olaraq qadın beyni qəbilənin ən güclü kişisini arzulayır.
Söhbət təkcə qol gücündən getmir. Ümumi daxili gücdən, iyerarxik gücdən və status gücündən gedir.
YƏNİ HİPERGAMİYA.
Bir kişi sevgisini sözləri, duyğuları və ya davranışları ilə göstərirsə, qadın beyni həmin kişini özündən üstün yox, özündən aşağı mövqedə görür.
Pərəstişkar (aka aşiq) sevdiyi insanı və ya şeyi özündən yüksək tutur.
Ona görə də pərəstiş etdiyi obyektdən üstün mövqedə dayana bilməz. Yalnız ondan aşağıda dayana bilər.
BURADA İSƏ PARADOKS YARANIR…
Qadının bir tərəfi sevgini istəyir, amma o sevgini tam əldə etdikdə həmin kişini özündən aşağı görməyə başlayır.
Bu, dünənki podkastda danışdığım YÜKSƏK DƏYƏR VƏ KOMFORT BALANSI mövzusuna aiddir.
HİPERGAMİYANI ANLAMASAN, OYUNUN ƏSL MƏNASINI ANLAMAYACAQSAN.
QEYD: Hipergamiya təkcə vəzifəcə yuxarıda olmaq demək deyil.
Qadın şüuraltısı vəzifə tanımır.
O, yüksək dəyərli, vəhşi mühitdə sağ qalmağı və iyerarxiyada üstün mövqe tutmağı bacaran kişinin davranışları ilə zəif kişinin davranışları arasındakı fərqi tanıyır.
Yəni bəzi kişilər düşünürlər ki, artıq yüksək vəzifəm var, deməli, bütün qızlar mənə verəcək.
Amma bu, belə işləmir.
SƏN VƏZİFƏCƏ ÜSTÜN OLA BİLƏRSƏN, AMMA DAVRANIŞDA HƏLƏ DƏ BETA KİMİ QALA BİLƏRSƏN.
Unutma, o qədər şofer var ki, müdirinin arvadı ilə yatıb.
ƏSAS MƏSƏLƏ DAVRANIŞ BAXIMINDAN İYERARXİYADA HARADA DAYANMAĞINDIR.
1 545
Əzələ yığmaq istəyirsənsə, əzələlərini müntəzəm ağırlıqla yükləməlisən.
Sosial bacarıqların da belədir.
Bəyəndiyin qızın yanında rahat danışmaq, söhbətdə donmamaq, həyəcanını idarə etmək istəyirsən?
Onda özünü bu vəziyyətlərə daha çox salmalısan.
Həyəcanlansan da, söhbəti başlat. Bəyəndiyin qızlara yaxınlaş.
Ortamlarda təşəbbüs göstər, diqqət mərkəzinə keç.
Rahat danışacağın günü gözləmə. Danışa-danışa rahatlaşacaqsan.
BU GÜN SOSİAL ƏZƏLƏLƏRİNİ TƏZYİQ ALTINA SAL Kİ, SABAH TƏZYİQ ALTINDA DONMAYASAN.
1 545
🎲OYUNDAN ZÖVQ ALMAĞA ÇAĞIRIRAM SƏNİ.
Bilirsiz, niyə indiyə kimi 100-dən çox qadınla keksim olub?
ÇÜNKİ MƏN BU OYUNU ÖZ KEFİM ÜÇÜN OYNAYIRAM.
Əksər kişi isə qadınlarla danışanda, tanış olanda, görüşəndə, yazışanda fərqinə varmadan bir tələyə düşür:
ÜNSİYYƏTİ QIZDAN NƏSƏ ALMAQ ÜÇÜN APARIR.
Beyinlərində istər-istəməz gözlənti yaranır:
«Artıq flört var, deməli, nəsə baş verməlidir».
«Bu qədər danışmışıq, bunun bir məntiqi sonluğu olmalıdır».
Və həmin gözlənti yaranan andan etibarən kişi artıq prosesdən həzz almağı yox, nəticə əldə etməyi düşünməyə başlayır.
İstədiyi nəticəni almayanda isə soyuyur.
Əvvəlcə həmin qızdan, sonra ümumiyyətlə qadınlarla ünsiyyətdən.
Bir tanışlıqda rədd alır, digərində gözləntisi doğrulmur, üçüncüsündə eqosu zədələnir…
Beləcə, xırda-xırda neqativ təcrübələr yığılır.
