不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅 👈
1 417
订阅者
-124 小时
+157 天
+4330 天
513
帖子浏览量
~ 23824 小时
~ 28448 小时
36.20%
参与率
~ 2
每日帖子数
帖子存档
1 417
Dünən yazmışdım ki, qadınlarla ünsiyyət haqqında bildiklərimizin böyük hissəsini cəmiyyətin beynimizə yeritdiyi uydurmalardan öyrənmişik.
Amma bundan daha təhlükəli bir problem var.
Bəzi kişilər artıq problem yaşadığını anlayır. Sadəcə özünü aldadır ki:
“ZAMANLA ÖZÜM HƏLL EDƏCƏM.”
Və aylar beləcə keçir.
Ard-arda uğursuzluq yaşayırsan — bunu gizlədirsən.
Qızın verdiyi reaksiyanı anlamırsan — amma özünü elə aparırsan ki, guya hər şeyi başa düşmüsən.
Söhbətin ortasında donursan — evə gedəndən sonra isə beynində həmin səhnəni təkrar-təkrar oynadıb:
“Kaş belə deyərdim…”
Sonra başlayırsan məlumat axtarmağa.
Bir yerdən məqalə oxuyursan.
Başqa yerdən video izləyirsən.
Hardansa PDF tapırsan.
Beləcə beynində yüzlərlə məlumat yığılır.
Və düşünürsən ki:
“Artıq oyunu başa düşürəm.”
Amma…
SƏN OYUNU ÖYRƏNMƏMİSƏN.
SADƏCƏ OYUN HAQQINDA NƏZƏRİYYƏ TOPLAMISAN.
Real qızın qarşısında isə yenə donursan.
Yenə nə deyəcəyini bilmirsən.
Yenə onun reaksiyasını düzgün oxuya bilmirsən.
Yenə aylarla görüşlər və cinsəllik yoxdur.
Çünki informasiya ilə bacarıq eyni şey deyil.
Bir şeyi oxumaq başqa şeydir.
Onu real vəziyyətdə, təzyiq altında, avtomatik şəkildə tətbiq edə bilmək isə tamam başqa.
Buna görə sənə ordan-burdan yığılmış məlumat yox, real həyatda tətbiq edə biləcəyin sistem və onu bacarığa çevirən praktika lazımdır.
HƏR GÜN PRAKTİKA.
Arada-sırada yox.
Bir həftə edib, sonra buraxmaq yox.
Motivasiya gələndə yox.
HƏR GÜN.
1 417
Yaxşı, sizinlə bir cəlbetmə metodu bölüşürəm, amma yenə də saat 00:00-da siləcəm. Diqqətlə oxu.
Bu, yüzlərlə belə metoddan sadəcə biridir, amma çox effektivdir.
Qadının sənə olan cəlbolmasını artıran situasiyalardan biri nədir?
Sən onun shit-testini keçəndə.
İndi sənə verəcəyim növbəti missiya budur:
Növbəti dəfə görüşə gedəndə qızla belə bir oyun oyna.
Qızdan səni qıcıqlandırmasını, sənə pis sözlər deməsini, səni ittiham etməsini və niyə bir-birinizə uyğun gəlmədiyinizi deməsini istə. (Oyun adı ilə təklif et)
Sonra bunları shit-test kimi qəbul et və keç.
Məsələn:
Qız: Sən mənə uyğun deyilsən, çünki yaşın balacadır.
Sən: Aha, zato milflərin sevimlisiyəm. Rəqiblərin güclüdür sənin.
Qısaca:
Qız sənə qəsdən bir neçə shit-test atır və sən onların hamısından keçirsən.
4–5 shit-testdən uğurla keçdikdən sonra onun beynində dominant və emosional cəhətdən güclü kişi kimi möhkəmlənirsən, cəlbolma artır.
İstifadə et.
Daha güclü dərslər üçün Qapalı Qrupa qoşul.
1 417
Bəli, bəzən burada çox dəyərli dərslər paylaşıram və bir neçə dəqiqə sonra silirəm.
Kim çatdırıb oxudu-qazandı.
Kim gecikdi-qaçırdı. 😉
1 417
QIZI EVƏ NECƏ DƏVƏT EDİM?
Casanovalar, qızı evə dəvət etmək üçün bunu “Mənim evimə gəlmək istəyərsən?” formasında soruşmaq ən pis variantdır.
Əsas məsələ evə çağırmaq yox, düzgün kontekst yaratmaqdır.
Bunun 2 rahat işləyən variantı var.
1. EVİ YOX, SƏBƏBİ TƏKLİF ET
Ən rahat variantlardan biri budur.
Qızı evə dəvət edirsən, amma söhbətin mərkəzinə “ev”i qoymursan. Ona evdə edəcəyiniz konkret bir şey təklif edirsən.
