fa
Feedback
Eray | Seduction

Eray | Seduction

رفتن به کانال در Telegram

🔥DİQQƏT +18 • Sənin tanışlıq, görüş və münasibətlərini filmlərdəki kimi həyəcanlı və baş döndərən edirəm. • 7 illik təcrübəmdən faydalanmaq üçün səhifəyə abunə ol. • Alfa Metod kitabının müəllifi və Game Revolution təliminin yaradıcısı.

نمایش بیشتر
1 365
مشترکین
-124 ساعت
-107 روز
-2030 روز
آرشیو پست ها
Oyunçu olsan da, olmasan da, bu oyunun bir iştirakçısan. Bəzi kişilər deyir ki: Mən qadınlara fokuslanmıram. Öz həyatıma fokuslanmışam. Amma anlamırlar ki... Kişi-qadın münasibətləri, bioloji olaraq həyatın ən fundamental sahələrindən biridir. İstəsən də, istəməsən də, bioloji olaraq bu oyunun içindəsən. Sən hər gün rəqabətdəsən. Hər gün SEKSUAL BAZAR DƏYƏRİN insanlar tərəfindən şüurlu və ya şüuraltı şəkildə qiymətləndirilir. Qadınlara fokuslanmamağın isə, aşağı seksual statusuna gətirilən psixoloji bəhanədir. Çünki insan dəyərli olduğunu hiss etdiyi sahədən qaçmır. Onu rədd edən və ya uğursuz olduğu sahəni gözdən salmağa çalışır. Qadınların gözündə aşağı statuslu olduqca, zehnin səni qorumaq üçün belə deyir: Onsuz da qadınlar mənə maraqlı deyil. Amma bu, oyundan çıxmaq deyil. Bu, sadəcə məğlub olduğun oyunu özün üçün mənasız elan etməkdir. Oyundan qaçış yoxdur. Ya qaliblər sırasında yer alırsan, ya da məğlublar.

Təsəvvür et… Gözlərin qadının gözlərinə baxır. Gülümsəyirsən. Nəfəsin onun nəfəsi ilə eyni ritmdədir. Aranızda gözlə görünməyən, amma bütün bədəndə hiss olunan, elektrik kimi seksual bir gərginlik var. Amma… Qəfildən hava dəyişir. Qadın sənə baxıb gözlənilməz bir sual verir:
“64-ün kvadrat kökü neçəyə bərabərdir?”
“Əəə… Dur…” — beynin donur. Sanki qadın bütün ehtirasın içinə pox qoyur və sənin şeyini kəsib balkondan aşağı atır. Məntiq oyanırGözlərin instinktiv olaraq yuxarı-sola qaçır. Beynin “hiss et” rejimindən “hesabla” rejiminə keçir. “Ay blyaaa, belə vaxtda bu nə sikidomski sualdır?!” Təcrübəsiz, beta kişilər məhz fərqinə varmadan qadınla ünsiyyəti bu istiqamətə aparırlar. Qadını davamlı olaraq məntiqə, analizə və qiymətləndirməyə sürükləyirlər. Sonra da oturub fikirləşirlər: “Qız niyə birdən soyudu?” Çünki emosiyanın içinə öz əlinlə pox qoydun. Yadda saxla: Məntiq ön plana keçən kimi emosiya arxa plana çəkilir. Məntiq aktivləşən kimi qadın səni qiymətləndirməyə başlayır. Şüuraltı olaraq: • Səni görünməz süzgəcdən keçirir. • Zəif nöqtələrini axtarır. • Səni hiss etmək əvəzinə analiz etməyə başlayır. Nəticədə isə yaratdığın emosional cazibə və yüksək status hissi sürətlə əriyib gedir. Buna görə qadınlarla uğurlu olmaq istəyirsənsə, mütləq şəkildə duyğu oyatmağı və o duyğuları söndürməməyi bacarmalısan. Yoxsa ən gözəl anın içinə də öz əlinlə pox qoyacaqsan. Real oyunu öyrən.