Və bir müddət sonra bəzi kişilərdə qadınlarla tanışlığa qarşı ümumi diksinmə yaranır.
🎯 BƏS BÜTÜN BUNLARIN ƏKSİNİ ETSƏYDİN?
Təsəvvür et ki, oyuna tamam başqa düşüncə ilə girirsən:
ƏSAS MƏNƏM.
🔴Əsas mənim kefimdir.
🔴Əsas mənim istəyimdir.
🔴Əsas mən hansı hissləri keçirirəm.
🔴Əsas mən nə etmək istəyirəm.
🔴Əsas mənə nə xoş gəlir.
Qızın mənə necə reaksiya verəcəyindən əvvəl, MƏN BU PROSESDƏ NECƏ HİSS EDİRƏM?
Diqqətini daim özünə, öz istəyinə, öz həzzinə qaytarırsan.
Hər detalda ÖZÜNÜ seçirsən.
Belə olanda oyun sənin üçün daha maraqlı, daha əyləncəli olur.
Ən maraqlısı isə odur ki, nəticəyə bu qədər yapışmadığın üçün nəticələrin də yaxşılaşmağa başlayır.
🕹 BU, KOMPÜTER OYUNU OYNAMAĞA BƏNZƏYİR.
Təsəvvür et, Call of Duty və ya sevdiyin başqa bir oyunu açırsan.
Niyə oynayırsan?
Missiyaları keçmək üçün?
Kvestləri tamamlamaq üçün?
Əlbəttə, bunlar da var.
Amma sənin əsas məqsədin bunlar deyil.
Sən öz kefin üçün oynayırsan.
Özünü cool hiss etmək, action yaşamaq, beynini işlətmək, adrenalin almaq, əylənmək üçün.
Missiyalar, qələbələr, səviyyələr isə ikinci plandadır.
BİRİNCİ YERDƏ SƏNİN ALDIĞIN HƏZZ VAR.
Qadınlarla tanışlığa da məhz bu düşüncə ilə yanaşmağını istəyirəm.
Ümumiyyətlə, sırf flört kontekstində qızları bu qədər ciddiyə alma.
Hər söhbəti münasibətə, hər flörtü seksə, hər görüşü hansısa nəticəyə çevirmək məcburiyyətində deyilsən.
SƏN ORAYA NƏSƏ QAZANMAĞA MƏCBUR OLDUĞUN ÜÇÜN YOX, OYNAMAQ İSTƏDİYİN ÜÇÜN GEDİRSƏN.
Bu prosesə boş yerə OYUN adı verməyiblər.
Bu adın seçilməsinin səbəblərindən biri də prosesi həddindən artıq ciddiyə almamağı, əylənməyi və nəticələrə ilişib qalmamağı xatırlatmaqdır.
🔥 MƏNİM BEYNİMDƏ BU NECƏ İŞLƏYİR?
Məsələn, mən set açmağa gedəndə beynimdə belə bir düşüncə olur:
«GEDİM BİRAZ OYNAYIM».
Sanki kompüter oyunu açmağa gedirəm.
Görüşə gedirəm?
Yenə eyni düşüncə.
«GEDİM GÖRÜM BU GÜN NƏ MARAQLI ŞEYLƏR YAŞAYACAĞAM».
Balaca uşaq kimi.
Maraqla, həyəcanla, əylənmək istəyi ilə.
Mənim üçün oyun qadından nəsə qoparmaq uğrunda mübarizə deyil.
ÖZ HƏZZİM ÜÇÜN OYNADIĞIM BİR OYUNDUR.
Və sənə də məhz bunu öyrətmək istəyirəm ki:
QIZI ƏLDƏ ETMƏYİ OYUNUN MƏRKƏZİNƏ QOYMA.
ÖZÜNÜ QOY.
Çünki bütün diqqətin nəticədə olanda oyunun həzzini itirirsən.
Amma diqqətin öz həzzində olanda nəticə artıq sənin üçün məcburiyyət yox, oyunun xoş bonusuna çevrilir.
YADINDA SAXLA:
🏆 OYUNU NƏSƏ ALMAQ ÜÇÜN YOX, OYNAMAĞIN ÖZÜNDƏN ZÖVQ ALDIĞIN ÜÇÜN OYNA.