Məsələn:
— “Sənə öz əlimlə kofe düzəldəcəm.”
— “Şəhərin mənzərəsini göstərmək istəyirəm.”
— “Pişiyimi sənə göstərməliyəm.”
— “Akvariumdakı balığımla tanış olarsan.”
— “Sənə gitarada bir şey ifa edəcəm.”
— “Xaricdən gətirdiyim bir suvenir var, onu görməlisən.”
— “PlayStation oynayaq.”
Evdə edə biləcəyin milyonlarla hobbi var.
Amma bu səhv etməyin:
Aktiviteni görüşün sonunda qəfil ortaya atmayın.
Qızı dəvət etmək istədiyin aktivlik haqqında söhbətin ortasında danış.
“Mən kofeni belə hazırlamağı xoşlayıram.”
“Bu yaxınlarda xaricdən maraqlı bir şey gətirmişəm.”
“Evdə gitarada məşq edirəm.”
Yəni əvvəlcə konteksti yaradırsan, sonra dəvət edirsən.
Bu, mənim sizə göstərdiyim texnikanın yalnız səthi versiyasıdır.
Düzgün tətbiq etmək üçün toxumlama texnikasını bilməlisən.
2. TOXUMLAMA İŞLƏMƏDİ? KONTEKSTİ DƏYİŞ
Əgər qızla toxumlama işləməyibsə amma qızın ilgisi yüksəkdirsə, başqa yoldan gedə bilərsən.
Deyirsən:
“Okay, görüşümüz maraqlı keçdi. Belə tez dağılışmayaq. Gəl, başqa bir məkana gedək, orada qəşəng desertlər var.”
Burada konkret və real məkan adı çəkirsən.
Qız razılaşırsa, növbəti addım olaraq:
“Okay, ora getməzdən əvvəl yolüstü tez əynimi dəyişim, sonra gedək.”
Burada sən artıq evə getməyi ayrıca “hadisə” kimi təqdim etmirsən. Sadəcə planın bir hissəsi kimi göstərirsən və marşurutunu ev tərəfdən salırsan.
Əgər qız bununla rahatdırsa, evə çatanda:
“Gəl qalxaq, mən tez üstümü dəyişib çıxım.”
Və beləcə, qızı ilk dəfə öz evinə gətirmiş olursan.
VACİB QAYDA
Casanovalar, bunu başa düşün ki:
Qızı evə aparan cümlə deyil, görüş boyunca yaratdığın dinamika və emosialar olur.
Əgər qadında güclü cəlbolma, yatırım və komfort yaranmayıbsa, dünyanın ən “mükəmməl” dəvət cümləsini də desən, böyük ehtimalla işləməyəcək.
Ona görə də “Qızı evə necə çağırım?” sualına ilişib qalmayın.
Əvvəlcə cəlbolma yaradın.
Sonra investisiya yaradın.
Sonra komfort yaradın.
Daha sonra isə dəvət artıq ayrıca böyük problem olmur.
Qızı necə professional şəkildə cəlb etmək, onda düzgün emosional reaksiyaları necə yaratmaq və görüşü necə mərhələli şəkildə irəlilətmək lazım olduğunu Qapalı Qrupdakı dərslərdə bölüşürəm. ⤵️
1 417
UŞAQLIQDAN QADINLAR HAQQINDA HANSI HEKAYƏLƏRİ EŞİTDİN?
Casanovalar, bir çoxunuz qadınlarla ünsiyyət, tanışlıq və cinsəllik haqqında ilk məlumatları kitabdan, təlimdən və ya real təcrübədən yox, özünüzdən yaşca böyük oğlanlardan eşitmisiniz.
Mənim də uşaqlığım belə keçib.
Uşaq vaxtı idmana gedirdim. Ətrafımda məndən böyük oğlanlar çox olurdu. Onlar qızlardan danışırdılar:
“Filan qızın nömrəsini aldım.”
“Filan qızla belə etdim.”
“Bu qızı belə başdan çıxartdım.”
Mən isə 7–14 yaş arası uşaq idim və bütün bunları böyük maraqla dinləyirdim.
Amma bir problem var idi.
Danışılanların böyük hissəsi real hekayələr deyildi.
Bir hadisənin üstünə beşini qoyurdular. Yaşadıqlarını şişirdirdilər. Uğursuzluqlarını gizlədirdilər. Kiminsə qızla danışa bilməməsi, rədd cavabı alması və ya vəziyyəti batırması haqqında demək olar ki, heç kim danışmırdı.
Çünki kişi eqosu buna imkan vermirdi.
Heç kim demirdi:
“Qıza yaxınlaşdım, həyəcanlandım, nə deyəcəyimi bilmədim və qız getdi.”