İdmanın özündən həzz alan kişi, sadəcə “3 aya nəticə alım” deyə çalışan kişidən hər zaman daha qalıcı və üstün bir fiziologiy
İdmanın özündən həzz alan kişi, sadəcə “3 aya nəticə alım” deyə çalışan kişidən hər zaman daha qalıcı və üstün bir fiziologiyaya sahib olacaq. Qadınlarla sosiallaşmaqdan, hər söhbətdə və hər toxunuşda ünsiyyət bacarığını bir az da təsirli etməkdən zövq alan kişi isə, məqsədi yalnız nömrə almaq və ya “keks” olan kişini həmişə geridə qoyacaq. Çünki biri nəticənin arxasınca təlaşla qaçır, digəri isə prosesin özündən həzz alır. Sən hədəfin qulu olmaqdan əl çəkib prosesdən həzz aldığında, nəticə onsuz da gəlib səni tapır.

Çox sayda qadınla flört etməyin və fərqli qadınlarla ünsiyyət təcrübəsi qazanmağın ən böyük üstünlüklərindən biri budur ki: Sən artıq tək bir qadını deyil, yüzlərlə fərqli davranış modelini görürsən. Bəzisi sənə çox maraq göstərir. Bəzisi orta səviyyədə. Bəzisi isə demək olar ki, heç maraq göstərmir. Bəzən səhv edirsən. Amma hər səhv sənə yeni bir nümunə öyrədir. Vaxt keçdikcə qadınların davranışlarını müqayisə etməyə başlayırsan. Məhz bu müqayisələr intuitiv hissini gücləndirir. Artıq kimin marağının həqiqi, kimin sadəcə diqqət oyunu oynadığını daha tez hiss edirsən. Kimin davranışları səmimidir, kimin emosiyaları isə yalnız görüntüdən ibarətdir. Kimin təsir etməyə çalışdığını, kimin isə təsirə daha açıq olduğunu daha rahat oxuyursan. Təcrübən artdıqca davranışlardakı ən kiçik kontrastlar belə gözündən qaçmır. Elə bil bəsirət gözün açılır. Artıq yalnız səhnəni izləmirsən. Pərdə arxasında baş verənləri də görməyə başlayırsan.

Ciddi ruh halı ilə, özünü həddindən artıq ciddiyə alaraq yalnız qadınları özündən uzaqlaşdıra bilərsən. Oyunu öyrənən və ümumiyyətlə əksər kişidə həddindən artıq ağır, blokajlı, özünü sərbəst ifadə etməyən bir aura var. Bu, çox yanlışdır. Oyunun əsas qaydalarından birini unutmayın… SƏN NƏ HİSS EDİRSƏNSƏ, QARŞI TƏRƏF DƏ ONU HİSS EDİR. Əhval-ruhiyyə yoluxucudur. Sən pessimist, blokajlı, sıxılmış və yersiz ciddi olanda, məhz bu enerjini qarşı tərəfə ötürürsən. Bəzi insanlar hər şeyi o qədər ciddiyə alırlar ki, deyəcəkləri sözü belə uzun-uzadı düşünüb deyirlər. Bu isə aşağı statuslu və özgüvənsiz enerji yayır. Təsəvvür et, sən nə qədər qorxaq olasan ki, hər dediyin sözə görə narahat olasan. Qadınlar sənin güzgündür. Aldığın hər reaksiya sənin həmin andakı daxili dünyanı əks etdirir. Bu səbəbdən oyunbaz enerjinizi kultivasiya edin. Həyatla oynayın. İnsanlarla oynayın. Sözlərlə oynayın. Ətrafımda olan oyunçular bilir, mən heç vaxt qadınlarla tam ciddi danışmıram. Qadınlar çox vaxt anlamırlar ki, mən dediyimi ciddi deyirəm, yoxsa zarafat edirəm. Ümumiyyətlə, qadınları və insanları barmağına dolamağı bacarmalısan. Sənin ruh halın belə olmalıdır. Əgər sən oyunçusansa, playboysansa, oyunu öz ruh halına çevirməlisən. Həm müsbət reaksiyaya, həm də mənfi reaksiyaya qeyri-ciddi prizmadan baxmalısan. Heç nəyi tam ciddi qəbul etməli deyilsən. Ciddiyyətə düşdüyün an, itirdiyin andır. Həyatını analiz et. Özün anlayacaqsan.