1 545
PENİSİN İŞLƏMƏDİYİ YAŞA SAXLAMA QIZLARLA TANIŞLIĞI
Sevimli mentorlarımdan biri tez-tez belə deyirdi:
Kişilər qadınlarla ünsiyyəti, tanışlığı, münasibət qurmağı o qədər ertələyirlər ki, axırda penislərinin əvvəlki kimi işləmədiyi yaşa çatırlar.
Bir də ayılırlar ki, illər keçib, yaş ötüb, cinsi problemlər başlayıb amma hələ də qadınlarla normal ünsiyyət və münasibət qurmağı bacarmırlar.
«Hələ indi vaxtı deyil».
«Bir az da pul qazanım».
«Hələ filan işi yoluna qoyum».
«İndi buna vaxtım yoxdu».
«Mənə hələ qız-zad lazım deyil».
Belə-belə aylar keçir, illər keçir.
Amma bir şeyi unudurlar:
GƏNC YAŞLARINDAKI ENERJİNİ, SEKSUAL PERFORMANSINI VƏ CƏLBEDİCİLİYİNİ 40-DAN SONRA EYNİ ŞƏKİLDƏ GÖSTƏRƏ BİLMƏYƏCƏKSƏN.
Əlbəttə, istisnalar var. 80 yaşında da kifayət qədər enerjili kişilər var.
Amma gəlin sərt reallığa baxaq.
Yaş artdıqca cinsi funksiyada problemlər yaşamaq riski də artır. 35 yaşdan sonra da bu risk tədricən yüksəlir.
BUNA GÖRƏ DƏ NƏ QƏDƏR GƏNCSƏNSƏ, DİGƏR İŞLƏRİNLƏ PARALEL QADINLARLA ÜNSİYYƏTİNİN VƏ NƏTİCƏLƏRİNİN ÜZƏRİNDƏ DƏ İŞLƏ.
Yolüstü bəyəndiyin bir qızla tanış ol, ünsiyyət qur, sosiallaş.
İşdən sonra hər dəfə birbaşa evə qaçma. Hansısa qızla görüşə get.
Sosial ortama girdinsə, orada yeni qızlarla tanış ol.
Qadınlarla ünsiyyəti həyatının təbii bir hissəsinə çevir.
Beləcə, həm həyatının bütün sahələrində işinə yarayacaq ünsiyyət bacarıqlarını inkişaf etdirəcəksən, həm də gənc yaşlarından etibarən həyatında mütəmadi olaraq fərqli qadınlar olacaq.
Daha sonra istəsən, onlardan birini seçib uzunmüddətli münasibət qurarsan.
İstəsən, playboy kimi yaşayarsan.
ARTIQ SEÇİM SƏNİN OLACAQ.
Çünki bir şey var ki, qadınlarla münasibət qurmağı BACARDIĞIN üçün subay qalmağı seçəsən.
Bir də var ki, qadınlarla münasibət qurmağı BACARMADIĞIN üçün subay qalmağa məcbur olasan.
Bunlar eyni şey deyil.
Ona görə də qadınlarla tanış olmağı, flört etməyi və nəticə almağı penisin 0,5% işləyəcəyi dövrə saxlama.
1 545
Bu postu özünə “oyun kouçu” deyən psevdo səhifələrdən biri paylaşıb.
Oxudum, gördüm ki, kişiləri o qədər səhv yönləndirir, oyun haqqında o qədər yanlış təsəvvür yaradır ki, fikir bildirməmək mümkün deyil.
ABSURDLUĞUN DƏRƏCƏSİNƏ BAXIN.
Qızla görüşə gedirsən. Birlikdə vaxt keçirirsiniz. Görüşdən sonra qız sənə yazır:
“Mən münasibət yaşamağı düşünmürəm.”
Problem qızın bunu yazmasında deyil.
Əsas problem odur ki, BU PSEVDO OYUN KOUÇLARI HƏR ŞEYİ TEST SANIRLAR.
Qız soyuq davrandı? Test!
Məsafə qoydu? Test!
Münasibət istəmədiyini dedi? Yenə test!
Bunların dünyasında qadının hər xoşagəlməz davranışı kişinin maskulinliyini ölçmək üçün qurulmuş imtahandır.
Nəticədə təcrübəsiz kişilərdə belə bir illüziya yaranır:
“Qız mənə nə qədər hörmətsiz davransa da, dözməliyəm. Çünki maskulinliyimi göstərib testi keçməliyəm.”