Bunun əvəzinə belə hekayələr danışılırdı:
“Qaqa, mən filan qızı belə götürdüm, sonra filan yerə getdik, sonra da…”
Yəni sənə proses yox, nəticənin şişirdilmiş versiyası göstərilirdi.
Və sən uşaq olduğun üçün bunları həqiqət kimi qəbul edirdin.
Beynində belə bir model formalaşırdı:
Qız → tanışlıq → bir neçə söz → seks.
Sanki ortada heç bir bacarıq, sosial dinamika, emosional əlaqə, flört, gərginlik, rədd cavabı və praktika yoxdur.
Sadəcə yaxınlaşırsan və hər şey avtomatik baş verir.
Sonra böyüyürsən.
Özün qızlarla danışmağa başlayırsan.
Və ilk dəfə reallıqla toqquşursan.
Görürsən ki:
Qıza yaxınlaşmaq çətindir.
Söhbəti davam etdirmək çətindir.
Nə deyəcəyini bilmirsən.
Bəzən qız maraq göstərmir.
Bəzən səni rədd edir.
Bəzən hər şeyi yaxşı aparırsan, amma yenə də heç nə alınmır.
Və…
Sən problemi özündə axtarmağa başlayırsan.
“Yəqin kifayət qədər yaraşıqlı deyiləm.”
“Yəqin boyum çatmır.”
“Yəqin pulum azdır.”
“Yəqin qızlar məni istəmir.”
“Yəqin məndə nəsə çatmır.”
Xeyr.
Əksər halda problem səndə deyil.
Problem odur ki, sən illərlə qadınlarla ünsiyyət haqqında yalançı hekayələrlə yaşamısan.
Sənə oyunun özü yox, kişilərin öz eqolarını qidalandırmaq üçün danışdıqları hekayələr öyrədilib.
Sənə “necə alındığını” yox, “necə alındığını göstərmək istədiklərini” danışıblar.
Casanovalar, bunu yaxşı başa düşün:
Qadınlarla uğurlu olmaq üçün əvvəlcə qadınlarla bağlı beyninizdəki yanlış təsəvvürləri dağıtmalısınız.
Çünki yanlış xəritə ilə düzgün yerə gedə bilməzsən.
Əgər sən düşünürsənsə ki:
“Normal oğlan qızla tanış olur və hər şey öz-özünə baş verir,”
onda ilk çətinlikdə özünü günahlandıracaqsan.
Amma əgər başa düşsən ki, bu da digər sosial bacarıqlar kimi öyrənilən, məşq olunan və inkişaf etdirilən bir bacarıqdır, onda rədd cavabı artıq sənin kişiliyinə verilmiş hökm olmayacaq.
Sadəcə yeni bir dərs olacaq.
Sən yaxınlaşırsan.
Danışırsan.
Səhv edirsən.
Öyrənirsən.
Yenidən edirsən.
Və zaman keçdikcə beynin əvvəllər “çətin” hesab etdiyi şeyləri normal qəbul etməyə başlayır.
Əsl oyun budur.
Real oyunu öyrən. 🥂
1 417
ZƏİF KİŞİ OLMAĞIN FORMULU
Başqa kişinin uğurunu öz uğursuzluğun kimi qəbul etmək. (Gizli paxıllıq)
Özündən daha aşağı statuslu kişilərlə oturub-durmaq. (Ətrafındakı insanlar sənə təsir edir)
Sosial bacarıqlarını inkişaf etdirmədən uğurlu və varlı olmağa çalışmaq. (Uğurun yarısı ünsiyyətdən keçir)
Birdən çox sevgilisi olmuş qızla aylarla davam edən uzunmüddətli münasibətə girmək. (Onun travmaları sonda səni də çökdürəcək)
Çox oxumaq, amma mütəmadi olaraq praktika etməmək. (Teoriya mastürbasiyası)
Uğur qazanmamış dostlarının etdiklərini təkrarlamaq və bununla bir gün uğur qazanacağına ümid etmək. (Zəiflər səni yalnız geri çəkə bilər)
1 417
O qızın sənə qədər 3 sevgilisi olub.
Səndən sonra da 3 sevgilisi olacaq.
Ondan sonra da 3 sevgilisi olacaq.
Sonra bir gün beta ilə evlənəcək və ona da deyəcək ki: “Bu günə kimi 3 sevgilim olub.” 😁
1 417
Dünənki başdan çıxarma. (MILF)
Gündüz tanış olduq, axşam date edib birbaşa qapalı məkana keçdik.
Ümumi prosesə üst-üstə 3–4 saat vaxtım getmədi. Elə yol üstü, öz işlərimi görə-görə oldu.
Təbii ki, bəzən başdan çıxarma daha gec də çəkə bilir. Bu, vəziyyətdən və qadının həmin andakı ruh halından da asılıdır.