Marağını çəkən qadınla münasibətiniz seksuallıq və cinsəllik üzərində qurulmayıbsa, demək ki, sənin əzikliyin və qadının qulu olmağın üzərində qurulub.

Qız sənin yanında daim həyatdan şikayət edir, bütün problemlərini və sirlərini danışırsaBunu dərhal “mənə güvənir, deməli məndən xoşu gəlir” kimi yozma. AdətənOnun gözündə maraq duyduğu kişi yox, bütün emosional yükünü boşaltdığı bir psixoloq rolundasan. Yəni sən onun üçün “emosional tamponsan”. Sənə həqiqətən marağı olan qadın isə sənin diqqətini qazanmaq üçün özünü daha pozitiv, maraqlı və cəlbedici tərəfdən göstərməyə çalışar.

Təlimə ilk başladığımız günlərdə belə deyirdi: “Eray, mən axıcı danışa bilmirəm…” “Qıza yaxınlaşsam nə deyəcəyimi bilmirəm…” Əsas problemi isə söz deyə bilməmək yox, düzgün bacarıqların və təcrübənin olmaması idi. Addım-addım cəlbetmə, axıcı ünsiyyət və tanışlıq bacarıqları üzərində işləməyə başladıq. NəticəBu gün cəmi 30 dəqiqə ərzində iki fərqli qızla rahat şəkildə ünsiyyət qurdu və tanış oldu. 🔥 Təsəvvür edin… Biz hələ təlimin yarısına belə çatmamışıq. Əvvəl yaxınlaşmağa çəkinən adam, indi ard-arda tanışlıqlar edir. Təlim bitəndə ortaya tam cəlbedici bir Casanova çıxacaq. Oyunçumuzu motivasiya etmək üçün bir az 🔥 🔥🔥buraxın.

MƏNİ OLDUĞUM KİMİ QƏBUL ETSİNLƏR… Bu, dəyişməkdən və komfort zonasından çıxmaqdan QAÇMAQ üçün özünə verdiyin bəhanədir. Sən s
MƏNİ OLDUĞUM KİMİ QƏBUL ETSİNLƏR… Bu, dəyişməkdən və komfort zonasından çıxmaqdan QAÇMAQ üçün özünə verdiyin bəhanədir. Sən sabit və ideal bir heykəl deyilsən. Bəs hansı “özündən” danışırsan? Qızın qarşısında həyəcanlanan, səsi titrəyən, nə deyəcəyini bilməyib susan versiyandan? Yoxsa ortamda relax olan, enerjisi ilə dominantlıq quran, söhbəti idarə edə bilən lider versiyandan? Anla… İdman edən sən və heç nə etməyən sən eyni nəticəni yaşamır. Qadınlarla rahat danışan sən və hər dəfə özünü geri çəkən sən eyni həyatı yaşamır. Dəyişən şey hansı tərəfini inkişaf etdirib ortaya çıxardığındır. Ona görə “sadəcə özün ol” doğru məsləhət deyil. Mütəmadi olaraq dəyiş və özünün ən güclü versiyanı yarat. Bu, ən effektiv tövsiyədir.