Yaxud qız şəxsi sərhədlərini müəyyən edəndə, düşünür ki, həmin sərhədləri aşmaqla dominantlığını sübut etməlidir.
BUNUN ADI OYUN DEYİL. SOSİAL İNTUİSİYA ƏSKİKLİYİDİR.
İndi gəl həmin situasiyanı analiz edək.
Qızla bir saat görüş keçirmisən və sonda sənə “münasibət istəmirəm” yazıb.
Bunun bir neçə səbəbi var və TEST ƏN SON DÜŞÜNMƏLİ OLDUĞUN VARİANTDIR.
Bəlkə görüşdə özün də fərqinə varmadan möhtaclıq göstərmisən?
Qızı cəlb etməyə o qədər çalışmısan ki, yüksək dəyər əvəzinə, aşağı dəyərli davranışlar nümayiş etdirmisən.
Bəlkə kişi-qadın çərçivəsi qura bilməmisən? Nə flört olub, nə cazibə, nə də seksual gərginlik, sıxıcı date.
Nəticədə qız səndə arzuladığı kişini görməyib və “münasibət axtarmıram” cümləsi ilə məsafə qoyur.
Sən isə bütün bunları anlamaq əvəzinə, özünü aldadırsan ki:
“Bu testdir, indi maskulin cavab yazıb keçməliyəm.”
BİR QIZIL QAYDANI UNUTMA:
Qadın həqiqətən yüksək dəyərli gördüyü, güclü cazibə hiss etdiyi kişiyə qarşı belə ağır baryerlər yaratmağa çalışmır.
Təsəvvür et, bir qız illərdir heyran olduğu məşhur aktyorla görüşə gedir.
Səncə, görüşdən sonra həmin aktyora:
“Mən münasibət yaşamağı düşünmürəm”
yazmağa nə qədər həvəsli olacaq?
Əgər kişidən həqiqətən xoşu gəlibsə, əksinə, onu yenidən görmək istəyəcək.
MƏSƏLƏ TƏKCƏ QIZIN YAZDIĞI CÜMLƏDƏ DEYİL. MƏSƏLƏ ONUN SƏNİ NECƏ QAVRAMASINDADIR.
Gör səni nə dərəcədə beta görür ki, aranıza belə baryer qoyur.
Gör səni itirməkdən nə qədər az çəkinir ki, bu cümləni yazmağa cürət edir.
Gör özünü nə dərəcədə zəif təqdim etmisən ki, qız səninlə məsafə yaratmağa ehtiyac duyub.
“ERAY, BƏS BU, DOĞRUDAN DA TEST OLA BİLMƏZ?”
Bəzən, bəli.
Amma bir qız qəsdən səndə qeyri-müəyyənlik yaradır, münasibət istəmədiyini deyib reaksiyanı ölçür, ağır emosional testlərə çəkirsə, bu, artıq ciddi qırmızı bayraqdır.
Belə davranışların arxasında ciddi psixoloji problemlər də dayanır.
Sən isə belə qızı nextləyib yoluna davam etmək əvəzinə, onun testlərini keçməyə fokuslanırsan.
BU QIZ SƏNİN ƏSƏB SİSTEMİNİ Sİ👉 ƏCƏK.
Hələ münasibət başlamayıb, sən artıq imtahandan imtahana girirsən.
SƏN OYUNU İDARƏ ETMİRSƏN. SƏN ARTIQ ONUN OYUNUNDA OYNAYIRSAN.
Nəysə.
Bu psevdo oyun səhifələrinə də bir sözüm var:
“OSDURURSUNUZ, DEMİRƏM. ELƏ BİLMƏYİN Kİ, BİLMİRƏM.”
OYUN HƏR QIZIN TESTİNİ KEÇMƏK DEYİL.
Oyun sosial situasiyanı düzgün oxumaq, qadının marağını və maraqsızlığını ayırd etmək, öz davranışını kalibrasiya etmək və lazım gələndə rahatlıqla çıxıb getməkdir.
Kişiləri səhv yönləndirmək əvəzinə, çıxın sahaya, bir az real təcrübə toplayın.
Bacarmırsınızsa, gəlin yanıma.
ÖYRƏDİM.
1 545
Keksdən sonra dərhal sağollaşıb ayrılmayın. Bu, aranızda yaranan intim yaxınlığı qəfil kəsib atmaq kimidir.