Amma oyunun strukturunu biləndə hansı duyğunu nə zaman yaratmaq lazımdır, hansısa duyğu yaranmırsa nə etmək lazımdır başdan çıxarma bəxtə düşən bir iş olmur.
Tam nəzarət edə bildiyin prosesə çevrilir.
Sadəcə yaranmış ilgini götürür və onu nəticəyə çevirirsən.
1 417
ERAY ƏXLAQSIZLIĞI TƏBLİĞ EDİR?
Bəzən mənə belə suallar verirlər:
“Eray, niyə çox qadınla birlikdə olmağı öyrədirsən? Niyə bu fəlsəfəni müdafiə edirsən? Mən niyə mütləq fərqli qızlarla olmalıyam, bunun mənə nə faydası var? Mən normal kişiyəm, niyə playboy kimi olmalıyam?”
Okey, gəlin cavab verək.
Çünki müasir dövr münasibətlərini və qadın psixologiyasını tam anlamayan, təcrübəsi az olan sıradan kişinin bu sualı verməsi tamamilə normaldır.
Amma burada anlamadığınız bir məqam var.
Sən adi, normal kişi olmaq istəyirsən. Düşünürsən ki, “Çox qadınla danışmağa nə ehtiyac var ki? Qarşıma bir qız çıxar, Allah xoşbəxt edər bizi.”
Amma bu, vəziyyətə yalnız bir tərəfdən baxmaqdır.
Belə sual verən kişilər qadın tərəfdən baxmırlar.
Baxsalar, görəcəklər ki…
Müasir qadın elə bir sistemin içində yaşayır ki, ortalama bir qızın belə ətrafında yüzlərlə oğlan toplana bilir.
Bu isə qız üçün kolosal sosial və münasibət təcrübəsidir.
Sənin bir ilə topladığın təcrübəni, bəzən adi bir qız cəmi bir neçə ay ərzində toplaya bilir.
Sənin o rayondan evlənmək istədiyin, “təmiz ana südü əmmiş” qızın belə Instagram mesaj qutusunda böyük ehtimalla ona diqqət göstərən bir neçə oğlana sahibdir.
O oğlanlar ona yazır, maraq göstərir, ilgi verir, görüşmək istəyirlər.
Mən hələ şəhərdəki qızları demirəm.
Universitet, iş, sosial çevrə, online platformalar, küçə… Hər yerdən qızlara diqqət və ilgi siqnalları gələ bilir.
Qız gözəldirsə, rəqabət daha da artır.
Bu səbəbdən həmin qız şüuraltı olaraq özünü seçim bolluğunun içində hiss edir. İstənilən kişini başqa biri ilə əvəz edə biləcəyini düşünür.
İndi siz ikiniz üz-üzə gəlirsiniz.
Sənin təcrübən azdır.
Onun isə seçimləri və sosial təcrübəsi çoxdur.
Heç bərabər deyilsiniz.
Sən o qızın siyahısındakı, ona ilgi göstərən bəlkə də 60-70-ci oğlansan.
O sənə niyə xüsusi olaraq baxsın ki?
Təcrübən yoxdur. Danışanda həyəcan basır. Maraqlı danışıq tərzin formalaşmayıb. Mövzu tapmaqda çətinlik çəkirsən.
Yəni sən o qıza nə təklif edə bilərsən?
Saf sevgi? Qayğı?
Bunları sənə rəqib olan digər kişilər də təklif edə bilər, hələ üzərində hədiyyələr və 💵 verirlər qıza.
Ona görə öz üzərində işləməlisən.
Daha təcrübəli, daha sosial, daha ünsiyyətcil, daha əyləncəli, özünə güvənən, ətrafına təsir edə bilən və öz həyatında müəyyən mövqeyi olan kişi olmalısan.
Bax, məhz buna görə təcrübən olmalıdır.
Çox qızla danışmalısan.
Praktika etməlisən.
Münasibətlər bazardır. Seksual bazardır. Və bu bazarda hər iki tərəf özünə ən yaxşı seçimi etməyə çalışır.
Sən də seçim etmək istəyirsənsə, əvvəlcə seçim edə biləcək səviyyəyə gəlməlisən.
1 417
Yaxınlaşıb tanış olan zaman, qızda güclü emosiyalar yaradırsansa və qız tanışlığa yaxşı reaksiya verirsə, yarımçıq qoyma. Davamını gətir, onunla daha çox vaxt keçir.
Tanışlığı elə həmin anda kəsmə.
Tanışlığı yerindəcə görüşə çevir. Qızı yaxınlıqda olan bir kofeşopa apar və orada aranızda yaranmış emosiyanı daha da gücləndir.
Aranızda bir macəra, yadda qalan hekayə yarat.