BOŞ EQO… Bəzi kişilər hələ də qızlarla bəsit, axıcı bir söhbəti belə idarə edə bilmirlər. İçlərindəki həyəcanı, “sosial fobiya” adlandırdıqları qorxuları və qadınların yanında donub qalmalarına səbəb olan beta davranışlarını boş bir eqonun arxasında gizlədirlər. Bütün bunlara baxmayaraq, problemlə üzləşib “oyunu” öyrənməyi və təcrübəli insanlardan dəstək almağı özlərinə sığışdırmırlar. Amma anlamaq istəmirlər ki: Qadınlarla cəlbedici ünsiyyət qurmaq və sosial qorxulardan azad olmaq sadəcə qız əldə etmək deyil. Bu, kişinin özünü daha güclü, rahat və azad hiss etməsi, daxili maskulin enerjisini tapmasıdır. Öz üzərində işləməməyin gətirdiyi ən böyük cəza isə illər sonra hiss olunur. 35-40 yaşında geriyə baxanda: gəncliyini təcrübə toplamadan keçirmək, yanlış seçimlər etmək və “kaş ki”lərlə yaşamaq insanın qarşısına çıxır. “Oyun” sənə mütləq Best Model of Azerbaijan, tanınmış müğənni və ya məşhur aktrisalarla birlikdə olmağı vəd etmir. Bunun üçün əvvəlcə həmin səviyyəyə uyğun bir çevrə qurmalısan. Amma doğru metodologiya və real praktika sayəsində: Öz sosial çevrəndəki qadınlarla daha fərqli, rahat və cəlbedici ünsiyyət qura bilərsən. Ətrafında qadın azdırsa, daha çox tanışlıq yaradıb həyatına yeni qadınlar daxil edə bilərsən. Daha çox təcrübə topladıqca isə, çoxlu seçimlər arasından sənə uyğun olan qadını seçmək imkanın yaranar. Bu, inkişaf etdirilə bilən bir bacarıqdır. Bu qarantilidir. Amma bilirsən başqa nə qarantilidir? Əgər o qoruduğun boş eqonun qurbanı olmağa davam etsən və həmin "beta burulğanda"da qalsan, müasir dövrdə heç orta statistik bir qızın radarına belə düşməyəcəksən. Çünki onsuz da yüzlərlə seçimi olan müasir qadınlar, sosial mühitdə donub qalmayan, maskulin enerjili, axıcı danışa bilən, dominant və statuslu kişiləri axtarırlar. Eqoya uyub, özünü dəyişdirməyənlər isə gözləntilərini qarşılamayan, keyfiyyətsiz seçimlərlə kifayətlənməyə məhkum olurlar. Dəyişmək çətindir. Amma dəyişməmək və illəri boşa vermək daha ağırdır. Unutma, bu gənc yaşlar bir daha sənin əlində olmayacaq.

Təcrübəlilər üçün oyunlarını və keçirdikləri görüşləri tamamilə yeni mərhələyə qaldırmağa kömək edəcək dərs və metod paylaşdı
Təcrübəlilər üçün oyunlarını və keçirdikləri görüşləri tamamilə yeni mərhələyə qaldırmağa kömək edəcək dərs və metod paylaşdım qapalı qrupda. Qrup üzvləri sadəcə nəzəriyyə almırlar. Onlar mənim 10 illik praktikamdan, real təcrübəmdən və illər ərzində Azərbaycan üçün formalaşdırdığım sistemdən faydalanırlar. Bu ikisinin arasında çox böyük fərq var.

Bu film mənim mentoruma da çox böyük təsir etmişdi. O da bizə dəfələrlə bu filmə baxmağı tövsiyə edirdi. Sahaya çıxmazdan əvvəl demək olar ki, hər dəfə bu filmə baxırdım. Tyler Durdenin cəmiyyətin yaratdığı sərhədləri sorğulaması, qorxularının üzərinə getməsi və özünü məhdudlaşdıran çərçivələri qırması mənə əslində hansı tip şəxsiyyətə sahib ola biləcəyimi göstərirdi. Filmdə bir səhnə var ki, Tyler digər qəhrəmana əlini kimyəvi maddə ilə yandıraraq ona ağrıdan qaçmamağı, həmin anı tam hiss etməyi və həyatın reallığı ilə üzləşməyi öyrədir. Bu səhnə əslində rahatlıq zonasından çıxmağın, öz qorxularının üzərinə getməyin və özünü məhdudlaşdıran inanclardan qurtulmağın simvoludur. Tylerin dediyi kimi: “İlk növbədə bilməlisən ki, bir gün öləcəksən… Yalnız hər şeyi itirəcəyini anlayandan sonra istədiyimiz hər şeyi etmək azadlığına qovuşuruq.” Bu səhnə mənim həyata baxışımı dəyişən şeylərdən biri olmuşdu. Həyatımın başqa bir səhifəsini bağlayıb, sıfırdan yeni versiyamı yaratmağa qərar vermişdim. Artıq bu dəfə məni cəmiyyət yox, özüm yaradırdım. Öz səhvlərimdən, təcrübələrimdən nəticə çıxararaq yoluma davam edirdim. Oyun, sahalar isə bu yolda mənim ən böyük dəstəkçilərimdən biri olmuşdu. Əslində Tyler Durden başqa bir insan deyil. O, baş qəhrəmanın öz alter-eqosudur. Yəni onun içində olmaq istədiyi, amma hələ çevrilə bilmədiyi versiyanın obrazıdır. Onun xarizması, cəsarəti, sərbəstliyi və etdiyi seçimlər baş qəhrəmanın şüuraltında yaratdığı ideal kişi obrazıdır. Plus bu film “oyun” cəmiyyətinin formalaşmasında böyük rol oynayan filmlərdən biri olub. Bu filmdən sonra təcrübəli oyunçular birləşərək fərqli oyun klubları və məktəbləri yaratmağa başladılar. Tylerin zirzəmidə kişilərin qarşısına çıxıb o məşhur qaydaları dediyi səhnə filmin ən ikonik anlarından biridir. Bu səhnə kişilərin cəmiyyətin verdiyi proqramlardan çıxmaq, öz zəiflikləri ilə üzləşmək və daha güclü versiyalarına çevrilmək istəyini göstərir. “Döyüş klubunun birinci qaydası: Döyüş klubu haqqında heç kimə danışmırsınız. İkinci qaydası: Döyüş klubu haqqında heç kimə danışmırsınız.” İndi bu iki aktyorun yenidən bir yerdə görüntüləri yayılanda həmin şəkli görəndə bir anda bu filmin həyatımın müəyyən dövrünə necə təsir etdiyi yadıma düşdü. Bütün saha edənlərə, öz üzərində işləyənlərə bu filmi mütləq izləməyi tövsiyə edirəm.

