Dualar
Open in Telegram
"Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim." (Ğafir 60)
Show more902
Subscribers
-224 hours
+47 days
+130 days
Posts Archive
902
Ey Rabbim, bizim üçün bağışlamadığın bir günah, sevincə çevirmədiyin bir kədər, örtmədiyin bir ayıb, dünya və axirət ehtiyaclarımızdan vermədiyin bir şey saxlama Yə Ərhəmər Rahimin. Allahım, savabımızı artır əskiltmə, bizi üstün tut bizdən üstün tutma, bizə bəxş et bizi məhrum etmə Əmin!
902
Nə zaman hər şey düzələcək?
⬇️ ⬇️ ⬇️ ⬇️ ⬇️ ⬇️
Sən Allah'a tam təslim olduqda..
Hər şeyin yalnız Allah'ın təqdiri ilə mümkün olduğunu anladıqda..
902
Allahım, Sən mənim halımı məndən yaxşı bilirsən. Dilim deməsə də, qəlbim Sənə danışır. Bəzən güclü görünürəm, amma içimdə qırılmışam, bəzən gülümsəyirəm, amma içim ağlayır Sən mənim gizlətdiklərimi də bilirsən. Məni tək buraxma Allahım, elə bir anda kömək et ki, artıq heç kəsdən ümidim qalmadığı vaxt olsun və Sənin möcüzəni orada görüm.
902
Ey nemətimin Sahibi və Himayəçisi olan, çətin anımda sığındığım Rəbbim. Qorxub çəkindiyim hər şeyi, İbrahimə atəşi sərin və salamat etdiyin kimi, mənə də sərinlik və salamatlıq et.
902
Ey Rəbbim, qəlblərdə olanı Səndən başqa heç kim bilmir. Hər kəsin dərdini yüngülləşdir, qəmli olanın qəmini aç, çətinliyə düşənlərin çətinliyini aradan qaldır və müsəlmanların işlərini asanlaşdır.
902
Allahım, bəzən nə dilədiyimi özüm də bilmirəm. Sadəcə hər şeyin yaxşı olmasını istəyirəm. Sevdiklərimə, yoluma, keçmişimə və gələcəyimə hüzur və rahatlıq ver. Çatışmayan nə varsa tamamla, qəlbimdəki boşluğu doldur. Məni öz başıma buraxma. Çünki bəzən özümə belə yaxşı təsir edə bilmirəm. Sənə sığınıram.
Susdum, yoruldum, gözlədim...
Artıq içimdə nə əskikdirsə, onu tamamla, ey aləmlərin Rəbbi.
902
Ey Allahım, qəlbimə elə bir təvəkkül bəxş et ki, yollar bağlananda belə Sənin rəhmətindən ümidimi kəsməyim. Elə anlar olur ki, sanki bütün qapılar üzümə bağlanır, bütün çıxış yolları yox olur. O anlarda mənə xatırlat ki, insanların bitirdiyi yerdə Sənin mərhəmətin başlayır. Mən gələcəyi görə bilmərəm, amma Sən hər şeyi bilənsən. Mən acizəm, Sən isə hər şəyə qadirsən. Mənim görə bilmədiyim xeyirləri mənə nəsib et, gecikən dualarımın arxasında gizlətdiyin hikmətləri qəlbimə sevdir.
#dua
902
Ya Rəbb...
Sənə vermək necə də yaraşır. Çünki, Sən Vəhhabsan – bol-bol bəxş edən Sənsən. Elə isə ver, ey Rəbbim.
Duam hələ dilimdə ikən qəbulunu yaz. Sən "Ol!" dedikdə hər şey olar. Dualarımın qəbulunu mənə müjdə et, ey Rəbbim. Məni qapında sadəcə gözləyənlərdən deyil, qapında qəbul edilən qullarından et.
902
♡ Dua et, çalış və Allaha təvəkkül et. Qalan hər şeyi O həll edəcək.
♡ Hər şey zamanında, düz yerində olacaq.
♡ Səbr et, çünki Allahın planı, sənin xəyallarından daha gözəldir.