1 417
Yaxınlaşıb tanış olan zaman, qızda güclü emosiyalar yaradırsansa və qız tanışlığa yaxşı reaksiya verirsə, yarımçıq qoyma. Davamını gətir, onunla daha çox vaxt keçir.
Tanışlığı elə həmin anda kəsmə.
Tanışlığı yerindəcə görüşə çevir. Qızı yaxınlıqda olan bir kofeşopa apar və orada aranızda yaranmış emosiyanı daha da gücləndir.
Aranızda bir macəra, yadda qalan hekayə yarat.
1 417
Casanova, oyunda sürətli inkişaf etmək istəyirsənsə, sənə əsasən 3 şey lazımdır:
1. Mentor
Təkbaşına 5 ilə öyrənib əldə edəcəyin nəticəni yaxşı bir mentorun köməyi ilə 2–3 aya əldə edə bilərsən.
Çünki mentor sənə artıq keçilmiş yolu göstərir. Özünün illərlə edib öyrəndiyi səhvləri sənə əvvəlcədən göstərir, sənin görə bilmədiyin detalları görür və ağlına gəlməyəcək məsləhətlər verir.
Beləliklə, həm vaxtına, həm də enerjinə qənaət edirsən.
2. Sağlam rəqabət və kurs yoldaşı
Ətrafında səninlə eyni istiqamətdə inkişaf edən insanların olması da prosesi ciddi şəkildə sürətləndirir.
Məsələn, birlikdə praktikaya çıxırsınız, bir-birinizin nəticələrini görürsünüz və istər-istəməz aranızda sağlam rəqabət yaranır.
Biri daha çox praktika edəndə, digəri də qaza gəlir. Biri nəticə alanda, digəri də “mən də edə bilərəm” deyib daha çox hərəkətə keçir.
Təkbaşına inkişaf etməkdənsə, səninlə eyni yolda gedən insanların olması inkişafı daha sürətli və əyləncəli edir.
3. Sənin də tələbən olmalıdır
İnkişafın ən güclü mərhələlərindən biri isə öyrəndiklərini başqasına öyrətməyə başladığın vaxtdır.
Çünki artıq yaxşı bildiyin bir şeyi kiməsə izah etdikcə, həmin bilik sənin özündə də daha da möhkəmlənir.
Amma burada çox vacib bir prinsip var:
Özün real həyatda dəfələrlə tətbiq edib nəticə almadığın şeyi başqasına öyrətmə.
Çünki nəzəri olaraq düzgün görünən bir şey praktikada işləməyə bilər. Sən özün tam yoxlamadığın bir metodu başqasına öyrətsən, onu yanlış istiqamətə yönəldə bilərsən.
Ona görə əvvəl öyrən → tətbiq et → nəticə al → sonra öyrət.
Və maraqlısı budur ki, bu 3 faktorun üçü də bizim qapalı qrupda mövcuddur.
1. Mentor
Qrupun baş mentoru mənəm. Bundan əlavə, qrupda uzun müddətdir praktika edən və ciddi təcrübəsi olan digər oyunçular da var.
Dərslərə baxırsan, suallarını verirsən, feedback alırsan və səhvlərini daha tez düzəldirsən. Beləliklə, təkbaşına illərlə öyrənməyə çalışmaq əvəzinə, artıq hazır təcrübədən istifadə edirsən.
2. Kurs yoldaşları və praktika
Qrupda sənin kimi inkişaf edən başqa uşaqlar da var. Özünə uyğun bir yoldaş tapıb birlikdə praktikaya çıxa, bir-birinizi motivasiya edə və sağlam rəqabət yarada bilərsiniz.
3. Zamanla sən də öyrədən tərəfə çevrilirsən
Qrupda bir müddət qaldıqdan və təcrübən artdıqdan sonra yeni gələnlərin suallarını cavablandıra, onlara kömək edə bilərsən.
Bu prosesdə isə təkcə qarşı tərəf inkişaf etmir, sənin öz biliklərin də daha da möhkəmlənir.
Yəni sistem belə işləyir:
Mentordan öyrənirsən → bol praktika edirsən → nəticə alırsan → təcrübəni başqasına ötürürsən → öz bacarığın daha da möhkəmlənir.
Real oyunu öyrən.
1 417
🚩Kanala yeni qoşulanlar, kanalı kəşf etməyə bu pinlənmiş postdakı yazılardan başlayın.
💡Əvvəlcə onları oxuyun. Daha sonra paylaşdığım digər yazılar və fikirlər sizin üçün daha aydın və anlaşılan olacaq.
1 417
Bu gün yolüstü bir neçə set açdım. Maraqlı sosiallaşmalar və tanışlıqlar oldu.
Sonra öz-özümə düşündüm ki: Niyə mən praktikaya bu qədər həvəsliyəm?
Amma…
Niyə oyunun içində olan əksər uşaqlar praktikaya o qədər də meyilli deyillər?