Çox az adam bilir, amma 2014-2015-ci illərdə oyuna təzə başlayanda, hələ tanımadığım qızlara yaxınlaşmaqdan qorxduğum, içimdə
+2
Çox az adam bilir, amma 2014-2015-ci illərdə oyuna təzə başlayanda, hələ tanımadığım qızlara yaxınlaşmaqdan qorxduğum, içimdəki sosial proqramları və cəmiyyətin yaratdığı limitləri qırmağa çalışdığım vaxtlarda məni action almağa ən çox motivasiya edən şeylərdən biri Fight Club filmi idi.

Görüşdə qızın məni cırmaqlaması və ya dişləməsi çox güclü çəkim siqnalıdır. Dişləmək, cırmaqlamaq və işarələmək qadının beyni
Görüşdə qızın məni cırmaqlaması və ya dişləməsi çox güclü çəkim siqnalıdır. Dişləmək, cırmaqlamaq və işarələmək qadının beynindəki çox qədim bir instinktin əksidir..: “Bu kişi mənimdir.” Bu, şüuraltı səviyyədə sahiblik hissinin və emosional investisiyanın göstəricisidir. Amma maraqlı paradoks budur ki… Bir qadın səni işarələdikdə, çox vaxt digər qadınların da diqqəti sənə yönəlməyə başlayır. Çünki ön seçim mexanizmi işə düşür. Qadın beyni şüuraltı olaraq düşünür ki: “Əgər başqa qadınlar bu kişiyə maraq göstərirsə, deməli bu kişidə güclü genlər var.” Elə buna görə də qadın marağını maksimum səviyyəyə çatdıran ən güclü tətikləyicilərdən biri, onu digər qadınlarla incə rəqabət mühitinə salmaqdır. Çünki cəlbolma kişilərin düşündüyündən daha dərin, daha primitiv və daha instinktiv mexanizmlərlə işləyən bir oyundur.

İkinci tələbədə də dəyişikliklər başlayır. Yavaş-yavaş tanışlıq sayını artırır. Bu oyunda hər zaman doğru addımları ən çox pr
İkinci tələbədə də dəyişikliklər başlayır. Yavaş-yavaş tanışlıq sayını artırır. Bu oyunda hər zaman doğru addımları ən çox praktika edən qazanır. Əgər sənin praktikana təcrübəli biri nəzarət edirsə, dəyişiklik və inkişaf qat-qat daha sürətli baş verir.

İkinci tələbədə də dəyişikliklər başlayır. Yavaş-yavaş tanışlıq sayını artırır. Bu oyunda hər zaman doğru addımları ən çox praktika edən qazanır. Əgər sənin praktikana təcrübəli biri nəzarət edirsə, dəyişiklik və inkişaf qat-qat daha sürətli baş verir.