Əvəzində, birlikdə gəzməyə çıxın, restorana və ya kofeşopa gedin.
Qoy aranızda yaranan o ehtiraslı duyğular keksdən sonra da davam etsin.
1 545
QIZIN MARAĞINI ARTIRMAĞIN ƏN EFFEKTİV ÜSULLARINDAN BİRİ
Ünsiyyətin əvvəlində qızın hər dediyini ciddi qəbul etmə. Onun sözlərinə, davranışlarına yumor qat, daima yeni mövzular aç və onu mizaha çevir.
Elə bir atmosfer yarat ki, qız özünü balaca uşaq kimi oynaq hiss etsin.
Sənin yanında özünü ciddi aparmağa, hər sözünü ölçüb-biçməyə ehtiyac duymasın.
Məqsəd onun diqqətini quru məntiqdən duyğulara keçirməkdir.
Qız gülməyə, sənə sataşmağa, özünü daha sərbəst ifadə etməyə, sənə maraq göstərməyə başlayanda isə oyunun istiqamətini dəyiş.
Bu dəfə onunla razılaş, ortaq nöqtələr tap, aranızda emosional bağ qur.
Sonra yenidən yumora, kontrastlı duyğulara, oynaq atmosferə qayıt.
OYNAQLIQ → YAXINLIQ → OYNAQLIQ → YAXINLIQ.
Bu iki ruh halı arasında keçid etməyi öyrən. Söhbət monoton sual-cavabdan çıxıb emosional dinamika qazansın.
AMMA BİR PROBLEM VAR…
Belə texnikaları oxumaq çox asandır.
Oxuyursan, beynində hər şey aydınlaşır və düşünürsən ki:
«Vso, artıq qızları necə cəlb edəcəyimi bilirəm!»
Sonra real həyatda bəyəndiyin bir qızla danışmaq istəyirsən.
Ürəyin sürətlə döyünür. Beynində onlarla fikir dolaşır.
Nə deyim? Necə yaxınlaşım? Necə ünsiyyəti başladım? Necə ünsiyyəti irəli aparım? Birdən rədd edər?
VƏ BEYNİN DONUR.
Bir az əvvəl bildiyin bütün texnikalar sanki yaddaşından silinir.
Çünki texnikanı BİLMƏK başqa şeydir, onu real qadınla ünsiyyətdə TƏTBİQ ETMƏK tamam başqa.
Bunun üçün:
• Sosial qorxularını aşmalısan.
• Rədd edilmək qorxusunu idarə etməlisən.
• Həyəcanlandığın anda belə rahat danışmalısan.
• Eqonun hər rədd cavabından sonra sınmasına imkan verməməlisən.
• Söhbət zamanı saniyələr içində yeni mövzu, yeni zarafat, yeni keçid yaratmalısan.
• Qızın reaksiyalarını oxumalı, nə vaxt yüksək dəyər göstərəcəyini, nə vaxt yaxınlıq quracağını bilməlisən.
Və bunlar hələ başlanğıcdır.
ƏN BÖYÜK TƏLƏ İSƏ BUDUR Kİ:
Sən texnikalar oxuduqca inkişaf etdiyini düşünürsən. Amma real həyatda heç nə tətbiq etmirsənsə, sadəcə nəzəri bilik yığırsan.
Bu gün də oxuyursan, sabah da oxuyursan…
Aylar keçir.
Sən hələ də bəyəndiyin qıza yaxınlaşmaq üçün özünü hazır hiss edəcəyin günü gözləyirsən.
Başqaları isə artıq praktika edir, səhvlərindən öyrənir və real təcrübə qazanır.
Aranızdakı fərq hər gün böyüyür.
Qapalı Qrupda mən sənə sadəcə hansı texnikaların işlədiyini yox, onları real ünsiyyətdə necə tətbiq etməyi, qorxularını necə aşmağı və oyunun müxtəlif mərhələlərində necə davranmağı öyrədirəm.
Oxuyub xəyal qurmaqla kifayətlənmə. Öyrəndiklərini real bacarığa çevir.
Dərslərlə daha yaxından tanış olmaq üçün aşağıdakı linkə keçid et.
https://t.me/qapali_qrup_siyahi/4
https://t.me/qapali_qrup_siyahi/4
https://t.me/qapali_qrup_siyahi/4
Content available for users 18+
By signing in to the service, you confirm that you are 18 years of age or older.