Səbəblər çoxdu, ən fundamental səbəblərdən biri isə budur:
💡Oyuna gələn əksər uşaqlar hələ kim olduqlarını dəqiq bilmirlər.Onların özləri haqqında təsəvvürü bulanıqdır. Bir gün “oyunçu olmaq istəyirəm” deyirlər, başqa gün əvvəlki həyat tərzlərinə qayıdırlar. Məsələn, mənim beynimdə davamlı işləyən ana fikir var: “Mən oyunçuyam. Mən playboyam.” Bu, mənim əsas self-image-imdir. 🪞 Harada olmağımdan, hansı vəziyyətdə olmağımdan, yanımda kimin olmağından asılı olmayaraq, ilk növbədə özümü həmin kimlikdən görürəm. Kimliyim davranışımı idarə etməyə başlayır. Məsələn, bayaq marketdə yanımdan keçən bir qızı saxladım və söhbətə başladım. Bu, “indi mən set açmalıyam” deyə özümü məcbur etdiyim bir hərəkət deyildi. İçimdən gələn çox güclü və təbii bir motivasiya idi. Çünki mənim daxilindəki oyunçu çərçivəsi ətrafdakı dünyanı digər kişilərə nisbətən başqa cür görür. Adi küçə — sosiallaşmaq üçün mühitdir. Market — sosiallaşmaq üçün əla mühitdir. Kafe — sosial mühitdir. Həyatın özü — böyük bir oyun meydanıdır. Və sən dünyanı necə görürsənsə, beynin də ona uyğun imkanları seçməyə başlayır. Ən ilk və təməl məsələ: Özünü kim kimi gördüyünü dəyişməkdir. Çünki sən özünü daxilində hələ də “qızlarla danışmağa çalışan adi oğlan” kimi görürsənsə, nə qədər texnika bilsən də, müəyyən nöqtədə köhnə kimliyin səni geri çəkəcək. Amma özünü tam şəkildə oyunçu kimi qəbul etdikdə, praktika artıq ayrıca bir fəaliyyət olmur. O, sənin həyat tərzinin bir hissəsinə çevrilir. Sırf burada oyunu bilən kişi ilə oyunu yaşayan kişi arasındakı fərq hiss olunur.
1 417
Fərdi təlim — ən birinci gün. 🔥
Plusları: Çox güclü dünyagörüşü və savadı olan şəxsdir. Nəyi izah edirəmsə, dərhal anlayır. İkinci dəfə təkrarlamağıma belə ehtiyac qalmır.
Güclü şirkətlərdən birinin əməkdaşıdır. Yəni karyerası da yerindədir. Sadəcə “gəlim qız tutmağı öyrənim” stilində olanlardan deyil. Bu işi ümumi sosial bacarıqlarını inkişaf etdirmək üçün öyrənir.
Cəsarətlidir, set açmağa çox can atır və həvəslidir. İki gün ərzində artıq 2 qız özləri Instagramlarını veriblər. 🔥
Minusları: Çox savadlı və dünyagörüşlü olsa da, daxilində “ağıllı, sözə baxan, yaxşı oğlan” enerjisi var.
Bunu əksər savadlı, yüksək karyera quran gənc tələbələrimdə müşahidə edirəm. Savadlı olmağın özü ilə gətirdiyi bir minusdur.
Amma set açaraq, fərqli sosial təzyiqli situasiyalardan keçərək və qadınlara təsir etməyi öyrənərək daxilindəki bu “nice guy” yavaş-yavaş yox olacaq.
Sonda həm çox savadlı, həm də çox əjdaha enerjili bir oyunçu yetişəcəyinə əminəm. 🔥
Casanovalar, bol 🔥 atın və yeni başlayan oyunçumuza dəstək olun.
1 417
Mesajda qız sənə qarşı maraq göstərirdi, amma getdikcə soyudu və uzaqlaşdı?
Casanovalar, bu gün sizə qadınların mesajda niyə soyuq cavab verdiyi və niyə bəzən heç bir səbəb olmadan, yavaş-yavaş soyuduğu haqqında danışmaq istəyirəm.
Amma bu səfər standart qaydalar haqqında yox, yəni “daha gec yaz”, “qızın yatırım səviyyəsinə uyğun cavab ver” tərzində təməl qaydalardan danışmaq istəmirəm.
Bunları əksəriyyətiniz bilirsiniz, zatən.
Mən sizə daha fundamental bir səbəbdən danışmaq istəyirəm.
Sosial dinamikada bunu ƏHVALIN ÖTÜRÜLMƏ QANUNU kimi izah edə bilərik.
Bu qanuna əsasən, qadınlar sənin güzgündür. Sən nə hiss etsən, onlar da onu sənə geri qaytarırlar.
Əsas məsələ HİSSDİR.