Cinsəlliyi pulla almaq = başqa qadınlar tərəfindən seçilməmək və arzulanmamaq
Cinsəlliyi pulla almaq = başqa qadınlar tərəfindən seçilməmək və arzulanmamaq

Gözəl bir qız görürsən… Yaxınlaşmaq istəyirsən… Amma beynində 100 fikir başlayır: “Birdən rədd etsə?” “Nə deyəcəyəm?” “Özümü axmaq vəziyyətə salaram…” Və nəticədə heç nə etmirsən. Ən pisi də budur ki, problem qızlar deyil. Problem yaxınlaşma qorxusu, həddindən artıq düşünmək və nə edəcəyini bilməməkdir. Qapalı Qrupumuzda öyrənəcəksən: ✅ Qızlara rahat və təbii şəkildə necə yaxınlaşmaq ✅ İlk saniyələrdə nə demək lazım olduğunu ✅ Mövzu tapmadan söhbəti necə davam etdirmək ✅ Donub qalmağın qarşısını necə almaq ✅ Nömrə və ya Instagram almağı necə asanlaşdırmaq ✅ Rədd edilmək qorxusunu necə azaltmaq ✅ Tanışlıqları real görüşlərə çevirmək ✅ Hər gözəl qızın yanında gərgin yox, rahat hiss etməyi Çünki qızlarla ünsiyyət istedad deyil. Öyrənilən bacarıqdır. 5 il sonra “kaş vaxtında başlayaydım” deməmək üçün: 🔒 Qrup Haqqında Məlumat ⤵️: https://t.me/qapali_qrup_siyahi/4

QIZLARA YAXINLAŞMAQDAN QORXURSAN, YOXSA QIZLARIN ÖZÜNDƏN? Əksər kişilər bu ikisini eyni problem hesab edir. Halbuki aralarında çox böyük fərq var. Birində sən sadəcə ilk addımı atmaqdan çəkinirsən. Digərində isə qadının qarşısında özünü dəyərsiz, gərgin və qiymətləndirilən biri kimi hiss edirsən. Görək səndə hansıdır. 1. Sadəcə yaxınlaşmaqdan qorxursansa Yaxınlaşana qədər beynində müxtəlif ssenarilər fırlanır: “Necə reaksiya verəcək?” “Nə deyim ilk başda?” “Birdən pis alınsa?” Amma maraqlı tərəf odur ki, yaxınlaşıb söhbət başlayandan sonra hər şey dəyişir. Birdən rahatlaşırsan. Söhbət axıcı gedir, mövzular öz-özünə yaranır, zarafat edə bilirsən, özünü sərbəst hiss edirsən. Hətta qarşı tərəf maraq göstərməsə belə, bunu şəxsi faciə kimi qəbul etmirsən. Çünki problem qız deyil. Problem sadəcə ilk addımı atana qədərdir. 2. Qızların özündən qorxursansa Burada məsələ daha dərindir. Sən sadəcə yaxınlaşmaqdan qorxmursan. Sən onun səni necə qiymətləndirəcəyindən qorxursan. Beynin davamlı olaraq bunlarla məşğul olur: “Mənim haqqımda nə düşünəcək?” “Birdən məni bəyənməz?” “Birdən axmaq görünərəm?” “Nə deməliyəm ki, məni bəyənsin?” “Birdən məni rədd edər?” “Birdən məni şikayət edər?” Bu vəziyyətdə problem yaxınlaşmaq deyil. Çünki yaxınlaşandan sonra da rahatlaşmırsan və gərginlik davam edir. Söhbət boyu özünü ciddi analiz edirsən. Hər sözünü ölçüb-biçirsən. Sanki imtahandasan və səhv etmək haqqın yoxdur. Nəticədə beynin ünsiyyət qurmaq əvəzinə, özünü qorumağa çalışır. Və məhz buna görə gərginlik söhbətin tək əvvəlində yox, sonuna qədər davam edir. Bu iki problem kənardan eyni görünə bilər. Amma əslində biri yaxınlaşma qorxusu, digəri isə qiymətləndirilmə qorxusudur. Və onları həll etməyin yolları da tamamilə fərqlidir.