İndi bir anlıq düşün.
Qıza mesaj yazanda həmin an daxilində nə baş verir?
Çünki mənim müşahidəmə görə, əksər kişi qıza mesaj yazarkən əslində, özünün həmin andakı ruh halına uyğun yazışır.
Məsələn, yorğundur.
Daxilən sıxılır.
Darıxır.
Heç nəyə həvəsi yoxdur.
Apatikdir.
Əsəbidir.
Qıcıqlıdır.
Bəzən ümumiyyətlə heç nə hiss etmir.
Bəzən də beyninin məntiqi hissəsi həddindən artıq aktivdir və qıza elə bil Excel cədvəli ilə mesaj yazır.
“Bunu yazsam necə görünər?”
“Buna neçə dəqiqəyə cavab verim?”
“Görəsən, bunu yazmaq düzgündür?”
“İndi nə düşünəcək?”
Bu siyahını uzada bilərəm. Milyardlarla situasiya var və həmin situasiyalara uyğun çoxsaylı ruh halları mövcuddur.
Əsas diqqət çəkmək istədiyim məqam budur ki, əksəriyyət mesaj yazarkən, hətta canlı-canlı qızla danışarkən belə, mənfi və ya neytral, duyğusuz bir ruh halından çıxış edir.
Bunun üzərinə hələ beyninin bir küncündə “bu qızı əldə edim, başdan çıxarım, görüşə çıxarım” kimi istəklər də olur.
Yəni “nəsə əldə edim” yanaşması.
İstər-istəməz qızla yazışarkən daxilində nəsə umursan.
Bunların hamısının cəmi sənin mesaj yazma tərzinə, cümlə quruluşuna, zamanlamana və ümumi ünsiyyətinə təsir edir.
Qarşı tərəf mesajını oxuduqca, eyni zamanda sənin mövcud ruh halını və sinir sisteminin vəziyyətini də oxuyur.
Hətta özgüvənli görünməyə çalışsan belə, bu, yenə axır-əvvəl cümlə quruluşlarından və digər detallardan hiss olunur.
Qadınlar çox həssasdırlar və ünsiyyəti ZAMANA YAYMAĞI sevirlər.
Zamana yayırlar ki, uzun müddət ərzində sənin əhvalını ölçsünlər, sinir sistemini sınaqdan keçirsinlər, hansı kalibr kişi olduğunu danışığından və ümumi ötürdüyün vibedən hiss etsinlər.
Bu, şüuraltı prosesdir.
Bəlkə də çox yaxşıdır. Bu olmasaydı, Daş dövründə insan övladı sağ qalmazdı.
Qadınlar filtrasiya edib, əlləri çatdığı ən güclü namizədləri seçirlər.
Hətta sənə test atırlar: görək, sinir sistemi nə dərəcədə dözümlüdür?
Nə qədər tez neqativə düşəcək?
Bu elə bir şeydir ki, imitasiya etmək çətindir.
Yəni bəzən oğlanlar gəlir, deyirlər ki:
“Eray, işdə mən dominantam, eləyəm, beləyəm, zoram, bombayam.”
Amma qızlar diqqət etmir mənə.
Cavab: çünki sən özgüvəni saxta şəkildə göstərməyə fokuslanmısan. Amma bunu edərkən daxilən tam özgüvənli deyilsən.
Hələ də sosial fobiyan var, danışmağa mövzu tapmırsan, həyəcanlanırsan, tez qıcıqlanırsan və s.
Davranışınla daxilində keçirdiyin duyğular uzun müddət ərzində bir-biri ilə ziddiyyət təşkil edir.
2 saat özgüvənli olursan, amma qalan saatlarda məntiqin çox aktivləşir, ruh halın mənfi olur, qıcıqlanır, həyəcanlanır, fobiaların ortaya çıxır. Yəni ümumiyyətlə göstərmək istədiyin davranışla gün ərzində keçirdiyin duyğular bir-birinə çox ziddir.
Konqruent deyilsən.
Məhz buna görə də qadınlar səndən gələn ümumi enerjini hiss edib, soyumağa başlayırlar.
Əgər real oyunu öyrənmək, praktika etmək və çətin situasiyalarda birbaşa mənə sual verib cavab almaq istəyirsənsə, Qapalı Qrupa qoşul.
Mütləq ki, özün üçün çox fayda götürəcəksən.
1 417
Ən yeni başladığım dövrlərdə sahaya çıxmayanda bəyəndiyim bir qızı görüb yaxınlaşmaq istəməyəndə, bir sözlə, beynim müxtəlif bəhanələr yaratmağa başlayanda, mentorumun mənə verdiyi bir sualı həmişə xatırlayırdım.
O belə demişdi:
“Daima özünüzə bu sualı verin: Bu problemi həll etməsəm, həyatımda hansı pis şeylər baş verəcək?”
Bu sual mənim üçün çox güclü bir dönüş nöqtəsi oldu.
❓Məsələn, yaxınlaşmağa qorxursan?
Özündən soruş:
“Bu qorxunu həll etməsəm, 1 il sonra həyatım necə olacaq?”
Bəlkə yenə eyni vəziyyətdə, sosial qorxular ilə yaşayacaqsan.
Bəyəndiyin qadınları görəcəksən, amma yaxınlaşmağa cəsarət etməyəcəksən. Hər dəfə özünə yeni bir bəhanə tapacaqsan. Və zaman keçdikcə beynin sənə bu passiv davranışı, sosial foboaları “normal” kimi göstərməyə başlayacaq.
❓Qadınla danışanda mövzu tapmaqla bağlı problemin var?
Özündən soruş:
“Bunu həll etməsəm, gələcəkdə nə olacaq?”
Daim susan tərəf olacaqsan. Qarşı tərəfdə maraq yarada bilməyəcəksən. Ünsiyyəti istədiyin istiqamətdə apara bilməyəcəksən.
❓Məsələn qadınlarda hansı duyğuları oyatmağı bilmirsən?
Yenə soruş:
“Bunu həll etməsəm, nələri itirəcəyəm?”
Hətta özləri sənə maraq göstərən qızları belə itirəcəksən. Qadınlarla yarımçıq təcrübələrin olacaq və s.
Mən bu sualı mütəmadi olaraq özümə verirdim:
“BU PROBLEMİ HƏLL ETMƏSƏM, NƏLƏR OLACAQ?”
Bu isə mənə hamıdan daha çox praktika etməyə motivasiya verir, dissiplin səviyyəmi artırırdı.
Diqqətimi yalnız öz inkişafıma və dəyişimə yönəldirdi.
İlk öncə öz tələbatlarımı ön plana qoymağı öyrətdi.
Uzunmüddətli nəticəni düşünməyi öyrətdi.
Ona görə də özünə mütəmadi olaraq doğru sualları verməyi unutma:
Bu problemi həll etməsəm, nə baş verəcək?
1 il sonra bunun mənə bədəli nə olacaq?
Bu problemi həll etmədiyim üçün gələcəkdə nələri itirə bilərəm?
1 417
Uğurlu olmaq istəyirsənsə, düşüncələrin səni uğura kökləməlidir.
Neqativ və aşağı frekansla, mənfi enerji ilə isə heç vaxt beyninə uğurlu düşüncələr gələ bilməz.
Uğura aparan düşüncələr istəyirsənsə, ilk öncə öz ruh halını müsbətə kökləməlisən.
1 417
Adam özü etiraf edir ki, onu hər dəfə fərqli qızla görür. 90% hallarda tanışlıqları ALINIR.
Amma insandakı neqativ yanaşmaya diqqət edin.
Gedib əlini sıxıb, bir-iki məsləhət almaq, nəsə öyrənmək əvəzinə, paxıllıq edib belə mənfi post yazır.
Güclü kişi uğurlu birini görəndə, onu rəqib hesab etmir — ondan öyrənəcəyi detalları axtarır.
“Bu adam bunu necə edir?”
“Harada fərqlənir?”
“Mən bundan nə öyrənə bilərəm?”
Zəif kişinin düşüncəsi isə tamam başqa cür işləyir:
“Onsuz da belə şeylər normal deyil.”
“Yəqin ki, nəsə fırıldaq var.”
“Bunu ifşa etmək lazımdır.”
Yəni dəyərdən salmağa çalışır.
Ən maraqlısı isə budur ki:
Əgər həmin oyunçunun həyatı doğrudan da ona bu qədər mənasız gəlirdisə, niyə oturub bunun haqqında ayrıca mənfi post yazmağa ehtiyac duyur ki?
Adamın problemi həmin oyunçunun gündə bir qızla gəzməsi deyil.
Problemi odur ki, özü bunu edə bilmir.
Ona görə, Casanovalar, bunu yadda saxlayın:
Başqasının uğurunu görəndə qısqanclıq hiss edirsinizsə, orada sizin üçün bir dərs var.
Ağıllı kişi uğurlu adama baxıb:
“Niyə o?” demir.
“Mən ondan nə öyrənə bilərəm?” deyir.
Çünki insanı geridə saxlayan təkcə uğursuzluq deyil. Bəzən uğurlu insanlara olan mənfi münasibət daha böyük maneədir.
Başqasını pisləməklə onun səviyyəsini aşağı salmırsan.
Sadəcə öz inkişafını dayandırırsan.
Öyrənmək əvəzinə pisləsən, illərlə eyni yerdə qala bilərsən.
此内容仅面向 18 岁及以上用户
登录服务即表示您确认已年满 18 周岁。
